Məhkəmə qərarları › İş №1(009)-352/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-352/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-352/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X29 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X4 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçilər: “BHM və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Al Ghabr, Mahdı Mohammed H; AlGhabr, Mohammed Hussain M və Alzamanan, Mahdi Ali S-in, Tərcüməçi: X7 iştirakları ilə, xx xxxxxxx 2001-ci il tarixdə X5 doğulmuş, X6 vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, X6 Daxili İşlər Nazirliyində təhqiqatçı vəzifəsində işləyən, X14 Nəciran şəhəri, Məlik Abdulla küçəsi, 46 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri Səbail rayonu Salyan şossesi ünvanda yerləşən "Panorama" hoteldə müvəqqəti yaşamış Vǝ barəsində həbs qətimkan tədbiri seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılan AlGhabr, Mohammed Hussain M-in Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə, xx xxxxxxx 1999-cu ildə X5 doğulmuş, X14 vətəndaşı, subay, orta təhsilli, SABC şirkətində opretor işləyən, X14 Əl Cübeyr şəhəri, Calmüdə yaşayış massivi, Məşhəd 1, ev 127-də qeydiyyatda olan və Bakı şəhəri Səbail rayonu Salyan şossesində yerləşən “Panorama” hoteldə müvəqqəti yaşamış və barəsində hǝbs qətimkan tədbiri seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılan Al Ghabr, Mahdı Mohammed H-ın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə, xx xxxxxx 2001-ci il tarixdə X5 doğulmuş, X6 vətəndaşı, subay, məhkum olunmayan, orta təhsilli, X6 Daxili İşlər Nazirliyində mühafizəçi işləyən, X6 Əl Cübeyir şəhəri, Sudeyr küçəsi, 213 saylı evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanında yerləşən “Panorama” hoteldə müvəqqəti yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək, Bakı İstintaq Təcridxanasında saxlanılan Alzamanan, Mahdi Ali S-in Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AlGhabr, Mohammed Hussain M qabaqcadan əlbir olmuş bir qrup şəxs halında qəbir üzərində təhqiredici hərəkət etmişdir. Belə ki, o, tanışları Alzamnaan, Mahdı Ali S və Al Ghabr, Mahdi Mohammed H ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 16 avqust 2025-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 1 ünvanında yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarının qəbirüstü abidələrinin yanına gələrək, şəhidlər X20, X27 və X9 məzardaşları üzərindəki şəkillərinə istehza edərək təhqiredici əl işarələri nümayiş etdirməklə, qeyd edilən qəbirlər üzərində tullanıb-düşməklə, qəbirlər üzərində olan gülləri təpiklə kənara tullamaqla nalayiq, qeyri-etik və mənəviyyatsız hərəkətlər edərək xalq arasında ümumi qəbul edilmiş qaydaları, mövcud olan adət və ənənələri kobud surətdə pozaraq qəbir üzərində təhqiredici hərəkət etmişlər. Al Ghabr, Mahdı Mohammed H qabaqcadan əlbir olmuş bir qrup şəxs halında qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. Belə ki, o, tanışları Alzamanan, Mahdı Ali S və AlGhabr, Mohammed Hussain M ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 16 avqust 2025-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 1 ünvanında yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarının qəbirüstü abidələrinin yanına gələrək, şəhidlər X20, X27 və X9 məzardaşları üzərindəki şəkillərinə istehza edərək təhqiredici əl işarələri nümayiş etdirməklə, qeyd edilən qəbirlər üzərində tullanıb-düşməklə, qəbirlər üzərində olan gülləri təpiklə kənara tullamaqla nalayiq, qeyri-etik və mənəviyyatsız hərəkətlər edərək xalq arasında ümumi qəbul edilmiş qaydaları, mövcud olan adət və ənənələri kobud surətdə pozaraq qəbir üzərində təhqiredici hərəkət etmişlər. Alzamanan, Mahdi Ali S qabaqcadan əlbir olmuş bir qrup şəxs halında qəbir üzərində təhqiredici hərəkətlər etmişdir. Belə ki, o, tanışları AlGhabr, Mohammed Hussain M və Al Ghabr, Mahdi Mohammed H ilə birlikdə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında 16 avqust 2025-ci il tarixdə saat təxminən 17 radələrində ünvan 1 ünvanında yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarının qəbirüstü abidələrinin yanına gələrək, şəhidlər X20, X27 və X9 məzardaşları üzərindəki şəkillərinə istehza edərək təhqiredici əl işarələri nümayiş etdirməklə, qeyd edilən qəbirlər üzərində tullanıb-düşməklə, qəbirlər üzərində olan gülləri təpiklə kənara tullamaqla nalayiq, qeyri-etik və mənəviyyatsız hərəkətlər edərək xalq arasında ümumi qəbul edilmiş qaydaları, mövcud olan adət və ənənələri kobud surətdə pozaraq qəbir üzərində təhqiredici hərəkət etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş AlGhabr, Mohammed Hussain M ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 avqust 2025-ci il saat 17 radələrində o və tanışları Alzamnaan, Mahdı Ali S və Al Ghabr, Mahdi Mohammed H Şəhidlər Xiyabanında, şəhidlərin məzarı önündə video çəkiliş etmişdirlər, daha sonra bu video sosial şəbəkədə yayılmışdır. Onlar qeyd olunan gün və məkanda sadəcə öz aralarında bir-birlərilə zarafat etmişdirlər və etdikləri hərəkətlərin fərqində olmamışdırlar. Onların Azərbaycan xalqını, şəhidləri, şəhid ailələrini və qaziləri təhqir etmək fikirləri, niyyətləri olmamışdır və ola da bilməzdi. Azərbaycan Respublikası onlar üçün doğma, dost ölkədir. Onlar zatən qeyd olunan səbəblərdən səfər üçün Azərbaycanı seçmişdirlər. X18 özlərini məsuliyyətli aparmalı, şəhidlərin ruhlarına ehtiramla davranmalı idilər. Lakin olduqları məkan barədə və Azərbaycan xalqı üçün əhəmǝyyəti barədə məlumatsız olmaqları onların sözügedən səhv davranışına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Al Ghabr, Mahdı Mohammed H ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 avqust 2025-ci il saat 17 radələrində o və tanışları Alzamanan, Mahdı Ali S və AlGhabr, Mohammed Hussain M Şəhidlər Xiyabanında, şəhidlərin məzarı önündə video çəkiliş etmişdirlər, daha sonra bu video sosial şəbəkədə yayılmışdır. Onlar qeyd olunan gün və məkanda sadəcə öz aralarında bir-birlərilə zarafat etmişdirlər və etdikləri hərəkətlərin fərqində olmamışdırlar. Onların Azərbaycan xalqını, şəhidləri, şəhid ailələrini və qaziləri təhqir etmək fikirləri, niyyətləri olmamışdır və ola da bilməzdi. Azərbaycan Respublikası onlar üçün doğma, dost ölkədir. Onlar zatən qeyd olunan səbəblərdən səfər üçün Azərbaycanı seçmişdirlər. X18 özlərini məsuliyyətli aparmalı, şəhidlərin ruhlarına ehtiramla davranmalı idilər. Lakin olduqları məkan barədə və Azərbaycan xalqı üçün əhəmǝyyəti barədə məlumatsız olmaqları onların sözügedən səhv davranışına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Alzamanan, Mahdi Ali S ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 avqust 2025-ci il saat 17 radələrində o və tanışları AlGhabr, Mohammed Hussain M və Al Ghabr, Mahdi Mohammed H Şəhidlər Xiyabanında, şəhidlərin məzarı önündə video çəkiliş etmişdirlər, daha sonra bu video sosial şəbəkədə yayılmışdır. Onlar qeyd olunan gün və məkanda sadəcə öz aralarında bir-birlərilə zarafat etmişdirlər və etdikləri hərəkətlərin fərqində olmamışdırlar. Onların Azərbaycan xalqını, şəhidləri, şəhid ailələrini və qaziləri təhqir etmək fikirləri, niyyətləri olmamışdır və ola da bilməzdi. Azərbaycan Respublikası onlar üçün doğma, dost ölkədir. Onlar zatən qeyd olunan səbəblərdən səfər üçün Azərbaycanı seçmişdirlər. X18 özlərini məsuliyyətli aparmalı, şəhidlərin ruhlarına ehtiramla davranmalı idilər. Lakin olduqları məkan barədə və Azərbaycan xalqı üçün əhəmǝyyəti barədə məlumatsız olmaqları onların sözügedən səhv davranışına səbəb olmuşdur. Məhkəmə gedişi zamanı təqsirləndirilən şəxslər Al Ghabr, Mahdı Mohammed H; AlGhabr, Mohammed Hussain M və Alzamanan, Mahdi Ali S Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onlar ailəlikcə 6 (altı) nəfərdən ibarət olmuşlar. Belə ki, mərhum atası X34, anası X8, mərhum qardaşı X27, Zərərçəkmiş şəxs1, bacısı Fərəcova (Almədətova) Maxru Bilal qızı, qardaşı X10 ibarət olmuşdur. Mərhum qardaşı X27 08 noyabr 1969-cu il tarixdə Ermənistan Respublikasının Ararat rayon Şidli kəndində doğulmuş və Qarabağ müharibəsi zamanı könüllü olaraq müharibəyə getmiş, 05 avqust 1992-ci il tarixdə Laçın rayon Pircahan kəndində Azərbaycan və Ermənistan Respublikaları arasında gedən müharibə zamanı şəhid olmuşdur. Onun qardaşı X12 məzarı dövlət tərəfindən ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında 1-ci sira 2-ci qəbir olaraq dəfn edilib sənədləşdirilmişdir. O və Azərbaycan xalqı sosial şəbəkələrdə qardaşı X12, X9 və X11 qəbirləri üzərində X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etmələrinin şahidi olmuşlar. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığına gedərək, Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları və Bakı Abadlıq Mərkəzinin xadimələri ilə söhbət etmiş, həmin xadimələr bildirmişlər ki, 03 (üç) nəfər Səudiyyə Ərəbistanın vətəndaşları qudurğanlıq edərək, onun qardaşı X27, X21 və X11 qəbirləri üzərində olan gülləri təpiklə vurub aşarmışlar. Həmin ərəblərin içərisində olan bir nəfər şəxs şalvarının arxasını aşağı-yuxarı çəkərək, gülməklə onun qardaşını və başqa şəhidləri təhqir edərək bir daha qəbirləri məsxərəyə qoymaqla gülüşmüşlər. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun ailə üzvləri birlikdə 1973-cü il tarixdə Kəlbəcər rayon Tirkeşəvənd kəndindən Bakı şəhəri Xəzər rayonu X30 köç edərək, burada yaşamağa başlamış, ailədə ata, ana, bacı və qardaşdan ibarət olmuşlar. Onun mərhum atası X22, anası X13, mərhum qardaşı X21, özü Baxışov XAlid Hacıağa oğlu, bacısı Baxışova (Cəbiyeva) Sevinc Hacıağa qızı, bacısı Baxışova (Ələkbərova) Bahar Hacıağa qızı, bacısı Baxışova (Həsənova) Ofeliya Hacıağa qızından ibarət olmuşdur. Onun mərhum qardaşı X21 14 noyabr 1968-ci il tarixdə Kəlbəcər rayon Tirkeşəvənd kəndində doğulmuş və Qarabağ müharibəsi zamanı 04 avqust 1992-ci il tarixdə Laçın rayon Pircahan kəndində Azərbaycan və Ermənistan Respublikaları arasında gedən müharibə zamanı şəhid olmuşdur. X1 məzarı ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında 1-ci sira 3-cü qəbir olaraq sənədləşdirilmiş, lakin X1 məzarı üzərində şəhid olduğu gün 05 avqust 1992-ci il olaraq qeydiyyat edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Birinci xanımı Mehriban Əliyeva tərəfindən Binə qəsəbəsində yerləşən 218 nömrəli tam orta məktəbə qardaşı mərhum X9 adı verilmişdir. O, sosial şəbəkələrdə X1, X23 və X12 qəbirlərinin X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etməsinin şahidi olmuşdur. Bundan sonra ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlığına getmiş, həmin ünvanda Mənzil Kommunal İstismar sahəsinin əməkdaşları və Bakı Abadlıq Mərkəzinin xadimələri ilə söhbət etmiş, xadimələr ona bildirmişlər ki, 03 (üç) nəfər Səudiyyə Ərəbistyanın vətəndaşları X20, X27 və onun X1 məzardaşları üzərilərinə çıxaraq tullanıb düşməklə gülüşmüşlər, hətta qəbir üzərində olan gülləri təpiklə vurub aşırmışlar. Həmin ərəblərin içərisində olan bir nəfər şəxs isə, şalvarının arxasını aşağıyuxarı çəkərək gülməklə onun qardaşını və başqa şəhidləri təhqir etmişlər. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, onlar ailəlikcə 07 (yeddi) nəfərdən ibarət olmuşlar. Belə ki, mərhum atası X24, anası X15, mərhum qardaşı X23, qardaşı X25, özü Zərərçəkmiş şəxs3, bacıları X16 və X3 ibarət olmuşlar. Mərhum qardaşı X23 1973-cü ildə Gəncə şəhərində doğulmuş və Qarabağ müharibəsi zamanı könüllü olaraq müharibəyə gedərək, 05 avqust 1992-ci il tarixdə Ağdərə rayon istiqamətində Azərbaycan və Ermənistan Respublikaları arasında gedən müharibə zamanı şəhid olmuşdur. X2 məzarı dövlət tərəfindən ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında 2-ci sırada, 3-cü qəbir olaraq dəfn edilməklə sənədləşdirilmişdir. 2025-ci ilin avqust ayının ortalarında sosial şəbəkələrdə şəhidlər - qardaşı X23, X21 və X12 qəbirləri üzərlərində onlara sonradan məlum olan X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etmələrinin o və Azərbaycan Respublikasının vətəndaşları real olaraq şahidi olmuşlar. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığına ailə üzvüləri ilə birlikdə getmiş, həmin ünvanda Mənzil Kommunal İstismar sahəsinin bir qrup əməkdaşları və "xxxx" Mərkəzinin xadimələri ilə söhbət etmişdir. Həmin ünvanda işləyən xadimələr ona və yaxınlarına bildirmişlər ki, 03 (üç) nəfər Səudiyyə Ərəbistan vətəndaşları X27, X21 və onun X2 qəbirləri üzərində olan gülləri qudurğanlıq etməklə təpiklə vurub aşırmışlar, bir sözlə “harınlaşmış” vəziyyətdə qəbirlərə baxaraq məsxǝrǝ etməklə gülüşmüşlər. Həmin ərəblərin içərisində olan bir nəfəri isə şalvarının arxasını şəhid qəbirlərinin yanında aşağıya və yuxarıya çəkərək, istehza edərək gülməklə onun qardaşını və başqa şəhidləri təhqir etmiş, hündürdən gülüşməklə, sosial şəbəkədə paylaşmaqla öz əməllərini ictimailəşdirmişlər. Bu da, Azərbaycan cəmiyyətində birmənalı qarşılanmamış və böyük kütlənin narazılığına səbəb olmuşdur. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxsləri bağışlamadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2009-cu ildən Səbail rayonunda yerləşən Şəhidlər Xiyabanı və dağüstü parkda xadimə işləyir. O, əsasən Dağüstü parkda təmizlik işlərinə cəlb olunmuşdur. Şəhidlər Xiyabanın öz xadimələri də vardır. 16 avqust 2025-ci il tarixdə saat təxminən 17 radələrində iş yoldaşları Şahid2 və Tərlanla birlikdə Şəhidlər Xiyabanı dairəsi tərəfdən Xiyabana daxil olub Dağüstü Park istiqamətində piyada hərəkətdə olarkən, 03 nəfər kişi cinsindən olan xarici turistin şəhidlərin məzarları üstündə qısa şortda gəzdiyini görmüşdür. Həmin şəxslərin hər üçü şəhidlər X20 və X12 məzarları üstündə bir-biriləri ilə ərəb dilində danışıb gülərək tullanıbdüşmüşlər. O, turistlərin nə dediklərini anlamamış, həmin şəxslər şəhidlərin məzarları üzərindəki şəkillərə baxıb məsxərə edib gülmüşlər, məzar daşlarının bu cür qoyulmasını gülünc kimi qəbul edib məsxǝrǝ etmişlər. O, ərəb turistlərə irad bildirmişdir ki, belə ədəbsiz hərəkətlər etməsinlər. Onun iş yoldaşı Sevil demişdir ki, turistlər bizim dili bilmir, ərəb dilində danışırlar. Ərəb turistlər şəhid Etibar Fərəcovun məzarı üzərindəki gülləri ayaqla tapdalayıb kənara tullamışlar. O, elə zənn etmişdir ki, bunlar ya ağır dərəcədə sərxoşdurlar, ya da psixi xəstədirlər, çünki belə hərəkətləri yalnız dəli. ya da, ağır dərəcədə sərxoş edər. Turistlər əl hərəkətləri ilə şəhidlərin məzardakı şəkillərlə məsxərə edib ucadan gülüşlərinə davam etmişlər. O, turistlərə irad bildirsə də, onun iradını ciddiyə almamışlar. Hətta turistlərdən ağ köynəkli, qara şortikli, yaxasından qara eynək asılan, bığlı və qara köynəkli, başında qara eynək olan, şortikli, bığlı olan ikisi onun iradına baxmayaraq, şəhid X9 məzarı üstündə istehza ilə sərt sıra addımları ilə yeriməyə başlamışdır. O, ucadan həmin ərəblərə səslənmişdir ki, belə təpik zərbələri məzar daşında zədə əmələ gətirə bilər, lakin turistlər onu vecinə almamışlar, hər üçü bilərəkdən şəhidlərin məzarlarına toxunaraq şəhidlərin şəkillərini bir-birlərinə işarə edib şəhid şəkillərinə yönəlik təhqiramiz əl işarələri göstərmişlər. O, ərəb turistləri dəli zənn edib çox yaxınlaşmağa ehtiyat etmiş, həmin vaxt yaxınlıqda bir neçə qadın ziyarətçi olsa da, ǝrǝb turistlərə yaxınlaşmamışlar, yəqin ki, elə bilmişlər ki, bu şəxslər psixi xəstədirlər, yaxınılaşsalar, xəsarət yetirə bilərlər. Ona görə, o da, ərəb turistlərə iki dəfə irad bildirdikdən sonra oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşanda turistlər yenə öz qeyri- etik hərəkətlərini davam etdirib hərəkətlərini mobil telefonla videoya çəkmişlər. Ondan arxada xeyli aralıda Şəhidlər Xiyabanın işçiləri getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyində xadimə işləyir və əsas etibarilə də Bakı şəhəri Səbail rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı və Dağüstü Parkı təmizləyir. 16 avqust 2025-ci il tarixdə saat 17 radələrində iş yoldaşları Şahid4 ilə birlikdə Şəhidlər Xiyabanı dairəsi tərəfdən Xiyabana daxil olub Dağüstü Park istiqamətində piyada hərəkətdə olarkən, 03 (üç) nəfər kişi cinsindən olan xarici turistlərin şəhidlərin məzarları üstündə qısa şortda gəzdiyinin şahidi olmuşlar. Turistlər şəhidlər X20 və X12 məzarları üstündə bir-biriləri ilə ərəb dilində danışıb gülərək tullanıb-düşmüşlər və qəbirləri məsğərəyə qoyub hündürdən gülüşmüşlər. Hətta həmin vaxtı onlara bir qadın yaxınlaşaraq, öz haqlı iradını bildirmiş, bütün olanlara baxaraq, o, turistlərin nə etdiklərini anlamamış, şəhidlərin məzarları üzərindəki şəkillərə baxıb hər üçü məsxərə edib gülüşmüşlər. Həmin turistlər şəhid məzar daşlarının bu cür qoyulmasını gülünc kimi qəbul edib aralarında məsxərə etmişlər, həmin vaxt o istəmişdir ki, turistlərə yaxınlaşıb öz haqlı iradını bildirsinlər, lakin ərəb dilini bilmədiyindən, qeyd edilən şəxslərə yaxınlaşa bilməmişdir. Həmin ərəb tuistlər şəhid Etibar Fərəcovun məzarı üzərindəki gülləri ayaqla vurub kənara tullamışlar. Turistlər əl hərəkətləri ilə şəhidlərin məzarındakı şəkillərlə məsxərə edib ucadan gülüşlərinə davam etmişlər. Həmin vaxt bir qadın. yaxınlaşaraq öz haqlı iradını bildirsə də, ərəblər öz hərəkətlərini davam etdirmişlər. Hətta ərəb turistlərdən ikisi - ağ köynəkli, qara şortikli, yaxasından qara eynək asılan, bığlı və qara köynəkli, başında qara eynək olan, şortikli, bığlı olan bildirilən haqlı irada məhəl qoymayaraq, şəhid X9 məzarı üzərində istehza ilə sərt sıra addımları ilə yeriməyə başlamışdır. Həmin vaxt "Bakı Abadlıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı olan xadimə qadın ucadan həmin ərəblərə səslənmişdir ki, belə hərəkətlər etmək olmaz, lakin ərəblər veclərinə almamışlar, hər üçü bilərəkdən şəhidlərin məzarlarına toxunaraq, şəhidlərin şəkillərini birbirilərinə işarə edib şəhidlərin şəkillərinə yönəlik təhqiramiz əl işarələri göstərmişlər. O, ərəb turistləri başdan xarab hesab edib yaxınlaşmamışdır. Həmin vaxtı yaxınlıqda bir neçə qadın ziyarətçi olsa da, ərəb turistlərə yaxınlaşmamışılar, yəqin ki, həmin qadınlar da hesab etmişlər ki, bu şəxslərin başları işləmir. Bir sözlə həmin ərəblər qudurğanlıq etmişlər. O, uzaqlaşanda ərəb turistlər yenə öz qeyri-etik hərəkətlərini davam etdirib hərəkətlərini mobil telefonla videoya çəkmişlər. Həmin ərəblərin hərəkətləri xoşagəlməz olmuş və demək olar ki, Şəhidlər Xiyabanında olan turistlərin və digər şəxslərin haqlı olaraq iradlarına səbəb olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, uzun illərdir ki, Bakı şəhərində bələdçi olaraq işləyir, Bakı şəhərinə gələn xarici turistləri Bakı şəhərində qəbul edib, həmin turistləri Azərbaycanın tarixi və yadda qalan məkanları ilə tanış edir. Bununla yanaşı, Bakı şəhərində fəaliyyət göstərən bələdçilərin “WhatsApp” sosial mediada qrupu mövcuddur və o, həmin qrupda sosial şəbəkələrdə ünvan 2 ünvanda yerləşən “Şəhidlər Xiyabanı"nda şəhid məzarlığında müstəqillik uğrunda şəhid olan X21, X23 və X12 qəbiri üzərində X6 vətəndaşlarının təhqiredici hərəkətlər etmələrinin, qəbirləri məsxərəyə qoyaraq gülüşmələri, atılıb düşmələrinin şahidi olmuşdur. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında dəfn edilən X21, X23 və X12 X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etmələri ilə bağlı 17 avqust 2025-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə zəng edərək, "İnstaqram" sosial şəbəkəsində Milli Qəhrəmanlarımızın abidəsi önündə gülərək video paylaşmaları və qeyri-etik hərəkətlər etmələri barədə məlumat vermişdir ki, həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək qanun qarşısında cavab versinlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, O, 2013-cü il tarixdən etibarən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bağban olaraq işləyir və 2023-cü il tarixdən etibarən həmin Cəmiyyətin nəzdində yaranmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bağban olaraq fəaliyyətini davam etdirir, vəzifəsi Bakı şəhəri Səbail rayon ərazisində yerləşən Şəhidlər Xiyabanı və Dağüstü Parkda əkilən ağaclara və qazonlara su verməkdən ibarətdir. 16 avqust 2025-ci il tarixdə saat 17 radələrində o, işdə olduğu zaman Şəhidlər Xiyabanı dairəsi tərəfdən Xiyabana daxil olub Dağüstü Park istiqamətində piyada hərəkətdə olarkən 03 (üç) nəfər kişi cinsindən olan xarici turistlərin şəhidlərin məzarları üstündə qısa şortda gəzdiyinin şahidi olmuş, turistlərin hər üçü şəhidlər X20 və X12 məzarları üstündə bir-biriləri ilə ərəb dilində danışıb gülərək tullanıbdüşmüşlər və qəbirləri məsxərəyə qoyub hündürdən gülüşmüşlər. Hətta həmin ǝrǝb turistlərə bir qadın yaxınlaşaraq, öz haqlı iradını bildirmiş, bütün olanlara baxaraq, ərəb turistlərin nə etdiklərini anlamamışdır. Bir sözlə, ərəb turistlər şəhidlərin məzarları üzərindəki şəkillərə baxıb məsxərə edib gülüşmüşlər. Onlar şəhid məzar daşlarının bu cür qoyulmasını gülünc kimi qəbul edib aralarında məsxərə etmişlər. Həmin vaxt o, həmin turistlərə yaxınlaşıb haqlı iradını bildirmək istəmiş, lakin ərəb dilini bilmədiyindən, qeyd edilən şəxslərə yaxınlaşa bilməmişdir. Həmin ərəb turistlər şəhid Etibar Fərəcovun məzarı üzərindəki gülləri ayaqla vurub kənara tullamışlar. O, həmin vaxt elə zənn etmişdir ki, bunların həqiqətən də başları çatmır, çünki belə hərəkətləri yalnız dəli və ya başdan xarab adam edər. Həmin ərəb turistlər əl hərəkətləri ilə şəhidlərin məzarındakı şəkillərlə məsxərə edib ucadan gülüşlərinə davam etmişlər, bir qadın ərəblərə yaxınlaşaraq, öz haqlı iradını bildirsə də, onlar öz hərəkətlərini davam etdirmişlər. Hətta ərəblərdən ağ köynəkli, qara şortikli, yaxasından qara eynək asılan, bığlı və qara köynəkli, başında qara eynək olan, şortikli, bığlı olan ikisi bildirilən haqlı iradlara məhəl qoymayaraq, şəhid X9 məzarı üzərində istehza ilə sərt sıra addımları ilə yeriməyə başlamışlar. Orada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı olan xadimə qadın ucadan həmin ərəblərə səslənmişdir ki, belə hərəkətlər etmək olmaz, lakin ərəblər veclərinə almamışlar, hər üçü bilərəkdən şəhidlərin məzarlarına toxunaraq şəhidlərin şəkillərini bir-birilərinə işarə edib şəhidlərin şəkillərinə yönəlik təhqiramiz əl işarələri göstərmişlər. O, ərəbləri başdan xarab hesab edib yaxınlaşmamışdır. Həmin vaxt yaxınlıqda bir neçə qadın ziyarətçi olsa da, ərəb turistlərə yaxınlaşmamışlar, yəqin ki, qadınlar da hesab etmişlər ki, bu ərəblərin başları işləmir. O, oradan uzaqlaşanda ərəb turistlər yenə öz qeyri-etik hərəkətlərini davam etdirib hərəkətlərini mobil telefonla videoya çəkmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və iclasında ifadəsi elan olunmuş Şahid5 məhkəmədə tədqiq edilən, cinayət işinin İİ cildinin 94-96-cı vərəqlərində olan ifadəsində göstərilmişdir ki, heç bir psixi xəstəliyi yoxdur, ruhi-əsəb dispanserində qeydiyyatda deyildir, hazırda Milli Elmlər Akademiyasında aparıcı elmi işçi, Azərbaycan Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq münasibətlər, siyasi elimlər fənləri üzrə müəllim vəzifəsində işləyir. O, bütün sosial şəbəkələrdə ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında müstəqillik uğrunda şəhid olan X21, X23 və X12 qəbirləri üzərində X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etmələri, qəbirləri məsxərəyə qoyaraq gülüşmələri, atılıb düşmələrinin sosial şəbəkələrdə şahidi olmuşdur. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında dəfn edilən X17, X23 və X12 X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etmələri ilə bağlı 18 avqust 2025-ci il tarixdə Səbail rayon Polis İdarəsinə gedərək, şikayət ərizəsi ilə müraciət etmişdir ki, həmin şəxslər barədə qanuna müvafiq olaraq tədbir görülüb cinayət məsuliyyətinə cəlb edilməklə həbs edilsinlər. O, Azərbaycan Respublikasının vətəndaşı olduğundan, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olan şəxslərin qəbirlərinin üzərində hər hansı bir xarici turistin gələrək atılıb düşməsinə və şəhidlərimiz təhqir etməsini qəbul edə bilməmişdir. Bu səbəbdən, həmin şəxslərin layiqli qanun qarşısında cavab vermələrini məhkəmə orqanlarından gözləmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və iclasında ifadəsi elan olunmuş Şahid7 məhkəmədə tədqiq edilən, cinayət işinin İİ cildinin 112-114-cü vərəqlərində olan ifadəsində göstərilmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. O, uzun illərdir ki, Bakı şəhərində bələdçi olaraq işləyir, Bakı şəhərinə gələn istənilən xarici turisti Bakı şəhərində qəbul edib turistləri Azərbaycanın tarixi və yadda qalan məkanları ilə tanış edir. Bununla yanaşı, Bakı şəhərində fəAlıyyət göstərən bələdçilərin “WhatsApp” sosial mediada qrupu mövcuddur, həmin qrupdan görmüşdür ki, sosial şəbəkələrdə ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlığında müstəqillik uğrunda şəhid olan X21, X23 və X12 qəbirləri üzərində X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər edilir, qəbirləri məsxərəyə qoyaraq gülüşürlər, atılıb düşürlər. Bundan sonra o, ünvan 2 ünvanda yerləşən "Şəhidlər Xiyabanı"nda şəhid məzarlarlığında dəfn edilən X21, X23 və X12 X6 vətəndaşları tərəfindən təhqiredici hərəkətlər etmələri ilə bağlı 17 avqust 2025-ci il tarixdə öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonu ilə Daxili İşlər Nazirliyinin “102 zəng mərkəzi” xidmətinə zəng edərək, "İnstaqram” sosial şəbəkəsində Milli Qəhrəmanlarımızın abidəsi önündə gülərək video paylaşmaları və qeyri-etik hərəkətlər etmələri barədə məlumat vermişdir ki, həmin şəxslərin şəxsiyyətləri müəyyən edilərək qanun qarşısında cavab versinlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən Şəhidlər Xiyabanıdır. (Cild İ, i.v. 43-50) “Əşyaya (mobil telefon cihazına) baxış keçirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, həmin mobil telefon cihazı "Apple" markalı "İphone 16Pro Max" modelli mobil telefon cihazıdır, korpusu tünd boz rənglidir, 162x76x8 mm ölçülüdür, arxa səthində "Apple" loqosu, 03 ədəd arxa, 01 ədəd ön kamerası, yan səthlərində yandırıb-söndürmə, səs tənzimləmələri, kamera və nömrə sim kartı yuvacıqları vardır, ön səthi isə həssas (şüşə) monitorludur, korpusuna şəffaf qobur keçirdilmişdir və qoburun içərisinə sim kart əlavə olunmuşdur. Mobil telefon cihazı "059049" şifrəsi ilə şifrələnmişdir. Həmin mobil telefon cihazı açıldıqda, telefonda əsasən "Apple" şirkətinə aid sistem mobil telefon tətbiqetmələri, həmçinin sonradan yazılma "WhatsApp", "TikTok" və sair sosial media mobil tətbiqetmələri yazılmışdır. Mobil telefon cihazında olan "Gallary" tətbiqetməsinə baxış keçirilərkən, tətbiqetmənin qovluqlarında ("Photos", "Videos", "Audio" və sair) çoxsaylı fotoşəkil və videogörüntüllərin yerləşdirilməsi görünür. Həmin "Videos" adlı qovluq açıldıqda, qovluqda bir neçə qovluqlarla yanaşı, əlavə "August" adlı qovluğun da mövcud olması və həmin qovluqda iş üzrə əhəmiyyət kəsb edən, hazırki cinayət işi üzrə sözügedən videogörüntünün də mövcud olduğu müəyyən edildi. Həmin videogörüntü açılaraq, baxış keçirilərkən, 0:01:04 dəqiqə müddətdə davam etdiyini, videogörüntünün Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 1 ünvanda yerləşən "Şəhidlər Xiyabanı”da axşam saatlarında açıq hava şəraitində lentə alındığı, videogörüntüdə ilk öncə başında qara eynək taxmış, qara rəngli köynək və qara rəngli şort geyinmiş bir nəfər və ağ rəngli köynək, qara rəngli şort geyinmiş, köynəyinin sinəsinə qara rəngli eynək taxmış başqa bir nəfər kişi cinsli şəxslərin Azərbaycan dilində olmayan başqa (xarici - ǝrǝb) dilində bir-biri ilə dialoq qurub danışmaları və istehza ilə gülmələri, şəhidlər X20, X12 məzar daşlarını göstərib gülmələri, qeyri-etik əl hərəkətləri icra etmələri, ağ rəngli köynək və qara rəngli şort geyinmiş, köynəyinin sinəsinə qara rəngli eynək taxmış şəxsin qəbir daşlarının qarşısında dəfələrlə atılıb- düşməsi, orada onunla ibrətamiz söhbət aparmaqla, "Armenia", "Azerbaycan" sözləri işlətməsinə baxmayaraq, həmin qadına diqqət etməyib sözünü kəsməsi və həmin qadına qeyri-etik şəkildə arxasını çevirib istehza ilə gülməyə davam etməsi, dilini çıxarıb göstərməsi, daha sonra məzarların qarşısında inşa edilmiş daş bəndlərin üzərinə çıxıb yeriməsi və həmin an əynində olan şortunu bir qədər aşağıya endirib sonra yuxarıya çəkməsi, bundan əlavə, başında qara eynək taxmış, qara rəngli köynək və qara rəngli şort geyinmiş ikinci şəxslə birlikdə ikisinin də qəbir daşlarının qarşısında qeyri-nizamlı addımlar sərgiləyərək, şəhidlər X27 və X9 məzarları qarşısında hərbi addımlara bənzər atılıb-düşmələri, eyni vaxtda da, yüksək səslə istehza ilə gülüb ərəb dilində bir-biri ilə danışmaları və Şəhidlər Xiyabanında piyada getməyə davam etmələri, bütün bunlarla yanaşı, üzü görünməsə də, videogörüntünü lentə almış üçüncü şəxsin, yəni iş üzrə təqsirləndirilən şəxs - X6 vətəndaşı X50 Mohammed H-nin ərəb dilində danışması, eləcə də, sağ əlində tutduğu "Apple İ Phone" markalı mobil telefon cihazında Azərbaycan Respublikasının bayrağının qarşısında olan şəhidin fotoşəklinə baxıb gülməsinin səsi eşidilir. Videogörüntü bu anda başa çatır. Baxış zamanı təqsirləndirilən Şəxs X6 vətəndaşı X50 Mohammed H tərcüməçinin iştirakı ilə bildirmişdir ki, həmin mobil telefon cihazının onun özünə məxsus olduğunu və sözügedən videogörüntünün onun özü tərəfindən 16 avqust 2025-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 1 ünvanda yerləşən "Şəhidlər Xiyabanı”-da çəkildiyini, orada onunla bilikdə olanlardan biri, yəni X28 M-nin "Səncə neçə müddətdir burda yatırlar, yəni qəbrdə?"- deyə ona sual verdiyini, həmçinin cümlələrinə davam edərək, "Mən müəlliməm, bunlar şagirdlərim" və "Ərəblər məndən soruşsun, mən də deyim, bura niyə gəlirlər?" - kimi cümlələri işlətməsini bildirmişdir. (Cild İ, i.v. 132-133) “Diskə köçürülmüş videogörüntüyə baxış keçirilməsi haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, ağ rəngli boyalı, üzərində heç bir yazı olmayan diskdə bir ədəd fayl yerləşir. Həmin fayl "VİD-20250818- WA0004.mp4" adlı, 8.37 MB yaddaşlı, ".mp4" formatlı videofayldır. Videofayl 0:00:47 dəqiqə müddətdə davam edir. Videofaylın Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 1 ünvanda yerləşən "Şəhidlər Xiyabanı”-da axşam saatlarında açıq hava şəraitində lentə alındığı müşahidə olunur. Videogörüntüdə ilk öncə başında qara eynək taxmış, qara rəngli köynək və qara rəngli şort geyinmiş bir nəfər və ağ rəngli köynək, qara rəngli şort geyinmiş, köynəyinin sinəsinə qara rəngli eynək taxmış başqa bir nəfər kişi cinsli şəxslərin Azərbaycan dilində olmayan başqa (xarici ǝrǝb) dilində bir-biri ilə dialoq qurub danışmaları və istehza ilə gülmələri, şəhidlər X20 və X12 məzar daşlarını göstərib gülmələri, qeyri-etik əl hərəkətləri icra etmələri, ağ rəngli köynək və qara rəngli şort geyinmiş, köynəyinin sinəsinə qara rəngli eynək taxmış şəxsin qəbir daşlarının qarşısında dəfələrlə atılıbdüşməsi, orada onunla ibrətamiz söhbət aparmaqla "Armenia", "Azerbaycan" sözləri işlətməsinə baxmayaraq, həmin qadına diqqət etməyib sözünü kəsməsi və həmin qadına qeyri-etik şəkildə arxasını çevirib istehza ilə gülməyə davam etməsi, dilini çıxarıb göstərməsi, daha sonra məzarların qarşısında inşa edilmiş daş bəndlərin üzərinə çıxıb yeriməsi və həmin vaxtı əynində olan şortunu bir qədər aşağıya endirib sonra yuxarıya çəkməsi, bundan əlavə, başında qara eynək taxmış, qara rəngli köynək və qara rəngli şort geyinmiş ikinci şəxslə birlikdə ikisinin də qəbir daşlarının qarşısında qeyri-nizamlı addımlar sərgiləyərək, şəhidlər X27 və X9 məzarları qarşısında hərbi addımlara bənzər atılıbdüşmələri, eyni vaxtda da, yüksək səslə istehza ilə gülüb ərəb dilində bir-biri ilə danışmaları və Şəhidlər Xiyabanında piyada yetirməyə davam etmələri, bütün bunlarla yanaşı, üzü görünməsə də, videogörüntünü lentə almış üçüncü şəxsin ərəb dilində danışması, eləcə də, sağ əlində tutduğu "Apple İ Phone" markalı mobil telefon cihazında Azərbaycan Respublikasının bayrağının qarısında olan şəhidin fotoşəklinə baxıb gülməsinin səsi eşidilir. Videogörüntü 47 saniyədə baça çatır. Videogörüntünün alt hissəsinə çap hərflərlə "Ərəblər şəhidlərimizi məsxǝrǝyǝ qoydular" Vǝ "İnsta_Maqazin Baku" yazılarının yazılması müşahidə olunur. Təqsirləndirilən şəxs AlGhabr, Mohammed Hussain M tərcüməçi vasitəsilə bildirmişdir ki, həmin videogörüntüdə əks olunan şəxslər o və onunla birlikdə Şəhidlər Xiyabanında olmuş həmvətənliləri Təqsirləndirilən şəxs3 Ali S ve AlGhabr, Mahdi Mohammed H olmuşdurlar və X18 qəbirlər üzərində hər hansı təhqiredici və alçaldıcı hərəkətlər etməmiş, sadəcə insanların videoçəkiliş etdiyini görüb onlar videoçəkiliş aparmışlar. (Cild İ, i.v. 155-156) Məhkəmə iclasında tərcüməçi X7 iştirakı ilə videogörüntüyə yenidən baxış keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X46 18 avqust 2025-ci il tarixli, 429 nömrəli rəyindən görünür ki, AlGhabr, Mohammed Hussain M-in məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. (Cild İİ, i.v. 128-129) 18 avqust 2025-ci il tarixli, 430 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X46 rəyindən görünür ki, Alzamanan, Mahdi Ali S-in məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. (Cild İİ, i.v. 131-132) 18 avqust 2025-ci il tarixli, 431 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X19” X46 rəyindən görünür ki, Al Ghabr, Mahdı Mohammed H-ın məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar olunmamışdır. (Cild İİ, i.v. 134-135) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 1089-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. (Cild İİ, i.v. 154-155) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 1062-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. (Cild İİ, i.v. 156-157) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 1063-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. (Cild İİ, i.v. 158-159) “Sübutların qiymətləndirilməsi haqqında” 09 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan iş üzrə təqsirləndirilən şəxs X6 vətəndaşı X51 Mohammed H-yə məxsus mobil telefon cihazı və "VİD-20250818- WA0004.mp4" adlı videofaylın yazıldığı 01 ədəd DVD (disk) cinayət işi üzrə maddi sübut kimi tanınmış, DVD disk cinayət işi materiallarına əlavə edilmiş, mobil telefon isə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. ( Cild İİ, i.v. 194-210) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Alzamanan, Mahdi Ali S, Al Ghabr, Mahdı Mohammed H və AlGhabr, Mohammed Hussain M tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Şəhidlər xiyabanı Azərbaycan xalqının azadlıq, müstəqillik və dövlətçilik tarixində misilsiz mənəvi əhəmiyyətə malik müqəddəs məkandır. Bu məkan Vətənin suverenliyi, ərazi bütövlüyü və milli ləyaqəti uğrunda canlarını fəda etmiş övladlarımızın əbədi istirahət yeridir. Şəhidlər xiyabanı XX əsrin sonlarında – xüsusilə 1990-cı il 20 Yanvar faciəsindən və Ermənistan–Azərbaycan münaqişəsi zamanı həlak olmuş qəhrəmanların dəfnindən sonra ümumxalq yaddaşının rəmzinə çevrilmişdir. Burada uyuyan şəhidlər Azərbaycan xalqının azadlıq iradəsinin, haqqa və ədalətə sadiqliyinin canlı tarixi sübutudur. Xiyaban təkcə bir ziyarətgah deyil, həm də milli yaddaş, vətəndaş məsuliyyəti və gələcək nəsillər üçün mənəvi məktəb funksiyasını daşıyır. Bu məkanda hər bir məzar daşının arxasında bir ömür, bir ailə taleyi və bir millətin gələcəyi naminə verilmiş ən ali qurban dayanır. Şəhidlər xiyabanına ucaldılan hər addım Azərbaycan dövlətinə sədaqətin, şəhid xatirəsinə ehtiramın və milli dəyərlərə hörmətin ifadəsidir. Bu məkan xalqımızın keçmişinə ehtiramının, bu günün qürurunun və gələcəyə olan inamının rəmzi olaraq daim yaşayacaqdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən qəbir və ya meyit üzərində təhqiredici hərəkət - iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət əməlinin obyektiv cəhəti qəbir və ya meyit üzərində təhqiredici hərəkətlərin edilməsində ifadə olunur. Qəbir və ya meyit üzərində təhqiredici hərəkətlər dedikdə meyitin dəfn edilməsinin xalq arasında ümumi qəbul edilmiş qaydaların, bu sahədə mövcud olan adət ve ənənələri kobud surətdə pozan, qəbirlərin dağıdılması, zədələnərək korlanması, qəbir daşlarının üzərində əxlaqsız söz və ifadələr yazılması, şəkillər, işarələr çəkilməsi və s. bu kimi mənəviyyatsız, rüsvayedici hərəkətlərin törədimasi başa düşülür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Alzamanan, Mahdi Ali S, Al Ghabr, Mahdı Mohammed H və AlGhabr, Mohammed Hussain M-in əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxs AlGhabr, Mohammed Hussain M-ə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, AlGhabr, Mohammed Hussain M həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 84-85) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-433/2025 nömrəli qərarından görünür ki, AlGhabr, Mohammed Hussain M-in barəsində həbsetmənin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 230-233) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-923/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X28 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair 18 avqust 2025-ci il tarixli, 4(009)- 433/2025 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Cild İİ, i.v. 6-10) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 17 oktyabr 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, AlGhabr, Mohammed Hussain M əvvəllər məhkum edilməmişdir. (Cild İİ, i.v. 123-124) Məhkəmə, AlGhabr, Mohammed Hussain M-in barəsində Cinayət Məcəlləsinin 59-cu nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs AlGhabr, Mohammed Hussain M-in hazırki cinayət əməlini qabaqcadan əlbir olan qrup şəxs halında törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, AlGhabr, Mohammed Hussain M-ə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı ağırlaşdıran halı və cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs AlGhabr, Mohammed Hussain M cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə X14 vətəndaşı olan təqsirləndirilən şəxs AlGhabr, Mohammed Hussain M barəsində ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə təqsirləndirilən şəxs Al Ghabr, Mahdı Mohammed H-a cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Al Ghabr, Mahdı Mohammed H həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 70) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-435/2025 nömrəli qərarından görünür ki, Al Ghabr, Mahdı Mohammed H-in barəsində həbsetmənin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 226-229) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-925/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X28 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair 18 avqust 2025-ci il tarixli, 4(009)- 435/2025 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Cild İİ, i.v. 20-24) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 17 oktyabr 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Al Ghabr, Mahdı Mohammed H əvvəllər məhkum edilməmişdir. (Cild İİ, i.v. 121-122) Məhkəmə, Al Ghabr, Mahdı Mohammed H-in barəsində Cinayət Məcəlləsinin 59-cu nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Al Ghabr, Mahdı Mohammed H-in hazırki cinayət əməlini qabaqcadan əlbir olan qrup şəxs halında törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Al Ghabr, Mahdı Mohammed H-a cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı ağırlaşdıran halı və cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs Al Ghabr, Mahdı Mohammed H cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə X14 vətəndaşı olan təqsirləndirilən şəxs Al Ghabr, Mahdı Mohammed H barəsində ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir Məhkəmə təqsirləndirilən şəxs Alzamanan, Mahdi Ali S-ə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 18 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Alzamanan, Mahdi Ali S həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 105-106) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(009)-434/2025 nömrəli qərarından görünür ki, Alzamanan, Mahdi Ali S-in barəsində həbsetmənin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 234-237) Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-924/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X28 barəsində həbs qətimkan tədbiri seçilməsinə dair 18 avqust 2025-ci il tarixli, 4(009)- 434/2025 nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Cild İİ, i.v. 11-18) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 17 oktyabr 2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Alzamanan, Mahdi Ali S əvvəllər məhkum edilməmişdir. (Cild İİ, i.v. 125-126) Məhkəmə, Alzamanan, Mahdi Ali S-in barəsində Cinayət Məcəlləsinin 59-cu nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən Alzamanan, Mahdi Ali S-in hazırki cinayət əməlini qabaqcadan əlbir olan qrup şəxs halında törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Alzamanan, Mahdi Ali S-ə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən yuxarıda göstərilən cəzanı ağırlaşdıran halı və cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmaqla ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, təqsirləndirilən şəxs Alzamanan, Mahdi Ali S cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci və 353.4.12-ci maddələrinin tələbləri baxımından onun barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Eyni zamanda məhkəmə X14 vətəndaşı olan təqsirləndirilən şəxs Alzamanan, Mahdi Ali S barəsində ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın tətbiqini də zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan AlGhabr, Mahdı Mohammed H məxsus 01 ədəd “Apple” markalı “İ Phone 16 Pro Max” markalı mobil telefon cihazı cəzasını çəkdikdən sonra onun özünə qaytarılması nəzərə alınmalıdır. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 991.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 991.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Alzamanan, Mahdi Ali S, Al Ghabr, Mahdı Mohammed H və AlGhabr, Mohammed Hussain M-in Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: AlGhabr, Mohammed Hussain M Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəkməsinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. AlGhabr, Mohammed Hussain M ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. AlGhabr, Mahdı Mohammed H Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. AlGhabr, Mahdı Mohammed H ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. AlZamanan, Mahdi Ali S Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 18 avqust 2025-ci il tarixdən hesablansın. AlGhabr, Mohammed Hussain M ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan AlGhabr, Mahdı Mohammed H məxsus 01 ədəd “Apple” markalı “İ Phone 16 Pro Max” markalı mobil telefon cihazı cəzasını çəkdikdən sonra onun özünə qaytarılsın. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar