Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-353/2025 07.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Afət Xansıvar qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3 qızının, Təqsirləndirilən şəxsin müdafiəçisi X1, Təqsirləndirilən şəxs mərhum Təqsirləndirilən şəxs hüquqi varisi X7 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə vəfat etmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,245 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 25 iyun 2025-ci il tarixdə, saat 14:19-da Səbail RPİ-nin NMB-nin əməkdaşlarının ünvan 2 ünvanın yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,245 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilmiş və ona verilən ittihamda göstərilən cinayət əməlini törətdiyini etiraf etmişdir. Cinayət işi üzrə şahidlər dindirilmiş, digər sübutlar toplanmış, ittiham aktı tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxsin iştirakı ilə keçirilmiş məhkəmə iclaslarının hər birində mərhum Təqsirləndirilən şəxs özünü təqsirli bilərək cinayət törətdiyini etiraf etmişdir. Növbəti məhkəmə iclası barədə təqsirləndirilən şəxsə məlumat verilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Təqsirləndirilən şəxsin ailə üzvlərinə göndərilmiş bildirişdə izah edilmişdir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətdikdən sonra öldükdə ( ölən şəxsə bəraət verilməsi zərurəti olduğu hallar istisna edilməklə) cinayət təqibinə xitam verilir. Cinayət təqibinə təqsirləndirilən şəxsin ölməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 39.1.5-ci maddəsinə əsasən xitam verilməsi bəraətverici əsas hesab edilmir. xx.xx.2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlu X7 iştirakını təmin etmək mümkün olmuş, o atasının xx.xx.2025-ci ildə öldüyünü bildirərək ölüm haqqında şəhadətnamənin əslini məhkəməyə təqdim etmişdir. Bundan sonra X10 məhkəməyə ərizə verərək atası Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. X10 məhkəmənin xx.xx.2026-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs hüquqi varisi kimi tanınmışdır. Məhkəməyə təqdim edilmiş 13 iyun 2002-ci il taixdə qeydə alınmış, 331 saylı doğum haqqında akt qeydindən görünür ki, X10 01 may 2002-ci ildə anadan olmuşdur, anası X8, atası Təqsirləndirilən şəxsdur. xx.xx.2026-cı ildə məhkəməyə daxil olmuş X7 ərizəsindən və görünür ki, atası Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölmüşdür. Xahiş edir ki, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına bəraətverici olmayan əsaslarla xitam verilsin. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi Əliyeva X2 Rauf Nicat oğlunun hüquqi varisi X7 ərizəsinin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə xitam verilir. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin, habelə ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda müdafiəçinin, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə baxışı gedişində ölməsini və ölmüş təqsirləndirilən şəxsin hüquqi varisinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürsonun vəkili X4 tərəfindən 25 (iyirimi beş) iş saatı məsrəf olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 110 (yüz on) manat məbləğində məhkəmə məsrəfi vardır. Təqsirləndirilən şəxs öldüyü üçün həmin məhkəmə məsrəfi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Səbail RPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,195 qram metamfetamin məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 40, 43, 299, 300, 306-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin və Bakı şəhəri 3 saylı Vəkil Bürsonun vəkili X1 göstərdiyi 25 (iyirimi beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət Büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 275 (iki yüz yetmiş beş) manat dövlət büdcəsindən Bakı şəhəri 3 saylı Vəkil Bürsonun bank hesabına köçürülsün. Cinayət işi üzrə 110 (yüz on) manat ekspertiza xərci dövlət büdcəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut olan və saxlanılması üçün Səbail RPİ-nin məsul saxlanışına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,195 qram metamfetamin məhv edilsin. Cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Qərardan elan olunandan 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Afət Quliyeva
Məhkəmə qərarları › İş №1(009)-353/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-353/2025
07.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver