Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-358/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 dekabr 2025-ci il tarixdə saat 12.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilmiş Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq matros kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs8 ixtisaslaşdırılmış matros olmaq məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən iş diplomunun (sertifikatın) alınması ilə bağlı həmin qurumun təşkil etdiyi imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə etməsinə köməklik göstərilməsi üçün qabaqcadan əlbir olduğu Şahid4 vasitəsi ilə 2024-cü ilin noyabr ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs8 Agentlikdə geniş və çoxşaxəli əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün, yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Zərərçəkmiş şəxs8 təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs8 razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 2024-cü ilin dekabr ayında Siyəzən rayonunda yerləşən "Mpay" ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs8 tərəfindən 2.500 manat məbləğində pul vəsaitinin qabaqcadan əlbir olduğu Şahid4 523915******1356 nömrəli plastik bank kartına, sonuncunun isə həmin pul vəsaitinin 1.800 manatını həmin vaxt özünün istifadəsində olan K Beynəlxalq Bank» ASC-yə məxsus 41272093“**8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, Zərərçəkmiş şəxs8 özünə qarş, inam və s yalan vədin era edilməsinə dair görüntü yaratmaq, həmçinin məsulfyyətS yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını quva Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 2.500 manat (iki min beş yüz) manat məbləğində pul vəsaitini Şahid4la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs8 məxsus cəmi 2.500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilmiş Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq gəmi kapitanının köməkçisi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs6 gəmi kapitanı olmaq məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən iş diplomunun (sertifikatın) alınması ilə bağlı həmin qurumun təşkil etdiyi imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə etməsinə köməklik göstərilməsi üçün qabaqcadan əlbir olduğu Şahid3 vasitəsi ilə 2025- ci ilin fevral ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs6 qeyd edilən qurumda işləməklə geniş və çoxşaxəii əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün, yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Zərərçəkmiş şəxs3 təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə maddi nemət olan 1.500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs3 razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 13 may 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 233 ünvanında yerləşən “Tamstore" mağazasında yerləşən “Milli Ön" ödəmə terminalın vasitəsi ilə 1.500 manat məbləğində pul vəsaitinin qabaqcadan əlbir olduğu Şahid3 "xxxx" ASC-nin 4098********7817 nömrəli plastik bank kartına, sonuncunun isə həmin pul vəsaitinin 1.250 manatını həmin tarixdə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 41272093****8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, Zərərçəkmiş şəxs3 özünə qarşı inam və verdiyi yalan vədin icra edilməsinə dair görüntü yaratmaq, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını guya Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 1.500 manat (bir min beş yüz) manat məbləğində pul vəsaitini Şahid3la birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus cəmi 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə matros kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs2 gəmi kapitanın köməkçisi olması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən iş diplomunun (sertifikatın) alınması ilə bağlı həmin qurumun təşkil etdiyi imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə etməsinə köməklik göstərilməsi üçün cinayətdən xəbərsiz olan Şahid2 vasitəsi ilə 2025-ci ilin aprel ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs2 Agentlikdə geniş və çoxşaxəii əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli uçun yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Qənbərova təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahivvətli vəzifəli şəxslərə maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 razılığını alaraq sövdələşdikdən sonra, həmin adla xx.xx.2025-ci il tarixdə sonuncu tərəfindən ünvan 3 ünvanında yerləşən “Bol Market” mağazasında yerləşən TashaPAy” ödəmə terminalın vasitəsi ilə 1 ./00 manat məbləğində pul vəsaitinin özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 41272093****8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, Zərərçəkmiş şəxs2 özünə qarşı inam və verdiyi yalan vədin icra edilməsinə dair görüntü yaratmaq, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını guya Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 1.700 manat (min yeddi yüz) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus cəmi 1.700 manat (min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilmiş Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq matros kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs5 ixtisaslaşdırılmış matros olmaq məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən iş diplomunun (sertifikatın) alınması ilə bağlı həmin qurumun təşkil etdiyi imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə etməsinə köməklik göstərilməsi üçün qabaqcadan əlbir olduğu Şahid3 vasitəsi ilə 2025-ci ilin aprel ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs5 qeyd edilən qurumda işləməklə geniş və çoxşaxəli əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün, yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Zərərçəkmiş şəxs5 təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə maddi nemət olan 2.100 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs5 razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 21 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs5 tərəfindən Masallı rayonu ərazisində yerləşən ödəmə terminalı vasitəsilə 2.100 manat məbləğində pul vəsaitinin qabaqcadan əlbir olduğu Şahid3 "xxxx" ASC-nin 4098********7817 nömrəli plastik bank kartına, sonuncunun isə həmin pul vəsaitinin 1.250 manatını həmin tarixdə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 41272093****8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, Zərərçəkmiş şəxs5 özünə qarşı inam və verdiyi yalan vədin icra edilməsinə dair görüntü yaratmaq, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını guya Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 2.100 manat (iki min yüz) manat məbləğində pul vəsaitini Şahid3la birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui- istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 məxsus cəmi 2.100 (iki min yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilmiş Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq matros kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs4 gəmi kapitanın köməkçisi olmaq məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən diplomunun (sertifikatın) alınması üçün həmin qurumun təşkil etdiyi imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə etməsinə köməklik göstərilməsi üçün qabaqcadan əlbir olduğu Şahid3 vasitəsi ilə 2025-ci ilin iyun ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs4 qeyd edilən qurumda işləməklə geniş və çoxşaxəli əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün, yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Zərərçəkmiş şəxs4 təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs4 razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 18 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 tərəfindən 2.000 manat məbləğində pul vəsaitinin qabaqcadan əlbir olduğu Şahid3 Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Əhmədli metrostansiyasının yaxınlığında nağd şəkildə verilməsinə, sonuncunun isə həmin pul vəsaitinin 1.250 manatını həmin tarixdə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 41272093****8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, Zərərçəkmiş şəxs4 özünə qarşı inam və verdiyi yalan vədin icra edilməsinə dair görüntü yaratmaq, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını guya Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 2.000 manat (iki min) manat məbləğində pul vəsaitini Şahid3la birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayət qanununun müddəalarına əsasən cinayət məsuliyyətindən azad edilmiş Şahid4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq matros kimi fəaliyyət göstərən X2 gəmi kapitanın köməkçisi olmaq məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən yemən ış diplomunun (sertifikatın) alınması ilə bağlı həmin qurumun təşkil etdivi imtahanlarda ıştırak etməklə uğurlu nəticə əldə etməsinə köməklik gÄÜS uçun qabaqcadan əlbir olduğu Şahid4 vasitəsi ilə 2025-ci ilin iyul ayında Bakı şəhəri ərazisində ozunə müraciəti ilə əlaqədar X3 qenis yə çoxşaxəlı əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün, yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Əziz Ağamalıyevə təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə maddi nemət olan 2.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Əziz Ağamalıyevin razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 10 iyul 2025-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Mpay” adlı ödəmə terminal vasitəsilə Əziz Ağamalıyev tərəfindən 2.000 manat məbləğində pul vəsaitinin qabaqcadan əlbir olduğu Şahid4 "xxxx" ASC-yə məxsus 523915******1356 nömrəli plastik bank kartına, sonuncunun isə həmin pul vəsaitinin 1.200 manatını həmin tarixdə özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 41272093****8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, Əziz Ağamalıyevdə özünə qarşı inam və verdiyi yalan vədin icra edilməsinə dair görüntü yaratmaq, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını guya Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 2.000 manat (iki min) manat məbləğində pul vəsaitini Şahid4la birlikdə aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə X5 məxsus cəmi 2.000 (iki min) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə matros kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs7 ixtisaslaşdırılmış matros olması ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilən iş diplomunun (sertifikatın) alınması üçün həmin qurumun təşkil etdiyi imtahanlarda iştirak etməklə uğurlu nəticə əldə etməsinə köməklik göstərilməsinə görə cinayətdən xəbərsiz olan X9 vasitəsi ilə 2025-ci ilin iyul ayında Bakı şəhəri ərazisində özünə müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs7 Agentlikdə geniş və çoxşaxəli əlaqələrə malik olduğunu, guya Dövlət Dəniz və Liman Agentliyi tərəfindən keçirilən imtahana düşəcək sualları əvvəlcədən əldə edə bildiyini istifadələrində olan mobil telefon vasitəsi ilə danışıqları zamanı yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün, yəni öncədən imtahana düşəcək sualların əldə edilməsi və Zərərçəkmiş şəxs7 təqdim edilməsi üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxslərə maddi nemət olan 1.700 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncuya aldatmaqla bildirib, Zərərçəkmiş şəxs7 razılığını alaraq sövdələşdikdən sonra, həmin adla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu erazisində yerləşən ödəmə terminalı vasitəsilə Zaur Abbasov tərəfindən 1.700 manat məbləğində pul vəsaitinin özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus 41272093****8418 nömrəli kart hesabına köçürülməsinə nail olduqdan sonra, həmin vaxt Zərərçəkmiş şəxs7 özünə qarşı inam və verdiyi yalan vədin icra edilməsinə dair görüntü yaratmaq, həmçinin məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif internet resurslarından əldə etdiyi test suallarını guya Dəniz və Liman Agentliyi tərəfindən keçiriləcək imtahana düşəcək sualları kimi göstərərək sonuncuya təqdim edib, əldə etdiyi 1.700 manat (min yeddi yüz) manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus cəmi 1.700 manat (min yeddi yüz) manat məbləğində pul vəsaitini ələ keçirərək təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş vermişdir, qeyd edilən cinayət əməlini törətmişdir, lakin bütün zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Əlavə olaraq dəymiş zərərin iyirmi beş faiz dəyərində məbləğ dövlət hesabına ödəniş edilmişdir. Göstərilənlərə əsasən, əməlindən səmimi peşman olduğunu, bir daha analoji hallara yol verməyəcəyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. 06 avqust 2025-ci il tarixdə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. 06 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir. 14 avqust 2025-ci il tarixdə X6 zərərçəkmiş şəxs qismində tanınmışdır. 18 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. 20 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. 21 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. 22 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. 27 avqust 2025-ci il tarixdə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. 01 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 09 oktyabr 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarla Əziz Ağamalıyevin təqdim etdiyi "Mpay” ödəmə terminalına məxsus bir ədəd qəbz, Saməddin Qəmbərovun təqdim etdiyi "Pashapay” ödəmə terminalına məxsus bir ədəd qəbzin surəti, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu ilə daxil olmuş 1 ədəd CD disk, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş Şahid5 bank hesabından çıxarış və Şahid3 tərəfindən təqdim edilmiş bank hesabından çıxarış cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiklərindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. 10 oktyabr 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan edilmişdir. 10 oktyabr 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X4 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs8 ərizəsindən görünür ki, ona dəymiş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan "xxxx" ASC-nin 26 noyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş zərərin 25 faizi miqdarında dövlət büdcəsinə 850 (səkkiz yüz əlli) manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs dörd uşağı var: xx.xx.2011-ci il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X11. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadə və digər iş materialları ilə onun aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxslərə ziyan vurulmaqla dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən Cinayət Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Hazırkı işdən isə görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərlə barışmış, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti yoxdur. Yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödədiyindən, zərərçəkmiş şəxslərlə barışdığından, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsdən heç bir tələbi və şikayəti olmadığından, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 193, 344-347, 357-358 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunsun. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 275 (iki yüz yetmiş beş) manat dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-358/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-358/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver