Məhkəmə qərarları › İş №1(009)-36/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-36/2021

01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-36/2021 01.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri, 03 saylı Vəkil Bürosunun vəkilləri X5 və X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində xx xxxxx 2021-ci il tarixdə saat 11:30-da xx xxxx 1992-ci il Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti” altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs, xx xxxxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istintaqa məlum olmayan “Anar” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd kibrit qutusunda ayrı- ayrılıqda təmiz çəkiləri 3,474 qram və 3,496 qram, ümumi təmiz çəkisi 6,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuannanı 140 manata əldə edib üzərində saxlamaqla daşımış, xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Emporium Armani” mağazasının qarşısında olarkən Bakı şəhəri Səbail RPİ-nin NMB-nin əməkdaşları tərəfindən əvvəlcədən əldə olunmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngil cins şalvarının sol yan cibindən salfet kağızına bükülmüş 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,474 qram və 3,496 qram, ümumi təmiz çəkisi 6,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanna aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, hazırda anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayından etibarən icarəyə götürmüş olduğu “ToyotaPrius” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi kimi fəailiyyət göstərir. Son bir il olar ki, o, narkotik maddə olan qurudulmuş marixuanadan çəkmək yolu ilə istifadə edir. Əvvəllər marixuananı müxtəlif tanımadığı şəxslərdən alsa da son 7 ay demək olar ki, ümumilikdə 10-15 dəfə o, narkotik vasitəni Binə qəsəbəsində yaşayan Anar adlı şəxsdən almışdır. Anarla özünə məxsus olan ***-***-**-** mobil nömrəsi ilə Anarın istifadəsində olan ***-***-**-** və ***-***-**-** nömrələri ilə əlaqə saxlamaqla Binə qəsəbəsində Anarla görüşüb narkotik maddə olan marixuananın bir kibrit qutusunu Anardan 70 manata alır. Sonuncu dəfə xx xxxxxxxx 2020-ci il tarixdə saat 21 radələrində o, Anarla zəngləşərək ondan iki ədəd kibrit qutusunda marixuana almaq barədə razılaşmış və Anarla Binə qəsəbəsində görüşüb orada Anara 140 manat pul verməklə iki ədəd kibrit qutusunda narkotik maddə olan marixuananı alıb Bakı şəhərinə mərkəzə qayıtmışdır. Marixuananı 2 ədəd kibrit qutusunda Anardan almaqda onun məqsədi marixuanaya gündəlik tələbatı olduğuna görə olmuş və düşünmüşdür ki, hər dəfə gedib narkotik almasın və hər gün üçün normaya uyğun olaraq istifadə edər. Marixuananı 2 ədəd kibrit qutusuna Anarın özü bölmüşdür. Həmin günü saat artıq 22 radələrində o, Neftçilər prospektində yerləşən “Emporium Armani” mağazasının qarşısında avtomobilində dayanıb müştəri gözləyərkən ona iki nəfər yaxınlaşaraq özlərini Səbail rayon polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları kimi təqdim etmişlər və ona onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu və buna görə də üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Səbail rayon Polis İdarəsinə getməyi təklif etdikdə o, onlara etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Polis idarəsində isə onun hüquqları təmin edilərək müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş aparıla-aparıla onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı ondan aşkar edilmiş 02 ədəd içində narkotik maddə olan marixuana olan kibrit qutuları qablaşdırılaraq möhürlənmiş və baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, narkotiklərin satışı ilə məşğul olmur və buna niyyəti olmayıb. Onun bədənimdə ağrılar olur, narkotik istifadə etdiyi zaman isə ağrıları olmur. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, cinayətin açılmasında fəal kömək etməsinin və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail RPİnin NMBnin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxxxx 2020-ci il tarixdə NMB-nə xx xxxx 1992-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçsəi 32 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə də NMB-nin rəsi Çinar Nuriyev tərəfindən Səbail RPİ-nin rəisinə raportla məruzə edilmiş və bu barədə tərtib edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Ondan və Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzvləri Bakı şəhəri, Səbail rayonu ərazisində əməliyyat mövqeləri müəyyən edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən “Emporium Armani” mağazasının qarşısında olarkən orada dayanmmış “Toyota-Prius” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsünün zahiri əlamətlərinin Təqsirləndirilən şəxs ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və ona Səbail RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirib özlərini həmin şəxsə təqdim edib ondan şəxsiyyəti barədə məlumat verməsini izah etdikdən sonra saxlanılan şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqtətən də Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış və avtomobilinə baxış aparalıcağı izah edildikdən sonra ona onlarla birlikdə Bakı şəhəri, Səbail rayonu Abbas Abbaszadə küçəsində yerləşən Səbail RPİ-nin inzibati binasına getməli olduğunu deyib onu öz avtomobil ilə Səbail RPİ-nin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına zərurət yarandığı üçün raportla RPİ-nin rəisinə məruzə edilmiş, raport əsasında araşdırmanın aparılması Səbail RPİ-nin İŞ-nə həvalə edilmişdir. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə müstəntq tərəfindən müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı izah edilmiş və şəxsi axtarış zamanı videoçəkilişdən istifadə ediləcəyi ona və iştirakçıların diqqətinə çatdırılmışdır. Şəxsi axtarışa başlanmzadan əvvəl iştirakçılara hüquq və vəzifələri, həmçinin şəxsi axtarışın aparılma səbəbi izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və hər hansı bir əşyanın olub olmaması soruşulmuş və olduğu halda təqdim etməsi onun diqqətinə çatdırılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs müstəntiq tərəfindən bu barədə tərtib edilmiş qərarla tanış edilmiş, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal olunan dövriyyəsi qadağan edilmiş narkotik vasitəni masanın üzərinə qoymuşdur. Salfet kağızı bükümünün içinə baxdıqda içində iki ədəd kibrit qutusu və onun içində yaşıl rəngli spesifik iyə malik maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, kibrit qutusunun içində olan maddə narkotik vasitə olan marixuanadır və onu özünün istifadəsi üçün Binə qəsəbəsində Anar adlı şəxsdən alıb. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi Kent siqareti qutusunun içinə baxdıqda orada 11 ədəd siqaret olması və sənəd qabının içinə baxdıqda isə sənəd qabında Vasif Azayevə məxsus sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsinin olması müəyyən edilmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra protokol tərtib edilmiş və protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş və protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. “Toyota-Prius” markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış zamanı isə avtomaşında hər hansı bir qanunsuz əşya və maddə aşkar edilməmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında video görüntünyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən salfet kağızına bükülmüş 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,474 qram və 3,496 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik narkotik vasitə olan qurudulmuş marixuanna aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında tədqiq olunraq elan olunmuş Məhkəmə bioloji ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 7/667 nömrəli rəyindən göründüyü kimi ekspertiza tədqiqatına təqdim edilmiş ağ kağız üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş iki ədəd kibrit qutusu” sözləri yazılmış zərfdə salfet kağızma bükülmüş 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,474 qram və 3,496 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 6,97 qramdır. Tədqiqata təqdim edilmiş 02 (iki) ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatı zamanı marixuananın ümumi təmiz çəkisi 6,97 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmişdir və 6,87 qram qalıq qalmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitki preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. Şübhəli şəxsin tutulması haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında Səbail rayon prokuroru baş ədliyyə müşaviri Natiq Əsədovun xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxxxx 2020-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və o, dərhal azad edilmişdir. Sübutların qiyməndirilməsi haqqında xx xxxxxxx 2020-ci qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş cinayət işi üzrə 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,474 qram və 3,496 qram olan, ümumi təmiz çəkisi 6,97 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış, 6,87 qram marixuana saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş xx xxxxx 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini və gənc olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 2914 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitki preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 6,87 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək, 01 (bir) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 4 ünvanında yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qocyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 6,87 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 89 (səksən doqquz) manat, Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat, X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat pul tutulub, “Kapital Bank” 1 saylı 3 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar