Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-36/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Şirməmmədova Günel Lətif qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 09 aprel 2024-cü il tarixdə saat 10.00-da məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsilə sonuncunun qohumları olan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 övladlarını "xxxx" şirkətinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq, bu adla 04 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Səbail rayonu Bayıl qəsəbəsi, Bibiheybət yolu 20-ci Sahə dairəsində yerləşən “Dostluq” kafesində Şahid1 vasitəsilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 2000 manat və Zərərçəkmiş şəxs2 məxsus 2000 manat, ümumilikdə 4000 manat məbləğdə pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş şəxslərin hər birinə 2000 manat məbləğlərdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 övladını "xxxx" şirkətinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verib inandıraraq, bu adla 30 oktyabr 2022-ci il tarixdə Bakı Şəhəri Səbail rayonu Bayıl qəsəbəsi, Bibiheybət yolu 20-ci Sahə dairəsində yerləşən “Dostluq” kafesində Şahid1 vasitəsilə Zərərçəkmiş şəxs3 məxsus 2400 manat məbləğdə pul alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs3 2400 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zeynal Ağalarov adlı şəxslə “Green city” yaşayış kompleksində işləyərkən tanış olub. Həmin şəxs ona tanıdığı şəxslər olsa, işə düzəldə biləcəyini deyib. Bundan 2-3 ay sonra Zeynal Ağalarov işçi axtardığını, Təqsirləndirilən şəxs kömək məqsədi ilə bu barədə elan verməsini xahiş edib. O elanı “Whatsapp” sosial şəbəkəsi vasitəsilə paylaşdıqdan sonra Rusif adlı şəxs ona yazaraq bir tanışının öz qaynı oğlunu işə düzəltmək istədiyini deyib. O da lazımlı sənədləri Rusifin tanışı olan Şahid1 alaraq Zeynal Ağalarova təqdim edib. Daha sonra Zeynal Ağalarov adlı şəxsə əvvəlcə 2500 manat, sonra isə 2200 manat razılaşdırılaraq verilib. Ümumilikdə 9 nəfərdən işə düzəltmək adı ilə pul alıb. Onlardan 6-nın pulunu ödəyib, qalan 3 nəfərlə də pulu ilin sonuna qədər ödəyəcəyi barədə razılaşıb. Lakin sonradan bu barədə ondan şikayət edilib. Həmin 3 nəfərə ümumilikdə 6400 manat borcunun olduğunu bildirmişdir. Dövlət orqanları tərəfindən ona X4 Respublikasında həbsdə olduğu barədə məlumat verilib və bu səbəbdən onların pulunu geri ala bilmir. Əməlindən səmimi peşman olduğunu, dələduz olmamasını nəzərə alaraq barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, “Azfen” şirkətində işləyərkən Rusif adlı iş yoldaşı ona Təqsirləndirilən şəxs adında bir tanışı olduğunu və neft şirkətinə işçi axtardığını deyib. O da “Whatsapp” vasitəsilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq qaynı oğlu, qardaşı oğlu və bir qonşusunun işə düzəlməsi üçün danışmış və ümumilikdə 6400 manat pul vermişdir. Daha sonra Təqsirləndirilən şəxs onları işə düzəltmədiyini bilib. Bundan sonra həmin şəxslərin pullarını öz hesabına qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs onun özünə olan maddi ziyanı ödəməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən məhkəmədən bu barədə müvafiq tədbirin görülməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtdai istintaq zamanı verdiyi ifadəni təsdq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, X3 onun doğma oğludur, Şahid1 isə qaynıdır. Mahirlə normal münasibətləri vardır. O, oğlu Şahmuradı işə düzəltmək istəmiş, lakin Tovuz rayonunda iş tapılmamışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə qaynı Şahid1 zəng edərək, oğlunu iş ilə təmin etmək üçün bir nəfər tanışının olduğunu, oğlu Şahmuradı işə düzəltməyə razılıq verdiyini, oğlunu "xxxx" şirkətində Tovuz rayonundan keçən kəmərlərə nəzarətçi işinə düzəldəcəyini və yüksək maaş söz verdiyini bildirmişdir. O, Mahirin bu təklifi ilə razılaşmış, Tovuz rayonunda bankdan 1-ci kredit pul götürmüş, belə ki, Mahir ona demişdir ki, tanışı onun oğlunu işə düzəltmək üçün 2.000 manat pul istəyir. O, kredit pul götürdükdən sonra 04 oktyabr 2022-ci il tarixdə oğlu Şahmuradla, sonuncunun şəxsiyyət vəsiqəsi və hərbi biletinin surətini, tərcümeyi-halını, yaşayış yerindən və sağlamlığı haqqında arayışlarım, eləcə də bankdan kredit götürdüyü 2000 manat məbləğdə pulu Bakı şəhərinə göndərmiş, oğlu Şahmurad Şahid1 yaşadığı evdə həm sənədlərini, həm də 2000 manat məbləğdə pulu Mahirə vermişdir. Mahir demişdir ki, pulu verəndən 28-45 gün ərzində oğlu Şahmurad işlə təmin olunacaqdır. Mahirin vəd verdiyi müddət başa çatandan sonra o, Mahirlə əlaqə saxlamış, lakin Mahir Təqsirləndirilən şəxs adlı tanışının vaxtı uzatdığını və işin uzandığını bildirmişdir. Beləliklə, o, 2023-cü ilin yanvar ayının sonunadək gözləmiş, həmin ərəfədə Mahirin tanışı olan Təqsirləndirilən şəxs adlı şəxs Tovuz rayonuna getmiş və onun oğlu Şahmuradla görüşüb işlərin yubandığını, lakin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. O. şəxsən Təqsirləndirilən şəxs adlı şəxslə heç vaxt görüşməmiş və danışmamış, bütün məsələləri onun adından Mahir danışmışdır. 2023-cü ilin yanvar ayında qaynı Mahir Təqsirləndirilən şəxs adlı şəxsə zəng çatmadığını və sonuncunun barəsində şikayət edəcəyini ona demiş, pulunu alıb geri qaytaracağına söz vermiş və oğlu Şahmuradın işə düzəldilməsi məsələsinin həll olunmadığını bildirmişdir. 2023-cü ilin yanvar avının axırlarında oğlu Şahmurad Mehdiyev ölkədən çıxaraq Rusiya Federasiyasına iş tapmaq üçün getmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs adlı şəxsin onun pulunu qaytarmadığına görə Mahirin Təqsirləndirilən şəxs adlı şəxsin barəsində şikayət etdiyini öyrənmişdir. Mahir ona söz verdiyi kimi oğlunu işə düzəltmək üçün götürdüyü kredit pulu və faizlərini banka öz cibindən ödəyir. Hadisə nəticəsində ona 2.000 manat məbləğdə maddi ziyan dəymişdir. Bundan başqa, onun qonşusu Zərərçəkmiş şəxs3 da öz oğlu Şahid3 işə düzəltmək istəmiş, həmin vaxtı onun oğlu Şahmuradı işə düzəltmək üçün qaynı Şahid1 ona köməklik etdiyini görmüş və bu barədə Mahirlə danışmaq istədiyini demişdir. O, Zərərçəkmiş şəxs3 fikrinə etiraz etməmiş və Xanımın qaynı Mahirlə əlaqəsini yaratmışdır. O, sonradan öyrənmişdir ki, Zərərçəkmiş şəxs3 onun oğlu Şahid3 işə düzəltmək üçün Mahirin Təqsirləndirilən şəxs adlı tanışına Mahirin vasitəsi ilə 2400 manat məbləğdə pul göndərmiş, lakin həmin Təqsirləndirilən şəxs adlı şəxs onun kimi Zərərçəkmiş şəxs3 da aldatmış və 2400 manat məbləğdə pulunu ələ keçirmişdir, həmin pulu da Mahir öz cibindən Xanıma geri qaytarmışdır. Hal-hazırda Şahid1 tərəfindən dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtdai istintaq zamanı verdiyi ifadəni təsdq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid3 onun oğludur. Şahid1 qonşusu Kəmalənin qaynı kimi tanımış, Şahid1lə normal münasibətləri olmuş, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. O, 2022-ci ilin oktyabr ayının axırlarında qonşusu Kəmalənin qaynı X2 Tovuz rayonunda hansısa yaxşı bir yerə işə düzəltmək üçün tanış adam tapdığını, Kəmalənin də oğlunu işə düzəltmək üçün Mahirin tanışma 2.000 manat məbləğdə pul və sənədlərini göndərdiyini öyrənmişdir. Onun oğlu Şahid3 da işsiz olduğuna görə Kəmalədən xahiş etmişdir ki, onun oğlunu da işə düzəldib-düzələ bilməyəcəyi barədə Mahirdən öyrənsin. Kəmalə bir neçə gün sonra demişdir ki, Mahirlə danışmışdır. Mahir öz tanışından soruşmuş, tanışı da onun oğlu Ayxanı "Socar” şirkətində Tovuz rayonundan keçən kəmərlərə nəzarətçi kimi işə düzəldə biləcəyini, yüksək maaş almasına köməklik edəcəyini demişdir. O, Mahirlə telefonla əlavə saxlamış, oğlunun işə düzəlməsi üçün nə lazım olduğunu soruşmuş, Mahir Təqsirləndirilən şəxs adlı tanışının onun oğlu Ayxanı işə düzəltmək üçün 2400 manat pul və sənədləri lazım olduğunu demişdir. O, 30 oktyabr 2022-ci il tarixdə özünə məxsus "xxxx" ASCyə aid bank kartından Tovuz rayonu H.Əliyev küçəsində, Tovuz rayonu İcra Hakimiyyətinin inzibati binası ilə üzbəüzdə yerləşən "xxxx" ASC-nin binasında olanda Şahid1 ona göndərdiyi bank kartına 2400 manat məbləğdə pul vəsaiti köçürmüş və eyni tarixdə tanımadığı yol maşını ilə Şahid1 Bakı şəhərinə oğlu Şahid3 məxsus şəxsiyyət vəsiqəsi və diplomun surətlərini, yaşayış yerindən və sağlamlığı haqqında arayışları göndərmişdir. Mahir demişdir ki, oğlu Ayxanın işi 28-45 gün ərzində təsdiq olunacaqdır. O, 45 günün tamamında Mahirlə telefonla əlaqə saxlamış, işin nəticəsini soruşmuş, Mahir Təqsirləndirilən şəxs adlı şəxsin onları aldatdığını demiş və onun göndərdiyi 2400 manat məbləğdə pulu bank kartı ilə köçürmə üsulu ilə onun özünə qaytarmışdır. Ona görə də, onun Şahid1 heç bir şikayəti və tələbi olmamış, şikayəti Təqsirləndirilən şəxs adlı şəxsin barəsində olmuşdur. Onun bildiyinə görə, Təqsirləndirilən şəxs adlı şəxs Şahid1 qardaşı arvadı Kəmalə və qaynı Zahid adlı şəxsləri ilə aldatmış, övladlarını işə düzəltmək adı ilə pullarını ələ keçirmişdir. Hadisə nəticəsində ona 2400 manat məbləğdə maddi ziyan dəymişdir. Hal-hazırda Şahid1 tərəfindən dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq işi ilə əlaqədar olaraq keçirilən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtdai istintaq zamanı verdiyi ifadəni təsdq etdiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 Həbi oğlu onun yeznəsidir, Mahirlə hər zaman yaxşı münasibətləri olmuş, heç vaxt ədavəti və ya düşmənçiliyi olmamışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, sonuncu ilə heç münasibəti, ədavəti və düşmənçiliyi olmamışdır. O, oğlu Şahid2 uzun müddət işsiz olduğuna görə, oğluna iş axtarmışdır, 2022-ci ilin sentyabr ayının sonu - oktyabr ayının əvvəllərində yeznəsi Şahid1 ona zəng edib bir nəfər tanışı olduğunu, hərfin tanışının rolu Kənanı Tovuz rayonu ərazisindən keçən "xxxx" Neft Şirkətinə aid kəmərlərə nəzarətçi isinə düzəltmək üçün köməklik edəcəyinə söz verdiyini bildirmiş, o, bu barədə dəqiqliklə maraqlandıqda, öyrənmişdir ki, həmin şəxsin adı Təqsirləndirilən şəxsdir və onun oğlu Kənanı işə düzəltmək üçün həmin Təqsirləndirilən şəxs adlı şəxs 2000 manat məbləğdə pul tələb edir. Ona görə də Mahirin tanışı Təqsirləndirilən şəxs adlı şəxsin təklifi ilə razılaşmış və 04 oktyabr 2022-ci il tarixdə Sənan Həsənovun bank kartı hesabına yaşadığı Tovuz rayonu Tovuz şəhərinin mərkəzində quraşdırılmış “MilliÖN” ödəmə terminalı vasitəsi ilə 2000 manat məbləğdə pul vəsaiti köçürtmüşdür. Sonra Sənanla əlaqə saxlayıb 2000 manat məbləğdə pulu həmin gün bankda nağdlaşdırmasını və aparıb yaşadığı evdə Şahid1 çatdırmasını tapşırmışdır. Belə ki, onun oğlu Sənan həmin vaxtı Bakı şəhərində Universitetdə təhsil almış. Sənan üçün pulu Mahirə çatdırmaq daha asan olmuşdur. Bundan əlavə, o bilmişdir ki. Mahir həm də. öz qardaşı oğlu Şahmuradı da eyni üsulla eyni iş yerinə düzəltdirir və Şahmurad iazımi sənədləri Bakı şəhərinə aparır, ona görə, o, oğlu Şahid2 məxsus şəxsiyyət əsiqəsinin, hərbi biletin, diplomun surətini, 3x4 ölçüsü fotoşəklini, yaşayış yerindən və sağlamlığı haqqımda arayışları da Şahmurad Mehdiyev vasitəsi ilə Şahid1 çatdırması üçün Bakı şəhərinə göndərmişdir. Həmin gün axşam saatlarında Sənan ona zəng edərək, pulu Şahid1 verdiyini bildirmişdir. Beləliklə, o, Mahirin tanışı olan “Təqsirləndirilən şəxs” adlı şəxsin söz verdiyi 45 günün tamımım gözləməyə başlamış, müddət tamam başa çatdıqdan sonra o, Mahirlə əlaqə saxlayıb işin nəticəsi barədə maraqlanmış, Mahir isə “Təqsirləndirilən şəxs” adlı şəxsin işin müddətini uzatdığını və daha da gözləmək lazım olduğunu demişdir. Mahirin sözlərinə görə, “Təqsirləndirilən şəxs” adlı şəxs sonradan Mahiri aldatmış və Mahir işlərin düzəlmə-diyini görüb onunla əlaqə saxlamış, “Təqsirləndirilən şəxs” adlı şəxsdən onun pulunu geri alıb qaytaracağını və həmin şəxs barəsində polisə şikayət edəcəyini demişdir. 2023-cü ilin yanvar ayının axırında Şahid1 bankdan kredit götürdüyünü deyərək, onun 2.000 (iki min) manat məbləğdə pulunu geri qvtarmış, eləcə də. digər Şahid3 adlı şəxsi də işə düzəltmək üçün aldığı pulu da geri qaytardığım və "Təqsirləndirilən şəxs” adlı şəxsin barəsində polisə şikayət etdiyini demişdir. Hadisə nəticəsində ona 2.000 (iki min) manat məbləğdə maddi ziyan dəymiş, ziyanını yeznəsi Şahid1 geri qaytarmış, ona görə də. onun Şahid1 barəsində heç bir şikayəti və tələbi olmamış, şikayəti “Təqsirləndirilən şəxs” adlı şəxsin barəsində olmuşdur. Hal-hazırda Şahid1 tərəfindən dəymiş ziyan ödənildiyi üçün heç bir şikayəti yoxdur. 04 aprel 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai istintaqı aparılmışdır. 17 aprel 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs məcburi qaydada Səbail RPİ-nin İstintaq Şöbəsinə gətirilmişdir. 15 may 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmişdir. 15 may 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat dayadırılmışdır. 14 iyun 2023-cü il tarixdə Səbail RPİ tərəfindən axtarışda olan şəxsin tutulması barədə protokol tərtib edilmişdir. 14 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirilmişdir. 15 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 16 iyun 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə həbs qətimkan tədbirinin seçilməsinə dair Səbail RPİ-nin İŞ-nin 16 iyun 2023-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. 16 iyun 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 01 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 17 avqust 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. 23 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(009)-297/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 aprel 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: - Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin teleqram yazılarından görünür ki, Şahid1 tərəfindən onlara dəymiş ziyan ödənilmişdir və şikayətləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə maddi ziyan vuraraq təkrarən dələduzluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Belə ki, Təqsirləndirilən şəxs Şahid1 vasitəsilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ümumilikdə 6400 (altı min dörd yüz) manat pul alaraq dələduzluq etmişdir. Zərərçəkmiş şəxslərə dəyən maddi ziyan Şahid1 tərəfindən tamamilə ödənmişdir və şikayətləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cərimə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək, 06 noyabr 2023-cü il tarixdən 09 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin ediləcək cərimə məbləğinin yüngülləşdirilməsini məqsədəmüvafiq hesab edir. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 357.0.4-cü maddəsinə əsasən həbs olunmuş şəxs azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edildikdə məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs cərimə cəzası təyin edildiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdən 16 iyun 2023-cü il tarixədək, 06 noyabr 2023cü il tarixdən 09 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmaqla, hazırki hökmlə ona təyin edilmiş cərimə məbləği yüngülləşdirilsin və üzərində qəti olaraq 4000 (dörd min) manat miqdarında cərimə cəzası saxlanılsın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-36/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-36/2024
09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver