Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-36/2025 10.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Vəliyev Məhəmməd Natiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, (Qaradağ rayon Məhkəməsinin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş) barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, yüksək vəzifədə işləyən tanışları vasitəsilə sonuncunu Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasına işə düzəldə biləcəyi ilə bağlı yalan vədlər verib, aldadaraq, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, vahid niyyətlə əhatə olunan qəsdlə, 06 noyabr 2023-cü il tarixdə sonuncudan Bakı şəhəri, Binəqədi rayonu ərazisində, «Azadlıq» metrostansiyasının yaxınlığında yerləşən «Zaqatala» kafesində 5000 manat, 07 noyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən X3raşdırılmış ödəmə terminalı vasitəsilə onun 5522 0993 5254 7087 nömrəli bank kartına göndərdiyi 1000 manat pulu alıb, ələ keçirərək, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 6000 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bildiyini bildirmişdir. Əvvəllər Ramazanı tanımayıb. Azadlıq metrostansiyasının yaxınlığında Zaqatala kafesinin yanında Şamil adlı şəxslə tanış olub. O, uzun müddət təhsil şöbəsinin müdiri işləyib. Bir dəfə ona deyib ki, dostu var, oğlunu işə düzəltmək lazımdır. Deyib ki, çalışarıq. Şəmsəli müəllimlə Tennis akademiyasının həyətində görüşüb, çay içiblər. Deyib ki, oğlunu işə düzəltmək lazımdır. O da söz verib. Həmkarlar İttifaqına işə düzəltmək üçün atası Ramazanla 5000 manat pul göndərib. Səhərisi günü Şəmsəli müəllimlə danışıb, deyib ki, qardaşı xərçəng xəstəsi olduğu üçün 1000 manat borca pul lazımdır. 5000 manat hissədə özünü təqsirli bildiyini və əgər ona vaxt verərlərsə onlara ziyanı ödəyəcəyini bildirib. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs bildirmişdir ki, 2023-cü ilin sentyabr ayında Şamil müəllim ona zəng vurub. O, rayonda uzun müddət təhsil şöbəsinin müdiri işləyib. Sonradan vəzifə səlahiyyətlərindən sui-istifadəyə görə azadlıqdan məhrum edilmişdi. Şamil müəllim zəng vurub ki, Faiq adlı şəxs var, o məni işə düzəldəcək. O, Şamil müəllim və Faiq müəllim Zaqatala kafesində görüşdük. Faiq müəllim dedi ki, xalasıoğlu deputatdır, onun vasitəsilə məni işə düzəldəcək. Bunun üçün 9000 manat pul lazım olduğunu, ilkin olaraq isə 6000 manat verməli olduğunu bildirib. İlk öncə razılaşmayıb. Atasına zəng vurub, belə bir adamın olduğunu, ondan əvvəlcədən pul istədiyini bildirib. Atasına birinci bu barədə o deyib. Səhərisi gün Zaqatala kafesində Faiqə 5000 manat pul verib. O isə deyib ki, 6000 manat verməlisən. Ondan sonrakı gün isə Badam göz klinikasının yanında Faiq müəllimin kartına E-manat vasitəsi ilə 1000 manat pul atıb. Bütün pulları o borc alıb verib. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, ibtidai istintaqdakı ifadəsini təsdiqləyir. Zərərçəkmiş şəxslə bir yerlidir, atasıyla qohumdur, uzun illər Saatlıda Təhsil şöbəsinin müdiri işləyib. Şəxsin atası ona deyib ki, oğlu işsizdir, onu işə düzəktmək lazımdır. Təqaüdçülər hamısı Azadlıq meydanında dincəlir, bir gün orda olarkən Faiq adlı şəxslə tanış olub. Elə onun yanında ikən Şəmsəli oğlu barədə ona səs atdı. O da bu barədə Faiqə danışıb. Faiq də deyib ki, düzəldərik, amma şirinlik lazım olacaq. Ramazan rayondan gəldi, hər şeyi danışdı, 5000 manat gətirdi. Ramazanın maşınına ikisi də əyləşib gediblər pulu verməyə. Ondan sonrasını bilmir. Sonra da eşidib ki, 1000 manat da istəyib, onlar da veriblər. 1000 manatdan xəbərim olmayıb, amma 5000 manat pul istədiyini bilirdim. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, oğlunu Həmkarlar Komitəsinə işə düzəltməklə əlaqədar pul verib və təqsirləndirilən şəxs onları aldadıb. Pulu verməzdən əvvəl o, oğlu ilə birlikdə Faiqlə görüşüb. 6000 AZN pulu oğlu - Zərərçəkmiş şəxs özü verib və pulu verdiyi anda orada olmamışam. 5000 azn verdikdən sonra təqsirləndirilən şəxs axşamüstü 1000 azn da istəyib və 1000 azn pulu Ramazan Faiqin kartına atıb. Onun fikrincə onun dostu da günahkardır, hətta onlarla görüşərkən Faiqin dostu “Faiq əgər pulu verməzsə mən verəcəm” deyib və pul hələ də qaytarılmayıb. İş materiallarında olan 01 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v. 1). İş materiallarında olan 23 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri olan Səbail rayonu, Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi 9A ünvanında yerləşən X5 baxış keçirilmiş, hadisə yerinin fotoşəkil çəkilərək protokola əlavə edilmişdir (c.i.v.8-9). İş materiallarında olan 13325 nömrəli qəbzdən görünür ki, xx.xx.2023-cü il tarixdə Badamdar qəsəbəsi, A.Abbaszadə küçəsi 9 a ünvaında yerləşən “X8”-in qarşısında quraşdırılmış 4977 terminalı vasitəsi ilə 5************7087 kart nömrəsinə 1000 manat mədaxil edilmişdir (c.i.v.10). İş materiallarında olan 01 mart 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (c.i.v.17). İş materiallarında olan 03 aprel 2024-cü il tarixli “şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (c.i.v.36). İş materiallarında olan 08 aprel 2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur (c.i.v.41-42). İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər ərazisində saxlanılaraq Səbail RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir (c.i.v.43). İş materiallarında olan 08 iyun 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli iş üzrə dayandırılmış icraat təzələnmiş və iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir (c.i.v. 46). İş materiallarında olan 09 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (c.i.v.62-63). İş materiallarında olan 09 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir (c.i.v.72-73). İş materiallarında olan Səbail rayon Məhkəməsinin 1(009)-274/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ rayon Məhkəməsinin 1(002)- 259/2024 saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə cinayət məsuliyyətini müəyyən edir və dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs bir övladının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, işin digər mühüm və diqqətə layiq hallarını, yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu cəmi 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla, ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Qaradağ rayon Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 1(002)- 259/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 480 manat pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 01 ədəd ödəmə qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdən 09 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 02 (iki) gün müddət, bir günə bir gün hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilərək saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun, "xxxx" QSC-nin Səbail rayon filialındakı hesabına köçürülsün. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-36/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-36/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver