Məhkəmə qərarları › İş №1(009)-361/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-361/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-361/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X10 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əli-zadə Aydın Arif oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi müdafiəçisi Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı Əli-zadə Aydın Arif oğlu xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məculiyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Aşağıda həmin məqalədən 15 bənddən ibarət böhtanlar və onlara təkziblər verilmişdir: Böhtan 1. Xatirə Quliyevaya görə Aydın Əlizadə professorluğa saxtakarlıqla iddia edib: "AAK-a saxtakarlıqla professor adı ilə tövsiyə olunmuş..."; "AMEA rəhbərliyi bilməlidir ki, X5 adına Tövsiyə olunmasında böyük saxtakarlıq edilib". Təkzib: Professorluğa Vəsatət, AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) qarşısında İddiaçının gördüyü elmi işlərin əsasında qaldırılıb. Burada heç bir saxtakarlıq olmayıb, bütün hərəkətlər qanuna uyğun həyata keçirilib, Elmi Şuranın üzvləri qaydalar üzrə səs veriblər. Həmin Vəsatətin və səsvermənin nəticələrinin surətləri Məhkəməyə təqdim edilir; Böhtan 2. Xatirə Quliyevaya görə Aydın Əli-zadənin "Azərbaycanın qazlaşdırılması və qaz təsərrüfatının istismarı (1955-1970). Tarixi-sosioloji araşdırma" adlı monoqrafiyası başqa əsərin şablonudur, yəni plagiatdır: "100 dildə məlum bir əsərin şablonu... Azərbaycanın qazlaşdırılması kimi kitabları çıxmaqla... təmsil olunan Aydın Əlizadə budur"; Təkzib: Həmin monoqrafiya heç bir şablonla yazılmayıb, plagiat deyil və dünyada ilk dəfə aparılan tədqiqat əsəridir. Bu barədə Məhkəməyə antiplagiat proqramının nəticəsi əsasında verilmiş Arayış təqdim edilir. Məhkəməyə bildirilir ki, plagiat ittihamı alim üçün ən böyük rüsvayçılıqdır, onun adına ləkə gətirən və gələcək perspektivlərini pozan hadisədir. Xatirə Quliyeva bu böhtanı Aydın Əlizadənin adına ləkə vurmaq, onu rüsvay etmək üçün qəsdən edib, bu barədə şayiələri AMEA-da yayıb və rəhbərliyə bildirib. Böhtan 3. Xatirə Quliyevaya görə Aydın Əli-zadənin monoqrafiyası sosiologiya elminə aid deyil, müəllif onu saxtakarlıqla bu elmə aid edib: "Azərbaycanın qazlaşdırılması kimi adından da bəlli, fəlsəfəyə, sosiologiyaya aidiyyəti olmayan kitab..."; "fəlsəfəyə qaz idarəsindən gəlmiş, qeyri sahə üzrə (qazlaşdırma babasinin xatirəsinə "nağilla") kitabi ilə elmi ada iddiaçi". Təkzib: Birincisi, Qaz idarəsindən fəlsəfəyə gəlmək qanunla qadağan edilməyib. İkincisi, "Azərbaycanın qazlaşdırılması..." monoqrafiyasının sosiologiya elm sahəsinə uyğun olmasını AMEA Fəlsəfə və Sosiologiya institutunun Elmi Şurası təsdiq edib və çapa məsləhət görüb. Bu barədə onun qərarının surəti Məhkəməyə təqdim edilir. Eyni zamanda, monoqrafiyanın elmi redaktoru sosiologiya elmləri doktoru, professordur və onun redaktorluğu da əsərin sosiologiya elm sahəsinə aid olduğunun sübutudur. Xatirə Quliyevanın isə bu barədə hansısa qəti hökm verməyə və Elmi Şuranın qərarına müdaxilə etməsinə ixtiyarı yoxdur, çünki onun elmi dərəcəsi "etika" elm sahəsinə aiddir və o, sosiologiya sahəsində heç vaxt fəaliyyət göstərməyib bu sahənin peşəkarı ya da eksperti deyil. Böhtan 4. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, həmin monoqrafiyada Heydər Əliyevin dövrünü tədqiq etməmişdir: "Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnədək 1955-1970-ci illərdə Azərbaycanın qazlaşdirilmasi... kitabı"; Təkzib: X8 göstərdiyi dövrləşmədən görünür ki, tədqiqat Heydər Əliyevin 2 illik hakimiyyət dövrünü (1969-1970) əhatə edir. Bu barədə monoqrafiyanın üz səhifəsi təqdim edilir. Bu iftiranı isə Aydın Əlizadənin guya dövlətçiliyin düşməni olması ilə əlaqələndirir: "...dövlət əleyhinə işləyən Əlizadə". Halbuki yazılan monoqrafiyada siyasi motivlər yoxdur, ancaq qaz təsərrüfatında baş verən sosial problemlər tədqiq edilir. Bu tədqiqatı siyasiləşdirmək Xatirə Quluyeva tərəfindən provokasiyadır. Böhtan 5. Xatirə Quliyevaya görə Aydın Əlizadənin elmi nailiyyətləri yoxdur: "Elmi nailiyyətləri gözə dəyməyən... Aydın Əlizadə"; Təkzib: X9 nailiyyətləri çoxdur, onlardan biri həmin "Azərbaycanın qazlaşdırılması..." monoqrafiyasıdır. Onun əhəmiyyəti haqqında SOCAR-ın "Qaz İxrac idarəsi" AMEA Fəlsəfə və Sosiologiya institutuna rəsmi məktub göndərmişdir. Həmin məktub Məhkəməyə təqdim edilir. Elmi nailiyyətlərin olmaması iftirası elmlər doktoru olan Aydın Əlizadəyə atılmış ağır böhtandır. Çünki belə olan halda onun vəzifəsinə və elmi dərəcəsinə uyğunsuzluq məsələsi qaldırıla bilər. Xatirə Quliyeva bu böhtanı onu vəzifəsindən və dərəcəsindən məhrum etmək üçün ortalığa atıb. Böhtan 6. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, qanunla təyin edilmiş qədər dissertantı olmadan professor adını almaq üçün iddia edib, bununla da saxtakarlıq edib: "Müdafiəsi olmuş 4 əvəzinə 1-cə dissertantla... professor adina təsdiq edilən". Digər yerdə isə bildirir ki, Aydın Əlizadənin dissertantı olmayıb: "A.Əlizadənin dissertantları var?" Təkzib: "Elmi adlar verilməsi qaydası haqqında Əsasnaməyə" (3.1.5.1) görə professorluğa iddia edənin elmi rəhbərliyi və ya elmi məsləhətçiliyi ilə ixtisas üzrə təkbaşına hazırladığı azı iki mütəxəssis (dissertant) elmi dərəcə almalıdır. İddiaçı iki dissertant hazırlayaraq heç bir saxtakarlığa yol vermədən bu tələbi yerinə yetirmişdir. Bu barədə Məhkəməyə Arayış təqdim edilir. Böhtan 7. Xatirə Quliyeva iddia edir ki, Aydın Əli-zadə 2018-ci ildə dövlət planı üzrə yerinə yetirdiyi işin elmi standartlara və şöbənin məzmunu olan multikulturalizmə uyğun olmadığına görə şöbədən qovulub. Hətta guya Aydın Əli-zadə, həmin işi yerinə yetirərkən dövlətin pulunu haqsız olaraq alıb, bununla da dələduzluğa eyham edilir: "'Aydın Əlizadəni mən sənədli-sübutlu surətdə - direktorun adına yazdığım, institutun Elmi Şurada yazdıqlarımı sübut etməklə 2 Təqdimatla rəhbərlik etdiyim şöbədən çıxarmışam"; "Bundan başqa 12 ay dövlətdən bu 70 səhifəlik materiala görə maaş, bayramlarda pul hədiyyəsi alan Aydın Əlizadə tədqiq-təhlil etdiyi dövrün və dövlətlərin mədəniyyətində də multikulturalizmi təhlil etməmişdir". Təkzib: Xatirə Quliyevanın əsassız təkidi ilə İddiaçının 2018-ci il üzrə elmi işi AMEA Fəlsəfə və Sosiologiya institutunun rəhbərliyi tərəfindən Ekspertizaya verilmişdir. Ekspert komissiyasının üzvləri işi yoxlamış, orada heç bir ciddi nöqsan ya qanun pozuntusu aşkar etməmiş, elmi standartlara və şöbənin araşdırdığı ümumi mövzuya (multikulturalizmə) uyğun olmasını təsdiq etmişdirlər. Ekspertizanın qərarı Məhkəməyə təqdim edilir (Qoşma 5). Buna baxmayaraq Xatirə Quliyeva, vəzifəsindən sui-istifadə edərək, şər, təhqir və böhtan kampaniyasını davam etdirərək iş yerində İddiaçıya qarşı dözülməz şərait yaratmış və şöbəni tərk etməyə məcbur etmişdir. Eləcə də ona qarşı şayiələr yayaraq AMEA rəhbərliyi qarşısında haqqında mənfi rəy yaratmışdır. Böhtan 8. Xatirə Quliyevaya görə Aydın Əli-zadənin son 5-6 ildə elmi əsərləri yoxdur: "Taniş olun və görün o, Azərbaycanin professor kimi yüksək elmi adina layiqdirmi?! Onun son 5-6 ildə elmi əsərləri də yoxdur". Təkzib: Son 6 il ərzində Aydın Əlizadənin 2 monoqrafiyası (1 xaricdə), 6 məqaləsi (2 xaricdə), 4 elmi konfrans materialı (1 xaricdə) dərc edilib. Bu barədə İnstitutun Elmi katibinin möhürü ilə sənəd Məhkəməyə təqdim edilir. Böhtan 9. Xatirə Quliyevaya görə 2018-ci ildə "X11 Plan materialında həmçinin yenə ermənipərəst mövqedən yazdığı "Parthia Tarixi və onun X4 Təsiri" adlı məqaləsində". Təkzib: Birincisi, Aydın Əli-zadə belə bir mövzuda məqalə dərc etməyib, edibsə Xatirə Quliyeva Məhkəməyə sübut təqdim etməlidir. İkincisi isə öncə qeyd edildiyi kimi, 2018-ci ildə onun elmi Plan üzrə yerinə yetirdiyi iş AMEA rəhbərliyi tərəfindən xüsusi ekspertizaya verilib və orada heç bir nöqsan, ermənilik ya da dövləti cinayət aşkar edilməmişdir və bu barədə Məhkəməyə Arayış təqdim edilir. Sonrakı illərdə isə Aydın Əli-zadənin bütün işlərinə, başqa işçilərinki kimi, İnstitutda təşkil edilmiş Komissiya tərəfindən baxılır və yenə də heç bir ermənilik aşkar edilməmişdir. Böhtan 10. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, erməni KİV-ləri ilə əməkdaşlıq edir: "Rusiya ermənilərinin молния тв-sinin "ürəyinə yatib" onlarla əməkdaşliq edən"; "ermənilərlə bizim ölkənin FB şəbəkəsi üzərində dostluq etməsindən".. Təkzib: Aydın Əlizadə heç vaxt erməni KİV-lərlə əməkdaşlıq etməyib, Sosial şəbəkələrdə ermənipərəst mövqeyini sərgiləməyib, əksinə ermənilərlə mübarizə aparıb. Azərbaycan Respublikasının düşməni olan erməni mediası ilə əməkdaşlıq dövlətə qarşı cinayətdir və Aydın Əlizadəyə atılmış ən ağır böhtandır. Halbuki belə ağır ittihama dair Xatirə Quliyevanın heç bir sübutu yoxdur. Varsa, qoy Məhkəməyə təqdim etsin. Böhtan 11. Xatirə Quliyevaya görə Aydın Əli-zadə erməni dilini bilir: "A.Əlizadə erməni dilində ədəbiyyat göstərib. Sual doğurur, o bu dili Azərbaycanda və Bakıda doğulub böyüdüyü halda haradan bilir?.. Materialda bir neçə yerdə də erməni dilini bildiyi aydın olur. Ancaq qonşu ermənilərdən 2. 3 söz öyrənmək ayrı, elmi əsər oxuyub, başa düşmək ayrı. Hələ o o kitabı haradan tapıb?!". Bununla da onun erməni olmasına eyham edilir. Təkzib: Aydın Əlizadə erməni dilində bircə dənə olsun belə söz bilmir, erməni deyil və ermənilərlə qohumluğu ya da əlaqəsi yoxdur. O ki qaldı erməni dilində istinad verməyə, elmi qanunlara görə, hansı müəllifə müraciət edirsənsə, onun orijinal adını yazmalısan. Erməni müəllifinə istinad isə mənim tərəfimdən, onu təkzib etmək edilmişdi, onunla razılaşmaq üçün yox. Məzmunu da bilmək üçün erməni dilini bilmək lazım deyil. Google-tərcüməçidə istənilən dildən mətni tərcümə edib oxumaq olar. Təəccüb ediləsidir ki, elmlər doktoru olan Xatirə Quliyeva bundan xəbəri yoxdur. X6 erməni dilini bilməsinə dair Xatirə Quliyeva Məhkəməyə sübut təqdim etməlidir. Böhtan 12. Xatirə Quliyeva həmin məqalədə Aydın Əli-zadəni 36 dəfə (!) ermənilərlə eyniləşdirib. Şərh: Əlbəttə hansısa millətlə eyniləşdirməyə fikir verməmək olardı. Məsələn, gürcü, ingilis, rus, ərəb və s. millətlərə bənzətsəydi etiraz olmazdı. Ancaq ermənilər, erməni dövləti Azərbaycanın düşmənləridir və Aydın Əlizadəni nə az nə çox 36 (!) dəfə onlarla eyniləşdirmək onu milli xain, satqın, düşmənə işləyən casus kimi qələmə verməkdir. Bundan ağır böhtan ola bilməz və buna görə cəzalandırılmalıdır! Böhtan 13. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, Azərbaycan dövlətçiliyinin düşmənidir, milli dəyərlərimizi və İslamı təhqir edir, söyüş söyür: "Görək hansı haqla - hüquqla dövlət əleyhinə işləyən, xalqı, türkü, atalarımızı, milli varlığımızı alçaldan Aydın Əlizadəni təsdiqləyirlər..."; "siyasi mahiyyətdə" izah etməklə də yenə düşmənlərimizə xidmət etmişdir"; "İslama- şəriətə tamam hörmətsiz adamdır"; ",Ziyalı da söyüş söyər?! O, necə ziyalıdır ki, Söyüşü mədəniyyətin tərkib hissəsi hesab edir"; "Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, elmi katibi elmi tələblərə zidd gedərək dövlət əleyhinə çıxışlar edən bu adamı irəli çəkirlər". Təkzib: Dövlətçiliyin düşməni olması və s. bu kimi ittihamlar İddiaçının elmi fəaliyyəti və işgüzar nüfuzuna ləkə yaxmaq məqsədini daşıyır; cəfəngiyat, böhtan və təhqirdən başqa bir şey deyil. Xatirə Quliyeva bu cür ağır ittihamlarla çıxış edir və bu barədə Məhkəməyə sübutlar təqdim etməlidir. Böhtan 14. Xatirə Quliyevaya görə Aydın Əli-zadə, cinayət məsuliyyətinə cəlb edilib: "Bundan da başqa o necə İlahiyyatçı, dinşünasdır ki, haqqında İslamla bağlı cinayət işi açılıb". Təkzib: Aydın Əli-zadəyə qarşı heç vaxt cinayət işi açılmayıb. Bu iftira Xatirə Quliyeva tərəfindən onun adını ləkələmək üçün qəsdən atılıb. Cinayət işi olubsa Məhkəməyə bu barədə sübut təqdim etməlidir. Böhtan 15. Xatirə Quliyevaya görə "Aydın Əlizadə çox geniş Facebook sosial şəbəkəsi vasitəsi ilə milyonlar arasında təbliğat aparır ki, Türklər qırılmalıdır". Təkzib: Bu cəfəngiyatdır. Xatirə Quliyeva buyursun Məhkəməyə bu barədə sübut təqdim etsin. Yekun: Göstərilən 15 bənd üzrə X3, Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 147 (böhtan) maddəsinə əsasən məsuliyyət daşımalıdır. Təhqir 1. Aydın Əlizadəni 36 (dəfə) ermənilərlə eyniləşdirmək ağır böhtandan başqa həm də onu təhqir etməkdir, alçaltmaq cəhdidir. Təhqir 2. Xatirə Quliyevaya görə "Aydın Əlizadə nəinki professor adına, o, bu yazıdakı faktların da təsdiqlədiyi kimi öz "mənəviyyatı" ilə AMEA-da - elm məbədimizdə işləməyə layiq deyil", Şərh: Aydın Əlizadənin mənəviyyatını dırnaq ("") arasında göstərmək onu mənəviyyatsız adlandırmaqdır. Eləcə də AMEA-da kimlərin işləməyə layiq olmasını X3 təyin etməməlidir. Təhqir 3. Xatirə Quliyeva/ı/n sitatı "Matroşka kuklalar var aaa, açdıqca bir-birindən balaca matroşkalar çıxır..." kimi ifadələrlə. Şərh: Aydın Əlizadənin və ondan başqa bütün İnstitut rəhbərliyini uzadılmış "aaa" pronondsu ilə "matroşka kukla" adlandırmaq bayağı tərzdə edilən təhqirdir. Təhqir 4. (Qazlaşdirma - babasinin xatirəsinə "nağilla") kitabi ilə elmi ada iddiaçi" Aydın Əlizadə tərəfindən yazılmış ölkəmizdə SOCAR tərəfindən yüksək dəyərləndirilən və xarici ölkələrdə tanınan monoqrafiyanı "nağıl" adlandırmaq müəllifə təhqirdir, alimə yaraşmaz hərəkətdir. Təhqir 5. Yuxarıda deyildiyi kimi, X12 Əlizadəni plagiatda ittiham edib. Bu isə böhtandan əlavə həm də alimi təhqir etməkdir. Aydın Əlizadənin plagiata yol vermədiyi haqqında arayış vardır. Yekun: Göstərilən 5 bəndə əsasən X3 Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 148 (təhqir) maddəsinə əsasən məsuliyyət daşımalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayə Prosessual Məcəlləsinin 88-ci, 293.3.1,293.3.7-ci maddələrini rəhbər tutaraq, məhkəmədən, X2 barəsində yuxarıda sadalanan əsasları nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələrilə cinayət işinin başlanmasına və onun cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılması barədə hökm çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Əlizadə Aydın Arif oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi müdafiəçisi Müdafiəçi şikayətin əsassız olduğundan və aidiyyət qaydalarına uyğun verilmədiyindən icraata qəbul olunmamasını və geri qaytarılmasını xahiş etdilər. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri təqdiq edərək, iş materiallarını araşdıraraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. İş materiallarında olan ərizədən görünür ki, X1 rəsmi yaşayış və qeydiyyat ünvanı, həmçinin təsis etdiyi “Cahan plus” saytının ünvanı ünvan 1n Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X1 rəsmi yaşayış və qeydiyyat ünvanı, həmçinin təsis etdiyi “Cahan plus” saytının ünvanı ünvan 2i ittiham qaydasında şikayət ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət hesabına təyin edilmişdir. Vəkil Müdafiəçi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclasında hüquqlarını müdafiə edərək, 10 saat vaxt sərf etmişdir. Beləliklə, hazırkı vəziyyətdə X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayəti aidiyyatı üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə Əli-zadə Aydın Arif oğlunun xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 60 (altmış) manat tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar