Məhkəmə qərarları › İş №1(009)-363/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-363/2025

12.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-363/2025 12.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1980-cı ildə Biləsuvar rayonu, Ağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, o, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 may 2025-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində yerləşən Park Bulvar Ticarət mərkəzinin mənfi 2 mərtəbəsində yerləşən park hisəssində dayanmış Zərərçəkmiş şəxs1 məxsus “MercedesBenz” markalı, **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq (maşının qapısının kilidi açıq olmuşdur) avtomobilin salonunda arxa oturacağın üzərində olan əlçantasın içərisindən 1000 manat pul vəsaitini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını təkrarən gizli olaraq talama məqsədi ilə 26 iyun 2025-ci il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən “Agna” quru-kimyəvi təmizləmə məntəqəsinin qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Toyota Prado” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin salonundakı idarəetmə panelində olan əşya qutusundan 5000 manat pul vəsaitini gizli olaraq talamış və Zərərçəkmiş şəxs2 ümumilikdə 5000 (beş min) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, 04 may 2025-ci il tarixdə saat təxminən 16 radələrində Səbail rayonu, Dəniz kənarı bulvarda yerləşən Park Bulvar ticarət mərkəzinə gəlmiş və maşınlar park olunan mənfi 2-ci mərtəbəsinə düşmüşdür. Mənfi 2-ci mərtəbədə olan zaman oğurluq etməyə qərara gəlmiş və belə olan halda həmin günü yəni 04 may 2025-ci il tarixdə Park Bulvar ticarət mərkəzinə daxil olmağınan təxminən 10-15 dəqiqə keçdikdən sonra ağ rəngli Toyota Prado markalı avtomaşına yaxınlaşmış və maşının qapısını açmaq üçün qabaq sol qapısın tutacağınan tutaraq öz tərəfinə çəkmiş, qapının kilidi bağlı olmadığı üçün qapı açılmışdır. Belə olan halda o, dərhal qapını bağlayaraq ön sağ qapı tərəfə keçmiş və qapını açaraq maşının ön sağ oturacağına əyləşmişdir. O, maşının ön sağ oturacağında əyləşdikdən sonra salonda pul axtarmağa başlamış, lakin maşının salonunda heçnə tapa bilmədiyi üçün maşından düşmüş və maşının arxa yük yerinin qapısını açaraq oranı axtarmağa başlamışdır, lakin orada da heçnə tapmadığı üçün arxa yük yerinin qapısını bağlamış və bundan sonra Toyota markalı avtomaşının yanında park edilmiş markasını xatırlamadığı avtomaşına yaxınlaşaraq qapısını açmaq istəmiş, lakin həmin maşının qapısı bağlı olduğu üçün salonuna daxil ola bilməyərək oradan uzaqlaşmışdır. Həmin günü saat təxminən 17 radələrində Park Bulvar ticarət mərkəzinin mənfi 2 mərtəbəsində yerləşən maşın dayanacağında olan zaman boz rəngli Mercedes markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomaşının yanından keçib şüşədən salonuna baxsada həmin maşının salonundan oğurluq etməmişdir. 26 iyun 2025-ci il tarixdə saat təxminən 14 radələrində gəzmək üçün yadığı evdən çıxmış və piyada Səbail rayonu, Xəqani küçəsinə gəlmişdir. Həmin küçədən keçən zaman adını xatırlamadığı restoranın yanında Toyota Prado markalı dövlət qeydiyyat nişanı xatırlamadığı avtomaşın görmüşdür. Maddi cəhətdən problemləri olduğu üçün həmin maşından oğurluq etməyə qərar gəlmiş və belə olan halda maşına yaxınlaşaraq ön sağ qapısının tutacağınan tutaraq öz tərəfinə çəkmiş, qapının kilidi bağlı olmadığı üçün qapı açılmış, nəticədə o, qapının açıq olduğunu görərək maşının salonuna daxil olmuşdur. Bundan sonra o, salonun içərisində olan saxlanc yerini (bardoçok) açmış və içərisindən rezin lent ilə bağlanmış 50 manatlıq əskinazlarda olan pulları götürərək əynində olan şalvarının cibinə qoymuş və həmin yerdən uzaqlaşmışdır. Həmin yerdən uzaqlaşdıqdan sonra o, pulları saymış və 5000 manat pul vəsaitin oğurladığını bilmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olmasını bildirərək barəsində aşağı cəza təyin olunmasını xahiş etmişdir. Məhkəməyədək iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 16 radələrində özünə məxsus Mercedes markalı, **-VD-*** nömrə nişanlı avtomobili ilə Dənizkənarı Bulvar ərazisində yerləşən Park Bulvar Ticarət mərkəzinə 2 azyaşlı uşağım ilə birlikdə gəlmişdir. Avtomobilin arxa oturacağın üzərində içərisində 1000 manat pul və müxtəlif qızıl zinyət əşyaları olan əlçantası olmuş, həmin əlçantasının sepi bağlı vəziyyətdə olmuşdur. O avtomobili həmin ticarət mərkəzfnin mənfi 2-ci mərtəbəsində yerləşən avtomobil park hissəsində saxlamışdır. Bundan sonra o və arxada əyləşmiş azyaşlı oğlu ilə birlikdə maşından düşmüş və maşının qapılarının kilidini bağlamaq üçün pultun düyməsini sıxmış, lakin bu zaman ön sağ oturacaqda əyləşmiş 2-ci oğlu maşından düşmüş və qapını bağladıqdan sonra maşınının qapılarını təkrarən pult ilə bağlamağını unutmuşdur. Nəticədə ön sağ qapının kilidi açıq vəziyyətdə qalmışdır. Daha sonra o, az yaşlı oğulları ilə birlikdə ticarət mərkəzinin yuxarı mərtəbələrinə qalxmış və təxminən iki saat keçdikdən sonra maşına qayıtmışdır. O avtomaşının qapılarının kilidini açmaq üçün pultun düyməsini sıxmış, onlar maşına əyləşərək bir neçə metr Park Bulvar ticarət mərkəzindən aralandıqda o arxa oturacaqda olan əlçantasını götürmüş və bir əli ilə əlçantasın sepini açaraq evə alış-veriş etmək üçün pul götürmək istəmişdir. Lakin həmin vaxtı əlçantanın içərisindən 1000 manat pulun oğurlandığını aşkar etmiş, əlçantasının içərisində olan qızıl-zinyət əşyaları yerində olmuşdur. Həmin vaxtı yanında azyaşlı uşaqları olduğu üçün evə getmiş, həyat yoldaşının isə həmin ərəfələrdə səhəti pis olduğu üçün vaxt edib polisə baş vermiş hadisə barədə məlumat verə bilməmişdir. 14 may 2025-ci il tarixdə isə o, 39-cu PB-ya gedərək baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəməyədək iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 26 iyun 2025ci il tarixdə saat 11-12 radələrində X1 və 3 azyaşlı uşağı ilə birlikdə Səbail rayonu Xəqani küçəsində yerləşən “Prayv” restoranına getmişdir. O idarə etdiyi “Toyota” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Səbail rayonu, Xəqani küçəsi, “Agna” kimyəvi təmizləmə xidmətinin qarşısında saxlamışdır. 3 azyaşlı övladı və arvadı Ü.Əliyeva ilə birlikdə avtomobildən düşmüş, həmin vaxt uşaqların ikisi skuter, biri isə skeyt sürmək istədikləri üçün o maşının yük yerini açmış və həmin əşyaları onlara verərək uşaqların təhlükəsizliyini və yolu təhlükəsiz əks istiqamətə keçmələrinə nəzarət etmişdir. Ailə üzvləri ilə birlikdə maşından uzaqlaşdıqda yadına düşdüki, maşının qapılarının kilidini bağlamağını unutmuş, lakin buna əhəmiyyət verməmiş çünki pulunu maşının saxlanc yerinə qoymuşdur və qapısını açarla bağlamışdır. Həmin günü saat təxminən 14 radələrində “Prayve” restoranından ailə üzvləri ilə birlikdə çıxmış, avtomobilə yaxınlaşaraq qapını açmış və sükan arxasına keçerək oturacağa əyləşmişdir. X1 qabaq oturacaqda əyləşdikdən sonra ayağların altında plastmas qırıntısı tapmış, lakin o buna əhəmiyyət vermədən yoluna davam etmişdir. Həmin yerdən bir neçə metr uzaqlaşdıqda X12 uşaqlara ayaqqabı almaq üçün pul istəmiş, o, maşını saxladıqdan sonra açarla saxlanc yerini (bardaçoku) açıb pul verəcəyini dedikdə, arvadı saxlanc yerinin açıq olduğunu demiş, çünki maşına əyləşəndə ordan darağ götürüb saçını daramışdır. O bunu bilən kimi dərhal maşını yolun kənarında saxlamış, saxlanc yerini (bardaçoku) açmış və içərisini yoxladıqda rezin lent ilə bağladığı 100 ədəd 50 manatlıq əskinaz yəni 5000 (beş min) manat pul naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. X12 maşının içərisindən tapdığı plastmas qırığı isə saxlan yerinin bir hissəsi olmuşdur. Bundan sonra o DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək, onun məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadələrində Bəhuz Gülməmmədova məxsus Mercedes markalı avtomobilin yanında qalıb avtomobilə baxması və həmin avtomobildən oğurluq etməsini xatırlamadığını göstərməsi öz müdafiəsi üçün gətirdiyi dəlillər kimi iş üzrə toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edildiyindən rədd edilmişdir. Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən törədilməsi özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, ifadənin yerində yoxlanılması istintaq hərəkəti protokolu, videogörüntülərə baxış keçirilməsi haqqında protokollar, maddi sübutlar və iş materiallarına əlavə edilmiş digər sənədlərlə ilə kifayət qədər sübuta yetirilir. Məhkəmə iclasında və ibtidai istintaq zamanı tədqiq edilmiş videogörüntüdən görünür ki, 04 may 2025-ci il tarixdə saat 16:28-də ayağında üstü qara alt hissəsi isə ağ rəngli idman ayaqqabısı, əynində qara rəngli şalvar, tünd göy rəngli uzun qol köynək və qara rəngli jilet geyin geymiş təxminən 40-45 yaşlarında bir nəfər şəxs Park Bulvarın daxilində yerləşən maşın dayanacağının “F1” və “G1” yazılmış sütunları arasında park olunmuş Toyota markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşaraq ön sol qapısının tutacağından tutaraq qapının açıq olduğuıiu görmüş, bundan sonra qapını bağlayaraq ön sağ qapısını açmış və maşının salonuna əyləşərək arxa oturacaqlar tərəfə çönmüşdür, daha sonra isə maşının saxlanc yerinə (bardoçok) baxmışdır. Bundan sonra həmin şəxs maşından düşərək arxa tərəfinə keçmiş və arxa yük yerinin qapısını açaraq baxış keçirtmiş, arxa yük yerinin qapısını bağladıqdan sonra isə yenidən ön sol qapıya yaxınlaşmış və qapını açaraq qapının içərisində olan əşyaların qoyulması üçün nəzərdə tutulmuş panelə baxaraq qapını bağlamışdır. Həmin şəxs Toyota markalı ** VN *** dövlət qeydiyyat nişanlı avtomaşının yanında park edilmiş Toyota Aqua markalı (dövlət qeydiyyat nişanı görüntüdə görsənmir) avtomaşının ön sol qapısının tutacağını tutaraq qapını açmaq istəmiş, lakin qapının bağlı olduğunu gördükdə həmin yerdən uzaqlaşmışdır. Həmin tarixdə saat 17:04-də Park Bulvarın daxilində yerləşən maşın dayanacağının mənfi 2-ci mərtəbəsində olan dayanacağa daxil olmuşdur, saat 17:05-də Park Bulvarın daxilində yerləşən maşın dayanacağının “G3” yazılmış sütunları arasında park olunmuş boz rəngli(metallik) arxası furqon olan (hatchback) tipli Mercedes markalı (dövlət qeydiyyat nişanı görsənmir) avtomaşının yaxınlaşır, həmin maşının sağ tərəfindən Toyota Prado markalı avtomaşının park olunduğu üçün Mercedes markalı avtomaşının yalnız arxa saxlanc yeri tam şəkildə görsənir, lakin görüntüyə diqqətlə baxanda Toyota markalı avtomaşının arxa yük yerinin qapısının və arxa sağ qapısının şüşəsindən görsənir ki, həmin şəxs Mercedes markalı avtomaşının sağ qapılarına yaxınlaşmış 08 saniyə yanında dayanmış, bundan sonra Mercedes markalı avtomaşının arxa tərəfindən maşının yanında park olunmuş Toyota markalı avtomaşının sağ tərəfinə keçərək yenidən Mercedes markalı avtomaşının sağ qapılarına yaxınlaşmış və ön qapısını açaraq maşının salonuna daxil olmuşdur, həmin şəxs 1 dəqiqə 21 saniyə vaxt ərzində həmin maşının salonunda olmuşdur, bundan sonra isə maşının salonundan çıxaraq oradan uzaqlaşmışdır. Məhkəməyədək icraat zamanı aparılmış və məhkəmə iclasında tədqiq edilmiş təqdim olunmuş videogörüntülərə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 26 iyun 2025-ci il tarixdə saat 14:02-də ayağında üstü qara alt hissəsi isə ağ rəngli idman ayaqqabısı, əynində göy rəngli şalvar, açıq göy rəngli qısa qol köynək və sifətində qara rəngli eynək geymiş təxminən 40-45 yaşlarında bir nəfər şəxs “Zabitlər Bağı” park tərəfindən “Tarqovı" adlanan ərazi istiqamətə doğru hərəkətdədir. Saat 14:03-də yolu Azərbaycan Rəssamlar İttifaqı binası tərəfə keçir və həmin binanın qarşısında dayanmış Ford markalı (dövlət qeydiyyat nişanı görsənmir) avtomaşının ön sol yəni sürünü əyləşdiyi qapıya yaxınlaşaraq qapının açıq olub-olmadığını yoxlayır və qapının bağlı olduğunu görərək yenidən gəldiyi istiqamətə qayıdır. Saat 14:05-də Səbail rayonu, Xəqani küçəsində yerləşən “AGNA” quru təmizləmə məntəqəsinin qarşısında park edilmiş Toyota Prado markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomaşının ön sağ qapısını açaraq salondan düşmüş və maşının qarşısından keçərək yolu digər tərəfə keçib həmin yerdən uzaqlaşmışdır. Saat 14:09-da “Tarqoviy” adlanan ərazidə yeraltı keçid olan və qarşısında köşk yerləşən olan hissəsində piyada keçərək gedir. Saat 14:10-də “Tarqoviy” adlanan ərazidə yeraltı keçid olan və qarşısında köşk yerləşən olan hissəsində piya!da keçərək gedir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin 19 may 2025-ci il tarixli 20/2-7356 nömrəli məktubunda 04 may 2025-ci il tarixdə saat 16:26-da Park Bulvar ticarət mərkəzinə daxil olmuş şəxsin “Üztanıma” sistemi vasitəsilə aparılan araşdırma nəticəsində xx xxxxxxx 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması qeyd olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki övladı - X3 və X4 olmuşdur. İş materiallarında olan Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının rəyindən və “M.Tusi” adına Klinikanın MRT rəyindən görünür ki, təqsirləndirilən şəxsin uşağı X4 birinci qrup əlildir. Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya cinayət işi üzrə hüquqi prezumpsiyaların və faktların prezumpsiyalarının istifadə edilməsini qadağan etmir, lakin dövlətlərdən təqsirləndirilən şəxs üçün işin nəticəsinin vacibliyinin nəzərə alınmasını və onun müdafiə hüququnun təmin edilməsi məqsədi ilə belə istifadənin ağlabatan hədlərlə məhdudlaşdırılmasını tələb edir (Salabiaku Fransaya qarşı iş üzrə 1988-ci il 7 oktyabr tarixli Qərar, § 28; Radio France və digərləri Fransaya qarşı iş üzrə 2004-cü il 30 mart tarixli Qərar, § 24). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 yanvar 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə müvafiq olaraq, mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olubolmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntüləri və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki övladının olmasınım və uşağı X4 birinci qrup əlildir. Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 177.2.4-cü maddəsi ilə Xətai Rayon Məhkəməsinin hökmü ilə 03 il azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilmişdir, 19 mart 2024-cü il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 05 ay 19 gün vaxtından əvvəl şərti azad olunmuşdur, xx.xx.2025-ci ildə cəzası bitmişdir, - xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə Xətai Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-337/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə CM-nin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı üzrə çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cəzasının əvvəli 11 may 2025-ci il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs qəsdən törətdiyi əmələ görə Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, Qaradağ Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarı ilə isə həmin cəzadan 01 il 05 ay 19 gün müddətinə vaxtından əvvəl şərti azad edilməsini, onun qəsdən törətdiyi əmələ görə Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, hazırki cinayət hadisəsini isə 04 may 2025-ci il tarixində baş verdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunur və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.3-ci maddəsinə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci ma ddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən, məhkəmə, Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş və hazırki hökm elan olunduğu tarixədək çəkilməmiş 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs cəza təyin olunmasını məqəsəduyğun hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əməlindən peşman olmasını, əvvəllər oxşar cinayətin törədilməsinə görə məhum olunmasını, məhkumluğunun ödənilməməsini və hal-hazırda residivinin müəyyən olunmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, zərərçəkmiş şəxslərin şikayətçi olmalarını və onlara vurulmuş ziyanın ödənilməəməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5ci maddəsinə uyğun olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasının nəzərə alınmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 02 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-337/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 11 may 2025-ci il tarixdən hesablansın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-337/2025 saylı, 29 sentyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhruetmə cəzasının təyin olunması nəzərə alınsın. İş üzrə maddi sübut qismində tanınmış 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar