Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-366/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2004-cü ildə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respubliaksının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşqul olan, Neftçala rayonu Aşağı Qaramanlı ərazi dairəsi, Ağacı Qaramanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə gecə saat 03:42 radələrində tanışı X3 ilə ünvan 2 ünvanda yerləşən “Troya” gecə klubunun qarşısında olarkən, sonuncu ilə bir qrup şəxs halında birləşib, həmin ərazidən keçən əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 saxladıb, heç bir əsaslı səbəb olmadan qərəzli olaraq əsassız mübahisə yaradaraq, ictimai yerdə özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını yəni, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinatsızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə yəni, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə əvvəlcə o, Zərərçəkmiş şəxs2 sol qaş nahiyəsinə yumruq zərbəsi endirərək sonuncuya sol qaş nahiyəsinin 1 (bir) ədəd kəsilmiş deşilmiş yarası kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarət yetirmiş, habelə həmin vaxt onunla həmrəylik nümayiş etdirən Ədalət İsmayılov isə silah qismində istifadə etdiyi taburetlka ilə Oqtay Qurbanlmm baş nahiyəsinə zərbə vurub, daha sonra üzərində olan istintaqa məlum olmayan kəsici deşici predmetdən silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 və Oqtay Qurbanlıya zərbələr vurub Zərərçəkmiş şəxs2 sağ bazu nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən, habelə qarın ön divarının bir ədəd qarın boşluğuna nüfuz etməyən və sol budun orta 1/3 bayır səthinin bir ədəd deşilmiş kəsilmiş yaraları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən yüngül zərərvurmaya aid xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs1 sol budun yuxarı 1/3-nin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsrətlər yetirmiş, bu hərəkətləri ilə Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayanu, Yeni Günəşli V massivi ev 17 mənzil 26-da ailəsilə birlikdə yaşayır. Təxminən 1 ilə yaxındır ki, Ədalət İsmayılovu tanıyır. 15 may 2024cü il tarixdə saat 22 radələrində o, Səbail rayonu ərazisində yerləşən Sahil bağı tərəfdə Ədalət İsmayılovla təsadüfən rastlaşmış, həmin vaxt onun yanında tanımadığı iki nəfər dostları olmuş, orada onlarla görüşmüş, “Koloriot” restoranı tərəfə gedərək oradanda üzü milli parka tərəf getməyə başlamış, bu zaman Ədalətin yanındakı iki nəfər yolun qırağındakı kyoskdan nə isə götürüb qaçmışılar, kyosku işlədən isə onların arxasınca düşmüş, bu zaman özü həmin uşaqların arxasınca qışıqırmışdır ki, belə bir şeyə görə dəyməzdir bu cür hərəkət etmək. Bu zaman onların sol tərəfi ilə gəzən iki nəfər tanımadığımı şəxslərdə həmin uşaqların arxasınca nə isə demişlər. Ədalət də bu zaman onlara səsivizin biraz tonunu azaldın demişdir. Sonra isə onlar da nəsə demiş və onlar eşitmədiklərinə görə onlara yaxmlaşmışdar. O, bu zaman onlardan adların soruşmuş, onlardan balacaboy sarışın olan adının Turqut olduğunu, hündürboy qaraşın olan isə adının Oktay olduğunu bildirmişdir. Bu zaman onlara bildirmişdir ki, bu cür söhbət lazım deyil, lakin onlar Troya klubu ilə üzbəüz olan araya girmişlər. Orada yenə Turquta artıq söhbətə ehtiyac olmadığını bildirdikdə Turqut əlini çiyninə qoyraraq o biri əlini isə belinə söykəmiş və ona “sən mənim balaca qardaşımla yaşıdsan” deyərək əlini belinə aparmış, o, elə fikirləşmişdir ki, onun belində kəsici nə isə var və onu vuracağından ehtiyat edərək, Turqutun sol üz qaş nahiyyəsinə yumruq zərbəsi vurmuşdur. Bundan sonra isə o, kənara çəkilmişdir. Həmin yer qaranlıq olduğu üçün o, tam olaraq Ədalətlə onların arasında baş verənləri görməmiş, lakin onu görmüşdür ki, Ədalət onların hər ikisinə yaxınlaşıb nə iləsə vurmuş və yanından keçərək qaçmışdır. Ondan sonra özü də həmin aralıqdan çıxıb getmişdir. Həmin vaxt Ədalətin oradan uzaqlaşdığını görmüş, özü də taksiyə minib oradan uzaqlaşmışdır. Həmin hadisə təxminən 2-3 dəqiqə çəkmişdir. Həmin ərazi Troya klubla üzbəüz olan yaşayış binalarının məhəlləsi idi və hava qaranlıq olmuş, saat təxminən 03:30 radələrində baş verdiyindən həmin ərazidə onlardan başqa heç bir kəs olmamışdır. Ədalətin tanışları Mirazi və İsmayıl adlı şəxsləri tanımır, onların anket göstəriciləri barədə məlumatı yoxdur. Hadisə vaxtı taburetka ilə heç bir kəsi, o cümlədəndə Turqut adlı şəxsi vurmamışdır. Hadisə zamanı ona heç bir zərbə endirilməmiş və heç bir xəsarət almamışdır. Lakin o fikirləşmişdir ki, Turqut onu vura bilər. Zərərçəkmiş şəxs2 üzərində hər hansısa kəsici deşici alət görməmiş, lakin o tez tez əlini belinə apardığı üçün onda belə bir əşyanın ola biləcəyini düşünərək onun üzünün sol qaş nahiyyəsindən yumruq zərbəsi ilə vurmuşdur. Ədalət İsmayılovun üzərində də hər hansısa kəsici deşici alət görməmişdir və hadisə vaxtı onun Turqut və Oktayı bıçaqladığını bilməmişdir. O, bunu sonradan öyrənmişdir ki hadisə vaxtı Ədalət onlara orada bıçaq zərbəsi endirmişdir. Hadisə zamanı həmin ərazidə olan müşahidə kamerasının qeydə aldığı videogörüntüdə Oktay Qurbanlmm üzərinə kənardan atılan taburetkanı o atmamışdır, hadisə vaxtı ümumiyyətlə əlinə taburetka almamış və heç bir kəsi, o cümlədəndə Oktay Qurbanlmı taburetka ilə vurmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, əvvəllər məhkumluğunun olmadığını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 15 may 2024-cü il tarixdə saat 03:30 radələrində o, dostu Zərərçəkmiş şəxs1 ilə birgə “Kolorit” restoranından çıxıb “Life” klubunun qabağından Oktayın maşınına tərəf getmişlər. Onlar üzü “Sahil” metrosuna tərəf getdikdə yolda qarşılarda bir neçə nəfər tanımadıqlar şəxslər getmişdir. Onlar aralarındakı məsafə 45 metr olmuşdur. Onlar yolun sağında olan kioska çatdıqda onlardan bir nəfər kioskun qabağından pambıq və çipsi götürərək qaçmış, digər bir nəfərdə onun arxasınca qaçmışdır. Bu zaman kiosku işlədən onların arxasınca qaçmışdır. Onlardan 2 nəfər isə orada qalmışdır. Həmin iki nəfər isə onların arxasınca “üstünüzdə pul var” demişlər. Onlarda birbirlərinə baxıb gülmüşdürlər ki, “bunlarla bizim nə əlaqəmiz” demişdir. Onlardan adını bilmədiyi uzun boy bir nəfər yaxınlaşaraq, “sizinlə dərdləşə bilərik?” deyə soruşmuşdur. Onlar “ikimizdə niyə dərdləşmirik dərdləşək” demişlər. Bu zaman onlar “Troya” klubla üzbəüz solda məhləyə girmişlər. Onlar da onların arxasınca getmişlər. Yolda getdikdə onlara “siz mənim balaca qardaşımla yaşıdsız elə edək ki, qan qaraçılıq olmasın” demişdir. Bu zaman onlardan “uzun boylu olan keçək qırağa balaca qardaşı görəssən” demişdir. Biz qırağa keçən kimi həmin uzun boy Asiman onun qaş nahiyəsinə yumruqla vurmuş, bundan sonra özünü itirmişdir. Birdə özünə gəlmişdir ki, onlardan balaca olan adını Ədiş kimi bildiyikləri Ədalət adlı şəxs üzərinə hücum çəkir, lakin onun onu nə iləsə vurmasını başa düşməmişdir. Sonra Ədalət və yanındakı Asiman qaçaraq oradan uzaqlaşdığı zaman taburetkanı götürüb onların arxasınca qaçmış, lakin onları vurmamışdır. Bu zaman Oktay ona qaşının partlağını və üzünü yumağın lazım olduğunu bildirmişdir. Onlar Life klubun qabağına çatdıqda o, sağ qolunun, qarın nahiyəsinin və sol budunun qan içində olduğunu görmüşdür, bunları Oktaya göstərdikdə Oktay onun da ayağına istilik gəlir demiş və öz sol ayağına baxdıqda qan içində olduğunu görmüşdür. Onlar təcili oradan Kliniki tibbi mərkəzə getmişlər, orada bir gecə qalmışlar və müalicə aldıqdan sonra 16 may 2024-cü il tarixdə günorta radələrində oradan çıxmışdırlar. Həmin mübahisə zamanı onu uzunboylu Asiman adlı şəxs vurmuşdur. Stulla başının arxasın yumruqlada qaş nahiyəsinə vurmuşdur, Onu bıçaqlayan şəxs isə Asimanın yanında olan Ədalət adlı şəxs olmuşdur. Lakin onun əlində həmin vaxt bıçaq olduğunu görməmişdir. Həmin vaxt o, heç bir kəsi vurmamışdır. Hal hazırda heç bir kəsdən şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində dostu Zərərçəkmiş şəxs2lə birgə “Kolorit” restoranından çıxıb “Life” klubunun qabağından maşınına tərəf getmişlər. Onlar üzü “Sahil” metrosuna tərəf getdikdə yolda qarşılarında bir neçə nəfər tanımadığı şəxslər getmişlər. Onların aralarındakı məsafə 4-5 metr olmuşdur. Onlar yolun sağında olan kioska çatdıqda onlardan bir nəfər kioskun qabağından “pambıq və çipsi” götürərək qaçmışdır, digər bir nəfər də onun arxasınca qaçmışdır. Bu zaman Kiosku işlədən onların arxasınca qaçmışdır. Onlardan 2 nəfər isə orada qalmışdır. Həmin iki nəfər isə onların arxasınca “üstünüzdə pul var?” deyə soruşmuşlar. Onlar da birbirlərinə baxıb gülmüşlər ki, bunlarla onların əlaqələri vardır. Onlardan adını bilmədiyi uzun boy bir nəfər yaxınlaşaraq “sizinlə dərdləşə bilərik?” deyə soruşmuşdur. Onların hər ikisi də “niyə dərdləşmirik, dərdləşək” demişlər. Bu zaman onlar “Troya” klubla üzbəüz solda məhləyə girmişlər. Onlar da onların arxasınca getmişlər. Yolda getdikdə Turqut onlara “siz mənim balaca qardaşımla yaşıdsız elə edək ki, qan-qaraçılıq olmasın” demişdir. Bu zaman onlardan uzun boylu olan adını bilmədiyi şəxs Turquta “keçək qırağa, balaca qardaşı görəssən” demişdir. Onlar qırağa keçən kimi həmin uzun boy Asiman adlı şəxs Turqutun qaş nahiyyəsinədə yumruqla vurmuşdur. O, həmin şəxsi araladıqda onlardan adını sonradan öyrəndiyi Ədalət adlı şəxs o baş nahiyyəsidən həmin taburetka ilə vurdu. Bundan sonra mən özümü itirdim lakin həmin Ədalət adlı şəxs əyilərək onun ayağından vurmuşdur. O, həmin vaxt onun onu bıçaqla vurduğunu başa düşməmişdir. Ondan sonra Ədalət adlı şəxs Turqutunda qarın və ayaq nahiyyəsinə nə iləsə vurmuşdur. Həmin vaxt onun Turqutu yumruqla vurduğunu düşünmüşdür. Birdə özünə gəlmişdir ki, həmin iki nəfər şəxs qaçaraq oradan uzaqlaşmışdır. Bu zaman ayağa qalxmış və görmüşdür ki, Turqutun üzü qan içindədir. Ona təklif etmişdir ki, hardasa üzünü yusunlar. Onlar “Life” klubun qarşısına çatdıqda Turqut ona sağ qolunun və qarnının və sol bud nahiyyəsinin qan içində olduğunu demişdir. Bu zaman o, ayağında istilik hiss etdiyi üçün öz sol ayağına baxdıqda onun ayağının qan içində olduğunu görmüş və başa düşmüşdür ki, həmin Ədalət adlı şəxs onları bıçaqlamışdır. Oradan təcili Kliniki tibbi mərkəzə getmişlər, orada bir gecə qalmışlar və müalicə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə günorta radələrində oradan çıxmışlar. Həmin vaxt əsasən onu Ədalət adlı şəxs taburetka ilə başının sağ gicgah nahiyyəsinə vurmuşdur, onu bıçaqlayan şəxs isə uzun boyun yanında olan adını polisdə öyrəndiyi Ədalət adlı şəxs olmuşdur. Lakin onun əlində həmin vaxt bıçaq olduğunu görməmişdir. Təqsirləndirilən şəxs sadəcə Turqutdan aralamaq üçün itələmiş, ona heç bir zərbə endirməmişdir. Təqsirləndirilən şəxs ona və Turqata heç bir bıçaq zərbəsi endirməmişdir. Onun əlində heç bir kəsici deşici alət görməmişdir. Onu və Turqutu Asimanın yanında olan digər şəxs Ədalət İsmayılov bıçaqla vurmuşdur. Həmin vaxt üzərinə taburetka atılmasını və kim tərəfindən atılmasını xatırlamır. Bu səbəbdən bu barədə heç bir fikir bildirə bilmir, ilkin ifadəsində Asimanın taburetka ilə Turqutun baş nahiyəsinə zərbə endirməsini səhv xatırlamışdır, Asiman Turqutu taburetka ilə deyil yumruqla qaş nahiyyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Məhkəmə baxışı zamanı tədqiq edilmiş videogörüntüdən və məhkəməyədək icraat zamanı videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 03:42 radələrində 4 nəfər şəxsin Səbail rayonu ərazisində yerləşən “Troya” klub olan yoldan hadisə baş verən ara yola daxil olması və söhbət edə edə irəliləmələri. Həmin 4 nəfərdən ən solda əynində qara şalvar, qara gödəkçədə olan Ədalət İsmayılov, onun sağında qara gödəkçə göy cins şalvarda və gözündə eynək olan Oqtay Qurbanlı, onun sağında qara gödəkçədə göy cinsdə olan Təqsirləndirilən şəxs, onun sağında isə qara gödəkçə altında ağ köynək və tünd rəngli şalvar olan isə Zərərçəkmiş şəxs2 olması müşahidə edilir, qeyd olunan şəxsləri diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs tərəfindən təsdiqlənmişdir. Həmin şəxslər söhbət edərək 03:42:18-də müşahidə kamerasının önündən keçərək görüntüdən itmələri, daha sonra isə həmin gün saat 03:42:55 radələrində Ədalət İsmayılov və Təqsirləndirilən şəxs gəldikləri istiqamətə geri qayıtmaları, lakin saat 03:43:00 dayanaraq geriyə dönmələri və Ədalət İsmayılovun qaçaraq, Təqsirləndirilən şəxs isə iti addımlarla Zərərçəkmiş şəxs2 və Oqtay Qurbanlının üzərinə hücum çəkmələri müşahidə edilir. Daha sonra isə saat 03:43:11-də X5 Cumiyevin qarın nahiyəsinə bir dəfə, Oqtay Qurbanlının sol bud nahiyəsinə bıçaq zərbəsi vuraraq qaçaraq oradan uzaqlaşması, Təqsirləndirilən şəxs də onun arxasınca qaçaraq oradan uzaqlaşması, Zərərçəkmiş şəxs2 Oqtay Qurbalının üzərinə kim tərəfindən atıldığı görünməyən taburetkanı götürərək onların arxasınca getməsi və daha sonra Oqtay Qurbanlı yerə düşmüş eynəyini götürərək onun arxasınca getməsi, həmin ərazidə qeyd olunan hadisəyə müdaxilə etməyən iki nəfər naməlum şəxsin də olması və video görüntülərin 03:44:00-da başa çatması müşahidə edilir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 276 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazu nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən, qarnın ön divarının 1 (bir) ədəd qarın boşluğuna nüfuz etməyən, sol qaş nahiyəsinin 1 (bir) ədəd və sol budun orta l/3-nin bayır səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları kəsici-deşici xarakterli alətin(alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 277 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol budun yuxarı 1/3-nin arxa səthinin 1 (bir) ədəd deşilmişkəsilmiş yarası deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qayaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrini, iş materiallarında olan video görüntünü, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini etiraf edərək peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətməsini, gənc olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərəçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 01 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, həmin Məcəllənin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00dan 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış 01 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi saat və iş materilları ilə tanış olduğu ümumilikdə 45 saatı 11 manatdan hesablanmaqla ümumilikdə 495 (dörd doxsan beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutulub Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-366/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-366/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver