Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-37/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1989-cu ildə Ağdam rayonu, Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 27 “A”, mənzil 61-də qeydiyyatda olan, ünvan 4-də yaşayan, barəsində “polisin nəzarəti” altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ kəndində istintaqa məlum olmayan “Zamin” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,637 qram, 4,930 qram, 4,680 qram, 4,313 qram, 3,766 qram, ümumi çəkisi 22,326 qram olan bitki mənşəli tərkibində narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hər bir kibrit qutusna görə 100 manat, ümumilkdə 500 manat ödəyəcəyinə vəd verdikdən sonra həmin çəkidə narkotik vasitəni əldə edib üzərində «Thank you» sözləri yazılmış qəhvəyi rəngli kağız çantadakı polietilen torbadakı selofan bükülünün içərisində saxlamaqla daşımış, 21 sentyabr 2020-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən «Xaqani» istirahət parkında olarkən Bakı şəhər Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən əvvəlcədən əldə olunmuş əməliyyat məlumatı əsasında şübhəli şəxs qismində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada onun üstünə şəxsi axtarış aparılan zaman əlində saxladığı üzərində «Thank you» sözləri yazılmış qəhvəyi rəngli kağız çantadakı polietilen torbadakı selofan bükülünün içərisindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,637 qram, 4,930 qram, 4,680 qram, 4,313 qram, 3,766 qram, ümumi çəkisi 22,326 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ev 27 a, mənzil 61-də qeydiyyatda olsa da, faktiki olaraq ünvan 4-də ailəsi ilə, yəni anası, həyat yoldaşı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. Əvvəllər 2010-cu ildən 2015-ci ilə qədər DİN-nin X9 polis nəfəri vəzifəsində işləmiş, daha sonra isə öz xahişi ilə daxili işlər orqanlarından xaric olunmuş və daha sonra isə müxtəlif mağazalarda satıcı işləmişdir. Lakin 2020-ci ilin mart ayından etibarən ölkədə olan pandemiya ilə əlaqədar işdən çıxmış və hazırda heç yerdə işləmir. Artıq neçə vaxtdır ki, narkotik vasitə olan marixuananı, yəni nəşəni çəkmək yolu ilə qəbul edir. Təxminən 2-3 il bundan əvvəl “Kəmər-Pub”-dan tanıdığı soyadını və atasının adını bilmədiyi, hazırda Türkiyə Respublikasında yaşayan Ruslan adlı tanışı onu narkotiklərin satışı ilə məşğul olan Zamin adlı şəxslə tanış etmiş və Zamindən o, pulu olduqda marixuana alıb istifadə etmişdir. Bu məqsədlə o, “Zamin” adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ondan onun üçün narkotik maddə olan marixuana tapmasını xahiş etmişdir. Zamin ona demişdir ki, bir kibrit qutusu 100 manat olmaqla ona narkotik maddə olan marixuana tapa bilər. Daha sonra o, Zaminlə danışaraq Zamindən 5 kibrit qutusu marixuana istəmiş və bildirmişdir ki, 5 qutu marixuananın pulunu ona bir müddət sonra verəcək. Zamin də onunla razılaşmışdır.O, Zaminə ümumilikdə 5 ədəd kibrit qutusunda olan marixuanaya görə 500 manat pul ödəyəcəyinə söz vermişdir. 21 sentyabr 2020-ci il tarixdə isə saat 19 radələrində o, Zaminlə zəngləşib Zığ qəsəbəsində kəndin içində görüşərək 5 ədəd kibrit qutusunda narkotik maddə olan marixuananı şəxsi istifadəsi üçün Zamindən götürmüş və sonra o, “Malakan bağı” adlanan yerə gəlmişdir. Marixuananı 5 ədəd kibrit qutusunda Zamindən almaqda məqsədi marixuanaya gündəlik tələbatı olduğuna görə olmuş və düşünmüşdür ki, hər dəfə gedib narkotik almasın və hər gün üçün normaya uyğun olaraq istifadə etmiş olsun. Marixuananı 5 ədəd kibrit qutusuna Zaminin özü ayırmışdır. Həmin günü saat təxminən 21 radələrində mən Bakı şəhəri, Səbail rayonu, Üzeyir ahcıbəyov küçəsində yerləşən Xaqani parkında olan zaman ona iki nəfər yaxınlaşaraq özlərini Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumat olduğunu və buna görə də onun üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onlarla birlikdə Səbail rayon Polis İdarəsinə getməsini ona təklif etdikdə o, onlara etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Polis idarəsində isə onun hüquqlarını təmin edilərək müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş aparılaraq onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt o, Zamindən aldığı və əlində daşıdığı kağız paketin içində olan sellofanın içindəki 05 ədəd kibrit qutularını təqdim edərək bildirmişdir ki, kibrit qutusunda olan maddə narkotik maddə marixuanadır. Daha sonra isə ondan aşkar edilmiş 05 ədəd içində narkotik maddə marixuana olan kibrit qutuları qablaşdırılaraq möhürlənmişdir. Marixuananı kibrit qutularına onun özü ayırmamışdır. Marixuananı 5 ədəd kibrit qutusuna marixuananı satan Zamin bölüb vermişdir. Kibrit qutularında olan marixuana onun gündəlik tələbatını ödədiyinə görə onları pulu olduğundan qutularda almaq ona sərf etdiyi üçün almışdır. O, narkotiklərin satışı ilə məşğul olmur və buna niyyəti olmayıb. Onun üzərinə şəxsi axtarış aparılan zaman düşünmüşdür ki, narkotiki Rusla adlı tanışının dediyi xanıma aldığını demiş olsa onu tutmazlar. Əslində Ruslan ona hansısa xanıma narkotik alıb aparıb verməyi deməmişdir və bunu o, tutulmamaq üçün özündən uydurmuşdur. Ondan aşkar olunaraq götürülmüş marixuananı o, özü istifadə etmək üçün almışdır. Törətdiyi əməldən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailəli olmaqla himayəsində bir azyaşlı qızının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 sentyabr 2020-ci il tarixdə NMB-nə Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxsin cinayət başında ifşa edilməsi və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Ondan, NMB-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Vasif Bayramlıdan ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs zahiri əlamətləri barədə qrup üzvləri təlimatlandırlmış və həmin günü qrup üzləri ilə birlikdə Bakı şəhəri, Səbail rayonu ərazisində əməliyyat mövqeləri müəyyən edilmişdir. 21 sentyabr 2020-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerlşən “Xaqani” istirahət parkında, olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə oxşar olan şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar və həmin şəxsə Səbail RPİ-nin NMB-nin əməkdaşları olduğuqlarını bildirib özlərini ona təqdim edib ondan şəxiyyəti barədə məlumat verməsini tələb etdikdən sonra saxlanılan şəxs onlara Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Həmin şəxsin həqiqtətən də Təqsirləndirilən şəxs olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə onlarda məlumatın olmasını və bu məqsədlə də onun üzərinə şəxsi axtarış aparalıcağı və onlarla birlikdə Bakı şəhəri, Səbail rayonu Abbas Abbaszadə küçəsində yerləşən Səbail rayon Polis İdarəsinin inzibati binasına getməli olduğunu izah edib onu avtomobillə həmin ünvanda yerləşən Səbail RPİ-nin inzibati binasına gətirmişlər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilıməsi məqsədi ilə müstəntq tərəfindən müdafiəçi dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əlində olan qəhvəyi rəngli üzərində «Thank you» sözləri yazılmış kağız paketi masanın üzərinə qoyaraq bildirmişdir ki, kağız paketin içində dövriyyəsi qadağan edilmiş narkotik vasitə olan marixuana vardır. Daha sonra kağız paketin içində baxdıqda bir ədəd üzərində «Original LEVİS» sözləri yazılmış sellofan paket, onun içində isə şəffaf rəngli selofan paketin içində 5 ədəd kibrit qutusunun olması aşkar edilmişdir. Kibrit qutusunun içində yaşıl rəngli spesifik iyə malik qurumuş ot kütləsinin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitəni «Zamin» adlı şəxsdən alıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan DVD formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Müslüm Quliyevin, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2, Bakı şəhər Səbail rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1, Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Vüsal Şahbazovun, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Mehman Əliyevin iştirakı ilə axtarış həyata keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs oğlunun əlində saxladığı üzərində «Thank you» sözləri yazılmış qəhvəyi rəngli kağız çantadakı polietilen torbada sellofan bükülünün içərisindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,637 qram, 4,930 qram; 4,680 qram, 4,313 qram, 3,766 qram, ümumi çəkisi 22,326 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Şəxsi axtarışın gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 22 sentyabr 2020-ci il tarixli 7/642 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs oğlundan aşkar edilmiş 05 ədəd kibrit qutusundakı” yazısı və imzalar olan qəhvəyi rəngli kağız çantadakı politeilen torbada sellofan bükülünün içərisində 05 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,637 qram, 4,930 qram, 4,680 qram, 4,313 qram, 3,766 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi təmiz çəkisi 22,326 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatı zamanı marixuananın ümumi təmiz çəkisi 22,326 qram olmuş, tədqiqata 0,25 qram sərf edilmişdir və 22,076 qram qalıq qalmışdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 69,82 (altmış doqquz manat səksən iki qəpik) manat müəyyən edilmişdir. 23 oktyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 05 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,637 qram, 4,930 qram, 4,680 qram, 4,313 qram, 3,766 qram, ümumi təmiz çəkisi 22,326 olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 22,076 qram marixuana saxlanması üçün Səbail RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmişdir. Həmçinin həmin qərardan görünür ki, iş üzrə “şəxsi axtarış və götürmə” isitntaq hərəkətlərinin nəticələrini özündə əks etdirən videogörüntü olan 1 ədəd “DVD” diski maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Respublika Narkoloji Mərkəzinin 01 oktyabr 2020-ci il tarixli 2717 №-li saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs mayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 21 sentyabr 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur. 23 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Səbail rayon prokurorunun 23 sentyabr 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs X6 həbsdən azad olunmuşdur. 23 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 sentyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs bir yetkinlik yaşına çatmayan uşağı vardır – 17 oktyabr 2019-cu tarixdə anadan olmuş X2. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuananı əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdən 23 sentyabr 2020-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisi nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,076 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” isitntaq hərəkətinin nəticələrini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69,82 (altmş doqquz manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı ) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 21 sentyabr 2020-ci il tarixdən 23 sentyabr 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 4 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 22,076 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “şəxsi axtarış və götürmə” isitntaq hərəkətlərinin nəticələrini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 69,82 (altmş doqquz manat, səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-37/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-37/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver