Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-37/2022 18.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı şəhərində 18 yanvar 2022-ci il tarixdə, saat 11:00-da xx xxxxx 1975-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsi Səbail RPİ-də qeydiyyatda olan, Bakı şəhəri Yasamal rayonu S.Tağızadə küçəsi ev 74-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 10.09.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən, “Sovetski” adlanan ərazidə, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak midarından artıq miqdarda olan, ümumi çəkisi 0,285 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 23:45-də Səbail RPİ-nin 9-cu PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkilləri tərəfindən ünvan 1 ünvanının qarşısında saxlanılaraq 9-cu PBnə aparılmış, orada şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə gümüşü rəngli kağızda 01 ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, 10 ilə yaxındır ki, narkotik vasitə olan “heroin” qəbul edir. Sonuncu dəfə 10 sentyabr 2021-ci il tarixdə ginorta saatlarında Bakı şəhəri Yasamal rayonu “Sovetski” adlanan yerdən tanımadığı şəxsdən 20 AZN qarşılığında narkotik vasitə olan “heroin” əldə edərək əynindəki göy rəngli cins şalvarın sağ cibinə qoymuşdur. Qeyd edilən tarixdə, yəni 10 sentyabr 2021-ci il tarixində saat 23:45 radələrində ünvan 2 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Həmin vaxt üzərində narkotik vasitə olduğundan özünü itirmiş və şübhəli hərəkətlər etməyə başlamışdır. Polis əməkdaşları onunla söhbət aparan zaman üzərində narkotik vasitə olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları onu 9-cu PB-nə dəvət etmişlər. PB-də olan zaman müdafiəçinin iştirakı ilə onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı cibindəki narkotik vasitəni polis əməkdaşına təqdim etmişdir. Təxminən 10 ilə yaxındır ki, narkotik vasitə olan “heroin” qəbul edir və buna görə əvvəllər də Cinayət Məcəlləsinin 234.1-ci məddasi ilə məhkum olunmuşdur. Dəqiq yadında deyil, sonuncu dəfə bir neçə gün əvvəl narkotik vasitə qəbul etmişdir. Heç kimə narkotik vasitə satmamış və hədiyyə də etməmişdir. Həmin narkotik vasitəni “Sovetski” deyilən yerdən tanımadığı şəxsdən 20 AZN qarşılığında şəxsi istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, cinayətin açılmasında fəal kömək etməsinin, təqsirini boynuna almasının, Virus hepatit C, Bel fəqərələrinin osteoxondrozu, hər iki aşağı ətraflarında xroniki tromboflebiti və trofik xoraları xəstəliklərindən əziyyət çəkməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ 9-cu PB-nin cinayət axtaşışı üzrə əməliyyat müvəkkili, polis kapitanıdır. 10 sentyabr 2021-ci il tarixdə saat 23:45 radələrində iş yoldaşı. Polis bölməsinin cinayət axtaşı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2lə ünvan 3 ünvanın qarşısında olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görərək, həmin şəxsə yaxınlaşmışlar. Söhbət əsnasında həmin şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir və onlar həmin şəxsi Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişlər. Polis bölməsində bu şəxs 1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bildirmiş, gətirilmə barədə Şahid2 tərəfindən raport tərtib edilmişdir. Raportun icrası polis bölməsinin təhqiqatçısına həvalə edildikdən sonra, müdafiəçi dəvət edilməklə, videoçəkiliş aparılaraq Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, sonuncu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümdə olan tünd qəhvəyi rəngli toz formasında olan maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlanan ərazidən, tanımadığı şəxsdən 20 manata alaraq üzərində daşıdığını bildirmişdir. Həmin narkotik vasitə zərfə qoyularaq 166 N-li möhürlə möhürlənmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasənda Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış bir ədəd DVD diskdə olan videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, videogöriintüdə Elmar Məmmədov masanın arxasında, masaya bitişik qarşı masanın sağ tərəfində 12 nömrəli Vəkil bürosunun vəkili X3 əyləşməsi, həmin PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid1, şübhəli şəxs Təqsirləndirilən şəxs yanında ayaq üstə dayanması görünür. Təhqiqatçı E.Məmmədov baxışda iştirak edən şəxslər barədə məlumat verir, ondan sonra Təqsirləndirilən şəxs təklif edir ki, özü haqqında məlumat versin. Təqsirləndirilən şəxs bildirir ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir, bununla bağlı əvvəllər məhkum olunmuşdur, əvvəllər nəşə çəkmişdir, hazırda isə kakos deyilən (heroin) narkotik vasitədən istifadə edir. Bundan sonra ona üzərində qanunsuz əşya və predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş maddəni təqdim edərək masanın üzərinə qoyur. X7 şübhəli şəxs Təqsirləndirilən şəxs üstünü axtarır və onun cibindən bir qutu siqaret və bir alışqan aşkar edib masanın üzərinə qoyur. Həmin narkotik vasitəni nə vaxt və hansı qiymətə əldə etdiyini soruşur. Şübhəli şəxs Təqsirləndirilən şəxs kakos kimi təqdim etdiyi narkotik vasitəni həmin gün 20 manat müqabilində “Sovetski” adlanan ərazidən, şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Daha sonra X7 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdyi bükümü açır, orada tünd qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitəyə oxşar maddə olmasını elan edir və daha sonra həmin bükümü zərfdə qablaşdırır. Zərf iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Prosessual hərəkətlə bağlı sualı olan barədə X7 sorğu edir, müdafiəçi Mübariz Məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxs “saxlanılarkən Sizə zor tətbiq olunubmu?” sualını verir, şübhəli şəxs Təqsirləndirilən şəxs xeyr deyə cavab verir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əlavə olaraq “xəstəyəm də” deyərək əl işarələri ilə vəziyyətini təqdim edir. X5 xəstə olmasının məhkəmədə nəzərə alınacağına dair izah verir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 6/4003 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs” ... yazısı olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0.285 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005ci tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir. Ambulator Məcburi-Narkoloji tibbi yoxlamaya dair 15.10.2021-ci il tarixli 3971 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarından olan tələbnamədən görünür ki, Əsgərov X8 Rayon Məhkəməsinin 18.06.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20.04.2009-cu tarixində Milli Məclisin 17.03.2009-cu il tarixli Amnistiya qərarının 1 bəndinə əsasən azad olunmuşdur. Əsgərov X8 Rayon Məhkəməsinin 19.06.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 13.03.2015-ci il tarixli Qərarı ilə 02 ay 05 gün vaxtından əvvəl şərti azad olunmuşdur, 18.05.2015-ci il tarixində cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Hazırki cinayət əməlinin 10 sentyabr 2021-ci il tarixində törədildiyi üçün Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 23:45 dəqiqədən şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2021-ci il tarixdə MSY-dən azad olunaraq, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi 2 Nömrəli Şəhər Poliklinikasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2 nömrəli Şəhər Poliklikasında Virus hepatit C, Bel fəqərələrinin osteoxondrozu, hər iki aşağı ətraflarında xroniki tromboflebiti və trofik xoraları diaqnozu ilə qeydiyyatdadır. Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 8 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs bir neçə aydır ki, müvəqqəti qeydiyyatsız yaxın qohumu X1 olduğu Şeyx Şamil ev 8, mənzil 8 ünvanında yaşayır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Eləcə də müttəhimin şərti məhkum olunması, ona cinayət üçün qanunda nəzərdə tutulduğundan aşağı hədd cəza təyin edilməsi və ya daha yüngül başqa cəzaya keçirilməsi, habelə müttəhimin cəzadan azad edilməsi və ya onu ümumi qaydadan kənara çıxmaqla koloniya növü təyin olunması zərurəti barədə nəticəyə gəlməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını, cinayətin açılmasında fəal kömək etməsini, təqsirini boynuna almasını, Virus hepatit C, Bel fəqərələrinin osteoxondrozu, hər iki aşağı ətraflarında xroniki tromboflebiti və trofik xoraları xəstəliklərindən əziyyət çəkməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 23:45 dəqiqədən, 12 sentyabr 2021-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş Ambulator Məcburi-Narkoloji tibbi yoxlamaya dair 15.10.2021-ci il tarixli 3971 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN birgə qəbulu və psixotrop maddə olan metamfetamindən sui-istifadə etməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.235 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 23:45 dəqiqədən, 12 sentyabr 2021-ci il tarixədək, 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 4 ünvanını hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.235 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 120 (yüz iyirmi) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-37/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-37/2022
18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver