Məhkəmə qərarları › İş №1(009)-37/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-37/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-37/2024 01.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1969-cu ildə Beyləqan rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işləməyən, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilməsinə, xx xxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Nehrəm qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda barəsində “həbs" qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun tələbə yoldaşı olmuş Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək sonuncuya məxus müxtəlif adda qızıl-zinət əşyalarının Azərbaycan Respublikası ərazisinə keçirilməsi ilə bağlı Dövlət Gümrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə həmin idarədə işləyən tanışları vasitəsilə cinayət işinin Zərərçəkmiş şəxs xeyrinə həll etdirəcəyinə, istintaqın sonunda gömrükçülər tərəfindən götürülmüş qızlların sonuncuya qaytarılmasının təmin olunacağına yalandan vədlər verib inandıraraq, Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs 07 may 2022-ci il tarixdə Bakı şəhəri Səbail rayonu Mikayıl Müşfiq küçəsində yerləşən 85 saylı evin yaxınlığında həmin dövrün məzənnəsi ilə 20400 manat təşkil edən 12000 ABŞ dolları və guya həmin işin həlli ilə bağlı vəzifəli şəxslərə verdiyi qonaqlıq pulunun əvəzi olaraq 600 manat pulu alıb ələ keçirdikdən sonra öz aralarında bölüşdürüb, verdiyi vədə əməl etməyib aldatmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 21000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamın mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı Dövlət Ünversitetində oxuduğu vaxtdan tələbə yoldaşı kimi bir-birilərini tanımışlar, aralarında mehriban münsibətlər olmuşdur və hazırda da heç bir ədavətiləri yoxdur. Əvvəllər Azərbaycanda Dövlət Gömrük Komitəndə işləmişdir. 2018-ci ilin may ayından isə təqaüdə çıxmışdır. Türkan Abdulayevlə 2022-ci ilin may ayından 3 ay əvvəl ümumi tanış olmuşdur. Nərimanov rayonunda olan müxtəlif çayxanalarda əyləşib çay içən zaman təsadüfən tanışlıq olmuşdur. Türkanla çayxanada çay içərək söhbət etdikdə Türkan Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndindən olmasını və sonradan Dövlət Gömrük Komitəsində Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Mənsum Rəsulovun yaxın qohumuq əlaqələri olduğunu demişdir. X11 Gömrük Komitəsində qanunsuz yolla keçirərkən saxlanılmış və dövlət nəfinə keçirilmiş siqaretlər və içkiləri aparıb satdığını demişdir. Türkanın belə bir adam olmasını özü dediyinə görə bilsədə lakin onun əvvəllər məhkum olmasını bilməmişdir. Heç bu barədə də Türkan da heç nə deməmişdir. Bir neçə ay əvvəl Səadət istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək görüşüb söhbət etmək istəməsini demişdir. Ona görə də Səadətlə mərkəzi unvermağın yanında görüşmüşlər, bu zaman Səadət başına gələnləri, yəni Türkiyədən Azərbaycana göndərdiyi zaman sərhəddə qızılların tutulması ilə bağlı Dövlət Gömrük Komitəsində İstintaq Baş İdarəsndə müstəntiq Elxanda cinayət işi olmasını bildirmişdir. Aralarında olan söhbət zamanı əvvəl buna görə vəkil lazım olmasın demişdir. Səadət əvvəl belə bir vəkil tutacağını desədə, lakin sonradan gedib 2022-ci ilin may ayına qədər heç bir əlaqə saxlamamış və Sadətin harada olmasını bilməmişdir. Bundan bir müddət sonra Sadət yenə zəng edərək görüşmək istədiyini demiş və yenə də başına gələnlərə görə ona köməklik etmək haqqında danışdıqda o, Sədətə Nehrəm kəndindən olan Türkan adlı şəxsin olması, Türkanın bu işlə bağlı ona köməklik edə biləcəyini demişdir. Səadət onun işinə Türkan adlı şəxsin köməklik edə biləcəyi haqqında dediyinə görə üçü bir yerdə görüşməyi bildirmişdir. Ona görə də 04 may 2022-ci ildə Tarqovidə olan Mc-donalsın qarşısında görüşüb, həmin ərazidə olan Mado adlı kafedə əyləşib söhbət etmişlər. Söhbət əsasında Səadət qızıllarının tutulması ilə bağlı başına gələnləri Türkana danışmış, Türkan da Dövlət Gömrük Komitəsi əməliyyat-İstintaq Baş iadrtəsinin rəisi Mənsum müəllimlə qohumluq əlaqəsi olmasını deyib bu işin həlli üçün əwəl Səadətlə aralarında 400.000 söhbəti olsada lakin sonradan Səadət bu işin onun xeyrinə həll olunması üçün 100.000 manat verəcəyi barədə razılaşmışlar. Türkanla Səadətin arasında olan razılaşma belə olmuş ki, Səadət əvvəlcə Mənsum Rəsulovla görüşəcək, sonra pulu veriləcək. Onların arasında olan razılaşmaya görə Səadət ilk 30.000 manat əvvəl, bundan sonra da 70.000 manatı da Türkana verəsi imiş. Səadət 30.000 manatı verdikdən sonra onu Dövlət Gömrük Komitəsində İstintaq Baş İdarəsinin rəisi Mənsum Rəsulovun qəbuluna salacaqmış, qalan 70.000 manat pulu da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanındıqdan sonra verəsi imiş. Bundan sonra 07 may 2022-ci ildə tanışı Fəzaillə zəngləşərək həmişəki kimi əyləşib çay içərək söhbət etmişlər. Həmin gün, saat 12 radələrində pulu Səadətdən almaq üçün tək olaraq Mərkəzi Unvermağa gedib Səadətin iş otağında 12.000 ABŞ dolları pulu alıb sayaraq götürmüş, aralarında olan söhbət zamanı Türkanın Sədətin işinə görə Mənsum müəllimin “Yaxta klubda” olan 600 manatlıq hesabını bağlamasını dedikdə Səadət əl çantasından çıxardıb 600 manatı vermişdir. Bundan sonra oradan gəlib Tarqovidə onu gözləyən Fəzaillə görüşmüş, həmin zaman Fəzailin yanında Türkana zəng edərək Səadətdən pulu almasını demişdir. Türkanla Səadətin arasında olan razılılğa əsasən Türkan Səadəti qəbula saldıqdan sonra qalan 9600 manat pulu da Səadətdən götürüb Türkana verməli imiş. Türkanla danışdıqdan sonra həmin zaman tanışı Fəzaillə Bakı şəhərində olan Mətbuat prospektindəki köhnə qəbristanlığın yanma gedib orada görüşmüş, Səadətdən aldığı 12000 ABŞ dollarını və 600 mamat pulu orada Türkana vermişdi. Həmin zaman Fəzail orada olsada onun bu işlə bağlı heç bir marağı olmamışdır. Bundan sonra səhəri günü, yəni 08 may 2022-ci ildə Səadət zəng edərək onunla tanış etdiyi Türkan adlı şəxsin əvvəllər dələduzluq cinayəti etdiyini və məhkumluq həyatı yaşadığını deyib verdiyi pulu istədikdə həmin pulu Türkana verdiyini demişdi. Bundan sonra Türkanla görüşərək ona verdiyi həmin 12.000 ABŞ dolları pulu ondan istədikdə Türkan ona verdiyi pulu qaytaracağını desədə lakin bu günə kimi müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Səadətdən aldığı 12.000 ABŞ dolları pulu tam şəkildə Türkana vermiş, həmin yeri də göstərmişdir. Bu işlə bağlı heç bir maddi marağı olmamış və bunu Səadətlə tələbə yoldaşı olduğundan ona köməklik olunması üçün etmişdir. Türkanla tanış olan zaman sonuncu Naxçıvan MR-nın Babək rayon Nehrəm kəndindən olmasını və DGKnin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi ilə həmyerli olaraq onunla yaxın münasibətinin olmasını deyib əvvəllər Türkanın Mənsum müəllimin yanında olduğunu da deyib inandırmışdır. Təqsirləndirilən şəxs1lə aralarında olnmuş üzləşmə istintaq hərəkəti zamanı tanışı Səadət İmanovanın qızlıl-zinət əşyalarının DGK-də saxlanılması ilə bağlı həmin komitənin Əməliyyat və İstintaq Baş İdarəsində aparılan işinin müsbət mənada həll olunmasına görə sonuncudan aldığı 12000 ABŞ dollarından 6000 ABŞ dollarını özündə saxlaması və qalan 6000 ABŞ dolları pul vəsaitinin Təqsirləndirilən şəxs1 verməsi ilə bağlı deyilənlərin yalan olmasın bildirmişdir. Təqsirləndirilən şəxs2, son sözündə törətmiş olduğu cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanın 25 (iyirmi beş) faizinin dövlət büdcəsinə ödədiyini və barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamın mahiyyəti üzrə bildirmişdir ki, əvvəllər dələduzluq cinayət əməli törətməsi ilə bağlı Xətai rayon məhkəməsinin hökmü ilə 400 manat cərimə cəzasına məhkum olunmuş, həmin zamanda cəriməni tam olaraq ödəmişdir. Bundan sonra Binəqədi rayonun məhkəməsinin hökmü ilə 4 il müdətində azadlıqdan məhkum etmə cəzasəna məhkum olunmuş, amnistiya aktına əsasən cəzadan azad olunmuşdur. Anası xəstə olduğundan onu tibbi əməliyyat etdiklərinə görə maddi cəhətdən imkanı zəyif olmuş və bu şəbədən Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Zərərçəkmiş şəxs Mehmanın vasitəsi ilə tanımış, Mehmanla da 2022-ci ilin may ayının əvvəlində Nərmianov rayonunda parkda olan çayxanada cay icən zaman söhbət edərkən tanış olmuşdur. Mehman, əvvəl eyni inistitutda oxuduğu Səadət adlı xanımın Bakı şəhərində olan Mərkəzi Unvermaqda qızılzinət əşyalarının alqı-satqısı ilə məşqul olmasını və onun Türkiyə Respublikasından Azərbaycana gətirdiyi qızılları Dövlət Kömrük Komitəsində saxladıqlarını, bununla bağlı həmin fakt üzrə Dövlət Kömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində icraatda cinayət işinin istintaq olunduğunu bildirib ona köməklik etməyi dedmişdir. Mehman, Səadətə bu işdə köməklik etməyə görə söz veribmiş, bundan sonra 05 may 2022-ci ildə Mehman Səadətlə onu Tarqovidə olan “Mado” adlı kafedə görüşdürmüş, orada olan zaman Sədətin işinə köməklik etməyə görə əvvəl 400.000 manat pul istədiyini dedikdə Səadət xanım razılaşmamış, 100.000 manat pul verə biləcəyini demişdir. Səadətlə aralarında olan razaılaşma belə olmuş ki, Səadət ilk olaraq 30.000 manat pulu verdikdən sonra onu Dövlət Gömrük Komitəsində bir nəfərlə görüşdürəcək ki, inanıb qalan 70.000 manat puluda versin. Bu söhbətdən sonra Mehmana Sədətin işi ilə bağlı olaraq Mənsum müəllilimin Bakı da olan Yaxta Klubdakı 600 manatlıq hesabının bağlanmasını demişdi. Səadətlə aramda olan bu razılaşmadan sonra 07 may 2022-ci ildə Mehman Səadətin iş yerinə gedib 12.000 ABŞ dollarını və Mənsum müəllimin Yaxta Klubda olan 600 manat hesabı ilə bağlı olan pulu alaraq gətirib tanışı Fəzaillə gəlib Mətrbuat prospektindəki dairəsinin yanına, orada sayaraq 6000 dolların verib özündə saxladığı 6000 dolları isə şəxsi işləri və borcu olduğu üçün götürdüyünü bildirmişdir. Belə ki, əvvəlidən aralarında olmuş razılaşmaya əsasən Səadətin işinin həll olunmasına görə edəcəyi pul hörmətinə görə Mehmana da hörmət etməli idi. Mehman 6000 ABŞ dolları verəndə Səadətə zəng edərək pulların verilməsi ilə bağlı ona xəbər vermişdi. Bundan 2 gün sonra Səadət zəng edərək əvvəllər məhkum olunmağını deyib Mehmanın vasitəsi ilə verdiyi 12.000 dolları geri istəmişdi. Səadətlə mobil telefonda danışan zaman Səadətin həmin işlə bağlı Mehmanın Səadətdən aldığı 12000 ABŞ dollarından 6000 dollarını ona verməsini deməmişdi. Səadətin ərizəsi ilə bağlı başlanmış cinayət işi istintaqda olarkən Mehman Səadətin işi ilə əlaqədar sonuncunun verdiyi pulun hamısını, yəni 12.000 ABŞ dollarını boynuna almağını, tutsalarda qohumlarının vasitəsi ilə köməklik edəcəyini demişdir. Ona görə də Səadət Mehmandan göndərdiyi 12000 ABŞ dolları yox, 6000 ABŞ dolları verməsini deməmişdi. Çünki, Mehman bu işdə köməklik etdirəcəyini bildirmişdir. Lakin Mehman həmin işlə bağlı heç bir köməklik göstərmədiyini görüb məhkəmədə işə baxan zaman Mehmanla aralarında olan hadisəni olduğu kimi düzün demişdi. X14 vasitəsi ilə göndərdiyi 12000 ABŞ dollarından 6000 ABŞ dolları almışdır və 600 ABŞ dollarını aldığı yeri istintaqda olan zaman göstərmişdi. Təqsirləndirilən şəxs1, son sözündə törətmiş olduğu cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Mehman Sadəqovu 1991-ci ildən hələ Bakı Dövlət Unversitetiində təhsil alan vaxtdan tələbə yoldaşı kimi tanımış, aralarında mehriban münasibət olmuşdur, sonradan Türkiyə Respublikasına gedib orada yaşamış və həmin müddətdə orada qızıl alqı-satqızı ilə məşqul olmuşdur. Anası öldükdən sonra atası tək qalmaması üçün 2002-ci ildən Azərbaycana gəlib burada yaşamışdır. Azərbaycana gəldikdən sonra əvvəl Moskva Unvermağında. 2012-ci ildən də Mərkəzi Unvermaqda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşqul olmuşdur. Hazırda həmin işini davam etdirir. Mərkəzi Unvermağım 6-cı mərtəbəsində ofisi də var, işlədiyi Mərkəzi Unvermağa satmaq üçün gətirdiyi qızıl-zinət əşyalarını Türkiyədən müxtəlif karqolarla göndərib burada rüsumun ödəyib almışdır. Özü hazırladığı qızl-zinət əşyalarını Bakı şəhərində satmaq üçün 2021-ci ilin oktyabr ayında Türkiyədən Azərbaycana, yəni Bakıya çatdırılmasına görə orada İsmayıl Aktaş adlı şəxsin karqsu olduğunu bilmiş, həmin şəxsin vizitkasım tapıb onunla Türkiyədə telefonla danışmış, Bakıya qızıl-zinət əşyaların göndərmək istədiyini demiş, Türkiyədə işlədiyi yeri bildirmiş, telefon əlaqəsi ilə danışaraq 21 oktyabr 2021-ci ildə Türkiyədə görüşərək bu barədə razılaşmışlar. Göndərdiyi qızılların Bakıya çatdırılması üçün aralarında danışıb-razılaşlar və beləliklədə İsmayıl Aktaş özünə məxsus xüsusi təyinatlı maşınla Türkiyədən 865.000 ABŞ dolları dəyərində olan cəmi 21 kloqram 895 qram müxtəlif adda qızıl-zinət əşyalarını tərəzidə çəkib götürmüşdür. Aralarında olan razılaşmaya əsasən İsmayıl Aktaş həmin qızıl əşyalarını Bakı şəhərinə çatdırmaq üçün 40.000 ABŞ dolları pul istəmiş, həmin zaman 40.000 ABŞ dolları İsmayıl Aktaşa vermiş, ondan da əl yazısın almişdır, kimliyinin fotosunu və qızılları və pulu imzalı şəkildə təslim almışdır. Həmin zaman İsmayıl Aktaş ona verdiyi qızılları 2 gündən sonra Bakıya çatdıracağını demiş və ona zəng edəcəyini, gəlib qızıllarını Moskva unvermağından götürəcəyini bildirmişdir. İsmayılın dediyi vaxt xx.xx.2021 -ci ildə axşam zamanı İsmayıla istifadəsində olan telefonla zəng etmiş, İmayıl, oğlunun korona olmasını deyərək gəlməyəcəyini demişdir, həmin malın səhər ayrı adam tərəfindən verilkəcəyini bildirmişdir. Lakin həmin gündən də İsmayıla zəng çatmamışdır, maraqlandıqda İsmayılın malları gömrükdən bəyan etmədən keçirdiyi üçün Gömrük malları saxlamasını bilmişdir. Bundan sonra Bakıya gəlmiş, İsmayılla malları götürməyi üçün maraqlanmışdır, demiş ki, malların gömrük rüsumun ödəyib verək. Beləliklə bundan 4 ay vaxt kemçmişdir, lakin İsmayıl verdiyi vədə əməl etməmişdir. Bundan sonra tələbə yoldaşı olan Mehmanın Gömrükdə işlədiyini bildiyi üçün onunla xx.xx.2022-ci ildə mobil telefonla danışıb görüşərək başına gələnləri ona demişdir. Həmin vaxt Mehman narahat olmamağı deyərək Gömrükdə adamları olduğunu və həmin işin X7 Elxan adlı müstəntiqdə olmasını, həmin istintaqın da rəisinin Mənsum Rəsulov olmasını deyərək onun adamlarını tanıdığı üçün qızılların oradan çıxarılıb qaytarılacağına söz vermişdir. 05 may 2022-ci ildə, günorta vaxtlarında o Mehman və onunla birlikdə gələn Türkan adlı şəxslə Tarqovidə olan “MADO” adlı kafedə əyləşib çay içmiş, orada başına gələn həmin hadisəni yenə də olduğu kimi danışmışdır, Mehmanın yanında gələn Türkan adlı şəxs Gömrük İstintaqının rəisi Mənsum Rəsulovun qohumu olduğunu demiş və oradan da Mənsum Rəsulova zəng edib həmin mövzu ilə bağlı olanları ona danışmışdır. Bundan sonra Türkan bu işi 400.000 manata həll edə biləcəyini dedikdə o, o qədər pulu olmadığılnı demiş, bu işə görə Türkana 100.000 manat verə biləcəyini demişdir. Həmin vaxt Türkan bu məsələni Bakıda olan Yaxt klubda Mənsum müəllimlə görüşüb həll edəcəyini bildirmişdir. Türkanın dediyinə görə zərərçəkmiş şəxs kimi tanınacaq, həmin hadisə ilə bağlı olaraq istintaq olunan cinayət işinin müsbət istiqamətdə olan hissəsini xitam edəcəklər və orada olan qızıllarını da alıb qaytaracaqlar. Bunun müqabilində belə razılaşmışlar ki, ilkin olaraq 30 000 manat pul verəcək, qalan 70 000 manat pulu da işin sonunda verəcəkmiş. Elə həmin gün, yəni 05 may 2022-ci ildə, saat 21:12 radələrində Mehman istifadəsində olan ***-***-**-** nömrəli telefonla ani vatsapla Türkanın mobil telefon nömrəsi olan ***-***-**-** nömrəsinə zəng etməyini demiş, həmin zaman Türkanın nömrəsinə zəng etmişdir, telefonu açaraq «telefonu al, bu müəllimlə danış» demişdir. Lakin həmin müəllimin kim olmasını bilməmişdir. Türkanın dediyi müəllimlə danışdıqda salam verərək heç narahat olmayın, Türkan işi danışdığını deyib Türkan nə deyibsə onu çatdırmağını demişdir. Telefonda danışdığı şəxsin vəzifəli şəxs olduğunu bilib səhərisi günü, yəni 06 may 2022-ci ildə Mehmanla danışan zaman demişdi ki, Mehmanla görüşüb ofisiə gələcəyini demişdir. Mehmana vatsapla yazaraq istintaqda zərərçəkmiş kimi tanıdıqdan sonra pulu verəcəyi bildirmişdir. Mehman razılaşmış, onlar, yəni X1 6-cı mərtəbədəki ofisiə gəlib pulu istədikdə, hələ pulun Türkiyədən gəlmədiyini demişdir və bundan sonra onlar getmişlər. 07 may 2022-ci ildə, səhər saat 10 radələrində X3 iş yerinə gəlmiş, həmin pulu istəmişdir. Mehman orada Türkana zəng etmiş, onunla danışdıqda Türkana demiş ki, pul ondadır, Türkan da onu Mənsum müəllimin yanma salacağını bildirib. Aralarında olan danışığa görə Mehman həmin pulu özündə saxlayacağını və işinin həll olunacağından sonra Türkana verəcəyini demişdir. Həmin zaman 12.000 ABŞ dolları pulu Mərkəzi Unvermağıda olan işlədiyi ofisdə Mehmana vermiş, Mehman da həmin pulu alıb saydıqdan sonra demiş ki, narahat olmasın, işi həll olunacaq və getmişdir. Qalan pulu da sonra verəcəyinə söz vermişdir. Mehmanla danışa-danışa çölə çıxıb getdikdə Mehman ona demiş ki, Mənsum müəllimin Yaxta klubda oturan zaman yemək-içməyinə 600 manat Türkan pul xərcləyib. Türkanın deməsinə görə hər biri 168 manat olan 2 ədəd arağa və sair yeməklərə görə həmin gün Türkan hesab verib, onu qaytarmaq lazımdır. Bu zaman üstündə olan 600 manat pulu Mehmana vermişdir. Bundan sonra Mehman getmiş və razılığı olmadan verdiyi pulu heç kimə verməyəcəyini bildirmişdi. Bundan təxminən 1 saat sonra o Mehmana zəng etmiş, çayxanada olduğunu və Türkanı gözlədiyini demişdir. Daha sonra Türkan mobil telefonuna zəng etmiş, müəllimlə bir yerdə olmasını deyib 15 dəqiqəyə onunla görüşdürəcəyinə söz vermişdir, lakin həmin gün zəng etməmişdir, həmin gecə Mehmanla danışmış, Mehman bildirmişdir ki, xx.xx.2022-ci il tarixli bayramla bağlı tədbirləri var, pulu hazılra 2-ci günə görüşdürəcəkdir. xx.xx.2022-ci ildə, saat 11 radəlrində Türkan və Mehman danışaraq həminki Mado adlı kafedə əyləşmişlər, Türkan qalan 9600 manat pulu istədikdə bu gün bazar günüdür, iş yoxdur, səhər verəcəyini demişdir. Belə olan halda Türkan bildirmiş ki, səhər Mehman saat 10 da ofisə gələcək 9600 manat pulu ona verərsən. Ayrılıb getdikdən sonra Türkanın kimliyi ilə bağlı maraqlandıqda onun əvvəllər dələduzluqla cinayət məsuliyyətinə cəlb olunduğunu bildiyi üçün xx.xx.2022-ci ildə axşam saat 19:30da Mehmana zəng edib ona verdiyi 12 000 ABŞ dolları pulu geri istəmişdir. Mehman ona verdiyi 12 000 ABŞ dolları pulu qaytarmadığı üçün məcbur olub bu barədə Səbail rayon prokurorluğuna şikayət ərizəsi yazıb vermişdir. Mehman və Türkanla aralarında olan telefon yazışmalarını və video görüntülər diskə köçürülmüş vəziyyətdə təqdim etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, həmçinin hər iki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Səadətin şikayət ərizəsi ilə tanış olmuş, Səadəti əvvəldən tanımamış, onunla da aralarında heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Mehmanla 3 ildir ki, tanışlıq münasibəti var, hərdən bir boş vaxtlarında şəhərdə Nərmanovda olan çayxanaların birində əyləşib çay içmişlər. Mehmanla da arasında heç bit ədavət və ya düşmənçiliyi olmamışdır. Türkanı da Mehmanla birlikdə Nərimanovda olan çayxanada oturub çay içən zaman təsadüfü olaraq tanış olmuşdur. Türkala tanış olandan sonra Türkanın öz deməsinə görə Naxçıxanlıdır və Nehrəm kəndində yaşayandır. Özünün deməsinə görə mühafizəçi işləmişdir. Türkanla tanışlıq münasibəti Mehmanla olan zaman yaranmışdır. Ttirkanlada aralarında heç bir ədavətləri və ya düşmənçilikləri olmamışdır. 2022-ci ilin may ayının əvvəlində Mehmanla Nərimanov rayonunda olan “Mado’'adlı kafenin arxasında olan çayxanada çay içən zaman Türkan həmin çayxanaya gəlmiş və onlarla söhbət etmişdir. Həmin söhbət zamanı Türkan Mehmanın tələbə yoldaşı olmuş X12 Komitəsində Ələmiyyat və İstintaq Baş İdarəsində olan cinayət işi üzrə orada ilişib saxlanılan qızıllarının həll olunmasına dair həmin idarənin rəisi Mənsumun vasitəsi ilə həll edə biləcəyini demişdir. Lakin onların arasında olan bu söhbətin həlli zamanı pul söhbət olmamışdır və ona görə də bu barədə heç nə bilməmişdir. Lakin təxminən 07 may 2022-ci ildə səhər vaxtı Mehmanla görüşüb söbhət edən zaman Mehman deməsinə görə beş dəqiqəlik gedək Mərkəzi Unvermaqa dəyib Sadətlə görüşüb onunla işi var ondan sonra gedərik Nərimanovda olan çayxanada oturub çay içərik, özü orada olan Araz” adlı köhnə kinotetrın yanındakı kafedə oturub Mehmanı gözləmiş, Mehman daMərkəzi Unvermağa getdikdən təxminən yarım saat müddətində qayıtmış, birlikdə Mehmanla Bakı şəhərində olan köhnə qəbristanlığın yanındakı dairənin kənarında Türkanla görüşmüşlər. Həmin zaman kənarda dayansada Mehmanın Türkana pul verməsini görmşüdü, Mehmanla Türkanın görüşməyinin səbəbini əvvəldən bildiribmiş, Mehmanın deməsinə görə Səadətdən aldığı 12 000 ABŞ dolları pulu Türkana verəcəyini deyibmiş. Mehmanla Türkanın arasında olan Səadətin qızıllarının Dövlət Gömrük Komitəsində Əməlimiyyat və İstintaq Baş İdarəsində ilişib saxlanılmasına görə ona köməklik olunmasına dair məsələni çayxanada oturan zaman Türkanla Mehman danışdığı üçün eşidib bilsədə, lakin bu işdə heç bir maddi marağı olmadığını bilmişdir. Mehmanın Səadətin işi ilə bağlı Türkana pul verdiyi yeri göstərmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər kimisə belə bir işlə bağlı köməklik etməsindən xəbəri olmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan səs yazılarına məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdi ki, diskdə 14 ədəd “WhatsApp Audio 2022.06.09” pəncərələri vardır. Həmin pəncərələrdən birincisində danışıqda qadın səsi ilə danışan xanım qarşı tərəfə «Mehman» deyə müraciət edir, kişi tərəf isə qarşı tərəfi «Səadət» xanım adı ilə adlandırırlar. Danışıq telefonla aparılır, Mehman adlı şəxs Səadət xanım Gömrükdə saxlanılan qızılların götürülməsi və işin həlli ilə əlaqədar rəis Məsum müəllimlə danışmaq üçün adam tapıldığından onun işi həll edəcəyi yollarından tanışır və səhər ofisdə görüşüb pulu götürüb aparmasınadan, onu rəisin qəbuluna salmalarından, rəislə danışma formalarından danışılır, danışıq müddəti 10:35 dəqiqədir; 2-ci danışıq Mehmanla Səadət aralarında ofisdə aparılır. Danışıqda Səadət xanımın 12 000 ABŞ dolları pulu Mehmana verərək saydırması, sonuncunun pulu götürüb maşında Türkana verəcəyi, Türkanın gedib rəislə görüşəcəyi, sonra Səadəti qəbula yazdıracağı, qəbulda olarkən rəislə hansı mövzüda danışıq aparacaqları, işin istintaqda həll edilməsi, məhkəməyə göndərilməməsini istədiyini deyir, Mehman bu işə görə Türkanın «dünən, biri 162 manatdan 2 araq alıb rəisə «Yaxta klub»da qonaqlıq verməsini» deyir, Səadət xanım isə həmin pulu da ödəyəcəyinə söz verir. Həmin danışıq 16:30 dəqiqə davam edir; Üçüncü danışıq yenə də Mehmanla Səadət xanım arasında teleflnla aparılır və Mehman gözləməsini , maşında oturub Türkanı gözləməsini, narahat olmamasını deyir; dördüncü danışıq yenə də Səadət xanımla Mehman arasında aparılır, Səadət xanım Türkanın dələduz olmasını öyrəndiyini, verdiyi 12 000 ABŞ dolları pulu ondan alıb gətirib ona qaytarmasını tələb edir, Mehmanın ona yalan danışdığını, onu küçədən tapıb gətirməsini, rəis Məsumun bu işdən xəbəri olmamasını bildirməklə pulunu sabah gətirib çatdırmasını tələb edir. Mehman da Türkanla görüşüb pulunu qaytarmaq üçün vaxt deyəcəyini, pulunu gətirib verəcəyini)) bildirir, həmin danışıq 09:29 dəqiqə davam edir; beşinci danışıq da Səadət xanımla Mehman arasında aparılır, səadət xanım verdiyi pulu nə vaxt çatdıracağını soruşaraq pulunu ondan alacağını, onun Ğtürkanı tanımadığını, pulu ona verdiyini deyir, Mehman da narahat olmamağmı, pulunu çatdıracağını bildirir, danışıq 03:50 dəqiqə davam edir; altıncı danışıq əvvəlcə Mehmanla Səadət arasında aparılır, Mehman «sabah obeddə pulunu verəcəm)) deyir, sonra Türkan danışığa qoşulur və sabah obeddə pulunu verəcəyini deyir, Səadət xanım isə pulu ondan yox, Mehmandan istədiyini deyir, sbah pulu çatmasa səs yazıları ilə birlikdə prokurora şikayət edəcəyini deyir. Türkan da «nə istəyirsən elə, ged Mehmandan pulunu al)) deyir, danışıq müddəti 02:50 dəqiqədir; yeddinci, zəng çalınması ilə başlayır, bir müddət sonra Mehman zəngə cavab verir və pulunu verəcəyinə söz verməklə gözləməsini bildirir, Səadət isə Türkandan deyil, pulunu ondan istədiyini bildirməklə pulu nə vaxt qaytaracağını soruşur, Mehman isə vaxt deməyərək Türkanın zənglərə cavab vermədiyini, onunla danışıb pulu qaytaracağını deyir, danışıq 06:49 dəqiqə davam edir; səkkizinci danışıq da Səadət xanımın pulun qaytarılması, yoxsa səs yazıları ilə prokurorluğa şikayət edəcəyini bildirməsi, Mehmanın isə «narahat olma, istirahət elə» deməsi barədədir; doqquzuncu danışıqda Səadət xanımla Mehman arasında aparılır və pulunun qaytarılması, nə vaxt qaytarılması, pulu ona verdiyindən pulunu da ondan istədiyini, Türkanı tanımadığını deyir, danışıq müddəti 06:40 dəqiqədir; onuncu əvvəlcə Mehmanla Səadət xanım aralarında aparılır, Mehman söz verir ki, bu gün saat 05-də görüşüb pulunu verəcəyini bildirir və Türkanla üzbə-üz oturduğunu deyir, sonra Türkan danışığa qoşulur və o da saat 05-də pulunu gəlib götürməsini deyir, həmin danışıq da 02:54 dəqiqə davam edir; 11-ci danışıq Səadət xanımla Mehman arasında aparılır Səadət xanım pulunun qaytarılmamasına görə əsəbi halda danışır və təkidlə pulunu Mehmandan istəyir, Mehman isə «narahat olma, pulun qaytarılacaq)) deyir və Türkana zəng çatmadığını, tapan kimi pulunu alıb qaytaracam)) deyir, həmin danışıq da 05:35 dəqiqə davam edir; 12-ci danışıq da eyni məzmunda Səadət xanımla Mehman arasında aparılır və danışıq müddəti 01:30 dəqiqədir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunan video görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdi ki, ofis şəraitində olan otaq, orta hissədə masa, masanın baş tərəfində göy üst geyimində xanım, qarşı tərəfdə isə boz rəngli pencək, ağarmış saçlarla kişi əyləşməsi görüntülənir, kamera xanımın başı üzərində quraşdırıldığından xanımın sifəti görünmür, kişinin isə üstdən görüntüləri görünür. Ofisdə olan masada əyləşmiş kişinin iş üzrə şahid Təqsirləndirilən şəxs2 olması, xanımın isə zərərçəkmiş Zərərçəkmiş şəxs olması müəyyən edildi. Görüntüdən görünür ki, şahid Təqsirləndirilən şəxs2 masada əyləşməklə sağ əlində tutduğu, uzaqdan ABŞ dollarlarına oxşar pulları iki əli ilə sayır, pulları sayıb qurtardıqdan sonra o həmin pulları əynində olan pencəyinin sol iç cibinə qoyur və masadan durur, xanımla bir müddət ayaq üstə söhbət edir və sonra görüntülər başa çatır. Çəkiliş səssiz aparıldığından ofisdə olanların danışıq səsləri qeydə alınmamışdır. Tərəflər arasında aparılan danışıqların müddəti 2:50 dəqiqə davam edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-37/2024 saylı, 01 aprel 2024-cü il tarixli qərarı Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə olan cinayət işinin icraatına xitam verilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş Təqsirləndirilən şəxs1, zərərçəkmiş şəxsin, şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ilə əvəz edilməsini və onun dərhal məhkəmə zalından azad edilməsini, barəsində seçiləcək “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 13 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək tutulduğu, 06 fevral 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla ona təyin olunacaq cəza müddətindən çıxılmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 13 avqust 2022-ci il tarixdən 15 avqust 2022-ci il tarixədək tutulduğu, 06 fevral 2023-cü il tarixdən 01 aprel 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Naxçıvan Muxtar Respublikasının ərazisini tərk etməmək, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Nehrəm qəsəbəsində olan ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Babək Rayon İcra və Probasiya Bölməsidə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat, X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 378 (üç yüz yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq 03 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail filialındakı bank hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar