Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-37/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 10 sentyabr 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhərində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 may 2025-ci il tarixdə saat 10.30-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,49 qram, 1,75 qram, 1,82 və 0,39 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış ümumi çəkisi 5,45 qram narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib ünvan 3 ünvanda yerləşən “Tarqoviy” hotelinin 117 nömrəli otağınadək daşıyaraq, həmin otaqda olan çarpayının altında gizlətmiş, 01 yanvar 2023-cü il tarixdə saat 13:30 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,49 qram, 1,75 qram, 1,82 və 0,39 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 5,45 qram olan narkotik vasitə qurudulmuş marixuana həmin ünvandan aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, 01 yanvar 2023-cü il tarixdə saat 17:40 dəqiqədən etibarən ünvan 4 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həmin Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsiyyəti istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 01 (bir) ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 1,167 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetamin onun əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə 01 yanvar 2023-cü il tarixdə olmuşdur. Yeni il günü idi, bir nəfər qızla əvvəl Sumqayıtda əylənmiş, sonra Bakıya gəlmişlər. Səhərə yaxın tanışı Eldar zəng edərək görüşmələrini demiş, yolda başqa bir neçə tanışını da görmüşdür. Birlikdə “Tarqovi” otelə getmişlər və təxminən 3 saat oturaraq vaxt keçirmişlər. Otaqda Eldar, Zeyqəm, Rüstəm, qız tanışı və özü olmuşdur. Narkotik vasitə olan qurudulmuş marixuana üzərində olmuşdur. Həmin narkotiki onlayn şəkildə əldə etmişdir. Marixuanadan pay kimi Eldargilə verəcəkdi. Lakin 04 ədəd bükülü- 5,45 qram marixuana olmamışdır, miqdarı təxminən 2 qram idi. Metamfetamin ümumiyyətlə üzərində olmamış, istifadə etməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Təqsirləndirilən şəxs azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında əməliyyat tədbiri keçirilmişdir. Həmin şəxs 4-5 nəfərlə birlikdə Səbail rayonu ərazisində yerləşən “Tarqovi” oteldə saxlanılmışdır. Üzərinə baxış keçirilmiş, metamfetamin və 04 büküm marixuana aşkar edilmişdir. Qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, şəxs “Tarqovi” oteldə saxlanılmışdır. 4 nəfər idilər. Əsgərdə 04 ədəd bükümdə qurudulmuş marixuana çıxmışdır. Həmin narkotiki sosial media vasitəsilə tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra üzərindən təxminən 1,5 qram metamfetamin aşkar edilmişdir. Yasamal rayonu ərazisində “Anar” adlı şəxsdən almışdır. Baxış ümumi keçirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 01 yanvar 2023-cü il tarixdə məlumat daxil olmuşdur. “Tarqovi” oteldə əməliyyat tədbiri həyata keçirilmişdir. Bir neçə nəfər saxlanılmış, onlardan biri Əsgər idi. 01 paket təqdim etmiş, içində 04 büküm marixuana aşkar edilmişdir. Daha sonra üzərindən metamfetamin aşkar edilmişdir. Yasamal rayonu ərazisində “Anar” adlı şəxsdən almışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid3 ilə eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid8 ifadəsində göstərmişdir ki, Əsgər dostudur. 01 yanvar 2023-cü il tarixdə səhər saat 7-də qaldıqları otelin otağının qapısı döyülmüş, açmışlar, bu zaman 7-9 nəfər əməliyyatçı içəri girmişdir. Hamını dəhlizə çıxarmış, özləri içəri girmişlər. 15 dəqiqə sonra içəri daxil olmuşlar. Üzərlərinə maddə qoymuşlar. Oteldə 4 oğlan 1 qız idilər. Əsgərdə heç nə olmamışdır. Əsgərə metamfetamin vermişlər və demişlər ki, özünün olduğunu desin. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Şahid7 ifadəsində göstərmişdir ki, Yeni il günü idi, işdən çıxıb tək “Tarqovi” otelə gedirdi. Tanış uşaqları görmüş, onlarla görüşmüşdür. Oteldə otağa girmiş, yarım saat sonra qapı döyülmüşdür. Eldar qapını açmış və polislər içəri girmişdir. Otaqda 4 nəfər olmuşlar, sadəcə Eldar və Əsgəri tanıyır. Otelə işlə bağlı getmişdir. Baxış keçirilərkən hamısı eyni otaqda idi. Kimin üzərindən nə çıxması ilə bağlı dəqiq məlumatı yoxdur. Cinayət işində olan videogörüntüyə məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin baxış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Anar Aslanov tərəfindən 01 yanvar 2023-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbiri olaraq icra edilmiş, bunun üçün təhqiqatçı tərəfindən qərarlar qəbul edilərək, baxış və götürmədə iştirak edən şəxslərə elan edilmiş, həmçinin barələrində şübhə edilən və götürmə aparılacaq şəxslərin və otelin adminstratorunun yaşayış yerinə baxış keçirilməsinə dair razılıqları barədə ərizələri alınaraq materiallara əlavə edilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxslər Şahid8, Şahid9, Şahid7 və Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən otaqda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid8, Şahid9, Şahid7 və Təqsirləndirilən şəxs mənzildə olan çarpayının alt hissəsindən 01 (bir) ədəd sellofan torbanı təqdim edərək stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs da öz növbəsində bu torbadan özünə aid 04 (dörd) ədəd narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni şəxsi istifadəsi üçün dünən Nizami rayonu ərazisindən götürdüyünü, sosial şəbəkədən tanış olduğu şəxsdən 50 manata aldığını bildirmişdir. Cinayət işində olan videogörüntüyə məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaqı hərəkəti keçirilərkən əynində olmuş boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddəyə oxşar kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı o, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Götürülmüş psixotrop maddə kağız zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 02 yanvar 2023-cü il tarixli, 6/04 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №7" dairəvi möhür əksi və "... Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə; Təqsirləndirilən şəxs -imza; müdafiəçi-imza: təhqiqatçı: A.Aslanov-imza..." yazı əlavəsi qeyd edilmiş kağız zərfdəki 01 ədəd bükümdəki təmiz çəkisi - 1,167 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 12,777 qram, tədqiqata cəmi sərf edildi-0,15 qram (hər birindən 0,005 qram), qalıq çəkisi-12,627 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 92 (doxsan iki) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə- bioloji ekspertizasının 02 yanvar 2023-cü il tarixli, 7/05 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs yaşadığı..." sözləri yazılmış kağız paketdə 03 (üç) ədəd kağız bükülüdə və bir ədəd açıq vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,49qram, 1,75qram, 1,82qram, 0,39qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 5,45qramdır. Marixuananın ümumi təmiz çəkisi 17,325 qram, cəmi tədqiqata sərf edildi-0,5 qram (hər bir obyektdən 0,05 qram), qalıq çəkisi- 16,825 qramdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır. Respublika Narkoloji Mərkəzinin 19 mart 2024-cü il tarixli 1867 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür 13 aprel 2023-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işindən Şahid9 Rafiq oğlu, Əmrahov Zeygǝm Rahim oğlu və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair, həmçinin Şahid8 Cambulad oğlunun narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə materiallar ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* №-si verilməklə, cinayət işi icraata qəbul edilib istintaqı davam etdirilmişdir. 02 avqust 2023-cü il tarixli qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən Əmrahov Zeygǝm Rahim oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işindən Şahid9 Rafiq oğlu və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair, həmçinin Şahid8 Cambulad oğlunun narkotik vasitə, psixotrop maddə və güclü təsiredici maddələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə materiallar ayrıca icraata ayrılsın, ayrılmış cinayət işinə ********* №-si verilməklə, cinayət işi icraata qəbul edilib istintaqı davam etdirilmişdir. 04 dekabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. 01 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 13:00dan şübhəli şəxs qismində tutulmuşdur. 03 yanvar 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 03 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Pərviz Cəfərovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmişdir. 03 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. 17 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərarla Təqsirləndirilən şəxs götürülmüş 1,49 qram, 1,75 qram, 1,82 qram və 0,39 qram, ümumi çəkisi 5,45 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marexuana, 1,167 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatından sonra qalmış hissələrdə, 01 ədəd gümüşü metal rəngli elektron tərəzi maddi sübut hesab edilərək, saxlanılması üçün Səbail RPİ-nin X6 yerinə təhvil verilmişdir. 14 avqust 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 14 avqust 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. 05 yanvar 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan olunmuşdur. 05 yanvar 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 14 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış icraat təzələnmişdir. 14 fevral 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə Nəsimi rayon ərazisində saxlanılaraq Səbail RPİ-yə gətirilmiş və MSY-ə təhvil verilmişdir. 18 mart 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış icraat təzələnmişdir. 19 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilməsinə dair Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Şəmsəddin Balayevin xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilmədən rədd edilmişdir. 19 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. 25 mart 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. 23 iyul 2024-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış icraat təzələnmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(009)-37/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Səbail RPİə gətirilmiş və Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-27/2024 saylı hökmü ilə Şahid7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-187/2022 saylı, 07 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 04 (dörd) ay 26 (iyirmi altı) müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(009)-27/2024 saylı hökmü ilə Şahid9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə özünün qismən etirafı, şahid ifadələri, ekspert rəyi, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda və xeyli miqdarda əldə edib narkotik vasitə qurudulmuş marixuana və kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əldə edərək saxlamaqla daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə onun əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsini əsaslı sayır və qeyd edir ki, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda qismən təqsirli bilməsini, yəni, üzərində 04 ədəd bükülü- 5,45 qram olan narkotik vasitə qurudulmuş marixuana yox, 2 qram olması və psixotrop maddə metamfetaminin olmamasını deməsi iş materiallarında olan sənədlər, şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək və 18 mart 2024-cü il tarixdən 19 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 22 mart 2025ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 19 mart 2024-cü il tarixli 1867 №-li rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,4 qram olan (ilkin təmiz çəki 5,45 qram) narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 1,117 qram olan (ilkin təmiz çəkisi 1,167 qram) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə ekspertizası tədqiqatının 45 (qırx beş) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 yanvar 2023-cü il tarixdən 03 yanvar 2023-cü il tarixədək və 18 mart 2024-cü il tarixdən 19 mart 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,4 qram olan (ilkin təmiz çəki 5,45 qram) narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 1,117 qram olan (ilkin təmiz çəkisi 1,167 qram) kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 02 yanvar 2023-cü il tarixli, 6/04 saylı və 02 yanvar 2023-cü il tarixli, 7/05 saylı məhkəmə ekspertiza tədqiqatlarının xərcinin 45 (qırx beş) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 540 ( beş yüz qırx) manat Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-37/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-37/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver