Məhkəmə qərarları › İş №1(009)-370/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-370/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-370/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Neftçala rayonu, B.Oriyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəl məhkum olunmuş və məhkumluğu ödənilmiş, Neftçala şəhəri, H.Əliyev prospektində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz su bioresurslarını tutaraq təbiətə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları”nın 2-ci bəndinin 2.5.1-ci hissəsinin tələblərini pozaraq, yəni balıqovlama bileti olmadan qanunsuz balıq və digər su bioresurslarını tutmaq məqsədi ilə 19 iyun 2025-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov çimərliyi istiqamətində Xəzər dənizi sahilinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezon və 01 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə, saat 11 radələrinədək olan müddət ərzində hər biri 0.55 manat olmaqla, 1.086,25 manat dəyərində 1975 ədəd krevetləri qanunsuz tutmaqla təbiətə xeyli miqdarda, yəni 1.086,25 manat (bir min səksən altı manat iyirmi beş qəpik) məbləğində ziyan vurmuş və həmin tarixdə saat 11:00-da X11 İdarəsinin Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində saxlanılmış və yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 01 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsi və 1975 ədəd krevet aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, maddi vəziyyəti ağır olduğu üçün krevet tutmaqla ailəsinə qida əldə etmişdir. 19 iyun 2025-ci il tarixdə növbəti dəfə krevet tutmaq məqsədi ilə saat 09 radələrində Bakı şəhəri Səbail rayonu Şıxov çimərliyi istiqamətində Xəzər dənizinin sahilinə getmişdir. Krevet tutmaq üçün 1 ədəd rezin kombinezon və 01 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsindən istifadə etməklə Xəzər dənizinə daxil olmuş, “səbəfi dənizə ataraq krevetləri tutmağa başlamışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində krevetləri tutub sahilə çıxarkən Abşeron XPM-nin əməkdaşları onu saxlamışlar. Yoxlama zamanı polis əməkdaşları istifadə etdiyi 1 ədəd rezin kombinezon və 1 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsindən istifadə etmələ Xəzər dənizindən qanunsuz tutduğu 1975 ədəd krevetləri aşkar edib maddi sübut kimi götürmüşlər. Sorğu zamanı polis əməkdaşlarına Xəzər dənizindən krevet tutmağa rəsmi icazəsinin olmadığını bildirmişdir. Polis əməkdaşları ondan aşkar edilmiş 1 ədəd kombinezon və 1 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsinə və həmin balıqovlama vasitəsindən istifadə etməklə Xəzər dənizindən qanunsuz tutduğu 1975 ədəd krevetlərə baxış keçirib videogörüntü ilə çəkiliş apararaq müvafiq protokol tərtib etmişlər. Əməlindən peşmandır. Vurduğu zərəri ödəmiş və barəsində amnistiya tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Abşeron XPM-nin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə DİO-na xidmətə qəbul olmuşdur. 2022-ci il tarixdən Su NPİ-nin Abşeron XPM-nin rəisi vəzifəsində xidmət edir. 19 iyun 2025-ci il tarixdə X11 İdarəsinin Abşeron xətt polis məntəqəsinin polis nəfəri Şahid2 və Su NPİ-nin BQM və BEMBnin polis nəfəri Şahid3 ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 11 radələrində Səbail rayonu, Şıxov çimərliyi istiqamətində Xəzər dənizindən qanunsuz krevet tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan sonra video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs 01 ədəd rezin kombinezon, 01 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsi və 1975 ədəd krevetlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs 1975 ədəd krevetləri “Səbət” adlandırılan balıqovlama vasitəsilə Səbail rayonu, Şıxov çimərliyi istiqamətində Xəzər dənizindən tutduğunu bildirmişdir. Baxışın keçirilməsi ilə əlaqədar müvafiq protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Su NPİ-nin Abşeron XPM-nin polis nəfəri Şahid2 və BQM və BEMB-nin polis nəfəri Şahid3, digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs Mikalam qızı ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X2, kadr və kargüzarlıq şöbəsinin baş mütəxəssisi (hüquqşünas) vəzifəsində işləyir. 19 iyun 2025-ci il tarixdə saat 11 radələrində Su NPİ-nin Abşeron XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Neftçala rayon sakini Təqsirləndirilən şəxs Səbail rayonu, Şıxov çimərliyi istiqamətində Xəzər dənizindən qanunsuz krevet tutarkən saxlanılmış və baxış zamanı ondan 1 ədəd rezin kombinezon, 1 ədəd “Səbət” adlandırılan balıqovlama vasitəsi və 1975 ədəd krevet aşkar edilərək götürülmüşdür. Neftçala rayonu H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs qanunsuz krevet tutması nəticəsində balıq ehtiyatlarına 1.086,25 manat zərər dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025ci il tarixdə saat 11:00-da SU NPİ-nin Abşeron XPM-nin əməkdaşları xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı Bakı şəhəri, Səbail rayonu, Şıxov çimərliyi istiqamətində Xəzər dənizindən qanunsuz krevet ovu ilə məşğul olan şəxsiyyəti sonradan müəyyən edilmiş xx.xx.1961-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən saxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs 1 ədəd rezin kombinezon, 1 ədəd “Səbət” adlandırılan krevetovlama vasitəsi və 1975 ədəd krevet aşkar edilərək maddi sübüt kimi götürülmüşdür. Sorğu zamanı X6 bildirmişdir ki, həmin 1975 ədəd krevetləri aşkar edilmiş krevetovlama vasitəsi ilə Səbail Şıxov çimərliyi istiqamətində Xəzər dənizindən qanunsuz tutulmuşdur. (i.v. 5) “Gətirilən şəxsin geyim əşyalarına baxış keçirilməsi haqqında” 19 iyun 2025-ci il tarixli protokoldan görünür ki, X3 şəxsi geyimi açıq göy rəngli kofta, kamuflaj rezin kombinerondur. (i.v. 6) Neftçala Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 1112 nömrəli xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. X1 Polis İdarəsinə təqdim olunmuşdur. (i.v. 19) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 01 iyul 2025-ci il tarixli məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli hökmünə əsasən CM-in (köhnə redaksiya) 159-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CPM-in (köhnə redaksiyada) 42-1 maddəsi tətbiq edilməklə əmlakı müsadirə edilməklə cəzanın icrası 1 il müddətinə təxirə salınmışdır. Bundan əlavə o, Qazaxıstan Respublikası Karakiyan Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Qazaxıstan Respublikası CM-in 287-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir; (i.v. 23-24) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X5 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 3-22-25/2-12/2025 nömrəli məktubundan görünür ki, Neftçala rayonu Heydər Əliyev prospekti ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi balıq və digər su bioresurslarının sənayə ovuna balıqovlama bileti verilməmişdir; (i.v. 25) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və X5 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X3 1975 ədəd krevetlərini qanunsuz tutması qanunsuz tutması nəticəsində su bioresursları ehtiyatlarına 1.086,25 (bir min səksən altı manat iyirmi beş qəpik) manat məbləğində ziyan dəymişdir. (i.v. 30) 19 iyun 2025-ci il tarixli Qəbul aktından görünür ki, "xxxx" MMC-nin direktoru X7 və X11 İdarəsinin Abşeron XPM-nin rəisi Şahid1 həmin aktı tərtib etmişlər ondan ötrü ki, sonuncu tərəfindən təqdim edilmiş ümumi sayı 1975 ədəd olan kreveti qəbul etmişdir. Ümumi dəyəri 11 (on bir) manatdır. (i.v. 34) “Balıqovlama vasitələrinə baxış keçirilməsi haqqında” 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı 01 ədəd rezin kombinezon və 01 ədəd "Səbət" adlandırılan balıqovlama vasitəsi müəyyən edilmişdir. (i.v. 38) Məhkəmə iclasında baxış keçirilmiş videogörüntülərdən və “Diskə baxış keçirilməsi haqqında” 20 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı "CD" diskin yaddaşında 1 ədəd faylın olması, həmin faylda video görüntünün əks olunması, 02:37 dəqiqədən ibarət olması, 02:37 dəqiqə ərzində bir nəfər şəxsin qanunsuz krevet tutduğuna görə saxlanılması, həmin şəxsdən götürülmüş krevetlərə və balıqovlama vasitələrinə baxış keçirilməsi, saxlanılan şəxsin krevetləri Səbail rayonu, Şıxov çimərliyi istiqamətində Xəzər dənizindən tutmasını bildirməsi, həmçinin saxlanılan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (i.v. 39) “Maddi sübut kimi tanıma haqqında” 20 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin kombinezon və "Səbət" adlandırılan balıqovlama vasitəsi və 1975 ədəd krevet maddi sübut kimi tanınmışdır. Krevet tez xarab olan ərzaq malı hesab edildiyi üçün 16 iyun 2025-ci il tarixdə müvafiq qaydaya əsasən "xxxx" MMC-yə verilməsi nəzərə alınmışdır. (VÖEN **********). 01 ədəd rezin kombinezon və "Səbət" adlandırılan balıqovlama vasitəsi saxlanması üçün Su NPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v. 40) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçmək haqqında” 24 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (i.v. 86-87) “Sübutların qiymətləndirilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd “CD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 90-94) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ, 256.2.1-ci maddəsində “külli miqdar” dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 243 №-li qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın 2-ci bəndinin 5.1-ci hissəsində göstərilir ki, balıqovlama biletləri olmadan balıq və digər su bioresurslarının ovu qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 sentyabr 1999-cu il tarixli, 146 №-li qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri-qanuni balıq ovuna cərimələr”in 10-cu bəndinə və 23 iyun 2005-ci il tarixli, 119 №-li qərarına əsasən ölçüsündən və çəkisindən asılı olmayaraq bir ədəd balıq, su heyvanı və onurğasıza vurulmuş ziyan şərti maliyyə vahidinin (1 manat 10 qəpik) balıq növləri üzrə müəyyən edilmiş əmsallara (dərəcələrə) vurulması yolu ilə hesablanır. Adi siyənək balığı üçün əmsal “10” müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham qərarı çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd rezin kombinezon və "Səbət" adlandırılan balıqovlama vasitəsi qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1975 ədəd krevetin "xxxx" MMC-yə verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış , 01 (bir) ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin: 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq - iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi, iddianın baxılmamış saxlanması barədə qərar qəbul edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24” dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 74-cü bəndində göstərlimişdir ki, təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-in 42.1.2ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində 19 dekabr 2025-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməli, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən verilmiş mülki iddia araşdırma tələb etdiyindən baxılmamış saxlanılmalı və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Su NPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 01 ədəd rezin kombinezon və "Səbət" adlandırılan balıqovlama vasitəsi qərar qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə sübut - 01 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1975 ədəd krevetin "xxxx" MMC-yə verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlansın və ona mülki qaydada məhkəməyə müraciət etmə hüququ izah olunsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar