Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-38/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1997-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Rüdəkənar kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlaklarını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 15 avqust 2020-ci il tarixdə qonaq qismində qaldığı ünvan 1 ünvanında mənzilin yataq otağında Zərərçəkmiş şəxs1 hamam otağında yuyunmasından istifadə edərək sonuncuya məxsus üzərində 3 manat dəyərində ***-***-**-** və 3 manat dəyərində ***-***-**-** mobil telefon nömrələri, 4 manat dəyərində qoruyucu üzlük olan 389 manat dəyərində 01 ədəd “Samsung A10 S” markalı mobil telefon aparatını, qonaq otağında olan dolabdan 01 ədəd yeni **********3329 və **********87826 imei kodlu 600 manat dəyərində “Redmi Note 8” markalı mobil telefon aparatını, 80 manat nağd pulu və Əmrah Kazlmlının adına olan “Azərbaycan Sənaye Bankına” məxsus 0000 0123 4750 0001 nömrəli elektron plastik kartı gizli talayıb, 15 avqust 2020-ci il tarixdə həmin kart hesabından da ünvan 2 ünvanda yerləşən “VTB Bank”a aid ATM-dən 10 manat pulu çıxarıb vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1089 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 22 may 2021-ci il tarixdə saat 22:30 radələrindən saat 23:30 radələrinə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ilə birlikdə kirayə yaşadıqları ünvan 3 ünvanda olarkən evdə heç kimin olmadığını görüb Zərərçəkmiş şəxs3 məxsus 1000 manat dəyərində “HP” markalı noutbuku otaqda olan çarpayının alt hissəsindən, paltar şkafından 80 manat dəyərində qara rəngli dəri materialdan olan gödəkçəsini, otaqda olan platar şkafından asılqandan asılmış 25 manat dəyərində qəhvəyi rəngli uzunqol kişi köynəyini, 25 manat dəyərində uzunqol, qaramtıl, üzərində ağ rəngli cızıqlar olan köynəyi, paltar şkafın rəfində olan hər birinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 ədəd qısaqol ağ rəngli maykanı, hər birinin qiyməti 5 manat olmaqla ümumi dəyəri 20 manat olan 4 ədəd gecə tumanını, paltar şkafında olan bel çantasından içərisində həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları, 4 manat dəyərində ***-***-**-** saylı “Azercell” mobil operatoruna aid mobil nömrə, 1 manat dəyərində 2 gb-lıq yaddaş kartı, 10 manat dəyərində "xxxx" ASC-yə məxsus plastik bir kartı və 10 manat dəyərində "xxxx" ASC-yə məxsus plastik maaş kartı olan 12 manat dəyərində dəri materialdan olan qara rəngli pul kisəsini, paltar şkafının aşağı hissəsindən Zərərçəkmiş şəxs4 məxsus olan 40 manat dəyərində üzərində “Alboros” markalanma nişanı olan idman əl çantasını, 150 manat dəyərində “Orient” markalı kişi qol saatını, paltar şkafında corabın içərisindən 400 manat pulu və 50 manat dəyərində parça marerialdan olan kişi gödəkçəsini gizli olaraq vahid niyyətlə əhatə olunan qəsdlə talayıb ümumilikdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 1367,00 manat və Zərərçəkmiş şəxs4 isə 640,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 iyul 2021ci il tarixdə saat 10:00 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 4 ünvanda yerləşən evin qonaq otağındakı dolabdan 3700 manat məbləğində pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 3700,00 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi qaydada müxtəlif işlərlə məşğul olaraq qazanc əldə etmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2020-ci ilin avqust ayından tanıyır. Belə ki, Əmrahla o, Amil adlı tanışı vasitəsilə tanış olmuşdur. Həmin dövrdə onun Bakı şəhərində qalmağa yeri olmadığı üçün bu barədə Amilə dedikdə Amil onu hadisədən təxminən 2-3 gün əvvəl Əmrah adlı şəxslə tanış etmiş və Əmrahdan xahiş etmişdir ki, o, Əmrahın kirayə qaldığı evdə qonaq kimi qalsın və Əmrah da onun qalmağına razılaşmışdır.Bundan sonra o, Əmrahın qohumları ilə birlikdə kirayə yaşadığı Bakı şəhəri, Nizami rayonu, C.Naxşıvanski küçəsi 39 saylı evin 7 saylı mənzilinə gəlmişdir. Həmin dövrdə o, maddi çətinliklər yaşamışdır. 15 avqust 2020-ci il tarixdə o, mənzildə olan zaman Əmrah mənzilə gələrək, özünə məxsus “Samsung A10” markalı mobil telefon aparatını cərəyana qoşaraq hamam otağına getmişdir. Həmin vaxt o, evdən oğurluq etmək qərarına gəlmiş və ona görə də həmin telefonu və Əmraha məxsus olan bir ədəd “Redmi 8” markalı mobil telefon aparatını, eləcə də həmin telefon aparatının yanında olan 80 manat pulu götürüb evdən çıxmışdır. Bakı Beynəlxalq Avtovağzalına gedərək orada tanımadığı şəxslərə ümumilikdə 170 manata hər iki telefonu satmış və həmin pulları özünə sərf etmişdir. Bundan sonra o, “Samsung A 10” markalı mobil telefon aparatını satan zaman mobil telefon aparatının üzlüyünün arasında olan Əmraha məxsus əmək haqqı kartını tapmış və orada kartın kodu da olduğundan Memar Əcəmi metrostansiyasının yaxınlığında həmin kartdan 10 manat pul çıxararaq kartı atmışdır. 2021-ci ilin may ayının axırlarında Bakı şəhərinə fəhləlik etmək üçün gəlmiş və bu məqsədlə də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində kirayəyə, yəni gecəsi 2-3 manata olan evlər axtarmışdır. 2021-ci ilin may ayının axırlarında Dəmiryol Vağzalının yaxınlığında olan parkda 15-16 yaşında bir gənc oğlanla təsadüfən olmuş və həmin oğlana kirayə ev axtardığını demiş, oğlan ona evə tapa bilməsə də yol üstü, yəni Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində Təbrizlə onu tanış etmiş və Təbrizə onu yaxşılıq mənasında dayısı oğlu kimi təqdim etmiş və hansı ki, o, 15-16 yaşında olan oğlanın dayısı oğlu deyildir. 15-16 yaşında olan oğlan onu Təbrizlə tanış edib Təbrizə onun kirayə ev axtardığını bildirdikdə Təbriz özünün də kirayə qaldığını və gedib onunla birlikdə qalmasını ona demişdir. Təbriz ona aylıq 70-80 manat kirayə haqqı verməli olduğunu dedikdə o, Təbrizlə razılaşmışdır. Bundan sonra o, Təbrizlə Nəsimi rayonu, Xətai prospekti, ev 6 ünvana gəlmişdir. Həmin ev özəl tikililərdən olmuş, Təbrizin yaşadığı ev isə bir otaqlı olmuşdur. Təbriz həmin evdə Emin adlı şəxslə yaşamışdır. Bir sözlə bundan sonra o, Təbrizin razılığı Tərbizlə Eminin yaşadığı bir otaqlı evdə iki-üç gün qalmışdır. Təbriz əsasən gecələr iş yerinə getmişdir və o, Təbrizin harada yaşamasını bilmir. O, Təbirizin kirayə yaşadığı evin kimə məxsus olmasını da bilməmişdir. Təbriz və Eminlə bir evdə yaşasa da belə Təbriz ona hələlik evin açarını verməmişdir. 22 may 2021-ci il tarixdə axşam saatlarına kimi o, Emin və Təbrizlə bir yerdə onların kirayədə yaşadığı evdə olmuşdur. 22 may 2021-ci il tarixdə saat 22 radələrində Təbriz iş yerinə getməli olduğundan o, Təbriz və Emin bir yerdə evdən çıxmışlar. Hətta Təbriz onlarla birlikdə kirayədə yaşayan Natiq adlı şəxsin Xaçmaz rayonuna getdiyini də ona demişdir. Evdən çıxdıqdan sonra 28 May metrosu yaxınlığında yerləşən Mərkəzi Bankla üzbəüz Heydər Əliyev parkına kimi o, Təbriz və Emin bir yerdə gedərkən onlara evə qayıtmaq istədiyini və yorğun olduğunu demişdir. Həmin vaxt Emin marketə getməli idi. Təbriz iş yerinə getməli olduğundan öz açarını ona vermişdir ki, o, evə gedə bilsin. Bundan sonra o, və Emin bir yerdə geri qayıtmışlar. Emin evə bazarlıq etmək üçün “Bravo” marketə getməyi ona təklif etməsinə baxmayaraq o, Eminə etiraz edərək yorğun olduğunu Eminə bildirib evə gedib dincəlmək istədiyini demişdir. Emin isə bazarlıq etmək üçün “Bravo” markerə daxil olmuşdur. Onun özü isə birbaşa Eminlə Təbrizin kirayə yaşadığı evə gəlmiş, qapını açarla açıb evə daxil olmuş, evdə heç kimin olmadığından və onu heç kəsin görmədiyindən istifadə edib oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, evdən çarpayının altından “HP” markalı notbuku götürüb şkafdan götürdüyü idman çantasına qoymuş və öz paltarlarını da həmin çantaya yığmışdır. Daha sonra çantaya qoyduğu noutbuku götürüb evdən çıxmış və evi açarını stolun üstünə qoymuşdur. Həmin günü o, axşam saatlarına kimi Bakı şəhərində gəzmiş, sonra isə Masallı rayonuna getmişdir. “HP” markalı notbuku isə bir neçə gün sonra Masallı rayonunda yerləşən “İstisu” istirahət mərkəzində tanımadığı şəxsə 30 manata satmışdır. O, kirayə qaldıqları evdən 100 ABŞ dolları, pul kisəsini, paltarları, kartları, 400 manat pulu, mobil nömrəni, 2 gb-lıq yaddaş kartını oğurlamamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs bildirmişdir ki, təxminən 2021-ci ilin iyul ayının əvvəllərində yaşamaq üçün doğulduğu Masallı rayonuna əmisi Mühəndisin yaşadığı evə qonaq kimi getmişdir. Orada qaldığı vaxtlarda əmisi oğlu Yunusla telefon əlaqəsi saxlayıb işləmək üçün iş axtardığını Yunusa dedikdə, əmisi oğlu Yunus ona iş tapacağını və qısa müddət onlarda qalmağını bildirmişdir. Yunusla danışdıqdan sonra o, Bakı şəhərinə əmisi oğlu Yunusun yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Təxminən iki-üç gün Yunusun yaşadığı ünvanda qalmışdır. Həmin vaxt Yunus ona kirayədə yaşaması üçün ev axtarmış və ona özünün yaşadığı ünvanın yaxınlığında kirayə ev tapmışdır. O, həmin vaxtlarda özünə iş axtarmış, lakin özünə məxsus sənədləri itirdiyi üçün heç yerdə özünə iş tapa bilməmişdir. Bundan sonra o, təxminən 3-4 gün əmisi oğlu Yunusa işlərində köməklik etmişdir. Təxminən 2021-ci ilin iyul ayının axırlarında Yunusun deməsinə görə ona içərisində tikinti işlərində istifadə edilən drel olan bir çanta verməli olduğu üçün onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib onlara getmək istədiyini bildirdikdə Yunus evdə olmadığını və istəsə onun yaşadığı evə gedə biləcəyini ona demişdir. Daha sonra o, əmisi oğlu Yunusun yaşadığı ünvan 4 ünvanına getmişdir. Həmin vaxt əmisi oğlu Yunusun həyat yoldaşı Zeynəb evdə olmuşdur. O, əlindəki çantanı yerə qoyub otaqdakı şkaflarda saçqurudan axtarmış və saçqurudan axtaran zaman şkafın çəkəcəyində təxminən 3700 manat pul olduğunu görmüş, həmin məbləğdə pulu cibinə qoyaraq əmisi oğlunun həyat yoldaşı Zeynəbə işi olduğunu və daha sonra onlara qayıdacağını bildirərək evdən çıxmışdır. Bundan sonra Bakı şəhəri, ünvan 5 ünvanda təxminən 10-15 gün yaşadıqdan sonra borclarını ödəyib Lənkəran rayonuna qayıtmışdır. Törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bibisi uşaqları ilə birlikdə yaşayır. Onun qaldığı ev iki otaqlı mənzil olmuş, həmin mənzilin bir otağı yataq otağı kimi istifadə edilmiş, digər otaqdan isə qonaq otağı kimi istifadə edilmişdir. Həmin mənzildə o, bibisi oğlanları Kamil və Şamil, həmçinin onların iş yoldaşları Araz adlı şəxslə qalmışdır. Məhəmməd Qasımov adlı şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır və həmin şəxslə onu Amil adlı tanışı tanış etmişdir. Belə ki, o, bibisi oğlu ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ilə gedərkən “Kontakt Home” mağazasının qarşısında Amil ona yaxınlaşaraq yanında olan Məhəmməd Qasımovun 2-3 gün onların evindən qalmasına icazə verməsini ondan xahiş etmişdir. Amil adlı şəxs onun bibisi oğlu Kamillə birlikdə işlədiyindən o, Amili tanımış və onların normal münasibətləri olmuşdur. Həmin vaxt o, və bibisi oğlu Kamil Amillə razılaşmışdır. Bundan sonra onlar Məhəmməd Qasımovu yaşadıqldarı evə gətirmişlər. Məhəmməd adlı şəxs onların evinə 12 və ya 13 avqust 2020-ci il tarixdə gəlmişdir. O, bibisi oğlu Şamil ilə yataq otağında, Araz isə onun digər bibisi oğlu Kamillə qonaq otağında yatırmışlar. Məhəmməd gəldikdən sonra isə Məhəmmədin yerini qonaq otağında salmış və Məhəmməd də həmin otaqda qalmışdır. Məhəmmədin digər şəxslər kimi hər iki otaqdan istifadə etməyə ixtiyarı var idi. Məhəmməd Qasımov bir neçə gün onların evində qalmışdır. Hadisə günü ona məxsus üzərində 3 manat dəyərində 077 ***-**-** və 3 manat dəyərində 070 ***-**-** nömrələri olan 389 manat dəyərində “Samsung Galaxy A10s” markalı mobil telefonu yataq otağında elektrik cərəyanına qoşulu vəziyyətdə olmuş, mobil telefon aparatının arxa hissəsində isə, yəni mobil telefonun arxasında olan 4 manat dəyərindəki qoruyucu üzlüklə telefonun arasında ona məxsus balansında 25 manat 71 qəpik pul olan “AS Banka” aid əmək haqqı kartı və kartın şifsərinin yazıldığı kağız olmuşdur. Bundan başqa qardaşı Azər Kazımlıya 15 avqust 2020-ci il tarixdə hədiyyə almış olduğu 600 manat dəyərində “Xiaomi Note 8” markalı mobil telefon aparatı isə 80 manatla birlikdə qonaq otağında dolabın içərisində olmuşdur. 15 avqust 2020-ci il tarixdə saat 16-17 radələrində o, yaşadığı evə gəlib özünə məxsus mobil telefonu aparatını yataq otağındakı elektrik cərəyanına qoşmuş, qardaşı üçün aldığı mobil telefonu isə özünə məxsus 80 manatla birlikdə qonaq otağında olan dolaba qoymuş və bundan sonra çimmək üçün qonaq otağına keçmişdir. Həmin vaxt yalnız Məhəmməd evdə olmuş, bibisi oğlanları isə evdə olmamışlar. Təxminən beş dəqiqədən sonra o, hamamdan çıxdıqda Məhəmmədin evdə olmadığını görmüş və qeyd etdiyi əşyaların, ona və qardaşın məxsus mobil telefonlarının oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gələrək şikayət ərizəsi yazmışdır. Sonradan ona Məhəmməd Qasımovun Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Radim ona məxsus pul kartından 10 manat pul çıxarmışdır. Ona ümumilikdə 1089 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu, Xətai prospekti, ev 6 ünvanda tanışları Zərərçəkmiş şəxs3 və X5 ilə birlikdə yaşayırdı, təxminən 2020-ci ilin oktyabr ayının ortalarından Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 6 ünvanında yerləşən ümumi həyət evində kirayə qalır. Onun kirayə qaldığı ev bir otaqdan və bir mətbəxdən ibarətdir Otaq yoldaşlarından biri, yəni Natiq kirayədən çıxmaq istədiyi üçün Təbriz Natiqin yerinə yeni otaq yoldaşı axtarmışdır. Təbrizin ona deməsinə görə 21 may 2021-ci il tarixdə təxminən saat 02 radələrində Təbriz işdən evə qayıdarkən Təbrizin tanışı, yəni onun kimi Nəsimi rayonu, Xətai prospektində ailəsi ilə yaşayan X2 yaxınlaşıb Radim adlı xalası oğluna bir gecəlik qalmaq üçün yer təşkil etməsini demişdir. Bundan sonra Təbriz Eminə demişdir ki, onun özünün yaşadığı ev bir otaqlıdır, orada 3 nəfər yaşayır, onun yanında yer yoxdur, amma ev sahibinin zirzəmi kimi olan yerində bir nəfərlik qalmaq üçün yer var, Radim istədiyi halda orada qala bilər və özü ev sahibi ilə bu barədə danışacaq. Həmin gün ev sahibi X4 bir nəfər şəxsin ona məxsus zirzəmidə bir gecəlik qalmaq istədiyini və buna görə pul verəcəyini dedikdə Nəriman Hacıyev onunla razılaşmış, daha sonra isə Radim Nərimanla razılaşıb bir gecə onun yaşadığı evin zirzəmisində qalmışdır. Həmin günün sabahısı, yəni 22 may 2021-ci il tarixdə saat 14 radələrində Radim Təbrizlə səmimi söhbət etmiş və söhbət zamanı Təbrizə Radim aylıq maaşının 900 manat olduğunu desə də, Radim harada işlədiyini deməmiş və Radim Təbrizə onunla bir yerdə kirayə yaşamaq istədiyini demişdir. Radimə Təbriz onsuz da onunla kirayə qalan Natiq adlı otaq yoldaşının evdən çıxacağını, Natiqin yerinə adam lazım olduğunu bildirib Radimə 3 nəfərə 150 manata kirayə qaldıqlarını, 50 manat da onun verməli olduğunu, 20 manat isə adam başı kommunal xərclərin və ümumilikdə hər birinə 70 manat ödəməli olduqlarını demişdir. Radim Təbrizlə razılaşmış, hətta Radim ona evə ərzaq almağını təklif etsə də, Təbriz Radimlə razılaşmayıb evdə ərzaq olduğunu Radimə demişdir. Bundan sonra Radim, o və Təbriz evdə olmuş, söhbət edib birlikdə yemək də yemişlər. Həmin gün, yəni 22 may 2021-ci il tarixdə onlar saat 22 radələrinədək kirayə yaşadıqları evdə olmuşlar. 22 may 2021-ci il tarixdə saat 22 radələrində Təbriz işə getməli olduğundan Təbriz və o, Radimlə bir yerdə evdən çıxmışlar. Həmin günü kirayə yoldaşı Natiq isə yaşadığı Xaçmaz rayonuna getmişdir. Evdən çıxdıqdan sonra 28 May metrosu yaxınlığında yerləşən Mərkləzi Bankla üzbəüz Heydər Əliyev parkına kimi o, Təbriz və Radim bir yerdə gedərkən Radim onlara evə qayıtmaq istədiyini və yorğun olduğunu demişdir. Həmin vaxt onun özü marketə getməli idi. Təbriz iş yerinə getməli olduğundan öz açarını Radimə vermişdir ki, Radim evə gedə bilsin.Bundan sonra o, və Radim bir yerdə geri qayıtmışlar. O, evə bazarlıq etmək üçün “Bravo” marketə getməyi Radimə təklif etməsinə baxmayaraq, Radim etiraz edərək yorğun olduğunu ona bildirib evə gedib dincəlmək istədiyini ona demişdir. “Bravo” marketdən bazarlıq edib evə qayıtmış, evin qapısının açıq olduğunu və Təbrizin Ramidə vermiş olduğu açarın masanın üstündə olduğunu görmüşdür. Evə gələn zaman Radim evdə olmamış və ev bir qədər dağınıq olmuşdur. Evə nəzər yetirdikdə isə Radimin ona və Təbrizə məxsus əşyaları oğurladığını aşkar etmişdir. Radim Təbrizin əşyalarından başqa paltar şkafının aşağı hissəsindən ona məxsus olan 40 manata aldığı üzərində “Alboros” sözləri yazılmış idman əl çantasını, Dərbənd şəhərindən aldığı 150 manat dəyərində “Orient” markalı kişi qol saatını, paltar şkafında corabın içərisində gizlətdiyi 400 manat pulu, 50 manat dəyərində parça materialdan olan kişi gödəkçəsini oğurlamışdır. Bundan sonra o, Təbrizə zəng edib Radimin evdən oğurluq etdiyini demişdir. Təbriz isə oğurluq faktı barədə DİN-in 102 xidməti zəng mərkəzinə zəng edib məlumat vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 oğlu ifadəsində göstərmişdir ki, o, avtomaşın alqı-satqısı ilə məşğul olur və xarici ölkələrdən maşın gətirərək Azərbaycan Respublikasında satır. Təqsirləndirilən şəxs onun əmisi oğludur və Radimlə o, təxminən 6 il müddətdir ki, görüşməmişdir. Əmisi də Radimin anası ilə boşanaraq Rusiya Federasiyasına getmişdir. Radim təxminən iyul ayının 18-də Masallı rayonunda onun atasının yanına getmiş və atası ona zəng vuraraq qurban payı göndərmək istədiyini, Radimin də orada olduğunu bildirkdə atasına qurban payını elə Radimlə göndərməsini və həm də Radimi neçə vaxtdır görmədiyini və onu həm də görmüş olar demişdir. Təxminən 23 iyul tarixində Radim Lökbatan qəsəbəsinə gələrək ona zəng vuraraq onu oradan götürməyini dedikdən sonra Radimi oradan götürüb yaşadığı ünvana gəlmişdir. Radimlə söhbət edən zaman Radim cəzaçəkmə müəssisəsindən yeni çıxdığını və iş axtardığını bildirdikdə Radimə köməklik göstərəcəyini demişdir. Radimə o, öz adına mobil nömrə, mobil telefon və yaşadığı evin yaxınlığında kirayə ev də tutmuşdur ki, müvəqqəti olaraq orada yaşasın. 31 iyul 2021-ci il tarixdə saat 10 radələrində Radim ona zəng vuraraq harada olduğunu ondan soruşduqda Radimə gömrükdə olduğunu və maşın rəsmiləşdirdiyini demişdir. Bu zaman Radim onlara yemək yeməyə getmək istədiyini və yeni iş tapdığını bildirmişdir. Radim 31 iyul 2021-ci il tarixdə saat 10:45-də onlara gəlmiş, onun arvadı Zeynəb Radimə yemək hazırladıqdan təxminən 5 dəqiqədən sonra Radim yeməyi yeməyərək aşağı düşməsini bildirib evdən çıxıb getmişdir. Radim onlardan çıxıb gedəndən sonra təxminən saat 11:15 radələrində o, Radimin istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə dəfələrlə əlaqə saxlasa da, telefon sönülü olmuşdur. 31 iyul 2021-ci il tarixdə saat 17 radələrində o, arvadına zəng vuraraq evdə olan 3700 manat pulu götürüb onun dostuna verməsini bildirdikdə arvadı pulun şkafda olmadığını ona demişdir. Daha sonra yenidən Radimin istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlamaq istədikdə Radimin mobil telefonu söndürülmüşdür. Həmin gün saat təxminən 18 radələrində Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə ərizə yazmışdır. Zərərçəkmiş şəxs2 oğlu ərizə təqdim edərək təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda tanışları Zərərçəkmiş şəxs4 və Natiq adlı şəxslə birlikdə yaşayırdı. Onun kirayə qaldığı ev bir otaqdan və bir mətbəxdən ibarətdir Həmin evə aylıq 150 manat kirayə haqqı ödəyir və həmin evdə 3 nəfər olmaqla, o, Zərərçəkmiş şəxs4 və Natiq adlı tanışı yaşayırdı. Otaq yoldaşlarından biri, yəni Natiq kirayədən çıxmaq istədiyi üçün o, Natiqin yerinə yeni otaq yoldaşı axtarmışdır. 21 may 2021-ci il tarixdə təxminən saat 02 radələrində o, işdən evə qayıdarkən tanışı, yəni onun kimi Nəsimi rayonu, Xətai prospektində ailəsi ilə yaşayan X9 ona yaxınlaşıb Radim adlı xalası oğluna bir gecəlik qalmaq üçün yer təşkil etməsini demişdir. Bundan sonra o, Eminə demişdir ki, onun özünün yaşadığı ev bir otaqlıdır, orada 3 nəfər yaşayır, onun yanında yer yoxdur, amma ev sahibinin zirzəmi kimi olan yerində bir nəfərlik qalmaq üçün yer var, Radim istədiyi halda orada qala bilər və özü ev sahibi ilə bu barədə danışacaq. Həmin gün ev sahibi X4 bir nəfər şəxsin ona məxsus zirzəmidə bir gecəlik qalmaq istədiyini və buna görə pul verəcəyini dedikdə Nəriman Hacıyev onunla razılaşmış, daha sonra isə Radim Nərimanla razılaşıb bir gecə onun yaşadığı evin zirzəmisində qalmışdır. Növbəti gün, yəni 22 may 2021-ci il tarixdə saat 14 radələrində Radim onunla söhbət etmiş və söhbət zamanı Radim aylıq maaşının 900 manat olduğunu ona desə də, Radim ona harada işlədiyini deməmiş və Radim ona onunla bir yerdə kirayə yaşamaq istədiyini demişdir. Radimə o, onsuz da onunla kirayə qalan Natiq adlı otaq yoldaşının evdən çıxacağını, Natiqin yerinə adam lazım olduğunu bildirib Radimə 3 nəfərə 150 manata kirayə qaldıqlarını, 50 manat da onun verməli olduğunu, 20 manat isə adam başı kommunal xərclərin və ümumilikdə hər birinə 70 manat ödəməli olduqlarını demişdir. Radim onunla razılaşmış, hətta Radim ona evə ərzaq almağını təklif etsə də, o, Radimlə razılaşmayıb evdə ərzaq olduğunu Radimə demişdir. Bundan sonra Radimlə evdə olmuş, söhbət etmiş və birlikdə yemək də yemişlər. 22 may 2021-ci il tarixdə onlar saat 22 radələrinədək kirayə yaşadıqları evdə olmuşlar. 22 may 2021ci il tarixdə saat 22 radələrində o, işə getməli olduğundan Zərərçəkmiş şəxs4 və Radimlə bir yerdə evdən çıxmışlar. Həmin günü kirayə yoldaşı Natiq isə yaşadığı Xaçmaz rayonuna getmişdir. Evdən çıxdıqdan sonra 28 May metrosu yaxınlığında yerləşən Mərkləzi Bankla üzbəüz Heydər Əliyev parkına kimi o, Emin və Radim bir yerdə gedərkən Radim onlara evə qayıtmaq istədiyini və yorğun olduğunu demişdir. Həmin vaxt Emin isə marketə getməli idi. O, iş yerinə getməli olduğundan öz açarını Radimə vermişdir ki, Radim evə gedə bilsin. Bundan sonra Eminlə Radim bir yerdə geri qayıtmışlar. Emin evə bazarlıq etmək üçün “Bravo” marketə getmiş, Radim isə tək kirayə yaşadıqları evə qayıtmışdır. Təxminən saat 23:30 radələrində Emin ona zəng edərək Radimin evdən onlara məxsus əşyaları oğurlayıb qaçıb getdiyini demişdir. Evə gələn zaman aşkar etmişdir ki, Radim ona məxsus olan 1000 manat dəyərində, yəni 2019-cu ilin yay aylarında aldığı “HP” markalı noutbuku yaşadığı otaqda çarpayının alt hissəsindən götürmüş, bundan başqa paltar şkafından ona məxsus olan qara rəngli dəri materialdan olan və 2021-ci ilin aprel ayında 80 manata olan təzə vəziyyətdə geynilməmiş gödəkçəsini, bundan başqa həmin otaqda olan platar şkafından asılqandan asılmış 25 manat dəyərində uzunqol qəhvəyi rəngli kişi köynəyini, 25 manat dəyərində uzunqol, qaramtıl, üzərində ağ rəngli cızıqlar olan köynəyi, paltar şkafın rəfində olan 2 ədəd hər birinin qiyməti 5 manat olan qısaqol ağ maykanı, 4 ədəd hər birinin qiyməti 5 manat olan gecə tumanını, paltar şkafında olan bel çantasının içərisindən 2020-ci ilin aprel ayında 12 manata aldığı dəri materialdan olan qara rəngli pul kisəsini, həmin pul kisəsində olan 100 ABŞ dollarını, “Xalq Bank”a aid kartı, “Kapital Bank”a aid bir bank kartını, "xxxx"a məxsus maaş kartını oğurlamışdır. Bir kartda 1000 manat, “Xalq Bank”a aid kartda 2 manat pul olmuş, sonradan o, həmin kartları dondurmuşdur. Həmin pul karlarından pul oğurlanmamışdır. Pul kisəsində ona məxsus 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə, 12 manat dəyərində 2 gb-lıq yaddaş kartı olmuşdur. Ona təxminən 1700 manat maddi ziyan dəymişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Belə ki, bank kartlarının dəyərini bilmir. Mobil nömrəni 3 manata, 2 gb-lıq yaddaş kartını isə 12 manata almışdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2021-ci il tarixli 9/5103 nömrəli ekspert rəyinə əsasən ekspertiza təyini barədə qərarda göstərilən 4 adda ( Kapital Banka məxsus bir kart, Paşa banka məxsus maaş kartı, ***-***-**-** mobil nömrə, 2 Gb yaddaşı olan mikrokart) malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti və ümumi dəyəri təxminən 25,0 manat müəyyən edilir. Qərarda göstərilən digər mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. 22 may 2021-ci il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs3 kirayə yaşadığı ünvan 3 ünvanından Zərərçəkmiş şəxs3 məxsus 1000 manat dəyərində “HP” markalı notbukun, pul qabının içindən 100 ABŞ dolların, bank kartlarının, geyim paltarlarının, həmçinin Zərərçəkmiş şəxs4 məxsus 40 manat dəyərində əl çantasının, 150 manat dəyərində “Orient” markalı kişi qol saatının, 400 manat pulun və 50 manat dəyərində gödəkçəsinin oğurlanması faktına görə 06 iyul 2021-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 16 iyul 2021-ci il tarixli protokola əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 16 iyul 2021-ci il tarixdə 17:30-da şübhəli şəxs qismində tutularaq Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. 17 iyul 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Nəsimi rayon prokurorunun 17 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 06 avqust 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, 19 avqust 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş, 27 avqust 2021-ci il tarixdə isə cinayət işi üzrə icraat yenidən dayandırılmışdır. 02 oktyabr 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokola əsasən Təqsirləndirilən şəxs 02 oktyabr 2021-ci il tarixdə 01:00-da tutulmuşdur. Həmin tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 02 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. 02 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyi nəzərə alınmış və o Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs1 məxsus əmlakın Təqsirləndirilən şəxs tərəfindən oğurlanması faktı əsasında 08 oktyabr 2020-ci il tarixdə Bakı şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 02 noyabr 2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb olunmalı şəxs müəyyən edilmədiyindən ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmış, 19 yanvar 2021-ci il tarixdə iş üzrə icraat təzələnmişdir. 19 yanvar 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün barəsində axtarış elan edilməklə iş üzrə icraat dayandırılmışdır. 14 may 2021-ci tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokola əsasən Təqsirləndirilən şəxs 14 may 2021-ci il tarixdə tutulmuş, 16 may 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 16 may 2021-ci il tarixdə Təqsirləndirilən şəxs azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 24 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir 06 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrəli cinayət işi üzrə əməl CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir. 06 oktyabr 2021-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-425/2021 saylı, 06.10.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. 15 oktyabr 2021-ci il tarixdə ********* nömrəli cinayət işinin Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək istintaqı davam etdirilməsi üçün ərazi aidiyyatı üzrə Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. 01 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işi ********* nömrəsi altında istintaqı davam etdirilmişdir. Zərərçəkmiş şəxs2 3700 manat pul vəsatinin yaşadığı evdən oğurlanması faktı üzrə 04 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 19 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 23 avqust 2021-ci il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 02 oktyabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 04 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o MSY-dən azad edilmişdir. 20 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09 avqust 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20.05.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir. 18.07.2016-cı il tarixdə AR Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya haqqında qərarına əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 26.04.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22.07.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilmiş və CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-37/2017 saylı 26 yanvar 2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 26 yanvar 2017-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 11/2020 saylı, 22.07.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilmiş və onun CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrinə əsasən onlar Təqsirləndirilən şəxs şikayətçidirlər. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni kirayə qaldıqları evdən 100 ABŞ dolları, pul kisəsini, paltarları, kartları, 400 manat pulu, mobil nömrəni, 2 gb-lıq yaddaş kartını oğurlamadığı işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər halları ilə onun təkrarən özgənin əmlakını talama məqsədi ilə oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək, 16 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək və 02 oktyabr 2021-ci il tarixdən saat 01:00-dan 04 oktyabr 2021-ci il tarix 17:35-dək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 06 oktyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 14 may 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək, 16 iyul 2021-ci il tarixdən 17 iyul 2021-ci il tarixədək və 02 oktyabr 2021-ci il tarixdən saat 01:00-dan 04 oktyabr 2021-ci il tarix saat 17:35-dək həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 06 (altı) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-38/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-38/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver