Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-38/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Naxçıvan Muxtar Respublikasının, Nehrəm kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncuya məxus müxtəlif adda qızıl-zinət əşyalarının Azərbaycan Respublikası ərazisinə keçirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində istintaqı aparılan cinayət işi üzrə həmin idarədə işləyən tanışları vasitəsilə cinayət işinin Zərərçəkmiş şəxs xeyrinə həll etdirəcəyinə, istintaqın sonunda gömrükçülər tərəfindən götürülmüş qızılların ona qaytarılmasının təmin olunacağına yalandan vəd verib inandıraraq, bu adla Zərərçəkmiş şəxs sonuncunun tanışı Şahid1 vasitəsi ilə 07 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 85 saylı evin yaxınlığında 20400 manat məzənnəsində 12 000 ABŞ dolları və guya həmin vəzifəli şəxslərə verdiyi qonaqlıq pulunun əvəzi olaraq 600 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 21000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Dövlət ittihamçısının vəsatəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs Mehmanın vasitəsi ilə tanımış, Mehmanla da 2022-ci ilin may ayının əvvəlində Nərimanov rayonunda parkda olan çayxanada çay icən zaman söhbət edərkən tanış olmuşdur. Mehman, Səadət adlı xanımın Bakı şəhərində olan Mərkəzi Univermaqda qızıl zinət əşyalarının alqı-satqısı ilə məşqul olmasını və onun Türkiyə Respublikasından Azərbaycana gətirdiyi qızılları Dövlət Gömrük Komitəsində saxladıqlarını, bununla bağlı həmin fakt üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində icraatda cinayət işinin istintaq olunduğunu bildirib ona köməklik etməyi demişdir. Mehman, Səadətə bu işdə köməklik etməyə görə söz vermişdir. Bundan sonra 05 may 2022-ci ildə Mehman Səadətlə onu Tarqovudə olan “Mado” adlı kafedə görüşdürmüş, orada olan zaman Səadətin işinə köməklik etməyə görə əvvəl 400.000 manat pul istədiyini dedikdə Səadət xanım razılaşmamış, 100.000 manat pul verə biləcəyini demişdir. Səadətlə aralarında olan razılaşma belə olmuşdur ki, Səadət ilk olaraq 30.000 manat pulu verdikdən sonra onu Dövlət Gömrük Komitəsində bir nəfərlə görüşdürəcək ki, inanıb qalan 70.000 manat pulu da versin. Bu söhbətdən sonra Mehmana Səadətin işi ilə bağlı olaraq Mənsum müəllimin Bakıda olan Yaxt Klubdakı 600 manatlıq hesabının bağlanmasını demişdir. Səadətlə aralarında olan bu razılaşmadan sonra 07 may 2022-ci ildə X4 rayonu Mikayıl Müşfiq küçəsi 85 ünvanda yerləşən iş yerinə gedib 12.000 ABŞ dollarını və Mənsum müəllimin Yaxt Klubda olan 600 manat hesabı ilə bağlı olan pulu alaraq gətirib Mətbuat prospektində olan qəbiristanlığın yanında 6.000 ABŞ dollarını ona vermiş, qalan məbləği özü götürmüş və beləliklə dələduzluq edərək həmin məbləği aralarında bölmüşlər. Mehmanın Səadətdən alıb ona verdiyi 6.000 ABŞ dolları pulu şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Mehman Sadəqovu 1991-ci ildən hələ Bakı Dövlət Unversitetində təhsil alan vaxtdan tələbə yoldaşı kimi tanımış, aralarında mehriban münasibət olmuşdur, sonradan Türkiyə Respublikasına gedib orada yaşamış və həmin müddətdə orada qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Özü hazırladığı qızıl-zinət əşyalarını Bakı şəhərinə də satış üçün göndərmişdir. 2021-ci ilin oktyabr ayında Türkiyədən Azərbaycana, yəni Bakıya çatdırılmasına görə orada İsmayıl Aklaş adlı şəxsin karqosu olduğunu bilmiş, həmin şəxsin nömrəsini tapıb onunla Türkiyədə telefonla danışmışdır. Bakıya qızıl-zinət əşyaların göndərmək istədiyini demişdir. İsmayıl Aktaş özünə məxsus maşınla Türkiyədən 865.000 ABŞ dolları dəyərində olan cəmi 21 kiloqram 895 qram müxtəlif adda qızıl-zinət əşyaları götürmüşdür. İsmayıla 23 oktyabr 2021-ci ildə zəng etmiş, İsmayıl oğlunun korona olmasını deyərək gəlməyəcəyini demişdir, həmin malın səhər ayrı adam tərəfindən veriləcəyini bildirmişdir. Lakin həmin gündən də İsmayıla zəng etməmişdir, maraqlandıqda İsmayılın malları gömrükdən bəyan etmədən keçirdiyi üçün Gömrük Komitəsinin malları saxladığını bilmişdir. Bundan sonra tələbə yoldaşı olan Mehmanın Gömrükdə işlədiyini bildiyi üçün onunla 04 may 2022-ci ildə mobil telefonla danışıb görüşərək başına gələnləri ona demişdir. Həmin vaxt Mehman narahat olmamağı deyərək Gömrükdə adamları olduğunu və həmin işin X2 Elxan adlı müstəntiqdə olmasını, həmin istintaqın da rəisinin Mənsum Rəsulov olmasını deyərək onun adamlarını tanıdığı üçün qızılların oradan çıxarılıb qaytarılacağına söz vermişdir. 05 may 2022-ci ildə, günorta vaxtlarında o, Mehman və onunla birlikdə gələn Türkan adlı şəxslə "MADO” adlı kafedə əyləşib çay içmişdir, orada başına gələn həmin hadisəni yenə də olduğu kimi danışmışdır. Mehmanın yanında gələn Türkan adlı şəxs Gömrük İstintaqının rəisi Mənsum Rəsulovun qohumu olduğunu demiş və oradan da Mənsum Rəsulova zəng edib həmin mövzu ilə bağlı olanları ona danışmışdır. Bundan sonra Türkan bu işi 400.000 manata həll edə biləcəyini dedikdə o, bu işə görə cəmi 100.000 manat verə biləcəyini demişdir. Həmin vaxt Türkan bu məsələni Bakıda olan Yaxt klubda Mənsum müəllimlə görüşüb həll edəcəyini bildirmişdir. Türkanın dediyinə görə zərərçəkmiş şəxs kimi tanınacaq, həmin hadisə ilə bağlı olaraq istintaq olunan cinayət işini xitam edəcəklər və orada olan qızıllarını da alıb qaytaracaqlar. Bunun müqabilində belə razılaşmışlar ki, ilkin olaraq 30.000 manat pul verəcək, qalan 70 000 manat pulu da işin sonunda verəcəkdir. 07 may 2022ci il tarixdə 12.000 ABS dolları pulu Mərkəzi Univermaqda işlədiyi ofisdə Mehmana vermişdir. Mehman da həmin pulu alıb saydıqdan sonra demiş ki, narahat olmasın, işi həll olunacaq və getmişdir. Mehman danışa-danışa çölə çıxıb getdikdə geriyə dönərək ona demişdir ki, Mənsum müəllimin Yaxt klubda oturan zaman yemək-içməyinə 600 manat Türkan pul xərcləyib. Bu zaman üstündə olan 600 manat pulu Mehmana vermişdir. Həmin gün Türkanın kimliyi ilə bağlı maraqlandıqda onun əvvəllər dələduzluqla cinayət məsuliyyətinə cəlb olunduğunu bildiyi üçün 08 may 2022-ci ildə axşam saat 19:30da Mehmana zəng edib ona verdiyi 12.000 ABŞ dolları pulu geri istəmişdir. Mehman ona verdiyi 12.000 ABŞ dolları pulu qaytarmadığı üçün məcbur olub bu barədə Səbail rayon prokurorluğuna şikayət ərizəsi yazıb vermişdir. Mehmanla aralarında olan telefon yazışmalarını və video görüntülər diskə köçürülmüş vəziyyətdə təqdim elmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə Bakı Dövlət Universitetində oxuduğu vaxtdan tələbə yoldaşı kimi bir-birilərini tanımışlar, aralarında mehriban münsibətlər olmuşdur. X5 Komitəsində işləmişdir. 2018-ci ilin may ayından isə təqaüdə çıxmışdır. Türkan Abdulayevlə 2022-ci ilin mart ayında Nərimanov rayonunda olan müxtəlif çayxanalarda əyləşib çay içən zaman təsadüfən tanış olmuşdur. Türkan Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndindən olmasını və sonradan Dövlət Gömrük Komitəsində Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi Mənsum Rəsulovun yaxın qohumluq əlaqələri olduğunu demişdir. X6 Komitəsində qanunsuz yolla keçirərkən saxlanılmış və dövlət nəfinə keçirilmiş siqaretlər və içkiləri götürüb satdığını demişdir. Bir il əvvəl Səadət istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək görüşüb söhbət etmək istəməsini demişdir. Ona görə də Səadətlə mərkəzi univermağın yanında görüşmüşlər, bu zaman Səadət başına gələnləri, yəni Türkiyədən Azərbaycana göndərdiyi zaman sərhəddə qızılların tutulması ilə bağlı Dövlət Gömrük Komitəsində İstintaq Baş İdarəsndə müstəntiq Elxanda cinayət işi olmasını bildirmişdir. Aralarında olan söhbət zamanı əvvəl buna görə vəkil lazım olmasını demişdir. 2022-ci ilin may ayına qədər Səadətlə heç bir əlaqə saxlamamış və Səadətin harada olmasını bilməmişdir. Bundan bir müddət sonra Səadət yenə zəng edərək görüşmək istədiyini demiş və yenə də başına gələnlərə görə ona köməklik etmək haqqında danışdıqda o, Səadətə Nehrəm kəndindən olan Türkan adlı şəxsin olduğunu, bu işlə bağlı ona Türkanın köməklik edə biləcəyini demişdir. 04 may 2022-ci ildə “Tarqovu”da yerləşən “Mc-donals”ın qarşısında görüşüb, həmin ərazidə olan “Mado” adlı kafedə əyləşib söhbət etmişlər. Söhbət əsasında Səadət qızıllarının tutulması ilə bağlı başına gələnləri Türkana danışmış. Türkan da Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Mənsum müəllimlə qohumluq əlaqəsi olmasını deyib bu işin həlli üçün əvvəl Səadətlə aralarında 400.000 söhbəti olsada, lakin sonradan Səadət bu işin onun xeyrinə həll olunması üçün 100.000 manat verəcəyi barədə razılaşmışlar. Türkanla Səadətin arasında olan razılaşma belə olmuş ki, Səadət əvvəlcə Mənsum Rəsulovla görüşəcək, sonra pul veriləcək. Onların arasında olan razılaşmaya görə Səadət ilk 30.000 manat əvvəl, bundan sonra da 70.000 manatı Türkana verəcəkdir. Səadət 30.000 manatı verdikdən sonra Türkan onu Dövlət Gömrük Komitəsində İstintaq Baş İdarəsinin rəisi Mənsum Rəsulovun qəbuluna salacaqdır. Qalan 70.000 manat pulu da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanındıqdan sonra verəcəkdir. Bundan sonra 07 may 2022-ci ildə Səadətdən 12.000 ABŞ dolları Mərkəzi Univermaqda onun iş otağında sayaraq qəbul etmişdir. Səadətin işinə görə Mənsum müəllimin ”Yaxta klubda" olan 600 manatlıq hesabını da bağlamasını dedikdə Səadət 600 manatı da vermişdir. Səadətdən aldığı 12.000 ABŞ dollarını və 600 manat pulu Türkana vermişdir. 08 may 2022-ci ildə Səadət ona zəng edərək onunla tanış etdiyi Türkan adlı şəxsin əvvəllər dələduzluq cinayəti etdiyini və məhkumluq həyatı yaşadığını deyib verdiyi pulu geri istədikdə həmin pulu Türkana verdiyini demişdir. Bundan sonra həmin 12.000 ABŞ dolları pulu Türkandan istədikdə müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Türkanla həmin pulu bölməmişdir və həmin puldan ona heç-bir vəsait çatmamışdır. Bu işi sadəcə Səadətə köməklik göstərməkdən ötrü görmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid1 iştirakı ilə ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək yəni, 07 may 2022-ci ildə Mehmanın Səadətdən aldığı 12.000 ABŞ dolları və 600 manat puldan Mehman tərəfindən ona cəmi 6.000 ABŞ dolları verildiyini, qalan məbləğin isə Mehmanın götürdüyünü və beləliklə dələduzluq edərək həmin məbləği aralarında böldüklərini bildirmişdir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Lakin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür və Şahid1 barəsində həmin xüsusat üzrə rədd qərarı qəbul edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs və Şahid1 əməllərində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 84.6.2, 318.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin tərkib əlamətinin mövcudluğu müəyyən edildiyinə görə, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Zərərçəkmiş şəxsin vəsatəti onunla əsaslandırılmışdır ki, cinayət işində şahid kimi tanınan DGX-nin keçmiş rütbəli zabit məmuru Şahid1 ona qarşı törədilən dələduzluq işinin birbaşa təşkilatçısı və aktiv iştirakçısıdır. Ona çoxdan tanıdığı və gömrükdə çox böyük işlər görən Təqsirləndirilən şəxs yanına gətirərək DGX-nin İstintaq İdarəsi rəisinin yaxın qohumu və qara kassası kimi təqdim etmiş, verdiyi səs yazılarından gördüyü kimi bu pulu (12000 USD və 600 AZN) verməyə təhrik etmişdir. Pulu Mehman ondan şəxsən almışdır. Sonradan istintaq zamanı Təqsirləndirilən şəxs ona vurduğu zərərdən müstəntiq Anar Bağırova qaytardığı 7000 AZN hesabına cinayət məsuliyyətindən uzaqlaşdırılıb şahid qismində saxlanılmışdır. X7 7000 AZN-i ona göstərmiş, Türkandan 5000 AZN gələcəyini bildirərək 12.000 manat ödəyəcəyini bildirmişdir. Müstəntiq onu Türkanla üzləşməyə çağırmamaq və təkrar RPİ-yə gəlməmək adı ilə aldadaraq cinayət işinin materialları ilə tanışlıq protokoluna boş vərəqə imza atdırmış və nəticədə Türkandan alınan 7000 hesabına Mehmanı şahid qismində saxlamışdır və Şahid1 Türkiyəyə qaçırtmışdır. Ömründə 1-2 dəfə 3 günlük Türkiyəyə getməyən Mehman xx.xx.2023-dən ölkəni tərk edib və bu günə qədər dönməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və onunla əlbir olub onu aldadan Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 32.5, 178.2.4, 32.4, 312.2-ci maddələrinin olduğunu nəzərə alaraq düzgün qiymət verilməsi üçün Baş Prokurorluğa qaytarılmasının təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatəti müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 177.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını təklif etdi və müstəntiq haqqında xüsusi qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə burxadığını bildiridi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs vəsatəti müdafiə edərək, onun məzmununa uyğun çıxış edərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini, yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və müstəntiq haqqında xüsusi qərarın qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi vəsatəti təmin olunmasına etiraz etmədiklərini, bildirərək, təqsiləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmaraq polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsini və müstəntiq haqqında xüsusi qərarın qəbul olunmasını xahiş etdi. Məhkəmə, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin vəsatətlərində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasının müşahidə olunduğunu, o cümlədən, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyindən dövlət ittihamçısının və zərərçəkmiş şəxsin vəsatətlərinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlir və vəsatətlərin təmin olunmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.8-cü maddəsinə görə isə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş vəsatət əsasən dövlət ittihamçısının vəsatətinə uyğun olaraq təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin vəsatətləri təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.3-cü maddəsində həmçinin göstərilir ki, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə eyni zamanda ibtidai istintaqı aparan müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror haqqında xüsusi qərar çıxara bildiyini müəyyən etmişdir. Göründüyü kimi qanunvericilikdə ibtidai istintaqı aparan müstəntiq barəsində xüsusi qərar qəbul olunması mütləq tələb kimi təsbit edilməmişdir və hazırki mərhələdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmasını zəruri hesab etmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 318.2-1-ci maddəsinə görə həmin Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Məhkəməyədək icraat zamanı 22 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs kimi cəlb edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilməsi barədə qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyinə görə tutulması üçün barəsində axtarış elan edilmiş və həmin gün cinayət işinin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs 13 avqust 2022-ci il tarixdə Səbail RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Səbail RPİ-nin İŞ-nə təhvil verildiyindən həmin gün cinayət işinin icraatı təzələnmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilməsi məqsədi ilə vəsatət qaldırılmış, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun 15 avqust 2022-ci il tarixli qərarı ilə vəsatəti təmin etməmiş və təqsirləndirilən şəxs həbsdən azad edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 252/2022 saylı, 03 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş vaxtda məhkəmə iclasına gəlmədiyindən barəsində məcburi gətirilmə qərarı qəbul olunmuşdur. Daha sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-252/2022 saylı, 15 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və o, axtarılıb tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsinin 23 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-252/2022 saylı, 24 noyabr 2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzərəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış və o, məhkəmə iclas zalından dərhal azad olunmuşdur. Bundan sonra Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-38/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan olunmuş və o, axtarılıb tapılanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının 22 fevral 2023-cü il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinin 10 və 16 fevral 2023-cü il tarixli müraciətlərindən görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 06 fevral 2023-cü il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bu səbəbdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-38/2023 saylı, 26 yanvar 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs dəfələrlə istintaqdan və ya məhkəmədən gizlənmiş, nəticədə barəsində məcburi gətirilmə və axtarış qərarları qəbul olunmuş, 13 avqust 2022-ci il tarixdən 13 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, 06 fevral 2023-cü ildən 27 iyul 2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxsn ümumilikdə 21000 manat məbləğində xeyli miqdarda ziyan vurulmuş və hazırki tarixədək ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 155.1.1, 155.1.4, 155.2.3, 155.2.4 və 155.3.2-cü maddələrinə uyğun olaraq məhkəmə və ibtidai istintaq orqanından qaçıb gizləndiyini, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmədiyini, əvvəllər barəsində qətimkan tədbirinin seçildiyini və şərtlərini pozduğunu, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etməməsini, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını kifayət qədər əsaslı sayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlama müddəti 02 ay, yəni 27 sentyabr 2023cü il tarixədək müəyyən edilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-38/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-38/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver