Məhkəmə qərarları › İş №1(009)-38/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-38/2024

30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-38/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Tərcüməçi: X1 iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə küçəsi, 18 saylı evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə 28 fevral 2023-cü il tarixdə saat 23 radələrində ünvan 1 ünvanın qarşısında parklanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs məxsus 6000 manat dəyərində bir ədəd qırmızı ağ rəngdə “Bajaj” markalı Pulsar RS 200 modelli 99 B 530 dövlət qeydiyyat nişanlı motosikleti mühərriki işə salmadan əli ilə sürüb aparmaqla özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda yəni, 6000 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 28 fevral 2023-cü il tarixdə saat axşam radələrində sinif yoldaşı Musa ilə birlikdə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində gəzərkən mağazadan spirtli içki olan pivə alıb qəbul etmişlər. Saat təxminən 23 radələrində Bakı şəhəri Səbail rayonu Real marketin qarşısında Musa ilə sağollaşmış və o yaşadığı ünvana getmişdir. Bundan sonra o, Ə.Nəzmi küçəsi ilə öz yaşadığı ünvan istiqmətində hərəkət etmişdir. Həmin küçədə yerləşən 16 mərtəbəli binanın qarşısından keçən zaman bir ədəd qırmızı rəngli motosikletin olduğunu görmüşdür. Motosikletlərə olan marağına görə əvvəlcə dayanıb motosikletə bir az baxmışdır. Sonra spirtli içkinin təsiri altında olduğuna görə həmin motosikleti qaçırmaq qərarına gəlmişdir. Məqsədi bir az sürüb sonra qaytarmaq idi. Bu məqsədlə həmin motosikleti əl ilə sürərək binanın qarşısından bir az kənara aparmış və orda saxlayaq mühərriki işə salmaq istəsə də bunu bacarmamışdır. Bundan sonra oradan motosikleti yenidən eyni qaydada əl ilə sürərək yaşadığı ünvana aparmışdır. Yaşadığı evin həyətində həmin motosikleti saxlamışdır. Həmin gecə internet vasitəsi ilə həmin motosikletin mühərrikini necə işə salacağını öyrənmiş həmin motosikleti şəhərdə sürmüşdür. Yenidən qaytarıb motosikleti yaşadığı evin həyətində saxlamışdır. Bir neçə gün o həmin motosikleti sürmüşdür. Həmin motosikleti bir neçə gün sonra aparıb eyni yerə qoymaq istəmiş, lakin polis əməkdaşlarının onu axtardığını düşünüb bu fikirdən daşınmışdır. 09 mart 2023-cü il tarixdə saat günorta radələrində evdə olan zaman polis əməkdaşları zəng vuraraq onu Səbail RPİ-nin 8-ci PB-nə dəvət etdilər. PB-nə getdikdən sonra o törətmiş olduğu əməli etiraf etmiş və motosikleti yaşadığı evin həyətində olduğunu onlara demişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirərək, barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus olan Bajaj markalı Pulsar RS200 modelli 99 B 530 dövlət qeydiyyat nişanlı motosikleti 2021-ci ilin iyun ayında işlənmiş vəziyyətdə Turbo.az saytından 7500 manata alıb. Motosikletdən əlavə avtmobili olduğu üçün motosikleti əsasən həftə sonları və istirahət günləri istifadə edir. Sonuncu dəfə 28 fevral 2023-cü il tarixdə özünə məxsus olan motosikləti Bakı şəhərində bir neçə saat idarə etdikdən sonra saat təxminən 24 radələrində həmişəki kimi yaşadığı binanın həyətində saxlayaraq ünvana qalxıb. Motosikletini alan vaxtdan yaşadığı binanın həyətində saxlayır. Belə ki, motosiklet idman üslublu olduğu üçün çəkisi ağır olduğuna görə kiminsə onu qaçırtmağını heçvaxt düşünməyib. Səhəri gün o işə getmək üçün evdən çıxmış və özünə məxsus avtomobilə minərək iş yerinə getmişdir. Belə ki, motosikleti saxladığı yerdə olduğunu düşünərək həmin tərəfə fikir verməmişdir. Axşamda həmçinin işdən sonra yaşadığı ünvana gələrək evə qalxmış. Səhəri gün yəni xx.xx.2023cü il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb işə gedən zaman təsadüfən baxdıqda ona məxsus qırmızı rəngdə olan motosikleti saxladığı yerdə olmadığını görmüş. Həmin zaman övladlarını məktəbə aparıb gəldikdən sonra motosikletin oğurlandığını başa düşmüşdür. Bundan sonra o ətrafa baxdıqda orada hər hansı bir kamera olmadığını yəqin edib baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və oğurluq hadisəsini rəsmiləşdirdilər. xx.xx.2023-cü il tarixdə işdə olan zaman polis əməkdaşları ona zəng vuraraq motosikletini tapdıqlarını xəbər etdilər. Bundan sonra o Səbail RPİ-nin 8-ci PB-nə gedərək orada həqiqətəndə ona məxsus motosikleti görmüş. Motosikleti işlək vəziyyətdə idi və heç bir problemi yox idi. Sadəcə motosikletini oğurlayan şəxs internetdə kustar üsulla işə salmağı öyrənmiş və həmin qaydada işə salmışdır. Polis əməkdaşlarından motosikletini kimin oğurladığını soruşduqda onlar, Aleksandr adlı şəxsin motosikletini oğurladığını bildirmişlər. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 26 yanvar 2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayətçi deyil və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş 02 iyun 2023-cü il tarixli 9/3287 nömrəli rəyinə əsasən 01 ədəd “Bajaj” markalı, Pulsar RS200 modelli motosikletin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü il fevral ayına olan bazar qiyməti 6000 manat müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan qəbzdən və 10 aprel 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə maddi sübut olan Bajaj markalı Pulsar RS200 modelli 99 B 530 qeydiyyat nişanlı motosiklet Zərərçəkmiş şəxs təhvil verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində 05 sentyabr 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, gənc olmasını, dəymiş ziyanı könüllü olaraq tam ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə olaraq az ağır cinayətin törədilməsində ittiham olunmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış bir ədəd Bajaj markalı Pulsar RS 200 modelli motosikletin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verildiyinin nəzərə alınmasını, eyni zamanda, Azərbaycan Respunblikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərini tərk etməmək, ünvan 3 ünvanındakı yaşayış yerini hər gün saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun Bakı Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd Bajaj markalı Pulsar RS 200 modelli motosikletin saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verildiyi nəzərə alınsın. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 480 (dörd yüz səksən) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “Access Bank”-ın Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar