Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-38/2025 09.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1984-cü ildə Goranboy rayonu, Rəhimli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləmiyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Goranboy rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, hazırda Bakı şəhəri 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə şəxsi istehlak miqdardan artıq miqdarda təmiz çəkisi 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki əldə edib əynində boz rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin PPXBnün əməkdaşları xidmət apardıqları Bakı şəhəri, Səbail rayonu, Y.Məmmədbəyli küçəsində 10 yanvar 2024-cü il tarixdə saat 10:15 radələrində saxlanılıb, Səbail RPİ-nin 9-cu PB-nə gətirilərək, həmin tarixdə saat 12:15 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızma bükülmüş bükümdə təmiz çəkisi 0,594 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsində “Buta” marketin qarşısında yük avtomobilindən mobil telefon oğurlamış, Bakı şəhəri, Səbai rayonu, Y.Məmmədbəyli küçəsində gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, onun oğurluq etməkdə şübhəli olduğunu deyib, onu 9-cu polis bölməsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Səbail RPİ-nin 9-ci PB-nə getmişdi. 9-cu PB-də onun narkotik vasitənin istifadəsində şübhəli olduğunu bilib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Ona vəkillərin siyahısından müdafiəçi kimi X8 təqdim edilmiş, Nizami Əliyevin onun hüquqlarını müdafiə etməsini istəmiş və etiraz etməmişdi. Videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, yenə də etiraz etməmişdi. Şəxsi axtarış zamanı o, əynində boz rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb polis işçilərinə təqdim etmiş və həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdi. Bükümün içərisindəkinin tünd qəhvəyi rəngdə maddə narkotik vasitə heroinə bənzər kütlə olduğunu polis əməkdaşları aşkar etmişlər. Üzərinə şəxsi axtarış zamanı isə əlavə heç nə aşkar olunmamışdı. Ondan narkotik vasitəni haradan əldə etməsi ilə bağlı polis əməkdaşları soruşduqda, bir gün əvvəl 15 manata “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 1 ədəd bükümdə olan heroini aldığını bildirmişdi. Bütün proseslər kameraya çəkilmiş, şəxsi axtarış barədə polis işçiləri tərəfindən protokol tərtib olunaraq ucadan oxunmuş, o da həmin protokola imza etmişdi. Həmçinin 1 ədəd büküm qablaşdırılmış və üzərinə o, müfadiəçi Nizami Əliyev və polis əməkdaşları qablaşdırılmış zərfin üzərinə imza etmişlər. O, narkotik vasitənin satışı ilə məşğul olmamış və hazırda da olmur, yalnız özü istifadə edir, heç kimə narkotik vasitə verməmiş, heç kimlə birlikdə narkotik vasitə istifadə etməmişdir. O, üzərindən aşkar olunmuş maddəni heroin adı ilə almış, rəngləri oxşadığına görə həmin maddənin tiryək olduğunu düşünməmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Səbail RPİ-nin PPXB-nün əməkdaşları Şahid2 və Şahid3 Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsində xidmətdə olan zaman dayanmış vəziyyətdə olan yük avtomobilinə 2 nəfər şəxsin yaxınlaşmasını görmüş, həmin şəxslərdən X9 həmin gün saat 10:00 radələrində ünvan 3 ünvanın qarşısında, mobil telefon oğurlayıb qaçan Təqsirləndirilən şəxs isə saat 10:15 radələrində ünvan 4 ünvanın qarşısında saxlayaraq Səbail RPİ-nin 9cu PB-nə gətirmişlər. Bölmədə əvvəlcə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, bundan sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən sonuncuya elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdi. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli kəskin spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, narkotik vasitəni haradan əldə etməsi ilə bağlı soruşduqda, bir gün əvvəl 15 manata “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 1 ədəd bükümdə olan heroini aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdi. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdı. Sonra həmin bir ədəd içində narkotik vasitəyə bənzər maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin PPXB-nin polis nəfəri işləyir. 10 yanvar 2024-cü il tarixdə iş yoldaşı polis serjantı Şahid3la birlikdə Bakı şəhəri, Səbail rayonu, Ə.Əlizadə küçəsində xidmətdə olan zaman dayanmış vəziyyətdə olan yük avtomobilinə 02 nəfər şəxsin yaxınlaşmasını və avtomobilin salonundan oğurluq etməsini görmüşlər. Həmin şəxslərdən X9 həmin gün saat 10:00 radələrində ünvan 3 ünvanın qarşısında, mobil telefon oğurlayıb qaçan Təqsirləndirilən şəxs isə saat 10:15 radələrində ünvan 4 ünvanın qarşısında saxlayaraq Səbail RPİ-nin 9cu PB-nə aparmışlar. Təqsirləndirilən şəxs saxladıqları zaman sonuncu həmin yük avtomaşınından mobil telefon oğurladığını etiraf etmiş və həmin mobil telefonu onlara təqdim etmişdi. Bölmədə onların iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmiş, daha sonra üzərində axtarış aparılması təhqiqatçı tərəfindən sonuncuya elan edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdi ki, üzərində qanunla qadağan olunmuş hər nə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümü çıxarıb masanın üstünə qoymaqla təqdim etmişdi. Həmin büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində tünd qəhvəyi rəngli kəskin spesifik iyə malik olan narkotik vasitəyə bənzər maddə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, narkotik vasitəni haradan əldə etməsi ilə bağlı soruşduqda, bir gün əvvəl 15 manata “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 1 ədəd bükümdə olan heroini aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdi. Bundan sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bütün geyim əşyaları bir-bir yoxlanılmış, lakin üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdı. Sonra həmin bir ədəd içində narkotik vasitəyə bənzər maddə olan büküm təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Sonda bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X7 göndərilmişdi. Hadisədən əvvəl o, Təqsirləndirilən şəxs tanımamış və həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Səbail RPİ-nin PPXB-nin polis nəfəri Şahid3, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması barədə” 10 yanvar 2024cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs bir gün əvvəl 15 manata “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 1 ədəd bükümdə olan heroini aldığını və şəxsi istifadəsi üçün üstündə saxladığını bildirdiyi, əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdi. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli kəskin spesifik iyə malik olan narkotik maddəyə bənzər kütlə aşkar edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin üstündən aşkar edilmiş siqaretin gümüşü rəngli kağızma bükülmüş bükümdə olan maddə narkotik vasitə heroindir, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır, həmin maddə də ona məxsusdur və həmin narkotik vasitəni həmin günü Sovetski adlanan yerdən tanımadığı şəxsdən 15 manat ödəyərək almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağızma bükülmüş, içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı Elmar Məmmədov tərəfindən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüşdür. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərindən üzərinə şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 9-cu PB-nin xidməti otağında aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Cinayət işində olan DVD formatlı diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, bir nəfər kişi cinsindən olan şəxsin üzərinə şəxsi axtarış aparılır. Üzərinə şəxsi axtarış aparılan həmin şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən içərisindən tünd rəngdə maddə olan siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, üzərinə şəxsi axtarış aparılan həmin şəxs onun özüdür, həmin görüntülər 10 yanvar 2024-cü il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında üzərinə aparılmış şəxsi axtarış zamanı çəkilmişdir, üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi içərisində tünd qəhvəyi rəngli kəskin spesifik iyə malik olan narkotik maddəyə bənzər kütlə narkotik vasitə tiryəkdir, o həmin maddəni heroin bilərək almışdır, həmin tiryəki şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Daha sonra aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulub qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Videogörüntü həmin anda başa çatır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “məhkəmə-kimyəvi ekspertizanın” 11 yanvar 2024-cü il tarixli № 3-16-16/2-6/152 nömrəli rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs....” və s. soyadlar, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,594 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə- asetilə edilən tiryəkdir. Tiryəkin təmiz çəkisi 0,594 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq -0,544 qram. Asetilə edilmiş tiryəkdir (tiryək) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vaitələr”-in siyahısına (Siyahı İ) daxildir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 3-16-16/2-6/152 saylı xx.xx.2024cü il tarixli materialların məhkəmə ekspertizasının rəyinə əsasən aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülmsəi və qalan kütlələrin geri qaytarılmasına dair 11 yanvar 2024-cü il tarixli aktdan görünür ki, 0.594 qram qəbul olunmuş, 0,05 qram nümunə götürülmüş və 0.544 qram geri qaytarılmışdır. Cinayət işi üzrə maddi sübut hesab edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və tədqiqatından sonra qalıq qalmış 0,544 qram tiryək Səbail RPİ-də saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş “məhkəmə-narkoloji ekspertizanın” 08 iyul 2024-cü il tarixli, 4668 saylı ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il tarixdə saat 12:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi” haqqında 12 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o saxlanıldığı Bakı şəhəri Səbail RPİnin X4 azad edilmişdir. İş materialalrında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2010-cu il də cəzasının sonu azad edilmişdir. - X5 Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən 04 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. - Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2022-ci ildə Suraxanı rayon məhkəməsinin qərarı ilə vaxtında əvvəl şərti olaraq azad edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-36/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-36/2024 saylı qərarı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-36/2024 saylı hökmündə yol verilmiş anlaşılmazlıqlar aradan qaldırılmış, Təqsirləndirilən şəxs ismin müvafiq hallarında “24 yanvar 2023-cü il tarixdən 24 iyun 2024-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə saxlanılsın” sözləri “24 yanvar 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə saxlanılsın” sözləri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İ siyahısına görə narkotik vasitə olan tirkək 0.05 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tirkək təmiz çəkisi 0,544 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yəni, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlayaraq daşıması cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Göygül Rayon Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 dekabr 2022ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən 10 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin residivi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Beləliklə, məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010 cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Bundan başqa Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(125)- 36/2024 saylı hökmünə və Gəncə Şəhər Məhkəməsinin 22 aprel 2024-cü il tarixli, 1(125)- 36/2024 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmaqla qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs 24 yanvar 2023-cü il tarixindən 24 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanılmasının bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Bu səbəbdən, məhkəmə, hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024cü il tarixli, 1(125)-36/2024 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmaqla təyin olunmuş 03 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bu səbəbədən, məhkəmə, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, əvvəlki iş üzrə 24 yanvar 2023-cü il tarixindən 24 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay və hazırki cinayət işi üzrə 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla qəti cəza təyin olunmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsini, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmasını və Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(125)-36/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasının nəzərə alınmasını, cəzacəkmə müddətinin əvvəlinin isə 05 mart 2024-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Bundan başqa məhkəmə-narkoloji ekspertizanın 08 iyul 2024-cü il tarixli, 4668 saylı ekspert rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 160 (yüz altmış) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınaraq Səbail Rayon Polis İdarəsində saxlanılan və tədqiqata sərf olunduqdan sonrakı qalıq 0.544 qram narkotik vasitə tiryəkin məhv edilməsini, bir ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(125)-36/2024 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, təyin olunmuş 03 (üç) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə 24 yanvar 2023-cü il tarixindən 24 iyun 2023cü il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay və hazırki iş üzrə 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətlərin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilsin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və Gəncə Şəhər Məhkəməsinin 02 aprel 2024-cü il tarixli, 1(125)-36/2024 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Cəzacəkmə müddətinin əvvəli 05 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqatda sərf olunduqdan sonrakı qalıq 0.544 qram narkotik vasitə tiryək məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 160 (yüz altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 306 (üç yüz altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-38/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-38/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver