Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-388/2025 17.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1998-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MTK-da baş mühasib vəzifəsində çalışan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, İİİ yaşayış massivi, küçə 50 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan boyun qaçırmışdır. Belə ki, Təqsirləndirilən şəxs "Azərbaycan Respublikası vətəndaşlarının 2025ci ilin iyul ayının 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması" haqqında Azərbaycan Respublikası Prezidentinin 19 may 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlığı barədə yekun rəyin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, həmin agentliyin xx.xx.2025-ci il tarixli yekun rəyinə əsasən A-1 müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən 2025-ci ilin iyul çağırışında hərbi xidmət keçmək üçün çağırışçıların siyahısına daxil edilmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamı ilə həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə çağırılaraq müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı vəzifələri izah edilmiş və qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya Səfərbərlik üzrə çağırışdan boyun qaçırmaya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə görə məsuliyyət daşıması ilə bağlı xəbərdarlığın ona elan edilməsi və 25 iyul 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə yollanması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gəlməli olduğu barədə qəbzə imza etməklə lazimi qaydada xəbərdar olunmuş, lakin buna baxmayaraq heç bir üzrlü səbəblər və qanuni əsaslar olmadan 2025-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə getməmiş, bununla da, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırmışdır. Əməlindən peşmandır. Ərizə ilə məhkəməyə müraciət edərək, barəsində amnistiya aktının təbiq olunmasını və bəraətverici əsaslar olmadan iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ildən hazırki vaxta kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi vəzifəsində işləyir. Çağırışçı Təqsirləndirilən şəxs 2022-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən tibbi şəhadətləndirilərək müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs növbəti dəfə 2025ci ilin aprel ayında tibbi müayinədən keçirilməsindən ötrü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə çağrılmışdır. Həmin idarədə tibbi müayinədən keçirilmiş və müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2024-cü il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq müddətli həqiqi hərbi xidmətə yararsız olan vətəndaşların yekun tibbi müayinəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirildiyindən çağırışcı Təqsirləndirilən şəxs həmin Agentlikdən tibbi müayinədən keçirilməsindən ötrü göndərilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun rəyinə əsasən Təqsirləndirilən şəxs A-1 müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs 2025-ci ilin iyul çağrışına cəlb edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "777" saylı hərbi hissəsinə təyin edilmişdir. Hər bir çağırışçıya onun müddətli həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə çağırış üzrə məntəqəyə gəlməsi barədə çağırış vərəqəsi verilmişdir. Həmin çağırış vərəqəsində şəxsin həqiqi hərbi xidmətə cəlb olunması məqsədilə qeyd edilmiş vaxtda çağırış üzrə məntəqǝyǝ gəlməsi, çağırışdan boyun qaçıracağı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən cinayət məsuliyyəti daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Şəxsin gələcəkdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsi ilə xəbərdar olunmasını təsdiq etmək üçün hər bir çağırış vərəqəsində ona xəbərdarlıq edilməsinə dair qəbz əlavə olunmuşdur. Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gələrək yuxarıda qeyd olunan qəbzə imza etmiş və 25 iyul 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə yollanacağı barədə öhdəlik götürmüşdür. Çağırış vərəqəsi çağırışçıda qalmış, qəbz isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsidə çağırışçının şəxsi işinə əlavə edilmişdir. Görülən tədbirlərə baxmayaraq Təqsirləndirilən şəxs 25 iyul 2025-ci il tarixdə yəni, çağırış vərəqəsində qeyd olunan tarixdə çağırış üzrə məntəqəyə gəlməyərək hərbi xidmətə yola düşmək üçün çağırışdan boyun qaçırmışdır. Onunla dəfələrlə mobil telefonla əlaqə saxlamağa çalışsalar da zənglərinə cavab verməmişdir. Onlar Təqsirləndirilən şəxs yaşadığı ərazinin sahə müvəkkili ilə birlikdə onun yaşadığı ünvana getsələr də Təqsirləndirilən şəxs həmin ünvanda tapa bilməmişlər. Təqsirləndirilən şəxs 2025-ci ilin iyul çağırışının sonunadək həqiqi hərbi xidmətə çağırış üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gəlməmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs çağırışdan boyun qaçırmasına dair toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Şahid1 ifadəsində daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə iltizama oxumadan qol çəkməsini göstərməkdə məqsədi cinayət məsuliyyətindən yayınmaq olmuşdur. Təqsirləndirilən şəxs həmin xəbərdarlığı özü şəxsən oxuyaraq çağırışda qeyd olunan vaxtda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gələcəyini və müddətli həqiqi hərbi xidmətə yollanacağı barədə öhdəlik götürmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ona və idarənin digər əməkdaşlarına onda müddətli həqiqi hərbi xidmətə getməsini istisna edən hər hansı bir xəstəliyin olmadığını bildirmiş və bu barədə tərtib edilmiş iltizama imza etmişdir. Onun müddətli həqiqi hərbi xidmətə getməsi barədə istifadəsində olan mobil telefon nömrəsinə 24 iyul 2025-ci il tarixdə bu barədə məlumat göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs 24 iyul 2025-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinə gələrək yuxarıda qeyd olunan qəbzə imza etmiş və 25 iyul .2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə yollanacağı barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail Rayon İdarəsi tərəfindən Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədova ünvanlanmış 05 avqust 2025-ci il tarixli, 3-43-80/2-4124/2025 saylı məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx xxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 03 fevral 2014cü il tarixdə Xidmətin Səbail rayon idarəsində ilkin hərbi qeydiyyata alınmışdır. Hərbi vəzifəli Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə təkrar tibbi müayinəyə cəlb edilərək Səbail rayon idarəsinin çağırış komissiyası tərəfindən müayinədən keçərkən tibb müəssisələrinə göndərilmişdir. Tibb müəssisələrindən alınmış "sağlamlıq vəziyyətinin müayinə edilməsi aktlarına " əsasən hərbi vəzifəli H. Rüstəmovun müddətli həqiqi hərbi xidmətə yararlığı barədə yekun rəyin verilməsi üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. DTSERA-nın 11 iyul 2025-ci il tarixli yekun rəyinə əsasən çağırışçı Təqsirləndirilən şəxs A-1 müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Çağırışçı Təqsirləndirilən şəxs 2025-ci il iyul çağırışına cəlb edilmiş Səbail rayon çağırış komissiyasından müayinədən keçirilmiş, müvafiq göstərişə əsasən səhhəti ilə bağlı heç bir şikayəti olmaması barədə iltizama və 25 iyul 2025-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə getməsi üçün çağırış vərəqəsinə 24 iyul 2025-ci il tarixdə imza etmişdir. Çağırışçı H. Rüstəmov müddətli həqiqi hərbi xidmət keçmək üçün Müdafiə Nazirliyinin tabeliyində olan N nömrəli hərbi hissəsinə təyin olunsa da çağırış vərəqəsində göstərilən tarixdə Xidmətin Səbail rayon idarəsinə gəlməmiş və təyin olunduğu hərbi hissəyə getməkdən qəsdən boyun qaçırmışdır. (i.v. 3) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 11 iyul 2025-ci il tarixli yekun rəyindən görünür ki, Təqsirləndirilən şəxs müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. (i.v. 84-111) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3”-nin 04 sentyabr 2025-ci il tarixli, K/210-2025 nömrəli canlı şəxs və iş materialları üzrə ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda "Aşıq-qayıqvarı oynaqların osteoartrozu olmayan sol ayağın İİ (ikinci), sağ ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı" və "Sağ saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş, didilmiş yarasına, İ (birinci) barmağı bükən, biləyi bükən mil əzələ vətərlərin, mil arteriyasının, orta sinirin zədələnməsinə görə, yaraların İ (birinci) cərrahi işlənməsi, vətərlərin və orta sinirin bərpası (xx.xx.2018) cərrahi əməliyyatından sonrakı sağ saidin aşağı 1/3- nin ön səthinin bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliklərdən əziyyət çəkir, bu xəstəliklərlə, o, hazırda "Xəstəliklər cədvəli"nin maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "13 may 2024-cü il tarixli 256 nömrəli dəyişikliyə "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən "hərbi xidmətə yararlıdır". Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışla bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Qiymətləndirmə Mərkəzində əyani şəkildə tibbi müayinədən keçirilərkən təyin olunan "Aşıq-qayıqvarı oynaqlarda deformasiyaedici osteoartroz olmayan hər iki ayağın İİ dərəcəli boylama yastıayaqlılığı" diaqnozlu xəstəliyin olması və "Oynaqların kontrakturası. Essensial tremor. Klinik-anamnestik məlumatlara, obyektiv nevroloji müayinəyə (nevroloji defisit aşkar olunmadı), instrumental müayinələrə (DTSERA-da EEQ) əsasən, Forma 44-də qeyd olunan diaqnoz öz təsdiqini tapmadı" rəyi düzgün və əsaslı olmuş, həmçinin bu rəyə əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çıxarılmış son "hərbi xidmətə yararlıdır" qərarı düzgün və əsaslıdır. Təqsirləndirilən şəxs hərbi xidmətə çağırışla bağlı SHXÇDX-nin Bakı şəhəri Səbail rayon idarəsi tərəfindən verilmiş göndəriş əsasında TƏBİB "X7" PHŞ-də və "Ə.D.Məlikov adına X5" PHŞ-də tibbi müayinədə olmuş və ona həmin tibb müəssisələrində müvafiq olaraq təyin olunmuş "Q66.5 Anadangəlmə yastıpəncə (pes planus)- anadangəlmə sağtərəfli İİİ, soltərəfli İİ dərəcəli yastıayaqlıq. Sağ mil-bilək oynağının qarışıq kontrakturası. Funksiyanın cüzi pozulması. M24.5 Sağ mil-bilək oynağının qarışıq kontrakturası: Funksiyanın cüzi pozulması" və "Z73.6 Sağ əlin funksiyasının pozulması. R20.1 Hiposteziya. G25.0 Tremor. Travmatoloqun baxışı" diaqnozları təyin olunmuşdur. Təqsirləndirilən şəxs hərbi xidmətə çağırılan zaman, həmin diaqnozlar üzrə onun barəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsinin hərbi həkim komissiyası və həmin xidmətin Mərkəzi Hərbi Həkim Komissiyasının ilkin qərarları düzgün hesab oluna bilər. Lakin Təqsirləndirilən şəxs DTSERA-da əyani müayinəsi zamanı onda "İİİ dərəcəli yastıpəncəlik" və "Sağ mil-bilək oynağında funksiya pozğunluğunun olması" aşkar edilmədiyindən onun hərbi xidmətə yararlılıq kateqoriyası barədə yekun rəy fərqli olmuşdur və qeyd edilənlər də hazırki məhkəmə-tibbi ekspertizanın gedişatında öz təsdiqini tapmışdır. (i.v. 127-140) “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 163-164) “Mobil telefona baxış keçirilməsi haqqında” 31 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, "Samsung A50 markalı" smartfon tipli mobil telefonun mesaj bölməsinə daxil olan zaman qeyd olunan bölmədə "SHCDX" tərəfindən Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə, 14 aprel 2025-ci il tarixdə, 21 aprel 2025-ci il tarixdə tibbi müayinədən keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən mesaj göndərildiyi müəyyən edilmişdir. 24 iyul 2025-ci il tarixdə isə "SHCDX" tərəfindən Təqsirləndirilən şəxs "Siz müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Ordusunun hərbi hissəsinə təyin edilmisiniz. Təyin olunduğunuz hərbi hissə barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin rəsmi saytına daxil olaraq "Elektron Xidmətlər" bölməsindən əldə edə bilərsiniz" məzmunlu mesaj göndərildiyi müəyyən edilmişdir. "Samsung A50 markalı" smartfon tipli mobil telefondan müvafiq ekran şəkilləri çəkilərək protokola əlavə edildi. (i.v. 176-179) Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özünə məxsus "Samsung A50 markalı" smartfon tipli mobil telefon 31 oktyabr 2025-ci il tarixdə təhvil alınmışdır. (i.v. 180) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3”-nin 06 noyabr 2025-ci il tarixli, K/303-T/2025 nömrəli canlı şəxs və iş materialları üzrə ekspertiza rəyindən görünür ki, Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi və ixtisaslı tibbi müayinələri zamanı hazırda "Aşıq-qayıqvarı oynaqların osteoartrozu olmayan sol ayağın İİ (ikinci), sağ ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı” və "Sağ saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş, didilmiş yarasına, İ (birinci) barmağı bükən, biləyi bükən mil əzələ vətərlərin, mil arteriyasının, orta sinirin zədələnməsinə görə, yaraların İ (birinci) cərrahi işlənməsi, vətərlərin və orta sinirin bərpası (xx.xx.2018) cərrahi əməliyyatından sonrakı sağ saidin aşağı 1/3- nin ön səthinin bərkimiş dəri çapıqları" diaqnozlu xəstəliklər onda vardır və bu xəstəliklərlə o, "Xəstəliklər cədvəli”nin - maddəsinin İ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "13 may 2024-cü il tarixli 256 nömrəli dəyişikliyə 'Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən “hərbi xidmətə yararlıdır". Vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi və ixtisaslı tibbi müayinələri zamanı hazırda onda "Aşıq-qayıqvarı oynaqların osteoartrozu olmayan sol ayağın İİ (ikinci), sağ ayağın İ (birinci) dərəcəli boylama yastıayaqlılığı" və "Sağ saidin aşağı 1/3-nin ön səthinin kəsilmiş didilmiş yarasına, İ (birinci) barmağı bükən, biləyi bükən mil əzələ vətərlərin, mil arteriyasının, orta sinirin zədələnməsinə görə, yaraların İ (birinci) cərrahi işlənməsi, vətərlərin və orta sinirin bərpası (08 10.2018) cərrahi əməliyyatından sonrakı sağ saidin aşağı 1/3-nin ön səthinin bərkimiş dəri çapıqları diaqnozlu xəstəliklərdən başqa digər, o cümlədən də qərarda göstərilən xəstəliklər aşkar olunmadı və aşkar olunmayan xəstəliklərin isə əvvəllər onda olub-olmamaları barədə fikir söyləmək mümkün deyildir. (i.v. 210-226) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 29 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 236) “Sübutların qiymətləndirilməsi haqqında” 12 dekabr 2025-ci il tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs çağırış vərəqəsinin alınmasına dair qəbz və iltizamlar, o cümlədən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində olan rentgenoqrafiyasının əsli öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izləri saxlanıldığına görə maddi sübut kimi tanınmışdır. (i.v. 237-248) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə əsasən qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanunun 12.4-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri) gəlməlidirlər. “Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2025-ci il tarixli Sərəncamından görünür ki, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995–2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar. “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2001-ci il 1 noyabr tarixli 1 saylı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2023- cü il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma (CM-nin 321-ci maddəsi) haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətlərin tərkibi o zaman yaranır ki, həmin cinayətlərin subyektləri müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatı internet və ya qısa mesaj (SMS) vasitəsilə almalarına və yaxud başqa üsullarla əvvəlcədən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən xəbərdarlıq edilmələrinə baxmayaraq üzrlü səbəblər olmadan göstərilmiş müddətdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməklə çağırışdan boyun qaçırmış olsunlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə təqdim edərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham qərarı çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 5.1ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs çağırış vərəqəsinin alınmasına dair qəbz və iltizamlar cinayət işinin materiallarında saxlanılmalı, Səbail rayon prokurorluğunun maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rentgenoqrafiyasının əsli Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 25 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi və iş materilları ilə tanış olduğu 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs çağırış vərəqəsinin alınmasına dair qəbz və iltizamlar cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon prokurorluğunun maddi sübutları saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rentgenoqrafiyasının əsli Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-388/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-388/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver