Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-39/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, (001)- 197/2016 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 178.2.2, 185.2.2, 185.2.4-ci maddələri ilə təqsirili bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi hökmdən xaric edilmiş, Cinayət Məcəlləsinin 185.2.2 və 185.2.4-cü maddələri 185.1-ci maddəsinə tövsif edilmiş, CM-nin 66.3-cü maddəsi ilə 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Fizuli rayonu Horadiz qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlaklarını gizli olaraq talamaqla təkrarən oğurluq və etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixə keçən gecə tanışı X1 yaşadığı ünvan 3 ünvanında sonuncunun razılığı ilə gecələmək üçün qalarkən gecə saat 04 radələrində Əbdülhüseyn İsmayılovun və sonuncunun nişanlısı Zərərçəkmiş şəxs2 yatmalarından istifadə edərək mənzildən Əbdülhüseyn İsmayılova məxsus 300 manat dəyərində 01 ədəd «Black Berry» markalı, üzərində 100 manat dəyərində ***-***-**-** “Bakcell” nömrə kartı olan mobil telefon cihazını, hər birinin dəyəri 03 manatdan, cəmi 102 manat dəyərində 34 ədəd tatu iynələrini, tatu vurulması üçün 1000 manat dəyərində 01 ədəd tatu döymə cihazını, üzərində «Porket İndicate tatoo pover supply» yazıları olan 500 manat dəyərində 01 ədəd tatu döymə cihazını, üzərində «Porket İndicate tatoo pover supply» yazıları olan 500 manat dəyərində 01 ədəd digər tatu döymə cihazını, 05 manat dəyərində 01 ədəd mobil telefon adapterini, hər birinin dəyəri 10 manat olmaqla cəmi qiyməti 30 manat olan 03 ədəd müxtəlif təyinatlı naqilləri, hər birinin dəyəri 02 manat olmaqla cəmi qiyməti 04 manat olan yeni etil spirti qutularını, hər birinin dəyəri 45 manat olmaqla cəmi qiyməti 180 manat olan və üzərində «X18 UP» yazıları olan yeni boya məhlulu qutuluranı; Zərərçəkmiş şəxs2 məxsus 750 manat dəyərində 01 ədəd «Redmi Note 8» markalı, üzərində 10 manat qiymətində ***-***-**-** “Bakcell” nömrə kartı və 05 manat dəyərində 01 ədəd qabı olan mobil telefon cihazını, 500 manat dəyərində 01 ədəd «Play station 3» markalı oyun cihazını və həmin oyun cihazına aid hər birinin dəyəri 30 manat cəmi qiyməti 60 manat olan 02 ədəd pultları, 25 manat dəyərində «apança formalı 01 ədəd alışqanı, 550 manat dəyərində brilyant qaşla 750 əyyarlı 01 ədəd qızıl üzüyü və 40 manat pulu ələ keçirib zərərçəkmiş X2 2731,60 manat, zərərçəkmiş Zərərçəkmiş şəxs2 isə 1940 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə Zərərçəkmiş şəxs5 telefonunu ələ keçirmək məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində sonuncunu Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən «Malakan bağı» adlanan əraziyə gətirmiş və orada tanış qızı ilə danışıb birgə gəzmək üçün qaytaracağı adı ilə aldadaraq etibarından sui-istifadə edib 05 manat dəyərində ***-***-**-** və 15 manat dəyərində ***-***-**-** mobil nömrələri ilə istifadəsində olan 792 manat dəyərində «Samsung A50» markalı mobil telefonunu ələ keçirərək qızla danışan kimi özünü göstərərək bağın yaxınlıqda olan ümumi istifadəli evin həyətinə girib oradan qaçıb gedərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 812 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 07:00 radələrində Bakı şəhəri, Səbail rayonu «İçərişəhər» qoruğunda yerləşən Sabir küçəsi 23 saylı ünvanda olan «X16» otelinə gəlib otelin açıq vəziyyətdə olan giriş qapısından dəhlizə daxil olaraq orada saxlanılmaqla elektrik çərəyana qoşulmuş, həmin oteldə yaşayan Zərərçəkmiş şəxs1 məxsus 1500 manat dəyərində 01 ədəd «Nakxus» markalı velosipedi gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 1500 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə, saat 03:40 radələrində ünvan 5 ünvanında olan 16 nömrəli evin dəhlizinə gəlib orada pilləkən meydançasında məhəccərə qıfıllanmış halda saxlanılan və həmin evin sakini Zərərçəkmiş şəxs4 məxsus olan 600 manat dəyərində 01 ədəd «Grand» markalı velosipedi qıfılı sındırmaqla gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 600 manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2, 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və cəzasının sonu ilə xx xxx 2020-ci ildə azadlığa çıxmışdır, cəzadan azad olunandan sonra heç bir işlə məşqul olmamış və dost-tanışlarla vaxt keçirirmiş. Təxminən 2020-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi-163 ünvanında tatu döyməsi işi ilə məşğul olan Əbdulhüseyini və onun nişanlısı Ayseli müştəri kimi tanımışdır, həmin ərəfədə ona məlum olmuşdur ki, Əbdülhüseyn və Aysel həmin ünvanı yeni ünvanla dəyişmək istəyirlər, onlar Bakı şəhəri, Yasamal rayonu, M.İbrahimov küçəsində olan mənzilə köçmək istəyirmişlər, bunu Əbdülhüseyn ona demişdir. xx xxxxxx 2020-ci il tarixdə, təxminən saat 21 radələrində o Əbdülhüseynin tatu işləri gördüyü Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi-163 ünvanına gəlmiş və görmüşdür ki, Əbdülhüseyn nişanlısı Aysellə birlikdə əşyalarını yığıb təzə ünvana köçmək üçün çalışırlar, onlara köməyini təklif etmiş və onlar onun köməyindən imtina etməmişlər. O, Əbdülhüseynlə Ayselə əşyaları əlllərində Yasamal rayonu, M.İbrahimov küçəsindəki ünvanına daşımaqda kömək etmiş və işi qurtaranda artıq xx xxxxxx 2020-ci il saat 02 radələri idi. Gec olduğu üçün Əbdülhüseyn və Ayselin razılığı ilə kirayə tutduqları evdə gecələmişdir. Əbdülhüseyn və Aysel yorğun olduqlarından otaqda yatmışlar, onların mənzilləri bir otaqdan və mətbəxdən ibarət imiş, o, onların yuxuya getmələrini gözləmiş və əmin olandan sonra durub Əbdülhüseynin yatdığı çarpayının üzərində qoyduğu işlənmiş bir ədəd «Black Berry» markalı mobil telefon aparatını götürmüş, sonra mətbəx otağına keçib oradan bir ədəd işlənmiş tatu aparatını, işlənmiş vəziyyətdə olan iki ədəd və üzərində «Parket İndicate tattoo pover supply» yazısı olan digər tatu döymə aparatlarını, içərisində 34 ədəd təzə iynələr olan qutunu, 02 ədəd etil spirti qutusunu, üzərlərində «Aqua Marine» «Tattoo UP» sözləri yazılmış 04 ədəd yeni boya məhlullarını, bir ədəd mobil telefon adapterini, tatu aparatlarını işlətmək üçün müxtəlif təyinatlı 03 ədəd işlənmiş naqilləri; Ayselə məxsus işlənmiş vəziyyətdə «Redmi Note 8» markalı mobil telefonu, qara rəngli gövdəsi olan 01 ədəd «Play Station 3» markalı oyun aparatını, həmin oyun aparatının işlənmiş vəziyyətdə 02 ədəd kənardan idarəetmə pultlarını, tapança formalı 01 ədəd alışqanı, mobil telefonun arxasına keçirilmiş silikon materialı qabı və içərisində 40 manat pulu, brilyant qaşlı bir ədəd qızıl üzüyü götürüb evdən götürdüyü göy rəngli selofan torbaya yığıb evdən çıxmış və qapını çöldən açarla bağlamışdır ki, Əbdülhüseyngil dursalar onu tapmaqda geciksinlər. Oğurladığı əşyaları özündə saxlamaqla xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti-40 ünvanında yerləşən mobil telefonların alqı-satqısı dükanına girmişdir. Həmin dükana girənə qədər Əbdülhüseyngildən oğurladığı mobil telefonların mobil nömrələrini çıxarıb sındıraraq zibil qutularına atmış və telefonlarda olan şəkilləri, yazışmaları, nömrələri silmişdir. O həmin dükanı işlədən şəxsi əvvəllər tanımırmış və orada bilmiş ki, adı Vüsalimdir. O «Black Berry» markalı mobil telefonu 50 manata, «Redmi Note 8» mobil telefonu isə 100 manata satıcıya təklif etməklə həmin telefonların özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satmaq istədiyini demiş və satıcını inandırmışdır. Vüsalim ondan şəxsiyyət vəsiqəsinin surətini almış və həmin surətdə telefonların özünə məxsus olmasını və onları satdığını bildirərək öz mobil nömrəsini də həmin kağızda yazmış və iki telefona 150 manat pul alıb dükandan çıxmışdır. Əbdülhüseyngildən oğurladığı telefonlardan başqa digər əşyaları göy rəngli selofan torbada Vüsalimin işlədiyi dükanının yaxınlığında olan, yararsız vəziyyətdə olan binanın giriş hissəsində qoymuşdur, həmin torbanın içərisində 34 ədəd iynələr, bir ədəd etil spirti, bir ədəd «Aqua Marine» sözləri yazılmış məhlul, bir ədəd üzərində hər hansı yazısı olmayan tatu cihazı, bir ədəd üzərində «Parket İndicate tattoo pover supply» yazısı olan cihaz, bir ədəd mobil telefon adapteri və 03 ədəd müxtəlif təyinatlı naqillər var imiş, onları o gələcəkdə müştəri tapıb satmaq üçün orada gizlətmişdir. Həmin oğurladığı əşyalardan qalan «Play Station 3» oyun apparatı, həmin aparatın 02 ədəd pultu, tapança formalı alışqan, telefonun arxasına keçirilmiş silikon materialdan qab, brilyant qaşlı bir ədəd qızıl üzüyü özündə saxlamışdır. Həmin gün saat 18 radələrində 20 yanvar dairəsində təsadüfən tanış olduğu 30 yaşlarında kişiyə 500 manata satmışdır, həmin şəxsə əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğundan satdığını bildirmişdir, qalan əşyaları isə yararsız hesab edib zibil qablarına atmışdır, 40 manat pulu isə özü üçün siqaret və ərzaq almışdır, həmin oğurluqdan əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Hadisədən 2-3 gün sonra Əbdülhüseyn və tanışları ona zəng edərək hadisə barədə soruşmuşlar və oğurladığı əşyaları qaytarmağı tələb etmişlər, o oğurladığı mobil telefonları satdığı Vüsalimi, onun dükanının yanında gizlətdiyi əşyaların yerini onlara bildirmişdir. xx xxxxxx 2020-ci il tarixdə də polis tərəfindən axtarıldığını bilib özü Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə getmişdir və orada izahat vermişdir. Həmçinin göstərmişdir ki, Turqan adlı şəxslə günlük qalması üçün ev tapması ilə əlaqədar tanış olmuş və onunla hərdən bir görüşəndə söhbət edirmişlər. xx xxxxxx 2020-ci il tarixdə Turqan ona zəng edərək ev tapmaqda ona kömək edəcəyini bildirmiş, o razılaşmış və həmin gün onun maklerlik etdiyi yerə, yəni Nərimanov rayonu Əhməd Rəcəbli küçəsindəki binanın qarşısına gəlmişdir. Turqanla bir yerdə olarkən onun yanına onun həmin vaxta qədər tanımadığı, orada adını bildiyi İltimas gəlmişdir, Turqan onu İltimasa tanışı kimi təqdim etmiş və onlar hansısa obyekti icarəyə verməklə əlaqədar danışırmışlar, o da orada imiş, lakin söhbətlərinə müdaxəilə etmirmiş, sonra Turqanla İltimas öz aralarında danışıb şəhərə getmək istədiklərini demişlər, o da onlarla getmək istədiyini demişdir, Turqana demişdir ki, kirayədə qaldığı evdə qalan paltarlarını götürmək üçün gedir, Turqanla İltimas ona bir söz deməmişlər. O orada İltimasın əlində təzə «Samsung A50» markalı mobil telefonu görmüş və fikri həmin telefonu aldadaraq ondan almaq olmuşdur. Axşamüstü Malakan bağının yaxınlığında üçü bir yerdə olanda o İltimasdan telefonu danışmaq adı ilə almış ki, guya qızla danışıb, yaxınlıqdakı məhəllədən onu qarşılayacaq. Yaxınlıqdakı məhəllələrin birində qulağında telefonla danışırmış kimi girib oradan uzaqlaşmışdır. Neftçilər metrostansiyası yaxınlığında telefon alqısatqısı ilə məşğul olan tanıdığı Pərvizlə danışmışdır. Ona «Samsung A 50» markalı mobil telefonunu satmaq istədiyini demiş və birbaşa tanımadığı taksi sürücüsü ilə Neftçilər metrostansiyası yaxınlığına getmişdir. Adını xatırlamadığı mağazada həmin telefonu Pərvizə 200 manata satmışdır. Həmin vaxt Pərvizə bildirmişdir ki, telefon özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satır. Telefonu Pərvizə satanda şəxsiyyət vəsiqəsinin sürətini çıxardıb ona vermiş və həmin kağızın da üstündə Pərvizə satdığı mobil telefonun özünə məxsus olmasını yazmışdır. Bundan əlavə xx xxxxxx 2020-ci ildə səhər saat 07 radələrində Səbail rayon İçərişəhərdən keçib Dənizkənarı Milli Parka gedən zaman Sabir küçəsində “Tvin Castle” adlı otelin qarşısından keçəndə otelin qapısı açıq olduğundan içəridə bir ədəd velosiped görmüşdür. O həmin velosipedi oğurlamaq qərarına gəlmiş və ətrafa baxdıqda heç kimin olmadığını görüb otelin açıq qapısından dəhlizə daxil olaraq orada elektrik cərəyanına qoşulmuş velosipedi əli ilə çölə çıxardıb oradan da sürüb uzaqlaşmışdır. Həmin velosipedi oğurladıqdan sonra oradan sürüb bulvar istiqamətində getmişdir. Oradan oğurladığı velosipedi həmin gün saat 12-yə qədər Bakı şəhərində sürmüş və Nəsimi rayonunda olan Zabitlər bağına tərəf getmişdir. Sonra qarşıdan gələn tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onu satmaq istəyib-istəmədiyini soruşmuş, o da satmaq istədiyini demişdir. Həmin şəxsə demişdir ki, velosiped oğurluqdur, həmin şəxs ona bildirmişdir ki, oğurluq olması problem deyil, neçəyə satırsan, o ona velosipedi 150 manata satacağını demişdir. Lakin həmin şəxs 30 manat verə biləcəyini demiş və bildirmiş ki, sonra problem olacağı təqdirdə ziyana düşməsin.O da razılaşmış və həmin şəxslə birlikdə yaşadığı Nəsimi rayonu A.Qurbanov küçəsində olan evlərinə getmişlər. Adının sonradan Seyfəli olduğunu bildiyi həmin şəxs qardaşı İbadullaya velosipedi göstərmiş, Seyfəli qardaşı İbadullaya həmin velopsipedin oğurluq olduğunu bildirmişdir. Hər iki qardaş birlikdə evə girmiş, daha sonra Seyfəli çölə çıxıb ona 30 manat verib velosipedi ondan alıb aparmışdır, o da oradan çıxıb getmişdir və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə pula ehtiyacı olduğundan hər hansı predmet oğurlamaq üçün xx xxxxxx 2020-ci ildə Bakı şəhəri, Səbail rayonunda yerlər gəzirmiş, oğurlamaq üçün velosiped axtarırmış, xx xxxxxx 2020-ci ildə, saat təxminən 03 radələrində Zərifə Əliyeva küçəsində qapısı açıq vəziyyətdə olan bir bloka daxil olmuşdur. Həmin qapıdan içəri girib baxdıqda ikinci mərtəbəyə qalxan dəmir pilləkənin üstündə dəmir zəncirlə pilləkənə bağlı olan bir velosipedi görüb onu oğurlamaq qərarına gəlmişdir. Ona görə də yerdə olan taxta parçasını götürüb velosipedə bağlanan zənciri salıb burmaqla sındırıb velosipedi götürüb oradan surərək uzaqlaşıb Neftçilər bazarına tərəf getmişdir. Oğurladığı velosiped “Grand” markalı idi. Neftçilər metrostansiasının yaxınlığında olan avtobus dayanacağına gəlmiş, orada tanımadığı bir neçə nəfər şəxsə sürdüyü velosipedi satmaq istədiyini demişdir. Həmin zaman orada adını bilmədiyi, 81 nömrəli avtobusun sürücüsü onun velosipedini almaq istədiyini bildirmişdir. Həmin sürücü onun ona satdığı velosipedin kimin olmasını soruşduqda o ona satdığı velosipedin özünə məxsus olmasını, onu 600 manata əldən almağını bildirmişdir. Həmin sürücü də onun velosipedini 100 manata almaq istədiyini bildirmişdir. Belə olmuş ki, o, oğurladığı velosipedi 100 manata 81 nömrəli avtobus sürücüsünə satmışdır. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxs X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 dəymiş ziyanı aradan qaldırdığını, həmçinin X6 ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, ürək xəstəliyindən əziyyət çəkdiyinə görə həkimlər ona məsləhət bilmişlər ki, fiziki hərəkət etsin, bu məqsədlə velosiped surməyi ona məsləhəit bilmişlər, o da 2019-cu ilin yaz aylıranıda «Binə» ticarət mərkəzinə gedib oradakı dükandan 600 manata «Grand» markalı İtaliya istehsalı olan velosiped almış və həmin velosipedi sürərək fiziki hərəkət edirmiş, sonra isə həmin velosipedi yaşadığı mənzilin pilləkən meydançasında olan pilləkən məhəccərinə qıfılla bağlayırmış, qıfılın açarını da evdə saxlayırmış, həmin velosipedi ondan başqa idarə edən olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə o həmin velosipedi bulvarda sürmüş və saat təxminən 11:30 radələrində velosipedi yaşadığı evin ikinci mərtəbədə olan mənzilinin pilləkən meydançasında qıfılla bağlayıb mənzilinə qalxmışdır, sonra mənzildən çıxmamış və xx xxxxxx 2020-ci il tarixdə səhər saat 08:00-də evdən çıxanda velosipedin yerində olmadığını aşkar etmişdir. O bu barədə Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin sahə inspektoruna zəng edib məlumat vermişdir. Araşdırma zamanı onların yaşadıqları evin qarşısında olan ofisin kamerasına baxış keçirilmiş və məlum olmuşdur ki, bir nəfər onun tanımadığı şəxs gecə saat 03:40 dəqiqədə onların yaşadıqları evdən onun velosipedini çıxarır və həyətdə velosipedə minib sürərək aparır, sonra bilmişdir ki, həmin velosipedi oğurlayan şəxsi polis əməkdaşları müəyyən etmişlər və həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin velosipedin oğurlanması nəticəsində ona 600 manat məbləğində maddi ziyan vurulmuşdur. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, onunla barışdığını, ondan şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə 6 ildir ki, tanışdır və birlikdə yaşayır, özü insan bədəninə tatu vurulması ilə məşğuldur və əvvəllər ünvan 10 ünvanında 2 il tatu salonunu icarəyə götürüb işlətmişdir, lakin son vaxtlar ölkə ərazisində karantin rejimi olduğundan icarəyə götürdüyü obyektin icarə haqqını verə bilməmişdir, ona görə də yeni iş yeri tapmaq üçün soraqlaşaraq xx xxxx 2020-ci il tarixdə ünvan 11 ünvanını kirayələmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs müştəri kimi tanımışdır, lakin karantin rejimi ilə əlaqədar obyekt işləmədiyinə görə ona xidmət edə bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə nişanlısı Aysellə birlikdə özünə məxsus olan əşyalarını B.Səfəroğlu küçəsindən kirayələdikləri yeni mənzilə köçürmək üçün çalışan zaman Kənan onun yanına gələrək öz köməyini ona təklif etmişdir, onun köməyindən imtina etməmiş və onun köməkliyi ilə əşyalarını yeni ünvana aparmışlar, əşyalarını yeni ünvana apardıqları vaxt artıq xx xxxxxx 2020-ci il, saat 02 radələri olmuşdur. Kənan ona və Ayselə gecələmək üçün yeri olmadığını, onların evlərində gecələmək üçün ona icazə vermələrini xahiş etmişdir, onlar da ona etiraz etməmişlər. Kirayə tutduqları həmin mənzil bir otaqdan və bir mətbəxdən ibarətdir, həmin gecə o nişanlısı Aysellə otaqda bir yerdə yatmışlar, Kənanın isə yatıb-yatmadığına fikir verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində yuxudan oyanmış və çarpayının üzərinə qoyduğu özünə məxsus işlənmiş vəziyyətdə dəyəri 300 manat olan «Black Berry» markalı, üzərində 100 manat qiymətində ***-***-**-** mobil nömrəsi olan mobil telefonunun yerində olmadığını görmüşdür, sonra Kənanın yerində olmadığını və evin giriş qapısının bağlı olduğunu görmüşdür, Ayselin həmin vaxt yatdığını görüb onu oyatmışdır, sonra mətbəxdə qoyduğu 1000 manat dəyərində olan işlənmiş tatu döymə aparatının, işlənmiş vəziyyətdə olan hər biri 500 manat dəyərində, üzərində «Parket İndicate tattoo pover supply» yazısı yazılmış digər iki ədəd tatu döymə aparatlarının, hər biri 3 manatdan 34 ədəd yeni tatu iynələrinin, hər birinin dəyəri 2 manat olan 2 ədəd yeni etil spirti qutusunun, hər birinin qiyməti 45 manat olan və üzərində «X18 UP» sözləri yazılmış 04 ədəd yeni boya məhlullarının, 15 manat dəyərində işlənmiş bir ədəd mobil telefon adapterinin, hər birinin dəyəri 10 manat olan 03 ədəd müxtəlif təyinatlı tatu aparatlarının işlədilməsi üçün istifadə edilən işlənmiş naqillərin yerində olmadığını aşkar etmişdir. Ayseldə öz əşyalarını yoxlayarkən özünə məxsus işlənmiş vəziyyətdə, göy rəngli gövdəsi olan və üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi ilə işlətdiyi 750 manat dəyərində «Redmi Note 8» markalı mobil telefonunun, 500 manat dəyərində işlənmiş vəziyyətdə olan qara rəngdə gövdəli «Play Station 3» markalı oyun aparatının, həmin oyun aparatının işlənmiş vəziyyətdə hər biri 30 manatdan iki ədəd məsafədən idarəedicisinin, 25 manat dəyərində tapança formalı bir ədəd yeni alışqanın, mobil telefonun arxasına keçirilmiş 5 manat dəyərində silikon materialdan olan qabın və içərisində 40 manat pulun, brilyant qaşlı, 750 əyyarlı 550 manat dəyərində bir ədəd qızıl üzüyün yerində olmadığını aşkar etmişdir. Sonra o evin giriş qapısına vurulmuş qıfılı sındırmışdır. Sonra o və Aysel başqa nömrədən oğurlanmış mobil telefon nömrələrinə zəng etmiş heç bir nömrəyə cavab verilməmişdir, bundan sonra başa düşmüşlər ki, sadaladığı əşyaları Kənan oğurlamışdır, sonra bu barədə şikayət etmək qərarına gəlmiş və Aysellə birlikdə Yasamal rayo Polis İdarəsinin 26-cı Polis Bölməsinə gedib şikayət etmişlər. Yorğun olduqlarından yatdıqları üçün Kənanın həmin əşyaları necə və hansı şəraitdə götürməsini, evi necə tərk etməsini bilməmişlər və həmin vaxt evdə o, Aysel və Kənandan başqa adam olmamışdır. Kənan evin qapısının açarını evdə olan masanın üzərindən götürərək bağlamaqla onu axtarmaqlarının qarşısını almaq istəmişdir. Sadaladığı əşyalardan başqa evdən hər hansı əşya oğurlanmamışdır və mənzilin giriş qapısının qıfılını dəyişdirməyə 40 manat xərci çıxmışdır. Kənanın oğurladığı əşyalara görə ona 2731 manat maddi ziyan dəymişdir, O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İsmayılov Əbdülhüseynlə 6 ildir ki, tanışdır və onunla birlikdə yaşayır. Əbdülhüseyn insan bədəninə tatu döyməklə məşğuldur və əvvəllər Bakı şəhəri, Nəsimi rayonu B.Səfəroğlu küçəsi 163 ünvanında tatu salonunu icarə ilə işlətmişdir, lakin son vaxtlar ölkə ərazisində elan edilmiş karantin rejimi ilə əlaqədar obyektin kirayə haqqını verə bilmədiyinə görə yeni iş yeri tapmaq üçün soraqlaşaraq xx xxxx 2020-ci il tarixdə ünvan 13 ünvanını kirayələmişlər. xx xxxxxx 2020-ci il tarixdə Əbdülhüseyn özünü Kənan adı ilə təqdim edən şəxslə tanış olmuşdur, o da bu münasibətlə Kənanı tanımışdır, sonradan onun Təqsirləndirilən şəxs olmasını öyrənmişlər. xx xxxxxx 2020-ci il tarixdə o Əbdülhüseynlə birlikdə özlərinə məxsus əşyaları B.Səfəroğlu küçəsindən yeni kirayədikləri mənzilə köçürmək üçün çalışan vaxt Kənan onların yanına gələrək onlara öz köməyini təklif etmişdir və onun köməyindən imtina etməmişlər. Kənan əşyaları yeni ünvana əl ilə köçürməyə kömək etmişdir. Həmin vaxt artıq xx xxxxxx 2020ci il, saat təxminən 02 radələri imiş və Kənan ona və Əbdülhüseynə gecələmək üçün yerinin olmadığını, bir günlük gecələmək üçün ona həmin evdə qalmağa icazə vermələrini xahiş etmişdir, onlar da buna razılıq vermişlər. Kirayədə qaldıqları həmin mənzil bir otaq və mətbəxdən ibarətdir, yorğun olduqları üçün Əbdülhüseynlə o otaqda bir yerdə yatmışlar, Kənanın isə yatıbyatmamasına fikir verməmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Əbdülhüseyn onu yuxudan oyatmış və bildirmiş ki, evin giriş qapısı çöl tərəfdən bağlıdır, Kənan da evdə yoxdur, sonra Əbdülhüseynlə dərhal evi nəzərdən keçirməyə başlamışlar və məlum olmuşdur ki, Kənan Əbdülhüseynə məxsus bir ədəd «Black Berry» markalı mobil telefonu, bir ədəd işlənmiş vəziyyətdə tatu döymə aparatını, iki ədəd işlənmiş vəziyyətdə, üzərində «Parket İndicate tattoo pover supply» yazılmış digər tatu döymə aparatlarını, 34 ədəd yeni tatu iynələrini, iki ədəd yeni etil spirti qutusunu, 04 ədəd üzərində «X20 UP» sözləri yazılmış yeni boya məhlullarını, bir ədəd mobil telefon adapterini, üç ədəd müxtəlif təyinatlı tatu aparatlarının işlədilməsi üçün istifadə edilən işlənmiş naqillər yerində yoxdur. Həmçinin evdəki otaqdan ona məxsus işlənmiş vəziyyətdə göy rəngli gövdəsi olan 750 manat dəyərində «Redmi Note 8» markalı, üzərində 10 manat dəyərində ***-***-**-** mobil nömrəsi olan mobil telefon cihazı, işlənmiş vəziyyətdə bir ədəd 500 manat dəyərində «Play Station 3» markalı oyun aparatı, həmin oyun aparatının işlənmiş vəziyyətdə hər biri 30 manatdan iki ədəd kənardan idarəedicisi, 25 manat dəyərində bir ədəd tapança formalı yeni alışqanı, mobil telefonun arxasına keçirilmiş 5 manat dəyərində silikon materiala qabı və içərisində olan 40 manat pulu, brilyant qaşlı 750 əyyarlı 550 manat dəyərində bir ədəd qızıl üzüyü oğurlandığını aşkar etmişdir, qızıl üzük çantasının içərisində olmuşdur. Bundan sonra Əbdülhüseyn giriş qapısının qıfılını sındıraraq qapını açmış, Əbdulhüseyn və o Kənanın istifadəsində olan mobil nömrəsinə, öz nömrələrinə dəfələrlə zəng etsələr də o heç bir nömrəyə cavab verməmişdir, bununla başa düuşmüşlər ki, evlərində sadaladıqları predmetləri Kənan oğurlamışdır və bu barədə polisə şikayət etmək qərarına gəlmişlər. Sonra da Yasamal rayo Polis İdarəsinin 26-cı Polis Bölməsinə gedib ərizə vermişlər. Yorğun olduqlarından yatdıqları üçün Kənanın həmin əşyaları necə götürməsindən, necə evi tərk etməsindən xəbərləri olmamışdır, həmin vaxt evdə o, Əbdülhüseyn və Kənandan başqa adam olmamışdır. Kənan evdəki masanın üstündə olan açarı götürüb evin giriş qapısını çöldən bağlamış ki, onu axtara bilməsinlər. Evdən Kənan tərəfindən oğurlanmış ona məxsus əşyaların dəyəri 1940 manatdır. Təqsirləndirilən şəxs şikayətçidir, dəymiş ziyan ona ödənilməmişdir. Məhkəmənin xx xxxxx 2021-ci il tarixli iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Cəbrayıl rayonundan məcburi köçkün olaraq ailəsi Zığ qəsəbəsində yaşayır, o isə Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Sabir küçəsi-23 ünvanında yerləşən «Twin Castle» otelində qalırmış və «Wolt» şirkətində kuryer işləyirmiş, iş yerinə yaxın olduğundan həmin ünvana köçmüşdür. Kuryer kimi işləməklə əlaqədar 2020-ci ilin mart ayında Nərimanov rayonu ərazisində yerləşən «Velo-sport» dükanından 1200 manata «NAKXUS» markalı elektriklə işləyən velosiped almışdır. Həmin velosipedi işdən sonra qaldığı «Twin Castle» otelinin həyətinə girişdə darvazadan içəridə olan elektrik enerjisinə qoşaraq saxlayırmış. xx xxxxxx 2020-ci il tarixdə o işdən sonra saat 02:30 radələrində həmin velosipedi qaldığı otelin girişində olan yerə qoyub enerjiyə qoşaraq qaldığı otağa getmişdir, həmin yer otelin həyətidir, hər tərəfdə kameralar var, mühafizəçiləri vardır, ona görə də velosipedi orada açıq vəziyyətdə saxlayırmış, qıfılla bağlamırmış. Otağa gedib yatmış və saat 12:30 radələrində yuxudan oyanıb işə getmək üçün çıxmışdır və velosipedin yerində olmadığını aşkar etmişdir. O otelin mühafizəçisi Caviddən soruşmuş, Cavid görmədiyini bildirmişdir, sonra gecə növbəsində olmuş Şahid7 soruşmuş, o bildirmiş ki, səhər saat 08-də işdən çıxanda velosipedi görməyib, lakin adapter enerjiyə taxılı vəziyyətdə imiş, o gəlib bir də baxanda adapterin də yerində olmadığını görmüşdür, başa düşmüş ki, velosipedini oğurlamışlar, ona görə də DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir, sonra da Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsindən təhqiqatçı və əməliyyatçılar gəlmişlər, bu barədə ərizə və izahat vermişdir, təhqiqatçıda hadisə barədə sənədləşmə aparmışdır. Həmin gün, günorta vaxtlarında ona bir nəfər zəng edib velosipedinin onda olmasını bildirmiş və onlar danışıb Nəsimi rayonu, Zabitlər bağının yaxınlığında görüşmüşlər, həmin oğlanı tanımışdır, o da onun kimi kuryer işləyirmiş, lakin adı yadında qalmamışdır, o başqa şirkətdə kuryer işləyirmiş, həmin oğlan bildirmiş ki, Zabitlər bağında həmin velosipedi bir nəfərdən 30 manata almışdır, o elektriklə işləyən həmin velosipedlə kuryer kimi işlədiyindən həmin oğlan onun velosipedini tanımışdır, şəxsi tanışlıqları olmasa da onu kuryer kimi tanıyırmış, ona görə də onun velosipedi olduğunu bilib başqasına satmaması üçün alıb ki, ona qaytarsın, o velosipedini görüb tanımış və baxmışdır ki, velosipedin açar salınan yerini qırmışlar, yəni açar onda olduğundan velosipedi işə salmaq üçün naqilləri qırıb mühərriki işə salmışdır. O bu barədə işi araşdıran təhqiqatçıya zəng edib məlumat vermiş və təhqiqatçı velosipedə baxış keçirib sonra velosipedini ona qaytarmışdır, hazırda velosipedi özündədir, o velosipedin açarının sındırılmış yerini təmir etdirmiş və 25 manat xərci çıxmışdır, sonradan məlum olmuşdur ki, onun velosipedini oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Oğurlanmış velosipedini o 2020-ci ilin mart ayında təzə vəziyyətdə 1200 manata almışdır. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş iş üzrə Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında «KontaktHome» dükanından «Samsunq A50» markalı mobil telefonu kreditlə alıbmış, telefonu bir il müddətinə ayda 66 manat ödəməklə alıbmış, qiyməti 792 manatdan olmaqla, telefonun kreditinin əvvəlini ödəmiş, lakin son dövrlər pandemiya ilə əlaqədar krediti ödəyə bilməmişdir. Turqan adlı şəxslə 2015-ci ildən tanışdır, X17 küçəsində atasına məxsus ofisdə maklerlik edirmiş, o isə Nərimanov metrostansiyasında olan ofisdə maklerlik edirmiş, münasibətləri yaxşı idi. Son vaxtlar pandemiya ilə əlaqədar əldə pul olmadığından o fəaliyyətini dayandırmış, Turqanın isə işi davam etdirib-etdirmədiyini barədə məlumatı yox idi. 2020-ci ilin avqust ayının 10-da, saat 15:00 radələrində Turqana zəng edib onu ofisə çağırmışdır, belə ki, onlar tez-tez görüşür, satlıq ofislər, mənzillər barədə söhbət edirmişlər, Turqan yorğun olduğunu bildirib gələ bilməyəcəyini demiş və onu yanına getməyi təklif etmişdir, o razılaşmış və Turqanın işlədiyi Əhməd Rəcəbli küçəsində olan ofislərinə getmişdir, Turqanın yanında bir nəfər tanımadığı şəxs var imiş, Turqan onu Kənan adı ilə tanışı kimi təqdim etmiş və onlar təxminən üç saat bir yerdə söhbət etmişlər, sonra Turqanın yanında olan Kənan təklif etmişdir ki, «Torqovıy» adlanan yerə gedib bir az söhbət etsinlər, saat təxminən 18:30 radələrində Kənanın təklifi ilə o, Turqan və Kənan bir yerdə marşrut avtobusu ilə Səbail rayonu Kukla teatrının yanına gəlib «Torqovı»deyilən ərazidə gəzmişlər, orada onun bir nəfər müştərisi var imiş, ona ünvanı göstərmiş və həmin vaxt Kənan onu tələsdirirmiş ki, onun tanış qızını da götürüb bir yerdə gəzsinlər, o da işini qurtarandan sonra «Malakan bağı» deyilən ərazidə Kənan Turqana demiş ki, «sən burda gözlə, mən İltimasla gedib qızı evlərindən götürüm, gəlib bir yerdə gəzək», Turqan razılaşıb onları gözləmiş və Kənan onunla Sahil metrostansiyası tərəfə gedərkən onun mobil telefonunu alıb qıza zəng edib çağırmasını xahiş etmişdir, o da heç bir şübhə olmadan mobil telefonunu ona vermişdir, Kənan hansısa mobil nömrəni onun telefonunda yığaraq danışırmış kimi özünü göstərib ona demiş ki, gözləsin, o həyətə girib qızı çağırıb götürüb gəlsin, o da ona inanmış və yolda gözləmişdir, o orada təxminən 10-15 dəqiqə gözləmiş, lakin Kənan gəlməmişdir. Sonra Turqan onun yanına gəlmişdir, o Turqana hadisəni danışmışm və Turqanla birlikdə onu axtarmışlar, lakin tapa bilməmişlər, Turqan öz mobil nömrəsi ilə onun Kənanda olan mobil nömrəsinə 3-4 dəfə zəng etmiş, əvvəl telefon çağırmışdır, lakin cavab verilməmişdir, sonra isə Kənan nömrəni söndürmüşdür, sonra Turqanla birlikdə Səbail RPİ-nin 39-cu PB-nə getmiş və orada mobil telefonunun Kənan adlı şəxs tərəfindən danışmaq adı ilə alınıb qaçırıldığı haqda ərizə və izahat vermişdir, polis əməkdaşlarının təklifi ilə telefonunun imei kodunu gətirib vermiş və avqust ayının 14, ya 15-də polislər ona zəng etmişlər ki, Kənan saxlanılıb, o 39-cu PB-nə gəlmiş, Turqan və Kənan orada imişlər, orada Kənan etiraf etmiş ki, onun mobil telefonunu aparıb Neftçilərdə bir nəfərə 190 manata satmışdır. Həmin telefonun talanması nəticəsində ona 812 manat maddi ziyan dəymişdir. Həmin vaxt Kənanın əlində mobil telefonu yox imiş. O, həmçinin teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini,lakin ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 6 ildir ki, Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti-40 ünvanında mobil telefon və aksesuarlarının alqı-satqısı dükanında satıcı kimi işləyir. xx xxxxxx 2020-ci il tarixdə, saat 14 radələrində işlədiyi dükanda olarkən əvvəllər tanımadığı, sonradan şəxsiyyət vəsiqəsinə baxdıqda 1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs dükana tək gəlib özünə məxsus olduğunu bildirdiyi bir ədəd «Black Berry» markalı və bir ədəd «Redmi Note 8» markalı, hər ikisi işlənmiş vəziyyətdə olan mobil telefonları ona göstərib satmaq istədiyini bildirmişdir. O həmin telefonları alıb işlək vəziyyətdə olduqlarını görüb qiymətləri barədə Kənandan soruşduqda o «Black Berry» markalı mobil telefonu 50 manata, «Redmi Note 8» markalı mobil telefonu isə 100 manata satmaq istədiyini bildirmişdir. O Kənandan şəxsiyyət vəsiqəsini alaraq hər iki mobil telefonları ondan dediyi qiymətlərlə almış və şəxsiyyət vəsiqəsinin rekvizitlərini özündə saxlamışdır. Həmin gün saat 16 radələrində əvvəllər tanımadığı və heç bir anket məlumatlarını bilmədiyi təxminən 30 yaşlarında bir kişi müştəri dükana gəlib satmaq üçün piştaxtaya qoyduğu həmin «Redmi Note 8» markalı mobil telefona baxıb bəyənmiş və həmin telefonu ondan 110 manata almışdır. Həmin alıcının anket məlumatlarını soruşmamış və dəqiqləşdirməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 17 radələrində ***-***-**-** mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş və zəng edən özünü Ziyad adı ilə təqdim etmişdir. Zəng edən şəxs ona Kənan adlı şəxsin onun dostu Əbdülhüseyn adlı şəxsin evindən «Black Berry» və «Redmi Note 8» markalı mobil telefonları, «Playstation» markalı oyun aparatını, tatu vurulması üçün istifadə edilən cihazları və sair əşyaları oğurladığını bildirərək həmin əşyaların ona satılıb-satılmamasını soruşmuşdur. O isə Ziyad adı ilə özünü təqdim edən şəxsə bildirmiş ki, Kənan adlı şəxs ona yalnız «Black Berry» markalı və «Redmi Note 8» markalı mobil telefonları satmışdır, digər əşyaları ona təklif etməmişdir və onun digər əşyalar barədə məlumatı yoxdur. Həmçinin bildirmiş ki, «Black Berry» markalı mobil telefon ondadır, «Redmi Note 8» markalı mobil telefon aparatını isə tanımadığı şəxsə satmışdır. Bundan sonra Ziyad ona işlədiyi dükanın yaxınlığında yerləşən yaşayış olmayan binanın birinci mərtəbəsində, qapının sağ tərəfində yerə qoyulmuş bir ədəd göy rəngli selofan torbanın içərisində digər əşyaların olduğunu bildirmişdir. xx xxxxxx 2020ci il tarixdə, saat 15 radələrində o Ziyad adlı şəxslə əlaqə saxlayıb həmin yerə gedib baxdıqda bir ədəd göy rəngli selofan torbanın içərisində 02 ədəd tatu aparatının, bir ədəd etil spirti qutusunun, bir ədəd boya qutusunun, bir ədəd mobil telefon adapterinin, üç ədəd elektrik naqilinin, tatu aparatına aid iynələrin olduğunu görmüşdür. O həmin əşyaları da götürüb özündə saxlamış və ona zəng etmiş Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşına bu barədə olduğu kimi məlumat vermişdir. xx xxxxxx 2020-ci il tarixdə 26-cı Polis Bölməsinə gedərək «Black Berry» markalı mobil telefonu və göy rəngli selofan torbada sadaladığı əşyaları polisə təqdim etmişdir. Polis əməkdaşları Əbdülhüseyn adlı şəxsin evindən Kənanın oğurladığı bir ədəd «Play Station» markalı oyun cihazı, onun iki ədəd kənardan idarəetmə pultları, 40 manat pul, bir ədəd qızıl üzük barədə soruşduqda belə əşyaları görmədiyini və Kənan adlı şəxsin ona belə əşyalar təklif etmədiyini bildirmişdir. Kənanın ona satdığı hər iki mobil telefon cihazlarında mobil nömrə kartları olmuş və o həmin nömrə kartlarını çıxarıb Kənanın özünə qaytarmışdır. Kənanın ona satdığı həmin telefonların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahidlər Şahid3 və Şahid10 ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxs X7 göstərdiyi xususatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Qara Qarayev-74 ünvanında kirayədə qalır və yaşadığı ünvanda mobil telefonların alqı-satqısı və təmiri işi ilə məşğul olur. İşlədiyi dükanda tək işləyir və dükana müraciət edən şəxslərin mobil telefonlarının təmiri, satarlarsa onları alıb üstünə əlavə qiymət qoymaqla satışı işini yerinə yetirir. Bunlardan əlavə şirkətlər tərəfindən dükana gətirilmiş təzə mobil telefonları da alqı-satqısını həyata keçirir. Uzun müddət bu fəaliyyətlə məşqul olduğundan daimi müştəriləri çoxdur, bununla yanaşı təsadüfi müştərilər də telefon təmiri, alqı-satqısı ilə əlaqədar ona müraciət edir. Telefon satmaq üçün müraciət edən müştərilərdən şəxsiyyət vəsiqələrini alıb öz xətti ilə oğurluq olmaması barədə qeydlər etdirib mobil telefon nömrələrini yazaraq və nömrənin həmin şəxsə məxsus olmasını yoxlayıb sonra telefonu qəbul edir. İşlədiyi müddətdə oğurluq mobil telefonların ona satılması halları olmuş və onun etdiyi qeydlərlə həmin şəxsləri polislər tapıb müəyyən etmişlər. Oğurluq telefonların alınması ilə bağlı ərazidə xidmət aparan polis əməkdaşları daim dükana gəlib bu barədə ona tapşırıqlar verirlər, ona görə də o həmişə belə işlərdə diqqətli olur. O müştəri toplamaq üçün işlətdiyi dükanın çölündə lövhədə öz mobil nömrəsini yazmış və həmin lövhədəki mobil nömrə ilə onunla əlaqə saxlayıb telefon satmaları halı da olmuşdur. Hər gün səhər saat 08-dən axşam saat 22:00-a qədər işləyir. Hadisənin dəqiq tarixi yadında qalmamışdır, həmin tarixi vətəndaşın ona təqdim etdiyi şəxsiyyət vəsiqəsinin surətində yazmışdır, dəqiq saat yadında qalmayıb, təxminən günortadan sonra imiş, o dükanda olarkən bir nəfər tanımadığı şəxs ona zəng edib satlıq telefonu olmasını, şəxsi ehtiyacı üçün pul lazım olduğundan satmaq istədiyini bildirmişdir, cavabında o bildirmişdir ki, dükandadır, gətirsin telefona baxsın, az sonra həmin şəxs dükana gəlmişdir. Həmin şəxsi birinci dəfə görürmüş və ona qara rəngli, təzə formada «Samsung A50» markalı mobil telefonu təqdim edib pula ehtiyacı olduğundan satdığını bildirmişdir, həmin telefonun özünə məxsus olduğunu demişdir, o telefonu alıb yoxlamış, normal vəziyyətdə telefon idi, mobil nömrəsi üstündə deyilmiş, fotoşəkillər, yazışmalar hissəsi boş imiş, telefonun sənədlərinin evində qaldığını, sonra gətirəcəyini bildirmiş və telefonun satış qiymətini 200 manat demişdir, həmin markada və vəziyyətdə olan telefonların alış qiyməti də 200 manat olduğundan o razılaşmış və telefonu ondan götürərək əvəzində ona 200 manat vermişdir, həmin telefonu satışa qoymuş və təxminən 2-3 gündən sonra tanımadığı şəxsə 250 manata satmışdır. Həmin telefonu satdığı şəxsi tanımır. Bu hadisədən bir neçə gün sonra polis əməkdaşları gəlib həmin aldığı telefonla əlaqədar ondan soruşanda o həmin telefonu satan şəxsin şəxsiyyət vəsiqəsinin onda qalan surətini polislərə təqdim etmiş və sonra bilmiş ki, həmin telefonu ona satan şəxsi polislər tutmuşlar. Həmin şəxsi polislər onun iş yerinə gətirmişlər, o onun işlətdiyi dükanı göstərib telefonu ona satdığını bildirmişdir. Ona həmin telefonu satan şəxsi tanımır, onu birinci dəfə imiş ki, görürmüş və həmin telefonun oğurluq olmasını bilməmişdir, əgər həmin telefonun oğurluq olmasını bilsəydi onu almazdı və bu barədə polisə məlumat verərdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayından «Mətbəxlər.az» şirkətində kuryer işləmişdir, hazırda həmin şirkət bağlandığı üçün işdən çıxmışdır, heç yerdə işləmir. Həmin şirkətdə özünə məxsus «Minsk D4 50» markalı mopedlə işləyirmiş, işdən çıxandan sonra həmin mopedi də satmışdır. Kuryer kimi işləməklə Bakı şəhərində kuryer işini yerinə yetirən şəxslərin çoxusunu adlarını bilməsə də, sifətdən tanıyırmış, həmçinin kuryerlərin idarə etdikləri velosiped və ya mopedləri növünə görə tanıyırmış. Elektrik mühərriki ilə işləyən velosipedlə kuryer işini yerinə yetirən şəxsi də velosipedinə və görünüşünə görə tanıyırmış, lakin adını bilmirmiş. xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yaşadıqları məhlədə olan Zabitlər bağında istirahət edərkən bir nəfər tanımadığı şəxsin elektrik mühərriki ilə işləyən velosipedi idarə etməklə parka gəldiyini görmüşdür, həmin oğlan parkda velosipedi sürərkən velosipedi tanımışdır ki, kuryer oğlanın velosipedidir, lakin sürən başqa adam imiş, dəqiqləşdirmək üçün həmin velosiped sürən oğlana yaxınlaşıb velosipedi sürmək üçün verməsini xahiş etmişdir, həmin oğlan razılaşmış və o velosipedi alıb parkda sürmüşdür, velosipedin açarla işə salınan yeri sındırılıbmış, velosipedi idarə edəndən sonra görünüşünə görə tanımış ki, həmin kuryerin velosipedidir, həmin velosipedi idarə edən şəxs tərəfindən alınıb-alınmamasını öyrənmək üçün ondan velosipedin özünün olubolmamasını soruşmuşdur, o bildirmiş ki, «velosiped oğurluqdur», o dəqiq əmin olmuş ki, həqiqətən həmin velosipedi o oğurlamışdır və velosipedin də həmin adını bilmədiyi kuryer oğlana məxsus olmasını dəqiqləşdirmişdir. Velosipedi başqasına satmasın deyə ondan velosipedi satıb-satmamasını soruşmuşdur, həmin oğlan yenə də bildirmiş ki, velosiped oğurluqdur, o şübhələnməsin deyə demiş ki, oğurluq olması problem deyil, neçəyə satırsan, həmin şəxs velosipedi 150 manata satdığını demişdir, o bildirmiş ki, baha satırsan, ucuz sat ki, sonra problem çıxarsa, ziyana düşməsin. İstəyirmiş ki, velosipedi ondan ucuz qiymətə alsın ki, sonra sahibinə qaytaranda çox ziyana düşməsin, həmin şəxs 70 manata sata biləcəyini dedikdə o bildirmiş ki, pulu yoxdur, həmin şəxs ondan soruşmuş ki, «nə qədər pul verə bilər», o bildirmiş ki, 20 manat verə bilər. Velosipedi sürən oğlan 20 manatın az olduğunu, 30 manat verə bilərsənmi deyə soruşmuşdur, cavabında o üstündə pulu olmadığını demiş və qardaşının baxması üçün evə getmələrini və pulu evdə verəcəyini təklif etmişdir. Razılaşıb yaxınlıqda olan evlərinə getmişlər, qardaşı İbadulla evdə imiş, o qardaşına demiş ki, satlıq velosiped var, 30 manata satır, qardaşı İbadulla da onun kimi kuryer işi ilə məşğul olurmuş, o da Bakı şəhəri ərazisində kuryer işləri görən şəxsləri, onların velosiped və mopedlərini tanıyırmış, qardaşı İbadulla da həmin velosipedin oğurluq olmasını və hətta hansı kuryerə məxsus olmasını tanımış və sonra o evdən 30 manat pul götürüb həmin oğlana verərək velosipedi ondan alıb saxlamışdır, həmin oğlan da pulu alıb getmişdir. Həmin oğlan pulu alıb çıxıb gedəndən sonra o və qardaşı İbadulla kuryer işləyən tanışlarından həmin velosipedin sahibinin kim olmasını və mobil telefon nömrəsini soruşub öyrənmişlər və onun adının Şəhriyar olmasını bilmişlər, mobil nömrəsi indi yadından çıxmışdır, həmin şəxslə danışmışlar və velosipedinin oğurlandığını, bu barədə polisə şikayət etdiyini öyrənib velosipedini Zabitlər bağına gətirmiş bir nəfər tanımadığı şəxsdən 30 manata almasını və velosipedin onda olmasını demişdir. Həmin velosipedin sahibi Şəhriyarla 44 №-li tam orta məktəbin arxasında görüşmüşlər və velosipedi ona göstərmişdir, Şəhriyar velosipedini tanımış və sonra polis əməkdaşlarına məlumat verməklə polis əməkdaşlarına həmin velosipedi təhvil vermişdir, bu barədə tərtib edilmiş protokola imza etmişdir. Sonra həmin velosipedi ona satan şəxsi 39-cu Polis Bölməsində görüb tanımış və bilmiş ki, adı Təqsirləndirilən şəxsdur. Velosipedi görəndə tanımış ki, indi adını bildiyi kuryer işləyən Şəhriyarındır, ona görə onu almışdır ki, sonra sahibinə qaytarar, ona görə də 30 manat verib onu almışdır, alandan sonra danışıb sahibini çağırıb velosipedi təhvil verərək ondan 30 manatımı almışdır. Həmin oğlanı velosipedlə evə gətirməkdə məqsədi vaxt udmaq və velosipedin sahibinin kimliyini öyrənmək olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid8 ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək Şahid5 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2018-ci ilin avqust ayından ünvan 17 ünvanında yerləşən «X16» oteldə qeydiyyatçı işləyir, qeydiyyatçı kimi oteldə Şahid6lə növbəli işləyirlər, o gecə növbəsində, Cavid isə gündüz növbəsində işləyirlər, qeydiyyatçı kimi vəzifəsi otelə qalmaq üçün gələn müştərilərin qeydiyyatını aparmaqdır. Zərərçəkmiş şəxs1 2020-ci ilin iyun ayından tanıyır, həmin vaxtdan Şəhriyar oteldə, 3-cü mərtəbədə olan 301 nömrəli otaqda müvəqqəti qalır. Zərərçəkmiş şəxs1 oteldə qaldığı vaxtdan özünə məxsus elektriklə işləyən velosipedini otelin giriş qapısının çölündə saxlayır və orada olan enerjiyə birləşdirirmiş, onun velosipedi saxladığı yer otelin ərazisinə daxil deyil və həmin ərazi otelin mühafizəçilərinin mühafizə yeri deyil. Şəhriyar həmin velosipedlə kuryer işini yerinə yetirirmiş. 2020-ci ilin avqust ayının 15-nə keçən gecə oteldə növbətçi qeydiyyatçı olmuşdur, həmişəki kimi Şəhriyar saat təxminən 02-03 radələrində otelə gəlmiş və ondan sonra o siqaret çəkib müştəri olmadığından iş otağına yaxınlıqda olan divanda uzanıb yatmışdır, yuxudan oyanana qədər hər hansı naməlum şəxs görməmiş, otelə kimsə müraciət etməmişdir. Otelin qeydiyyatçı oturduğu yerdən Şəhriyarın velosiped saxladığı yer görünmür və səhər Cavid gəlib, o növbəni ona təhvil verib çıxıb evinə getmişdir. Evdə olarkən günorta saatlarında iş yoldaşı Cavid ona zəng edib Şəhriyarın velosipedinin oğurlandığını bildirmiş və işdən çıxarkən Şəhriyarın velosipedinin həmişə saxladığı yerdə görüb-görmədiyini soruşmuşdur, o bildirmiş ki, işdən çıxıb evə gedərkən Şəhriyarın velosipedinin yerində olmadığını görmüşdür, lakin adapterinin cərəyana sancılı halda sallandığını gördüyünü demişdir. Həqiqətən də işdən çıxıb gedərkən Şəhriyarın velosipedinin daim saxladığı yerdə olmadığını görmüş və fikirləşmiş ki, yəqin səhər durub gedəndə velosipedini də götürüb getmişdir, lakin yuxulu olduğundan ola bilsin ki, orada olan güllərin budaqlarını görüb adapterin naqili kimi başa düşərək adapteri toka sancılı olduğunu demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək Şahid7 qeyd etdiyi xususatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, il yarımdır ki, Bakı şəhərində 81 nömrəli sərnişin daşıyan avtobusun sürücüsü işləyir, ürəyində xəstəlik olduğu üçün həkim ona piyada gəzməyi və yaxud da velosiped sürməyi məsləhət görmüşdür. Ona görə də velosiped almaq qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu Neçtçilər metrostansiyasının yaxınlığında olan avtobus dayanacağında idarə etdiyi 81 nömrəli avtobusu saxlayıb sərnişin yığan zaman orada bir nəfər adını bilmədiyi və tanımadığı bir cavan oğlanın sürdüyü velosipedi satmaq istədiyini görmüşdür. O həmin velosipedi almaq üçün qiymətini soruşduqda 150 manat olmasını bildirmişdir. O velosipedin baha olmasını deyib aşağı qiymətə satmasını demişdir, həmin oğlan razılaşmamışdır. O avtobusu idarə edərək dairəni başa vurub gəldikdə həmin oğlanın yenə də orada dayanıb velosipedi satmaq istədiyini görmüşdür, ona yaxınlaşaraq qiymətin aşağı salıb 100 manat almağı barədə razılaşmışdır. Aldığı velosipedin kimə məxsus olması barədə ondan soruşduqda həmin oğlan pula ehtiyacı olmasını bildirib satdığını demişdir. O da onun bu sözünə inanmış və həmin velosipedi almışdır. Üstündə pulu olmadığına görə dayısı oğlu Nazimin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib ondan 100 manat pul borc istəmişdir. Nazim də onunla razılaşmışdır. Ona görə də velosipedi satan oğlana ünvanı deyib oradan 100 manatı almasını demişdir, bunun üçün də velosipedi satan oğlan gedib Nazimdən 100 manat pulu almışdır. Aldığı həmin velosipedin oğurluq olmasını bilməmişdir, əgər bilsəydi onu almazdı. Velosipedi satan oğlanın şəxsiyyətini təsdiq edən sənədini alıb onun kimliyi ilə maraqlanmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/3207 saylı rəyindən görünür ki, 01 ədəd «Nakxus» markalı, «TDR 102Z» modeli elektrikli velosiped - 900 manat, «Grand» markalı «mtbmoutain concept» modeli dəyişən sürətli, tam komplektli velosiped – 250 manat, «Samsung A50» markalı mobil telefon – 350 manat, «***-***-**-**» saylı GSM nömrə – 4 manat, ***-***-**-** saylı GSM nömrə – 4 manatdır, beləliklə ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda istifadədə olmuş velosipedlərin 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1150,0 manat, təqdim edilməmiş 3 adda istifadədə olmuş malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 358 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/3091 saylı rəyindən görünür ki, istifadədə olmuş, qara rəngli, işlək vəziyyətdə, böyük ölçülü «Black Berry» markalı, «BlackBery Passport» model, **********62765/20 İMEİ kodlu 01 ədəd mobil telefon – 250 manat, tatu iynələri 34 ədəd – 13,60 qəpik, 100 ml tutumlu, 70 %-li etil spirtinin 50 %-dən çoxu istifadə edildiyi üçün qiymətsizdir, üzərində «Aqua Marine» «Tattoo UP» sözləri yazılmış 150 ml tutulmlu məhlulun 50 %-dən çoxu istifadə edildiyi üçün qiymətsizdir, istifadədə olmuş, üzərində hər hansı bir yazı olmayan tatu vurulması üçün istifadə olunan 01 ədəd cihaz – 80 manat, istifadədə olmuş, qara rəngli, üzərində «Porket İndicate tattoo pover supply» yazıları olan 01 ədəd cihaz – 15 manat, istifadədə olmuş, Çin istehsalı, işlək vəziyyətdə olan 01 ədəd mobil telefon adaptoru – 5 manat, istifadədə olmuş müxtəlif təyinatlı 03 ədəd naqillər – 15 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda istifadədə olmuş və istifadəyə yararlı malların 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 378,60 manat müəyyən edilir. Digər iki adda malların 50 %-dən çox hissəsi istifadə edildiyi üçün qiymətsiz müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 məxsus «Grand» markalı velosipedi oğurladığı ünvanın qarşısında olan şirkətin girişində quraşdırılmış kameradan əks etdirdiyi görüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, vidogörüntüdə ünvan 18 ünvanında olan həyətə giriş qapısının qarşısını göstərir, qapı iki laylıdır və sağ tayı bağlıdır, sol tay isə açıq vəziyyətdədir, qapı qarşısında və ətrafda hər hansı şəxs görüntülənmir. Diskdə görüntülər 03:41:09-da başlayır. Ekranda göstərilən vaxtla 03:41:27-də həyətə giriş qapısının sağ tərəfindən bir nəfər qara gödəkçə və tünd rənglii şalvar geyinmiş şəxsin həmin qapının qarşısına gəlməsi və qapının qarşısından ləng hərəkətlərlə içəri girməsi görüntülənir, bundan sonra həmin qıpı qarşısında, küçədə heç kim görüntülənmir və qapıdan içəri heç kim girmir. Görüntülərin 03:44:24 dəqiqəsində həmin 03:41:27 dəqiqədə qapıdan içəri girmiş şəxsin həmin girdiyi qapıdan bir ədəd velosipedi əli ilə itələyərək küçəyə çıxarması və küçənin ortasında həmin velosipedə minib sürərək sağa tərəf getməsi və sonra da gözdən itmişdir. xx xxxxxxx 2020-ci il tarixli qərarla 01 ədəd «Black Bery» markalı mobil telefon cihazı, 34 ədəd tatu iynələri, 50 % işlənmiş 70%-li etil spirti qabı, üzərində «Aqua Marine» «Tattoo UP» sözləri yazılmış 150ml tutumlu 50 faizi işlənmiş məhlul, 01 ədəd istifadədə olmuş, üzərində hər hansı yazısı olmayan tatu vurulması üçün istifadə edilən cihaz, istifadədə olmuş qara rəngli, üzərində «Porket İndicate tattoo pover supply» yazıları olan cihaz, istifadədə olmuş Çin istehsallı, işlək vəziyyətdə olan mobil telefon adaptoru, istifadədə olmuş müxtəlif təyinatlı 03 ədəd naqillər, 01 ədəd «Nakxus» markalı velosiped, elektriklə işləyən 01 ədəd «Grand» markalı velosiped və hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut hesab edilmişdir. 01 ədəd «Black Bery» markalı mobil telefon cihazı, 34 ədəd tatu iynələri, 50 % işlənmiş 70%-li etil spirti qabı, üzərində «Aqua Marine» «Tattoo UP» sözləri yazılmış 150ml tutumlu 50 faizi işlənmiş məhlul, 01 ədəd istifadədə olmuş, üzərində hər hansı yazısı olmayan tatu vurulması üçün istifadə edilən cihaz, istifadədə olmuş qara rəngli, üzərində «Porket İndicate tattoo pover supply» yazıları olan cihaz, istifadədə olmuş Çin istehsallı, işlək vəziyyətdə olan mobil telefon adaptoru, istifadədə olmuş müxtəlif təyinatlı 03 ədəd naqillər zərərçəkmiş şəxs X4, 01 ədəd «Nakxus» markalı velosiped Zərərçəkmiş şəxs1 və 01 ədəd «Grand» markalı velosiped Zərərçəkmiş şəxs4 qaytarlmışdır. xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 178.1 və 177.2.2-ci maddələrinə tövsif edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 və 177.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(009)-422/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, onun barəsində Azərbaycan Respublikası CM-nin 178.1 və 177.2.2-ci maddələri istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(009)-529/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə tövsif edilmiş və ona yeni məzmunda ittiham elan edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Rüstəmov X11 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2, 185.2.2, 185.2.4 maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi hökmdən xaric edilmiş, CM-nin 185.2.2, 185.2.4 maddəsi 185.1 maddəsinə tövsif edilmiş, CM-nin 66.3-cü maddəsi ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. İşə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(001)-197/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2, 185.2.2 və 185.2.4-cü maddələri ilə təqsirli bilinib, CM 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanaraq 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 7(002)- 2012/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 1(001)-197/2016 saylı hökmündən CM-nin 178.2.2-ci maddəsi xaric edilmiş və həmin maddə üzrə məhkumluğu olmayan hesab edilmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 185.2.2 və 185.2.4-cü maddələrindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilmiş, ona CM-nin 185.2.2 və 185.2.4-cü maddələri təyin edilmiş 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) ilə endirilmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(001)-197/2016 saylı hökmü ilə CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) il 06 (altı) aya endirilmişdir. Zərərçəkmiş şəxs X2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilib, ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilib, ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilib, onunla barışmış, ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməmiş, lakin ona qarşı şikayəti yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslər X2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 dəymiş ziyanı aradan qaldırdığını, Zərərçəkmiş şəxs5 ona qarşı şikayətinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Rüstəmov X11 Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 178.2.2, 185.2.2, 185.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonradan Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 maddəsi hökmdən xaric edilmiş, CM-nin 185.2.2, 185.2.4 maddəsi 185.1 maddəsinə tövsif edilmiş, CM-nin 66.3-cü maddəsi ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx xxx 2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, lakin iki il keçmədən, yəni xx xxxxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə 01 ədəd «Black Bery» markalı mobil telefon cihazı, 34 ədəd tatu iynələri, 50 % işlənmiş 70%-li etil spirti qabı, üzərində «Aqua Marine» «Tattoo UP» sözləri yazılmış 150ml tutumlu 50 faizi işlənmiş məhlul, 01 ədəd istifadədə olmuş, üzərində hər hansı yazısı olmayan tatu vurulması üçün istifadə edilən cihaz, istifadədə olmuş qara rəngli, üzərində «Porket İndicate tattoo pover supply» yazıları olan cihaz, istifadədə olmuş Çin istehsallı, işlək vəziyyətdə olan mobil telefon adaptoru, istifadədə olmuş müxtəlif təyinatlı 03 ədəd naqillər zərərçəkmiş şəxs X4, «Nakxus» markalı elektriklə işləyən velosipedin Zərərçəkmiş şəxs1, «Grand» markalı velosipedin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs «Grand» markalı velosipedin oğurlanmasını özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 178.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd «Black Bery» markalı mobil telefon cihazı, 34 ədəd tatu iynələri, 50 % işlənmiş 70%-li etil spirti qabı, üzərində «Aqua Marine» «Tattoo UP» sözləri yazılmış 150ml tutumlu 50 faizi işlənmiş məhlul, 01 ədəd istifadədə olmuş, üzərində hər hansı yazısı olmayan tatu vurulması üçün istifadə edilən cihaz, istifadədə olmuş qara rəngli, üzərində «Porket İndicate tattoo pover supply» yazıları olan cihaz, istifadədə olmuş Çin istehsallı, işlək vəziyyətdə olan mobil telefon adaptoru, istifadədə olmuş müxtəlif təyinatlı 03 ədəd naqillər zərərçəkmiş şəxs X4, «Nakxus» markalı elektriklə işləyən velosipedin Zərərçəkmiş şəxs1, «Grand» markalı velosipedin Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs «Grand» markalı velosipedin oğurlanmasını özündə əks etdirən iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizalarının xərci – 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X9, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən ibtidai istintaq zamanı təqsirləndirilən şəxs X8 hüquqlarının müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 420 (dörd yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-39/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-39/2021
19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver