Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-39/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1989-cu ildə Cəlilabad şəhərində anadan olmuş, ali hərbi təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.1, 178.1, 204.1, 310, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə birbaşa yolla maddi nemətin rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, satış məqsədi ilə saxta pul əldə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə, istintaqla müəyyən edilməyən şəraitdə hazırlanmış FG 75020988 H seriya və nömrəli 100 (bir yüz) ABŞ dolları məbləğində saxta pulu 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə edərək üzərində saxlamış, bundan sonra 2021-ci ilin oktyabr ayında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı Şahid4 vasitəsi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçməklə Bakı şəhərində yerləşən N saylı hərbi hissəyə xidmət yerinin dəyişdirilməsində köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən X6 ***-***-**-** saylı mobil nömrəsini əldə etdikdən sonra həmin məsələ ilə əlaqədar 12.10.2021-ci il tarixdə istifadəsində olan +793-1993-60-65 mobil nömrədən “WhatsApp” internet proqram təminatının zəng sistemi vasitəsilə X12 ilə əlaqə saxlayıb özünü vəzifəli şəxs, yəni Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Şəxsi heyətlə iş üzrə Baş idarəsinin əməkdaşı kimi təqdim edib tanışları olan həmin nazirliyin səlahiyyətli rəhbər vəzifəli şəxsinin və özünün müddətdən artıq xidmət keçən hərbi qulluqçuların xidmət yerini dəyişmək səlahiyyətinin olmasını yalandan İsmiran Ajidiyə bildirərək, həmin məsələnin müsbət həlli üçün vəzifəli şəxs qismində özünə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İsmiran Ajidinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini, yəni xidmət yerinin Bakı şəhərinə dəyişdiriləcəyini aldatmaqla bildirərək, İsmiran Ajidinin həmin işin 4.500 manat müqabilində görülməsinə görə razılığını almaqla onunla sövdələşib, həmin niyyətlə, 1 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsində, istifadəsində olan “Xəzər” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobildə X3 2.000 (iki min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əhali arasında nüfuzdan salınması və vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar İsmiran Ajidinin xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə sonuncunu təhrik etmiş, razılaşdırılmış pul vəsaitindən qalan 2.500 manat pul vəsaitini 5 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaxınlığında istifadəsində olan həmin avtomobildə X3 almasından sonra həmin pul vəsaiti üzərində istədiyi kimi sərəncam vermək imkanı əldə etmədən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığından, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə X9 məxsus cəmi 4.500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 5 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaxınlığında istifadəsində olan həmin avtomobildə saxlanılıb Baş idarənin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib Binəqədi rayon məhkəməsinin 1 noyabr 2021-ci il tarixli, 5(001 )-1573/2021 nömrəli qərarına əsasən üzərinə keçirilən baxış zamanı FG 75020988 H seriya və nömrəli 100 (bir yüz) ABŞ dolları məbləğində saxta pul əynində olan şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,178.1, 178.1, 204.1, 310 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, saxta pulla bağlı özünü təqsirli bilmir, 100 dolların saxta olduğu barədə məlumatı olmamışdır. Həmin 100 dolları yararsız halda küçədə tapmış və istifadə etdiyi avtomobilin sürücü hissəsində olan günlükdə olmuşdur, İdarəyə dəvət edilərkən hərbi biletini, şəxsiyyət vəsiqəsini, həmçinin həmin 100 dolları da şalvarının sağ yan cibinə, yəni özünə məxsus olan digər 200 manatlıq əskinasların yanına qoymuşdur. 2020-ci ildə avtomobillə Gəncə şəhərindən Bakı şəhərinə gələrkən yolda Aygün adlı şəxsi götürmüş, onunla yolda danışarkən özünü ehtiyatda olan zabit kimi təqdim etmişdir. Bundan əlavə öz mobil telefon nömrəsini Aygünə vermiş, onun telefon nömrəsini götürmüşdür. Təxminən 2021-ci ilin oktyabr ayının əvvəlləri olardı ki, Aygün ona zəng edərək bildirmişdir ki, yolda tanış olduğu bir hərbiçi oğlan var, Bakı şəhərinə xidmətə düzəlmək istəyir. Pula ehtiyacı olduğundan bu məsələni həll edəcəyini bildirmişdir. Həmin vaxt Aygünün telefonu ilə adını sonradan bildiyi İsmiranla danışmış, İsmiran ona Kəlbəcər rayonunda xidmət etdiyini, lakin əziyyət çəkdiyinə görə xidmət yerini Bakı şəhərinə dəyişmək istədiyini bildirmişdir. O, İsmirana xidmət yerini Bakı şəhərinə dəyişə biləcəyini bildirmişdir. İsmiran ona öz mobil nömrəsini vermiş, daha sonra İsmirana zəng edərək bu işi 5000 manata həll edə biləcəyini demişdi. İsmiran sonradan zəng edərək imkanının zəif olduğunu, sadəcə 4500 manat düzəldə bildiyini demiş və 2000 manatını düzəltdiyini, görüşüb verə biləcəyini bildirmişdir. 01 noyabr 2021-ci il tarixdə İsmiran ona 2000 manat pul vermişdir. 05 noyabr 2021-ci il tarixdə İsmiran ona zəng edərək 2500 manatı harada verə biləcəyini soruşmuş, X11 metrostansiyasının yaxınlığında görüşə biləcəyini demişdir. 05 noyabr 2021-ci il tarixdə Nazirlər Kabinetinin binasının qarşısındakı yolda avtomobildə İsmiran ona 2500 manat pulu vermişdir. O da İsmirandan həmin pulu alıb cibinə qoymuşdur. Həmin vaxtı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib, onu Baş İdarəyə dəvət etmişlər. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirmişdir ki, hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışır. Bakı şəhərinə getmək üçün xidmət keçdiyi Kəlbəcər rayonundan Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərində Bakı şəhərinə taksi ilə gələrkən həmin avtomobildə sərnişin qismində gedən bir qadın onun xidməti geyim formasında olduğunu görüb ondan harada xidmət göstərdiyini soruşmuş, o da xidmət keçmə yeri barədə danışmışdır. Söhbət zamanı xidmət yerini Bakıya dəyişmək istədiyini demiş, özünü Aygün kimi təqdim edən həmin qadın Azərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək əlaqələri olduğunu, hissələrdən birinə həmin tanışlardan biri vasitəsi ilə yerdəyişmə edə biləcəyini demişdir. Aygün öz mobil telefon nömrəsindən Nicat adlı şəxsə zəng etmiş və telefonda onun xidmət keçdiyi yeri Bakı şəhərindəki hərbi hissələrdən birinə yerdəyişmə etdirib-etdirə bilməyəcəyini soruşmuş, Nicatın cavabından sonra Aygün öz mobil telefonunu ona vermiş və Aygünün mobil telefonu ilə Nicatla danışmış, Nicata öz mobil nömrəsini vermişdir. 09 oktyabr 2021-ci il tarixdə “whatsapp” messenger proqramı vasitəsi ilə Nicat ona yazaraq 5000 manat pulu nə vaxt gətirə biləcəyini soruşmuşdur. Nicata pulu toplaya bilmədiyini demişdir. 25 oktyabr 2021-ci il tarixdən 07 noyabr 2021-ci il tarixədək hərbi hissədən məzuniyyətə çıxmış və Bakı şəhərinə gəlmişdir. 01 noyabr 2021 -ci il tarixədək 2000 manat pul vəsaiti toplamış, həmin ərəfələrdə ilkin olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etmiş, müraciəti Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. O, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edilmiş, orada Nicat adlı şəxsin ondan Kəlbəcər rayonundan Bakı şəhərində yerləşən hərbi hissəyə yerdəyişmə etmək üçün 5000 manat pul istədiyini, onun tələbi üzrə ilkin olaraq 2000 manat pul topladığını bildirmişdir. Bundan sonra Nicata zəng edərək onu görüşə çağırmışdır. Telefon danışığı zamanı Nicata 5000 manat deyil, ona yalnız 4500 manat pul verə biləcəyini söyləmişdir. Nicatla 20 yanvar dairəsi adlanan ərazidə Nicata məxsus avtomobildə görüşmüşlər. Maşında 2000 manat pulu Nicata vermiş, Nicat da pulu sayaraq götürmüşdür. Qalan 2500 manat pulu daha sonra verəcəyini demişdir. 05 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin binasının qarşısında Nicatın avtomobilində 2500 manat pul vəsaitini sayaraq vermişdir. Nicat da həmin pulu götürüb getmək istəyərkən Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gəlib Nicatı saxlamışlar. Hazırda Nicata qarşı heç bir şikayət və tələbi yoxdur. Nicata verdiyi pulu ona tam qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2017-ci ildən *7555 taksi şirkətini təsis etmiş, əlavə olaraq 2 ədəd Xəzər markalı avtomobilini də icarəyə verir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin iyun ayından tanıyır. Təqsirləndirilən şəxs tanışlarından onun icarəyə avtomobil verdiyini eşidib oa müraciət etmiş, əvvəllər hərbiçi olduğunu, aprel döyüşlərinin iştirakçısı olduğunu bildirirərək ona avtomobil icarəyə verməyini xahiş etmişdir. O, da Təqsirləndirilən şəxs hərbiçi olmasını bildikdə özünə məxsus, "xxxx" MMC-dən lizinqə aldığı **-PH-*** dövlət qeydiyyat nişanlı, “Xəzər” markalı avtomobilini şifahi razılaşma əsasında, aylıq ödəmək şərti ilə 36 ay müddətinə Təqsirləndirilən şəxs icarəyə vermişdir. Təqsirləndirilən şəxs hər ay pulu vaxtlı vaxtında verdiyinə görə onunla hər hansı çətinlik yaşamamışdır. Təqsirləndirilən şəxs daha sonra həbs olunduğunu eşidmiş, lakin hansı səbəbdən həbs olunması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Təqsirləndirilən şəxs müxtəlif hərbi hissələrdə zabit kimi xidmət etmiş, 2017-ci ildə isə ordu sıralarından tərxis olunmuşdur. Təqsirləndirilən şəxs hər hansı cinayət əməli törətməsindən onun, həmçinin ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Nicat həbs olunduqdan sonra onların məlumatı olmuşdur ki, Nicat hansısa cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs işsiz olduğundan onun hər hansı pis əməllərə qurşanmaması üçün pulunun olmadığı vaxtlarda ona müraciət etməsini bildirmişdir. Bu səbəbdən Nicatın pulu olmayanda onun istifadəsində olan Kapital Bank kartına müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. Nicatda heç vaxt saxta pul, ümumiyyətlə dollar olduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və İsmiran Ajidiyi cəmi bir dəfə görmüşdi. Bir neçə ay bundan əvvəl Gəncə şəhərindən Yevlax şəhərinə getmək üçün taksi gözləyərkən bir avtomobilin sürücüsü ona Bakı şəhərinə getdiyini pul müqabilində onu Yevlax şəhərinə apara biləcəyini bildirmişdir. O, razılaşaraq avtomobilə əyləşmiş, yolda sürücü adının Nicat olduğunu, Müdafiə Nazirliyinin ehtiyatda olan zabiti olduğunu bildirmişdir. Nicata mobil telefonunu vermiş, lakin daha sonra Təqsirləndirilən şəxsla görüşməmişdi. 2021-ci ilin oktyabr ayının əvvəllərində Gəncə şəhərindən Yevlax şəhərinə taksi ilə gələrkən həmin taksidə hərbi formada olan sərnişinlə tanış olmuş, həmin hərbiçi özünü İsmiran kimi təqdim etmişdir. X21 rayonunda xidmət apardığını, hal-hazırda məzuniyyətə çıxdığını, lakin yaşayış yeri Bakı şəhərində olduğuna görə Kəlbəcər rayonunda çox çətinliklər çəkdiyini, yerinin Bakı şəhərinə dəyişmək istədiyini bildirmişdir. Həmin vaxtı ağlına tanışı Təqsirləndirilən şəxs gəlmiş, İsmirana bildirmişdir ki, Nicat adlı tanışı var, istəyirsə onunla danışsın. İsmiran xahiş etmişdir ki, ona bu barədə köməklik etsin. Həmin vaxtı Təqsirləndirilən şəxs whatsapp proqramı vasitəsi ilə zəng edib İsmiran barədə Nicata məlumat verərək xidmət yerini Bakı şəhərinə dəyişmək istəyini bildirmişdir. Nicat kömək edə biləcəyini bildirdiyindən telefonla onları danışdırmış, lakin həmin vaxtı onların konkret olaraq nə danışdıqlarını bilməmişdir. Daha sonra Yevlax şəhərində avtomobildən düşmüş, ondan sonra nə Təqsirləndirilən şəxsla, nə də İsmiranla danışmamış və görüşməmişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli cinayət işin başlanması barədə qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmışdır. İş materiallarında olan 5 noyabr 2021-ci il tarixli “Pul vəsaitinin və xüsusi texnikanın təqdim edilməsi haqqında” protokoldan görünür ki, X9 əməliyyat- axtarış tədbirinin həyata keçirilməsi məqsədilə sonuncuya məxsus 20 (iyirmi) ədəd 100 (yüz) manatlıq və 10 (on) ədəd 50 (əlli) manatlıq əskinaslardan ibarət, ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti təqdim edildi. İsmiran Ajidiyə təqdim edilən 20 (iyirmi) ədəd 100 (yüz) manat və 10 (on) ədəd 50 (əlli) manat dəyərində əskinasların seriya və nömrəsi: C53943742, A78126677, C65069098, B04075824, C76431095, C57578502, A16655348, C43513493, A52475058, C59243342, C17859128, A25105861, A83368248, A82181724, A81570775, B10233975, A94912907, C46770548, A30102511, C43517853, A70665369, B02250995, A70309557, A71697344, B15548007, B22694803, B34379043, A74741187, B03155700, B********. Qeyd olunan pul əskinaslarının kserosurətləri çıxarılaraq protokola əlavə edildi. Seriya və nömrələri C53943742, A78126677, C65069098, B04075824, A16655348 və C43513493 olan əskinasların üzərinə xüsusi yazı vasitəsilə “Nəzarət 2021” sözləri yazıldı. Tələb olunan pulun özünü Müdafiə Nazirliyinin vəzifəli şəxsi kimi təqdim edən Təqsirləndirilən şəxs verilməsi zamanı danışıqların audio və video yazısının aparılması məqsədilə İsmiran Ajidiyə xüsusi kamera ilə təchiz olunmuş eynək təqdim olunmuş və qeyd edilən xüsusi texniki vasitədən istifadə qaydaları izah olunmuşdur. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli “Baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 108 nömrəli dindirmə otağıdır. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli, 5(001 )-1573/2021 saylı qərarı təqdim edildi. Sonuncu qərarla tanış olduqdan sonra bildirmişdir ki, uzaqdan tanıdığı Aygün adlı xanım ona Şahid1 telefon nömrəsini verərək həmin şəxsə xidmət etdiyi hərbi hissəsini daha əlverişli hərbi hissəyə dəyişdirməkdə köməklik etməsini xahiş etmiş, İsmiranla “vatsap” proqramının vasitəsi ilə əlaqə saxlamış və məsələnin həll olunması müqabilində 5000 manat istəmiş, sonda isə 4500 manata razılaşmışlar. İlkin olaraq Şahid1 2000 manatı, bir müddət sonra, yəni 05.11.2021-ci il tarixdə 2500 manat vəsaiti alarkən Baş İdarənin əməkdaşları tərəfindən saxlanılmışdır. Müdafiə Nazirliyinin məsul şəxsləri ilə heç bir əlaqəsi olmamış, niyyəti Şahid1 aldadaraq pulunu ələ keçirmək olmuşdur. Bundan sonra Abasov X15 Ajdidən 05.11.2021-ci il tarixdə aldığı 2500 manat vəsaiti könüllü şəkildə təqdim etdi. Sonuncunun təqdim etdiyi 20 (iyirmi) ədəd 100 (yüz) manat və 10 (on) ədəd 50 (əlli) manat dəyərində əskinasların seriya və nömrəsi aşağıdakı kimidir: C53943742, A78126677, C65069098, B04075824, C76431095, C57578502, A16655348, C43513493, A52475058, C59243342, C17859128, A25105861, A83368248, A82181724, A81570775, B10233975, A94912907, C46770548, A30102511, C43517853, A70665369, B02250995, A70309557, A71697344, B15548007, B22694803, B34379043, A74741187, B03155700, B09352436 Xüsusi işıqlandırma vasitəsi ilə həmin pullara baxış keçirən zaman seriya və nömrələri C53943742, A78126677, C65069098, B04075824, C57578502, A16655348 və C43513493 olan əskinasların üzərinə xüsusi yazı vasitəsilə “Nəzarət 2021” sözləri yazıldığı aşkar edildi. Həmçinin Təqsirləndirilən şəxs üzərində 2 (iki) ədəd 100 manat ( A66218653, A********), 1 ədəd 100 (yüz) dollar (FG 75020988H) dəyərində əskinazları, 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kartı, 2 ədəd “Nokia” və “Samsung” markalı telefonu, adına olan 003947 nömrəli hərbi bileti, müxtəlif pul köçürülmələrinə dair 9 ədəd qəbzi təqdim etdi. Təqsirləndirilən şəxs baxış zamanı təqdim etdiyi pul vəsaitləri və əşyalar müvafiq qaydada qablaşdırılaraq protokola əlavə edilməklə götürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs baxış zamanı üzərində aşkar edilmiş 01.11.2021-ci il tarixli 122623 nömrəli, 01.11.2021-ci il tarixli 27344 nömrəli qəbzdən görünür ki, Mahir Y.Y adlı şəxsin "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 300 manat, 01.11.2021-ci il tarixli 19916 nömrəli qəbzdən görünür ki, X4 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 1105 manat, 01.11.2021-ci il tarixli 10388 nömrəli qəbzdən görünür ki, X7 “Unibank” A8C-yə aid, son səkkiz rəqəmi 10501991 nömrəli olan Albalı Debet kartına 50 manat, 01.11.2021-ci il tarixli 24248 nömrəli qəbzdən görünür ki, X2 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 20 manat və 01.11.2021-ci il tarixli 27344 nömrəli qəbzdən görünür ki, X10 "xxxx" ASC-də olan ******************** nömrəli hesabına 300 manat pul vəsaiti göndərilmişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1 və 32.4, 312.1-ci maddələrindən həmin Məcəllənin 178.1, 310 və 32.4,312.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 05 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-in 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli, 4(001)-1176/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin Təqsirləndirilən şəxs tutulduğu andan, yəni 5 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli “mobil telefonuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və könüllü təqdim etdiyi “SAMSUNG J2” markalı mobil telefonuna baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefonun ön hissəsi qara rəngli olub smartfon tiplidir və ön hissəsində düymə yoxdur. Arxa hissəsi qara rənglidir və bir ədəd kamera gözlüyü mövcuddur, orta hissəsində “SAMSUNG” sözü həkk edilmişdir. Telefonu açdıqda hər hansı şifrə olmadığından telefona daxil olmaq mümkün oldu. Həmin telefonda Rusiya Federasiyasına aid +793-1993-60-65 mobil nömrəsi vardır. Telefonun “şəxslər” olan qovluğuna daxil olduqda X8 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin “Tecili İw” adı ilə, Şahid4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin isə “Xanim” adı ilə qeyd olunduğu görünür. Telefonun “zənglər” olan qovluğuna daxil olduqda “Tecili İw” adı ilə qeyd olunan İsmiran Ajidiyə məxsus ***-***-**-** mobil nömrəsinə 12 oktyabr 2021-ci il tarixdə saat 20:46 və 21:19 dəqiqələrində 2 dəfə cavabsız zəng getdiyi müəyyən olundu. Telefonda olan “Whatsapp” proqramına daxil olduqda mesajlar hissəsində iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumatın olmadığı görünür. Həmin proqramın zənglər olan hissəsinə daxil olduqda 12 oktyabr 2021-ci il tarixdə, saat 21:55-də Şahid4 istifadəsində olan 055-218-44- 55 mobil nömrəsindən zəng gəldiyi görünür. Bundan başqa X8 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında “Whatsapp” proqramı vasitəsi ilə 13.10.2021-ci il tarixdə, saat 08:11-də, həmin tarixdə saat 15:20-də, 14.10.2021-ci il tarixdə saat 20:50-də, 16.10.2021-ci il tarixdə saat 16:00-da, 27.10.2021-ci il tarixdə saat 12:30-da, həmin tarixdə saat 17:49-da, həmin tarixdə saat 22:09-da, 28.10.2021-ci il tarixdə saat 10:59-da, 29.10.2021-ci il tarixdə saat 16:57-də, 31.10.2021-ci il tarixdə saat 21:54-də, 02.11.2021-ci il tarixdə saat 14:25-də, həmin tarixdə saat 16:42-də, 03.11.2021- ci il tarixdə saat 21:36-da, 05.11.2021-ci il tarixdə saat 10:53-də zənglər olduğu görünür. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli “mobil telefonuna baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan və könüllü təqdim etdiyi “kgtel” markalı mobil telefonuna baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, telefonun ön hissəsi qara rəngli olub sadə funksiyalı telefondur və ön hissəsi düyməli olmaqla ekranın aşağı hissəsinə “kgtel” sözləri həkk edilmişdir. Arxa hissəsi qara rənglidir və bir ədəd kamera gözlüyü mövcuddur. Telefonun iki nömrəli funksiyası vardır. Telefonu açdıqda hər hansı şifrə olmadığından telefona daxil olmaq mümkün oldu. Həmin telefonun Simi yerləşdiricisində 070- ***-**-** mobil nömrəsi, Sim2 yerləşdiricisində isə ***-***-**-** mobil nömrələri yerləşdirilmişdir. Telefonun Simi yerləşdiricisindən “zənglər” olan qovluğuna daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X9 məxsus ***-***-**-** mobil nömrəsi arasında 01 noyabr 2021-ci il tarixdə saat 16:18, 04.11.2021-ci il tarixdə saat 15:38-də, 05.11.2021-ci il tarixdə saat 11:26-da əlaqə olduğu müəyyən olundu. Telefonun Sim2 yerləşdiricisindən “zənglər” olan qovluğuna daxil olduqda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə X9 məxsus ***-***-**- ** mobil nömrəsi arasında 13 oktyabr 2021-ci il tarixdə saat 08:12, 16.10.2021-ci il tarixdə saat 15:17-də, 26.10.2021-ci il tarixdə saat 15:33-də əlaqə olduğu müəyyən olundu. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilmədi. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub hər hansı yazı həkk edilməmişdir. Diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X25” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Disk açıldıqda 2 ədəd səs yazısının və 7 ədəd videogörüntü olan fayl olduğu görünür. Adları “05.11.mp3” və “AUD-20211026-WA0045.mp3” olan fayllar səs yazısı, adları “MOVİ0001 .mp4”, “MOVİ0002.mp4”, “MOVİ0005.avi”, “MOVİ0006.avi”, “MOVİ0007.avi”, “MOVİ0008.avi” və “MOVİ0009.mp4” olan fayllar isə videogörüntülərdir. Baxış zamanı ad hissəsində “05.11.mp3” yazısı olan səs yazısından görünür ki, 05 noyabr 2021-ci il tarixdə X13 və Təqsirləndirilən şəxs arasında sonuncunun istifadəsində olan avtomobildə olan danışığın səs yazısıdır. Həmin səs yazısı 10 dəqiqə 47 saniyədir. Səs yazısından görünür ki, Təqsirləndirilən şəxsla İsmiran Ajidi salamlaşdıqdan sonra, Təqsirləndirilən şəxs İ.Ajidiyə onu düzgün başa düşməsini bildirir, (hərəkətdə olan avtomobilin səsinə görə səs yazısının bəzi hissələrində danışıqlar tam başa düşülmür.) Təqsirləndirilən şəxs “yenə də pulu kəsib gətirməmisən?” deyir, İ.Ajidi “yo, yoo” cavab verir. Təqsirləndirilən şəxs “ sən öl sənə halaldır, bax hər şey hazırdır, tapşırmışam, hərbi hissə komandirinində xəbəri var” deyir. Daha sonra İ.Ajidi bir nəfərdən çanta alacağını, onu Nazirlər Kabinetinin yanı istiqamətindən Bayıl qəsəbəsinə aparmasını xahiş edir. İ.Ajidi videogörüntünün 4:32-ci dəqiqəsində “sayım pulu?” deyərək saymağa bağşlayır və 04:51-ci dəqiqədə “iki min beş yüz, buyur” deyir. Təqsirləndirilən şəxs bundan sonra bir şəxsə zəng edərək “komandir necəsən, nə var nə yox? Sənə adam demişdime müddətdən artıq hərbi qulluqçu, o uşaqdan göz qulaq ol, onu bu həftənin, gələn həftənin əvvəli gətirəcəm yanımıza, yaxşı? Onun məzuniyyətin tapşırarsan hazır edərlər” deyir və sağollaşır. Təqsirləndirilən şəxs İ.Ajidiyə “gördün mən ağzımı açmamış dedi generala kimi xəbəri var hamının, hele belə iş görmürəme, tüpürərəm o pula, kişinin mənliyi, qurur olar, mən tapşıra bilərdim, arxayın deyildim, məni düzgün başa düş, gördün dərhal zəng elədim yanından tapşırdım” deyir. Bundan sonra aralarında iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır. Baxış zamanı ad hissəsində “AUD-20211026-WA0045.mp3” yazısı olan səs yazısından görünür ki, X13 və Təqsirləndirilən şəxs arasında olan telefon danışığının səs yazısıdır. Həmin səs yazısı 17 dəqiqə 30 saniyədir. Səs yazısından görünür ki, Təqsirləndirilən şəxs İsmiran Ajidiyə niyə hörmətsizlik etdiyini, niyə belə etdiyini, sonuncu isə hörmətsizlik etmədiyini, bir az problemlər çıxdığını bildirir. Təqsirləndirilən şəxs hər şeydən xəbərlərinin və məlumatlarının olduğunu, nömrəsinə zəng etdiyini, lakin telefonu açmadığını, ona görə məsuliyyətin altına girdiyini, əmrini saxladığını bildirir. İ.Ajidi pulun hazır olduğunu, lakin pulu bank tutduğunu, ondan asılı səbəblər olmadığını, görüşməyi, üzbə-üz danışmağı bildirir. Təqsirləndirilən şəxs isə “mən sənin adını korpus nomikinə deyən kimi, korpus nomiki mənə dedi ki, hardan gəlib çıxıb sənə bu, mən də dedim ki, nəisə də xahiş ediblər, mən hər şeyi bilirəm, mən balaca adam olsam əgər, sadəcə başım qarışıq idi”, İ.Ajidi pul cəhətdən probleminin olduğunu bildirir. Təqsirləndirilən şəxs istəsə bir zənginə onu korpus komandirinin yanında xidmətə qoya biləcəyini, ona gözünün üstündə qaşın var deyən olmayacağını, məzuniyyətdən qayıdan kimi onu korpusa çağıracaqlarını bildirir. İ.Ajidi telefon söhbəti olmadığını, sıxıntısını görüşərək ona danışacağını bildirir. Təqsirləndirilən şəxs isə “bu nömərəyə kim zəng edib problemin danışıb sıxıntıya düşməyib, mən səni elə bir yerə gətizdirirdim ki, ölənə qədərdə mən sənin arxanda duracaqdım, sən mənə elə badalaq vurdun ki, elə bildin ki, qaçdın” deyir. İ.Ajidi qaçmadığını, problemi olduğunu deyir. Təqsirləndirilən şəxs tapşırıq verdiyini, o qayıdan kimi korpusa çağırılacağını, buna görə sorğu-sual olunacağını, gəl görüşək, bu məsələni qaydasına qoyaq, nə problemin var, nə çətinliyin var, mənlə düz olsan yanından korpus komandiri ilə danışıb, korpus komandirinə tapşıraram, Mübariz müəllimə tapşıraram, zəng edib Mübariz müəllimə deyərəm ki, bu uşaq bizə əmanət uşağdı”, İ.Ajidi “Şəmkir korpusunun komandiri də Mübariz müəllim?” soruşur, Təqsirləndirilən şəxs “bəli, bəlii Cəlilabadlıdır əsli, atası rəhmətə gedib, TTM-in rəisi olub, gəlib indi orda sizdə korpus komandiridir, onun böründə köməkçisi varda, bilirsən kimi deyirəm, indi telefonda adın çəkmirəm, hətta oda sizə zəng edib, siz onun zənginidə açmamısınız, mənə dedi ki, ağsaqqalın xəbəri olmasın, çağıraq özümüz başa salaq, mən dedim hər nəisə, hələ ağsaqqala deyilməyib, Mübariz müəllimə bu söhbət gedib çıxmayıb, ona söhbət çıxsa adamı məhv edər o” deyir. İ.Ajidi “indi mən də bilirəm ki, siz məni kimin vasitəsisi ilə düzəldrisiniz, sizin arxanızda bağlıdır, ehtiyat eləmirəm, sadəcə istəyirəm görüşüb bəzi şeyləridə deyim, indi bu pul barədə də danışım sizinlə” deyir. Təqsirləndirilən şəxs “korpusda təhqiqatda işin olsa da bir kəlimə deyəcəm götürüb qoyulacaq qırağa.” İ.Ajidi “mən indi 112-ə gələndə, kiçik çavuş kimi yazdırmışdızda səhv etmirəmsə, gələndə İnşallah bir çepe olsa” deyir, Təqsirləndirilən şəxs isə “mənim nə qədər ki, dayım vəzifədədir, indi mən sənlə görüşəndə deyərəm mən kimin bacısı oğluyam, ömür boyu səni heç kim, oranın xidmət rəisini də mən gətirmişəm ora” deyir. İ.Ajidi “yo bilirəm o gün söhbət eləmisiz mənə kaptan olmusuz, növbədən kənar mayor almısız”. Təqsirləndirilən şəxs “sən ora gedəndən sonra səni görəcəksən necə qarşılayacaqlar, sən məndən qaçırsan, səni ora ağsaqqal özü gətirəcək” deyir. İ.Ajidi “bu, deyə bilərəm, adın çəkə bilərəm telefonda? Bu kadr rəisi, cənab general Elçin Xəlilov?” soruşur. Təqsirləndirilən şəxs “axşam bir yerdə oturmuşduq helə” deyir. İ.Ajidi “indi o əmanətdən nə qədər kəsərsiz, ən axrıncı?, verəcəyim beş mindən ən axrıncı nə qədər keçə bilərsiz mənə?” deyir, Təqsirləndirilən şəxs “ən axırı nədir onu demişəm mən sənə, vicdanın, vicdanım haqqı ora çatan puldu.” deyir, İ.Ajidi “4.5-lə razılaşmaq olar? Mənimdə biraz alacaqlarım var”, “(başa düşülmür) yanından yığıb tapşıracam” deyir. İ.Ajidi “uzağı 3 günə yığaram siziki mən pulu götürdüm, təzədən gedib faizlə zadla düzüm qoşum, zəng vurum ki, gəlmişəm, görüşək verim pulu” deyir. Təqsirləndirilən şəxs “sən konkret vaxt de mən işimi bilim” deyir, İ.Ajidi “mən sizə yığıb deyərəm ayın neçəsi görüşüm yerdəyişmənin pulun verim sizə, aldatmayacam sizi, mən bildim başa düşdüm ki, sizin gücünüz nədir, başa düşdüm, 4.5-dən aşağı mümkün olma biraz?” deyir, Təqsirləndirilən şəxs “heç cür mümkün deyil, hele baxıram ki, belədi ona görə deyirəm problem yoxdur, nə qədər tez olsa məzuniyyətdə ola-ola işini həll edim, sənin yanında ağsaqqalın köməkçisin yığacam, ” deyir. Əlavə olaraq Təqsirləndirilən şəxs ona dəqiq vaxt deməsini, halhazırda Kürdəmirdə yoxlama kimi gəldiyini, pul hazır olan kimi ona deməsini bildirir. İ.Ajidi isə Aygün xanımın sağ olmasını, onun sayəsində tanıdığını bildirir. Təqsirləndirilən şəxs “mənlə görüşən kimi sənə zəng edəcəklər ki, sənin uje əmrin var gedirsən Bakıya, bu gün görüşdün səhər yığacaqlar ki, əmrin var” deyir. Daha sonra sağollaşıb telefonu bağlayırlar. Baxış zamanı ad hissəsində “MOVİ0001.mp4” yazısı olan videogörüntüdən görünür ki, 01 noyabr 2021-ci il tarixdə, saat 16:37-də Təqsirləndirilən şəxs idarə etdiyi “Xəzər” markalı, 99- PH- 265 dövlət qeydiyyat nişanlı avtomobillə gələrək X13 həmin avtomobildə görüşürlər. Həmin görüntü 01 dəqiqə 06 saniyədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs korpus komandirinin köməkçisinin yanından gəldiyini bildirir və daha sonra hərbi biletini açaraq göstərir. Görüntüdə olan danışıqlar avtomobil hərəkətdə olduğundan başa düşülmür. Baxış zamanı ad hissəsində “MOVİ0002.mp4” yazısı olan videogörüntüdən görünür ki, yuxarıda qeyd edilən videogörüntünün davamıdır. Həmin görüntü 15 dəqiqədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs İ.Ajidiyə heç bir korpus komandirinin, heç bir generalın onun sözünü yerə salmadığını bildirərək dəqiq 112-ə gəlməsini istəyib-istəməməsini soruşub, onu birbaşa hərbi hissə komandirinə tapşıracağını, nəsə olanda korpus komandirini çağırdıqlarını, niyə hörmətsizlik etdiyini, onların hamıya lazımlı adam olduqlarını, oturduğu vəzifəsinin müvəqqəti olduğunu, Nazirlikdə işlədiyini, onu hər kəsə tapşıracağını bildirir. İ.Ajidi pulu düzəldə bilmədiyinə görə gec cavab verdiyini bildirir. Digər hissədə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır. Görüntüdə olan bəzi danışıq hissələri avtomobil hərəkətdə olduğundan başa düşülmür. Baxış zamanı ad hissəsində “MOVİ0005.avi” yazısı olan videogörüntüdən görünür ki, yuxarıda qeyd edilən videogörüntünün davamıdır. Həmin görüntü 5 dəqiqədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs İs.Ajidiyə mayor olduğunu, zəng edib onu tapşıracağını, indi hamısının işdə olmasını, narahat olmamasını, tapşırılacağını, məzuniyyətə çıxacağını, bir həftəyə təqdimatının gələcəyini, həftənin 1-ci günü təqdimatının burda olacağını bildirir. İ.Ajidi pulu indi ona verəcəyini, bundan sonra onu hərbi hissədən, korpusdan çağırıb bir söz deyib- deməyəcəklərini soruşur. Təqsirləndirilən şəxs isə ona heç kimin çağırıb söz deyə bilməyəcəyini, hərbi hissəyə gedib təyinat vərəqəsini götürüb çavuş kimi 112-ə getməsini bildirir. Digər hissədə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır. Görüntüdə olan bəzi danışıq hissələri avtomobil hərəkətdə olduğundan başa düşülmür. Baxış zamanı ad hissəsində “MOVİ0006.avi” yazısı olan videogörüntüdən görünür ki, yuxarıda qeyd edilən videogörüntünün davamıdır. Həmin görüntü 5 dəqiqə 01 səniyədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs İ.Ajidiyə nə işi olsada o, zəng edərkən cavab verməsini, İ.Ajidi isə pula görə qaldığını, ona görə də biraz gec olduğunu bildirir. Təqsirləndirilən şəxs İ.Ajidiyə burdaki hərbi hissəyə nə qədər MAXE, gizir yığıdğını, hamısınıda Əfqanıstana göndərdiyini, korpusa birbaşa Müdafiə Nazirliyinin əmri gələcəyini, kim soruşsa pul vermədiyini, xahiş olunduğunu, Generalın tapşırığı əsasında korpusa telefonoqrama vurulacağını, 1-ci gün 112ə əmrinin gələcəyini, ordan da istəyirəsə sülhməramlıya göndərə biləcəyini bildirir. Təqsirləndirilən şəxs “bəs vermirsən haqq hesabı?” soruşur, İ.Ajidi gətirdiyini, 2000 manatı indi verəcəyini, qalanın isə 4-cü gün verəcəyini deyir. Təqsirləndirilən şəxs ona inandığını deyir. Görüntünün 3:48-ci dəqiqəsində İ.Ajidi pulu saymağa başlayır. İ.Ajidi 2000 manatı saydıqdan sonra görüntünün 04:03 dəqiqəsində həmin pul vəsaitini N.Abbasova verir (görüntüdən görünür ki, verilən pul vəsaiti Bakı şəhəri, Yasamal rayonu, General A.Abbasov küçəsindədir). Təqsirləndirilən şəxs pul vəsaitini saydıqdan sonra avtomobilin sağ qol altında olan saxlanca qoyduğu görünür. Təqsirləndirilən şəxs pulun qalanına görə neçə gün gözləməsini, İ.Ajidi isə 4-cü gün verəcəyini bildirir. Digər hissədə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır. Baxış zamanı ad hissəsində “MOVİ0007.avi” yazısı olan videogörüntüdən görünür ki, yuxarıda qeyd edilən videogörüntünün davamıdır. Həmin görüntü 5 dəqiqədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs İ.Ajidiyə bəzi şeylərin ondan asılı olmadığını, yeyirsənsə yanındakını da yedizdirməli olduğunu bildirir. İ.Ajidi “pul sizin özünüzə çatır?” soruşur. Təqsirləndirilən şəxs isə özünə çatmadığını, kadrların rəisi Elçin müəllimə verdiyini bildirir. Digər hissədə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır. Görüntüdə olan bəzi danışıq hissələri avtomobil hərəkətdə olduğundan başa düşülmür. Baxış zamanı ad hissəsində “MOVİ0008.avi” yazısı olan videogörüntüdən görünür ki, yuxarıda qeyd edilən videogörüntünün davamıdır. Həmin görüntü 5 dəqiqədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs İ.Ajidiyə 4-cü günü gözlədiyini, sözündə bötöv olmasını, kiminsə yanında yalançı çıxmamasını, ağzını möhkəm saxlamasını bildirir. Digər hissədə iş üçün əhəmiyyət kəsb etməyən söhbətlər aparılır. Görüntüdə olan bəzi danışıq hissələri avtomobil hərəkətdə olduğundan başa düşülmür. Baxış zamanı ad hissəsində “MOVİ0009.avi” yazısı olan videogörüntüdən görünür ki, yuxarıda qeyd edilən videogörüntünün davamıdır. Həmin görüntü 25 saniyədir. Videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs İ.Ajidini 20 Yanvar metrostansiyasının yaxınlığında olan dairədə “Xəzər” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilindən sağollaşıb düşürdür. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli pul vəsaitinin depozit hesaba köçürülməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş və könüllü olaraq təqdim etdiyi 200 manat pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin 05 noyabr 2021-ci il tarixli məhkum olunanlar barədə sorğusundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 19.09.2016-cı il tarixli hökmü ilə CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinib 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə olduğu müddət nəzərə alınaraq cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan Cəlilabad şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində Cəlilabad şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 19 noyabr 2021-ci il tarixli, 5/1254 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 20 ədəd C43513493, A16655348, A78126677, B04075824, C53943742, C65069098, C76431095, C57578502, A52475058, C59243342, C17859128, A25105861, A83368248, A82181724, A81570775, B10233975, A94912907, C46770548, A30102511, C43517853 nömrəli 100 Azərbaycan manatı, 10 ədəd A70665369, A70309557, B02250995, B22694803, B03155700, B09352436, B34379043, A74741187, A71697344, B15548007 nömrəli 50 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrofik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş C53943742, C65069098, C43513493, A16655348, A78126677, B04075824 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Nəzarət 2021” yazıları müəyyən edildi. Tədqiqata təqdim edilmiş bir ədəd FG75020988H nömrəli 100 ABŞ dolları nominallı pul əskinasına oxşar obyekt elektrofotoqrafik çap üsulu ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil etmir. Tədqiqatın dəyəri 62 (altmış iki) manatdır. İş materiallarında olan 20 noyabr 2021-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Azercell” mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı ağ rəngdə olub üzərində zavod üsulu ilə “Verbatim” sözü və qələmlə “26108” rəqəmləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X25” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 1 ədəd qovluq vardır, həmin qovluğun ad hissəsində “26108.zip” yazılmışdır. Həmin qovluğu açdıqda sms mətnləri olan 1 ədəd faylın və ad hissəsində “abuneciler26108.xls” və “antena26108.xls” yazısı olan fayllar vardır. Sms mətnlərinə aid ad hissəsində “**********89.txt” olan fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı sms aşkar edilmədi. Ad hissəsində “abuneciler26108.xls” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “antena26108.xls” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsi ilə X8 istifadəsində olan 051-311-60- 17 mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə 26.10.2021- ci il tarixdə, saat 15:33:47-də zəng gələrək 33 saniyə danışıq olmuşdur. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi. İş materiallarında olan 22 noyabr 2021-ci il tarixli videogörüntü ilə dindirmə protokolundan görünür ki, Pərvin Qocayev videogörüntü vasitəsi ilə ifadə verərək göstərmişdir ki, hərbiçidir, Kəlbəcər rayonunun Zod aşırımda düşmənlə üzbə-üz mövqedə xidmət edir. Batareya komandiridir, kapitan rütbəsindədir. Təqsirləndirilən şəxs tanıyır, hərbi məktəbdə bir yerdə oxumuşlar, sıx-sıx əlaqələri olmamışdır, çünki xidmət yeri düşmənlə üzbə-üzdür, bəzən yalnız telefonla əlaqə saxlayırmışlar. Nicat ona zəng etmişdir ki, bir nəfər var ondan göz-qulaq olmaq lazımdır, muğayat olmaq lazımdır. O da Nicata demişdir ki, yaxşı muğayat olar. Sonra Nicat bir dəfədə zəng etmişdir ki, bir nəfər var ondan muğayat olmaq lazımdı, söhbət zamanı İsmiran adı keçməmişdir, o da cavab vermişdir ki, baş üstə. Onlar da atəşkəs tez-tez pozulduğundan, başı qarışıq olur deyə kimdən muğayat olmasının adını da soruşmayıb. 2-ci dəfə də Nicat zəng edəndə demişdir ki, ondan muğayət olmaq lazımdır, bir daha da başı qarışıq olduğundan ad soruşmamış, cavab vermişdir ki, başı qarışıqdı, nə lazımdı köməklik edər. İsmiran Ajidini ümumiyyətlə tanımır, bu barədə heç bir məlumatı da olmamışdır. İş materiallarında olan 23 noyabr 2021-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Azerfon” mobil operatorundan daxil olmuş CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, disk ağ rəngli zərfin içərisindədir. Diskin üz qabığı qırmızı rəngdə olub üzərində zavod üsulu ilə “nar” sözü və qələmlə “212026314” sözləri həkk edilmişdir. Həmin diski kompyuterin disk oxunan hissəsinə keçirib diskdəki faylın açılmasını gözlədikdən sonra “X25” proqramı vasitəsilə həmin diskə yerləşdirilmiş fayllara baxmaq mümkün oldu. Diskdə 4 ədəd fayl vardır. 2 ədəd faylda sms mətnləri vardır. Ad hissəsində “SMS_Tarixçəsi **********1935 708374820” sms mətnləri olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**-** mobil nömrəsindən X8 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə 12.10.2021-ci il tarixdə “Qardaş meni yıx” sözləri yazılmış, 14.10.2021-ci il tarixdə “Men de görüm haranı isteyirsen tez cvb de” sözləri yazılmış, 15.10.2021-ci il tarixdə “menle elaqe saxla” sözləri yazılmış, həmin tarixdə “bu ne hörmetsizliydi size göre qalmışam, lahiyeni tehvil vermeliyem” sözləri yazılmış, 16.10.2021ci il tarixdə “bizi aldadmırsız özünüzü aldadırsız, ayıbdı alınmırsa bizi seher tezdenden yorursuz” sözləri yazılmış, həmin tarixdə “sən uje hörmetsizlik edirsen” sözləri yazılmış, həmin tarixdə “fikrin, düşüncen nedi, ayıb deyil sen meni aldadırsan, uşaqla yadla danışmırsanki” sözləri yazılmış, 25.10.2021-ci il tarixdə “başım qarısıq idi sənlə maraqlana bilmirdin, məzuniyyətdəsən 12-den düşdün remtoya, menle danış yada görüş meseleni qaydasına qoy ve sen çox intizamsız olduğunuda dediler” sözləri yazılmış, 27.10.2021-ci il tarixdə “qardaş siçan pişik oynayırıq?” sözləri yazılmış, 28.10.2021-ci il tarixdə “düşündün ki, zeng edib yalan danışım bu kişinide aldadım, mezuniyyetden qayıt görersen, heç narahat olma meni aldatdığına göre” sözləri yazılmış, 31.10.2021-ci il tarixdə “ayıb deyil menim kimi adamı aldadırsan bile bile özde” sözləri yazılmış, həmin tarixdə “sən özünü aldadırsan meni yox” sözləri yazılmış sms-lər olduğu müəyyən edildi. Ad hissəsində “SMS_Tarixçəsi **********1939_708374820” sms mətnləri olan fayla daxil olduqda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı sms aşkar edilmədi. Ad hissəsində“Zənglərin_Məxsusluq_Tarixçələri” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar vardır. Ad hissəsində “Zənglərin_Detallaşması” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs adına olan ***-***-**- ** mobil nömrəsi ilə X8 istifadəsində olan 051-311-60- 17 mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 14.10.2021- ci il tarixdə, saat 19:54:08-də zəng gələrək 1170 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 15.10.2021-ci il tarixdə saat 12:17:18-də 240 saniyə, həmin tarixdə saat 12:43:31-də 128 saniyə, həmçinin eyni qaydada 16.10.2021, 17.10.2021, 26.10.2021, 28.10.2021, 29.10.2021, 31.10.2021, 01.11.2021, və 04.11.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng və sms aşkar edilmədi. İş materiallarında olan Cəlilabad rayon X14 Hüquqi şəxsdən daxil olmuş 13 noyabr 2021-ci il tarixli, 1517 nömrəli məlumatdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü psixiatriya şöbəsində qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş 24 noyabr 2021-ci il tarixli, 1096 nömrəli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “əşyanın maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən könüllü olaraq təqdim etdiyi 20 (iyirmi) ədəd 100 manatlıq (C43513493, A16655348, A78126677, B04075824, C76431095, C57578502, A52475058, C59243342, C17859128, A25105861, A83368248, A82181724, A81570775, B10233975, A94912907, C46770548, A30102511, C********) və 10 (on) ədəd 50 manatlıq (A70665369, A70309557, B02250995, B22694803, B03155700, B09352436, B34379043, A74741187, A71697344, B15548007 seriya nömrəli) pul əskinasları ********* nömrəli cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. Maddi sübut olan C53943742, C65069098, C43513493, A16655348, A78126677, B04075824 nömrəli 6 (altı) ədəd 100 manatlıq pul əskinasları Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-təminat şöbəsinə, C76431095, C57578502, A52475058, C59243342, C17859128, A25105861, A83368248, A82181724, A81570775, B10233975, A94912907, C46770548, A30102511, C43517853 nömrəli 14 (on dörd) ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasları və A70665369, A70309557, B02250995, B22694803, B03155700, B09352436, B34379043, A74741187, A71697344, B15548007 nömrəli 10 (on) ədəd 50 Azərbaycan manatı nominallı pul əskinasları isə X9 təhvil verilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM- 178.1, 310 və 32.4,312.1ci maddələrindən həmin Məcəllənin 29,178.1, 178.1, 204.1, 310 və 32.4,312.1-ci maddələrinə tövsif edilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “kgtel” markalı mobil telefonlar, 5 noyabr 2021-ci il tarixli baxış protokoluna əlavə edilmiş 1 ədəd disk, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən daxil olan 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, “Azerfon” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, FG75020988H nömrəli 100 ABŞ dolları nominallı pul əskinası, 01.11.2021-ci il tarixli 122623 nömrəli, 01.11.2021-ci il tarixli 27344 nömrəli, 01.11.2021-ci il tarixli 19916 nömrəli, 01.11.2021-ci il tarixli 10388 nömrəli və 01.11.2021-ci il tarixli 24248 nömrəli qəbzlər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs məxsus “Samsung” və “kgtel” markalı mobil telefonlar Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivinə saxlanca verilmişdir. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1, 178.1, 204.1, 310 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan X6 09 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinin materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə kifayət qədər sübutların toplanılmadığını və toplanmış sübutların müqayisəli təhlili və tədqiqi ilə aparılmış məhkəmə istintaqının nəticələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 29,178.1ci maddəsi ilə isə ittiham düzgün verilməmişdir. Belə ki, iş materiallarından, ittihamın mahiyyətindən və ifadələrdən görünür ki, Təqsirləndirilən şəxs X6 xidmət yerinin Bakı şəhərində yerləşən N saylı hərbi hissəyə dəyişdirilməsinin 5.000 manat müqabilində müsbət həll edəcəyi ilə aldatmaqla İsmiran Ajidi ilə işin 4.500 manat müqabilində görülməsinə dair sövdələşmiş, həmin niyyətlə, 1 noyabr 2021-ci il tarixdə X3 2.000 (iki min) manat məbləğində pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf etmiş, razılaşdırılmış pul vəsaitindən qalan hissəsini, yəni 2.500 manat pul vəsaitini 5 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yaxınlığında X3 alandan sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət əməli vahid niyyətlə əhatə olunmaqla razılığa gəlinmiş məbləğin hissə-hissə ödənilməsi məqsədilə bir şəxsə qarşı törədilmişdir. Burada eyni şəxsə qarşı törədilmiş 2 ayrı cinayət əməli deyil, bir epizod üzrə məbləğin hissələrlə təhvil verilməsi halı baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyəti 4500 manat əmlakın ələ keçirilməsinə yönəlmiş, lakin iradəsindən asılı olmayaraq o həmin miqdarda əmlakı ələ keçirə bilməmiş, yəni istədiyi miqdarda yox, bundan az 2000 manat miqdarda əmlakı ələ keçirmişdir. Belə olan halda şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 29,178.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də həmin maddə ittihamdan xaric olunmalı, Təqsirləndirilən şəxs vahid niyyəti ilə törədilmiş əməli başa çatmış cinayət kimi ona ittihamda elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə əhatə edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki cinayət əməli vahid niyyətlə əhatə olunmaqla razılığa gəlinmiş məbləğin hissə-hissə ödənilməsi məqsədilə bir şəxsə qarşı törədilmişdir. Burada eyni şəxsə qarşı törədilmiş bir epizod cinayət əməli üzrə razılığa gəlinmiş məbləğin hissələrlə ələ keçirilməsi halı baş vermişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid niyyəti X9 məxsus 4500 manat əmlakın ələ keçirilməsinə yönəlmiş və o, həmin puldan 2000 manatını əvvəldən almış, qalan hissəsini, 2500 manatını da faktiki olaraq ələ keçirdikdən sonra Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən yaxalanmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli vahid niyyətlə törədildiyindən Azərbaycan Respublikası CM-nin 29,178.1-ci maddəsinin tərkibi yaranmamış, ona görə də onun əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilməli və Azərbaycan Respublikası CM-nin 29, 178.1-ci maddəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric olunmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, satış məqsədi ilə saxta pul hazırlama, habelə əldə etmə və ya satma cinayətinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi sübuta yetirilmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə bəraət verilməlidir. Belə ki, onun sözügedən cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş işə aid biri digərinə uyğun gələn çoxsaylı sənədlərlə kifayət qədər təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilməmiş, 100 dolların saxta olub-olmaması barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini təkzib edən halların müəyyən olunmadığını, əksinə həmin ifadənin səmimiliyinə dəlalət edən xüsusatın müəyyən edildiyini nəzərə alır və qəbul edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmiş, o, həmin maddələlər üzrə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında araşdırılmış, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcələnin 139.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPM-in 145.2 və 145.3-cü maddələri). Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 178.1, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1, 310 və 32.4,312.1-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310, 32.4, 312.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 5 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak - Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 200 (iki yüz) manat pul vəsaitidir. İş materiallarında olan maddi sübut kimi tanınmış 04 (dörd) “CD” disk və 01.11.2021-ci il tarixli 122623 nömrəli, 01.11.2021-ci il tarixli 27344 nömrəli, 01.11.2021-ci il tarixli 19916 nömrəli, 01.11.2021-ci il tarixli 10388 nömrəli və 01.11.2021-ci il tarixli 24248 nömrəli qəbzlər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivinə saxlanca verilmiş FG75020988H nömrəli 100 ABŞ dolları nominallı pul əskinası məhv edilməlidir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivinə saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” və “kgtel” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42,344-349, 350-353, 356, 358,383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1, 310, və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 5 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.1-ci maddəsi xaric edilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 200 (iki yüz) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsinin xeyrinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD disk 04 (dörd) “CD” disk və 01.11.2021-ci il tarixli 122623 nömrəli, 01.11.2021-ci il tarixli 27344 nömrəli, 01.11.2021-ci il tarixli 19916 nömrəli, 01.11.2021-ci il tarixli 10388 nömrəli və 01.11.2021-ci il tarixli 24248 nömrəli qəbzlər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivinə saxlanca verilmiş FG75020988H nömrəli 100 ABŞ dolları nominallı pul əskinası məhv edilsin. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin arxivinə saxlanca verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung” və “kgtel” markalı mobil telefonlar Təqsirləndirilən şəxs qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 62 (altmış iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X5 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı vəkil bürosunun ("xxxx" QSC-nin Səbail rayon filialı, kod 504960, müxbir hesabı AZ37 NABZ 013501**********56944, SWİFT ACABAZ 22, Hesab AZ 20 ACAB ********************, VÖEN**********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-39/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-39/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver