Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-39/2023 28.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkum olunmamış, orta təhsilli, işləmiyən, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi D/Y/Y/M ev 8, mənzil 5-də qeydiyyatda olan, ünvan 1 ünvansız evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış və saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X7 yaşadığı evdən pulu birgə ələ keçirmələri üçün 02 avqust 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsi adlanan ərazidə yerləşən “Mars” marketin yaxınlığında görüşərək öz aralarında cinayətkar rolları bölüşdürdürmüş və cinayətkar məqsədlərinə nail olmaq üçün Elşən Allahverdiyevlə birlikdə sonuncunun idarə etdiyi “Daevvo Gentra” markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Elşən Allahverdiyevin sürücüsü işlədiyi Türkiyə Respublikasının vətəndaşı X7 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yanına gələrək, avtomobili həmin evdən bir qədər aralı saxladıqdan sonra, 03 avqust 2021-ci il tarixdə saat 06:30 radələrində Elşən Allahverdiyev ətrafı müşaidə etmək üçün avtomobilin içərisində qalmış, o isə Elşən Allahverdiyevlə aralarında qabaqcadan əldə edilmiş razılığa əsasən avtomobildən düşərək X7 yaşadığı evin hasarından aşma yolu ilə qanunsuz olaraq yaşayış sahəsi hesab olunan evə daxil olub qonaq otağında olan, sonuncuya məxsus əl çantasının içərisindən 6.000 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs X9 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, ifadənin yerində yoxlama protokolu və tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 avqsut 2022-ci il tarixdə saat 23- 24 radələrində yaşadığı evdə olan zaman Ruslan istifadəsində olan 077 *** ** ** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng vurub onunla işi olduğunu və bayıra çıxmasını bildimişdir. O, da bayıra çıxmış həmin vaxt Ruslan və həmin gün ilk dəfə gördüyü Elşənlə birlikdə gəlmişdir. Elşən “Daevoo Gentra” markalı avtomobillə gəlmişdir. Ruslan ona bildirmişdir ki, Elşənin işlədiyi türk var onun evindən pul qabısını oğurlamaq lazımdır. Ruslan ona demişdir ki, Elşən deyir ki, evdə heç kim yoxdur, sadəcə evə girib evdən pul qabını götürmək lazımdır. O, da razılaşmışdır. Həmin vaxt Ruslan oğurladığı puldan hər kəsin payına düşən hissədən ona 150 manat verəcəklərini demiş və onlar da razılaşmışlar. Onlar birlikdə Elşənin idarə etdiyi avtomobilə minib türkün yaşadığı evə tərəf getmişlər. Yolda gedən zaman Ruslan onlara demişdir ki, sözümüz sözdür hər ikiniz mənə oğurladığınız puldan 150 manat verəcəksiniz. Onlar da Ruslanın dediyini təsdiqləmişlər. Onlar üçü birlikdə Mehmet Şerefin evinə gəlmişlər. Elşən və Ruslan avtomobilin içərisində qalmışlar, o, isə avtomobildən düşüb türkün sonradan adının Mehmet Şeref olduğunu bildiyi şəxsin evinə getmişdir. Təxminən 1 saat 30 dəqiqədən sonra o, geri qayıtmış və heçnə götürə bilmədiyini demişdir. Təxminən 30 dəqiqə avtomobildə oturduqdan sonra Elşən ona demişdir ki, gəl birlikdə girək mən səni evə salacam. Onlar birlikdə həyətə keçmişlər və Elşən onu evin arxa qapısından evə salmışdır, özü isə geri avtomobilə qayıtmışdır. Təxminən 15 dəqiqədən sonra o, geri qayıtmış və demişdir ki, evdən səs gəlir deyəsən türk evdədir. Bu zaman Ruslan və o, onları evə aparmasını Elşənə demişlər. O, onları Sumqayıt səhəri, H.Z.Tağıyev qəsəbəsinə aparmışdır. Elşən Ruslana demişdir ki, məni düşürüb onunla birlikdə getsin. Lakin Ruslan, “mən gedirəm evə siz özünüz bilərsiniz” sözlərini demişdir. Daha sonra isə Ruslan ona da getməməsini deyib avtomobildən düşüb evə getmişdir. O, Elşənə demişdir ki, məni evə düşür, evə girib çıxım gedək türkün evinə. O, avtomobildən düşüb getmiş və təxminən 10 dəqiqədən sonra geri qayıtmış və birlikdə Mehmet Şerefin evinə getmişlər. 03 avqust 2022-ci il tarixdə saat 06:30 radələrində o, avtomobildən düşüb getmiş və təxminən 20 dəqiqədən sonra geri qayıtmış və 2000 manat pul götürdüyünü deyib pulun hamısını Elşənə vermişdir. Onlar birlikdə oradan getmişlər. Elşən avtomobilə yanacaq doldurmaq üçün Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə girmişdir. Orada Elşən ona 1000 manat pul vermişdir. Elşən ona demişdir ki, oğurladığı puldan Ruslanın xəbəri olmasın. O, da Elşənə demişdir ki, sən necə istəyirsən elə də olsun. Bundan sonra o, Elşənin avtomobildən düşüb getmişdir. 03 avqust 2021-ci il tarxidə saat 14 radələrində Elşən ona zəng vurub Mehmet Şeref onların onun evindən oğurluq etmələrinin bilidiyini deyib ondan 500 manat pulu geri qaytarmağını bildirmişdir. Saat 15 radələrində Sumqayıt şəhərində “milliön” ödəmə aparından Elşənin ona göndərdiyi anasına məxsus bank kartına 500 manat göndərmişdir. O, Mehmet Şerefin evindən 2000 manat pul oğurlamışdır. Şahid4 əvvəldən oğurluq etməyə getmədiyini əvvəldən deyirmiş. Şahid4 ümumiyətlə avtomobildən aşağı düşməmişdir. Sonra isə Elşənə onları evə düşürtməsini demiş və Elşən onları yaşadıqları qəsəbəyə aparmışdır. O, Mehmet Şerefin evindən 2000 manat pul oğurlamışdır. Pul qabı böyük pul qabı olmuş, o, həmin pul qabının bir cibinə baxıb və həmin cibdə olan pulu götürmüşdür. O, götürdüyü pulu Elşənə vermişdir, Elşən həmin pulu onun yanında saymış 2000 manat pul olmuşdur. O, Mehmet Şerefin evindən bank kartı oğurlamamışdır. O, pul qabıdan pul götürən zaman pul qabıda bank kartı görməmişdir və götürməmişdir. O, Mehmet Şerefin evindən bir dəfə oğurluq etmişdir və həmin vaxt 2000 manat pul götürmüşdür. O, oğurluq edən zaman Elşəndən başqa heç kim orada olmamışdır. Təqsirləndirilən şəxs, son sözündə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsinin, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı övladının olmasını və gənc olmasını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki, ünvan 2 ünvanda tək yaşayır. Arada həyət yoldaşı qonaq qəlib qalır və bir neçə gündən sonra Türkiyəyə qayıdır. Səbail rayonunun ərazisində yerləşən Dünya Göz klinikasında göz həkimi işləyir. Üç il əvvəl Elşən adlı taksi sürücüsü ilə tanış olmuşdur. O onu bir neçə dəfə işə aparıb gətirdikdən sonra onun etibarını qazanmışdır. Belə ki o, yaşadığı evdə it və quşlar saxladığından və onlara qulluq etmək lazım olduğunda Elşənə evin və mənzilin açarının bir kopyasını vermişdir. Elşənə onu işə aparıb qətirmək üçün ayda 150 manat, bazar günləri isə əlavə işləyəndə 30-40 manat pul verirmiş. 18 iyul 2021-ci il tarixdə qurban bayramı ilə əlaqədər olaraq o, qonaq gələn yoldaşı ilə evin həyətində oturmuşlar. Həmin vaxtı Elşən də onlarda olmuş, o tez tez evə girib çıxırmış. Səhəri günü əl çantasında olan dolları dəyişmək üçün işlədiyi klinikaya gəlmiş və əl çantasını açıb dolları götürmək istəyəndə içində saxladığı 2000 dollar və 1700 manat puldan yalnız 1100 dollar pulun olduğunu görmüşdür. Həmin günü o, həyət yoldaşı ilə birlikdə dincəlmək məqsədi Qubaya getmişlər. Səhəri günü qayıtdıqdan sonra o, Elşənə zəng etmişdir ki qəlib onu işə aparsın lakin Elşən gəlməmiş, daha sonra o ümumiyətlə mobil telefonunu söndürmüşdür. Bundan sonra o, Elşəndən şübhələnməyə başlamış və bu barədə bir tanışına bildirmişdir. Adını demək istəmədiyi tanışı Elşənə zəng edib onunla danışdıqdan sonra sonuncu həmin günü axşam vaxtlarında ona zəng edərək üzrxahlıq edib 3500 manata yaxın pulu əl çantasından oğurladığını etiraf edib yaxın günlərdə evini sataraq onun ziyanını ödəyəcəyinə söz vermişdir. O da onunla razılaşıb və inanıb polisə şikayət etməmişdir. 02 Avqust 2021-ci il tarixdə saat 17:00 da dostları ilə dincəlməyə getmişlər. Axşam saat 19:00 radələrində o, dostları ilə öz evinə qayıdan zaman evinin dəmir hasarının başında evinin bəzi təmir işlərini görən Tofiqi, darvazanın qarşısında isə öz avtomaşının yanında dəyanmış Elşəni görmüşür. O, Tofiqdən hasarın başında nə etdiyini soruşduqda Tofiq, bildirmişdir ki güya Elşənin ona olan 50 manat borcunu gətirib ki ona versin. Onun yanında tanışları olduğundan onlara baş qoşmamış və onlara çıxıb getmələrini demişdir. Dostları ilə bir qədər həyətdə oturduqda sonra sonuncular getmişlər və o, da sərxoş olduğundan qonaq otağında yerləşən çarpayıda yatmışdır. Səhərisi günü, yəni 03 avqust 2021-ci ildə o, vətəninə getmək üçün hazırlıq görən zaman əl çantasını açdıqda içində saxladığı 6000 manatın əl çantasının içində olmadığını aşkar etmişdir. O, Elşəndən şübhələndiyindən ona zəng etmiş və yanına çağırmışdır. Sonuncu gələcəyini desədə telefonu söndürmüşdür. Bundan sonra o, Tofiqə zəng etmiş və evinə çağırmışdır. Tofiq gəldikdən sonra o, onu sorğu-sual etmiş və o söyləmiş ki, 02 avqust 2021-ci il tarixdə saat təxminən 22:00 radələrində Elşənlə birlikdə Xırdalan şəhərinə getmiş, sonuncu oradan bir tanışını götürüb birkidə yenidən onun yaşadığı evə gəlmişlər, o bayırda dayanmış, Elşən və tanışı hasardan adlayaraq evin həyətinə düşmüşlər. Bundan sonra o Elşənin və tanışın hərəkətlərindən şübhələndiyindən oradan uzaqlaşmağa başlamışdır. Bir müddət sonra Elşən öz maşını ilə onun yanından keçib getmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 9.300 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs X2 nümayəndəsi Nümayəndə məhkəməyə və ibtidai istintaq orqanına ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərdab rayonunda pasport qeydiyyatında olmaqla üç ilə yaxındır ki ailəsi ilə birlikdə Hökməli qəsəbəsində yaşayır. Müxtəlif tikinti obyektlərində fərdi qaydada ustalıq edərək ailəsini dolandırır. Təxminən 1 il bundan əvvəl o, X6 ilə türk əsilli Hüseynin vasitəsi ilə tanış olmuşdur. Belə ki o, Hüseynin direktoru olduğu “Dünya göz” xəstəxanasında malyar işləri apararkən Hüseyin onu Mehmetin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən evinə göndərərək, həmin evin tavanını təmir etmək lazım olduğunu bildirmişdir. 2021-ci ilin iyul ayında o, Mehmetin yaşadığı evə baxmış və görəcəyi təmirə görə 500-600 manat alacağını bildirmişdir. Mehmet də ona 400 manat verəcəyini demiş, o, da razılaşmışdır. O, Mehmetin evində işləyən zaman orada Elşənlə tanış olmuşdur. Sonuncu Mehmetin ev işlərini görürmüş və onu öz avtomaşını ilə işə aparıb gətirirmiş. Mehmetin evinin açarları Elşəndəymiş. Mehmetin evində işləyən zaman həyətdə qab yuyan maşını görmüşdür. O, Mehmetin evində iş görən zaman Elşəndən qabyuyan maşının qiymətini soruşduqda, Elşən ona demişdir ki, Mehmet qabyuyanı 200 manata satır. O, Elşənə 150 manat verə biləcəyini demişdir. Həmin vaxt Elşən Mehmetə zəng vurmuş və telefonu səs gücləndiriciyə qoyub onunla danışaraq, onun qab yuyan maşını 150 manata almaq istədiyini demişdir. Mehmetdə razılaşmışdır. O, işini görüb qurtardıqdan sonra o, Elşənlə birlikdə Hüseyinin yanına getmişdir. O, Hüseyndən pulunu alan zaman, Hüseyn 150 manat pulu saxlayıb, qab yuyan maşını ona göndərəcəyini demişdir. O, da Hüseynə pula ehtiyacının olduğunu və ona verəcək puldan 100 manat saxlamasını, 50 manat pulu olanda gəlib qab yuyan maşını götürəcəyini demişdir. Hüseyndə razılaşmışdır. Bu səbəbdən o, 400 manat puldan 300 manatını götürmüş və 100 manatı saxlamışdır. 16 iyul 2021-ci il tarixdə o, istifadəsində olan 050 *** ** ** sayli mobil nömrəsindən Elşənin istifadəsində olan 077 *** ** ** saylı mobil nömrəsi ilə əlaqə saxlamış və Elşənlə Mehmetin evinin yanında görüşməyi qab yuyan maşını götürmək istədiyini bildirmişdir. Elşən də razılaşmışdır. Saat 19 radələrində o, Mehmetin yaşadığı Badamdar qəsəbəsinə gəmiş və orada Elşənlə əlaqə saxlamış, lakin Elşən işinin olduğunu buna görə də gələ bilməyəcəyini demişdir. Buna görə də o, oradan getmişdir. 28 iyul 2021-ci il tarixdə Elşən istifadəsində olan 055 *** ** ** saylı mobil nömrədən onun istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəsinə zəng edib “Mehmetdən alacağı var, gəlim sənə 50 manat verim, səndə o pulu Mehmetdə qalan 100 manatın üstünə qoyub ondan qab yuyan maşını al” sözlərini demişdir. O, da Elşənə inanmış və saat 17:00 radələrində Elşənlə Mehmetin evinin yanında görüşmüşdür. O, Mehmetin evinin yanına çatan zaman Elşən avyomobili ilə Mehmetin evindən 100 metr aralıda dayanmışdır. O, Elşənin avtomobilinə oturmuş, Elşən avtomobilədn düşüb, Mehmetin evinin giriş darvazasının yanına getmiş və bir neçə dəqiqəqdən sonra geri qayıdıb ona demişdir ki, Mehmetin qonaqları var bir az gözləyək. Bundan sonra onlar birlikdə maşın yuma məntəqəsinə getmişlər. Bir müddət sonra artıq hava qaralanda geri qayıdıb Elşən avtomobili Mehmetin evindən 200-300 metr aralıda sürüb saxlamışdır. Elşən avtomobildən düşüb Mehmetin evinə tərəf getmişdir. O, maşında olsa da onu görürmüş. Elşən dəmir darvazanın üstünə çıxıb aşaraq həyətə keçmişdir. Təxminən 20 dəqiqdədən sonra titrəyə titrəyə qayıdaraq Mehmetin xanımı ilə mübahisə etdiyni, pulu ala bilmədiyini, məsələ avqustun ikisinə qaldığını demişdir. Bundan sonra Elşən onu yolda düşürüb özüdə çıxıb getmişdir. 02 Avqust 2021-ci il tarixdə səhər saat 09:00 radələrində Elşən istifadəsində olan 055 *** ** ** saylı mobil nömrədən onun istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəsinə zəng edib bildirmişdir ki, o gəlsin və onunla birlikdə Mehmetdən qab yuyan maşını almaq üçün sonuncunun evinə getsinlər. O, da işdə olduğundan axşam görüşməyi bildirmişdir. Həmin günü saat 18:00 radələrində Elşənlə zəngləşib onunla Badamdar qəsəbəsində görüşmüşlər. Elşən ondan Mehmetə zəng etməsini demiş və demişdir ki, sonuncu telefona cavab versə ona desin ki, gətirib ona 50 manat pul verib qab yuyan maşını götürəcək. O, da heç nədən şübhələnməyərək Mehmetə zəng etmiş lakin o, telefonu açmamışdır. Ondan sonra Elşən öz mobil telefonundan Mehmetə zəng vurmuş lakin Mehmet onun da telefonuna cavab verməmişdir. Bundan sonra onlar birlikdə Mehmetin yaşadığı evinə gəlmişlər. Elşən avtomobili Mehmetin evindən 100-150 metr aralıda saxlamışıdr. Elşən ona qapını döyməyi tapşırmışıdr. O, qapını döymüş lakin açan olmamışdır. O, Elşənin avtomobilinə tərəf qayıdan zaman Elşənin avtomobildən düşüb, ona tərəf gəldiyini görmüşdür. Elşən ondan qapını acan olub-olmadığını soruşmuş, o, da qapənı açan olmadığını bildirmişdir. O, Elşənə “sən mənə deyirsən ki, Mehmetdən alacağın var, səndə də açar var get qapını aç, Mehmetdən pulun tələb et” sözlərini demişdir. Elşən özündə olan açarla qapını açmaq istəsə də aca bilməmişdir. Sonra Elşən “bəlkə Mehmet yatır, sən dəmir darvazadan aşıb içəridən qapının düyməsini basıb açasan” sözlərini demiş, o, da etiraz etməyib, darvzanın üzərindən həyətə keçmişdir. Həyətdə darvazanın düyməsini bassa da qapı açılmamışdır. Bundan sonra o, qayıtmaq üçün dəmir qapının üstünə çıxmış və həmin vaxtı Mehmetin gəldiyini görmüşdür, onun yanında bir qadın və bir kişi olmuşdur. Mehmet ondan hasarın başında nə etdiyini soruşduqda o, Mehmetə “Elşən mənə dedi ki, düş həyətə qapını aç Mehmetle söhbətim var” sözlərini demişdir. Mehmet Seref ondan Elşənin harada olduğunu soruşmuş, o, da Elşəni göstərmişdir. Mehmet Elşəni çağırıb onun evinin yanında nə işi olduğunu soruşmuş, Elşən də Mehmetə “qabyuyan maşına görə gəlibdir” sözlərini demişdir. Lakin Mehmet yanında qonaqları olduğundan onlara narazılığını bildirdib evinə keçmişdir. O, Mehmetdən qabyuyan maşını götürə biləcəyini soruşmuş, o, da onda 50 manatı verib qabyuyan maşını götürə biləcəyini demişdir. O, Mehmetə danışan zaman Elşən avtomobilin yanına getmişdir. O, Elşənin yanına getmiş və ondan 50 manatı istəmişdir. Elşən də 50 manat pulunun olmadığını bildirmişdir. O, Elşəndən nə üçün Mehmetdən alacağını istəmədiyini soruşmuş, Elşən də Mehmetin yanında qonaqlar olduğundan onu utandırmaq istəmədiyini demişdir. Bundan sonra Elşən ona demişdir ki, gedək avtoyuma yerindən 30 manat borca pul alıb sənə verəcəm, sən də həmin pulu aparıb Mehmetə verib qab yuyan maşını ondan alarsan. Lakin avtoyumada Elşənə pul verməkdən imtina etmişlər. Bundan sonra Elşən ona Xırdalanda tanışı olduğunu, ondan 30 manat alıb ona verə biləcəyini demişdir. O, da razılaşmış və onlar birlikdə Xırdalan dairəsinin yaxınlığına gəlmişlər. Elşən Araz marketin yaxınlığında avtomobili saxlayıb, avtomobildən düşüb iki mərtəbəli kafeyə getmiş və təxminən 15-20 dəqiqədən sonra adını bilmədiyi və tanımadığım təxminən 40 yaşı olan, arıq bədən quruluşlu bir kişi ilə gəlmişdir. Onlar birlikdə Elşənin avtomobili ilə Badamdar qəsəbəsində yerləşən Araz marketin qarşısına gəlmişlər. Orada Elşən taksi sifariş etmiş və ona avtomobildən düşüb həmin taksi ilə birlikdə Mehmetin qapısına gəlməsini və sonuncuya 50 manat verib qab yuyan maşını taksiyə qoyub evinə aparmasını demişdir. O, da Elşənə demişdir ki, 50 manatı versin ki o, da Mehmetə versin, lakin Elşən birazdan verəcəyin demişdir. Bundan sonra o yanındaki kişi ilə birlikdə avtomobillə Mehmetin evinə tərəf getmişlər. O, bir qədər Araz marketin yanında gözləmiş lakin taksinin gəlmədiyini görüb piyada Mehmetin evinə tərəf qalxmışdır. Mehmetin evinin qarşısına çatdıqda görmüşdür ki, Elşən Mehmetin evinin giriş darvazasından 10- 15 aralıda olan ağacların yanında tək dayanıb, o, ona yaxınlaşıb o biri şəxsin harada olduğunu soruşduqda Elşən ona bir qədər aralıqda saxlamış olduğu avtomobilin yanına gedib gözləməsini demişdir. Həmin vaxtı Elşənin yanındakı şəxsin darvazanın üstündən baxıb Elşənə sən də gəl sözlərini dediyini görmüşdür. Bundan sonra Elşən də darvazadan aşıb həyətə düşmüşdür. Həmin vaxtı o, artıq onların bu hərəkətlərindən şübhələnib yavaş-yavaş Araz market tərəfə getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Elşən piyada onun yanından yüksək sürətlə qaçıb getmişdir, o, onu səsləsə də o dayanmamışdır. Bundan sonra o, Elşənin mobil nömrəsinə zəng etsə də ona zəng çatmamışdır. O, Araz marketin yanına çatıb orada Elşənin gəlməsini gözləmişdir. Təxminən 10 dəqiqədən sonra avtomobillə Araz marketə gəlmişdir. O, avtomobildən düşəndə o, Elşəndən digər şəxsin harda olduğunu soruşmuş, Elşən həmin şəxsin harada olmasından məlumatının olmadığını bildirmişdir. O, Elşənə səhərdən səni gözləyirəm, 50 manat pulu ver mən gedim qab yuyan maşını alım sözlərini demiş. Elşən telefonuna pul yükləyib avtomobilə oturub sürüb getmişdir. O, da yol maşını ilə öz evinə gəlmişdir. 03 avqust 2021-ci il tarixdə saat 17:00 radələrində ona Hüseyinin dostu Zəfər zəng vurmuş və Mehmetin evindən oğurluq olduğunu onun da orda olub-olmadığımı soruşmuş. O, da orada olduğunu bildirmişdir. Saat 19 radələrində Mehmetin evinə gəlmiş və Mehmet ona evindən pul oğurlandığını dedikdə o, artıq hər şeyi anlayıb sonuncuya olduğu kimi danışmışdır. Elşənin Mehmetin evindən nə 28 iyul 2021 -ci il tarixdə nə 02 avqust 2021 -ci il tarixdə pul oğurlamasından heç bir məlumatım olmamışdır. Elşən ona “Mehmet yatıbdır, sənin işinə görə gəlmişik, sən həyətə keçib darvazanı aç mən də girib Mehmetlə danışım qab yuyanı götürək sözlərini dediyinə görə o, razılaşmışdır. Elşən Xırdalan şəhərində götürdüyü şəxslə Mehmetin yaşadığı evə gedən zaman o, Elşənin oğurluq etmək istədiyindən şübhələnmişdir. O, Mehmet Ogretmenoğlunun evindən heç bir oğurluq etməmişdir. X10 Ogretmenoğlunun evindən oğurluq yolu ilə əldə etdiyi puldan ona heçnə verməmişdir. Xırdalan şəhərində Elşənin avtomobilinə oturan şəxs arıq bədən quruluşlu, 40 yaşlı, qarabəniz, təxminən 170 sm hündürlüyündə, qara rəngli alnına tökülən saçları, yanaqları qırmızı, üzündə səliqəli saqqalı olmuşdur. Həmin şəxsin adını bilmir. Həmin şəxs avtomobildə olan zaman telefonla danışmırdı. O, həmin şəxsi görsə tanıya bilməz. Elşən Allahverdiyev “Araz” marketdən çıxdıqdan sonra hara getməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid3 ilə eyni məzmunda ifadə verərək, Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kucukalı Hüseyin ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. 2021-ci ilin mart ayında xəstəxanada təmir işləri gedirmiş. Təmir işlərini Tofiq aparırmış. Mehmet Şeref onun rəhbərlik etdiyi xəstəxanada həkim işləyir, ona Badamdar qəsəbəsindən kirayə ev tutmuşlar evin tavanında çökmə olduğu üçün təmirə ehtiyacı olmuşdur. O, da bu barədə Tofiqə bildirəndə Tofiq etiraz etməmiş və evə baxmış materialları onlar almışlar, Tofiq görəcəyi işin qarşılığında 400 manat zəhmət haqqı istəmiş və razılaşmışlar. Həmin vaxtda Tofiq təmirə başlamış Mehmet Şeref evinə yeni qabyuyan maşın aldığından köhnəni evə qoymuşdur. Tofiq təmiri aparan zaman qabyuyan maşını görüb almaq istədiyini bildirəndə Mehmet Şeref 150 manata satdığını demişdir. Tofiqin gördüyü işin qarşılığında ona 300 manat verilmiş 100 manat qabyuyan maşın üçün çıxılmışdır. Tofiqin 50 manat verəcəyi qalmışdır. Tofiq 50 manat verməliymiş ki, qabyuyan maşını Mehmet Şerefden götürsün. X13 demiş ki Tofiqi evin qapısının üstündə görmüşdür. Mehmet Şerefin şikayət ərizəsi əsasında polis araşdırma aparan zaman Tofiq, Mehmet Şerefin əvvəl sürücüsü olmuş və ondan xeyli miqdarda pul oğurlamış Elşən Allahvberdiyevin apardığını, Elşənin istəyi ilə evin darvaza qapısını arxadan açmaq üçün evin qapısının üstünə çıxdığını həmin vaxt Mehmet Şerefin onu və Elşəni görərək oradan qovduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 02 Avqust 2021-ci il tarixdə səhər saat 09:00 radələrində Tofiqə zəng edib demişdir ki, birlikdə Mehmet Şerefin qab yuyan maşını almaq üçün sonuncunun evinə getsinlər. Tofiq də işdə olduğundan axşam görüşməyi bildirmişdir. O, Tofiqlə danışdıqdan sonra Mehmet Şerefin evindən oğurluq etmək qərarına gəlmiş və buna görədə əvvəllər tanıdığı Turalın istifadəsində sonu 39 59 və ya 35-95 qurtaran mobil nömrə ilə istifadəsində olan 077 *** ** ** və ya 055 *** ** ** saylı mobil telefon nömrəsindən zəng vurmuşdur. Turala bir nəfər türk olduğunu onun evindən oğurluq etmək istədiyini demiş, Tural da oğurluq etməyə hazır olduğunu bildirmişdir. O, Turala onunla əlaqə saxlayacağını demişdir. Həmin günü saat 18:00 radələrində Tofiqlə zəngləşib onunla Badamdar qəsəbəsində görüşmüşlər. O, X17 zəng etməsini demiş, Tofiq də sonuncuya dəfələrlə zəng vursada sonuncu telefona cavab verməmişdir. X18 telefonuna cavab vermədiyinə görə o, öz mobil telefonundan ona zəng vurmuş lakin o, onun zənginə cavab verməmişdir. Bundan sonra onlar birlikdə Mehmet Şerefin yaşadığı evinə getmişlər. O, idarə etdiyi avtomobili Mehmetin evindən 100-150 metr aralıda saxlamışdır. O, Tofiqə qapını döyməsini tapşırmış, Tofiq də qapını döymüş lakin açan olmamışdır. Tofiq avtomobilə tərəf qayıdan zaman o, avtomobildən düşüb, Tofiqə tərəf gedib soruşmuş ki, qapını açan yoxdur, Tofiq də qapını açan olmadığını demişdir. Tofiq ona Mehmetdən alacağının olduğunu, onda açar olduğunu, gedib qapını açmasını və Mehmetdən pulun tələb etməsini demişdir. O. özündə olan açarla qapını açmaq istəsə də aca bilməmişdir. O, Mehmet Şerefin açarları dəyişdirildiyini bilib X15 yatdığını, dəmir darvazadan aşıb içəridən qapının düyməsini basıb açmasını demişdir. O, da etiraz etməyib, darvzanın üzərindən həyətə keçmiş, lakin darvazanı aça bilməmişdir. Tofiq qayıtmaq üçün dəmir darvazanın üstünə çıxmış və həmin vaxtı Mehmet Şerefin gəldiyini görmüş, onun yanında bir qadın və bir kişi olmuşdur. X16 hasarın başında nə etdiyini soruşduqda Tofiq ona demişdir ki, Elşən ona demişdir ki, düş həyətə qapını aç Mehmetle söhbəti var. X21 çağırıb onun evinin yanında nə işinin olduğunu soruşmuş, o, da Mehmet Şerefe demişdir ki, qab yuyan maşına görə gəlmişlər. X19 yanında qonaqları olduğundan onlara narazılığını bildirdib evinə keçmişdir. Tofiq həmin vaxt Mehmet Şereflə danışmağa başlamış o, onları qoyub avtomobilin yanına getmişdir. Tofiq onun yanına gəlib ondan 50 manatı istəmişdir. O, da 50 manat pulunun olmadığını bildirmişdir. Bundan sonra o, Tofiqə demişdir ki, gedək avtoyuma yerindən 30 manat borca pul alıb ona verəcək, o, da həmin pulu aparıb Mehmet Şerefə verib qab yuyan maşını ondan alar. Onlar birlikdə yaxınlıqda olan avtoyuma yerinə getmişlər, lakin avtoyumada işləyən şəxs ona pul verməkdən imtina etmişdir. Bundan sonra o, Tofiqə demişdir ki, Xırdalanda tanışı var, ondan 30 manat alıb ona verə bilər. Tofiq də onunla razılaşmış və onlar birlikdə Xırdalan dairəsinin yaxınlığına getmişlər. O, Araz marketin yaxınlığında avtomobili saxlayıb, avtomobildən düşüb yaxınlıqda olan “Mars” marketin qarşında Turalla görüşmüş. O, Turala bildirmişdir ki, avtomobildə bir nəfər şəxs var ona demiş ki, ondan 50 manat pul almağa gəlmiş, həmin şəxs Turaldan bir söz soruşşa ona heçnə deməsin. Tural da onun dedikləri ilə razılaşmış və onlar birlikdə onun idarə etdiyi avtomobilə gəlmişlər. Tural avtomobili arxa oturacağında oturmuş və onlar birlikdə avtomobillə Badamdar qəsəbəsində yerləşən Araz marketin qarşısına gəlmişlər. Orada o, Tofiqə taksi sifariş vermiş və Tofiqə demiş ki, həmin avtomobillə Mehmet Şerefin evinə gəlib 50 manat verib qab yuyan maşını taksiyə qoyub evinə aparar. Tofiq ondan 50 manatı istəmiş, o, isə bir azdan verəcəyini bildirmişdir. Tofiq avtomobildən düşmüş o, isə Turalla birlikdə Mehmet Şerefin evinə tərəf getmişdir. O, avtomobili bir az aralıda saxlamış, hər ikisi avtomobildən düşmüş və Mehmet Şerefin hasarından həyətə keçmişlər. O,Turala evin arxa tərəfində olan daim açıq qalan qapını göstərib, həmin yerdən evə keçə biləcəyini, qonaq otağında divanın üzərində pul qabının olacağını həmin pul qabının içərisindən 1000 mantdan artıq olmayan məbləğdə pul götürməsini demişdir. O, Turala 1000 manatdan artıq pul götürəcəyi halda türkün məlumatı olacağını və onu tutsalar onu polisə verəcəyini bildirmişdir. Tural da razılaşmışdır. O, Turala hər şeyi izah etdikdən sonra hasarın üzərindən keçib küçəyə düşmüşdür. O, avtomobilin yanında dayanmış bu zaman Tofiq onun yanına gəlmiş və ondan digər şəxsin harada olduğunu soruşmuş, o da Tofiqə avtomobilin yanına gedib orada gözləməsini demişdir. Bu zaman Tural darvazanın üstündən baxıb ona həyətə keçəməsini demişdir. O, da darvazanın üzərindən keçib Turalın yanına getmişdir. Tural evə girə bilmədiyini, həyətdə olan itin imkan vermədiyini demiş, o, da Turala itin balaca olduğunu tutan olmadığını bildirmişdir. O, təkrar Turala evə girib qonaq otağında olan divanın üzərində olan pul qabıdan pulu oğurlamasını deyib, təkarar darvazanı üzərindən keçib avtomobilə gedib oturub gözləmişdir. Təxminən 15-20 dəqiqədən sonra Tural onun yanına gəlmiş və niyə gəlib maşında oturduğunu itin ona imkan vermədiyini demişdir. O, təkrar Turalla birlikdə hasardan hətəyə keçib, həyətdə olan iti qovmuş və Turala evə girməsini deyib özü isə geri avtomobilə qayıtmışdır. Təxminən 30 dəqiqədən sonra Tural onun yanına gəlmiş və pulu götürə bilmədiyini demişdir. O, Turalın dediklərinə inanmamış və onun üzərini axtarmağa başlamışdır. Lakin Turalın üzərində pul olmamışdır. Onlar səhərə qədər avtomobildə gözləmişlər daha sonra Tural avtomobildən düşüb getmiş və təxminən 20 dəqiqədən sonra geri qayıtmış və 2000 manat pul götürdüyü demişdir. Onlar birlikdə oradan getmişlər. O, avtomobilə yanacaq doldurmaq üçün Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinə girmişdir. Orada Tural ona 1000 manat pul vermişdir. O, Turala demişdir ki, oğurladıqları puldan Ruslana da versinlər. Tural etiraz etmiş və Ruslan neyləyib ki, gəlib maşında oturdu, evə də girmədi, əksinə mənim əlimi də soyutdu, özüm girib götürmüşəm ona heçne vermirəm sözlərini demişdir. Tural orada avtomobildən düşüb getmişdir. O, da oradan yaşadığı evə getmişdir. Həmin vaxtdan sonra o, bilmişdir ki, Mehmet Şeref oğurluq barəsində şikayət etmiş və onu polislər axtarır. Sonradan onu tutub Səbail polis idarəsinə aparmışlar. Orada ona məlum olmuşdur ki, X20 evindən 6000 manat pul oğurlayıb və onu da aldatmışdır. O, Turalı axtarmağa başlamışdır. Buna görə də Ruslanla əlaqə salxamış və ona demişdir ki, Tural onu aldadıb türkün evindən 6000 manat oğurlayıb ona isə 2000 manat oğurladığını demişdir. Ruslan da ona demişdir ki, sənə yaxşı olub, mənə hərəniz 150 manat vermədiniz, Tural həmin oğurluqdan sonra heç bir iş görmürdü, ancaq yeyib içib gəzir oğurladığı pulları xərcləyirdi. O, Ruslandan Turalın nömrəsini istəmiş lakin Ruslan Turalın nömrəsini ona verməmişdir. Təqsirləndirilən şəxs Mehmet Oğretmenoğlunun evinə oğurluğa girib çıxdıqdan sonra ona 2000 manat pul vermişdi. O, da həmin puldan 1000 manat özünə götürmüşdür. Qalan 1000 manatını isə Turala vermişdir. Səhəri gün o, Turala zəng vurub türkün şikayət etdiyini deyib pulu qaytarmasını demişdir. Tural da ona 450 manat pul göndərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, X3 bir neçə ildir ki tanıyır belə ki, o, əvvəllər Elşənin yanında işləmişdir. 02 avqust 2022-ci il tarixdə axşam saatlarında Elşən Allahverdiyev hazırda xatırlamadığı nömrədən onun istifadəsində olan 077 *** **** saylı mobil nömrəsinə zəng vurub harda olduğunu soruşmuşdur. O, da evdə olduğunu demişdir. Elşən ona tanıdığı türk vətəndaşı olduğu onun evindən oğurluq etmək istədiyini ona köməklik etməsini demişdir. O, da bir nəfər Tural adlı tanışının olduğunu onunla danışıb deyəcəyini bildirmişdir. Saat 23-24 radələrində Elşən onun yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə gəlmişdir. O, Elşənlə görüşmüş daha sonra Turala zəng vurub küçəyə çıxmasını bildirmişdir. Tural onların yanına gəlmiş. Elşən sürücüsü işlədiyi türkün olduğunu və onun evinə girib oğurluq etməyi təklif etmişdir. Onlar da razılaşmışdır. Buna görədə birlikdə Elşənin avtomobili ilə Badamdar qəsəbəsinə getmişlər. Yolda gedən zaman o, onlara demişdir ki, hər ikisi də ona oğurladıqları puldan 150 manat verəcəklər. Onlar da razılaşmışlar. Onlar üçü də birlikdə Mehmet Şerefin evinə gəlmişdir. Elşən və o, avtomobilin içərisində qalmış, Tural isə avtomobildən düşüb türkün sonradan adının Mehmet Şeref olduğunu bildiyi şəxsin evinə getmişdir. Təxminən 1 saat 30 dəqiqədən sonra Elşən geri qayıtmış və heçnə götürə bilmədiyini demişdir. Təxminən 30 dəqiqə avtomobildə oturduqdan sonra Elşən Turala demişdir ki, gəl birlikdə girək mən səni evə salacam. Onlar birlikdə həyətə keçmişlər, Elşən özü isə geri avtomobilə qayıtmışdır. Təxminən 15 dəqiqədən sonra Tural geri qayıtmış və demişdir ki, evdən səs gəldi, diyəsən türk evdədir. Bu zaman o, və Tural Elşənə onları evə aparmalarını demişlər. O, onları Sumqayıt səhəri, H.Z.Tağıyev qəsəbəsinə aparmışdır. Elşən ona demişdir ki, Turalı düşürsün onunla birlikdə getsinlər. Lakin o, Elşənə demişdir ki, oğuruq etmək istəmir, evə gedir onlar özləri bilsinlər. Daha sonra o, Turala da evə getməsini, Elşənlə birlikdə oğurluğa getməməsini deyib, avtomobildən düşüb evə getmişdir. Elşənlə Turalın birlikdə oğurluğa getmələrindən onun məlumatı olmamışdır. Bir neçə gündən sonra Elşən onunla əlaqə salxamış və Turalın onu aldatdığını türkün evindən 6000 manat oğurlayıb ona isə 2000 manat oğurladığını dediyini bildirmişdir. O, da Elşənə öz problemlərinin olduğunu ona bununla bağlı zəng vurmamasını bildirmişdir. Elşən oğurluğa gedən zaman evdə heç kimi olmadığın demişdir. Tural evə girib çıxdıqdan sonra onlara demişdir ki, diyəsən türk evdədir. O, da həmin vaxt başa düşmüşdür ki, Elşən onları aldadıb buna görədə Elşənə onları evə aparmalarını demişdir. Elşən onları evə aparmış o, avtomobildən düşən zaman Turala da evə getməsini oğurluğa getməməsini demişdir. Lakin o, getdikdən sonra onlar oğurluğa getmişlər. Elşən və Turala oğurladıqları puldan hər birisinin ona 150 manat vermələrini demişdir. O, fikirləşmişdir ki, oğurluq etdikdən sonra onları tutarlar buna görə də Elşənə onları geri qaytarmasını demişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan, polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə tutulmuş, elə həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, dəymiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə az ağır cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və gənc olmasını nəzərə alaraq belə nəticəyə gəlir ki, azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixində 01 (bir) gün tutulduğu müddət ona təyin edilmiş əsas cəza müddətindən çıxılmaqla və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixində tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulmaqla onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, ünvan 1 ünvanındakı yaşayış yerini hər gün saat 23-00-dən 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli məhkumun yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (yüz səksən) manat pul tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun "xxxx" QSC-nin Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-39/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-39/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver