Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-39/2024 23.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Hacıqabul rayonu, Qarasu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-258/2024 saylı hökmü ilə barəsində 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Şirvan şəhəri, X8 küçəsi ev 13, mənzil 16 ünvanında qeydiyyatda olan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə 23 may 2024-cü il tarixdə saat 10.00-da məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq etmişdir. Belə ki, o, tanışları Şahid2, Şahid1 və istintaqa şəxsiyyətləri məlum olmayan Vüqar, Vahid, Qara adlı şəxslərlə birlikdə 01 yanvar 2023-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onlara baxmasına tanışı Vahid adlı şəxsin irad bildirməsinə görə tərəflər arasında yaranmış mübahisə zamanı hadisə yerinə gələn şəxsiyyəti istintaqa məlum olmayan Nicat adlı digər tanışı ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı X2 iradla razılaşmayıb mübahisə etmələrini özləri üçün qəbuledilməz hal hesab edərək, bunu cüzi səbəb kimi bəhanə edərək, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, ictimai yerdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ətrafda toplanmış şəxslərin gözləri önündə nalayiq ifadələr işlətməklə əvvəlcə Nicat adlı şəxs Zərərçəkmiş şəxs1 burun nahiyyəsinə bir dəfə başı ilə zərbə endiməklə xuliqanlıq niyyəti ilə sonuncunun burunu tənəffüsünün pozulması ilə müşaiyət olunan və burun sümüklərinin cərrahi müdaxilə (repozisiya) tələb edən yerini dəyişmiş qapalı sınıqları, burunun yumşaq toxumaları şişkinliyi və qançırı, eləcə də hər iki gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır xəarət yetirdikdən sonra, Təqsirləndirilən şəxs onunla həmrəylik nümayiş etdirib xuliqanlıq hərəkətlərinin davamı olaraq əlində silah qismində istifadə etdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 hər iki ayaq nahiyəsinin baldır hissələrinə ümumilikdə 04 dəfə zərbə vurmaqla sol budun yuxarı 1/3 arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş yarayla müşayiət olunan sağlamlığın qısa müddət ərzində pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmiş, zərərçəkmiş şəxs X4 tanışı Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə münaqişəyə daxil olub Təqsirləndirilən şəxs hərəkətlərini dəf etməyə çalışan zaman o, ictimai borcunu yerinə yetirən X3 da silah qismində istifadə etdiyi həmin bıçaqla sağ ayaq nahiyəsinin baldır hissəsinə bir dəfə, topuq hissəsinə də bir dəfə olmaqla ümumilikdə iki bıçaq zərbəsi endirib sağ budun orta 1/3-in ön səthində 01 ədəd və sağ aşıq-baldır oynağının bayır topuq səthində 01 ədəd deşilmiş-kəsilmiş yarayla müşayiət olunan salamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yügül bədən xəsarətləri yetirib bu hərəkətləri ilə, o bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində tanışları Ədalət, Vüqar, Vahid, Orxan və Qara ilə Səbail rayonunda “Soyuq əllər isti ürəklər” yarmarkasında görüşüb bir qədər həmin ərazidə gəzişmiş, həmin şəxslərlə birlikdə bütün günü gəzişib yekunda Dənizkənarı Milli Parkda atəşfəşanlığa baxmağa getmişdirlər. Atəşfəşanlıq yekunlaşdıqdan sonra adlarını sadaladığı tanışları ilə birlikdə bir qədər gəzişib Malakan Bağına getməyə qərara almış, 31 dekabr 2022-ci il tarixdə 00:00 radələrində dostları ilə piyada Sahil metrostansiyası istiqamətində hərəkətdə olan zaman Vahid qarşıdan gələn əvvəllər tanımadığı 4 nəfər şəxslərdən birinin ona nəyə görə baxdığını soruşmuş, həmin şəxs “yaxşı edirəm baxıram” deyən zaman bir qədər Vahidlə onun arasında mübahisə yaranmış, bu vaxt kənardan tanışları olan Nicat adlı şəxs də gələrək nə baş verdiyini soruşmuş, Nicat mübahisəni həll etmək istəyirmiş, lakin həmin 4 nəfər şəxslərdən biri onunla kobud danışmış, bu zaman Nicat qəfldən İlkinin burnuna başı ilə bir dəfə zərbə endirmiş, bundan sonra Nicat uzaqlaşaraq getməyə başlamış, Nicatın getdiyini görən 4 nəfər şəxs onun arxası ilə iti addımlarla getmişlər, bu vaxt dostu Vahidə mübahisənin ona görə düşdüyünü və Nicatın da həmin şəxslərdən birinin ona görə vurduğunu demiş, Vahidə həmin 4 nəfər şəxslərə tərəf gedib çatmasını bildirmiş, digər dostları ilə təxminən 10-15 addım geridə olmuş, Vahid isə digər 4 nəfərlə birlikdə söhbət edə edə irəliləyirmiş, bu vaxt Vahid onu çağıraraq kömək etməsini istəmiş, o, həmin 4 nəfər şəxsdən birinin Vahidlə mübahisə etdiyini, daha sonra isə dalaşdıqlarını görmüş, davanın nə səbəbdən və kim tərəfindən başlanılmasını bilməmiş, bundan sonra həmin şəxsləri aralamaq məqsədi ilə o və dostları, eləcə də ətrafda olan tanımadığı digər şəxslər də aralarına girmiş, Vahidlə həmin şəxsi aralamağa çalışsa da, artıq həmin şəxslər tərəfindən onun ünvanına təhqiramiz ifadələr işlədildiyini eşitmişdir. Həmin şəxslər tərəfindən döyüləcəyini yəqin edib gödəkçəsinin cibində olan bıçağı çıxardıb onu təhqir etdiklərinə görə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, hər birinin ayaq hissəsinə bıçaqla zərbə endirmiş, özünə də zərbə dəymiş, lakin kim tərəfindən dəydiyini bilməmiş, bundan sonra onlar oradan uzaqlaşıb yaxınlıqda yerləşən binanın giriş hissəsinə tərəf getmişlər. Məhkəmənin növbəti iclaslarında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi yanlışdır. Belə ki, ibtidai istintaq zamanı polis əməkdaşı onu yanlış ifadə verməyə məcbur edib. Bu səbəbdən məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 özü bıçaqladığını demişdir. Həmçinin tanışı Şahid1 deyiblər ki, istintaq zamanı ifadəsində bıçağı vuran şəxsin əlinin kəsildiyini desin. Onun sol əli kəsilmişdir. Bu səbəbdən də cinayət onun üstünə qalmışdır. Hadisə zamanı üzərində bıçaq olmamış, heç kəsi bıçaqlamamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2022-ci il 31 dekabr tarixində tanışları Elmar, Məhəmmədlə və Şahid3la görüşüb birlikdə bulvara tərəf getmişlər. Bulvarda yaradılmış atəşfəşanlığa baxdıqdan sonra Sahil metrostansiyası çıxışına tərəf səki ilə piyada hərəkət edən zaman üzbəüz təxminən bir neçə nəfər şəxs çıxmış, həmin şəxslərdən biri, əvvəllər tanımadığı şəxs ona baxaraq nəyə görə baxdığını soruşmuş, o həmin şəxsə elə belə baxdığını,ola bilsin tanış gəldiyini bildirmiş, həmin şəxsin ad soyadını dəqiq bilmir. Həmin şəxlə dayanıb bir qədər mübahisə etdiyi zaman kənardan bir nəfər şəxs yaxınlaşmış və həmin vaxt gözləmədiyi anda sonradan gələn, qeyd etdiyi, onunla kobud danışan şəxs qəfldən başı ilə burun nahiyyəsinə zərbə endirmiş, o, zərbənin təsirindən bir qədər arxaya çəkilmiş və daha sonra başı ilə zərbə endirmiş şəxsi axtarmağa çalışsa da, onu görə bilməmiş, onunla mübahisəni başlatmış şəxsə yaxınlaşmış və yumruqla sifət və bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirməyə başlamış, həmin şəxsə vurduqda arxadan ona da təpik və yumruq zərbələri endirildiyini hiss edirmiş, lakin həmin zərbələrin kim tərəfindən vurulduğunu görmürmüş. Bundan sonra onu kimsə ayağından bıçaqla vurmuş, lakin kimin vurduğunu bilmir, onu bıçaqla vuran şəxsin üzünü görməmişdir. Hadisədən sonra onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs şikayətçi olmadığını, dəymiş zərərin ödənildiyini bildirmiş və bu barədə ərizə yazmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 2022-ci il 31 dekabr tarixində tanışı Zərərçəkmiş şəxs1lə və Şahid3la görüşüb birlikdə Bulvara tərəf getmiş, bulvarda yaradılmış atəşfəşanlığa baxdıqdan sonra bir qədər şəhər istiqamətində piyada gəzməyi qərara almış, həmin gün saat 02:00 radələrində Sahil metro-stansiyası çıxışına tərəf səki ilə piyada hərəkət edən zaman üzbəüz 4 nəfər şəxs çıxmış, həmin şəxslərdən biri tanışı İlkinə baxaraq nəyə görə ona baxdığını soruşmuş, məhz həmin şəxslər İlkinin ona pis baxdığı üçün mübahisə yaratmağa çalışmışlar, bundan sonra ətrafdan da təxminən 3-4 nəfər şəxs də onlarla mübahisə edən şəxslər tərəfindən gəlmişlər, bir neçə saniyədən sonra qarşı tərəfdən İlkinin burnundan vurmuş, bundan sonra İlkin onunla mübahisə yaratmış, “nəyə görə baxdığıqlarını” soruşan şəxsə yaxınlaşıb həmin şəxsin sifət nahiyyəsindən yumruq zərbələri endirmiş, İlkini həmin şəxslərdən aralamağa çalışan zaman onlarla mübahisə edən üzünü görmədiyi şəxslərdən biri bıçaqla onu ayağından vurmuşdur. Hadisə yerində Təqsirləndirilən şəxs gördüyünü xatırlamır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid2 istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində tanışı Vüqarla birlikdə Bulvarda quraşdırılmış atəşfəşanlığı izlədikdən sonra təsadüfən “Qara” ləqəbli Dəniz adlı və Həsən adlı tanışı ilə görüşüb bir qədər bir yerdə gəzişmək qərarına gəlmiş, həmin gecə təxminən 1 saat gəzdikdən sonra Sahil metrosuna tərəf gedib artıq evə getmək qərarına gəlmişşlər, Sahil metrosuna tərəf getdikdə “Star” marketlə üzbəüz davadalaş olduğunu görmüş, orada tanışı Vahid adlı şəxsin tanımadığı şəxslərlə dalaşdığını görmüş, həmin vaxt ətrafda tanımadığı çoxlu sayda insan və Ceyhun, Orxan da olmuş, həmin vaxt ətrafda çoxlu sayda insan olduğundan onlara fikir verməmiş, dava dalaş zamanı Vahidin yerdə olduğunu görüb onu yerdən qaldırmış və oradan uzaqlaşmağa başlamışlar, Vahidi adlarını qeyd etdiyi tanışları ilə birlikdə yaxınlıqda yerləşən yaşayış binasının giriş hissəsində yerləşən arkaya girmişlər, daha sonra isə Malakan bağı yaxınlığında tanışları ilə sağollaşdıqda Ceyhunun da əlinin qanadığını görmüş, bundan sonra o, Vüqar və Qara digər tanışları ilə sağollaşıb oradan uzaqlaşmış, səhərisi gün tanışları ilə görüşdükdə ona Ceyhunun həmin gün 2 nəfər şəxsi bıçaqladığını və buna görə də tutulduğunu bildirmişlər, hadisə olan gün Ceyhunun bıçaqla kiməsə xəsarət yetirməsini görməmiş, Vahidi oradan çıxartmış, hadisənin nə səbəbdən baş verməsi barədə də heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır və heç vaxt üzərində bıçaq olduğunu görməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid3 ifadəsində göstərmişdir ki, 31 dekabr 2022-ci il tarixdə saat 23:00 radələrində tanışı Zərərçəkmiş şəxs1 zəng edib görüşüb birlikdə bayramla əlaqədar təşkil edilən atəşfəşanlığa baxmaq üçün gedəcəklərini, onu da getməyə dəvət etmiş, o, etiraz etməmiş, saat təxmin 23:40 radələrində tanışları İlkin, Məhəmməd və Elmarla “28 May” metro stansiyasının çıxışında görüşüb birlikdə bulvara tərəf getmiş, bulvarda atəşfəşanlığa baxdıqdan sonra bir qədər şəhər istiqamətində piyada gəzməyi qərara almışlar, həmin gün saat 02:00 radələrində Sahil metrostansiyası çıxışına tərəf səki ilə piyada hərəkət edən zaman üzbəüz bir neçə nəfər şəxs çıxmış, bu zaman o da İlkinin yanında olmuş, həmin şəxslərdən biri tanışı İlkinə baxaraq nəyə görə ona baxdığını soruşmuş, məhz həmin şəxslər İlkinin ona pis baxdığı üçün mübahisə yaratmağa çalışmışlar, bundan sonra ətrafdan da təxminən 3-4 nəfər şəxs də onlarla mübahisə edən şəxslər tərəfindən gəlmişlər, söhbət əsnasında kənardan bir nəfər şəxs yaxınlaşaraq qəfldən başı ilə İlkinin burun nahiyyəsinə zərbə endirmiş, həmin vaxt İlkin vurulduğunu demiş, bundan sonra İlkin onunla mübahisə yaratmış, “nəyə görə baxdığını” soruşan şəxsə yaxınlaşıb həmin şəxsin sifət nahiyyəsindən yumruq zərbələri endirməyə başlamış, həmin şəxsə o da təxminən 3-4 dəfə təpik zərbələri endirmiş, bir neçə saniyə kənara baxdıqdan sonra İlkin bıçaqlandığını ona demiş, İlkin dəqiq harada və kim tərəfindən bıçaqlanmasını görməsə də, bu barədə dedikdən sonra ayaq nahiyyəsindən bıçaq xəsarəti olduğunu görmüş, vaxt itirmədən İlkini taksiyə əyləşdirib xəstəxanaya aparmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadə qismən doğrudur. 01 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində tanışları Ceyhun, Vahidlə görüşüb şəhərdə bir qədər gəzişdikdən sonra Sahil metrostansiyası yaxınlığında tanışları Həsən, Vüqar, Ədalət və bir nəfər də adını dəqiq xatırlamadığı şəxslərlə görüşdükdən sonra onlar da söhbət edib gəzirmişlər, həmin vaxt Sahil metrostansiyası yaxınlığında piyada hərəkətdə olan zaman o, tanışları ümumilikdə 7-8 nəfər olmuşlar, həmin vaxt onlar Malakan bağıına getmək qərarına gəlmişlər, yolda piyada hərəkət edən zaman qarşıdan gələn əvvəllər tanımadığı 4 nəfər piyada hərəkət edən şəxs yanlarından keçəndə onlardan biri dostu Vahidə nəyə görə baxdığını soruşmuş, Vahid həmin şəxslə bir qədər söhbət etmək qərarına gəlmiş, Vahid həmin 4 nəfər şəxslə söhbət etmiş, və digər dostları ilə təxminən 5-7 addım irəlidə gedirmiş, yaxınlıqda yerləşən “Star” marketin yanına çatdıqda həmin 4 nəfər şəxs anidən Vahidə yumruq və təpik zərbələri ilə vuraraq yerə yıxmışlar. Hadisənin bu cür baş verdiyini gördükdə onlara tərəf qaçmışlar, həmin vaxt dörd nəfərdən ikisinin ayaq nahiyyəsindən dəqiq sayını xatırlamadığı qədər bıçaq zərbələri endirilmiş, lakin həmin bıçaq zərbələri Təqsirləndirilən şəxs Azər oğlu tərəfindən vurulmamışdır. Cinayət işində olan Təhlükəsiz Şəhər Xidmətinin TŞ 1-196 nömrəli videomüşahidə qurğusunun 1-ci və 2-ci kameralarının xx.xx.2023-cü il tarixli saat 01:38-dən 01:42-dək olan müddətdəki videogörüntülərinə məhkəmə iclasında baxış keçirilmiş, lakin hadisənin gecə saatlarında baş verməsi, ərazidə insanların sayının çox olması və ən əsası davanın kütləvi xarakter daşıması səbəbindən hadisənin kim tərəfindən törədilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 04 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir:
1. Vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən- sol budun yuxarı 1/3-nin bayır səthində 02 ədəd, sağ sağrının aşağı bayır kvadratında 01 ədəd, sağ budun yuxarı 1/3 arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici xarakterli alət (aləıtlər) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddədə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxslər tərəfindən qeyd olunan nahiyələr bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.
2. Vətəndaş Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən- burun tənəffüsünün pozulması ilə müşayiət olunan və burun sümüklərinin cərrahi müdaxilə (repozisiya) tələb edən yerini dəyişmiş qapalı sınıqları, burunun yumuşaq toxumalarının şişkinliyi və qançırı, eləcə də, hər iki gözaltı nahiyənin qançırları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə, kənar şəxs tərəfindən sifət nahiyəsindən kəllə ilə bir zərbənin təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilkdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 05 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarət aşkar edilmişdir:
1. Vətəndaş Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən- sağ budun orta 1/3 ön səthində 01 ədəd və sağ aşıq-baldır oynağının bayır topuq səthində 01 ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici xarakterli alət (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixində kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayırlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 01 yanvar 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. 02 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 02 yanvar 2023-cü il tarixdə saat 02:30 dəqiqədən tutulmuş hesab edilmişdir. 03 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-1/2023 tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. 07 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilməklə ona həmin Məcəllənin 127.2.3, 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. 08 mart 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqa məlum olmayan Nicat adlı şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs bronxial astma xəstəliyi var. İş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X5 “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-161/2023 tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-161/2023 tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. 14 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. 16 iyun 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. 02 sentyabr 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. 04 sentyabr 2023-cü il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 04 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Səbail rayon məhkəməsinin hakimi Ülviyyə Şükürova tərəfindən seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-258/2024 tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 yanvar 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: - Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilmişdir. xx.xx.2019-cü il tarixdə cəzanın müddəti başa çatmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspertiza rəyləri və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, baş vermiş hadisənin gedişatında təqsirləndirilən şəxsin hərəkəti xuliqanlıq kimi təzahür etməmiş, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassız olmaqla, hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə tərəflərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, hadisənin dəqiq baş vermə yeri, şəraiti və mexanizmi, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslər və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Belə ki, həm cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, həm zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə 01 yanvar 2023-cü il tarixdə baş vermiş hadisənin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq olmaması sübuta yetirilmişdir. Qeyd edilməlidir ki, məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün cinayət prosesi iştirakçılarından hər birinin həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclasları zamanı verdiyi ifadələr ziddiyyətlidir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2un, hər birinin ayaq və topuq hissəsinə bıçaqla zərbə endirdiyini desə də, növbəti ifadələrində özünü təqsirsiz bilərək heç kimi bıçaqlamadığını, ümumiyyətlə bıçağının olmadığını bildirmişdir. İbtidai istintaq zamanı verilən ifadənin əldə edildiyi şəraitin onların etibarlılığını və ya dəqiqliyini şübhə altına aldığından həmin ifadələri sübut növü baxımından əhəmiyyətsiz, hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Həmçinin bunu şahid qismində dindirilmiş Şahid1 da ifadəsi təsdiq edir. Belə ki, ibtidai istintaq zamanı ifadəsində Ceyhunun iki nəfəri bıçaqladığını gördüyünü desə də, məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında Ceyhunun heç kimi bıçaqlamadığını bildirmişdir. Bu da ibtidai istintaq zamanı alınan ifadələrin həqiqiliyini və mötəbərliliyini şübhə altına alır. Bundan başqa məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrindən görünür ki, bıçaqlanma hadisəsi olmuş, lakin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini heç biri görməmişdir. Həmçinin məhkəmə iclası zamanı izlənən videogörüntülərdən hadisənin Təqsirləndirilən şəxs və ya başqa biri tərəfindən törədilməsi müəyyən edilməmişdir. Belə ki, hadisənin gecə saatlarında baş verməsi və davanın kütləvi xarakter daşıması səbəbindən istintaq zamanı hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək mümkün olmamışdır. Bu baxımdan həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, baş vermiş hadisə iki mərhələdən ibarət olmaqla hər iki mərhələnin tam təsviri və aydınlaşdırılması ümumən hadisəyə obyektiv hüquqi qiymətin verilməsinə imkan verir. İlkin mərhələ ilə bağlı işin halları ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs tanışları Şahid2, Şahid1 və istintaqa şəxsiyyətləri məlum olmayan Vüqar, Vahid, Qara adlı şəxslərlə birlikdə 01 yanvar 2023-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onlara baxmasına tanışı Vahid adlı şəxsin irad bildirməsinə görə tərəflər arasında yaranmış mübahisə zamanı hadisə yerinə gələn şəxsiyyəti istintaqa məlum olmayan Nicat adlı digər tanışı ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı X2 iradla razılaşmayıb mübahisə etmələrini özləri üçün qəbuledilməz hal hesab edərək, bunu cüzi səbəb kimi bəhanə edərək, öz şəxsiyyətlərini başqalarının fövqündə qoymaqla, ictimai yerdə insanlar arasında bərqərarolmuş birgə yaşayış və davranış qaydalarını qərəzli surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan ətrafda toplanmış şəxslərin gözləri önündə nalayiq ifadələr işlətməklə əvvəlcə Nicat adlı şəxs Zərərçəkmiş şəxs1 burun nahiyyəsinə 01 dəfə başı ilə zərbə endiməklə xuliqanlıq niyyəti ilə sonuncunun burunu tənəffüsünün pozulması ilə müşaiyət olunan və burun sümüklərinin cərrahi müdaxilə (repozisiya) tələb edən yerini dəyişmiş qapalı sınıqları, burunun yumuşaq toxumaları şişkinliyi və qançırı, eləcə də hər iki gözaltı nahiyənin qançırları ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır xəarət yetirdikdən sonra, Təqsirləndirilən şəxs onunla həmrəylik nümayiş etdirib xuliqanlıq hərəkətlərinin davamı olaraq əlində silah qismində istifadə etdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 hər iki ayaq nahiyəsinin baldır hissələrinə ümumilikdə 04 dəfə zərbə vurmaqla sol budun yuxarı 1/3 arxa səthində 01 ədəd deşilmiş-kəsilmiş yarayla müşayiət olunan sağlamlığın qısa müddət ərzində pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirmiş, zərərçəkmiş şəxs X4 tanışı Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün real təhlükə kimi qəbul edib ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə münaqişəyə daxil olub Təqsirləndirilən şəxs hərəkətlərini dəf etməyə çalışan zaman o, ictimai borcunu yerinə yetirən X3 da silah qismində istifadə etdiyi həmin bıçaqla sağ ayaq nahiyəsinin baldır hissəsinə 01 dəfə, topuq hissəsinə də 01 dəfə olmaqla ümumilikdə 02 bıçaq zərbəsi endirib sağ budun orta 1/3-in ön səthində 01 ədəd və sağ aşıq-baldır oynağının bayır topuq səthində 01 ədəd deşilmiş-kəsilmiş yarayla müşayiət olunan salamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yügül bədən xəsarətləri yetirib bu hərəkətləri ilə, o bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq etmişdir. Göründüyü kimi, ilkin mərhələdə, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin verdiyi ifadələlərdən müəyyən edilmişdir ki, bıçaqlanma hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Hadisənin ikinci mərhələsi ilə bağlı məhkəmə baxışının gedişatında müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, Təqsirləndirilən şəxs tanışları Şahid2, Şahid1 və şəxsiyyətləri məlum olmayan Vüqar, Vahid, Qara adlı şəxslərlə birlikdə 01 yanvar 2023-cü il tarixdə saat 01:40 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 onlara baxmasına tanışı Vahid adlı şəxsin irad bildirməsinə görə tərəflər arasında yaranmış mübahisə zamanı hadisə yerinə gələn şəxsiyyəti istintaqa məlum olmayan Nicat adlı digər tanışı ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və sonuncunun tanışı X2 iradla razılaşmayıb mübahisə etmələrini özləri üçün qəbuledilməz hal hesab edərək, həmin şəxslərlə mübahisə etmiş, hadisə zamanı Zərərçəkmiş şəxs1 və X4 ayaq və topuq nahiyələrindən saylarını xatırlamadıqları qədər bıçaq zərbəsi almış, lakin zərbələrin kim tərəfindən vurulduğunu bilməmişdirlər. Şahidlər də bıçaqlanma hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilmədiyini, hətta sonuncunun üzərində bıçaq olmadığını ifadələrində göstərmişdirlər. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs barəsində heç bir şikayətinin olmadığını və barışdıqlarını bildirmişdir. Hadisənin ikinci mərhələsinin iş materiallarında olan sübutlarla müqayisəli şəkildə tədqiqi belə qənaətə gəlməyə imkan verir ki, ibtidai araşdırma orqanının hadisənin baş verməsinə səbəb kimi təqsirləndirilən şəxsin davranışı ilə bağlı gəldiyi qənaəti ittiham aktında təsvir edərkən “bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə ictimai borcunu yerinə yetirən şəxsə qarşı xuliqanlıq” kimi qiymətləndirilməsini yanlış hesab edir. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, 01 yanvar 2023-cü il tarixdə baş vermiş xuliqanlıq hadisəsi Təqsirləndirilən şəxs tərəfindən törədilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət işinin qeyd olunan obyektiv halları təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. (CPM-126.6.). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəmnində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə ,yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əlehinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4 –cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyi sübuta yetirilmədikdə təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X7rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Yuxarıda təsvir olunanlardan görünür ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən mötəbər sübut təqdim olunmamışdır. Əksinə olaraq təqsirləndirilən şəxslərin təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla bir-biri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, 349.5.2-ci maddəsinə görə bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və 349.5.3-cü maddəsinə əsasən isə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə - məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Ədalətli məhkəmə araşdırması hüquq ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsiri şəkildə bərpa olunmasını təmin etməlidir”. Bu baxımdan təqsirliliyi sübuta yetirilmədikdə şəxslərə bəraət verilməsi ədaləti bərqərar etmiş olur. Beləliklə, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə yekun nəticəyə gəlir ki, baş vermiş hadisədə hər hansı cinayətin, eləcə də təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən “cinayət hadisəsi olmadıqda” əsası ilə təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-258/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(007)-258/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə nüvündə cəza çəkməsi nəzərə alınsın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə 642 (altı yüz qırx iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Hakim Ülviyyə Şükürova