Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-396/2025 04.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X6 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikasının Baş Prokurorluğu Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X3 qızının, Müdafiəçi- Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edərək saxlamaqla üzərində daşımışdır Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış və Səbail RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələri əldə etmə, gəzdirmə, daşıma və istifadəsində şübşəli bilinərək 04 dekabr 2025-ci il tarixdə saat 19:06 dəqiqədə ünvan 2 ünvanın yaxınlığında saxlanılmış və orada üstünün yoxlanılması zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,385 qram olan ağ rəgli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanımş psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əməlindən peşman olduğunu bir daha belə hallara yol verməyəcəyini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını xahiş etmişdir. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2-3 aydır ki yenidən narkotik vasitə və psixotrop maddlərdən qəbul etməyə başlamışdır. Belə ki, bədənində ağrılar olduğu zaman məcbur qalıb narkotik vasitə və psixotrop maddlərdən istifadə edir. 04 dekabr 2024-cü il tarixdə saat təxminən 15.00 radələrində Bakı şəhəri Səbail rayonu Arif İsmayılov küçəsində yerləşən Qaçqınlar məktəbinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin almış və bükümü ağ rəngli kağıza bükərək əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq saxlamışdı, istəyirdi ki, axşam evə gedəndə özü istifadə etsin. Elə həmin günü, yəni 04 dekabr 2025-ci il tarixdə saat 19:06 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olduğu zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, öz xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Polis əməkdaşları ona demişlər ki, narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və istifadəsində şübhəli bilinir, ona görə onu saxlayıblar. O da səmimi olaraq etiraf etmişdi ki, üzərində psixotrop maddə metamfetamin var. Polis əməkdaşları onun şəxsiyyəti ilə maraqlandıqdan sonra bildirmişlər ki, onun üst-başını yoxlayacaqlar, o, etiraz etməmişdi. Bundan sonra polis əməkdaşları ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, sonra üzərində videoçəkilişlə yoxlama aparılmağa başlanmışdı. Yoxlama başlanılmazdan əvvəl polis əməkdaşları ona təklif etmişlər ki, paltarında və digər geyim əşyalarında qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd içində sellofan bükümdə psixotrop maddə metamfetamin olan ağ kağızı çıxarıb polis əməkdaşlarına təqdim etmişdi. Onun təqdim etdiyi bir ədəd ağ rəngli kağız polis əməkdaşları tərəfindən açılmış, kağızın içindən çıxan şəffaf rəngli sellofan büküm açıldıqda isə içindən psixotrop maddə metamfetaminə bənzər maddənin olduğunu aşkar etmişdilər. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, sonra o, polis əməkdaşlarının təklifi ilə sonuncularla birlikdə Səbail RPİ-nin 8-ci Polis Şöbəsinin inzibati binasında yerləşən otaqların birinə getmişdi. Orada dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah olunmuş və orada onu şübhəli şəxs qismində saxlamışlar. Bundan sonra təhqiqatçı tərəfindən videoçəkilişlə onun və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar edilərək götürülmüş bükümə baxış keçirilmişdi. O, orda da bildirmişdi ki, üzərindən aşkar edilmiş bükümdəki kütlə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, metamfetamini xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Səbail rayonu Arif İsmayılov küçəsində yerləşən Qaçqınlar məktəbinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün bir ədəd şəffaf rəngli sellafonda 10 manata almış əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoymuşdu ki, axşam evə gedəndə istifadə etsin. Məhkəmə iclasında şahidlər Şahid1 , Şahid2 və Şahid3 ibtidai istintaq dövründə verdikləri ifadələr elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin X1 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsini daşıyır. 04 dekabr 2025-ci il tarixdə Səbail RPİ-nin NMB-nə xx.xx.1996-c1 ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat icraata daxil olmuş və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdı. Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid3 da həmin qrupa daxil edilmişlər. xx.xx.2025-ci il tarixdə saat 19:06 radələrində qrupun digər üzvləri ilə birlikdə izləyərək Təqsirləndirilən şəxs ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlamış, xidməti vəsiqələrini təqdim edərək özlərini polis əməkdaşı kimi təqdim etmiş və şəxsiyyəti ilə maraqlandıqda sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdi. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edərək üzərində daşımasında şübhəli oduğuna görə saxladıqlarını bildirmişlər. Daha sonra elə orada həmin tarixdə saat 19.06-dən etibarən hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs təklif etmişlər ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etsin. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ kağızda olan bükümü çıxarıb onlara təqdim edərək İçərisində psixotrop maddə metamfeiaminin olduğunu bildirmişdi. Sonra onların tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncunun üzərindən qanınla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm orada iştirak edən şəxslərin iştirakları ilə açılaraq baxılmış, ağ kağızın içindən bir ədəd şəffaf rəngli sellofan bükümün olmaı, sellofan büküm açıldıqda isə içərisində kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlənin olması aşkar olunmuşdu. Daha sonra həmin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan büküm ekspertizaya göndərmək məqsədilə, ağ zərfə qoyularaq ağzı bağlanmış, DİN-in 51 saylı möhürü ilə möhürlənmiş və orada olan şəxslər tərəfindən zərfin üstü imzalarla təsdiq edilmişdi. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar edilmiş bükümdəki kütlənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, onu 04 dekabr 2025-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Səbail rayonu Arif İsmayılov küçəsində yerləşən Qaçqınlar məktəbinin yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün bir ədəd şəffaf rəngli sellafonda 10 manata aldığını və əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq gəzdirdiyini bildirmişdi. Bütün bu hərəkətlər hamısı videogörüntü vasitəsilə əməliyyat müvəkkili Şahid2 tərəfindən lentə alınmışdı. Bundan sonra onlar Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PŞ-nin inzibati binasına dəvət etmiş, sonuncu etiraz etməpeu onlarla birlikdə Səbail RPİ-nin 8-ci PŞ-nin inzibati binasına getmişdi. Orada Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquq və vəzifələri tam izah edilmişdi. Daha sonra 04 dekabr 2025-ci il tarixdə Səbail RPİ-nin 8-ci Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru Ramil Lətifli tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd şəffaf rəngli sellofan bükümə onların və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı bükümün içərisindən kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdu. Sonra yenidən həmin büküm qablaşdırılıb möhürlənmiş, Azərbaycan Respublikası DİN-in möhürü ilə möhürlənərək götürülmüş, zərfin üzərində bütün iştirakçılar kimi o da imza etmişdi. Sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və protokola da o, bütün iştirakçılar kimi imza etmişdi. Sonda toplanılmış material ekspertiża tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmişdi, Təqsirləndirilən şəxs isə Səbail RPİ-nin X12 göndərilmişdi. Şahid2 və Şahid3 məhkəmə istintaqında elan olunmuş, ibtidai araşdırma zamanı verdikləri ifadələr Şahid1 ifadəsi ilə eynilik təşkil etmişdir. Məhkəmə iclasında tətqiq edilmiş 04 dekabr 2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri, şübhəli şəxsin üstünün yoxlanması və götürmənin aparılmasının əks olunduğu videogörüntüdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 19:06-da Səbail RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs tərəflərindən Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsində piyada hərəkətdə olarkən saxlanılır sonuncuya üzərində olan əşyaları təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə olan kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş büküm 01 ədəd zərfdə qablaşdırılır və DİN-nin zərflər üçün 51 saylı mahuru ilə möhürlənir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Bakı şəhəri, Səbail rayonu ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirir və videogörüntü başa çatır. Məhkəmə iclasında “təqdim olunan əşyaya baxış və götürməni” əks etdirən videogörüntüdən görünür ki, Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X11 tərəfindən Səbail RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Səbail RPİnin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Təqsirləndirilən şəxs iştirakı ilə təqdim olunmuş zərfə baxış keçirilir. Zərfə açılaraq içinə baxılan zaman oradan 01 ədəd büküm aşkar edilir. Həmin bükümdəki maddəyə baxış keçirilən zaman həmin maddənin psixotrop maddə hesab olunan metafetminə bənzər kristal kütlələr olması müəyyən edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi istifadəsi məqsədi ilə tanımadığı şəxsdən aldığını və üzərində saxladığını bildirir. Daha sonra həmin büküm yenidən zərfdə qablaşdırılır və zərfin üzəri orada iştirak edən şəxslər tərəfindən imza edilir. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının təyin olunması haqqında 04 dekabr 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tədqiqat nəticəsində 6/3849 nömrəli 05 dekabr 2025-ci il tarixli ekspertiza rəyi verilmişdir. Həmin rəyə əsasən müəyyən olmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət Təqsirləndirilən şəxs aşkar edilmiş...’’ sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.385 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 90 (doxsan) manat təşkil etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlələrin geri qaytarılmasına dair 05 dekabr 2025-ci il tarixli aktdan görünür ki, 0.385 qram qəbul olunmuş, 0,050 qram nümunə götürülmüş və 0,335 qram geri qaytarılmışdır. Əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatından sonra qalıq çəkisi 0,335 qram olan psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi hesab edilərək, məhkəmə baxışınadək saxlanılması üçün Səbail RPİnin saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X9 7619 nömrəli, 05 dekabr 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan təqsirləndirilən şəxs və şahidlərin ifadələrini, ekspertin rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 04 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2025-ci il tarixdə saat 19:06-da şübhəli şəxs qismində tutulmuşdur. (cild İ, iş vərəq 25) İş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ, iş vərəq 51) İş materiallarında olan “həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” 06 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə Təqsirləndirilən şəxs saxlanıldığı Səbail RPİ-nin MSY-dən azad olunmuşdur. (cild İ, iş vərəq 67-68) İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 06 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild İ, iş vərəq 69-70) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışlardan və hökmlərdən görünür ki, Təqsirləndirilən şəxs: Səbail Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 02 (iki) il müddətində Dövlət, Özəl və Yerli özünüidarəetmək orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəlilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa Səbail Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (cild İ, iş vərəq 82-83) İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Səbail Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli hökmünə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzası bitdiyi üçün xx.xx.2025-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan EMİS-dən əldə edilmiş məlumata görə, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə anadan olmuş, yetkinlik yaşına çatmayan X13 adlı övladı vardır. İş materiallarında olan Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1454/2019 nömərli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ilə X10 arasında 05 may 2018-ci il tarixdə Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış və 1348 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikahın pozulması tərəflərin birgə nikahından doğulmuş 19 fevral 2019-cu il təvəllüdlü X13 anası X4 yanında saxlanılması. Cavabdeh Təqsirləndirilən şəxs, xx.xx.2019-cu il tarixdən başlayaraq, 19 fevral 2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 ödənilsin. Cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən başlayaraq, 19 fevral.2019-cu il təvəllüdlü X18 3 yaşına qədər saxlanılması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X5 verilməsi qərara alınmışdır İş materiallarında olan Bakı şəhər Səbail Rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Bakı şəhər Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)- 1454/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs həmin iş üzrə 9460 AZN aliment borcu mövcuddur. Hazırda borclu son bir il ərzində cəmi 200 AZN aliment ödənişi etmişdir. İş materiallarında olan Bakı şəhər Səbail Rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki , Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan psixotrop maddələrin İİ siyahısının 118-ci bəndinə görə metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın psixotrop maddələr üzrə İİ siyahısının 118-ci bəndinə görə metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın «psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,385 qram olan metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan metamfetaminin təmiz çəkisi 0,385 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqında etiraf edici ifadələri, şahid ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş videogörüntü və işin digər halları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndinin tətbiq edilib-edilməməsi məsələsi araşdırılmışdır. Qeyd olunan Qərarın 1.16-cı bəndinə əsasən, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər, habelə bu Qərar qüvvəyə mindiyi günədək atalığı, qəyyumluğu və ya himayəçiliyi qanunvericiliklə müəyyən edilmiş şəxslər cinayət məsuliyyətindən azad olunurlar. Həmin normanın Təqsirləndirilən şəxs barəsində tətbiqi üçün əsas şərt şəxsin yetkinlik yaşına çatmayan övladının faktiki olaraq onun öhdəsində və himayəsində olması, valideynlik hüquq və vəzifələrinin real şəkildə icra edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-1454/2019 nömrəli qətnaməsinə əsasən, X13 anası X4 yanında saxlanılmış, Təqsirləndirilən şəxs isə xx.xx.2019-cu il tarixdən başlayaraq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (yüz altmış) manat məbləğində sabit pul məbləğində alimentin tutulması və X5 ödənilməsi qərara alınmışdır. Həmin qətnamə üzrə verilmiş xx.xx.2019-cu il tarixli 2(009)-1454/2019 nömrəli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment öhdəliyi üzrə 9 460 (doqquz min dörd yüz altmış) manat məbləğində borcu mövcuddur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borclu son bir il ərzində cəmi 200 manat aliment ödənişi etmişdir ki, bu da onun valideynlik öhdəliklərini sistemli və vicdanla yerinə yetirmədiyini təsdiq edir. Bundan əlavə, məhkəmə iclasında Təqsirləndirilən şəxs öz izahatında qızı ilə uzun müddətdir əlaqəsinin olmadığını, onunla görüşmədiyini və övladının üzərində hər hansı faktiki nəzarətinin mövcud olmadığını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladının faktiki baxımı, tərbiyəsi və təminatı ilə məşğul olmadığından, habelə valideynlik öhdəliklərini real şəkildə icra etmədiyindən, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndində nəzərdə tutulan şərt (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan ) onun barəsində mövcud deyildir. Bu səbəbdən qeyd olunan amnistiya aktının Təqsirləndirilən şəxs münasibətdə tətbiqi mümkün hesab edilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşman olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşıması cinayət əməlini törətməkdə təqsirli bilinmiş və həmin maddənin sanksiyası həddində cəzaya məhkum edilməlidir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər Səbail Rayon Məhkəməsinin 05 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Lakin qeyd olunan cəzanın tətbiq edilməsinə baxmayaraq, təqsirləndirilən şəxs islah olunmamış və yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının Təqsirləndirilən şəxs yenidən təyin edilməsi cəzanın məqsədlərinə uyğun olmayacaq və onun islah olunmasını təmin etməyəcəkdir. Buna görə də məhkəmə tərəfindən ona daha ağır cəza növü olan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi zəruri və əsaslı hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd etmək lazımdır ki, məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimaifaydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 04 dekabr 2025-ci il tarixdən 06 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində və cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 04 feval 2026-cı il tarixdən hesablanmalı, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və məhkəməyədək icraat dövründə keçirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi Ambulator Məcburi- X9 7619 nömrəli, 05 dekabr 2025-ci il tarixli rəyinə əsasən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Müdafiəçi göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərci 90 (doxsan) manatın təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut kimi tanınaraq Səbail RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,335 qram psixotrop maddə olan metamfetamin məhv edilməsini, iki ədəd “CD” diskin iş materiallarında saxlanılmasını, əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 dekabr 2025-ci il tarixdən, 06 dekabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 04 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,335 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 90 (doxsan) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 30 saata görə 330 manat məbləğində haqq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Müdafiəçi ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №1(009)-396/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-396/2025
04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver