Məhkəmə qərarları › İş №1(009)-40/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-40/2020

14.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-40/2020 14.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Qafarov Ağamalı Məmməd oğlunun sədrliyi Rüstəmova Çinarə Mübariz qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas X1, Müdafiəçilər Bakı şəhər 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-196/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri, xx xxxxxx 1977-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, “Nizami” metro-stansiyasının yaxınlığında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndiril-mələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Salyan şossesində yerləşən “Araz” Supermarket mağazasının qarşısına gəlmiş, razılığa əsasən o, mağazanın yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs2 isə alıcı qismində mağazaya daxil olub spirtli içkilər şöbəsinin rəflərində satış üçün düzülmüş dəyəri 106 manat 89 qəpik olan bir ədəd 01 litirlik “Glenfiddich” markalı viskini götürüb gizli olaraq mağazadan çıxaraq onun yanına gəlmiş, bundan sonra o, mağazaya alıcı qismində daxil olub satış salonunda rəflərdə satış üçün düzülmüş hər birinin dəyəri 03 manat 79 qəpik olan cəmi 15 manat 16 qəpik dəyərində 4 ədəd “Red Bull” markalı enerji içkisini, hər birinin qiyməti 02 manat 20 qəpik olan cəmi 04 manat 40 qəpik dəyərində 2 ədəd “Pringles” markalı çipsini və dəyəri 100 manat 78 qəpik olan bir ədəd 0,5 litirlik “Chivas Regal” markalı viskini götürüb mağazadan çıxaraq-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, “Araz” Supermarket mağazasına ümumilikdə cəmi 227 manat 23 qəpik məbləgində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Salyan şossesində yerləşən bundan əvvəl oğurluq etdikləri “Araz” Supermarket mağazasının qarşısına gəlmiş, razılığa əsasən o, mağazanın yaxınlığında dayanmış, Təqsirləndirilən şəxs2 isə alıcı qismində mağazaya daxil olub spirtli içkilər şöbəsinin rəflərində satış üçün düzülmüş dəyəri 165 manat 86 qəpik olan bir ədəd 01 litirlik “Chivas Regal” markalı viskini gizli olaraq oğurlayıb mağazadan çıxmaq istəyərkən, “Araz” Supermarket mağazasının mühafizəçiləri tərəfindən yaxalandığından törətdiyi cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Salyan şossesində yerləşən “Araz” Supermarket mağazasının qarşısına gəlmiş, razılığa əsasən Təqsirləndirilən şəxs1 mağazanın yaxınlığında dayanmış, o, isə alıcı qismində mağazaya daxil olub spirtli içkilər şöbəsinin rəflərində satış üçün düzülmüş dəyəri 106 manat 89 qəpik olan bir ədəd 01 litirlik “Glenfiddich” markalı viskini götürüb gizli olaraq oğurlayaraq mağazadan çıxıb Təqsirləndirilən şəxs1 yanınan gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs1 mağazaya alıcı qismində daxil olub satış salonunda rəflərdə satış üçün düzülmüş hər birinin dəyəri 03 manat 79 qəpik olan cəmi 15 manat 16 qəpik dəyərində 4 ədəd “Red Bull” markalı enerji içkisini, hər birinin qiyməti 02 manat 20 qəpik olan cəmi 04 manat 40 qəpik dəyərində 2 ədəd “Pringles” markalı çipsini və dəyəri 100 manat 78 qəpik olan bir ədəd 0,5 litirlik “Chivas Regal” markalı viskini götürüb mağazadan çıxaraq-özgənin əmlakını gizli olaraq talayıb oğurlamaqla, “Araz” Supermarket mağazasına ümumilikdə cəmi 227 manat 23 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa,o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahə, Salyan şossesində yerləşən “Araz” Supermarket mağazasının qarşısına gəlmiş, razılığa əsasən Təqsirləndirilən şəxs1 mağazanın yaxınlığında dayanmış, o, isə alıcı qismində mağazaya daxil olub spirtli içkilər şöbəsinin rəflərində satış üçün düzülmüş dəyəri 165 manat 86 qəpik olan bir ədəd 01 litirlik “Chivas Regal” markalı viskini gizli olaraq talayıb mağazadan çıxmaq istəyərkən, “Araz” Supermarket mağazasının mühafizəçiləri tərəfindən yaxalandığından törətdiyi cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamaqla oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əslən Lənkəran rayonundan olan Təqsirləndirilən şəxs2 təxminən bir il olar tanıyır. Rövşən onun kirayədə yaşadığı məhəllənin yaxınlığında kirayədə yaşayır. 2019-cu ilin sentyabr ayının axırlarında o,məhəllədə Rövşənlə görüşüb imkansızlıqdan danışarkən, birlikdə oğurluq etməyə razılaşmışlar. Belə qərara gəlmişlər ki, Səbail rayonu 20-ci sahə ərazisindəki Salyan şossesinin kənarında yerləşən “Araz” Supermarket mağazasından spirtli içkilər oğurlayıb sataraq pul əlde etsinlər. Onlar xx xxxxxxxx 2019-cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə Salyan şossesinin kənarında yerləşən “Araz” Supermarket mağazasının qarşısına gəlmiş, razılığa əsasən o, marketin qarşısında gözləmiş, Rövşən isə marketə daxil olaraq təxminən 10-15 dəqiqədən sonra əlində bir ədəd “Glenfiddich” markalı viski ilə gəlmişdir. Sonra o, “Araz” supermarket mağazasına daxil olub orada enerji içkiləri olan rəfdən bir neçə “Red Bull” enerji içkisini, spirtli içkilər olan bölməsindəki rəfdən bir ədəd “Chivas” markalı viskini, şirniyyat bölməsindən isə bir neçə markasına fikir vermədiyi çipsi paketini götürmüş, həmin əşyaları özü ilə götürdüyü həmin marketin polietilen torbasına yığaraq, əlində polietilen torba kassaya yaxınlaşmış, orada müştərilərin çoxluğundan və kassirin başının qarışmasından istifadə edib kassanın yanından ödəniş etmədən keçib getmişdir. Sonra Rövşənlə birlikdə enerji içkilərini içib çipsiləri yemiş, iki ədəd viskini götürüb Yasamal rayonu N.Nərimanov prospektinə yerləşən “Wine house” şərab evi mağazasına gəlmiş, orada Rövşən bayırda gözləmiş, o, isə mağazaya daxil olub iki ədəd viskini üzdən tanıdığı həmişə evinə alver etdiyi satıcıya göstərib, pula ehtiyacı olduğunu, hər iki viskini cəmi 120 manata satmaq istədiyini bildirmişdir. Lakin mağazada işləyən oğlan viskilərə baxıb cəmi 90 manat verə biləcəyini demiş, o da razılaşıb pulu almış, həmin 90 manatdan o, kirayə haqqı verməli olduğu üçün 50 manatı özü götürmüş, 40 manat isə Rövşənə vermişdir. Bundan sonra səhəri günü yəni xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 12 radələrində, o, yenə Rövşənlə görüşüb pul əldə etmək üçün 20-ci sahədə yerləşən oğurluq etdikləri “Araz” supermarket mağazasının qarşısına gəlmiş, əvvəlcədən razılaşdıqları kimi o, marketin yaxınlığında gözləmiş, Rövşən isə marketə girmiş, təxminən 10-15 dəqiqədən sonra iki nəfər tanımadığı marketin işçiləri gəlib onu marketin içərisinə aparmış və orada bilmişdir ki, Rövşən marketdən bir ədəd viskini götürüb çıxarkən yaxalanmışdır. Sonra marketin əməkdaşları ona əvvəlki günü etdiyi oğurluğun video görüntülərini göstərdikdə, o da etdiyi oğurluğu etiraf etmişdir. Sonra marketin işçiləri polis çağırıb onu və Rövşəni təhvil vermişlər. Sonra o və Rövşən polis əməkdaşlarına əvvəlki günü iki ədəd viskini oğurlamalarını etiraf edib, oğurluq viskiləri satdığı mağazanı göstərmişlər. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 29,177.2.1 və 29,177.2.2 maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən bir ildir ki, tanıyır. Ziya onun kirayədə yaşadığı məhəllənin yaxınlığında kirayədə yaşayır. 2019-cu ilin sentyabr ayının axırlarında o, məhəllədə Ziya ilə görüşərkən imkansızlıqdan birlikdə oğurluq etməyə razılaşmışlar. Qərara gəlmişlər ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə ərazsində Salyan şosesinin kənarında yerləşən “Araz” supermarketindən spirtli içkilər oğurlayıb sataraq pul əldə etsinlər. Bunun üçün xx xxxxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində, o, Ziya ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 20-ci sahədə Salyan şossesinin kənarında yerləşən “Araz” supermarket mağazasının qarşısına gəlmiş, razılığa əsasən Ziya marketin qarşısında gözləmiş, o, isə mağazaya daxil olub spirtli içkilər bölməsinə gəlmiş, orada rəflərdə düzülmüş bahalı viski içkilərinə baxıb yaşıl etiketli viskini götürüb kassaya yaxınlaşmış, kassada müştərilərin çox olmasından və kassirin başının qarışıq olmasından istifadə edib gizlincə mağazadan bayıra çıxıb Ziyanın yanına gəlmişdir. Sonra Ziya mağazaya daxil olmuş, təxminən 10-15 dəqiqədən sonra əlində marketin paketi ilə gəlmiş, polietilen torbanın içərisində bir neçə banka “Red Bull”enerji içkisini, bir ədəd “Chivas” markalı viskini və bir neçə adlarını xatırlamadığı çipsi paketləri olmuşdur. O, Ziya ilə birlikdə enerji içkilərini içib çipsiləri yemiş, birlikdə oğurladıqları cəmi iki ədəd viskini götürüb, Yasamal rayonu N.Nərimanov prospektində yerləşən “Wine house” şərab evi mağazasına gəlmişlər. O, bayırda gözləmiş, Ziya isə həmin mağazanın satıcısını tanıdığından, daimi oradan alver etdiyini bildirərək mağazaya gedib, təxminən 5 dəqiqədən sonra qayıtmış və iki ədəd viskini cəmi 90 manata satmasını bildirmiş, Ziya pula ehtiyacı olduğunu bildirərək 50 manatı özü götürmüş, 40 manatı isə ona vermişdir. Bundan sonra səhəri günü xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində, o, yenə Ziya ilə görüşüb pul əldə etmək üçün 20-ci sahədə yerləşən “Araz” supermarket mağazasına oğurluğa getməyə razılaşıb birlikdə həmin marketin qarşısına gəlmiş, orada yenə Ziya bayırda marketin yaxınlığında gözləmiş, o, isə mağazaya daxil olub spirtli içki bölməsindəki rəfdən bir ədəd “Chivas” markalı viskini götürüb marketdən çıxmaq istəyərkən, ona iki nəfər marketin mühafizəçiləri yaxınlaşıb oğurluq etməkdə şübhə etdiklərini bildirib, onu mağazanın müşahidə kameralarının monitoru olan otağa dəvət etmiş, əvvəlki günü bir ədəd viskini oğurlamasını göstərdikdə, o, bayırda gözləyən tanışı Ziya ilə birlikdə əvvəlki günü adama bir şüşə viski oğurlamalarını, bu gün də oğurluq etmək istədiklərini səmimi etiraf etmişdir. Sonra mühafizəçilər gedib bayırda gözləyən tanışı Ziyanı da gətirdikdə, sonuncuda etdikləri oğurluğu etiraf etmişdir. Sonra mühafizəçilər polis çağırıb onu və Ziyanı təhvil vermişlər. Etmiş olduğu cinayət əməlindən səmimi peşimandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əmməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı məhkəmə baxışı zamanı dindirilmiş zərərcəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində dindirilmiş X3 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs MMC-nin hüquq şöbəsinin hüquqşünası işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə,saat 15 radələrində, “Araz” Supermarket mağazasına alıcı qismində gəlmiş əvvəlcə Təqsirləndirilən şəxs2 bir ədəd dəyəri 106 manat 89 qəpik bir ədəd bir litirlik “Glenfiddich” markalı viskini götürüb mağazanı tərk etmiş, sonra isə mağazaya daxil olmuş tanışı Təqsirləndirilən şəxs1 dəyəri 100 manat 78 qəpik olan 0,5 litirlik “Chivas Regal” markalı viskini hər birinin dəyəri 3 manat 79 qəpik olan,cəmi 15 manat 16 qəpik təşkil edən 4 ədəd “Red Bull” enerji içkisini, hər birinin dəyəri 2 manat 20 qəpik olan cəmi 4 manat 40 qəpik olan 2 ədəd “Pringles” markalı çipsini götürüb mağazanı tərk edib oğurlamaqla həmin günü mağazaya cəmi 227 manat 23 qəpik maddi ziyan vurmuşlar. Bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə saat 12 radələrində,“Araz” Supermarket mağazasına yenə alıcı qismində gəlmiş Təqsirləndirilən şəxs2 spirtli içki bölməsindən dəyəri 165 manat 86 qəpik olan bir ədəd bir litirlik “Chivas” markalı viskini götürüb marketdən çıxmaq istəyərkən, mağazanın mühafizəçiləri tərəfindən müşahidə kameraları vasitəsi ilə əvvəlki günü oğurluq etmiş şəxs olması müəyyən edib saxlanılmış, Təqsirləndirilən şəxs2 sorğular zamanı pulu olmadığını, bir gün əvvəl də mağazadan oğurluq etdiklərini və bu gün də mağazaya oğurluq etməyə gəldiklərini, digər yoldaşının mağazanın qarşısında onu gözlədiyini səmimi etiraf etmiş və onlar mağazanın mühafizəçiləri tərəfindən polisə təhvil verilmişlər. Oğurluq nəticəsində mağazaya ümumilikdə 227 manat 23 qəpik maddi ziyan dəymişdir. Hazırda dəymiş zərər Təqsirləndirilən şəxs2 tərəfindən tam ödənilmişdir, ondan şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Bakı şəhəri,Zərərçəkmiş şəxs MMC-nin Səbail rayonu Bayıl qəsəbəsi, 20-ci sahə Salyan şossesində yerləşən “Araz” Supermarket mağazasının müdiri kimi 2017-ci ilin noyabr ayından işləmişdir. Həmin mağaza günün 24 saat ərzində vətəndaşlara xidmət göstərdiyindən üç növbə ilə işləyirlər. Mağazada olan malların oğurlanmasına qarşı nəzarət həm onun tərəfindən, həm də işdə olan satıcı, xidmət personalı və mühafizə xidmətinin əməkdaşları tərəfindən həm əyani, həm də mağazanın salonunda müxtəlif yerlərdə quraşdırılmış müşahidə kameraları vasitəsi ilə həyata keçirilir. xx xxxxxxxx 2019cu il tarixdə mağazada spirtli içkilər bölməsinin rəflərinə nəzaret edilərkən, orada olan iki ədəd “Glenfiddich” və “Chivas Regal” markalı viski şüşələrinin yerində olmaması aşkarlanmış, həmin içkilər kassada yoxlandıqda satılmaması müəyyən edilmiş, müşahidə kameraları vasitəsi ilə yoxlandıqda, həmin günü saat 15 radələrində 10-15 dəqiqə vaxt intervalı ilə iki nəfər cavan oğlanların həmin iki ədəd viski şüşələrini, dörd ədəd “Red bull” enerji içkisini və 2 ədəd cipsi paketlərini götürüb mağazanın çıxışındakı kassirin başının qarışmasından istifadə edib ödəniş etmədən çıxıb getmələri müəyyən edilmişdir. Bundan sonra o, mağazanın işçilərinə və mühafizəçilərinə nəzarəti daha da gücləndirilmələrini tapşırmışdır. xx xxxxxxx 2019-cu il tarixdə günorta saat 12 radələrində mühafizəçilər tərəfindən müşahidə kameraları vasitəsi ilə satış salonuna nəzarət edərkən, əvvəlki günü viski oğurlamış şəxsin əlamətlərinə oxşar şəxsin yenə də spirtli içki rəflərinin qarşısında gəzib içkilərə baxması müəyyən edilmiş və həmin şəxs yenə bir ədəd bir litirlik dəyəri 165 manat 86 qəpik olan “Chivas Regal” markalı viskini oğurlamaq istəyərkən, mağazanın mühafizəçiləri tərəfindən saxlanılıb kameralar olan otağa dəvət edilmiş, həmin şəxs özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş şəxsə mağazadan spirtli içki oğurlamasında şübhəli bilinməsi, əvvəlki günü də bir ədəd viskini oğurlaması və buna dair video görüntüləri həmin şəxsə göstərildikdə, Rövşən mağazadan oğurluq etməsini səmimi etiraf etmiş, sonra əvvəlki günü özü ilə birlikdə mağazaya oğurluğa gəlmiş tanışı Təqsirləndirilən şəxs1 market mağazasının qarşısında küçədə gözlədiyini, özü marketdən çıxdıqdan sonra Ziyanın oğurluğa girəcəyini demişdir. Bundan sonra mağazanın mühafizəçiləri küçəyə çıxıb yolun əks tərəfində dayanmış Təqsirləndirilən şəxs1 müəyyən edib saxlayaraq mağazaya gətirmiş, sorğu zamanı Ziya da tanışı Rövşənlə birlikdə “Araz” Supermarket mağazasında oğurluğa gəlməsini və əvvəlki günü də marketdən bir ədəd viski və digər xırda əşyalar oğurlamasını etiraf etmişdir. Bundan sonra o, Bakı şəhəri,Səbail RPİ-nin 8-ci PB-nə zəng edib oğurluq edən şəxslərin yaxalanması barədə məlumat verib həmin şəxsləri polis əməkdaşlarına təhvil verilmişdir. Rövşənin oğurlayıb aparmaq istədiyi bir ədəd bir litirlik “Chivas Regal 18” markalı viski şüşəsi akt tərtib edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, o, Bakı şəhəri,“xxxxxxxx” MMC-nin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsində işləyir. İşlədiyi şirkət Bakı şəhərində yerləşən “Araz” Supermarket mağazalar şəbəkəsinin mühafizəsinin təşkili ilə məşğuldur. xx xxxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri,Səbail rayonu, 20-ci sahə Salyan şossesində yerləşən 24 saat faliyyət göstərən “Araz” Supermarket mağazasında spirtli içkilər bölməsinin rəflərinə bahalı içkilər olan hissəyə nəzaret edilərkən orada bir ədəd “Glenfiddich” və bir ədəd “Chivas Regal” markalı viski şüşələrinin yerində olmaması aşkar edilmiş, kassada yoxlandıqda həmin içkilərin satılmadığı müəyyən edilmiş, müşahidə kameraları vasitəsi ilə yoxlandıqda həmin günü saat 15 radələrində 10-15 dəqiqə vaxt intervalı ilə iki nəfər cavan oğlanların həmin viski şüşələrini götürüb, mağazanın çıxışındakı kassirin başının qarışmasından istifadə edib ödəniş etmədən çıxıb getmələri müəyyən edilmişdir. Bundan sonra mühafizəçilərə nəzarəti dahada gücləndirmək tapşırılmışdır. Səhəri günü yəni xx xxxxxxx 2019-cu il tarixdə günorta saat 12 radələrində marketdə xidmət aparan mühafizəçilər Nicat Əliyev və Şahid3 mağazanın kamera otağında olub, müşahidə kameraları vasitəsi ilə satış salonunu, əsasən də spirtli işkilər şöbəsinə nəzarət edərkən, əvvəlki günü viski oğurlamış şəxsin əlamətlərinə oxşar şəxsin yenə də spirtli içki rəflərinin qarşısında gəzib içkilərə baxmasını, müəyyən etmiş, həmin şəxs yenidən viski oğurlayarkən saxlanılaraq kameraların idarə edildiyi otağa gətirilmişdir. O, kamera otağına gəlmiş və orada özünü Təqsirləndirilən şəxs2 kimi təqdim edən şəxsə mağazadan spirtli içkilər oğurlamasında şübhəli bilinməsini, əvvəlki günü də bir ədəd viskini oğurlaması bildirilmiş, buna dair video görüntülər ona göstərildikdə Rövşən mağazadan oğurluq etməsini səmimi etiraf etmiş, sonra əvvəlki günü özü ilə birlikdə mağazaya oğurluğa gəlmiş tanışı Təqsirləndirilən şəxs1 market mağazasının qarşısında gözləməsini, özü marketdən çıxdıqdan sonra Ziyanın oğurluğa girəcəyini demişdir. Bundan sonra mühafizəçilər küçəyə çıxıb yolun əks tərəfində dayanmış Təqsirləndirilən şəxs1 müəyyən edib saxlayaraq mağazaya gətirmiş, sorğu zamanı Ziya da tanışı Rövşənlə birlikdə “Araz” supermarket mağazasında oğurluğa gəlməsini və əvvəlki günüdə marketdən bir ədəd viski və digər əşyaları oğurlamasını etiraf etmişdir. Bundan sonra “Araz” supermarket mağazasının müdiri Şahid2 Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nə zəng edib oğurluq edən şəxslərin yaxalanması barədə məlumat vermiş və saxlanı-lan şəxslər polis əməkdaşlarına təhvil verilmişdir. Eyni zamanda mağazadan oğurluq edərkən yaxalanmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində baxış keçirərkən, üzərlərində hər hansı bir məbləğdə pul vəsaiti aşkar edilməmiş, Rövşənin oğurlamağa cəhd etdiyi bir ədəd bir litirlik “Chivas Regal 18” markalı viskinin götürülməsi barədə mağaza müdiri Şahid2 tərəfindən akt tərtib edilmiş, həmin aktı o,da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid4 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə edilmiş “Tutma haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. (İş vər. 36) İş materiallarına əlavə edilmiş “Tutma haqqında” xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2019-cu il tarixdə tutulmuşdur. (İş vər. 52) İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İş vər. 84) İş materiallarında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbirinin seçilməsi barədə” xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İş vər. 92) İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Zərərçəkmiş şəxs MMC-yə məxsus Bayıl qəsəbəsində yerləşən mağazasından edilmiş oğurluq nəticəsində xx.xx.2019-cu il tarixində hər birinin dəyəri 100 manat, 78 qəpik olan 1 ədəd 0,5 litirlik Chivas regal markalı, hər birinin dəyəri 106 manat 89 qəpik olan bir ədəd bir litirlik Glenfiddich markalı, hər birinin dəyəri 3,79 AZN, ümumi dəyəri 15,16 AZN olan 04 ədəd Red Bull , hər birinin dəyəri 2,20 AZN, ümumi dəyəri 4,40 AZN olan 2 ədəd “Pringles: markalı çipsi, xx.xx.2019-cu il tarixində isə hər birinin dəyəri 165 manat 86 qəpik olan 1 ədəd 1 litirlik Chivas regal markalı spirtli içki oğurlanmışdır. (İş vər. 65) İş materiallarında olan şəxsin üzərinə baxış keçirilməsi barədə xx.xx.2019-cu il tarixli aktdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Səbail rayonu, bayıl qəsəbəsi, 20-ci sahə Salyan şosesində yerləşən Zərərçəkmiş şəxs mağazasının spirtli içkilər bölməsindən, mağazanın daxilində quraşdırılmış müşahidə kameraları vasitəsilə xx.xx.2019-cu il tarixdə viski spirtli içkisini oğurlamaqda şübhə edilən özünü Təqsirləndirilən şəxs2 kimi təqdim etmiş şəxs saxlanılmış və üzərinə baxış zamanı bir ədəd 01 litirlik “Chivas Regal” markalı viski içkisi aşkar edilmiş, Təqsirləndirilən şəxs2 əvvəlki günlərin video görüntüləri təqdim edilərək sorğular aparılarkən o, əvvəlki günü də viski içkisini oğurladığını, həmçinin əlində apardığı bir şüşə viski içkisini oğurlamaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 oğurlamaq istədiyi bir ədəd 01 litirlik “Chivas Regal” markalı viski şüşəsi götürülmüş, bu barədə hazırki akt tərtib edilmişdir. (İş vər. 66) İş materiallarında olan məhkəmə-əmtəəşunaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28138 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş içkilərin 2019cu ilin sentyarb-oktyabr aylarına olan orta bazar qiyməti təxminən aşağdakı kimi müəyyən edilir: 1. Bir ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respblikasının aksiz markası olan, «Chivas Regal 18 Years» markalanma yazısı olan viski içkisi-150,0 manat, 2. Bir ədəd 0,7 litr tutumlu, üzərində Azərbaycan Respblikasının aksiz markası olan, «Chivas Regal 18 years» markalanma yazısı olan viski içkisi - 90,0 manat, 3. Bir ədəd 1 litr tutumlu, üzərində Azərbaycan Respublikasının aksiz markası olan, «Glenfiddich 12 Years» markalanma yazısı olan viski - 55,0 manatdır. (İş vər. 135-136) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, “Araz” supermarket mağazasının salonunda quraşdırılmış müşahidə kameraları vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair video görüntülər köçürülmüş bir ədəd “DVD-R” formatlı “CD” diski iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir, həmçinin ilkin təhqiqat zamanıprotokolla götürülmüş - bir ədəd 01 litirlik “Glenfiddich” markalı və bir ədəd 0,5 litirlik “Chivas Regal” markalı viskilər, istintaq zamanı mağazadan aktla təqdim edilmiş bir ədəd 01 litirlik “Chivas Regal” markalı viski iş üçün əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Səbail RPİ-yə təhvil verilmiş, Zərərçəkmiş şəxsə vurulmuş ziyanın məbləği ilə bağlı Zərərçəkmiş şəxs MMC tərəfindən əmlakın satış qiymətinə dair verilmiş qiymət əsas götürülmüşdür.(İş vər. 139-144) Məhkəmə oğurlanmış əmlakların dəyəri ilə bağlı ekspert rəyini və Zərərçəkmiş şəxs MMC tərəfindən verilmiş satış qiymətlərini təhlil etmiş və təqsirləndirilən şəxslər tərəfindən razılaşaraq Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyana görə müəyyən edilmiş məbləğin ödənilməsini, ekspert rəyində də oğurlanmış əmlakların dəyərinin təxmini müəyyən edilməsini nəzərə almış və belə nəticəyə gəlir ki, Supermarketə vurulmuş ziyanın məbləği ekspert rəyində göstərilmiş məbləğ deyil, Supermarket tərəfindən verilmiş satış qiyməti əsas götürülməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Hərbi Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum edilmişdir. (İş vər. 109) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin X2 İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməmişdir. (İş vər. 110) İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-40/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində axtarış edilməsi, barələrində əvvəllər seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və “həbs” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. İş materiallarına olan Azərbaycan Respublikası DİN Bakı şəhəri Səbail rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 Səbail RPİ-nə gətirilmiş, bundan sonra tərtib olunmuş protokol əsasında Təqsirləndirilən şəxs1 MSY vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasınaın xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Səbail RPİ-nin CAB-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2020-ci il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Lənkəran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə 550 manat cərimə cəzasına məhkum edilmiş, “X5 aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli qərarı Təqsirləndirilən şəxs2 tətbiq edilməklə ona təyin edilmiş cərimə cəzasından azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)- 196/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən və xx.xx.2020-ci il tarixli göstərişdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Hökm xx xxxx 2020-ci il tarixdən qanuni qüvvəsini almışdır. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tö-rətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və iş üzrə digər sənədlərlə sübuta yetirilmiş, ona görə də həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 təqsirini boynuna almasını, cinayətin açılmasına köməklik etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdənxx.xx.2019-cu il tarixədək, həbsdəsaxlanıldığı 02 (iki) gün müddət ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 hazırki təqsirli bilindiyi cinayət əməlini Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə məhkum olunduğu cinayət əməli üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi üçün ona AzərbaycanRespublikasıCM-nin66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinəəsasən, cinayət işiüzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinciişüzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsiri olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökməəsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu – xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 təqsirini boynuna almasını, cinayətin açılmasına köməklik etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Lənkəran Hərbi Məhkəmənin xx.xx.2008-ci il tarixli hökmü ilə təyin edilmiş cəzası üzrə məhkumluğu ödənilmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah olunması mümkündür onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının iki günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdənxx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək həbsdəsaxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət ona təyin olunacaq müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 136-cı maddəsinə əsasən iş üzrə maddi sübutlar – “Araz” supermarket mağazasının salonunda quraşdırılmış müşahidə kameraları vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair video görüntülər köçürülmüş bir ədəd “DVD-R” formatlı disk cinayətişininmateriallarında saxlanılmalı, işüzrəmaddisübutolanSəbail rayon Polis İdarəsində saxlanılan bir ədəd 01 litirlik “Glenfiddich” markalı və bir ədəd 0,5 litirlik “Chivas Regal” markalı viski, istintaq zamanı mağazadan aktla təqdim edilmiş bir ədəd 01 litirlik “Chivas Regal” markalı viski zərərçəkmişşəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 na xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. İş üzrə üzərinə həbs qoyulacaq əmlak və mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub AzərbaycanRespublikasıMərkəziEkspertizaMərkəzininhesabınaköçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdənxx.xx.2019-cu il tarixədək həbsdəsaxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-196/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzaçəkməmüddətininəvvəlifaktikihəbsəalındığıgündən, 25fevral2020ciiltarixdənhesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29, 177.2.1 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdənxx.xx.2019-cu il tarixədək, xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək həbsdəsaxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət nəzərə alınaraq ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İşüzrəmaddisübutolan“Araz” supermarket mağazasının salonunda quraşdırılmış müşahidə kameraları vasitəsi ilə çəkilmiş oğurluq hadisəsinə dair video görüntülər köçürülmüş bir ədəd “DVD-R” formatlı disk cinayətişininmateriallarındasaxlanılsın. İşüzrəmaddisübutolanSəbail rayon Polis İdarəsində saxlanılan bir ədəd 01 litirlik “Glenfiddich” markalı və bir ədəd 0,5 litirlik “Chivas Regal” markalı viskilər, istintaq zamanı mağazadan aktla təqdim edilmiş bir ədəd 01 litirlik “Chivas Regal” markalı viski zərərçəkmişşəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat eks--per-tiza xərci alınıb AzərbaycanRespublikasıMərkəziEkspertizaMərkəzinin (büdcətəsnifatınınkodu 142319, büdcəsəviyyəsininkodu 3, DövlətXəzinədarlığıAgent-liyiKodu 210005, VÖEN **********, MüxbirhesabAZ41NABZ ********************, SWİFT BİKÇTREAZ 22, MəhkəməEkspertizaMərkəziVÖEN **********, AZ34STRE********************) hesabınaköçürülsün. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidaiistintaqda müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabına, vəkil X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidaiistintaqda müdafiə edilməsinə görə dövlət büdcəsindən 330 (üç yüz otuz) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabına keçirilsin. Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 300 (üç yüz) manat pul tutulub, Bakı şəhəri 3 saylı vəkil bürosunun “KapitalBank” 1 saylıSəbail filialındakı hesabınakeçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa catdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: imza əsli ilə düzdür Hakim AĞAMALİ QAFAROV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar