Məhkəmə qərarları › İş №1(009)-40/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-40/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-40/2022 16.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Füzuli rayonu, Aşağı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Füzuli rayonu, Veysəlli ərazi dairəsi, Aşağı Veysəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, 11 (on bir) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,375 qram, 4,500 qram, 3,670 qram, 4,478 qram, 4,546 qram, 3,205 qram, 4,200 qram, 2,908 qram, 2,894 qram, 4,610 qram, 3,970 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,797 qram və həmin kibrit qutusunun içərisində üç ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,987 qram, 1,048 qram, 0,945 qram olmaqla, ümumi çəkisi 48,133 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib əynindəki göy rəngli gödəkçənin sağ yan cibində bir ədəd selofan bükümdə daşıyaraq üzərində saxlamış, 30 sentyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitənin olmasına dair şübhəli bildiyindən, Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb, ünvan 4 ünvanda yerləşən Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə keçirilərkən, əynindəki tünd göy rəngli gödəkçənin bayır sağ yan cibində bir ədəd selofan bükümdə həmin 11 (on bir) ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,375 qram, 4,500 qram, 3,670 qram, 4,478 qram, 4,546 qram, 3,205 qram, 4,200 qram, 2,908 qram, 2,894 qram, 4,610 qram, 3,970 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,797 qram və həmin kibrit qutusunun içərisində üç ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,987qr, 1,048qr, 0,945 qram olmaqla, ümumi çəkisi 48,133 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4 maddələri ilə 4 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2020-ci ilin noyabr ayında məntəqə tipli cəza çəkmə müəsisəsinə köçürülmüş və 21 avqust 2021-ci il tarixdə cəza müddəti bitmişdir. O,azadlığa çıxdıqdan sonra narkotik vasitə nəşədən istifadə etmiş, lakin satışı ilə məşğul olmamışdır. 30 sentyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində, o, yaşadığı ünvan 6 ünvanının qarşısında olarkən, ona iki nəfər mülki geyimdə şəxslər yaxınlaşıb 41-ci Polis Bölməsinin polis əməkdaşları olduqlarını bildirərək, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhə etdikləri üçün ərazi üzrə Səbail RPİ-nin 41-ci PB-nə dəvət etmişlər. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla o, könüllü olaraq üzərində saxlayaraq gəzdirdiyi, selofan torbanın içində olan 12 ədəd kibrit qutularına yığdığı narkotik vasitə nəşəni əynində olan göy rəngli gödəkçənin cibindən çıxarıb təqdim etmişdir.Təhqiqatçı tərəfindən kibrit qutuları hər biri ayrı-ayrılıqda açılaraq baxış keçirilmiş, və kibrit qutularında qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. O, həmin narkotik maddəni 2021-ci ilin sentyabr ayında Sabirabad rayonundan gələrkən, dəqiq yerini xatırlamadığı yol kənarında yabanı olaraq bitmiş və qurumuş çətənə bitkisinin hissələrini kibrit qutularına yığıb özü mütəmadi olaraq çəkərək qəbul etmək üçün özü ilə Bakı şəhərinə gətirdiyini, evində gizlədə bilmədiyi üçün həyətdə gizlin bir yerdə gizlətmək məqsədi ilə həmin 12 ədəd kibrit qutularında olan nəşəni əynindəki gödəkçənin cibində gəzdirərək saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən aşkar edilmiş içərisində nəşə kimi adlanan qurudulmuş marixuana olan 12 ədəd kibrit qutuları zərfə qoyulub qablaşdırılmışdır. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 30 sentyabr 2021-ci il tarixdə,saat 19:30 radələrində, o,iş yoldaşı 41-ci Polis Bölməsinin sahə inspektoru Şahid2la birlikdə Bakı şəhəri, ünvan 7 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb, həmin şəxsin narkorik vasitələrin saxlamasında, satışında və istifadəsində şübhə edib, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib 41-ci PB-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etmədən bölməyə gəlmişdir. Polis bölməsində vəkilin, onun və sahə inspektoru Şahid2 iştirakı ilə videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, Təqsirləndirilən şəxs narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sağ yan cibindən içərisində çox sayda kibrit qutuları olan selofan torbanı çıxarıb masa üzərinə qoyaraq, qutuların içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir.Sonra təhqiqatçı tərəfindən həmin kibrit qutuları sayıldıqda 12 ədəd olması,hər biri ayrı-ayrılıqda açılıb baxıldıqda,içərisində quru ot şəklində qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs kibrit qutularında narkotik vasitələri Sabirabad rayonu ərazisində yol kənarında təbii olaraq bitməsini və quru olduğundan çətənə kollarını kibrit qutularına yığaraq özü istifadə etməsi üçün üzərində saxladığını ildirmişdir. Sonra təhqiqatçı içərisində qurudulmuş marixuanaya oxşar ot kütlələri olan 12 ədəd kibrit qutularını bir ədəd zərfə qoyub möhürləmişdir. Məhkəmə iclasında şahid Bakı şəhər 41-ci Polis Bölməsinin sabiq sahə inspektoru Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları təsdiq etdi. 01 oktyabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasını əks etdirən diskdə olan videogörüntüyə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd selofan torbanın içərisində on iki ədəd kibrit qutuları olması, həmin kibrit qutuları ayrı-ayrılıqda açıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar ot kütlələri olmasını aşkar edilmiş və həmin kibrit qutusundakı qurudulmuş marixuana kütlələrini özü qəbul etmək üçün üzərində gəzdirərək saxladığı bildirmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 01 oktyabr 2021-ci il tarixli 7/1010 №-li rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 239”dairəvi möhür əksi olan "Şübhəli şəxs imza 1 Təqsirləndirilən şəxs..”yazı və imzalar olan zərfdə 11 ədəd kibrit qutusunda hər birinin ayrıayrılıqda təmiz çəkisi 3,375qr, 4,500qr, 3,670qr, 4,478qr, 4,546qr, 3,205 qr, 4,200qr, 2,908qr, 2,894qr, 4,610qr, 3,970qr və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,797 qram və həmin kibrit qutusunun içərisində üç ədəd gümüşü rəngli kağız kəsiyi bükü-mündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,987qr, 1,048qr, 0,945 qram olmaqla,ümumi çəkisi 48,133 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmçinin ekspert rəyinə əsasən marixuananın ümumi çəkisi 48,133 qram, cəmi tətqiqata sərf edilmiş, 0,45 qram (hər bir obyektdən 0,03 qram olmaqla), qalıq isə 47,683 qramdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manatdır. 08 oktyabr 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərarla ilkin təhqiqat zamanı protokollarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, bir zərfdə 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,375qr, 4,500qr, 3,670qr, 4,478qr, 4,546qr, 3,205 qr, 4,200qr, 2,908qr, 2,894qr, 4,610qr, 3,970qr və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,797 qram və həmin kibrit qutusunun içərisində üç ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,987qr, 1,048qr, 0,945 qram olmaqla, ümumi çəkisi 48,133 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, iş üzrə əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə-bioloji ekspertizası keçirildikdən sonra qalıq qalmış cəmi 47,683 qram çəkidə qurudulmuş marixuana saxlanması üçün Bakı şəhər Səbail Rayon Polis İdarəsinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin 15 noyabr 2021-ci il tarixli 4480 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 30 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10-da şübhəli şəxs qismində tutulmuşdur. 02 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 oktyabr 2021-ci il tarixli, 4(009)-468/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs : - Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıdan məhrumetmə cəzasına məhkum edilmiş, 21 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, 1(101)-120/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladı var– 11.12.2009-cu il təvəllüdlü X6. İş materiallarında olan 25 noyabr 2021-ci il tarixli Bakı şəhər Mənzil Kommunal Təsərüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyi 114 saylı MKİS tərəfindən təqdim edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşadığı müddətdə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi və işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, barəsində verilmiş müsbət xasiyyətnaməni, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2018-ci il tarixli, hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 avqust 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin iki il keçmədən 30 sentyabr 2021-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əvvəllər də bu növ cinayət əməllərinin törədilməsinə görə məhkum olunduğunu və islah olunmadığını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin residivi zamanı əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 30 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 ekspert komissiyasının 15 noyabr 2021-ci il tarixli 4480 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd zərfdə 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,375 qram, 4,500 qram, 3,670 qram, 4,478 qram, 4,546 qram, 3,205 qram, 4,200qram, 2,908 qram, 2,894 qram, 4,610 qram, 3,970 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,797 qram və həmin kibrit qutusunun içərisində üç ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,987qram, 1,048 qram, 0,945 qram olmaqla keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 47,683 qram (ilkin təmiz çəkisi 48,133 qram) narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Səbail Rayon Polis İdarəsində saxlanılan bir ədəd zərfdə 11 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 3,375 qram, 4,500 qram, 3,670 qram, 4,478 qram, 4,546 qram, 3,205 qram, 4,200qram, 2,908 qram, 2,894 qram, 4,610 qram, 3,970 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 2,797 qram və həmin kibrit qutusunun içərisində üç ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,987qram, 1,048 qram, 0,945 qram olmaqla keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 47,683 qram (ilkin təmiz çəkisi 48,133 qram) narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 360 (üç yüz altmış) manat tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar