Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-40/2023 06.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Şirvan şəhəri, Sabir küçəsi ev 39-da qeydiyyatda olan və yaşayan, hazırda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 07:15 radələrində idarə etdiyi “Mercedes Benz 180 C class” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini maksimum sürətin 60 km/saata qədər məhdudlaşdırıldığı Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan 2-ci döngə asfalt yolunda “Su İdman sarayı” istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, buna əməl etməyib, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda hərəkətini davam etdirərək həmin vaxt Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan şossesinin sol yan kənarında yolun hərəkət hissəsində təmizlik işi ilə məşğul olan piyada xx.xx.1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön sol hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona baş beyinin sağ payının yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travmasının, alın, hər iki almacıq, burun sümüklərinin, eləcə də sol qamış sümüyünün yuxarı 1/3-nin qəlpəli yerini dəyişən qapalı sınığının, hər iki göz orbitası ətrafının və sol budun orta və aşağı 1/3-nin ön və arxa səthlərini əhatə edən hematomaların, sağ qaş və qaş üstü nahiyənin əzilmiş yaralarının, sol baldırın orta 1/3-nin ön səthinin qançırının yaranmasına səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs piyada Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuş, Zərərçəkmiş şəxs hadisə zamanı aldığı sol qamış sümüyünün yuxarı 1\3-nin qəlpəli yerdəyişən sınığı nəticəsində inkişaf etmiş ağciyər arteriyasının trombemboliyası xəsarəti nəticəsində 23 iyul 2022-ci il tarixdə ölmüş, bu hərəkətləri ilə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 07:15 radələrində o, idarə etdiyi “Mersedes Benz 180 minik" markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40-50 km\saat sürətlə Bayıl qəsəbəsi ikinci dalan Salyan döngəsi avtomobil yolu ilə üzü Bayraq meydanı istiqamətində hərəkətdə olarkən təxminən 10-15 metr məsafədə həmin yolun sol kənarında iki nəfərin təmizlik işləri aparmasını görmüşdür. O, həmin süpürgəçilərə çatan anda qəflətən süpürgəçi qadın sol ayağını arxa tərəfə atan zaman onlara yaxın məsafədən getdiyi üçün avtomobilin sol qabaq fara hissəsi ilə həmin qadını vurmuşdur. Qadın müvazinətini itirərək avtomobilin qabaq kapotunun üzərinə yıxılmış və başı avtomobilin ön alın şüşəsinə dəyərək yerə düşmüşdür. O, dərhal avtomobili saxlayıb həmin qadına yaxınlaşaraq köməklik göstərib öz avtomobili ilə xəstəxanaya aparmaq istəmiş, lakin bir az sonra TTYS-avtomobili hadisə yerinə gələrək yaralını xəstəxanaya aparmış, daha sonra hadisə yerinə gələn polis əməkdaşları onun iştirakı ilə hadisəni sənədləşdirmişlər. Sonradan həmin qadının Səbail rayon MKTB-nin işçisi Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. Lazımi maddi və mənəvi köməklik göstərdiyindən hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayəti və tələbi yoxdur. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmuş və birlikdə Bakı şəhəri Səbail rayonu 45 saylı MKİS-də süpürgəçi vəzifəsində işləmişdir. 07 iyul 2022-ci il tarixdə təxminən səhər saat 07:15 radələrində mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə Bayıl qəsəbəsi, Yeni Salyan yolu 2-ci döngə yolunda, yolun sağında yolu təmizləmişlər. Bu zaman həyat yoldaşı bir ayağını səkinin üzərinə qoyub digəri ayağını isə səki ilə asfalt yolun sərhədini müəyyən edən ağ xəttin arasına qoyaraq təmizlik işini görmüşdür. O isə arvadının yanında durub ona kömək etmişdir. Bu anda qəflətən həyat yoldaşı Pərvanənin yüksək səslə “ana” sözü dediyini eşidib geri çevrilən zaman **-BL-*** qeydiyyat nişanlı qara rəngli “Mercedes Benz 180” markalı avtomobilin sol tərəfi ilə Pərvanəni vurduğunu və zərbənin təsirindən Pəravənin üzərinə gəldiyini görmüş və qollarını açaraq onu havada tutmaq istəsə də tuta bilməmiş və Pəravənə onun üzərindən keçərək səkinin üzərinə kürəyi üstə zərblə düşmüşdür. O, dərhal Pərvanəyə yaxınlaşıb başından tutmuş və başından qan axdığını görmüşdür. Bu anda ətrafdakı insanlar onlara yaxınlaşıb qanaxmanı saxlamağa çalışmışlar. Həmin vaxt **-BL-*** qeydiyyat nişanlı qara rəngli “Mercedes Benz 180” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da onlara yaxınlaşmışdır. Həmin zaman ətrafdakılar Pərvanəni tərpətməməyi təcili tibbi yardıma zəng vurduqlarını demişlər. Bir müddət sonra təcili yardım avtomobili gəlmiş və Pərvanəni xəstəxanaya aparmışdırlar. Orada müalicə davam etsə də 23 iyul 2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs vəfat etmişdir. Təqsirləndirilən şəxs mərhum həyat yoldaşı Zərərçəkmiş şəxs yas mərasimi ilə əlaqədar ona maddi və mənəvi köməklik göstərdiyindən onunla barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. İş materiallarında olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli 2/22491 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında 23 iyul 2022-ci il tarixli qərardan görünür ki, X5 mərhum Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 09 avqust 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Qarnizon Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 255 maddə “b”, 238, 38-ci maddələri ilə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə ona tətbiq edilmiş 255 maddənin “V” bəndi yeni AR CM-in 234.3-cü maddəsinə tövsif edilərək cəzası 10 ilə endirilmişdir. xx.xx.2005-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Elmi Təcrübi və X12 Hüquqi Şəxsin məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 47 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs adına X10 tərtib etdiyi 9200 saylı xəstəlik tarixinin kserosurətində qeyd olunanlardan görünür ki, o, xx.xx.2022-ci il tarixdə həmin xəstəxanaya ağır vəziyyətdə gətirilimiş, aparılmış cərrahi və reanimasion tədbirlərə baxmayaraq xx.xx.2022-ci il tarixdə saat 13:30 radələrində ölmü baş vermişdir. Son klinik diqanoz: qapalı kəllə-beyin travması, baş beyinin sağ payının əzilməsi. Alın, hər iki almacıq, burun sümüklərinin yerdəyişən sınıqları. Sol qamış sümüyünün yuxarı 1\3-nin qəlpəli yerdəyişən sınığı. Ağciyər emboliyası. Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edidi - baş beyinin sağ payının yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, alın, hər iki almacıq, burun sümüklərinin, eləcə də sol qamış sümüyünün yuxarı 1/3-nin qəlpəli yerini dəyişən qapalı sınığı, hər iki göz orbitası ətrafının və sol budun orta və aşağı 1/3-nin ön və arxa səthlərini əhatə edən hematomalar, sağ qaş və qaş üstü nahiyənin əzilmiş yaraları, sol baldırın orta 1/3-nin ön səthinin qançırı, hansı ki, bərk küt əşyanın(əşyaların) təsirindən törənmişlər, həyatidirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 07 iyul 2022-ci il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır və dərəcəsinə görə ümumilikdə AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sol qamış sümüyünün yuxarı 1\3-nin qəlpəli yerdəyişən sınığı nəticəsində inkişaf etmiş ağciyər arteriyasının trombemboliyası(ağciyər arteriyasının tromb kütləsi ilə tutulması) olmuşdur. Mərhum Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə onun spirtli içki qəbul edib-etməməsi barədə hər hansı bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Zərərçəkmiş şəxs hüquqi varisi X2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, 07 iyul 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı gələcəkdə heç bir iddia və tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının 04 oktyabr 2022-ci il tarixli “8\2491 ”saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz 180 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 17 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər Şöbəsinin 06 sentyabr 2022-ci il tarixli 2 saylı arayışından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü X8 xx.xx.1992-ci il tarixdə Ağdam rayonunun Xanabad kəndində erməni quldurları ilə döyüşdə həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası qanununa əsasən, xx.xx.1992-ci il tarixdən X8 “Şəhid” hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ifadəsi zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, ekspertiza rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir az yaşlı uşağının olmasını, qardaşının şəhid olmasını, hadisə nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərinə düşən cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB**********35********) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-40/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-40/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver