Məhkəmə qərarları › İş №1(009)-41/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-41/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-41/2020 10.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı şəhərində 10 avqust 2020-ci il tarixdə saat 09:15-da 22 may 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Səbail rayonu, G.Əliyev küçəsi 1, ev 26-da qeydiyyatda olan, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Mədən 2, Korpus 71 ev 124-də qeydiyyatda olan, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2, 18 sentyabr 2019-cu il tarixdə saat 04:05 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ünvan 1 ünvanında yerləşən tikinti-təmir işləri aparılan binanın çöl hissəsindən, yəni Karat MTK-nın tikinti sahəsindən MTK-ya məxsus xüsusi qaldırıcı qurğunun, cəmi 504 manat dəyərində olan 160 metr uzunluğunda çoxsimli elektrik kabelini kəsməklə oğurlayaraq, Karat MTK-ya 504 (beş yüz dörd) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 20 sentyabr 2019-cu il tarixdə saat 21:27 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək ünvan 2 ünvanda yerləşən, icarə müqaviləsi əsasında Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 işlətdiyi, ərzaq və alkoqollu içkilərin satıldığı "xxxx" mağazasına müştəri qismində daxil olub, həmin mağazanın piştaxtasında satış üçün nəzərdə tutulan 1 ədəd 55 manat dəyərində “Jack Daniels” markalı, “Old No.7” modelli, ABŞ istehsalı olan 1 litirlik viskini və 1 ədəd 135 manat dəyərində “Chivas Regal” markalı, 12 illik olan 1 litirlik klassik Şotlandiya viskisini, yəni Zərərçəkmiş şəxs2 məxsus, ümumilikdə 190 (yüz doxsan) manat dəyərində özgə əmlakını açıq talamaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, 26 sentyabr 2019-cu il tarixdə saat 05:10 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, gəlib-gedən şəxsləri müşahidə etmək üçün ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Tofiq” marketin qarşısında puskuda dayanmış, sonuncu isə saxlanc yerinə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülərək çıxarılması məqsədilə marketin qarşısında olan dəmir barmaqlıqların arasından əlini keçirməklə barmaqlıqların arxasındakı soyuducunun qapısını açaraq içərisindən, cəmi 48 manat dəyərində hər biri 1 manat 60 qəpik olmaqla 30 ədəd “Vitamin” meyvə şirələrini, cəmi 24 manat dəyərində hər biri 1 manat 60 qəpik olmaqla 15 ədəd 0,5 litirlik “Xırdalan” pivələrini, cəmi 22 manat 50 qəpik dəyərində hər biri 1 manat 50 qəpik olmaqla 15 ədəd “Jiquli” pivələrini, cəmi 34 manat 50 qəpik dəyərində hər biri 2 manat 30 qəpik olmaqla 15 ədəd “Efes” pivələrini, cəmi 13 manat 30 qəpik dəyərində hər biri 1 manat 90 qəpik olan 7 ədəd “Kuller” pivələrini, ümumilikdə 142 manat 30 qəpik dəyərində özgənin əmlakını gizli olaraq talayıb, saxlanc yerinə qanunsuz daxil olmaqla, təkrarən, zərərçəkmiş Zərərçəkmiş şəxs3 142,30 (yüz qırx iki manat otuz qəpik) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs1,18 sentyabr 2019-cu il tarixdə saat 04:05 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, ünvan 1 ünvanında yerləşən tikinti-təmir işləri aparılan binanın çöl hissəsindən, yəni Karat MTK-nın tikinti sahəsindən MTK-ya məxsus xüsusi qaldırıcı qurğunun cəmi 504 manat dəyərində olan 160 metr uzunluğunda çoxsimli elektrik kabelini kəsməklə oğurlayaraq, Karat MTK-ya 504 (beş yüz dörd) manat ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 20 sentyabr 2019-cu il tarixdə saat 21:27 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə tamah niyyətilə özgənin əmlakını açıq talama məqsədilə tutulan 1 ədəd 55 manat dəyərində “Jack Daniels” markalı, “Old No.7” modelli, ABŞ istehsalı olan 1 litirlik viskini və 1 ədəd 135 manat dəyərində “Chivas Regal” markalı, 12 illik olan 1 litirlik klassik Şotlandiya viskisini, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 190 (yüz doxsan) manat dəyərində özgə əmlakını açıq talamaqla təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən 26 sentyabr 2019-cu il tarixdə saat 05:10 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, sonuncu gəlib-gedən şəxsləri müşahidə etmək üçün ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi “Tofiq” marketin qarşısında puskuda dayanmış, o isə saxlanc yerinə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülərək çıxarılması məqsədilə marketin qarşısında olan dəmir barmaqlıqların arasından əlini keçirməklə barmaqlıqların arxasındakı soyuducunun qapısını açaraq içərisindən cəmi 48 manat dəyərində hər biri 1 manat 60 qəpik olmaqla 30 ədəd “Vitamin” meyvə şirələrini, cəmi 24 manat dəyərində hər biri 1 manat 60 qəpik olmaqla 15 ədəd 0,5 litirlik “Xırdalan” pivələrini, cəmi 22 manat 50 qəpik dəyərində hər biri 1 manat 50 qəpik olmaqla 15 ədəd “Jiquli” pivələrini, cəmi 34 manat 50 qəpik dəyərində hər biri 2 manat 30 qəpik olmaqla 15 ədəd “Efes” pivələrini, cəmi 13 manat 30 qəpik dəyərində hər biri 1 manat 90 qəpik olan 7 ədəd “Kuller” pivələrini, ümumilikdə 142 manat 30 qəpik dəyərində özgənin əmlakını gizli olaraq talayıb, saxlanc yerinə qanunsuz daxil olmaqla, təkrarən, zərərçəkmiş Zərərçəkmiş şəxs3 142,30 (yüz qırx iki manat otuz qəpik) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Daha sonra o, 29 sentyabr 2019-cu il tarixdə saat 04 radələrində tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Səbail rayonu Salyan yolu 2 idarə binası ünvanında müvəqqəti qeydiyyatda olan və yaşayan Pakistan İslam Respublikası vətəndaşı Zərərçəkmiş şəxs1 məxsus sonuncunun yaşadığı evin qarşısında həyətdə dayanıqlı vəziyyətdə olan VAZ-2107 markalı **-TN-*** qeydiyyat nişanlı avtomobildən cəmi 80 manat hər biri 40 manat dəyərində iki ədəd səsgücləndiricini, cəmi 15 manat hər biri 7,5 manat dəyərində iki qutu su ilə qarışdırılmış hənanı, cəmi 70 manat hər biri 10 manat olan 7 ədəd “Faberlic” markalı ətirləri və 18 manat nağd pulu cizli talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 183 (yüz səksən üç) manat ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində 17 sentyabr 2019cu il tarixdə axşam radələrində dostu Rüfətlə birlikdə “Dənizkənarı milli park”a gəzmək üçün çıxdıqlarını, milli parkda biraz gəzdiklərini, sonra çay içdiklərini, daha sonra isə yenidən biraz gəzməyə başladıqlarını, uzun müddət milli parkda gəzdikdən sonra susadıqları üçün su almaq məqsədilə “Dəniz vağzalı” tərəfdən gəzə-gəzə çıxıb yolu keçib Z.Əliyeva küçəssində “Abşeron” otelin yaxınlığında köşkə yaxınlaşdıqlarını, köşkdən su alıb geri qayıdanda Rüfətin ona “Abşeron” otelin yaxınlığındakı yaşayış binasının fasadın təmiri aparılan yerdə, yəni binanın çöl hissəsində xüsusi qaldırıcı qurğuların elektrik kabeli olduğunu gördüyünü, həmin kabeldən biraz kəsib oğurlayıb əridib içərisindəki misi satıb pul əldə etməyi təklif etdiyini, bundan sonra Rüfətlə razılaşdığını, artıq 18 sentyabr 2019-cu il tarixdə gecə saat 04:05 radələrində Rüfətlə birlikdə həmin binaya yaxınlaşdıqlarını və binanın çöl hissəsində olan xüsusi qaldırıcı qurğuların elektrik kabelindən bir qədər kəsib götürdüklərini, Dəniz vağzalının qarşısı ilə “Dənizkənarı milli park”a gedərkən həmin vaxt milli parkın mühafizəçiləri onları əllərində kabellərlə görüb onlara yaxınlaşdıqlarını, mühafizə əməkdaşları onlardan həmin kabelləri haradan əldə etdiklərini soruşduqlarında, onlara həmin kabeli oğurladıqlarını etiraf etdiklərini, bundan sonra mühafizəçilər polis əməkdaşlarına bu barədə məlumat verdiklərini və polis əməkdaşları da Rüfətlə onu polis bölməsinə apardıqlarını, bundan başqa 20 sentyabr 2019cu il tarixdə saat 15 radələrində Bayıl qəsəbəsində görüşərək Fəvvarələr parkına gəldiklərini, söz əsnasında Rüfət ona marketlərin birindən sprtli içki oğurlamağı təklif etdiyini, onun da Rüfətlə razılaşdığını, həmin tarixdə saat 20 radələrində ünvan 5 ünvanının qarşısından keçərkən yolun sağ tərəfində 2 mərətəbəli binanın 1-ci mərtəbəsində market olduğunu görüb həmin maarketdən spirtli içki oğurlamaq qərarına gəldiklərini, həmin zaman onun əlində qara rəngli sellofan olduğunu və öz köynəyini həmin sellofanın içərisinə qoyduğunu, mağazaya daxil olduqda 25-30 yaşlarında bir kişi satıcı olduğunu gördüklərini, lakin onun Pakistanlı olduğunu bilmədiklərini, o, gizlicə vitrindən bir litir şüşədə “Chivas 12 regal” içkini götürərək əlindəki sellofana qoyduğunu və yenə də bir litir şüşədə “Jack Daniels” viskini götürərək sellofana qoymaq istədikdə satıcı bunu gördüyünü və əlindən tutarkən o, viskini soyuducunun üzərinə qoyduğunu, satıcı onun qolundan yapışaraq qaçmağına mane olarkən Rüfət fürsətdən istifadə edib soyuducunun üstündəki “Jack Daniels” viskini götürüb mağazadan çıxdığını, daha sonra Bayıl qəsəbəsinə evində Rüfətə “Chivas 12 regal” viski oğurladığını dediyini, daha sonra həmin viskini Daşqıngilin evində içdiklərini, hadisə zamanı satıcıya və ümumiyyətlə heç kəsə heç bir zor tətbiq etmədiklərini, bundan başqa dostu Rüfətlə birlikdə yaşadığı evin yaxınlığında yerləşən “Tofiq” marketdən də oğurluq etdiklərini, belə ki, 26 sentyabr 2019-cu il tarixdə gecə radələrində dostu Təqsirləndirilən şəxs1lə birlikdə “Dənizkənarı milli park”dan gəzməkdən gəldiklərini, həmin günü saat təxminən 05:10 radələrində yaşadığı evə gedərkən Zərərçəkmiş şəxs3 marketinin yanından keçəndə pulları olmadığı üçün Rüfətə həmin marketdən oğurluq etməyi təklif etdiyini, Rüfətin də onunla razılaşdığını, bundan sonra mağazanın qarşısında Rüfətin yanında puskuda dayandığını, Rüfət isə mağazanın qarşısında olan dəmir barmaqlıqların arasından əlini salıb mağazanın sol hissəsində qarşısında dəmir barmaqlıqların arxasında qoyulmuş soyuducunun qapısını açdığını və içərisindən dəqiq sayını bilmədiyi müxtəlif növ spirtli içkilər olan pivələri və meyvə şirələrini birbir çıxarıb ona verdiyini, sonra Rüfət mağazanın yanından yerdən tapdığı sellofana həmin oğurladıqları içkiləri yığdığını, həmin yerdən uzaqlaşarkən oğurladıqları içkiləri özü ilə aparıb fərdi yaşayış evinin həyətində gizlətdiyini, gecə radələri olduğu üçün evdə hər kəs yatdığından heç kəs görmədiyini, səhər saat təxminən 11-12 radələrində əvvəlcədən razılaşdığı kimi Rüfətlə yaşadığı evin qarşısında küçədə onunla görüşdüklərini, içkilərdən bir neçəsini Bayıl qəsəbəsində tanımadığı şəxsə, qalanlarını isə “İçərişəhər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını, ümumilikdə içkilərdən 68 manat pul əldə etdiklərini, həmin puldan 45 manatını birgə borclarına verdiklərini, qalan pulu isə özləri üçün ərzağa və s. xərclədiklərini göstərmişdir. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasının, cinayət nəticəsində dəymiş ziyanının tamamilə ödənilməsinin, əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə az ağır cinayət törətməsinin və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs2 ilə uzun müddətdir ki, aralarında dostluq münasibətlərinin olduğunu, 17 sentyabr 2019-cu il tarixdə axşam radələrində dostu Daşqınla birlikdə “Dənizkənarı milli park”a gəzmək üçün çıxdıqlarını, uzun müddət milli parkda olduqlarını, belə ki, milli parkda biraz gəzdiklərini və oturub çay içdikdən sonra yenidən biraz gəzdiklərini, artıq susadıqları üçün su almaq məqsədilə “Dəniz vağzalı” tərəfdən gəzə-gəzə çıxıb yolu keçib Z.Əliyeva küçəsində “Abşeron” otelin yaxınlığında köşkə yaxınlaşdıqlarını, köşkdən su alıb geri qayıdanda “Abşeron” otelin yaxınlığındakı yaşayış binasının fasadın təmiri aparılan yerdə, yəni binanın çöl hissəsində xüsusi qaldırıcı qurğuların elektrik kabeli olduğunu gördüklərini, bundan sonra geri qayıdanda Daşqına bu barədə bildirdiyini, eyni zamanda ona həmin kabeldən bir qədər kəsib oğurlayıb əridib mis kimi satıb pul əldə etməyi təklif etdiyini, Daşqının da onunla razılaşdığını, bundan sonra artıq 18 sentyabr 2019-cu il tarixdə gecə saat 04:05 radələri olardı, Daşqınla birlikdə həmin binaya yaxınlaşdıqlarını və qeyd etdiyi kimi binanın çöl hissəsində olan xüsusi qaldırıcı qurğuların elektrik kabelindən bir qədər kəsib götürdüklərini, Dəniz vağzalının qarşısı ilə “Dənizkənarı milli park”a gedərkən həmin vaxt milli parkın mühafizəçilərinin onları əllərində kabellərlə görüb onlara yaxınlaşdıqlarını, mühafizə əməkdaşları həmin kabelləri haradan əldə etdiklərini soruşduqlarından onlara həmin kabelləri oğurladıqlarını bildirdiklərini, bundan sonra mühafizəçilər polis əməkdaşlarına bu barədə məlumat verdiklərini və polis əməkdaşları da daşqınla onu polis bölməsinə apardiqlarını, bundan başqa 20 sentyabr 2019cu il tarixdə saat 15 radələrində dostu Təqsirləndirilən şəxs2lə Bayıl qəsəbəsində görüşərək Fəvvarələr parkına gəldiklərini, söz əsnasında Daşqına marketlərin birindən sprtli içki oğurlamağı təklif etdiyini, Daşqının da onunla razılaşdığını, həmin tarixdə saat 20 radələrində ünvan 5 ünvanının qarşısından keçərkən yolun sağ tərəfində 2 mərətəbəli binanın 1-ci mərtəbəsində market olduğunu görüb həmin marketdən spirtli içki oğurlamaq qərarına gəldiklərini, həmin zaman Daşqının əlində qara rəngli sellofan olduğunu və öz köynəyini həmin sellofanın içərisinə qoyduğunu, mağazaya daxil olduqda 25-30 yaşlarında bir kişi satıcı olduğunu gördüklərini, lakin onun Pakistanlı olduğunu bilmədiklərini, Daşqının gizlicə vitrindən bir litir şüşədə “Chivas 12 regal” içkini götürərək əlindəki sellofana qoyduğunu və yenə də bir litir şüşədə “Jack Daniels” viskini götürərək sellofana qoymaq istədikdə satıcı bunu gördüyünü və əlindən tutarkən o, viskini soyuducunun üzərinə qoyduğunu, satıcı onun qolundan yapışaraq qaçmağına mane olarkən fürsətdən istifadə edib soyuducunun üstündəki “Jack Daniels” viskini götürüb mağazadan çıxdığını, təxminən 50 meter uzaqlaşdıqda satıcının onun arxası ilə qaçdığını görüb viskini yerə qoyaraq qaçdığını, daha sonra 5 saylı sərnişin avtobusu ilə Bayıl qəsəbəsinə evinə gəldikdə Daşqının da evdə olduğunu gördüyünü, Daşqının ona bir litir şüşədə “Chivas 12 regal” viski oğurladığını dediyini, daha sonra həmin viskini Daşqıngilin evində içdiklərini, hadisə zamanı satıcıya və ümumiyyətlə heç kəsə heç bir zor tətbiq etmədiklərini, bundan başqa dostu Daşqınla birlikdə yaşadığı evin yaxınlığında yerləşən “Tofiq” marketdən də oğurluq etdiklərini, belə ki, 26 sentyabr 2019-cu il tarixdə gecə radələrində tanışı Daşqınla birlikdə “Dənizkənarı milli park”dan gəzməkdən gəldiklərini, saat təxminən 05:10 radələrində yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs3 marketinin yanından keçəndə pulları olmadığı üçün Daşqın həmin marketdən oğurluq etməyi təklif etdiyini, bundan sonra Daşqın mağazanın qarşısında onun yanında puskuda dayandığını, özünün isə mağazanın qarşısında olan dəmir barmaqlıqların arasından əlini salıb mağazanın qarşısındakı soyuducunun qapısını açdığını və içərisindən dəqiq sayını bilmədiyi müxtəlif növ spirtli içkilər olan pivələri və meyvə şirələrini birbir çıxarıb Daşqına verdiyini, sonra mağazanın yanından yerdən tapdığı sellofana həmin oğurladığı içkiləri yığıb apardıqlarını, daha sonra Daşqın oğurladığı həmin içkiləri özü ilə apardığını və səhəri günü həmin içkiləri satıb pul əldə etmək barədə razılaşdıqlarını, səhər saat təxminən 11-12 radələrində əvvəlcədən razılaşdıqları kimi Daşqının yaşadığı evin qarşısında onunla görüşdüklərini, Daşqın həmin içkilərdən bir neçəsini onun yanında Bayıl qəsəbəsində tanımadığı şəxsə, qalanlarını isə “İçərişəhər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını, lakin Daşqının həmin içkiləri konkret neçəyə satmasını bilmədiyini, təxminən 68 manat içkilərin satışından pul əldə etdiklərini, həmin puldan 45 manatını birgə borca verdiklərini, qalan pulu isə özləri üçün ərzağa və s. xərclədiklərini, daha sonra 29 sentyabr 2019-cu il tarixdə gecə saat 04 radələrində Bakı şəhəri Salyan yolu 2 idarə binası ünvanından sonradan adını bildiyi Pakistan İslam Respublikasının vətəndaşı olan Zərərçəkmiş şəxs1 məxsus VAZ-2107 markalı avtomobilin içərisindən iki ədəd səsgücləndiriciləri oğurladığını, belə ki, həmin mənzilin qarşısında avtomobil dayanıqlı vəziyyətdə olduğunu, avtomobilə yaxınlaşmaq üçün hər hansı bir maneə olmadığını, avtomobilin qabaq sol qapısını əli ilə açdığını, sonra avtomobilin içərisindən yuxarıda qeyd etdiyi əşyaları oğurladığını, oğurladığı səs gücləndiricilərin çox köhnə olduğunu görüb yol gedəndə hazırda yadında qalmayan və göstərə bilməyəcəyi bir yerdə zibil qutusuna atdığını, başqa heç bir oğurluğunun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışmasının, cinayət nəticəsində dəymiş ziyanının tamamilə ödənilməsinin, əməlindən səmimi peşman olmasının, əvvəllər məhkum olunmamasının, ilk dəfə az ağır cinayət törətməsinin və gənc olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 25 may 2019-cu il tarixdə icarə əsasında işlətdiyi marketdən oğurluq olması barədə DİN-nin 102 xidmətinə məlumatı, eləcə də Səbail RPİ-nin 8-ci PB-nə ərizəni özünün ünvanladığını, ünvan 7 marketi icarə əsasında işlətdiyini, həmin marketdə ərzaq məhsullarının satışı ilə məşğul olduğunu, 25 sentyabr 2019-cu il tarixdə gecə saat 23:45 radələrində marketi bağlayıb yaşadığı evə getdiyini, marketə bir giriş qapısı olduğunu və həmin qapını açar vasitəsilə zamokla bağladığını, marketin giriş qapısından sonra sağ və sol hissələrdə soyuducular olduğunu, həmin soyuducuların qarşı hissəsində də ümumi marketin girişi boyu dəmir barmaqlıq olduğunu, həmin dəmir barmaqlığı da asma qıfılla bağladığını, eyni zamanda marketin içərisində və çölündə müşahidə kameraları olduğunu, 26 sentyabr 2019-cu il tarixdə səhər saat 07 radələrində marketə gələndə marketin qarşısından yerləşən soyuducunun içərisindən dəmir barmaqlıdan əl salınmaqla müxtəlif çeşidli spirtli içkilər və meyvə şirələri oğurlandığını gördüyünü, bundan sonra həyəycanlı olduğu üçün oğurlanmış əmlakının dəyərini tam hesablamadan DİN-nin 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat verdiyini, həmçinin həmin günü Səbail RPİ-nin 8-ci PB-nə gələrək ərizə ilə müraciət etdiyini, sonradan marketdə olan müşahidə kameralarına baxarkən məlum oğurluq hadisəsini qonşu küçədə yaşayan Rüfət və Daşqın adlı şəxslərin törətmələrinin məlum olduğunu, marketindən ümumi dəyəri təxminən hər biri 1,60 manat dəyərində 30 ədəd bir litirlik “Vitamin” meyvə şirələri, hər biri 1.60 manat dəyərində 15 ədəd 0,5 litirlik xırdalan, hər biri 1.50 manat dəyərində 15 ədəd 0,5 litirlik Jiquli, hər biri 2.30 manat dəyərində 15 ədəd 0,5 litirlik Efes pivələri və hər biri 1.90 manat dəyərində 7 ədəd 0,5 litirlik Kuller pivələri oğurlandığını, ümumilikdə ona 142 manat 30 qəpik dəyərində maddi ziyan dəydiyini göstərmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurmuş olduqları zərəri tam ödədiklərini və onlara qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə Zahir oğlu ifadəsində 18 sentyabr 2019-cu il tarixdə Səbail RPİ-nin 39-cu PB-nə ərizəni özünün yazdığını, 2016-cı il tarixdən "xxxx" MTK-da mühəndis vəzifəsində işlədiyini, "xxxx" MTK tikinti şirkəti tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış binası tikildiyini, həmin binanın hazırda təmir-tikinti işlərinin davam etdiyini, belə ki, binanın çöl hissəsində fasad işləri görüldüyünü, 18 sentyabr 2019-cu il tarixdə səhər saat 08:20 radələrində təmir tikinti işləri ilə əlaqədar şitkətin ünvan 1 ünvanında yerləşən yaşayış binasına gəldiyini, işə gələndə binanın çöl hissəsində olan xüsusi qaldırıcı qurğunun 160 metr uzunluğunda elektrik kabelinin kəsilib oğurlandığını gördüyünü, bundan sonra şirkətin rəbhərliyinə, həmçinin DİNnin 102 xidmətinə zəng vurub bu barədə məlumat verdiyini göstərmişdir. Zərərçəkmiş şəxs Nümayəndə Zahir oğlu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. İş materiallarında olan ərizədən görünür ki, Karat MTK-dan vurulmuş maddi ziyan oğurluq hadisəsini törədən şəxslərin valideynləri tərəfindən ödənilmişdir, ona görə də heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 2007-ci ildə işləmək üçün Azərbaycana gəldiyini və burada Vergilər Nazirliyindən VÖEN alıb xırda ticarətlə məşğul olmağa başladığını, ilk əvvəl Xalqlar Dostluğu metrostansiyasının yanında icarəyə qeyri-yaşayış sahəsini götürüb orada Pakistan istehsalı geyim əşyaları satdığını, bundan sonra Sədərək ticarət mərkəzində icarəyə yer götürüb orada paltar satışı ilə məşğul olmağa başladığını, eyni zamanda həmin yerdə dərzi kimi də işlədiyini, 28 sentyabr 2019-cu il tarixdə axşam saat 22 radələrində evə gəlib idarə etdiyi VAZ-2107 markalı **-TN-*** qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında hazırlanmış ərazidə saxlayıb evə girdiyini, 29 sentyabr 2019-cu il tarixdə saat 08 radələrində evdən çıxıb işlədiyi sədərək bazarına getdiyini, həmin gün saat 17 radələrində işdən evə gəldiyini və evin arxasına keçən zaman evin arxa divarına mismarla bərkidilmiş təxminə bir metr uzunluğunda taxtanın yerindən çıxarılmış vəziyyətdə olduğunu və eləcə də arxa giriş qapısının əl dəstəyin aşağı vəziyyətə salınmasını gördüyünü, bundan sonra uşaqlarını marketə aparmaq üçün avtomobilin kilidləmə sistemini açdıqdan sonra arxa sağ qapısını açdığını, həmin zaman avtomobilin arxa rəfində qurlaşdırılmış iki ədəd hər birini 40 manata aldığı səsgücləndiricilərin yerində olmadığını gördüyünü, eyni zamanda həmin rəfin üzərinə qoyduğu, uşaqları üçün hərəsini 7,5 manata aldığı iki qutu su ilə qarışdırılmış xnanın, ümumi dəyəri 70 manat olan Faberlic markalı 7 ədəd ətirlərin yerində olmadığını gördüyünü, həmçinin içərisində 18 manat nəğd pul saxladığı əşya qutusunu açanda pullarının da oğurlandığını gördüyünü, hadisə nəticəsində ona ümumilikdə 183 manat maddi ziyan dəydiyini göstərmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 vurmuş olduğu ziyanı tam ödədiyini, onu bağışladığını və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində 2009-cu ildən Azərbaycan Respublikasında yaşadığını, BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən ona və ailəsinə qaçqın himayəsi verildiyini, Azərbaycanda Bakı şəhərində fərdi sahibkarlıqla məşğul olduğunu, "xxxx" MMC-nin təsisçisi olduğunu, həmin MMC-nin direktoru isə həyat yoldaşı Younas Muhammad olduğunu, həyat yoldaşının ünvan 2 ünvanda yerləşən kiçik bir obyekti icarəyə götürdüklərini, icarə müqaviləsi "xxxx" MMC ilə həmin obyektin sahibi Rafiq arasında bağlandığını, həmin yerdə onunla həyat yoldaşının ərzaq məhsulları və içkilər satdıqlarını, eyni zamanda mağazada videomüşahidə kameraları olduğunu, 20 sentyabr 2019-cu il tarixdə saat 21:25 radələrində həyat yoldaşı Younas Muhammadla mağazada olduqlarını, həmin ərəfələrdə, yəni təxminən bir ay idi ki, uzaq qohumu, Pakistan İslam Respublikasının vətəndaşı İrshad Mehmood da Azərbaycana gəldiyini, İrshad Mehmood boş vaxtlarında əsasən axşam radələrində onlara mağazada köməklik etdiyini, yəni onlar istirahət edən vaxtlarda İrshad Mehmood mağazada satıcı yerində əyləşdiyini, 20 sentyabr 2019-cu il tarixdə saat 21:25 radələrində mağazaya iki nəfər cavan oğlanın müştəri qismində daxil olduqlarını, onlardan birinin əlində torba olduğunu, həmin zaman həyat yoldaşı Younas Muhammadla özünün mağazanın qarşısında dayandıqlarını, qohumu İrshad Mehmoodun isə mağazada müştəriləri qəbul etdiyini, həyat yoldaşı ilə mağazanın qarşısında küçədə dayansalar da hərdən mağazaya baxdıqlarını, bu vaxt İrshad Mehmoodun mağazada olan həmin iki nəfər müştərilərlə mübahisə etdiyini və onlardan birini tutub saxladığını görüb dərhal mağazaya daxil olduqlarını, həmin oğlanlardan biri İrshad Mehmoodun əlindən çıxıb qaçmaq istədiyini, həmin vaxt həmin oğlanların mağazadan oğurluq etmək istəyərkən İrshad Mehmoodun onları tutub saxladığını anladığını, hər iki müştərinin İrshad Mehmoodun üstünə düşdüyünü, onlardan əlində torba olan şəxs İrshad Mehmoodun əlindən çıxıb qaçmaq istədiyini, digər müştəri isə əlində torba olan şəxsə İrshad Mehmoodun əlindən çıxması üçün köməklik etmək istədiyini, eyni zamanda İrshad Mehmoodun onlara oğurluq edəndə həmin müştərini tutduğunu dediyini və müştəri oğurlamaq istədiyini viskini soyuducunun üzərinə qoyduğunu, mağazanın divardakı rəfində olmalı olan viskinin həqiqətən soyuducunun üzərində olduğunu, həmin oğurluq edən, əlində torba tutan müştəri İrshad Mehmoodla yaxalaşdığını, İrshad Mehmoodun isə onu buraxmadığını, həmin vaxt mağazanın qarşısında onlara baxıb polis çağırmaq istədiyini, İrshad Mehmood əlində torba olan şəxslə yaxalaşan zaman həmin iki müştəridən digəri fürsətdən istifadə edərək soyuducunun üzərində olan viskini götürüb qaçdığını, hətta qaçaraq mağazanı tərk edəndə mağazanın qarşısında onun qarşısını kəsmək istədiyini, bu zaman həmin şəxs boş qalan əli ilə onun çiyin nahiyəsindən vurub onu kənara itələyərək mağazanın ərazisini tərk edib qaçdığını, həmin vaxt İrshad Mehmooda viskini götürüb qaçan şəxsin arxası ilə qaçmasını bildirdiyini, bundan sonra İrshad Mehmoodun əlində torba olan şəxsi buraxıb onlara təhvil verərək soyuducunun üzərindən viskini götürüb qaçan şəxsin arxası ilə qaçdığını, özünün isə mağazanın içərisində qalan digər şəxsi saxlayıb polisə təhvil vermək istədiklərini, lakin mağazanın içərisində qalan əlindəki torbaya qoyduğunu gördüklərini, hadisə zamanı heç bir xəsarət almadıqlarını, hadisə nəticəsində mağazadan bir ədəd “Jack Daniels” markalı, “Old No.7” model, ABŞ istehsalı olan, bir litirlik 55 manat dəyərində və bir ədəd 135 manat dəyərində “Chivas Regal” markalı, 12 illik, bir litirlik klassik şotlandiya viskilərinin həmin şəxslər tərəfindən oğurlandığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Muhammad Younas ifadəsində ailəsi ilə birlikdə Azərbaycanda yaşadığını, 20 sentyabr 2019-cu il tarixdə saat 21:27 radələrində “Diamond” mağazasının qarşısında küçədə dayanıb mağazaya baxarkən bir nəfər cavan oğlanın əlində viski tutub qaçarkən mağazada satıcı olan qohumu İrshad Mehmoodun onun arxası ilə qaçdığını, həyat yoldaşı Safianın isə mağazanın içərisində bir nəfər cavan oğlanla mübahisə etdiyini gördüyünü, dərhal mağazaya daxil olub Safiadan nə baş verdiyini soruşmaq istədikdə mağazanın içərisindəki şəxsin onun yanından keçərək, hətta çiyni ona sürtünməklə mağazadan çıxıb qaçmağa başladığını, onun əlində bir ədəd sellofan olduğunu və həmin əmlakın onlara məxsus olduğunu bildiyini, bundan sonra təxminən 200 metr həmin şəxsin arxası ilə qaçmasına baxmayaraq onu tuta bilmədiyini, eyni zamanda daha sonra İrshad Mehmoodun da digər şəxsin arxası ilə qaçmasına baxmayaraq onu tuta bilmədiyini bildiyini, həmin şəxsin ona heç bir xəsarət yetirmədiyini, onu itələməkdə yalnız məqsədinin qarşısını açmaq olduğunu, eyni zamanda özlərinin də həmin şəxslərə heç bir xəsarət yetirmədiklərini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş İrshad Mehmood ifadəsində 3 aya yaxındır ki, Bakı şəhərinə əmisigilə qonaq gəldiyini və bəzən əmisi arvadı Sofiyaya kömək edərək mağazada satış işlərini gördüyünü, 20 sentyabr 2019-cu il tarixdə saat 21.27 radələrində ünvan 5-də Diamond -1 mağazasında olarkən 2 nəfər müştəri qismində mağazaya daxil olaraq sprtli içkilər olan tərəfə getdiklərini, onlardan birinin əlində içərisi görünməyən sellofan olduğunu və onun dolabdan öncə bir viskini götürərək sellofana qoyduğunu, daha sonra ikincisini də götürərkən onun oğurluq etmək niyyətinin olmasını hiss etdiyini, odur ki, onun əlindən viskini alaraq soyuducunun üzərinə qoyduğunu, daha sonra sellofandakı viskini də almağa çalışarkən onunla olan digər şəxsin isə soyuducunun üzərindən viskini götürərək qaçmağa başladığını, bundan sonra Sofiyanı səslədiyini və əlində sellofan olan şəxsə göz-qulaq olmasını bildirərək digərinin dalıncan qaçmağa başladığını, təxminən 100 meter onun dalıncan qaçdıqdan sonra onu tutduğunu və “Jack Daniel” çeşitli viskini onun əlindən almaqla bərabər onunda qolundan tutaraq polisə təslim etməkdən ötrü mağazaya gətirərkən bir neçə şəxs yol ilə keçərkən onu buraxmasını xahiş etdikləri üçün məcbur qalıb həmin şəxsi buraxdığını, daha sonra marketə dönərkən digərinin də fürsət taparaq qaçdığını gördüyünü, həmin şəxslərin ona heç bir zərbə vurmadıqlarını, eyni zamanda ona heç bir xəsarət yetirmədiklərini göstərmişdir. Məhkəməyədək icraat dövründə aparılmış və məhkəmə iclasında elan olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin 18 noyabr 2019-cu il tarixli 260054/26055 saylı rəyindən görünür ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq nümunə qismində təqdim edilmiş üzərində heç bir markalama göstəricisi olmayan, üzəri qara rəngli izolasiyalı, ayrı-ayrı izolasiyalı 4 damarlı, ümumi diametri 11,8 mm, damarlarının diametri 3,7 mm olan, keçirici hissəsinin metalı mis əsaslı ərintidən hazırlanmış, istifadəyə yararlı, yuxarıda qeyd edilən eyni texniki göstəricilərinə uyğun olduğu halda 160 metr çoxsimli elektrik kabelinin işlənmiş vəziyyətdə, 18 sentyabr 2019-cu il tarixə, köhnəlmə faizini nəzərə alaraq respublikadaxili orta bazar satış qiyməti təxminən 504,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 111 (yüz on bir manat) 70 (yetmiş) qəpik müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. Məhkəmə iclasında ünvan 8 ünvanda yerləşən ərzaq və alkoqollu içkilərin satıldığı "xxxx" mağazasına quraşdırılmış video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 20 sentyabr 2019-cu il tarixdə saat 21:27-də öncə Təqsirləndirilən şəxs1 mağazaya daxil olaraq piştaxtada olan ərzaqlara müştəri qismində baxır. Daha sonra Təqsirləndirilən şəxs2 əlində qırmızı rəngli sellofanla mağazaya daxil olur. Mağazada satıcı işləyən Pakıstan İslam Respublikasının vətəndaşı Şahid2 yaxınlaşır. Rüfət mağazanın sol tərəfində əyilir, Daşqın isə mağazanın sağ tərəfindəki piştaxtanın üzərində viskini götürərək əlindəki sellofana qoyur və yenidən ikinci viskini götürərək sellofana qoyarkən Şahid2 onun əlindən viskini alaraq soyuducunun üzərinə qoyaraq onu saxlamağa çalışır. Daha sonra Rüfət isə bu fürsətdən istifadə edərək soyuducunun üzərindən həmin viskini götürərək qaçarkən Şahid2 Daşqını buraxıb onun ardınca qaçır. Bundan sonra Zərərçəkmiş şəxs2 mağazaya daxil olaraq Daşqını davamlı olaraq itələyib mağazada saxlamağa çalışır. Daşqın onların diqqçətsizliyindən istifadə edərək mağazanı tərk edib gedir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 08 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 9 ünvanında yerləşən marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 01 ədədi xx xxxxxxxx 1993-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs1 aiddir. İş materiallarında olan qəbzdən görünür ki, Nümayəndə zərəçəkmiş şəxsin nümayəndəsi olaraq "xxxx" MTK-ya məxsus 160 metr uzunluğunda xüsusi qaldırıcı qurğunun elektrik kabelini qəbul etmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 oktyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə İdarə binası qarşısında “VAZ-2107” markalı **-TN-*** d.n.n-li a/m-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən 03 ədədi xx xxxxxxxx 1993-cü ildə anadan olmuş Təqsirləndirilən şəxs1 aiddir. İş materiallarında olan tutma haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 18 sentyabr 2019-cu il tarixdə saat 18.05-də, Təqsirləndirilən şəxs2 isə 18 sentyabr 2019-cu il tarixdə saat 19.45-də şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 20 sentyabr 2019-cu il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlər təmin olunmadan rədd olunmuş və onların saxlanıldıqları MSY-dən dərhal azad olunmaları qərara aınmışdır. İş materiallarında olan tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 09 oktyabr 2019-cu il tarixdə saat 19.10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallrında olan Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarindan görünür ki, həbs etmənin əvvəli 09 oktyabr 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 10 oktyabr 2019-cu il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallrında olan Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarindan görünür ki, həbs etmənin əvvəli 10 oktyabr 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib- keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntü və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci tövsif olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələri düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxs1 verdiyi ifadəsində 20 sentyabr 2019cu il tarixdə saat 20 radələrində ünvan 5 ünvanında yerləşən mağazaya daxil olduqda orada bir kişi satıcı olduğunu gördüyünü, Daşqının gizlicə vitrindən bir litir şüşədə “Chivas 12 regal” içkini götürərək əlindəki sellofana qoyduğunu və yenə də bir litir şüşədə “Jack Daniels” viskini götürərək sellofana qoymaq istədikdə satıcını bunu gördüyünü və əlindən tutarkən o viskini soyuducunun üzərinə qoyduğunu, satıcı Daşqının qolundan yapışaraq qaçmağına mane olarkən fürsətdən istifadə edib soyuducunun üstündəki “Jack Daniels” viskini götürüb mağazadan çıxdığını, təxminən 50 meter uzaqlaşdıqda satıcının onun arxası ilə qaçdığını görüb viskini yerə qoyaraq qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 isə mağazaya iki nəfər cavan oğlanın müştəri qismində daxil olduqlarını, onlardan birinin əlində torba olduğunu, satıcı İrshad Mehmoodun əlində torba olan şəxslə yaxalaşan zaman həmin iki müştəridən digərinin fürsətdən istifadə edərək soyuducunun üzərində olan viskini götürüb qaçdığını, satıcının əlində torba olan şəxsi buraxıb onlara təhvil verərək soyuducunun üzərindən viskini götürüb qaçan şəxsin arxası ilə qaçdığını, digər şahid Muhammad Younas isə ifadəsində İrshad Mehmoodun iki müştəridən digərinin arxası ilə qaçmasına baxmayaraq onu tuta bilmədiyini bildiyini göstərmişdir. İibtidai istintaq zamanı şahid qismində dindirilmiş İrshad Mehmood isə mağazaya mağazaya 2 nəfər müştəri qismində daxil olduqlarını, onlardan birinin əlində içərisi görünməyən sellofan olduğunu və onun dolabdan öncə bir viskini götürərək sellofana qoyduğunu, daha sonra ikincisini də götürərkən onun oğurluq etmək niyyətinin olmasını hiss etdiyini, odur ki, onun əlindən viskini alaraq soyuducunun üzərinə qoyduğunu, daha sonra sellofandakı viskinidə almağa çalışarkən onunla olan digər şəxsin isə soyuducunun üzərindən viskini götürərək qaçmağa başladığını, bundan sonra Sofiyanı səslədiyini və əlində sellofan olan şəxsə göz-qulaq olmasını bildirərək digərinin dalıncan qaçmağa başlamış və onu tutaraq “Jack Daniel” çeşitli viskini onun əlindən almışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 satıcı İrshad Mehmood Təqsirləndirilən şəxs2 qolundan yapışaraq qaçmasına mane olmasından istifadə edib soyuducunun üstündəki “Jack Daniels” viskini götürüb mağazadan çıxasa da, satıcı İrshad Mehmood onun arxası ilə qaçması ilə əlaqədar talanmış “Jack Daniel” çeşitli viskindən istifadə etmək və onun üzərində sərəncam vermək üçün real imkanı olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Bütün bunları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 180.2.1 və 29, 180.2.2-ci maddələrinə tövsif olunmalı və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 13-cü hissəsində göstərilmişdir ki, cinayət qanununun sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, başqa daha yüngül cəza tədbiri tətbiq etmənin mümkünlüyünü nəzərdə tutursa, məhkəmə hökmündə nə üçün müttəhimə məhz azadlıqdan məhrum etmə cəzasının tətbiq olunmasının əsası göstərilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, məhkumluğu ödənilmədən və götürülmədən bir neçə epizod üzrə qabaqcadan əlbir olub bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etməsini, həmçinin qabaqcadan əlbir olub bir qrup şəxslə özgənin əmlakını açıq talamaqla təkrarən soyğunçuluq etməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanının könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, cinayətin açılmasına kömək göstərməsini, gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 Səbail rayon məhkəməsinin 16 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 23 iyul 2017-ci il tarixli qərarı ilə 6 ay vaxtından əvvəl şərti azad olunmuş, Xətai Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinib 8 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri bilinmiş qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Səbail rayon İcra və Probasiya şöbəsindən daxil omuş 24 iyul 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 25 may 2019-cu il tarixdən Səbail rayon İcra və Probasiya şöbəsində qeydiyyatdan keçmiş və cəzasının icrası cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmağa başlanılmışdır, çəkilməmiş azadlığın məhdudlaşdırılması 5 ay 13 gün cəzası qalıb. Məhkəmə istintaqı zamanı hazırki cinayət işi üzrə ilk cinayət əməlinin 18 sentyabr 2019-cu il tarixdə törədildiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri bilinmiş qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və həmin hökm qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini birləşdirməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə görə isə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən 18 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulduğu, 20 sentyabr 2019-cu il tarixdən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, dərhal azad olunmasını, 10 oktyabr 2019-cu il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, o cümlədən, məhkumluğu ödənilmədən və götürülmədən bir neçə epizod üzrə qabaqcadan əlbir olub bir qrup şəxslə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etməsini, həmçinin qabaqcadan əlbir olub bir qrup şəxslə özgənin əmlakını açıq talamağa cəhd edərək təkrarən soyğunçuluq etməsini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs1 islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanının könüllü olaraq tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, cinayətin açılmasına kömək göstərməsini, gənc olmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlinin 180.2.1 və 180.2.2-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.2-ci maddələrinə, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildilməklə özgənin əmlakını açıq talamaya cəhdə tövsif edildiyini nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən 18 sentyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulduğu, 20 sentyabr 2019cu il tarixdən həbs qətimkan tədbirinin seçilməsindən imtina olunaraq, dərhal azad olunmasını, 09 oktyabr 2019-cu il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2010-cu il tarixli, 21 saylı qərarına əsasən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslərinhüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlar məsələsini həll edərək hesab edir ki, Karat MTK-ya məxsus oğurlanmış 160 metr uzunluğundakı xüsusi qaldırıcı qurğunun elektrik kabelinin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığını nəzərə alınmasını, Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 işlətdiyi "xxxx" mağazasından götürülmüş bir ədəd DVD diskin, 26 sentyabr 2019-cu il tarixdə ünvan 10 ünvanda yerləşən marketdə baş vermiş oğurluq faktı ilə bağlı hadisə yerindən götürülmüş 02 ədəd əl barmaq izlərinin, 29 sentyabr 2019-cu il tarixdə Səbail RPİ-nin 8-ci PB əməkdaşları tərəfindən Bayıl qəsəbəsi 20-ci sahə idarə binası qarşısında VAZ-2107 markalı 99TN603 dövlət qeydiyyat nişanlı avtomobildən oğurluq faktı ilə bağlı götürülmüş 04 ədəd əl izlərinin cinayət işində saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyərinin təqsirləndirilən şəxslərdən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsini əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351- 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzaların qismən toplamaq yolu ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 03 (üç) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası bir günə iki gün hesablanmaqla çəkilməmiş 02 (iki) ay22 (iyirmi) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 18 sentyabr 2019-cu il tarixdən 20 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 10 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1 və 180.2.2-ci maddələrindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 180.2.1 və 29, 180.2.2-ci maddələrinə tövsif olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 180.2.1 və 29, 180.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzaların qismən toplamaq yolu ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 18 sentyabr 2019-cu il tarixdən 20 sentyabr 2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar Karat MTK-ya məxsus oğurlanmış 160 metr uzunluğundakı xüsusi qaldırıcı qurğunun elektrik kabelinin zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə qaytarıldığı nəzərə alınsın, Pakistan İslam Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs2 işlətdiyi "xxxx" mağazasından götürülmüş bir ədəd DVD disk, 06 ədəd əl barmaq izləri işdə saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 111 (yüz on bir manat) 70 (yetmiş) qəpikdən 55 (əlli beş) manat 85 (səksən beş) qəpik hissəsi Təqsirləndirilən şəxs2 və 55 (əlli beş) manat 85 (səksən beş) qəpik hissəsi Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat, X3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat, Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 480 (dörd yüz səksən) manat, X6 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 390 (üç yüz doqsan) manat pul vəsaiti dövlət büdcəsindən tutulub Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar