Məhkəmə qərarları › İş №1(009)-41/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-41/2021

26.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-41/2021 26.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, İmişli Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(036)- 80/2018 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin 70ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 02 (iki) il sınaq müddəti təyin olunmuş, İmişli rayonu Qaraqaşlı kəndində ünvansız fərdi evdə qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs vahid qəsdlə əhatə olunan niyyətlə özgənin əmlakını gizli olaraq talama məqsədilə İmişli şəhər İşıqlandırma İdarəsinin hər birin dəyəri 220 manat olan dür aliminium materiallı işıq dirəklərinin 3 (üç) ədədini 12 yanvar 2020-ci il tarixdə saat 19 radələrində, 2 (iki) ədədini 22 yanvar 2020-ci il tarixdə saat 19 radələrində, 2 (iki) ədədini 23 yanvar 2020-ci il tarixdə saat 19 radələrində, 1 (bir) ədədini isə 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində İmişli şəhəri, 20 Yanvar küçəsində yerləşən "Dostluq" çay evinin həyətindən gizli olaraq talayıb zərərçəkmiş şəxs İmişli şəhər İşıqlandırma İdarəsinə ümumilikdə 1760 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 iyun 2020-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən “Bazarstore” marketin qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 yol vərəqəsi ilə idarə etdiyi “Ford-Transit” **-AE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin salonunda sonuncunun yatmasını və avtomobilin qapılarının açıq olduğunu görüb avtomobilin salonundan sonuncuya məxsus bir ədəd içərisində sim nömrə ilə birlikdə ümumi dəyəri 260 manat olan “İphone 6” markalı və bir ədəd içərisində sim nömrə ilə birlikdə ümumi dəyəri 429 manat olan “Samsung A01” markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 689 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İmişli şəhərində yerləşən “Dostluq” çay evinə tez-tez gedirmiş. O həmin çay evinə gedəndə çay evinin arxa qapısının giriş hissəsinin sağ tərəfində həyətdə dür aliminiumdan olan işıq dirəkləri görmüşdür. O bilirmiş ki, həmin işıq dirəkləri Bayraq meydanına qurlaşdırlan işıq dirəkləridir. O düşünüb ki, ola bilsin həmin işıq dirəkləri sıradan çıxdıqları üçün həmin yerə yığıblar. Bir neçə gün ard-arda o çay evinə gələndə həmin işıq dirəklərini orada görürmüş. Həmin işıq dirəklərini saymış, işıq dirəkləri 10 ədəd olub. Bir gün gəlib görüb ki, həmin işıq dirəklərindən 2 ədədi yoxdur, 4 ədədinin isə yarısı yoxdur. O bir daha əmin olmuşdur ki, həmin işıq dirəklərinə nəzarət yoxdur. O da düşünüb ki, həmin işıq dirəklərini oğurlayıb satar. 12 yanvar 2020-ci il saat təxminən saat 19 radələrində o işıq dirəklərini oğurlamaq üçün “Dostluq” çay evinə gedib. O çay evinə gələndə özü ilə un kisəsi də gətirimişdir ki, həmin dirəkləri un kisəsinə yığıb. Çay evinin arxadan olan girişindən təxminən 15 metr sonra çay evinin masalar olan hissəsi başlayır. Qış ayı olduğu üçün müştərilər kafenin kafenin binasında çay içirmişlər. Ona görə də çay evinin həyətində heç kim olmurmuş. O kafenin həyətinə daxil olub 3 ədəd yarımçıq olan işıq dirəklərini oğurlayıb özü ilə gətirdiyi un kisəsinə qoymuş və oradan dövlət qeydiyyat nişanı yadında qalmayan sarımtıl rəngli VAZ-2106 markalı taksi ilə İmişli şəhərində Yaşıl Bazar kimi tanınan yerdə olan metal qəbulu məntəqəsinə aparmış və metal qabulu məntəqəsini işlədən Nizamiyə həmin dür aliminiumdan olan işıq dirəklərini kilosu 1 manatdan satmış və Nizamidən 48 manat pul almışdır. Həmin hadisədən sonra o təxminən 9-10 gün gözləyib ki, görsün oğruluğun səsi-sorağı çıxacaq ya yox. Oğurluqdan 10 gün keçməsinə baxmayaraq oğurluğu barədə heç bir xəbər çıxmayıb. Ona görə də düşünüb ki, yenə də gedib çay evinin həyətində qalan dirəkləri oğurlasın. 22 yanvar 2020-ci il tarixdə saat 19 radələrində, o yenə də un kisəsi ilə “Dostluq” çay evinə gedib və çay evinin həyətində olan işıq dirəklərindən 1 ədəd yarımçıq qalan işıq dirəyi və 1 ədəd tam olan işıq dirəyini un kisəsinə qoymuş və tanımadığı VAZ-2107 markalı bir taksi ilə Nizaminin metal qəbul etdiyi yerə getmişdir. Yarımçıq olan işıq dirəyi 16 kilo və tam olan işıq dirəyi 22 kilo olmaqla ümumilikdə 38 kiloqramlıq dür aliminiumdan olan işıq dirəyini Nizamiyə 38 manata satmışdır. 23 yanvar 2020-ci il tarixdə o yenə də un kisəsi ilə çay evinə gedib bu dəfə yerdə qalan işıq dirəklərindən 2 ədəd tam olan işıq dirklərini yenə də həmişəki kimi un kisəsinə yığıb daha sonra bir tanımadığı taksi tapıb Nizaminin yanına gedib həmin işıq dirəkləri ikisi ümumilikdə 44 kilo gəlib və Nizamiyə işıq dirəklərini 44 manata satmışdır. 24 yanvar 2020-ci il tarixdə saat 19 radələrində un kisəsi ilə çay evinə gəlib çay evinin həyətində qalan 1 ədəd işıq dirəyini də götürüb yenə bir tanımadığı taksi tutub Nizaminin yanına aparıb. Həmin işıq dirəyini də 22 manata Nizamiyə satmışdır. Bununla da ümumilikdə 8 ədəd olmaqla 4-ü yarımçıq 4-ü isə tam olan dür aliminiumdan olan işıq dirəklərini oğurlayıb hamısı da Nizamiyə ümumilikdə 152 manata satmışdır. Bundan başqa o, 10 iyun 2020-ci il tarixdə gəzmək məqsədilə Bakı şəhərinə Badamdar qəsəbəsinə gedib, saat 15 radələrində Badamdar qəsəbəsində yerləşən “Bazarstore” marketin qabağı ilə keçərkən “Ford” markalı yük maşının qapısı açıq vəziyyətdə olduğunu görüb maşına yaxınlaşmış və bir nəfərin avtomobilin içərisində uzanıb yatdığını, maşının salonunda üst-üstə iki mobil telefon olduğunu aşkar etmişdir. Həmin şəxsin yatdığına əmin olduqdan sonra o əlini maşının salonuna uzadıb iki ədəd mobil telefonu oğurlamışdır. Oradan uzaqlaşıb telefonlara baxanda görüb ki, oğurladığı telefonlardan biri “İphone 6” o biri isə “Samsung A01” markalı telefondur. Avtobusa minib 20 yanvar metrostansiyasına gələrək telefon dükanlarını gəzib, lakin “Samsung” markalı mobil telefonu ucuz qiymətə aldıqları üçün satmamış, sonra o telefonu tanışı Xalidə 75 manata satmışdır. “İphone 6” markalı mobil telefonu satmamış, “Samsung” markalı mobil telefonunun satışından əldə etdiyi pulu xərclədikdən sonra “İphone 6” markalı mobil telefonu satmağı düşünmüşdür. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslərin şikayəti və tələbi olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, işi ilə əlaqədar olaraq 10 iyun 2020-ci il tarixdə Badamdar qəsəbəsində yerləşən “Bazar Store” marketə mal aparmışdır. O, şirkətə məxsus yük maşını olan “Ford Transit” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin marketə getmiş, avtomobildə olan malları fəhlələr boşaldarkən o da maşında olub. O maşının içində istirahət etmək üçün yatıb. Hava isti olduğu üçün o maşının şüşəsini açıq qoyub. Bir müddət sonra ayılanda görüb ki, iki mobil telefon oğurlanıb. Hər iki telefonu şitdə olan yerə qoymuşdur. Telefonların biri “İphone 6”, digəri isə “Samsung A0” markalı olub. O “İphone 6” markalı mobil telefonu yanvar ayının 8-də mağazadan içərisində sim nömrə ilə birlikdə 260 manata almış, “Samsunga01” markalı telefonu isə 2020-ci ilin may ayında kreditə götürmüş, 24 manat ilkin ödəniş etmiş və hər ayın 20-i mağazaya 33, 8 manat ödəməli imiş. “Samsung” markalı mobil telefonun kreditlə toplam qiyməti içərisində sim nömrə ilə birlikdə 429 manattəşkil edir. Ümumilikdə ona 689 manat ziyan dəyib. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Digər zərərçəkmiş şəxs İmişli Mənzil Kommunal X2 direktoru F.Z.Məmmədov məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Birliyin tabeliyində olan şəhər İşıqlandırma sahəsinə məxsus küçə işıqlandırma dirəklərinə vurduğu ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadələrində göstərmişdir ki, o 2015-ci ilin may ayından İmişli İşıqlandırma İdarəsində mühandis vəzifəsində işləyir. Onun vəzifəsi İmişli şəhəri ərazisində işıq dirəklərinin quraşdırılması və bərpası ilə məşğul olmaqdan ibarətdir. İmişli şəhər İşıqlandırma İdarəsinin İmişli RPŞ-yə ünvanladığı 03 fevral 2020-ci il tarixli məktubla bağlı onu qeyd edib ki, 27 yanvar 2020-ci il tarixdə idarələrinin rəisi onlara məlumat verib ki, Bayraq meydanının baxçaya tərəf olan hissəsində yerləşən işıq dirəklərindən 13 ədədi yerində yoxdur. 28 yanvar 2020-ci il tarixdə o idarələrinin montyoru işləyən Şahid2la birlikdə həmin deyilən yerə baxmağa gedib. Onlar orada müəyyən ediblər ki,10 ədəd qırılan işıq dirəklərindən 2 ədədi yerində yoxdur, həmin meydanın baxçaya yaxın olan hissəsindəki dirəklərinin isə 13 ədədi yerində yoxdur. ümumilikdə 15 ədəd işıq dirəyi yerində qoparılaraq oğurlandığını müəyyən ediblər. Onlar işıq dirəklərinin oğurlandığını müəyyən edəndən bir neçə gün əvvəl Şahid2la tərəfindən Bayraq meydanının yaxınlığında yerləşən “Dostluq” çay evinin həyətinə baxanda isə müəyyən ediblər ki, həmin dirəklərin yalnız plafonları qalıb, yerdə qalan hissəsi isə oğurlanıb. Ümumilikdə 25 ədəd plafonsuz dür aliminiumdan olan işıq dirəkləri naməlum şəxlər tərəfindən oğurlanıb. Ümumilikdə İmişli şəhər İşıqlandırma İdarəsinə 5500 manat ziyan dəymişdir. İşıq dirəkləri 10 yanvar 2020-ci il tarixdən 27 yanvar 2020-ci il tarixədək olan müddət ərzində oğurlanmışdır. İşıq dirəkləri işlək vəziyyətdə olmuşdur. O əvvəlki ifadəsinə əlavə olaraq bildirib ki, o əvvəkli ifadəsində 25 ədəd işıq dirəklərinin oğurlandığını bildirmişdir. Sonrada ona məlum olmuşdur ki, işıq dirəklərindən 11 ədədi nasaz vəziyyətdə olduğu üçün İşıq idarəsinin işçiləri tərəfindən başqa yerə yığılmışdır. Həmin işıq dirəklərinin içşilər tərəfindən götürülməsindən xəbərsiz olduğu üçün o əvvəlki ifadəsində 25 ədəd işıq dirəyinin oğurlandığını bildirib. 11 ədəd işıq dirəkləri barədə şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi olunmuş şahid X12 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o təxminən 10 ildir telefon işi ilə məşğuldur. Bakıda 3 ilə yaxındır fəaliyyətini davam etdirir. Əvvəllər İmişli rayonunda bu işlə məşğul olub. O Əsədi əvvəllər tanımayıb. Onun mağazası 3-cü MKr deyilən ərazidə Rövşən Cəfərov küçəsində yerləşir. O orada telefonların aqlı-satqısı işi ilə məşğuldur. Adətən o müştərilərdən işlənmiş telefonları alıb onları bir az baha qiymətə başqa müştərilərə satır. 10 iyun 2020-ci il tarixdə Əsəd mağazaya yaxınlaşıb. Əsəd ona yaxınlaşıb deyib ki, telefon satır. O Əsədə deyib ki, “telefonu ver baxım”. Telefon yaxşı vəziyyətdə olub. O həmin telefonun kreditdə olub-olmamasını yoxlayıb. Bilib ki, həmin telefon kreditdədir. Telefonun markası “Samung A01” olub. O telefona baxdıqdan sonra Əsədə telefonu 75 manata ala biləcəyini deyib. Əsəd ona deyib ki, “bir az yuxarı qiymtə al”. O da Əsədə etiraz edib və deyib ki, 75 manatdan yuxarı qiymətə ala bilməz. Əsəd onunla razılaşıb. O Əsədin şəxsiyyət vəsiqəsini istəyib. Şəxsiyyət vəsiqəsinin kserosurətini çıxardıb orada telefonun markası Əsədin adı və soyadı barədə qeydlər aparıb. Əsəd öz imzası ilə yazılanları təsdiqləyib. O telefonu Əsəddən götürüb 75 manat pulu verib. Əsəd mağazaya gələndə yanında heç kim olmayıb. Sonradan ona məlum olub ki, Əsədin ona satdığı telefon oğurluqdur. O telefonun oğurluq olduğunu bilmirmiş. Əsəd ona telefonun özünə məxsus olmasını bildirib. Telefoun rəngi qara, sensor ekran, tam işlək vəziyyətdə olub. Telefonu satdığı şəxs barədə məlumat verə bilmir, çünki o telefonları satdığı şəxslər barədə qeyd aparmır. Əsədlə onun arasında tanışlıqları telefon alqı-satqısı zamanı yaranıb, o zaman o Əsədə İmişli rayonundan olduğunu deyib. Əsəd ona yalnız “Samsung A01” markalı telefon təklif edib, oda telefonu almışdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 iyul 2020-ci il tarixli 9/2175 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal edilmiş “iphone” markalı “A1549” (6) model, **********78899 İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarlarının olmaması, istifadədə olması və yuxarıdakı xüsusatları nəzərə alınmaqla təxminən 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 60,00 manat müəyyən edilir. Təqdim edilməyən 1 ədəd “Samsung Galaxy” markalı, “SM-A015” (A01) model mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirməsinə daxil edilən aksesuarlarının olmaması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 160,00 manat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünasliq ekspertizasının 24 aprel 2020-ci il tarixli 9/371 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən, fotoşəkiləri təqdim edilmiş 1 ədəd hündürlüyü 1,4 metr, çəkisi 22 kq olan düralüminum materialdan hazırlanmış 2013-cü il tarixdən parka quraşdırılmış işıqlandırma dirəyinin təyinatı üzrə istifadəyə yararlı(normal) vəziyətdə 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxmiən 150,0 maat müəyyən edilir. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manat müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 10 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən “BazarStore” marketinin qarşısında saxladığı “Ford Transit” markalı **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin solunundan ona məxsus olan “İphone 6” markalı və “Samsung” markalı mobil telefonlarının naməlum şəxs tərəfindən oğurlan ması faktı üzrə 30 iyun 2020-ci il tarixdə Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində AR CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 03 fevral 2020-ci il tarixdə İmişli şəhər İşıqlandırma İdarəsinə məxsus olan hər birinin dəyəri 220 manat olmaqla, ümumilikdə 5500 manat dəyərində 25 ədəd dür aliminiumdan hazırlanmış küçə işıqlandırma dirəyinin oğurlanması faktına görə İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə AR CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs, 04 fevral 2020-ci il tarixdə X9 və X21 şübhəli şəxs qismində tutulmuşlar. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə İmişli şəhər İşıqlandırma İdarəsinə məxsus olan İmişli şəhəri 20 Yanvar küçəsində yerləşən “Dostluq” çay evinin həyətində saxlanılan hər birinin orta bazar qiyməti 220 manat olmaqla, cəmi 1760 manat dəyərində 8 ədəd dür aliminium materialdan olan işıq dirəklərini vahid qəsdlə əhatə olunan niyyətlə 12 yanvar 2020-ci il tarixdə 3 ədəd, 22 yanvar 2020-ci il tarixdə 2 ədəd, 23 yanvar 2020-ci il tarixdə 1 ədəd dür alimiunm materialdan olan işıq dirəklərini gizli yolla talamaqla İmişli şəhər İşıqlandırma İdarəsinə 1760 manat ziyan vurub oğurluq etmişdir. Bundan başqa aparılmış istintaqla müəyyən edilmişdir ki, İmişli şəhər İşıqlandırma İdarəsinə məxsus olan 6 ədəd dür alimiumdan hazırlanmış işıq dirəkləri İmişli şəhər sakinləri X9 və X21 tərəfindən oğurlanmışdır. 04 fevral 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə əməl AR CM-nin 177.2.4-cü maddəsindən CM-nin 177.1 və 177.2.1-ci maddələrinə tövsif olunmuşdur. 04 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur. 17 aprel 2020-ci il tarixli qərardan görünür ki, İmişli RPŞ-nin təhqiqat Bölməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 16 aprel 2019-cu il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işin üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 190440036 nömrəli cinayət işin üzrə Təqsirləndirilən şəxs 18 aprel 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində İmişli rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan təbiri seçilmişdir. X3 17 fevral 2020-ci il tarixli, 4(106)-13/2020 saylı qərarından görünür ki, apelyasiya protesti təmin edilməmiş İmişli Rayon məhkəməsinin 05 fevral 2020-ci il tarixli 4(036)12/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 200440011 nömrəli cinayət işi üzrə İmişli rayon X14 Bölməsinin baş müstəntiqi Nazim Hümbətov tərəfindən qəbul edilmiş 03 fevral 2020-ci il tarixli qərarla narkotik vasitənin əldə olunma mənbəyi ilə əlaqədar X10 AR CM-nin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs, Əmirov Qəhrəman Feyruz oğlunun, Talıbov Cavid İlham oğlunun və Eminov Fərhad Ömər oğlunun AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci barəsində olan ********* nömrəli cinayət işi ********* cinayət işinin materiallarından ayrılmışdır 05 fevral 2020-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və və tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi AR CM-nin 177.1 və 177.2.1-ci maddələri ilə istintaq edilən ********* cinayət işi ilə bir icraatda birləçdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibitdai istintaq davam etdirilmişdir. İmişli rayon məhkməsinin 05 fevral 2020-ci il tarixli, 4(036)-128/2020 saylı qərarı ilə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.1-ci və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. 05 fevral 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. 02 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, İmişli RPŞ-nin İstintaq Bölməsi tərəfindən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş cəmi 2,939 qram çəkidə narkotik vasitə olan heroini X8 əldə etməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası CMnin 177.1 və 234.1-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materillarından Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılması barədə qərar qəbul edilmişdir. 09 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, İmişli RPŞ-nin İB-nin icraatında olan ********* nömrəli cinayət işi icraatda olan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Bakı şəhər Səbail RPİ-nin İstintaq Şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraata birləşdirilmişdir. 10 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraatın dayandırılmışdır. 29 oktyabr 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs könüllü olaraq Səbail RPİ-yə İŞ-yə gəldiyindən həmin tarixdə cinayət işi üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilmiş və 31 oktyabr 2020-ci il tarixdə ona Azərbaycan Respubliası CM-nin 177.2.2-ci maddəsi ilə ona yenidən ittaham elan edilmişdir. 30 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və ibtidai istintaqın davam etdirilməsi üçün İmişli RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. 30 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 31 iyul 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan olunması üçün şəxsin tutulması və barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 09 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Əsədov X17 RPİ-nin 41-ci PB-nin əməkdaşları tərəfindən tutularaq Səbail RPİ-nin İŞ-nə təmin edilmiş 10.08.2020-ci il tarixdə də Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. 10 avqust 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, Səbail RPİ-nin MSY-dən azad edilmişdir. İşdə olan İmişli Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 1(036)-65/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İmişli Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(036)-80/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 02 may 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxaılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 may 2021ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: İmişli Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli, 1(036)-65/2017 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 15.11.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cm-nin 76-cı maddəsinə əsasən 04 (dörd) ay 17 (on yeddi) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. 03.05.2018-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət məsuliyətinə cəl edilmiş və 29.06.2018-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. 09.08.2020-ci il ttarixdə Təqsirləndirilən şəxs AR CM--nin 177.1 və 234.1-ci maddələr ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 31.10.2020-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. 25.12.2020-ci il tarixdə 09.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3və 234.1-ci maddələr ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 01.04.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Sübutların qiymətləndirilməsi haqqında 30 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Həmçinin həmin qərardan görünür ki, zərərçəkmiş şəxs X6 məxsus bir ədəd “İphone 6” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxs İmişli Mənzil Kommunal X2 direktoru F.Z.Məmmədovun ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Birliyin tabeliyində olan şəhər İşıqlandırma sahəsinə məxsus küçə işıqlandırma dirəklərinə vurduğu ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, eləcə də ona dəymiş ziyan ödənilmiş və aralarında barışıq əldə edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(036)-80/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs 02 may 2018-ci il tarixdən 03 may 2018-ci il tarixədək həbsdə saxlanıldığı 01 (bir) gün müddət, ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxaılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməklə 2 (iki) il sınaq müddəti təyin olunmuşdur. Lakin Təqsirləndirilən şəxs sınaq müddəti ərzində, yəni 2020-ci ilin yanvar və iyun aylarında tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşıdran hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. (CM 67.4-cü maddəsi). Məhkəmə, Təqsirləndirilən şəxs İmişli Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(036)- 80/2018 saylı saylı hökmü ilə təyin edilmiş 2 (iki) il sınaq müddətində yenidən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, şərti məhkum etmə ləğv edilməli və həmin hökmlə sonuncunun barəsində təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə cəza təyin edilməlidir. İbtidai istintaq dövründə Təqsirləndirilən şəxs 03 fevral 2020-ci il tarixdən 05 fevral 2020-ci il tarixədək, 09 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 03 (üç) günü 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəza şərti tətbiq edildiyindən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “İphone 6” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış 30 iyul 2020-ci il tarixli 9/2175 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünasliq ekspertizasının 24 aprel 2020-ci il tarixli 9/371 nömrəli ekspert rəyi hazırki iş üzrə Təqsirləndirilən şəxs və İmişli rayon Polis Şöbəsində istintaqı aparılımış ********* nömrəli cinayət iş üzrə təqsirləndirilən şəxslər X9 və X16 münasibətdə verilmiş və aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50,0 (əlli) manat təşkil edir. AR CPM-nin 198.3-cü maddəsinə əsasən cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. AR CPM-nin 346.1.21-ci maddəsinə görə məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə xərclərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu müzakirə edilir. Belə olan halda məhkəmə hesab edir ki, 24 aprel 2020-ci il tarixli 9/371 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının tədqiqatı xərcinin 25 (iyirmi beş) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(036)-80/2018 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 02 (iki) il müddətinə şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən İmişli Rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 1(036)-80/2018 saylı saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 03 fevral 2020-ci il tarixdən 05 fevral 2020-ci il tarixədək, 09 avqust 2020-ci il tarixdən 10 avqust 2020-ci il tarixədək həbsdə saxlanıldığı müddətinin 03 (üç) günü 03 (üç) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 03 (üç) gün təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “İphone 6” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış 24 aprel 2020-ci il tarixli 9/371 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatı xərcinin 25 (iyirmi beş) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə aparılmış 30 iyul 2020-ci il tarixli 9/2175 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını istintaq müddətində müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun “xxxx” QSC-nin Səbail rayon filialındakı (kod 504960, müxbir hesabı AZ10NABZ********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar