Məhkəmə qərarları › İş №1(009)-41/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-41/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-41/2022 12.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi: Bakı şəhəri 0N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, 16 noyabr 1987-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, təqaüdçü, Masallı rayonu Həsənli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Abiyev X10 Nazirliyinin N nömrəli hərbi hissəsinin balansında olan iki ədəd 9 mm PM markalı tapançaların oğurlanması barədə məlumat əldə etdikdən sonra tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə həmin silahların axtarışı ilə məşğul olan, əvvəllər onunla eyni bölükdə xidmət etmiş sabiq hərbi qulluqçu Zərərçəkmiş şəxs1 guya həmin silahlardan birinin kimdə olmasına dair məlumatı olması və həmin şəxsə pul ödənilməsi müqabilində onda olan tapançanı alıb təqdim edə biləcəyinə dair yalandan vəd vermiş, Zərərçəkmiş şəxs1 bu barədə həmin silahlara məsul edilmiş şəxslərdən biri, N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün komandiri Zərərçəkmiş şəxs2 bildirdikdən sonra, sonuncu həmin silahın qaytarılmasının təmin ediləcəyinə dair onun vədinə inanınıb, bunun müqabilində 750 manat ödməyə razılığını bildirərək, həmin pulu Zərərçəkmiş şəxs1 vasitəsilə göndərmiş, o, Zərərçəkmiş şəxs2 ona yaranmış etibamdan sui-istifadə edərək, 01 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Bakı Metropaliteninin Nəsimi rayonu “20 Yanvar” metrostansiyasının yaxınlığındı olan iki mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən ünvansız kafedə Zərərçəkmiş şəxs2 məxsus 750 manat nağd pulu Zərərçəkmiş şəxs1 qəbul edib ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla, Zərərçəkmiş şəxs2 750 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər onunla eyni bölükdə xidmət etmiş sabiq hərbi qulluqçu Zərərçəkmiş şəxs1 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin balansında olan və oğurlanmış iki ədəd 9 mm PM markalı tapançaların eyni şəxsdə olmasını bildirib, əlavə pul ödəniləcəyi halda, hər iki silahı ona təqdim edə biləcəyinə dair yalandan vəd verib inandırmaqla, Zərərçəkmiş şəxs1 ona yaranmış etibardan sui-istifadə edərək, 05 fevral 2021-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Dünya» marketin yanında Zərərçəkmiş şəxs1 550 manat nagd pulu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 550 manat məbləğində maddi ziyan vuraraq təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 09.10.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsi tərəfindən qismən səfərbərlik komandası ilə çağırılaraq həqiqi hərbi xidmətə başlamışdır. Bir həftə müddətində N nömrəi hərbi hissədə xidmət etdikdən sonra N nömrəli hərbi hissədə Xüsusi Təyinatlı Kəşfiyyat bölüyünün birinci tağımının birinci manqasının snayperi vəzifəsinə təyin edilmişdir. Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə tanımış, aralarında yoldaşlıq münasibəti olmuş, mübahisə, ədavət və ya düşmənçilik olmamışdır. 2N.10.2020ci il tarixdən 10.11.2020-ci il tarixədək Xüsusi Təyinatlı Kəşfiyyat bölüyünün şəxsi heyəti Naftalan şəhərində yerləşən mərkəzləşmə yerində yerləşdirilməklə düşmənə qarşı təşkil edilən genişmiqyaslı əks hərbi əməliyyatlarda iştirak etmişdir. 08.01.2021-ci il tarixdə səhər saatlarında Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olduğu müddətdə xidmət yoldaşı X8 borc pul lazım olduğunu bildirməklə ondan pul istəsə də, o, pulunun olmadığını demişdir. Ə.Şahid4 ona pulu olmasa da, həmin məbləğin Zərərçəkmiş şəxs1 ola biləcəyini bildirdiyi üçün özünə məxsus mobil telefonla əlaqə saxladıqda Zərərçəkmiş şəxs1 pulunun olmasını bildirməklə ona 400 manat pul verə biləcəyini demişdir, həmin gün saat 18 radələrində o Səbail rayonu Bayıl qəsəbəsində yerləşən “Dünya” marketin yanında görüşmüşlər və Zərərçəkmiş şəxs1 ona marketin yanında 400 manat pul borc vermişdir. O, Zərərçəkmiş şəxs1 həmin pulu 2-N günə qaytaracağını bildirmişdir. Təxminən 2021-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs1 özünə məxsus 077-7N8-88- 85 mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək ona N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün balansında olan iki ədəd tapançanın itdiyini bildirməklə silahın oğurlanmasına görə Zərərçəkmiş şəxs2 vəziyyətinin pis olduğunu demişdir. O, həmin silahların kimdə olması barədə məlumatı olduğunu bildirməklə həmin şəxsin adını deyə bilməyəcəyini demişdir. Zərərçəkmiş şəxs1lə həmin şəxslə əlaqə saxlayaraq ona məlumat verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 ona həmin şəxslə danışıb silahları qaytarması barədə xahiş etməyi bildirmişdir. Həmin gün o, istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***- ***-**-** mobil nömrəsinə zəng vurub silahları bölükdən götürmüş adını deyə bilməyəcəyi şəxsin həmin silahları başqa adama satdığını bildirmişdir. Daha sonra bir neçə dəfə xatırlamadığı tarixlərdə Zərərçəkmiş şəxs1 istifadəsində olan həmin mobil nömrə ilə onun istifadəsində olan nömrəyə zəng vurub ona həmin silahları hərbi hissəyə qaytarmaq lazım olduğunu demişdir, o isə Zərərçəkmiş şəxs1 həmin şəxsə məlumat verəcəyini bildirmişdir. Bundan sonra, təxminən 25.01.2021-ci il tarixdə o Zərərçəkmiş şəxs1 zəng vurub həmin adamın silahın birini 1000 manata qaytara biləcəyini demişdir. Bundan sonra, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs1 ona zəng vurub danışan zaman o Zərərçəkmiş şəxs1 həmin silahı 800 manata ala biləcəyini, özündə 500 manat pul olduğunu, N00 manat pul göndərdikdən sonra silahı alıb ona verə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1, ona borclu olduğu 400 manat pulu kartına göndərməyini, Zərərçəkmiş şəxs2lə danışdıqdan sonra ona məlumat verəcəyini demişdir. Xatırladığı qədəri ilə 29.01.2021- ci il tarixdə o Zərərçəkmiş şəxs1 zəng vurub həmin adamın silahın birini 800 manata satdığını, Zərərçəkmiş şəxs1 konkret fikrinin nə olduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs1 ona Zərərçəkmiş şəxs2lə danışıb məlumat verəcəyini demiş və Zərərçəkmiş şəxs2lə danışdıqdan sonra Zərərçəkmiş şəxs1 onun həmin nömrəsinə zəng vurub Zərərçəkmiş şəxs2 pulu düzəldəcəyini, silahı həmin adamdan almasını tapşırmışdır. N1.01.2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 ona zəng vurub ondan silahı alıbalmadığını soruşduqda, o Zərərçəkmiş şəxs1 Masallı rayonunda olduğunu, pul hazır olandan sonra silahı həmin adamdan alıb Bakı şəhərində onunla görüşə biləcəyimi demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin gün axşam saatlarında onun mobil nömrəsinə zəng vurub ona pulun hazır olduğunu, sabah görüşə biləcəklərini bildirmişdir. Həmin vaxt o Zərərçəkmiş şəxs1 “oyuncağı” götürüb özü ilə gətirəcəyini, saat 16:00-da görüşə biləcəklərini bildirmişdir, bundan sonra 01.02.2021-ci il tarixdə, saat 16:00-da X16 görüşmələri ilə bağlı razılaşmışlar.01.02.2021- ci il tarixdə, saat 17 radələrində Əliş X2rşısında görüşmüşlər, həmin vaxt o Zərərçəkmiş şəxs1 pulun üstündə olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs1 800 manatın üstündə olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs1 həmin adamın silahları 20 yanvar metro stansiyasının yaxınlığına gətirəcəyini bildirmiş və Zərərçəkmiş şəxs1lə taksi ilə həmin yerə getmişlər. Bundan sonra onun təklifi ilə həmin metronun yaxınlığında yerləşən ticarət mərkəzində adını xatırlamadığı 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən kafedə oturub çay içmişlər. Həmin vaxt o həmin adamın silahı gətirməyə qorxduğunu, özünün gedib silahı götürüb gətirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 saat 19 radələrində 7 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq olan ümumilikdə 750 manat pulu ona verdikdən sonra, o silahın, adını ona demədiyi rayondan göndərildiyini, özünün isə Xırdalan şəhərində 1 saatlıq işinin olduğunu deyib Zərərçəkmiş şəxs1 gözləməyini bildirmişdir. O Zərərçəkmiş şəxs1lə 02.02.2021 -ci il tarixdə görüşəcəklərini düşündüyü üçün kafeə qayıtmamışdır. Bundan sonra 02.02.2021 ci il tarixdə, saat 01:15 radələrində o istifadəsində olan ***-***-**-** mobil nömrənin “whastapp” proqramı ilə Zərərçəkmiş şəxs1 istifadəsində olan “whastapp” proqramına səs ataraq telefonunun zaryadkasının bitdiyini, həmin adamın silahları gətirmədiyindən ünvanına təhqiredici sözlər deyib, pulu ondan aldığını, həmçinin həmin adamın sabah saat 09 radələrində silahı gətirəcəyini bildirmişdir. Bundan sonra, həmin gün saat 1N radələrində o Əliş Əlifyevə zəng vurub saat 16 radələrində görüşə biləcəklərini demiş, lakin Zərərçəkmiş şəxs1 işdən 18:00-da çıxması səbəbindən 18:00-da görüşə biləcəklərini demişdir. 04.02.2021 -ci il tarixdə, saat 1N radələrində o Zərərçəkmiş şəxs1 zəng vurub ona silahın hər ikisini götürüb bu axşam göndərəcəyini bildirmişdir, lakin o Zərərçəkmiş şəxs1 yalnız silahı saxlayan şəxslə görüşəcəyini bildiribmiş. 05.02.2021 -ci il tarixdə, saat 1N radələrində o Zərərçəkmiş şəxs1. zəng vurub ona 22 nömrəli bölməyə getdiyini deyib, əlavə 650 manat pul verməsini və əvəzində N ədəd tapançanı Zərərçəkmiş şəxs1 iş yerinə gətirəcəyini bildirmişdir. Həmin gün o həmin telefon nömrəsi ilə Zərərçəkmiş şəxs1 nömrəsinə zəng vurub 700 manat düzəltməyini deyib bu gün görüşə biləcəklərini bildirmişdir, Zərərçəkmiş şəxs1 ona saat 18:00- da görüşə biləcəklərini demişdir. Bundan sonra, həmin gün, saat 19 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yerləşən “Dünya” marketin yanında Zərərçəkmiş şəxs1lə görüşmüşlər, o Zərərçəkmiş şəxs1 550 manat pul düzəldə bildiyini bildirdiyi üçün həmin pulu ondan almaqla silahı saxlayan şəxslə görüşmək üçün getmişdir, lakin N nömrəli hərbi hissənin balansında olan iki ədəd tapançam talamış şəxsin silahı gətirməməsi səbəbindən o bir daha Zərərçəkmiş şəxs1lə görüşməyib pulu özündə saxlamışdır, çünki onun maddi ehtiyacları olduğundan ümumilikdə 1N00 manat pulu maddi ehtiyacları üçün istifadə etmişdir. Təqsirləndirilən şəxs tsa oğlu törətdiyi əməldən peşman olduğunu,-vurduğu maddi ziyanı aradan qaldırmağa çalışacağını bildirmişdir. Maddi cəhətdən imkanı olmadığı üçün belə bir yolla pul əldə etmək istədiyini bildirmişdir, buna onu heç kim vadar etməmişdir. N nömrəli hərbi hissənin balansında olan silahları kimin, hansı şəraitdə talaması barədə konkret olaraq heç nə bilmir. Əvvəlki ifadəsində özü demiş ki, Əliş və Qəzənfərdə inam yaratsın ki, həmin N ədəd silahları əldə etməsi üçün etibar qazansın, silahları almağa dair verdikləri pulu ələ keçirib öz şəxsi ehtiyacı üçün istifadə etsin. Lakin əslində onun həmin silahların kimdə olması barədə onlara dedikləri tamamilə yalandır və uydurmadır. Onunla birlikdə xidmət etmiş, öz aralarında «əxi» adalndırdıqları Şahid1 olmasını, silaha görə ona verilmiş 1N00 manat pulu Ruslana verəcəyi üçün almasını deməsi onlarda inam yaradıb pulu ələ keçirmək niyyəti ilə deyilmişdir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 20082010-cü illərdə MN-nin N nömrəli hərbi hissəsində sanitar- təlimatçı vəzifəsində müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmiş, 2010- cu ilin aprel ayında ordu sıralarından ehtiyata buraxılmışdır. 08.10.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən səfərbərliklə əlaqədar ordu sıralarına çağırılmışdır. 08.10.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmiş, bir gün sonra onu N nömrəli hərbi hissəyə göndərmişlər. 2N.10.2020-ci il tarixdə o da daxil olmaqla bir neçə hərbi qulluqçunu N nömrəli hərbi hissəyə köçürmüşlər. Həmin tarixdən N nömrəli hərbi hissənin Xüsusi Təyinatlı Kəşfiyyat bölüyündə kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. Döyüşlərdə iştirak etdiyinə görə «Suqovuşanm azad olunmasına görə» medalı təltif olunmuşdur. 05.12.2020-ci il tarixdə N nömrəli hərbi hissədən ordu sıralarından tərxis olunub. Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı tanımışdır, onunla münasibətləri xidməti olmuş, aralarında mübahisə, ədavət, qohumluq və ya düşmənçilik olmamışdır. 2N.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək XTK bölüyünün şəxsi heyəti Naftalan şəhərində yerləşən mərkəzləşmə yerində yerləşdirilməklə düşmənə qarşı təşkil edilən genişmiqyaslı əks hərbi əməliyyatlarda iştirak etmişdir. Müharibə dayandıqdan təxminən bir həftə sonra onlar düşmən işğalından azad olunmuş Suqovuşan kəndində yerləşən düşmənə məxsus bölüyün binasında yerləşdirilmişlər. Həmin vaxt hərbi hissənin birinci kəşfiyyat bölüyü, ikinci kəşfiyyat bölüyü və xidmətdə olduğu xüsusi təyinatlı kəşfiyyat bölüyü həmin binada yerləşirmiş. Birinci kəşfiyyat bölüyü və XTK bölüyünün silah saxlama otağı eyni otaqdan ibarət olmaqla hər iki bölüyün balansında olan silah-sursat həmin otaqda saxlanılırmış. İkinci kəşfiyyat bölüyünün silah saxlama otağı isə ayrı imiş. XTK bölüyünün silah otağının qapısının iki qıfıl yeri olmaqla, bir ədəd qıfılı olmuşdur. Həmin qıfılın iki nüsxədə açarı olmuş, açarın biri kəşfiyyat bölüyündən təyin olunmuş bölük növbətçisində, digəri isə XTQ bölüyünün baş çavuşunda olmuşdur. Həmçinin, silah otaqlarının yanında kəşfiyyat bölüyündən təyin olunmuş 1 nəfər hərbi qulluqçu gün növbətçisi xidmətini apamışdır. Onların bölüklərindən bölük və gün növbətçisi naryadına təyin olunan olmamışdır. 05.12.2020- ci il tarixədək bölüyün gün növbətçisi naryadına təyin olunmamışdır, yalnız Suqovuşan kəndində yerləşən komendant postunda patrul naryadına təyin olunmuşdur. Şəxsi heyət Suqovuşan kəndində yerləşən binaya köçürüldükdən sonra şəxsi heyətin silah-sursatı həmin binada yerləşən silah otağına yığılmışdır. Həmin vaxt şəxsi heyətin silah-sursatı kəfıyyat bölüyünün bölük növbətçisi tərəfindən verilmiş və təhvil alınmışdır. 05.12.2020-ci il tarixdə N nömrəli hərbi hissədən tərxis olmuşdur. Həmin vaxt hərbi hissədə və komendant postundan keçən zaman yoxlanılmışdır. Bundan sonra 08.01.2021-ci il tarixdə səhər saatlarında N nömrəli hərbi hissədə onunla birlikdə xidmət etmiş X1N istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub onunla birlikdə xidmət etmiş Təqsirləndirilən şəxs 400 manat pula ehtiyacı olduğunu, lakin onda olmadığından borc pul verə bilmədiyini və ondan Təqsirləndirilən şəxs borca pul verə biləcəyini soruşmuşdur, o da pulunun olduğunu, verə biləcəyini bildirmişdir. X1N ilə yaxın dostluq münasibətləri olmuş, lakin Təqsirləndirilən şəxs ilə yaxın olmasalar da, normal münasibətləri olmuşdur. Bundan sonra 08.01.2021-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub saat 18 radələrində görüşə biləcəklərini soruşmuşdur, o da görüşə biləcəklərini bildirmişdir. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub taksidə olduğunu bildirib onun harada olduğunu soruşmuşdur, o da evdə olduğunu bildirib Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Dünya» marketin yanma gəlməsini bildirmişdir. Bundan təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxslə «Dünya» marketin yanında görüşmüşlər. Həmin vaxt o, qeydiyyat nömrəsini xatırlamadığı “Kia rio” markalı taksi ilə gəlibmiş. Bundan sonra o ona marketin yanında 400 manat pul vermişdir, Əli də ona həmin pulu 2-N günə qaytaracağını bildirib onunla getməsini təklif etmişdir, razılaşmış və sonra həmin taksi ilə Binəqədi rayonunda tanımadığı məhləyə gedib orada Əli Əliyevin gəlməsini gözləmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs ona N ədəd tapançasının olduğunu, hərbi hissədən gətirdiyini və satmaq istədiyini bildirmişdir, o da ona problem yarana biləcəyini deyib tapançaları hərbi hissəyə qaytarmasını bildirmişdir. O, Ruslanın zarafat etdiyini düşünüb ona əhəmiyyət verməmişdir, daha sonra Zərərçəkmiş şəxs1 işi çıxdığından onlarla görüşə gələ bilməmişdir. O, Ruslanla sağollaşıb evə qayıtmışdır. 16.01.2020-ci il tarixdə N nömrəli hərbi hissədə xidmət etmiş, sonradan tərxis olunmuş hərbi qulluqçularla söhbət zamanı ona hərbi hissədən iki ədəd tapançanın oğurlandığı məlum olmuşdur. O həmin vaxt Ruslanın hərbi hissədən silah gətirdiyini dedikdə, yanlarında olan Şahid1 sanki əvvəldən silahların Təqsirləndirilən şəxs olduğunu bilirmiş kimi reaksiyası çox adi olmuşdur. Bununla bağlı heç bir sual belə verməmişdir. Bundan sonra o həmin gün istifadəsində olan telefon nömrəsi ilə baş leytenant Zərərçəkmiş şəxs2 zəng vurub bölükdən tapança itib-itməməsini soruşmuş, o da N ədəd tapançanın yerində olmadığını bildirdikdə, ona həmin tapançaların Təqsirləndirilən şəxs olduğunu və satdığını bildirmişdir. Zərərçəkmiş şəxs2 də ona Təqsirləndirilən şəxs həmin silahları hansı məbləğə satdığını soruşmasını bildirmişdir. Bundan sonra 16.01.2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli telefonla Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vurub ona onda olan silahların bölükdən itmiş silahlar olub-olmadığını soruşmuş, o da onda silahların bölüyün balansında olan silahlar olmadığını, lakin bölükdən oğrulanmış silahların kimdə olduğunu bildiyini, lakin həmin adamın adını deyə bilməyəcəyini demişdir. O Ruslana silahın oğurlanmasına görə Zərərçəkmiş şəxs2 vəziyyətinin pis olduğunu və həmin adamın silahı hərbi hissəyə qaytarmasını xahiş etməsini bildirmişdir. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub silahları bölükdən götürmüş adını deyə bilməyəcəyi şəxsin həmin silahları başqa adama satdığını bildirmişdir. O da bu barədə Zərərçəkmiş şəxs2 zəng vurub məlumat vermişdir. Daha sonra bir neçə dəfə xatırlamadığı tarixlərdə istifadəsində olan həmin nömrəli telefonla Təqsirləndirilən şəxs istifadəsində olan həmin nömrəyə zəng vurub ona həmin silahları hərbi hissəyə qaytarmaq lazım olduğunu bildirmişdir, o da həmin şəxslə danışıb məlumat verəcəyini bildirmişdir. 25.01.2021 -ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub həmin adamın silahın birini 1000 manata qaytara biləcəyini demişdir, o da bu barədə Zərərçəkmiş şəxs2 məlumat verib zəng vuracağını bildirmişdir. Bundan sonra həmin gün saat 17 radələrində istifadəsində olan ***-***-**-** nömrəli telefonu ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vurub danışan zaman Təqsirləndirilən şəxs ona həmin silahı 800 manata ala biləcəyini, özündə 500 manat pul olduğunu, N00 manat pul göndərdikdən sonra silahı alıb ona verə biləcəyini bildirmişdir. O, Ruslana borclu olduğu 400 manat pulu kartına göndərməyini, Zərərçəkmiş şəxs2lə danışdıqdan sonra ona məlumat verəcəyini demişdir. Həmin vaxt o başqa telefonla Təqsirləndirilən şəxslə olan danışıqları videoya çəkmişdir. Təqsirləndirilən şəxs ona olan 400 manat borcunu qaytarmamışdır. Bundan sonra o bu barədə Zərərçəkmiş şəxs2 məlumat verib həmin videonu onun telefonuna göndərmişdir, Zərərçəkmiş şəxs2 ona Ruslanla razılaşmağını bildirmişdir, bundan sonra, bir neçə gün Təqsirləndirilən şəxs telefonuna zəng vursa da Təqsirləndirilən şəxs zəng çatmamışdır. 29.01.2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub həmin adamın silahın birini 800 manata satdığını, ondan konkret fikrinin nə olduğunu soruşmuşdur. O da Zərərçəkmiş şəxs2lə danışıb məlumat verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2lə danışdıqdan sonra Təqsirləndirilən şəxs həmin nömrəsinə zəng vurub Zərərçəkmiş şəxs2 pulu düzəldəcəyini, silahı həmin adamdan almasını demiş, sonra N1.01,2021-ci il tarixdə, saat 14 radələrində istifadəsində olan ***- ***-**-** nömrəli telefonu ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng vurub ondan silahı alıb-almadığını soruşmuş, o da ona Masallı rayonunda olduğunu, pul hazır olandan sonra silahı həmin adamdan alıb Bakı şəhərində onunla görüşə biləcəyini bildirmişdir. Bundan sonra o yenidən Zərərçəkmiş şəxs2 zəng vurub Təqsirləndirilən şəxs dediklərini ona danışmışdır, Zərərçəkmiş şəxs2 də pulun hazır olduğunu, 01.02.2021-ci il tarixdə Bakı şəhərinə gəlib pulu ona verə biləcəyini bildirmişdir. Bundan sonra o, həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs həmin nömrəsinə zəng vurub ona pulun hazır olduğunu, sabah görüşə biləcəklərini bildirmişdir. Həmin vaxt Ruslan ona «oyuncağı» götürüb özü ilə gətirəcəyini, saat 16:00-da görüşə biləcəklərini bildirmişdir, bundan sonra 01.02.2021-ci il tarixdə, saat 16:00-da X16 görüşmləri ilə bağlı Təqsirləndirilən şəxslə razılaşmışlar. Özünü qorumaq məqsədilə həmin gün Təqsirləndirilən şəxslə danışqlarım «Zəng rekorderi» proqramı vasitəsilə qeydiyyata almışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 zəng vurub Təqsirləndirilən şəxslə danışdıqlarını bildirmişdir. 01.02.2021-ci il tarixdə, saat 15:00 radələrində Zərərçəkmiş şəxs2lə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində yerləşən X11rşısında görüşmüş və Zərərçəkmiş şəxs2 silahı almaq məqsədilə Təqsirləndirilən şəxs verməsi üçün ona 800 manat pul verib həmin yerdən bir qədər uzaqlaşmışdır. Bundan sonra, saat 17 radələrində R.XNrşısında görüşmüşlər, həmin vaxt Təqsirləndirilən şəxs ondan pulun üstündə olubolmadığını soruşmuş, o da ona 800 manatın üstündə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona həmin adamın silahları 20 yanvar metro stansiyasının yaxınlığına gətirəcəyini bildirmiş və Təqsirləndirilən şəxslə taksi ilə həmin yerə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs təklifi ilə həmin metronunun yaxınlığında yerləşən ticarət mərkəzində adını xatırlamadığı 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən kafedə oturub çay içirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs həmin adamın silahı gətirməyə qorxduğunu, özünün gedib silahı götürüb gətirəcəyini bildirmişdir. O, saat 19 radələrində 7 ədəd 100 manatlıq və 1 ədəd 50 manatlıq olan ümumilikdə 750 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra Təqsirləndirilən şəxs silahın, adını ona demədiyi rayondan göndərildiyini, özünün isə Xırdalan şəhərində 1 saatlıq işinin olduğunu deyib ona gözləməsini bildirmiş və sonra işini görüb qayıdacağını deyib kafedən çıxmışdır. Təxminən 1 saat keçdikdən sonra Təqsirləndirilən şəxs gəlmədiyini görüb onun telefonuna zəng vurmuş, lakin nömrəsinə zəng çatmamışdır. Daha sonra dəfələrlə onun telefonuna zəng vursa da ona zəng çatmamışdır. Qəzənfərdə silah almaq üçün aldığı 800 manat puldan 50 manatı özündə saxlamış, 750 manatı Ruslana vermişdir. Sonradan həmin 50 manat pulun Qəzənfərə vermişdir. 02.02.2021-ci il tarixdə, saat 01:15 radələrində R.l.Abiyev istifadəsində olan ***-***-**-** nömrəli telefonun «whastapp» proqramı ilə istifadəsində olan «whastapp» proqramına səs ataraq telefonunun zaryadkasının bitdiyini, həmin adamın silahları gətirmədiyindən ünvanına təhqiredici sözlər deyib pulu ondan aldığını, həmçinin həmin adamın sabah saat 09 radələrində silahı gətirəcəyini bildirmişdir. Bundan sonra, həmin gün saat 1N radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub saat 16 radələrində görüşə biləcəklərini demiş, lakin o işdən 18:00-da çıxdığından 18:00-da görüşə biləcəyini təklif etmişdir, Təqsirləndirilən şəxs cavab verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə həmin danışıqlarını da telefonunda olan «Zəng rekorderi» proqramı vasitəsilə qeydiyyata almışdır. Lakin bundan sonra həmin gün dəfələrlə zəng vursa da ona zəng çatmamışdır. 0N.02.2021-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub ona Elçin deyə müraciət edərək silahları götürən adamın evində olduğunu, onun və atasının yanında olduğunu, həmin adamla türmədə bir neçə il bir yerdə olduqlarını, 2 dənə silahı ona verəcəyini, həmin adamı Emin Əzimzadənin də yaxından tanıdığını bildirmişdir. Təqsirləndirilən şəxs onunla danışdığını həmin adama bildirməmək üçün adını şərti olaraq «Elçin» demişdir. 04.02.2021-ci il tarixdə, saat 1N radələrində Təqsirləndirilən şəxs istifadəsində olan 050- ***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub silahın hər ikisini götürüb bu axşam göndərəcəyini bildirmişdir. Lakin həmin gün Təqsirləndirilən şəxs bir neçə dəfə zəng vursa da telefonuna zəng çatmamışdır. 05.02.2021-ci il tarixdə, saat 1N radələrində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub 22 nömrəli bölməyə getdiyini deyib, əlavə 650 manat pul verməyini və əvəzində N ədəd tapançanı iş yerinə gətirəcəyini bildirmişdir. Bu barədə Zərərçəkmiş şəxs2 dedikdə sonuncu pulu olmadığını bildirmişdir. Ona görə də məcbur olub həmin N ədəd tapançalaraı ortaya çıxarçaq məqsədi özündən 550 manat pul verib silahları Təqsirləndirilən şəxs almaq qərarına gəlmişdir. Həmin gün Təqsirləndirilən şəxs həmin telefon nömrəsi ilə onun nömrəsinə zəng vurub pulu manat düzəltməsini deyib bu gün görüşə biləcəklərini bildirmiş, o da ona saat 18:00-dan görüşə biləcəklərini bildirmişdir. Təqsirləndirilən şəxslə həmin danışıqlarını telefonunda olan «Zəng rekorderi» proqramı vasitəsilə qeydiyyata almışdır. Bundan sonra həmin gün, saat 19 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Dünya» marketin yanında Təqsirləndirilən şəxslə görüşmüşlər, həmin vaxt Təqsirləndirilən şəxs ona silahların təxminən 2 km məsafədə olan avtomobilin içərisində olduğunu, pulu alandan sonra gətirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus 550 manat pul düzəldə bildiyini dedikdə Ruslan onunla razılaşıb pulu ondan alıb maşından silahları götürüb qayıdacağını demişdir. Bundan sonra o, təxminən N0 dəqiqə çöldə onu gözləsə də onun qayıtmadığını görüb marketin yerləşdiyi binanın 2-ci mərtəbəsində olan kafeyə gedib oturub Təqsirləndirilən şəxs gözləmişdir, həmin vaxt Zərərçəkmiş şəxs2 və kiçik-gizir ŞahidN onun yanında olmuşlar. Təxminən 1 saat sonra kafenin sahibi, tanışı Rəşad otağın qapısını açıb onu bir nəfərin çağırdığını bildirmişdir. Həmin vaxt qapının ağzında Təqsirləndirilən şəxs görüb tez otaqdan çölə çıxmışdır. Təqsirləndirilən şəxs ona silahların aşağıda maşında olduğunu, kabab sifariş etməyini deyib silahları maşından götürüb geri qayıdacağını bildirmişdir. Təxminən N0 dəqiqə gözlədikdən sonra, Təqsirləndirilən şəxs gəlmədiyini görüb onun telefonuna dəfələrlə zəng vurmuş, lakin telefonuna zəng çatmamışdır. Bundan sonra 07.02.2021-ci il tarixdə ***-***-**-** nömrəli telefonla istifadəsində olan 077- ***-**-** nömrəli telefonuna zəng gəlməklə danışan ona Təqsirləndirilən şəxs əmisi olduğunu və Təqsirləndirilən şəxs probelmləri olduğunu bildirmişdir. Bundan sonra həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna zəng vurub ona Zərərçəkmiş şəxs2 ona zəng vurduğunu və ona fırıldaqçılıq etdiyini dediyini, 400 manat borc verdiyi puldan əlavə özünə məxsus 550 manat və Zərərçəkmiş şəxs2 məxsus 750 manat olmaqla cəmi 1N00 manat, ümumilikdə aldığı 1700 manat pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs və ***-***-**-** nömrəli telefondan gələn zənglə olan danışıqlarını telefonunda olan «Zəng rekorderi» proqramı vasitəsilə qeydiyyata almışdır. Lakin Təqsirləndirilən şəxs ona pul qaytarmamış, həmçinin silahları verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonuna zəng çatmamışdır. İstifadəsində ***-***-**-**, ***-***-**-** mobil nömrələri olduğunu, 01.02.2021-ci il tarixdə R.XNrşısında görüşən zaman onları Zərərçəkmiş şəxs2 kənardan gördüyünü, lakin Təqsirləndirilən şəxs 750 manat pulu verən zaman yanlarında heç kim olmadığını, 05.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxslə görüşüb 550 manat pulu verən zaman yanlarında heç kim olmadığını bildirmişdir. Sonuncu dəfə PT N400 və PŞ 7NN1 nömrəli tapançaların hansı şəraitdə, kim tərəfindən görülməsini bilmir, xidmət dövründə həmin tapançaları görməmiş, bölüyün tapançalarının harada saxlanılması barədə məlumatı olmamışdır. N0.11.2020-ci il tarixdən 02.12.2020-ci il tarixədək bölüyün əvvəlki yerində PT N400 və PŞ 7NN1 nömrəli tapançaların saxlanıldığı otağın bir girişi olmaqla, iki qıfıl yeri olub, lakin bir qıfılı olub, qıfılın 2 nüsxədə açarı olmuş, açarın biri bölüyün baş çavuşunda, digəri isə kəşfiyyat bölük növbətçisində olmuşdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 18.08.201N-14.06.2017-ci illərdə Silahlı Qüvvələrin Heydər Əliyev adına ali hərbi məktəbində qoşun kəşfiyyatı ixtisası üzrə təhsil almışdır. 01.12.2017-ci il tarixdən 06.0N.2019-cu il tarixədək N nömrəli hərbi hissənin N-cü kəşfiyyat tağım komandiri vəzifəsində, 06.0N.2019-cu il tarixdən 06.02.2020-ci il tarixədək həmin hərbi hissənin kəşfiyyat müşahidə bölüyünün vizual müşahidə tağım komandiri vəzifəsində, 06.02.2020 ci il tarixdən 15.06.2020-ci il tarixədək həmin hərbi hissənin kəşfiyyat bölüyünün N-cü kəşfiyyat tağım komandiri, 15.06.2020-ci il tarixdən N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün 2-ci XTK qrupunun komandiri vəzifəsində xidmət edir. 2020-ci ilin oktyabr ayından hərbi hissə komandirinin şifahi əmri ilə XTK bölüyünün komandiri vəzifəsini icra edir, baş leytenant hərbi rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı tanımış, onunla münasibəti xidməti olmuş, aralarında mübahisə, qohumluq, düşmənçilik və ya ədavət olmamışdır. 2020-ci ilin yanvar ayının əvvələrində hərbi hissədən tərxis olmuş əsgərlərə zəng vurub hərbi hissədən N ədəd tapançanın və sursatın itdiyini, bu barədə hər hansı məlumatlarının olub-olmadığını soruşmağa başlamışdır. 2N.10.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Ağdam rayon şöbəsindən səfərbərliklə əlaqədar orduya daxil olmaqla N nömrəli hərbi hissədə xidmət etmiş, 05.12.2020-ci il tarixdə tərxis olmuş Zərərçəkmiş şəxs1 16.01.2021-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan 051-494-02- 12 nömrəsinə zəng vurub ondan bölükdən tapança itib-itməməsini soruşmuşdur, o Zərərçəkmiş şəxs1 N ədəd tapançanın yerində oğurlandığını bildirdikdə, Zərərçəkmiş şəxs1 həmin tapançaların Təqsirləndirilən şəxs olduğunu və satdığını bildirmişdir. O da ona Təqsirləndirilən şəxs həmin silahları hansı məbləğə satdığını soruşmasını bildirmiş, daha sonra həmin gün Zərərçəkmiş şəxs1 həmin nömrə ilə ona zəng vurub Təqsirləndirilən şəxslə danışdığını, Abiyev ona adını deyə bilməyəcəyi şəxsin həmin silahları başqa adama satdığını dediyini bildirmişdir. 25.01.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurub Təqsirləndirilən şəxslə danışdığını, Təqsirləndirilən şəxs həmin adamın silahın birini 1000 manata qaytara biləcəyini bildirdiyini demişdir. O da ona Təqsirləndirilən şəxslə danışıb onu razı salaraq qiymətə biraz aşağı endirməyini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 yenidən həmin nömrə ilə istifadəsində olan nömrəyə zəng vurub Təqsirləndirilən şəxslə danışdığını, ona silahın bir ədədini 800 manata ala biləcəyini dediyini bildirmişdir. Zərərçəkmiş şəxs1 həmin danışığı videoyaya çəkdiyini deyib həmin videonu onun telefonuna göndərmişdir. Həmin vaxt o ona Təqsirləndirilən şəxslə razılaşmağını və həmin pulu düzəldib ona verəcəyini bildirmişdir. Bundan sonra 29.01.2021 -ci il tarixdə Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli telefonla onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurub Təqsirləndirilən şəxslə danışdığını, Təqsirləndirilən şəxs adını deyə bilməyəcəyi adamın həmin silahların birini 800 manata satdığını, ondan konkret fikrinin nə olduğunu soruşduğunu bildirmişdir. O da ona pulu 1-2 günə düzəldib verəcəyini, Təqsirləndirilən şəxs silahı həmin adamdan almasını bildirmişdir. N1.01.2021-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 istifadəsində olan ***-***-**-** nömrəli telefon ilə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng vurub ona Təqsirləndirilən şəxslə danışdığını və Təqsirləndirilən şəxs silahı alıb-almadığını soruşmuş, Təqsirləndirilən şəxs də ona Masallı rayonunda olduğunu pul hazır olandan sonra, silahı həmin adamdan alıb Bakı şəhərində onunla görüşə biləcəyini dediyini bildirmişdir. O da ona pulun hazır olduğunu, 01.02.2021-ci il tarixdə Bakı şəhərinə gəlib pulu ona verə biləcəyini bildirmişdir. Bundan sonra həmin gün Zərərçəkmiş şəxs1 həmin nömrəsi ilə ona zəng vurub Təqsirləndirilən şəxslə danışdıqlarını, Təqsirləndirilən şəxs ona 01.02.2021-ci il tarixdə, saat 16:00-da silahı X17 yanına gətirəcəyini dediyini bildirmişdir. O da ona 01.02.2021-ci il tarixdə, səhər saatlarında pulu götürüb Bakı şəhərinə gələcəyini bildirmişdir. Bundan sonra o 01.02.2021-ci il tarixdə gizir Səfərağa Ələkbərov və gizir Mirmehdi Babazadə ilə birlikdə Bakı şəhərinə yola düşmüşlər. 01.02.2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində yerləşən X11rşısında Zərərçəkmiş şəxs1lə görüşmüş və silahı alması məqsədilə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs verməsi üçün 800 manat pul vermiş, sonra həmin yerdən bir qədər uzaqlaşmışdır. Bundan sonra o kənarda S.Ələkbərov ilə biraz uzaqda dayanıb Zərərçəkmiş şəxs1 izləməyə başlamışdır. Həmin gün saat 17 radələrində R.X4rşısına gəlmiş və Zərərçəkmiş şəxs1lə görüşmüşlər, bir müddət həmin yerdə dayandıqdan sonra onlar taksiyə oturub getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs1 ona “watshapp” proqramı vasitəsi ilə göndərdiyi «konum» və mesajdan bilmiş ki, onlar 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən ticarət mərkəzində 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən kafedə oturmuşlar. Bundan sonra S.Ələkbərov ilə kafenin qarşısında M.Babazadənin avtomobilində oturub Zərərçəkmiş şəxs1 gözləyirmişlər, saat 19 radələrində Təqsirləndirilən şəxs kafedən çıxıb taksi ilə getdiyini görmüşdür, həmin vaxt Zərərçəkmiş şəxs1 zəng vurub Təqsirləndirilən şəxs 50 manat pulu özündə saxlayıb 750 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs ona silahın adını demədiyi rayondan göndərildiyini, özünün isə Xırdalan şəhərində 1 saatlıq işinin olduğunu deyib ona kafedən düşüb 50 manat pulu qaytarıb Təqsirləndirilən şəxs ondan 750 manat pul aldığını, 50 manatı qaytardığını bildirmişdir. 02.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 zəng vurub Təqsirləndirilən şəxslə görüşəcəklərini, daha sonra isə Təqsirləndirilən şəxs zəng çatmadığını bildirmişdir. 05.02.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 zəng vurub Təqsirləndirilən şəxslə danışdığını və Təqsirləndirilən şəxs hər iki silahı ona əlavə 700 manat pul ödədikdən sonra tapançalaraı verəcəyini dedikdə Zərərçəkmiş şəxs2 pulu olmadığını bildirdikdə Zərərçəkmiş şəxs1 özündə pul olduğunu bildirib özünün verəcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxslə həmin gün saat 19 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Dünya» marketin yanında görüşəcəklərini bildirmişdir. Bundan sonra o həmin gün, saat 18 radələrində kiçik gizir ŞahidNla «Dünya» marketin yanma gedib həmin binanın 2-ci mərtəbəsində yerləşən kafedə oturmuşlar. Kafedə olan zaman Zərərçəkmiş şəxs1 gələrək Təqsirləndirilən şəxslə kafenin qarşısında görüşəcəyini bildirmiş və təxminən 20 dəqiqə sonra kafedən aşağı düşüb təxminən 15 dəqiqə sonra qayıtmışdır. Zərərçəkmiş şəxs1 onlara Təqsirləndirilən şəxs ilə görüşdüyünü və 550 manat pul verdiyini, Təqsirləndirilən şəxs də təxminən 2 km məsafədə olan maşından 1 silahı götürüb geri qayıdacağını bildirmişdir. Təxminən 1 saat kafedə otaqda oturduqdan sonra kafenin sahibi, Rəşad adlı şəxs otağın qapısını açıb Zərərçəkmiş şəxs1 onu bir nəfərin çağırdığını bildirmişdir. Həmin vaxt qapının ağzında Təqsirləndirilən şəxs dayandığını görmüşdür. Bu vaxt Zərərçəkmiş şəxs1 onu görüb tez otaqdan çölə çıxmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs onları görüb-görmədiyini bilmir. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs1 qayıdaraq Təqsirləndirilən şəxs ona silahların aşağıda maşında olduğunu, kabab sifariş etməyini, silahları maşından götürüb geri qayıdacağını demişdr. Onlar bir müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs gəlmədiyini görüb onun mobil nömrəsinə zəng vurmuşlar, lakin Təqsirləndirilən şəxs telefonuna zəng çatmamışdır. Təqsirləndirilən şəxs gəlmədiyini görüb kafedən çıxıb getmişlər. Bundan başqa Zərərçəkmiş şəxs1 ona Təqsirləndirilən şəxslə telefonla danışan zaman Təqsirləndirilən şəxs ona silahları satan adamı səfərbərlikdə əlaqədar SHXÇDXnin Bakı şəhəri Qaradağ rayon şöbəsindən orduya daxil olmaqla N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyündə xidmət aparmış X5 yaxından tanıdığını dediyini bildirmişdir. Həmçinin, Zərərçəkmiş şəxs1 bir neçə hərbi qulluqçuya Təqsirləndirilən şəxs hərbi hissədən silah gətirdiyini deyən zaman səfərbərlikdə əlaqədar SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon şöbəsindən orduya daxil olmaqla N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyündə xidmət aparmış Şahid1 heç bir reaksiya vermədiyini, sanki əvvəldən silahların Təqsirləndirilən şəxs olduğunu bilirmiş kimi özünü apardığını bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 200N-2005-ci illərdə MN-nin N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmət keçmiş, 2005-ci ildə ordu sıralarından ehtiyata buraxılmışdır. N0.09.2020-ci il tarixdə SHXSDX-nin Binəqədi rayon şöbəsindən səfərbərliklə əlaqədar ordu sıralarına çağırılmış və həmin tarixdə 1N0 nömrəli hərbi hissəyə göndərilmişdir. 01.10.2020-ci il tarixdə o da daxitl olmaqla bir neçə hərbi qulluqçunu N nömrəli hərbi hissəyə köçürmüşlər, həmin tarixdən N nömrəli hərbi hissənin XTK bölüyündə kəşfiyyatçı vəzifəsində xidmət etmişdir. Döyüşlərdə iştirak etdiyinə görə «Suqovuşanm azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif olunmuşdur. 04.12.2020-ci il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülmüş, 06.12.29020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. 2N.10.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək XTK bölüyünün şəxsi heyyəti Naftalan şəhərində yerləşən mərkəzləşmə yerində yerləşdirilməklə düşmənə qarşı təşkil edilən genişmiqyaslı əks hərbi əməliyyatlarda iştirak etmişdir. Müharibə dayandıqdan təxminən bir həftə sonra düşmən işğalından azad edilmiş Suqovuşan kəndində yerləşən düşmənə məxsus bölüyün binasında yerləşdirilmişlər. Həmin vaxt hərbi hissənin N və 2- ci kəşfiyyat bölüyü və xidmətdə olduğu xüsusi təyinatlı kəşfiyyat bölüyü həmin binada yerləşirmişlər. 1-ci kəşfiyyat bölüyü və XTK bölüyünün silah saxlama otağı eyni otaqdan ibarət olmaqla hər iki bölüyün balansında olan silah-sursat həmin otaqda saxlanılırmış, 2-ci kəşfiyyat bölüyünün silah saxlama otağı isə ayrı imiş. XTK bölüyünün sihah saxlama otağının qapısının 2 qıfıl yeri olmaqla 1 ədəd qıfılı olmuşdur, həmin qıfılın 2 nüsxədə açarı olmuş, açarın biri kəşfiyyat bölüyündən təyin edilmiş bölük növbətçisində, digəri isə XTK bölüyünün baş çavuşunda olmuşdur, onların bölüyündən bölük və gün növbətçisi naryadına təyin olunan olmamışdır. Şəxsi heyyət Suqovuşan kəndindəç yerləşən binaya köçürüldükdən sonra şəxsi heyyətin silah-sursatı həmin binada yerləşən silah otağına yığılmışdır. Həmin vaxt şəxsi heyyətin silah-sursatı kəşfiyyat bölüyünün böyük növbətçisi tərəfindən verilmiş və təhvil alınmışdır. Həmin bölükdə xidmət etdiyi müddətdə bölüyün gün növbətçisi naryadına təyin olunmamışdır. Bundan sonra 04.12.2020-ci il tarixdə N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə köçürülmüş və 06.12.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuşdur. 22.12.2020-ci il tarixdə, axşam saatlarında tərxis olunmuş əsgər Elvin Babayev ona səfərbərliklə əlaqədar orduya çağırılaraq xidmət etmiş şəxslər hərbi hissədə xidmət günlərinə görə pul verildiyini bildirib 2N.12.2020-ci il tarixdə gecə saatlarında Bakıdan yola düşüb hərbi hissəyə gedəcəkləri barədə razılaşmışlar. 2N.12.2020-ci il tarixdə, saat 04 radələrində o, Elvin Babayev, onun adını bilmədiyi qohumu, İsmayıl Nəbizadə E.Babayevə məxsus «Mazda» markalı avtomaşınla Bakı şəhərindən yola düşmüşlər. Həmin gün, saat 08 radələrində Tərtər şəhərində yerləşən N nömrəli hərbi hissənin köhnə yerinə gəlmişlər. Həmin vaxt orada bölük komandiri, baş leytenant Zərərçəkmiş şəxs2 və gizir E.Verdiyevi görüb salamlaşıb söhbət etmişlər, təxminən N0 dəqiqə orada qaldıqdan sonra pulun Suqovuşanda yerləşən hərbi hissədə verildiyini onlara bildirmişlər, sonra onlar Suqovuşana getmişlər, Suqovuşanda, girişdə olan komendant postunda üstlərinə və avtomaşına baxış keçirib yoxlamışlar, hərbi hissəyə çatanda saat 11:N0 radələri imiş. Həmin vaxt qərargahın binasında səfərbərlikdən orduya çağırılmış şəxslərə pul verirmişlər. Həmin vaxt daimi heyyətdən gizir Orxan Qasımov və qərargah rəisi, mayor Anar Ramazanov olmuşdur, onlar təxminən yarım saat qalıb pullarını aldıqdan sonra sağollaşıb hərbi hissənin digər binasına daxil olmadan hərbi hissədən çıxıb Bakı şəhərinə qayıtmışlar. Hərbi hissədən çıxan zaman hərbi hissədə və Suqovuşandan çıxan zaman komendant postunda yenidən üzərləri ıvə maşınları yoxlanılmışdır. Sonuncu dəfə PTN400 və PŞ7NN1 nömrəli tapançaların hansı şəraitdə kim tərəfindən götürülməsmini bilmir, xidmət dövründə həmin tapançaları o görməmiş, bölüyün tapançalarının harada saxlanılması barədə məlumatı olmamışdır, həmin silahların kim tərəfindən götürülməsini bilmir, bu barədə məlumatı yoxdur. N0.11.2020- ci il tarixdən 26.12. 2020-ci il tarixədək XTK bölüyünün silah saxlanan otağından silah- sursat götürməmişdir və N0.11.2020-ci il tarixdə silah otağında silah-sursatın yoxlanılmasının şahidi olmamışdır, bu barədə məlumatı olmamışdır. Səfərbərliklə əlaqədar orduya çağırılmaqla N nömrəli hərbi hissədə xidmət edən hərbi vəzifəlilərdən kiminsə, o cümlədən Təqsirləndirilən şəxs in tapança silahla maraqlanmasının şahidi olmamışdır, bu barədə məlumatı yoxdur. Hərbi hissədən İ.Nəbizadə, E.Babayevlə birlikdə çıxan zaman özləri ilə hər hansı əşya götürməmişlər. Şahid1 həmçinin bildirmişdir ki, N nömrəli hərbi hissədən iki ədəd tapançanın naməlum şəxs tərəfindən ələ keçirilməsi ilə bağlı olan hadisədən heç bir məlumatı olmamışdır. Xidmət etdiyi N saylı hərbi hissədə xidmət iki sahədə aparılırmış, həmin zaman hərbi hissədə özündən başqa X9, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və başaları da da Xüsusi Təyinatlı Kəşfiyyat bölüyündə xidmət edirmişlər. XTK bölüyünün komandiri Zərərçəkmiş şəxs2 olmuşdur. Bölük Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Ali baş komandanın rəhbərliyi ilə Qarabağda aparılan döyüşlərdə əldə edilən qələbədən sonra xidmətdən təxris olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 02.0N.2014-cü il tarixdə SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsindən gizir kimi ordu sıralarına daxil olmuşdur. Həmin vaxtdan N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün 2-ci qrupunda kəşfiyyatçı artileriya korrektəedici vəzifəsində, gizir hərbi rütbəsində xidmət edir. Xidmət etdiyi N nömrəoli hərbi hissənin dislokasiya yeri Tərtər şəhərində yerləşməsinə baxmayaraq ordumuzun 27sentyabr-10 noyabr 2020-ci il tarixləri arasında düşmənə qarşı təşkil etdiyi genişmiqyaslı əks hərbi əməliyyatlardan sonra 2020-ci ilin noyabr ayının ortalarında hərbi hissənin dislokasiya yeri dəyişərək işqaldan azad olunmuş tərtər rayonunun Suqovuşan kəndinə köçürülmüşdür, həmçinin xidmətdə olduqları bölük düşmən işqalından azad olunmuş Suqovuşan kəndində yerləşən düşmənə məxsus bölüyün binasında yerləşirmiş. Həmin vaxt onun xidmət etdiyi bölüklə bərabər hərbi hissənin 1- ci və 2-ci kəşfiyyat bölükləri də həmin binada yerləşirmiş, digər bölüklər isə başqa yerlərdə yerləşirmiş. 1-ci kəşfiyyat bölüyü və XTK bölüyünün silah saxlama otağı eyni otaqdan ibarət olmaqla hər iki bölüyün balansında olan silah-sursat həmin otaqda saxlanılırmış, 2-ci kəşfiyyat bölüyünün silah saxlama otağı isə ayrı imiş. XTQ bölüyünün silah saxlama otağının bir qapısı olmaqla dəmir barmaqlıqlı imiş, həmçinin otağın dəmir barmaqlıqlı bir pəncərəsi də olmuşdur. Həmin otağın qapısının 2 qıfıl yeri olmaqla bir ədəd qıfılı olmuşdur, o həmin otağın qapısının daim qıfıllı şəkildə olmasını görmüşdür. Həmçinin həmin silah otağının açarı yalnız 1-ci kəşfiyyat bölüyündən təşkil olunmuş bölük növbətçilərində olmuşdur, lakin xüsusi təyinatlı kəşfiyyat bölüyündə bölük növbətçisi ayrılmırmış, çünki xidmət etdiyi bölüyün şəxsi heyyətinin bir qismi döyüş mövqelərində, bir qismi isə parada iştirak edirmiş, ona görə də bölüyün növbətçiləri N və 2-ci kəşfiyyat bölüklərindən təyin olunur və silah otağının açarları bölük növbətçisində olurmuş, onların bölüyündən isə yalnız bölüyün baş çavuşu, baş gizir İlyas Qasımovda həmin silah otağının qapısının açarları olurmuş. Onun istifadəsinə PM markalı, 9020 nömrəli tapança təhkim olunubmuş, həmin tapançanı 11.11.2020-ci il tarixdə, müharibə bitəndən sonra bölüyün baş çavuşuna təhvil vermişdir. 27.09.2020-ci il tarixdə müharibə başladıqdan sonra döyüşdə iştirak edən XTK bölüyünün hərbi qulluqçularına adlarına təhkim olunmuş tapançalar verilibmiş, müharibədən sonra həmin tapançalar bölüyün baş çavuşuna təhvil verilmişdir, döyüş əməliyyatlarından sonra bölüyün balansında olan silahsursatlarda döyüş itkisinə görə çatışmazlıqların olmasından xəbəri var imiş, həmin vaxt bölüyün balansında hansı silah- sursatların döyüş əməliyyatları zamanı döyüş itkisi kimi olmaması barəsində dəqiq məlumatı olmamışdır. Bundan başqa 12.12.2020-ci il tarixdən 22.12.2020-ci il tarixədək məzuniyyətdə olmuşdur, məzuniyyətdən qayıtdıqdan sonra ona məlum olmuşdur ki, hərbi hissə komandirinin göstərişi əsasında bölükləri Tərtər rayonunun Suqovuşan kəndində yerləşən yeni binaya köçürülmüşdür. Xüsusi təyinatlı kəşfiyyat bölüyünün yeni binada yerləşən silah otağının bir dəmir barmaqlıqlı qapısı və dəmir barmaqlıqlı bir pəncərəsi var imiş. Silah otağının qapısının həmişə qıfıllı olduğunu və açarlarının bölük komandirində olduğunu görmüşdür. 26.12.2020-ci il tarixdə bölükdə olarkən bölüyün baş çavuşu İlyas Qasımov, bölüyün balansında olan iki ədəd PM tapançalarının yerində olmadığını bildirmişdir. Bundan sonra onlar bölüyün şəxsi heyyəti ilə birlikdə taborun ətrafını, digər bölüklərin silah otaqlarını axtarıb yoxlamışlar, lakin itən həmin iki ədəd PM markalı tapançalar tapılmamışdır. Həmin silahların hansı şəraitdə, kim tərəfindən götürülməsi barədə hər hansı bir məlumatı yoxdur. Bundan sonra 29.12.2020c=i il tarixdə, axşam saatlaroında Əli Eynullayev bölüyün şəxsi heyyətinə oktyabr ayındı səfərbərliklə əlaqədar ordu sıralarına daxil olmaqla, 0N.12.2020-ci il tarixdə ordu sıralarından tərxis olunmuş, hazırda Gədəbəy rayonunda yaşayan İsmayıl Nəbizadə ilə mobil telefonla danışdığını və İ.Nəbizadənin ona həmin tapançaları silah otağından götürüb Tərtər rayonu Suqovuşan kəndinin girişində yerləşən komendant postunun yanına basdırdığını bildirmişdir. Bundan sonra N0.12.2020-ci il tarixdə, saat 01 radələrində o da daxil olmaqla şəxsi heyyət həmin əraziyə gedərək saat 0N radələrinədək komendant postunun ətrafını bellə qazıb tapa7nçaları axtarmışlar, lakin heç bir nəticə əldə etməmişlər. Həmin gün, saat 0N radələrində Ə.Eynullayes İ.Nəbizadə ilə telefonla danışan zaman İ.Nəbizadə ona zarafat etdiyini, həmin tapançaları götürmədiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2012-ci ildə ailə qurmuşdur. 27 sentyabr 2020-ci il tarixdə başlanmış 44 günlük Vətən müharibəsində iştirak etmək üçün Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin oktyabr ayında könüllü olaraq ordu sıralarına getmiş və həmin ilin dekabr ayının əvvəllərində ordu sıralarından tərxis edilib Masallı rayonu Həsənli kəndində yerləşən evlərinə gəlmişdir, lakin döyüş əməliyyatları zamanı yaralandığı üçün müxtəlif vaxtlarda Bakı şəhşərinə getməklə müalicə olunmuşdur. Ruslanın Masallı rayonu və Bakı şəhərindən başqa kənar ərazilərə getməsindən məlumatı yoxdur. Ruslan döyüş əməliyyatları zamanı xidmət etdiyi hərbi hissədə hər hansı əmlakın itirilməsi və ya talanması barədə ona hər hansı məlumat verməmişdir, döyüş əməliyyatlarından sonra onda hər hansı silah-sursat olması bardə məlumatı olmamış, həmçinin onda silah olmasını heç vaxt görməmişdir. Ruslan özü də bu barədə ona hər hansı məlumat verməmişdir. X15 xidmət yoldaşı Zərərçəkmiş şəxs1 pulunu qanunsuz ələ keçirməsi barədə məlumatı yoxdur və Zərərçəkmiş şəxs1 o tanımır, lakin şhazırda xatırlamadığı tarixdə övladı X6 müalicəsi üçün pul lazım olduğuna görə Ruslan hazırda xatırlamadığı məbləğdə pul gətiribmiş, Ruslanın həmin pulu kimdən və hansı şərtlərlə və hansı qaydada almasından məlumatı yoxdur. Övladının qan azlığına görə Masallı rayon xəstəxanasına aparıb müalicə etdirmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş ŞahidN ifadəsində bildirmişdir ki, 26.02.2019-cu il tarixdə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidməti Xızı rayon şöbəsindən ordu sıralarına daxil olmuş, həmin tarixdən N nömrəli hərbi hissənin xüsusi təyinatlı kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat qrupunun kəşfiyyatçı radioteleqrafçı vəzifəsində, kiçik gizir hərbi rütbəsində xidmət edir. Xidmət etdiyi N nömrəli hərbi hissənin dislokasiyası Tərtər şəhərində yerləşməsinə baxmayaraq ordumuzun 27 sentyabr 2020-ci il tarixdən sonra düşmənə qarşı təşkil etdiyi genişmiqyaslı əks hərbi əməliyyatlarda iştirak edib 06.10.2020-ci il tarixdə düşmən tərəfindən açılmış atəş nəticəsində yaralanmış, həmin tarixdən 16.10.2020-ci il tarixədək xəstəxanada stasionar müalicə almışdır. 17.10.2020-ci il tarixdən 17.12.220-ci il tarixədək xəstəliklə əlaqədar məzuniyyətdə olmuşdur. Xəstəxanaya getməzdən əvvəl istifadəsində olan PM markalı, N574 nömrəli tapança silahını bölüyün baş çavuşuna təhvil vermişdir. 17.12.2020-ci ilş tarixdə xidmət yeri işqaldan azad olunmuş tərtər rayonunun Suqovşan kəndində yerləşən hərbi hissəyə qayıtmışdır. 25.12.2020-ci il tarixdə Tərtər şəhərində keçiriləcək tədbirlə bağlı bölüyün şəxsi heyyətində o da daxil olmaqla təxminən 10 nəfər ayrılaraq bölük komandiri, baş leytenant Zərərçəkmiş şəxs2 tərəfindən şəxsi heyyətə təhkim olunmuş avtomat silahlar verilmişdir, lakin müvafiq kitablara silah götürmələri ilə bağlı qeydiyyat aparılmamışdır. Həmin vaxt şəxsi heyyətdən heç kimə tapança silah və ya sursat verilməmişdir. Silah otağından növbəli şəkildə daxil olub baş leytenant Zərərçəkmiş şəxs2 silahlarını təhvil almışlar. Bundan sonra həmin gün şəxsi heyyətlə birlikdə Tərtər şəhərinə getmişlər. Tərtər şəhərində bir gün qaldıqdan sonra 26.12.2020- ci il tarixdə xidmət yerlərinə qayıdaraq silah-sursatı bölüyün baş çavuşuna qaytarmışlar. Həmin vaxt bölüyün baş çavuşu İlyas Qasımov bölükdə olarkən onlara, bölüyün balansında olan PM markalı tapançalardan ikisinin yerində olmadığını bildirmişdir, bundan sonra onlar bölüyün şəxsi heyyəti ilə birlikdə taborun ətrafını, digər bölüklərin silah otaqlarını axtarmış və yoxlamışlar, lakin həmin itən iki ədəd PM markalı tapançaları tapa bilməmişlər. Həmin silahların hansı şəraitdə, kim tərəfindən götürülməsi barədə hər hansı bir məlumatı yoxdur. Bundan sonra 01.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək məzuniyyətdə olmaqla Bakı şəhərində olmuşdur. 05.02.2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2lə zəngləşib Bakı şəhərində görüşmüşlər. Zərərçəkmiş şəxs2 ona, işinin olduğunu, onunla Səbail rayonu Bayıl qəsəbəsində yerləşən «Dünya» marketin yanma gedə biləcəklərini soruşmuşdur, onunla razılaşmış və həmin gün, saat 18 radələrində Zərərçəkmiş şəxs2lə birlikdə «Dünya» marketin yanma gedib marketin yerləşdiyi binanın 2-ci mərtəbəsində yerləşən kafedə oturmuşlar. Kafedə olan zaman əvvəllər N nömrəli hərbi hissədə xidmət etmiş Zərərçəkmiş şəxs1 gələrək Təqsirləndirilən şəxs lə kafenin qarşısında görüşəcəyini bildirmişdir. Həmin vaxt aparılan danışıqlardan, hərbi hissədən oğurlanmış silahların Təqsirləndirilən şəxs tərəfindən pul müqabilində satılması ona məlum olmuşdur. Bundan 20 dəqiqə sonra Zərərçəkmiş şəxs1 kafedən aşağı düşüb təxminən 15 dəqiqə sonra qayıdıb onlara, Təqsirləndirilən şəxs lə görüşdüyünü və 550 manat pul verdiyini, Təqsirləndirilən şəxs in də təxminən 2 km məsafədə olan maşından silahı götürüb qayıdacağını bildirmişdir. Təxminən 1 saat kafedə oturduqdan sonra kafenin sahibi Rəşad adlı şəxs otağın qapısını açıb Zərərçəkmiş şəxs1 onu bir nəfərin çağırdığını bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs1 onu görüb tez otaqdan çölə çıxmışdır. Həmin vaxt o arxası qapıya tərəf olduğundan qapının yanında Təqsirləndirilən şəxs in olmasını görməmişdir. Təxminən 10 dəqiqə sonra Zərərçəkmiş şəxs1 qayıdaraq Təqsirləndirilən şəxs in ona, silahların aşağıda maşında olduğunu, kabab sifariş etməsini, silahları maşından götürüb geri qayıdacağını dediyini bildirmişdir. Təxminən N0 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs in gəlmədiyini görüb Zərərçəkmiş şəxs1 onun mobil nömrəsinə dəfələrlə zəng etmiş, lakin Təqsirləndirilən şəxs in nömrəsinə zəng çatmamışdır, onlar təxminən N saat gözlədikdə sonra Təqsirləndirilən şəxs in gəlmədiyini görüb kafedən çıxıb getmişlər. PT N400 və PŞ 7NN1 nömrəli tapançaların N0.11.2020-ci il tarixdə baş leytenant E.Məmiyev və İ.Qasımov tərəfindən silah-sursat yoxlanan zaman görülməsini eşitmiş, lakin həmin yoxlamada iştirak etmədiyindən dəqiq məlumatı yoxdur, bundan başqa həmin silahların hansı şəraitdə, kim tərəfindən görülməsini, kim tərəfindən götürülməsini bilmir və bu barədə onda məlumat yoxdur. N0.11.2020-ci il tarixdən 26.12.2020-ci il tarixədək XTK bölüyündə bölük növbətçisi naryadına təyin olunmamış və həmin xidməti təşkil etməmişdir. N nömrəli hərbi hissədə xidmətdə olduğu müddətdə hərbi vəzifəlilərdən kiminsə tapança silahla maraqlanmasının şahidi olmamışdır, bu barədə məlumatı yoxdur.. İş materiallarında olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs1 istifadəsində olan “Huavei P40 Lite” markalı mobil telefon aparatına 14 fevral 2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, həmin telefon cihazının “zəng rekorderi” baxış keçirərkən zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs aralarında hərbi hissədən oğurlanmış silahların qaytarılması müqabilində ümumilikdə 1N00 manat pulun Təqsirləndirilən şəxs ə verilməsi ilə əlaqədar N1.01.2021 -ci il tarixdə qeydə alınmış 6 dəqiqə 28 saniyə, 6 dəqiqə 29 saniyə, 2 dəqiqə 52 saniyə, 45 saniyə və N dəqiqə N8 saniyə olan 5 səs yazısı; 01.02.2021 -ci il tarixdə 1 dəqiqə N9 saniyə müddətinə 1 səs yazısı; 02.02.2021-ci il tarixdə 20 saniyə müddətinə 1 səs yazısı; 0N.02.2021-ci il tarixdə N dəqiqə 2N saniyə müddətində 1 səs yazısı; 04.02.2021-ci il tarixdə 2 dəqiqə 17 saniyə müddətində 1 səs yazısı vardır. Həmin mobil telefon cihazının «whotsApp» praqoramına baxdıqda Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrəsinin «whotsApp» proqramından 02.02.2021-ci il tarixdə, saat 01:40-da hərbi hissədən oğurlanmış silahların pul müqabilində qaytarılması ilə bağlı 1 dəqiqə 10 saniyə müddətində səsli mesaj göndərildiyi müəyyən eödilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan “Redmi Note 9” markalı mobil telefon cihazının «Albomlar» bölümünə 15 fevral 2021-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs aralarında hərbi hissədən oğurlanmış silahların bir ədədinin qaytarılması müqabilində 800 manat pulun verilməsi ilə əlaqədar danışıqların aparılması ehtimal olunan 25.01.2021-ci il tarixdə qeydə alınmış 1 dəqiqə 9 saniyə müddətində olan 1 videoyazısı vardır. Həmin videoyazıda «Qoca Ruslan XT» adı yazılmış ***-***-**-** nömrəli telefonla hərbi hissədən oğurlanmış silahların bir ədədinin qaytarılması ilə bağlı 1 dəqiqə 9 saniyə müddətində danışıq olması müəyyən olunmuşdur. Həmin səsli yazışma və mobil telefonun fotoşəkilləri çəkilmiş və səsli yazışma bir ədəd DVD diskinə köçürülərək bu barədə tərtib edilmiş protokola əlavə edilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan «Huavei P40 Lite” markalı mobil telefon cihazının “zəng rekorderi” və “whotsApp” proqramlarında olan səs yazıları və səsli mesaj köçürülmüş, zərərçəkmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan “Redmi Note 9” markalı mobil telefon cihazının “Albomlar” bölümündə olan videyazı köçürülmüş 0N ədəd DVD diskləri maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir, ona görə də həmin iki ədəd DVD disklərinin maddi sübut hesab edilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən götürülmüş tələbnamədən və məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Elektron Məhkəmə Portalının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 04 sentyabr 2010-cu il təvəllüdlü X7 adlı övladı vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, "başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.”. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7N-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslərlə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N5N.4.12-ci maddəsinin tələbləri baxımından barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv olunmasını və onun dərhal məhkəmə zalından azad edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin N9.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 4N.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin N9.1.4, N9.1.6-N9.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 4N.N-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin N9.1.N, N9.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N5N.4.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş "həbs” qətimkan tədbirinin ləğv edilməsini, dərhal məhkəmə zalından həbsdən azad edilməsini, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 19N.2 və 19N.N-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli N1 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinın 4N, N21, N47, N56, N84-N85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7N-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Bakı şəhəri, N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 276 (iki yaz yetmiş altı) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri N saylı Vəkil Bürosunun “Kapital Bank”ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar