Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-41/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4 Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında yaşamış, hazırda Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli 1(009)151/2023 saylı hökmü ilə təyin edimiş azadlığdan məhrumetmə cəzasını çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.208 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 29 may 2023-cü il tarixdə saat 19 radələrində Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə ünvan 4 ünvanın qarşısında saxlanılarkən, narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün ünvan 5 ünvanında yerləşən 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 19:55-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən naməlum mənbədən satış məqsədi olmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı bir ədəd ağ rəngli kağız kəsinin içində şəffaf rəngli sellofan kəsiyindən olan bükümün içərisində təmiz çəkisi 0.208 qram təşkil edən şəxsi istehlak miqdarından artıq miqdarda naroklik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda qızılı rəngli kağız bükümündə 0.631 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən “Dəniz” marketə qədər daşımış, 11 iyun 2023-cü il tarixdə saat 10 radələrində qeyd olunan marketdən ümumi miqdarı cinayət tərkibini yaratmayan özgənin əmlakını gizli talamağa cəhd edərkən əmlakın sahibi tərəfindən ifşa olunduğundan sonuncunun müraciəti əsasında ticarət obyektinə ərazidə xidmət aparan Daxili İşlər Nazirliyi X9 Alayının 4-cü patrul bölüyünün əməkdaşları tərəfindən marketdə saxlanılaraq ünvan 6 ünvanında yerləşən 41-ci Polis bölməsinin inzibati binasına gəlirilmiş, həmin gün orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan, əldə edib özündə saxlayaraq daşıdığı, bir ədəd qızılı rəngli kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.631 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, 29 may 2023-cü il tarixdə 9-cu polis bölməsində keçirilən axtarış zamanı onun üzərində narkotik vasitə heroin olmuş və o, həmin heroin bükümü təqdim etmişdir. Lakin 11 iyun 2023-cü tarixdə saxlanılan zaman, habelə həmin gün 41-ci polis bölməsində üzərinə keçirilən axtarışda onda narkotik vasitə olmamışdır. Törətdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 alayınının 4-cü patrul bölüyünün əməkdaşı, polis nəfəri Şahid5 bildirmişdir ki, ÇPA-nın 4-cü bölüyü Səbail RPİ-nin 41 və 8ci polis bölmələrinin inzibati ərazilərində xidmət aparır. İdarədə tərtib olunmuş qrafikinə əsasən xidmətini sutkanın gündüz vaxtlarında Badamdar qəsəbəsində 2446 çağırışlı avtopalrulla, poslaçı, polis nəfəri Şahid6 ilə aparır. 1 1 iyun 2023-cü il tarixdə saat 09:30 radələrində postdar yoldaşı Şahid6 ilə xidmətdə olarkən Səbail Rayon Polis İdarəsinin Növbətçi hissəsi efir vasitəsi ilə çıxaraq Şıxov qəsəbəsində yerləşən «Dəniz» marketindən bir nəfər şəxsin oğurluğa cəhd eldiyi barədə məlumat verib yaxınlıqda yerləşən avtopalrulların həmin yerə yaxınlaşmasını bildirmişdir. Həmin vaxtı onlar yaxın ərazidə olduğundan həmin məlumatı qəbul elmiş və qeyd olunan markelə yaxınlaşmışdır. İçəri daxil olandan sonra özünü marketi işlədən şəxs kimi təqdim edən oğlan onlara bir nəfər 40-45 yaşında hündür boy, arıq bədən quruluşlu kişi cinsindən şəxsi işarə edib sonuncunun onun işlətdiyi dükandan gizli olaraq bir neçə ədəd saç şampunun kassa nəzarətindən kənar keçirməyi cəhd eldiyini, lakin özü tərəfindən aşkarlandığını bildirib, qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Adını sonradan Təqsirləndirilən şəxs bildiyi şəxs dükanı işlədən oğlanın dediklərini təsdiq edərək bu əməli ehtiyac ucbatından eldiyini bildirmişdir. Məsələni araşdırmaq üçün onlar həmin şəxsi xidməti avtomobilə əyləşdirib ərazi aidiyyalı üzrə 41-ci polis bölməsinə aparıb əməkdaşlara təhvil vermiş və raportla bölmənin rəhbərliyinə məlumat vermişdilər. Sonra onlar bölməni tərk edərək xidməti davam etmişdilər. Bir neçə saat sonra onlara şifahi məlumat vermişdilər ki, gəlirdikləri şəxsin üzərinə axtarış keçirilən zamanı üzərindən narkotik vasitə aşkarlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 alayınının 4-cü patrul bölüyünün əməkdaşı, polis nəfəri Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusalları ifadələrində təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin baş əməliyyat müvəkkili Şahid7 bildirmişdir ki, 11 iyun 2023-cü il tarixdə 41-ci polis bölməsinin inzibati binasında olan zaman rəhbərlik ərazidə xidmət aparan X10 avtopatrul naryadı tərəfindən Şıxov qəsəbəsində yerləşən «Dəniz» marketindən oğurluq etməyə cəhd edən şəxsin saxlanılıb polis bölməsinə gəlirildiyini və sonuncunun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verib sahə inspektoru Şahid8lə birlikdə prosessual hərəkətində iştirak etməyi tapşırılmışdır. Şəxsi axtarış bölmənin baş təhqiqatçısı Fərrux Tarverdiyevin xidməti otağında aparılmışdır. Üzərinə şəxsi axtarış keçirilən şəxs əynində ağ rəngli köynək, uzunqol ağ rəngli gödəkçə və göy rəngli şalvar geyinmiş kişi cinsindən şəxs olmuşdur. Videoçəkilişə başlanılmış, çəkilişdə saxlanılan şəxsin vəkili də iştirak etmişdir. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib özü haqqında məlumatları söyləyərək uzun müddəi narkotik vasitələrinin istifadəçisinin olduğunu, hazırda barəsində Səbail RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqının aparıldığını və hazırda da üzərində narkotik vasitələrinin olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan predmetlərin təqdim edilməsini təklif etdikdə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefon, şalvarın sol yan cibindən isə qızılı rəngli kağız kəsiyindən olan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmiş. əlavə hər hansı predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli toz halında maddə kütləsi aşkar edilmişdir. Həmin maddə ilə bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin «kakos» olduğunu, onu Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manata aldığını, narkotik vasitələrə olan növbəli tələbatını ödəmək üçün market oğurluq niyyəti ilə daxil olduğunu, oradan bir neçə ədəd şampun oğurladığını, başqa heç nə oğurlamadığını söyləmişdir. Təhqiqatçı aşkar edilmiş maddə kütləsini boş zərfə qablaşdırdıqdan sonra onların tərəfindən bu zərf və şəxsi axtarışla bağlı tərtib olunmuş protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 41-ci PB-nin sahə müvəkkili, Şahid8 Şahid7 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusatları ifadələrində təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail RPİ-nin Post Patrul Xidməti bölüyünün əməkdaşı, polis nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, xidmət eldiyi bölük Səbail rayonunun 9 və 39-cu polis bölmələrinin inzibati ərazisində xidmət aparır. İdarədə tərtib olunmuş dislokasiya qrafikinə əsasən o, postdar yoldaşı Şahid4lə birlikdə 9 PP2 çağırılışlı piyada naryad şəkilində gündüz növbəsində xidmət aparır. Həmin post hərəkət postudur, Azərbaycan Respublikası Prezidentinin sarayından başlayıb İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməyə qədər davam edir. 29 may 2023-cü il tarixdə saat 19 radələrində posldar yoldaşı Şahid4lə birlikdə xidmət aparıb İstiqlaliyyət küçəsində Qərb Universitetinin yanından keçən zaman bir nəfər 40-45 yaşında, hündür boy, arıq bədən quruluşlu, əynində göy rəngli qısaqol köynək və cins şalvar geyinmiş kişi cinsli şəxsin bizi görəndən sonra özünü şübhəli apardığını, əlində saxladığı hansısa predmeti dərhal cibinə qoyduğunu müşahidə edib həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək şəxsiyyəti barədə və sair sualları vermişdilər. Hətta həmin şəxsdən cibinə nə qoyduğunu soruşduqda həmin şəxs bu predmetin içərisində narkotik vasitə olan bükümün olduğunu bildirmişdir. Belə olan halda onlar 6661 saylı avtopatrulda xidmət aparan Şahid1 və Şahid2 efir vasitəsi ilə çağırmış və sonuncular gələndən sonra onlar saxladıqları şəxsə izah etmişdilər ki, narkotik vasitələrinin saxlamasında şübhəli bilindiyi üçün onlar həmin şəxsi 9-cu polis bölməsinə aparmalıdırlar. Saxladıqları şəxs onlara etiraz elməmiş və onlarla getməyinə razılıq vermişdir. Onlar həmin şəxsi xidməti maşına mindirib ərazi aidiyyalı üzrə 9- cu polis bölməsinə aparmışdılar. Bununla bağlı bölmənin rəhbərliyinə raportla müraciət elmiş və gəlirdiyi şəxsi nəzarət altında otaqların birində yerləşdirmişdilər. Polis bölməsində həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilmiş, adının Sərxan olduğunu bilinmişdir. Sonra onlara bildirilmişdir ki, Sərxanın üzərinə baxış keçirilməlidir. Bunun üçün Sərxan adlı şəxsi təhqiqatçının otağına aparmışdılar. Sərxan üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videokamera çəkişili aparılmaqla Sərxan adlı şəxsin üzərinə baxış keçirilməyə başlanılmışdır. Təhqiqatçı Sərxan adlı şəxsə üzərində olan daşınması qanunla qadağan edilmiş predmelləri təqdim elməyi təklif eldikdə sonuncu əynindəki şalvarın sağ yan cibindən ağ kağız parçasına bükülü halda şəffaf selofan selofan kəsiyindən olan kiçik bükümü çıxarıb təqdim etmişdir. Həmin sellofan bükümün içərisində qəhvəyi rəngli maddə aşkar edilmişdir. Təqdim olunmuş maddənin nə olması və haradan əldə olunması suala cavab olaraq Sərxan adlı şəxs bu maddənin narkotik vasitə olduğunu deyib həmin vasitəni tutulduğu yerin yaxınlığında tapdığını bildirmişdir. Təhqiqatçı aşkar olunmuş maddəni boş zərfə qablaşdırdıqdan sonra hamı bu zərfi imzalamış və bundan sonra da keçirilmiş baxışla bağlı iştirakları ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Səbail rayon polis idarəsinin Post Patrul Xidmət bölüyünün əməkdaşları, polis nəfərləri Şahid1, Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermiş və sonuncunun ifadəsində göstərdiyi xüsusatları ifadələrində təsdiq elmişdilər. İş materiallarında olan 29 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə, saat 19:32-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 may 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” haqqında protokolundan görünür ki, həmin gün saat 19:55-dən 20:10-dək olan müddəidə 9-cu polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd içərisində narkotik maddəyə bənzər, qəhvəyi rəngli kütlə olan şəffaf ağ kağıza bükülmüş sellofan bükümü təqdim edib onu Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində yerdə olan siqaret qulusunun içərisindən tapdığını demişdir. Aşkar edilmiş maddə götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 30 may 2023-cü il tarixli 6/3086 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №166 » möhür əksi, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,208 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələr»in 1 siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 31 avqust 2023-cü il tarixli, 5600 №-li ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloci dispanserində qeydiyyata alınması məsləhət görülür. Tədqiqatın dəyəri 110 (yüz on) manatdır. İş materiallarında olan 30 may 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ 9-cu PB-si tərəfindən 0.208 qram qəhvəyi kütlə qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.158 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 30 may 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli sübut növü kimi tanıması barədə qərarından görünür ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi keçirilməsini əks etdirən bir ədəd kompakt disk iş üzrə sübut növü kimi tanınmışdır və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə" protokolundan görünür ki, 9-cu polis bölməsindən təqdim olunmuş kompakt diskdə diskdə bir ədəd “2_**********329109664” adlı MP4 formatlı fail mövcüddur. Həmin fail açıldıqda görünür ki. faylin həcmi 71554 kilobayl təşkil edir. Faildə çəkilişlər 05 dəqiqə 52 saniyə müddətindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis leytenantı rütbəsini daşıyan polis zabitin özünü Səbail RPİ-nin 9-cu polis bölməsinin təhqiqaçısı X3 təqdim etməsindən başlanır. Təhqiqatçı narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış şəxs Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin 9-cu polis bölməsinə gətirildiyini elan edərək Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Nicat İmanzadənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə prosessual hərəkətini yerinə yetiriləcəyini bildirir. Otaqda 4 nəfər polis geyimində olan əməkdaşların arasında dayanan əynində göy rəngli cins şalvar və açıq göy rəngli qısaqol köynək geyinmiş, arıq bədən quruluşlu, üzü bir qədər şaqqılı olan şəxsə özünü təqdim etməyi təklifinə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək 29 may 2023-cü il tarixdə İstiqlaliyyət küçəsində saxlanıldığını bildirir. Təhqiqatçı saxlanılan şəxsə üzərində olan daşınması qanunla qadağan edilmiş predmetləri təqdim edilməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən ağ kağız parçasına bükülü halda şəffaf selofan selofan kəsiyindən olan kiçik bükümü çıxarıb təqdim edir. Həmin sellofan bükümün içərisində qəhvəyi rəngli maddənin olması müşahidə edilir. Təqdim olunmuş maddənin nə olması və haradan əldə olunması suala cavab olaraq Təqsirləndirilən şəxs bu maddəni «kola» adlandırıb onu tululduğuyerin yaxınlığında tapdığım söyləyir. Bundan başqa verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs 20 ilə yaxın bu narkotik vasitədən istifadə etdiyini, saxlanılan zaman fiziki təsirə məruz qalmadığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin narkotik vasitənin üzərində olduğunu, onu gün ərzində istehlak edəcəyini bildirmişdir. Təhqiqatçı aşkar olunmuş maddəni məhkəmə- kimyəvi ekspertizasının tədqiqatına veriləcəyini söyləyib maddə kütləsi aşkar edilmiş bükümü boş zərfə qablaşdırdıqdan sonra prosessual hərəkətində iştirak edən şəxslər tərəfindən zərf imzalanır və möhürlənir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı əlavə vəsatət və etirazlar daxil olmadığından təhqiqatçı Toğrul Əsgərli istintaq hərəkətin və çəkilişin sona çatmasını elan edir. İş materiallarında olan 31 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 31 may 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmişdir və Təqsirləndirilən şəxs dərhal azadlığa buraxılmışdır. İş materiallarında olan 31 may 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzaarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 11:10-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə” haqqında 11 iyun 2023-cü il tarixli protokolundan görünür ki, həmin gün saat 11:30-dan 11:55-dək olan müddətdə 41-ci polis bölməsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı sonuncu əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 ədəd bükülmüş halda qızılı kağızı çıxarıb təqdim etmişdir. Qızılı rəngli kağızın içərisində tozvari tünd qəhvəyi rəngli narkotik vasitəyə oxşar küllə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində tünd rəngli toz şəkilli narkotik vasitəyə oxşar kütlənin ona məxsus olduğunu və həmin narkotik vasitənin “kokos" olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını, yarısımislifadə eldiyini və yarasını isə istifadə elmək üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə götürülərək qablaşdırılmışdır. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli video diskə baxış keçirilməsi haqqında protokolundan görünür ki, görüntülərdə Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X2, Azərbaycan Respublikasının CPM-nin 51-ci və 86-cı maddələrinin tələblərinə uyğun olaraq bu protokolu tərtib etdim ondan ötrü ki, xx.xx.2023cü il tarixdə Səbail rayonu Salyan yolu 32 ünvanında yerləışən “Dəniz” marketdənn oğurluğa cəhd eduilməsi barədə Dəniz marketi işlədən vətəndaş X5 şikayət ərizəsinin araşdırılması zamanı Səbail rayonu, Salyan yolu 32 ünvanında yerləşən “Dəniz” marketin müşahidə kamerasının video görüntülərinə baxıldı. Müşahidə kameralarının video görüntülərinə baxış keçirilən zaman müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə saat 09.16 dəqiqədə vətəndaş Təqsirləndirilən şəxs sarı rəngdə görünən gödəkçəsini qoluna asaraq marketdə şampunlar olan bölmədə gödəkçəsinin ciblərinə şampuları yığır və saat 09.17 dəqiqədə marketin kassasının yanında olan zaman marketin işçilərinin yanında gödəkcənin cibindən şampunları çıxarıb kassanın masasına qoyur. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli 6/3307 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №239» dairəvi möhür əksi, «Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunan küllə...» sözləri, soyad və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,631 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Tədqiqatın dəyəri 80 (səksən) manatdır. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli “narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair aktından görünür ki, AR DİN Səbail RPİ 41-ci PB-si tərəfindən 0.631 qram narkotik vasitə vasitə heroin qəbul edilmiş, 0.05 qram nümunə götürülmüş, 0.581 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan 12 iyun 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış icraata qəbul edilmiş və istintaq oluması üçün Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə" protokolundan görünür ki, 41-ci polis bölməsindən təqdim olunmuş kompakt diskdə bir ədəd «VİD_20230611_162822» adlı MP4 formatlı fail mövcüddur. Həmin fail açıldıqda görünür ki, faylin həcmi 701249 kilobayt təşkil edir. Faildə çəkilişlər 05 dəqiqə 35 saniyə müddəlindədir. Görünür ki, çəkilişlər xidməti otaqların birində aparılır. Çəkilişlər polis mayoru rütbəsini daşıyan polis zabitin özünü Səbail RPİ-nin 41-ci polis bölməsinin baş təhqiqaçı Fərrux Tarverdiyev kimi təqdim etməsindən başlanır. Təhqiqatçı 11 iyun 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Səbail rayonu Salyan yolu 32 ünvanında yerləşən Dəniz marketdən oğurluq eldiyinə görə Təqsirləndirilən şəxs Səbail rayon polis əməkdaşları lərfindən saxlanılaraq 41-ci polis bölməsinə gətirildiyini, polis bölməsində sonuncunun narkotik vasitə qəbul eldiyini, üzərində narkotik vasitə olduğunu etiraf etdiyini elan edərək 41-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid7, polis sahə inspektoru, polis kapitanı Şahid8, 3 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə prosessual hərəkətini yerinə yetiriləcəyini bildirir. Otaqda sağ divar boyunca dayanan, əynində ağ rəngli köynək, uzunqol süd rəngli gödəkçə və göy rəngli şalvar geyinmiş kişi cinsindən şəxsə təqdim etməyi təklif edildikdə sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək demoqrafik məlumatlarını söyləyir. 15 il narkotik vasitələrinin istifadəçisinin olduğunu, hazırda barəsində Səbail RPİ-nin İstintaq şöbəsində cinayət işinin istintaqının aparıldığını söyləyən Təqsirləndirilən şəxs hazırda da üzərində narkotik vasitələrinin olduğunu bildirdikdə təhqiqatçı üzərində olan predmellərin təqdim edilməsini təklif edir. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sensorla təhciz edilmiş ağ rəngli smartfon, şalvarın sol yan cibindən isə qızılı rəngli kağız kəsiyindən olan bükümü çıxarıb təqdim edir. Bundan sonra Təqsirləndirilən şəxs fiziki olaraq şəxsi axtarışı keçirilir, əlavə hər hansı predmel aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim eldiyi büküm açıldıqda içərisində qəhvəyi rəngli toz halında maddə kütləsi aşkar edilir. Həmin maddə ilə bağlı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bu maddənin «kakos» olduğunu, onu Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən şəxsi istifadə üçün 20 manata aldığını, narkotik vasitələrə olan növbəti tələbatını ödəmək üçün market oğurluq niyyəti ilə daxil olduğunu, oradan bir neçə ədəd şampun oğurladığını, başqa heç nə oğurlamadığını söyləyir. Təhqiqatçı aşkar olunmuş maddəni məhkəmə-kimyəvi ekspertizasının tədqiqatına veriləcəyini söyləyib maddə kütləsi aşkar edilmiş bükümü boş zərfə qablaşdırdıqdan sonra prosessual hərəkətində iştirak edən şəxslər tərəfindən zərf imzalanır və möhürlənir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı əlavə vəsatət və etirazlar daxil olmadığından təhqiqatçı Fərrux Tarverdiyev istintaq hərəkətin və çəkilişin sona çalmasını elan edərək protokolun tərtibatına başlanacağını söylədi. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli maddi sübut növü kimi tanıması və barədə qərarından görünür ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi keçirilməsini əks etdirən bir ədəd kompakt disk iş üzrə sübut növü kimi tanınmışdır və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilməmişdir. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzaarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 16 iyun 2023-cü il tarixli maddi sübut növü kimi tanınması və saxlama barədə qərarından görünür ki, göstərilənlərə əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroin 0.631 qram çəkidə göstərməklə maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatından sonrakı qalıq 0.581 qram heroin isə saxlanılmasından ötrü Bakı şəhəri Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 10 avqust 2023-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlaması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində 31 may 2023-cü il tarixdə seçilmişpolis nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “cinayət işinin icraata götürülməsi” haqqında qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmış. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli “cinayət təqibi üzrə icraatın birləşdirilməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* materialları bir icraata birləşdirilmiş və sonuncu göstərilən nömrə altında ibtidai istintaq aparılmışdır. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Publik hüquqi şəxsin 5600 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan 08 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə maddi sübutların Səbail RPİ-nə saxlanca verilməsi nəzərə alınmışdır. İş materiallarında olan 26 oktyabr 2023-cü il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-151/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Məlikov X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi şahidlərin ifadələri, iş materialları, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğlu Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(002)161/2022 saylı qərarı ilə cəzası 06(altı) ay azaldılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 29 may 2023-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi cinayətin residivi hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-151/2023 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 29 may və 11 iyun 2023-cü ildə törədilmişdir. Belə olan halda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-151/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-151/2023 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığdan məhrum etmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq şübhəli şəxs qismində tutulduğu müddəti azadlığdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq dövründə 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixdək, 29 may 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək, 11 iyun 2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixədək tutulduğu cəmi 06 (altı) gün müddət ona təyin olunacaq azadlığdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-151/2023 saylı hökmünə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0.158 qram və 0.581 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 190 (yüz doxsan manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 26 oktyabr 2023-cü il tarixli, 1(009)-151/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq dövründə 21 yanvar 2023-cü il tarixdən 23 yanvar 2023-cü il tarixdək, 29 may 2023-cü il tarixdən 31 may 2023-cü il tarixədək, 11 iyun 2023-cü il tarixdən 13 iyun 2023-cü il tarixədək, tutulduğu cəmi 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 1 (bir) il, 11 (on bir) ay, 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 12 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2023-cü il tarixli, 1(009)-151/2023 saylı hökmü hökmə əsasən azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan - Səbail rayon Polis İdarəsində saxlanılan 0.158 qram və 0.581 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 190 (yüz doxsan manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X6¬liyi Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 306 (üç yüz altı) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-41/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-41/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver