Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-41/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdam rayonu, Sarıcalı Ə/D, Qullar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yerləşən yataqxanada yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən, o, bir qrup şəxs halında, təkrar olaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, tanışı Şahid2 ilə bir qrup şəxs halında birləşib guya onların qadın cinsindən olan tanışlarına qarşı nalayiq hərəkətlər edərək həmin qadınların narahatçılığına səbəb olmuş yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs2 ilə münasibətləri ayırd etmək, o cümlədən, qadın cinsindən olan tanışlarına qarşı guya sonuncu tərəfindən edilmiş yanlış hərəkətlərə görə onu cəzalandırmaq üçün 04 mart 2024-cü il tarixdə saat 22 radələrində ünvan 2 ünvanda yerləşən “Star" adlı ərzaq mağazasının yanındakı yaşayış məhəlləsi ilə küçəni birləşdirən tağın altında, qeyd edilən məzmunda qərəzli mübahisə yaradıb, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər istifadə edərək, ictimai yerdə ictimai qaydanı yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs2 vuraraq sonuncuya sağ göz orbitası ətrafının qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, burun sümüyünün yerini dəyişən ikili sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişlinliyi və qançırı- sağmalığın uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti qəsdən sağlamlığına ilə az ağır zərər vurmuş, həmçinin, tanışı Şahid2 istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən əldə etməklə üzərində daşıyıb gəzdirdiyi istintaqla müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində istifadə edib tanışı Təqsirləndirilən şəxs ilə əlbəyaxa olaraq yerə yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 sağ yan (arxa) nahiyəsinə bir zərbə vuraraq sonuncuya sağ sağrının deşilmiş-kəsilmiş yarası xəsarəti ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuş, bu hərəkətləri ilə o, bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Bundan başqa, o, təkrarən xx.xx.2024-cü il tarixdə gecə saat 03:30 radələrində istintaqa şəxsiyyəti məlum olmayan “Asiman” adlı şəxslə birlikdə Bakı şəhəri Səbayıl rayoru ərazisində “Troya” gecə klubunun qarşısında olarkən, sonuncu ilə bir qrup şəxs halında birləşib, əvvəlcədən tanımadıqları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə heç bir əsaslı səbəb olmadan qərəzli olaraq əsassız mübahisə yaradıb, ictimai yerdə özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, əvvəlcə şəxsiyyəti məlum olmayan “Asiman” adlı şəxs silah qismində istifadə etdiyi taburetka ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə zərbə vurub sonuncuya sol qaş nahiyəsinin bir ədəd deşilmiş kəsilmiş yarası kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, daha sonra o, (Təqsirləndirilən şəxs) silah qismində istifadə etdiyi həmin taburetlka ilə Oqtay Qurbanlının baş nahiyəsinə zərbə vurub, daha sonra üzərində olan istintaqa məlum olmayan kəsici deşici predmetdən silah qismində istifadə etmələ Zərərçəkmiş şəxs1 və Oqtay Qurbanlıya zərbələr vurub Zərərçəkmiş şəxs1 sağ bazu nahiyəsinin sıyrılmış yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən, habelə qarın ön divarının bir ədəd qarın boşluğuna nüfuz etməyən və sol budun orta 1/3 bayır səthinin bir ədəd deşilmiş kəsilmiş yaraları kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən yüngül zərərvurmaya aid xəsarətlər, həmçinin Zərərçəkmiş şəxs3 sol budun yuxarı 1/3-nin arxa səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsrətlər yetrib həmin hərəkətləri ilə təkrarən bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, o xx.xx.2024-cü il tarixində dostu İbrahimin ailə üzvləri rayonda olduğu üçün İbrahim onunla birlikdə qalmağını xahiş etmişdir. Səhər yuxudan oyandıqdan sonra öz yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində yenidən dostu İbrahimgilin yaşadığı evə gedib, orada İbrahimin yemək yediyini gözlədikdən sonra qızların yəni, tanışı (Maşa, Məryəm ləqəbli) Mariya və tanışı Aytacın, Xəqani bağında onları gözlədiyini İbrahimə bildirmişdir. İbrahim də ondan əvvəl öz danışdığı ləqəbi Maşa olan qızla telefonda söhbətləşən zaman onun instaqram vasitəsi ilə danışdığı Aytac adlı qızla birlikdə olduğunu demişdir. Bayılda Dünya marketin yanından İbrahimlə birlikdə taksiyə minib Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Xəqani bağına getmişdir. Həmin gün saat 22 radələrində Xəqani bağında qızlarla görüşüb bir qədər söhbət etdikdən sonra onlar gec gəlməkləri səbəbindən qızlarla mübahisələri yarandığından qızlar onlardan aralanıb qabaqda getməyə başlamışlar. Onlar gedən zaman ortaq tanışları Şahid2 onlara yaxınlaşıb onlar gəlməmişdən qabaq danışdıqları qızlara iki nəfər Xırdalanda yaşayan uşaqların sataşdığını, Elmirlə söhbətləri düşdüyünü bildirib, onların arasında olan söhbəti aydınlaşdırmaq üçün onunla birlikdə həmin şəxslərin yanına getməyi istəmişdir. Onlar da yəni, İbrahim və o, Elmirə razılıq verib məsələni həll etmək üçün onunla birlikdə həmin şəxslərin getdiyi istiqamətdə yəni, Sahil metrosu tərəfə getmişdir. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən Star marketə çatmamış oğlanların qabaqda onların tanışları olan Maşa və Aytac adlı qızların isə arxalarınca getdiyini görmüşlər. Qızlar həmin oğlanların arxasında olduqları üçün və onların qarşılarını kəsdiyi üçün həmin şəxsləri əvvəlcə görməmişlər. Daha sonra Elmir həmin oğlanlardan birinin buruq saç olduğunu deyəndə qızların qarşısında həmin əlamətə uyğun birinin getdiyini, iki nəfər olduqlarını görmüşlər. Artıq əmin olmuşlar ki, həmin şəxslərdir. O, İbrahim və Elmir qabaqda gedərək həmin oğlanlarla görüşmüşlər. O əlini onlardan birinin yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 çiyninə qoyan zaman tanışı Elmir onları kənara dəvət etmişdir. Daha sonra İbrahim buruqsaç olan Zərərçəkmiş şəxs2 sonradan adını bildiyi Taleh adlı şəxsin qoluna girib məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdur. Bundan sonra hamı arkaya yaşayış sahəsinə daxil olmuşlar. Tanışı Elmir onun çiynindən tutduğu buruqsaç oğlanı yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 çağırıb işi olduğunu bildirmişdir. Onlar arkanın yaşayış sahəsi olan tərəfinə tam içəri girdikləri üçün onlardan 5-10 metr uzaqlaşmışlar. Təxmini aralarında 10 metr məsafə olmuşdur. O və İbrahim isə digər şəxslə sonradan adını bildiyi Taleh adlı şəxslə söhbət etmişlər. Qızlar da sadəcə dəstək olmaq üçün kənarda dayanmışdırlar. Qəflətən səs gəldiyini Elmirin digər şəxslə, yəni Zərərçəkmiş şəxs2la dalaşdığını görmüşlər. Hamı birlikdə onlara tərəf gedib aralaşdırmağa başlamışlar. Daha sonra qarşı tərəfin yanındakı Taleh adlı şəxs fürsətdən, qarışıqlıqdan istifadə edib onu kənara itələmişdir, İbrahimi isə vurmağa başlamışdır. Qızlar qorxub qışqırdıqda İbrahim də mübahisəyə qoşulub, mübahisəni sakitləşdirmək istəmişdir. Həmin vaxt başı qarışdığından Taleh adlı şəxsin İbrahimi vurduğunu görməmişdir. Mübahisə zamanı nə o, nə də ki dostu İbrahim qarşı tərəfə yəni Zərərçəkmiş şəxs2 və ya onun dostuna əl qaldırmamışlar. Yalnız orada onlardan aralıda tanışları olan Elmir adlı şəxslə Zərərçəkmiş şəxs2 mübahisə etdiklərini və aralarında dava-dalaş olduğunu görmüşdür. Onların arasında olan mübahisəyə səbəb kimi Elmir ona Xəqani bağında olan zaman qızlara həmin şəxslər yaxınlaşarkən Elmirə həmin iki nəfər şəxsin söyüş işlətməsi olduğunu bildirmişdir. Qarışıqlıq yarandığı zaman binanın nəzarətçisi və digər şəxslərin gəldiyini görüb, o, dostu İbrahim, Maşa və Aytacı götürüb həmin yeri tərk etmişlər. Daha sonra Elmir də onların arxası ilə gəlmişdir. Bir qədər sonra Aytac qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt İbrahim tanışları Elmirə pul verərək su almasını istəmişdir. Onlar qarşıda "Kontakt Home" mağazasının qarşısında dayanan zaman Elmir su alıb gətirmişdir. Ara sakitləşdikdən sonra Elmir onlardan yəni, İbrahim və ondan niyə görə dalaşmadığımızı deyərək, onlarla mübahisə etməyə başlamışdır. Onlar İbrahim ilə birlikdə qızları götürüb getmək istəyən zaman Elmir arxa ilə gəlmişdir. İbrahim tanışları Maşanı götürüb avtobusla Bayıla getmişdir. O isə Aytac ilə metroya düşmüşdür. Elmirin hara getməsindən məlumatları olmamışdır. Təxminən hadisədən bir həftə sonra dostu İbrahimə zəng edərək, Xırdalan uşaqlarının onu axtardığını, bir nəfərin onların olduğu hadisədə onların dostunu bıçaqladığını bildirmişdir. İbrahim də Elmirdən şübhələnib vatsapda soruşmaq üçün ona yazmışdım. Elmir də səmimi şəkildə bıçaqladığını etiraf edib sözünün arxasında durduğunu İbrahimə bildirdiyini o eşitmişdir. Daha sonra xx.xx.2024 cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Hacıbəyov küçəsində "Star" market yaxınlığında olan arkanın içərisində Elmir adlı tanışları ilə həmin gün Zərərçəkmiş şəxs2 arasında olmuş mübahisə zamanı sonuncunun söyüş söyməsi səbəbindən baş vermişdir. Həmin vaxt Elmir ilə Zərərçəkmiş şəxs2 onlardan 10 metr aralıda arkanın içərisində təklikdə mübahisə edib, dava-dalaş etmişlər. Sonradan bilmişdir ki, Elmir əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 adlı şəxsə bıçaqla vurub xəsarət yetirmişdir. Mübahisə zamanı orada onlar dörd nəfər, İbrahim, o, Maşa və Aytac, yanlarında Zərərçəkmiş şəxs2 dostu sonradan adını bildiyi Taleh adlı şəxs, onlardan 10 metr aralıda isə Elmir adlı tanışları Zərərçəkmiş şəxs2 olmuşdur. Sonradan səs-küyə tanımadıqları 3-4 nəfər şəxs yaxınlaşmışdır. Elmirgilin arasında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. O hadisədə iştirak edən zaman kiminsə bıçaqlandığının şahidi olmamışdır. Sonradan tanışı Elmir dostu İbrahimə həmin şəxsin yəni, Zərərçəkmiş şəxs2 bıçaqladığını telefonda demişdir. Hadisə baş verən zaman və baş verməmişdən öncə onun və ya yanında olan şəxslərin hər hansı birində kəsici-deşici alət olmamışdır. Kiminsə üzərində kəsici-deşici alət olmasından məlumatlı deyildir. Hadisə zamanı o, heç kimlə mübahisə etməmiş, əlbəyaxa olmamışdır. O həmin vaxt Zərərçəkmiş şəxs2 sifətinə 2-3 dəfə yumruqla zərbə vurmamışdır. Zərərçəkmiş şəxs2 bu cür deməsi doğru deyil. Orada o, heç kimə müqavimət göstərməmişdir. Sadəcə mübahisəni sakitləşdirməyə çalışmışdır. O, Aytac adlı şəxsi 1 ildir ki, instaqramdan tanımışdır. Onu üzdən tanısa da telefon nömrəsi və ya anket məlumatları haqqında heç bir məlumatı yoxdur. Onlar Maşa və Aytacdan hər hansı bir şəxsin onlara əvvəlcədən yaxınlaşıb-yaxmlaşmamasını soruşmamışdırlar. Yalnız tanışları Elmir onlara bu barədə bildirmişdir. Elmir adlı şəxsi 1 ildən çoxdur ki, "Malakan" bağından tanımışdır. Yalnız aralarında salam-sağol olub. Onunla tanışlığını dostu İbrahim sonradan bilmişdir. Lakin Elmirin bıçaqladığı Zərərçəkmiş şəxs2 və dostu Taleh adlı şəxsi əvvəllər tanımamışdır. O yolda gedəndə Elmirin üzərində bıçaq olduğunu görməmişdir və bilməmişdir. Həmçinin mübahisədən sonra da onun əlində bıçaq olduğunu görməmişdir. xx.xx.2024-cü il tarixdə axşam saat 23-24 radələrində o və tanışları Mirazi, Asiman və İsmayıl kimi tanıdığı tanışları ilə birgə “Tarqovu” adlanan ərazidə “Kolorit” restoranının qarşısından üzü milli parka tərəf getmişlər. Bu zaman İsmayıl yolüstü olan kioskun çölündəki rəfdən çipsi və şirin pambıq götürərək qaçmışdır. Bu zaman Mirazidə onun arxasınca qaçmışdır. Bunu görən kiosk işçisi də onların arxasınca qaçmışdır. Onunla Asiman isə yerində qalmışdır. Bu zaman Asiman ona İsmayılı saxlayıb döyəcəklərini demişdir. Bu zaman tanıdımadığı sonra qıraqda gəzən iki nəfərdən biri onlara “o uşaqlara görə bu cür danışmağa dəyməzdi"- demişdir. Asiman da ona “sən bizi heç tanımırsam qıraqdan danışma” demişdir. Bu zaman həmin o balacaboy sarışın olan oğlan onlara “gəlin qırağa keçək görüm sözüvüz nədir” demişdir. Onlar da Asimanla birgə kioskun yanından soldakı araya girmişlər. Bu zaman həmin sarışın oğlan Asimanının çiyninə əlini qoyub “pasansan”-dedikdə Asiman onu üz nahiyyəsinə yumruq zərbəsi vurmuş və ara qarışmış bu zaman həmin şəxslə yanındakı şəxs Asimanla dalaşmağa başlamışdır, onlar bir-birlərini yumruqla vurmuşlar, o isə qıraqda durub baxmışdır. Son sözündə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini və yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməsini, ibtidai istintaq zamanı təziqlərə məruz qalmasını, eyni zamanda özünün ürək xəstəsi olmasını, anasının da xəstəlikdən əziyyət çəkməsini bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, sonradan adlarını bildiyi Elmir adlı şəxsi, Təqsirləndirilən şəxs və Şahid1, həmçinin Maşa (Mariya) və Aytac (Elmira) adlı şəxsləri əvvəllər tanımamışdır. xx.xx.2024-cıı il tarixdə saat 22 radələrində o, dostu Taleh adlı şəxslə birlikdə Bakı şəhəri Səbail rayonu “Xəqani Bağı” yaxınlığında dönər yeyib, sonra Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ilə “Sahil" metrostansiyası istiqamətinə gedən zaman svetoforun yanında iki nəfər ona yaxınlaşmışdır. Onlardan biri özünü “Ədiş"-dir yasamaldan deyərək ona təqdim edib, onun belindən tutub, binanın arxasının içərisinə doğru aparmışdır. Ədiş adlı şəxs ona “guya qızlara söz atmısan deyib, niyə qızlara söz atmısan deyə" ondan soruşmuşdur. O, Ədiş adlı şəxsə qızlara söz atmadığını bildirdikdə Ədiş yumruqla onun sifətinə iki-üç dəfə zərbə vurmuşdur. Bu zaman dostu Taleh də Ədişin yanında olan sonradan adını bildiyi Şahid1 ilə söhbət etmişdir. Bu zaman Ədiş adlı şəxsin yanında olan digər şəxs, sonradan adını Elmir kimi eşitdiyi şəxs onun sağ ayağının arxa (omba) nahiyyəsindən hansısa alətlə vurmuşdur. Bu zaman o, yerə yıxılmışdır. Sonra onlar yanlarından uzaqlaşmışlar. Bundan sonra 2-3 nəfər tanımadığı kişilər onlara yaxınlaşmışdır. Onlardan dava-dalaş etmələrinin səbəbini soruşduqda o, ayağa qalxmış və bu zaman ayağından qan axdığını və xəsarət aldığını görmüşdür. Həmin vaxt bilmişdir ki, sonradan adını Elmir kimi eşitdiyi şəxs ona deşici alətlə xəsarət yetirmişdir. Lakin, Elmir adlı şəxsin əlində hər hansı bir alət və əşya olduğunu qaranlıq olduğundan görməmişdir. Onların mübahisəsinə səbəb guya onun Ədiş adlı şəxsin tanıdığı qızlara söz atmağını bildirməsi olmuşdur. Əslində isə o və dostu Taleh həmin qızlara heç bir söz atmamışlar. Onu da qeyd etmişdir ki, sonra onlar oradan taksi ilə evə getmişdir. Daha sonra isə o, ayağından qan axmanı kəsmək mümkün olmadığı üçün KTM-in xəstəxanasına getmişdir. Xəstəxanada olan zaman polis əməkdaşları yanma yaxınlaşmışlar. Onu əvvəlcə Ədiş adlı şəxs sifətindən iki-üç yumruq zərbəsi ilə vurmuş, sonradan isə onun yanında olmuş Elmir kimi adını bildiyi şəxs sağ ayağının arxa tərəfindən hansısa alətlə vurub, xəsarət yetirmişdir. Daha sonra göstərmişdir ki, mübahisə zamanı orada qarşı tərəfdən 3 oğlan və 2 qız işitrak etmişdir. Mübahisə vaxtı yanlarında onlardan başqa kənar şəxslər olmamış, çünki onlar arkanın içərisində həyətin giriş hissəsindən irəlidə olmuşlar. Mübahisə yekunlaşdıqdan sonra yanlarına tanımadığı 3 kişi gəlmiş və ondan dava etmələrinin səbəbini soruşmuşdur. Onların arasında olan mübahisə təxminən 6-7 dəqiqə olmuşdur. Hadisədən sonra o evə gedib, paltarını evdə dəyişmişdir. O, daha sonra göstərmişdir ki, əynində olan şalvarın zədələnməsi nəticəsində ona heç bir ziyan vurulmamış, sadəcə həmin şalvar qana bulaşdığından həmin şalvarı məişət tullantıları qutusuna tullamışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona heçnə etməyib. Onu Şahid2 bıçaqla vurmuşdur. Həmçinin Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadələrində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ittiham aktında yazılanlar uyğun gəlmir. Belə ki, o ifadə verdikdən sonra ifadəsi ilə tanış olmamışdır. İbtidai istintaqı aparan müstəntiq ona bildirmişdir ki, oxumağa ehtiyyac yoxdur sadəcə imza atmaq lazımdır. O isə gedib sadəcə imza atmışdır. İşin halları üzrə isə bildirmişdir ki, Ədalət onu vurmayıb. O sadəcə yıxılmışdır. Onu heç kim ayağından vurmamışdır həmçinin taburetka onu vurmayıblar. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində o, dostu Zərərçəkmiş şəxs3 ilə birgə “Kolorit” restoranından çıxıb “Life” klubunun qabağından Oktayın maşınına tərəf getmişlər. Onlar üzü sahil metrosuna tərəf getdikdə yolda qarşılarda bir neçə nəfər tanımadıqlar şəxslər getmişdir. Onlar aralarındakı məsafə 4-5 metr olmuşdur. Onlar yolun sağında olan kioska çatdıqda onlardan bir nəfər kioskun qabağından pambıq və çipsi götürərək qaçmış, digər bir nəfərdə onun arxasınca qaçmışdır. Bu zaman kiosku işlədən onların arxasınca qaçmışdır. Onlardan 2 nəfər isə orada qalmışdır. Həmin iki nəfər isə onların arxasınca “üstünüzdə pul var” demişlər. Onlarda bir-birlərinə baxıb gülmüşdürlər ki, “bunlarla bizim nə əlaqəmiz” demişdir. Onlardan adını bilmədiyi uzun boy bir nəfər yaxınlaşaraq, “sizinlə dərdləşə bilərik?” deyə soruşmuşdur. Onlar “ikimizdə niyə dərdləşmirik dərdləşək” demişlər. Bu zaman onlar “Troya” klubla üzbəüz solda məhləyə girmişlər. Onlar da onların arxasınca getmişlər. Yolda getdikdə onlara “siz mənim balaca qardaşımla yaşıdsız elə edək ki, qan qaraçılıq olmasın” demişdir. Bu zaman onlardan “uzun boylu olan keçək qırağa balaca qardaşı görəssən” demişdir. Onlar qırağa keçən kimi həmin uzun boy adını bilmədiyi şəxs yerdə olan balaca taburetkanı götürmüş və onun başının arxasından vurmuş, bu zaman özünü itirmiş və birdə onu görmüşdür ki, Oktay həmin şəxsi ondan aralamağa çalışır, bu zaman həmin şəxs onun qaş nahiyəsinə nəyləsə vurmuşdur bundan sonra o ümumiyyətlə heç nə xatırlamır. O, birdə özünə gəlmişdir ki, həmin iki nəfər şəxs qaçaraq uzaqlaşmışdır. Bu zaman Oktay ona qaşının partlağını və üzünü yumağın lazım olduğunu bildirmişdir. Onlar “Life” klubun qabağına çatdıqda sağ qolunun, qarın nahiyəsini və sol budunun qan içində olduğunu görmüş, bunları Oktaya göstərdikdə Oktay onunda ayağına istilik gəldiyini demiş və öz sol ayağına baxdıqda qan içində olduğunu görmüşdür. Onlar təcili oradan Kliniki tibbi mərkəzə getmişlər, orada bir gecə qalmışlar və müalicə aldıqdan sonra xx.xx.2024-cü il tarixdə günorta radələrində oradan çıxmışlar. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Ədalət onu taburetka ilə vurmamışdır, Ədalət onu bıçaqla vurmuşdur. Həmçinin Zərərçəkmiş şəxs1 barışıq ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiyi və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində iştirak edən ibtidai istintaqı aparmış müstəntiq Emin Cəfərli ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ifadələrini o almışdır. İstintaqı aparan zaman görüntü əldə edə bilmədikləri üçün cinayət işinə əlavə etməmişlər. Hal-hazırda isə onlarda hadisənin görüntüləri var. Növbəti məhkəmə iclasında təqdim edəcəkdir. Məhkəmə iclasında iştirak edən Şahid4 ifadəsində göstərmişdir ki, onun əsl adı Şahid4 olsa da tanışları arasında Emka və ya Aytac kimi də onu çağırırlar. xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində 2 ildir ki tanıdığı tanışları Ədalət və İbrahimi Bakı şəhəri, Səbail rayonu, “Xəqani" bağı ətrafında görüşmək üçün rəfiqəsi Mariya ilə birlikdə gözləyən zaman onlar Mariyaya telefonda “gəlirik“ desələrdə gec olduğunu görüb, Mariya ilə birlikdə “Xəqani" bağına gedib, orada Odalət və İbrahimi gözləməyə başlamışlar. Həmin vaxt iki nəfər tanımadığı 17-18 yaşlı oğlanlar onlara tanışlıq üçün söz atsalar da onlar buna əhəmiyyət verməmişlər. Bundan sonra həmin gün təxminən saat 22 radələrində Odalət və İbrahim “Xəqani" bağında onlarla görüşüb bir qədər söhbət etdikdən sonra onlar Ədalətgilə gec gəlmələri səbəbindən irad bildirmişlər. Bu səbəbdən onların arasında mübahisə yarandığından o, Mariya ilə tanışları Ədalət və İbrahimdən aralanıb qabaqda getməyə başlamışlar. Onu da qeyd edir ki. Elmir adlı şəxsi üzdən tanısa da həmin gün onlara söz atan şəxslərlə Elmir adlı şəxsin mübahisə etməsini görməmişlər. Onlar gedən zaman Elmir adlı şəxs tanışı Ədalətgili yanına çağırıb, nəsə deməyə başlamışdır. Onlar isə “Sahil” metrosu tərəfə doğru yollarına davam etmişlər. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Star” marketə çatdıqda Ədalətin sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 yanma çağırıb, binanın girişində olan arkaya tərəf getdiklərini görmüşdür. Bu zaman İbrahim onların yanında olmuşdur. Həmin vaxt o, kənardan mübahisəni seyr etmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 dostu, o, Mariya və İbrahim kənarda olduqları vaxt qəflətən səs gəldiyini Ədalət və Elmirin digər şəxs Elmirlə İsmayılovla, İbrahimin isə Zərərçəkmiş şəxs2 dostu, sonradan adını bildiyi Taleh adlı şəxslə dalaşdığını görmüşdür. Onların arasında olan mübahisəyə səbəb kimi Elmir “Xəqani” bağında olan zaman onlara həmin şəxslər yaxınlaşarkən Elmirə həmin iki nəfər şəxsin söyüş işlətdiyini bildirmişdir. Qarışıqlıq yarandığı zaman binanın nəzarətçisi və digər şəxslərin gəldiyini görüb, İbrahim dostu Ədaləti, onu və Mariyanı götürüb həmin yeri tərk etmişlər. Daha sonra Elmir də onların arxasınca gəlmişdir. Bir qədər sonra o, qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt İbrahim tanışı Elmirə pul verərək su almasını istəmişdir. Onlar qarşıda “Kontakt Home" mağazasının qarşısında dayanan zaman Elmir su alıb gətirmiş, İbrahim və Ədalət onları götürüb evə getmək istəyən zaman Elmir arxalarıyca gəlmişdir. İbrahim Mariyanı götürüb avtobusla Bayıla aparmış. Ədalət isə onunla metroya düşmüşdür. Elmirin hara getməsindən məlumatı olmamışdır. Təxminən hadisədən bir həftə sonra İbrahimin dostu ona zəng edərək. Xırdalan uşaqlarının onu axtardığını, bir nəfərin onların olduğu hadisədə onların dostunu bıçaqladığım bildirmişdir. İbrahim də Elmirdən şübhələnib vatsapda soruşmaq üçün ona yazmış, Elmir də səmimi şəkildə bıçaqladığını etiraf edib sözünün arxasında durduğunu bildirmişdir. O həmçinin bildirmişdir ki, Elmir ona bir nəfəri bıçaqla vurduğunu demişdir. Səs-küy eşidən zaman o Ədalətlə birlikdə aralamağa gəlmişlər. Kiminsə bıçaqlanmağını görməmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cıı il tarixində ailə üzvləri rayonda olduğu üçün dostu Ədalət onların evində onunla birlikdə qalmışdır. Səhər yuxudan oyandıqda isə Ədalətin evdə olmadığını, çıxıb getdiyini görmüşdür. xx.xx.2024-cü il tarixində saat 19:00 radələrində Ədalət yaşadığı evə gəlib, oturub onunla yemək yeyərək qızların yəni, tanışı (Maşa, Məryəm ləqəbli) Mariya və onun tanışı Aytacın. “Xəqani” bağında onları gözlədiyini bildirmişdir. O, da ondan əvvəl öz danışdığı ləqəbini Maşa kimi bildiyi qızla telefonda söhbətləşən zaman Ədalətin danışdığı Aytae adlı qızla birlikdə olduğunu demişdir. Bayılda Dünya marketin yanından Ədalətlə birlikdə taksiyə minib, Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Xəqani” bağına getmişlər. Həmin gün saat 22 radələrində “Xəqani” bağında qızlarla görüşüb bir qədər söhbət etdikdən sonra onların gec gəlməyi səbəbindən qızlarla mübahisələri yarandığından qızlar onlardan aralanıb qabaqda getməyə başlamışlar. Onlar gedən zaman ortaq tanışları Elmir onlara yaxınlaşıb onlar gəlməmişdən qabaq danışdıqları qızlara iki nəfər Xırdalaııda yaşayan uşaqların sataşdığını, Elmirlə söhbətləri düşdüyünü bildirib, onların arasında olan söhbəti aydınlaşdırmaq üçün onunla birlikdə həmin şəxslərin yanına getmələrini istəmişdir. Onlar da yəni. Ədalət və o, Elmirə razılıq verib məsələni həll etmək üçün onunla birlikdə həmin şəxslərin getdiyi istiqamətdə yəni, “Sahil” metrosu tərəfə getmişlər. Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən “Star” marketə çatmamış oğlanların qabaqda onların tanışı olan Maşa və Aytac adlı qızların isə arxalarınca getdiyini görmüşlər. Qızlar həmin oğlanların arxasında olduqları üçün və onların qarşılarını kəsdiyi üçün həmin şəxsləri əvvəlcə görməmişlər. Daha sonra Elmir həmin oğlanlardan birinin buruq saç olduğunu deyəndə qızların qarşısında həmin əlamətə uyğun birinin getdiyini, iki nəfər olduqlarını görmüşlər. Artıq əmin olmuşlar ki, həmin şəxslərdir. Ədalət və Elmir qabaqda gedərək həmin oğlanlarla görüşmüşdür. Ədalət əlini onlardan birinin çiyninə qoyan zaman Elmir onları kənara dəvət etmişdir. O. isə qızlarla söhbət edə-edə arxalarınca getmişdir. Daha sonra o, buruq saçın yanındakı dostunun qoluna girib məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdlir. O da məsələdən xəbərsiz olduğunu deyib gülməyə başlamışdır. Bundan sonra hamısı arkaya yaşayış sahəsinə daxil olmuşlar. Elmir dostu Ədalətin qucaqladığı buruqsaç oğlanı yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 çağırıb işi olduğunu bildirmişdir. Onlar arkanın yaşayış sahəsi olan tərəfinə tam içəri girdikləri üçün onlardan 5-10 metr uzaqlaşmışlar. Təxminən aralarında 10 metr məsafə olmuşdur. O və Ədalət isə digər şəxslə söhbət etmişlər. Qızlar da sadəcə dəstək olmaq üçün kənarda dayanmışlar. Qəflətən səs gəldiyini Elmirin digər şəxslə dalaşdığını görmüşlər. Hamısı birlikdə onlara tərəf gedib aralamağa başlamışlar. İlkin müdaxiləni Ədalət etmişdir. Daha sonra qarşı tərəfin yanındakı oğlan fürsətdən, qarışıqlıqdan istifadə edib Ədaləti və Elmiri vurmağa başlamışdır. Qızlar qorxub qışqırdıqda o da davaya qarışıb aralamaq istəmişdir. Mübahisə zamanı nə o, nə də ki dostu Ədalət qarşı tərəfə yəni Zərərçəkmiş şəxs2 və ya onun dostuna əl qalrıdmamışlar. O, yalnız Zərərçəkmiş şəxs2 yanında olan şəxslə kanarda sözlə mübahisə etmişdir. Yalnız orada onlardan aralıda onların tanışı olan Elmir adlı şəxslə Zərərçəkmiş şəxs2 mübahisə etdiklərini və aralarında dava-dalaş olduğunu görmüşdür. Onların arasında olan mübahisəyə səbəb kimi Elmir ona “Xəqani” bağında olan zaman qızlara həmin şəxslər yaxınlaşarkən Elmirə həmin iki nəfər şəxsin söyüş işlətdiyini bildirmişdir. Qarışıqlıq yarandığı zaman binanın nəzarətçisi və digər şəxslərin gəldiyini görüb, o, dostu Ədaləti, Maşa və Aytacı götürüb həmin yeri tərk etmişdir. Daha sonra Elmir də onların arxasınca gəlmişdir. Bir qədər sonra Aytac qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt o, Elmirə pul verərək su almasını istəmişdir. Onlar qarşıda “Kontakt Home" mağazasının qarşısında dayanan zaman Elmir su alıb gətirmişdir. Ara sakitləşdikdən sonra Elmir Ədalət və ondan niyə görə dalaşmadıqlarını deyərək, onlarla mübahisə etməyə başlamışdır. Onlar Ədalətlə birlikdə qızları götürüb getmək istəyən zaman Elmir arxalarınca gəlmişdir. O, Maşanı götürüb avtobusla Bayıla getmişdir. Ədalət isə Aytac ilə metroya düşmüşdür. Elmirin hara getməsindən məlumatı olmamışdır. Təxminən hadisədən bir həftə sonra dostu ona zəng edərək. Xırdalan uşaqlarının onu axtardığını, bir nəfərin onların olduğu hadisədə onların dostunu bıçaqladığım bildirmişdir. O, da Elmirdən şübhələnib vatsapda soruşmaq üçün ona yazmışdır. O da səmimi şəkildə bıçaqladığım etiraf edib sözünün arxasında durduğunu bildirmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində "Star” market yaxınlığında olan arkanın içərisində Elmir adlı tanışları ilə həmin gün Zərərçəkmiş şəxs2 arasında olmuş mübahisə zamanı sonuncunun söyüş söyməsi səbəbindən baş vermişdir. Həmin vaxt Elmir ilə Zərərçəkmiş şəxs2 onlardan 10 metr aralıda arkanın içərisində təklikdə mübahisə edib, dava-dalaş etmişlər. Sonradan bilmişdir ki. Elmir əlində olan bıçaqla Zərərçəkmiş şəxs2 adlı şəxsə bıçaqla vurub xəsarət yetirmişdir. Mübahisə zamanı orada onlar dörd nəfər. Ədalət, o. Maşa və Aytac, yanlarında Zərərçəkmiş şəxs2 dostu, onlardan 10 metr aralıda isə Elmir adlı tanışları ilə Zərərçəkmiş şəxs2 olmuşlar. Sonradan səs-küyə tanımadıqları 4- 5 nəfər şəxs yaxınlaşmışdır. Elmirgilin arasında olan mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. O, hadisədə zamanı kiminsə bıçaqlandığının şahidi olmamışdır. Sonradan tanışı Elmir ona Zərərçəkmiş şəxs2 bıçaqladığım telefonda demişdir. Daha sonra göstərmişdir ki, onun üzərində kəsici- deşici alət olmamışdır. Kiminsə üzərində kəsicideşici alət olmasından məlumatlı deyildir. Hadisə zamanı o, heç kimlə dava-dalaş etməmiş, əlbəyaxa olmamışdır. Orada o, heç kimə müqavimət göstərməmişdir. O. hadisədən 2-3 gün əvvəl olarmış ki, Aytac adlı şəxsi dostu Ədalətin instaqramdan tanışı kimi tanımışdır. Onu üzdən tanısa da anket məlumatları haqqında heç bir məlumatı yoxdur. Həmçinin göstərmişdir ki. Maşa və Aytacdan hər hansı bir şəxsin onlara yaxmlaşıb- yaxmlaşmamasım soruşmamışlar. Yalnız tanışları Elmir onlara bu barədə bildirmişdir. O, Elmir adlı şəxsi 5-6 həftə əvvəl “Malakan” bağından tanımışdır. Yalnız aralarında salam-sağolu olmuşdur. Ədalətlə tanışlığını da sonradan bilmişdir. Lakin, Elmirin bıçaqladığı Zərərçəkmiş şəxs2 və dostunu əvvəllər tanımamışdır. O, Elmirin yolda üzərində dəmirə, bıçağa bənzər alət olduğunu görsə də mübahisədən sonra onun əlində bıçaq olduğunu görməmişdir. Güman edir ki. Elmir sonradan bıçağı harasa atıb, onların yanına gəlmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, sonradan adlarını bildiyi Elmir adlı şəxsi, Təqsirləndirilən şəxs və Şahid1, həmçinin Maşa (Mariya) və Aytac adlı adlı şəxsləri əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində o, dostu Zərərçəkmiş şəxs2 adlı şəxslə birlikdə Bakı şəhəri, Səbail rayonu, ‘'Xəqani Bağı” yaxınlığında dönər yeyib, sonra Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ilə “Sahil” metrostansiyası istiqamətinə gedən zaman svetoforun yanında iki nəfər şəxs dostu Elmirə yaxınlaşmışdır. Onlardan biri özünü “Ədiş”-dir yaşamaldan deyərək, Elmirə təqdim edib, dostu Elmirin belindən tutub, binanın arkasının içərisinə doğru aparmışdır. Ədiş adlı şəxs dostu Elmirə “guya qızlara söz atmısan deyib, niyə qılzara söz atmısan deyə" ondan soruşmuşdur. Dostu Elmir həmin vaxt “Ədiş” adlı şəxsə qızlara söz atmadığını bildirdikdə “Ədiş” yumruqla Elmirin sifətinə iki-üç dəfə zərbə vurmuşdur. Bu zaman o da, “Ədiş”in yanında olan sonradan adını bildiyi Şahid1 ilə söhbət etmişdir. Mübahisə zamanı “Ədiş” adlı şəxsin yanında olan digər şəxs, sonradan adını Elmir kimi eşitdiyi şəxs dostu Elmirin sağ ayağının arxa (omba) nahiyəsindən hansısa alətlə vurmuşdur. Bu vaxt Elmir yerə yıxılmışdır. Sonra onlar yanlarından uzaqlaşmışlar. Bundan sonra 2-3 nəfər tanımadığı kişilər onlara yaxınlaşmışdır. Onlardan dava-dalaş etmələrinin səbəbini soruşduqda dostu Elmir ayağa qalxmış və bu zaman Elmirin ayağından qan axdığını və xəsarət aldığını görmüşdür. Həmin vaxt bilmişdir ki, sonradan adını Elmir kimi eşitdiyi şəxs dostu Elmirə deşici alətlə xəsarət yetirmişdir. Lakin, Elmir adlı şəxsin əlində hər hansı bir alət və əşya olduğunu qaranlıq olduğundan görməmişdir. Onların mübahisələrinə səbəb guya dostu Elmirin Ədiş adlı şəxsin tanıdığı qızlara söz atmağı bildirməsi olmuşdur. Əslində isə dostu Elmir və o, həmin qızlara heç bir söz atmamışlar. Onu da qeyd etmişdir ki, sonra onlar oradan taksi ilə evə getmişlər. Daha sonra isə dostu Elmirin ayağından qan axmanı kəsmək mümkün olmadığı üçün KTM-in xəstəxanasına getdiyini bilmişdir. Həmin vaxt dostu Elmiri əvvəlcə “Ədiş” adlı şəxs sifətindən iki- üç yumruq zərbəsi ilə vurmuş, sonradan isə onun yanında olmuş Elmir kimi adını bildiyi şəxs Elmirin sağ ayağının arxa tərəfindən hansısa alətlə vurub, xəsarət yetirmişdir. O. həmin mübahisə zamanı Şahid1 ilə sözlə mübahisə etmişdir. O, İbrahimə müqavimət göstərməmişdir. Mübahisə zamanı orada qarşı tərəfdən 3 oğlan və 2 qız işitrak etmişdir. Mübahisə vaxtı yanlarında onlardan başqa kənar şəxslər olmamışdır, çünki onlar arkanın içərisində həyətin giriş hissəsindən irəlidə olmuşlar. Mübahisə yekunlaşdıqdan sonra yanlarına tanımadığı 3 kişi gəlmiş və dostu Elmirdən dava etmələrinin səbəbini soruşmuşdur. Onların arasında olan mübahisə təxminən 6-7 dəqiqə olmuşdur. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə ilə bağlı heç kimdən şikayəti və tələbi yoxdur. Xəsarəti olmadığı üçün ekspertizadan keçməkdən imtina etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 07 radələrində işlədəyi Bakı şəhəri, Səbail rayonu, Tarqovu ərazisində yerləşən “Green Area Bakıf-ya işə getmişdir. Həmin gün saat 20 radələrində işdən çıxaraq “Malakan” adlanan bağa gəzmək üçün getmişdir. “Malakan” bağında gəzdiyi zaman orada dostu Təqsirləndirilən şəxs qeyrirəsmi sevgilisi Aytacı (Emka ləqəbli) adlı qızı və Mariyanı (Maşa, Məryəm ləqəbli) görmüşdür. Həmin vaxt onlara iki nəfər oğlanın söz atdığını görüb, onlara tərs-tərs baxmışdır. Sonra kənardan onları izləmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Ədalət və dostu İbrahim “Xəqani“ (Malakan) bağına gəlib, qızlarla görüşmüşlər. Onlar bir qədər söhbət etdikdən sonra Ədalətgilin gec gəlməsi səbəbindən qızlarla mübahisələri yarandığından qızlar onlardan aralanıb qabaqda getməyə başlamışlar. Onlar gedən zaman o, Ədalətgilə yaxınlaşıb onlarla görüşmüşdür. Həmin vaxt Ədalətgilə gəlməmişdən qabaq qızlara iki nəfər Xırdalanda yaşayan uşaqların sataşdığını bildirmişdir. Həmin şəxslərin qızların yenidən arxasıyca getdikləri Ədalət və İbrahimə demişdir. Bu zaman həmin şəxslərin qızlara sataşmasının aydınlaşdırmaq üçün onlar birlikdə həmin şəxslərin getdiyi istiqamətdə yəni, “Sahil” metrosuna tərəfə getmişlər. Bakı şəhəri Səbail rayonu Ü.Hacıbəyov küçəsində yerləşən “Star” marketə çatmamış oğlanların qabaqda onların tanışı olan Maşa və Aytac adlı qızların isə arxalarınca getdiyini görmüşlər. Qızlar həmin oğlanların arxasında olduqları üçün və onların qarşılarını kəsdiyi üçün həmin şəxsləri əvvəlcə görməmişlər. Daha sonra o, həmin oğlanlardan birinin buruq saç olduğunu deyəndə qızların qarşısında həmin əlamətə uyğun birinin getdiyini, iki nəfər olduqlarını görmüşlər. Artıq əmin olmuşlar ki, həmin şəxslərdir. Ədalət, İbrahim və o, qabaqda gedərək həmin oğlanlarla görüşmüşlər. Ədalət əlini onlardan birinin yəni, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 və yanında olan dostu, sonradan adını bildiyi Taleh adlı şəxsin çiyninə qoyub, onları kənara, yəni binanın arkasından həyətə doğru dəvət etmişdir. Daha sonra Ədalət özü buruq saç olan Zərərçəkmiş şəxs2 sonradan adını bildiyi Taleh adlı şəxsin də qoluna girib məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdur. Bundan sonra hamısı arkaya yaşayış sahəsinə doğru daxil olmuşlar. Həmin vaxt Ədalət qızları tanıyıb-tanımadıqlarını oğlanlardan soruşmuşdur. Onlar cavab verməmiş Ədalət yumruqla əvvəlcə Zərərçəkmiş şəxs2 daha sonra dostu Talehə zərbə vurub dalaşmağa başlamışdır. Həmin vaxt Elmir Təqsirləndirilən şəxslə dava-dalaş etmiş, bu vaxt Taleh ilə İbrahim kənarda sözlə mübahisə etmişlər. Həmin vaxt Ədalət bir anlıq Zərərçəkmiş şəxs2la yerə yıxılmağa başladıqda ona Zərərçəkmiş şəxs2 bıçaqla vurmağını ondan tələb etmişdir. Bu zaman o. Ədalətin sözünə qulaq asıb. Zərərçəkmiş şəxs2 arxa yan hissəsindən üzərində gəzdirdiyi suviner bıçaqla bir dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Sonra onlar, birlikdə oradan uzaqlaşmışlar. Bir qədər sonra Aytac qorxduğu üçün özünü pis hiss etmişdir. Həmin vaxt İbrahim ona pul verərək su almağını istəmişdir. Onlar qarşıda "Kontakt Home’ mağazasının qarşısında dayanan zaman o, su alıb gətirmişdir. Ara sakitləşdikdən sonra İbrahim ilə birlikdə qızları götürüb getmək istəyən zaman o, arxalarınca getmişdir. İbrahim tanışı Maşa ilə, Ədalət isə Aytac ilə metroya düşmüşdür. O da metro ilə yoluna davam etmişdir. Bir həftə sonra İbrahim ona vatsapda yazmış, o da səmimi şəkildə Zərərçəkmiş şəxs2 bıçaqladığıııı etiraf edib sözünün arxasında durduğunu İbrahimə bildirmişdir. Hadisə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Səbail rayonu Ü.Hacıbəyov küçəsində “Star” market yaxınlığında olan arkanın içərisində baş vermişdir. Belə ki. Ədalət özü buruq saç olan Zərərçəkmiş şəxs2 sonradan adını bildiyi Taleh adlı şəxsin də qoluna girib qızlara sataşma məsələni öyrənmək üçün problemin nə olduğunu soruşmuşdur. Bundan sonra hamısı arkaya yaşayış sahəsinə daxil olmuşlar. Həmin vaxt Ədalət qızları tanıyıb-tanımadıqlarını oğlanlardan soruşmuşdur. Onlar cavab verməmiş Ədalət yumruqla əvvəlcə Zərərçəkmiş şəxs2 daha sonra dostu Talehə zərbə vurub dalaşmağa başlamışdır. Həmin vaxt Elmir Təqsirləndirilən şəxslə dava-dalaş etmişdir. Bu zaman Taleh ilə İbrahim kənarda sözlə mübahisə etmişlər. Həmin vaxt Ədalət bir anlıq Zərərçəkmiş şəxs2la yerə yıxılmağa başladıqda ona Zərərçəkmiş şəxs2 bıçaqla vurmağımı tələb etmişdir. Bu zaman Ədalətin sözünə qulaq asıb. Zərərçəkmiş şəxs2 arxa yan hissəsindən üzərimdə gəzdirdiyi suviner bıçaqla bir dəfə zərbə vurub ona xəsarət yetirmişdir. Sonra İbrahimə kömək etmək üçün Talehin də ayağına təpik zərbəsi vurub, onların ikinisində yerdə olduqlarını görüb, birlikdə oradan uzaqlaşmışlar. Həmin mübahisə təxminən 5-6 dəqiqə davam etmişdir. Həmin mübahisə zamanı Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirmişdir. Onun üzərində kəsicideşici alət olan suvenir bıçaq olmuşdur. Kiminsə üzərində kəsici-deşici alət olmasından məlumatlı deyildir. O. Xəqani bağında həmin şəxslərin qızlara söz atdığını görüb sonradan Ədalətgilə bildirmişdir. O. həmin şəxsləri əvvəllər tanımamışdır. Ədalət onun üzərində bıçaq olduğunu bilmişdir. Həmin mübahisə Zərərçəkmiş şəxs2 qızlara sataşdığı üçün Ədalətlə aralarında baş vermiş və sonradan dava-dalaşa çevirilmişdir. Onları da ilk vuran Ədalət olmuşdur. İbrahim həmin vaxt Zərərçəkmiş şəxs2 əl qaldırmamışdır. O. üzərində gəzdirdiyi suvenir bıçağı Sədərək Ticarət mərkəzindən 1 il bundan əvvəl işdə dekor hazırlamaq üçün lazım olduğuna görə 6 manata almışdır. Üzərində gəzdirmək səbəbi isə işdə istifadə etdiyi üçün olmuşdur. Həmin bıçağı hadisədən təxminən 10-15 gün sonra Kürdəmir rayonuna getdiyi vaxt yerə avtomobildən yolun kənarına tullamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə-tibbi ekspertizasının” 11 iyun 2024-cü il tarixli 276 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər qarnın ön divarının 1 (bir) ədəd qarın boşluğuna nüfuz etməyən,sol qaş nahiyəsinin 1 (bir) ədəd və sol budun ortal/3-nin bayır səthinin l(bir) ədəd deşilmiş-kəsilmiş yaraları kəsicideşici xarakterli alətin(alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə-tibbi ekspertizasının” xx.xx.2024-cü il tarixli 277 nömrəli ekspert rəyindən görünür ki. Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər -sol budun yuxarı 1/3-nin arxa səthinin l(bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş “məhkəmə tibbi ekspertizasının” 11 mart 2024-cü il tarixli 113 nömrəli ekspert rəyindən görünür ki. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdənsağ göz orbitası ətrafının qançırı, burun sümüyünün yerini dəyişən ikili sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 04 mart 2024-cii il tarixində kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə burun sümüyün yerini dəyişən ikili sınığı ilə müşayiət olunan burunun yumşaq toxumalarının şişkinliyi və qançırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, sağ göz orbitası ətrafının qançırı isə sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlərdən-sağ sağrının deşilmiş-kəsilmiş yarası deşici-kəsici xarakterli alətin bir zərbəsinin təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cii il tarixində, kənar şəxs tərəfindən qeyd olunan nahiyəyə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbən olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı təyin edilmiş 14 aprel 2025-ci il tarixli, 3/194 saylı “məhkəmə-portret” ekspertizasının rəyinə əsasən, Videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün müqayisəli tədqiqat üçün zəruri olan bir sıra element və əlamətlərinin tam və aydın əks olunmadığı müəyyən olundu, bu da eyniləşdirmə tədqiqatı zamanı qəti nəticəyə gəlməyə imkan vermir. Qismən əks olunmuş element və əlamətlərin məcmusu eyniləşdirmə tədqiqatı zamanı yalnız ehtimal formada nəticəyə gəlməyə imkan verir. Tədqiqata təqdim edilmiş videogörüntüdən çıxarılmış fotoşəkillərdə əks olunmuş kişi cinsli şəxsin xarici görünüşünün qismən əks olunmuş element və əlamətləri Təqsirləndirilən şəxs dair eksperimental və məhkəmə zalında müxtəlif tarixlərdə çəkilmiş videogörüntüdələrdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüşünün bir sıra element və əlamətlərinə uyğun gəlir. Tədqiqata əqdim edilmiş videogörüntüdən çıxarılmış fotoşəkil Təqsirləndirilən şəxs dair eksperimental və məhkəmə zalında müxtəlif tarixlərdə çəkilmiş videogörüntüdələrdən çıxarılmış fotoşəkillərdə eyni bir şəxsin əks olunması istisna olunmur. “Üzləşdirmə” protokolundan görünür ki, keçirilmiş üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 göstərilən ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək bir daha təsdiq etmişdir. 15 mart 2024-cü il tarixli “hadisə yerinə baxış protokolu” ilə müəyyən edilmişdir ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən “Star” adlı ərzaq mağazasının yanında küçə ilə yaşayış məhəlləsini birləşdirən tağın altı olmaqla ictimai yer hesab olunur. 28 may 2024-cü il tarixli “hadisə yerinə zərərçəkmiş Zərərçəkmiş şəxs3 iştirakı ilə keçirilmiş baxış protokolu” ilə müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Troya” klubunun qarşısı olmaqla ictimai yer hesab olunur. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 20 may 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Səbail rayon prokurorluğundan daxil olmuş 27 dekabr 2024-cü il tarixli, l(009)-280/2024 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, Təqsirləndirilən şəxs Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aparılaraq 16 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının hissəvi rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətlərini hansı şəraitdə və hansı hadisə nəticəsində almasının müəyyən edilməsi üçün materialdan ayrılmış material daxili işlər orqanları tərəfindən araşdırma aparılmasının təmin edilməsi məqsədilə aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunlann icrasına nəzarət idarəsinə göndərilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünü ittihamlar üzrə təqsirli bilməyərək zərərçəkmiş şəxslərə xəsarət yetirməməsi, eyni zamadan video görüntülərdə olan şəxsin onun olmaması və özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Belə ki, müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, həmçinin məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, istintaq hərəkəti protokolları, iş materiallarında olan video görüntü, həmin video görüntü ilə bağlı alınmış ekspert rəyi, o cümlədən zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri, eyni zamanda Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsi və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3, 349.4, 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma başa düşülür. Həmin maddənin 127.2.3-cü bəndinə əsasən ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə başa düşülür və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə dilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında"Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qayaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, video görüntüləri və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, onların şikayət və tələblərinin olmamasını, gənc olmasını, sözlərindən özünün ürək xəstəsi və anasının da xəstəlikdən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən isə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. 21 may 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Səbail RPİ-nin MSY-nə yerləşdirilmişdir. Səbail Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 may 2024-cü il tarixdən hesablanmaqla 2 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilərək ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Səbail Rayon məhkəməsinin xx.xx.2024-cü tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Eyni zamanda Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci madəsi ilə təqsirli bilinərək 9 ay 26 gün müddətinə, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 180.1-ci madələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2,66.5 və 69.3-cü maddələri tətbiq edilməklə 1 il 11 ay 8 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs üzərində 8 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmçinin Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Baki Apeiiyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 1(103)- 456/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1 və 180.1-d maddələri ilə təqsirli bilinməsinə dair xx.xx.2023-cü ü tarixli 1(008)-881/2023 nömrəli hökmü apeiiyasiya protestinə müasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 180.1-d maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azaldılaraq 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası həddində müəyyən edilmiş, Cinayət Məcəlləsinin 66.2-d maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 221.1-ci maddəsi iiə təyin edilmiş 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırki qərarla Cinayət Məcəlləsinin 180.1-d maddəsi iiə müəyyən edilmiş 01 ii 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqia Təqsirləndirilən şəxs 01 il 09 əy müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-d maddəsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-175/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki qərar üzrə müəyyən edilmiş 01 ii 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqia Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayə Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ümumilikdə 07 ay 21 gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 01 il 03 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 ii müddətə azadlığın məhdudlaşdırıllması cəzasından çıxılmış və üzərində 08 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apeiiyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 1(103)- 456/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş 08 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının heç bir hissəsi onun tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Bu səbəbdən məhkəmə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 1(103)-456/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay (on səkkiz) 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs cəza təyin olunmasını məqəsəduyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və onların şikayətçi olmamalarını, əvvəllər də analoji cinayətlərin törədilməsinə görə məhkum olunmasını, həmçinin hal-hazırda çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının olmasını, habelə cəzanı yüngüləşdirən halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.5ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzasının əvvəlinin Səbail rayon Məhkəməsinin qərarına əsasən 10 may 2024-cü il tarixdən hesablanmasını və barəsində seçilmiş həbs növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci və 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə maddi sübut qismində tanınmış 01 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, iş üzrə 64 manat dəyərində məhkəmətrasoloji ekspertizası, 320 manat dəyərində məhkəmə-portret ekspertizasının dəyərinin Təqsirləndirilən şəxs tutulmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının 1(103)-456/2024 saylı 14 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 04 (dörd) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hesab edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 21 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış 01 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının dəyəri 64 (altmış dörd) manat, məhkəmə-portret ekspertizasının dəyəri 320 (üç yüz iyirmi) manat, ümumlikdə 384 (üç yüz səksən dörd) manatın Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 385 (üç yüz səksən beş) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-41/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-41/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver