Məhkəmə qərarları › İş №1(009)-42/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-42/2020

16.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-42/2020 16.03.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X10 və Mərkəz Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, sürücü kimi fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1951-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, "xxxxxxx" MMC-də mühəndis vəzifəsində işləyən, Ağsu rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində idarə etdiyi “Kamaz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/44 ünvanında “xxxxxxx” MMC tərəfindən inşa olunan “X16” yüksək mərtəbəli yaşayış binasının tikinti sahəsinə gətirdiyi kərpicləri boşaltmaqdan ötrü həmin yaşayış kompleksinin giriş hissəsindən həyətə doğru arxa istiqamətə hərəkət etdiyi zaman yük avtomobilinin sürücüsü kimi normativ sənədin - “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbinə əsasən arxa tərəf pis müşahidə olunduğu halda avtomaşının hərəkətini təşkil edən şəxs tələb etməli, avtomaşını arxaya verməzdən əvvəl yaxınlıqda insan və ya digər maneə olmadığna əmin olmalı olduğu halda, qeyd olunan tələblərə əməl etməyərək, idarə etdiyi yük avtomobili ilə tikinti sahəsinə gətirdiyi kərpiclərin boşaldılması üçün avtomobilin arxa tərəfində hər hansı maneənin olmadığına tam əmin olmadan avtomobili arxa istiqamətdə hərəkətə gətirməklə avtomobilin arxa tərəfində dayanmış “xxxxxxx” MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs Ələfsər oğlunun idarə etdiyi avtomobillə binanın divarına bərkidilmiş yük qaldırıcı qurğunun dəmir materialdan olan ferması arasında sıxılıb qalmaqla, ehtiyatsızlıqdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların onurğayanı, sol V, Vİ, Vİİ qabırğaların orta körpücük xətlər üzrə yerdəyişmiş sınıqları, hər iki ağciyərin aşağı payının geniş ölçülü cırılmaları və kəskin daxili qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin qapalı küt travması, sağ bazunun orta, sol bazunun yuxarı 1/3-nin yerdəyişmiş qapalı sınıqları, təpə nahiyəsinin əzilmiş yarası, sol əl pəncərəsinin natamam amputasiyası - əl-daraq sümüklərinin çoxqəlpəli açıq sınığı və əl pəncəsinin geniş ölçülü əzilmiş-didilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, hər iki ağciyərin cırılmaları nəticəsində törənmiş kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması xəsarətindən ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/ 44 ünvanında “X16” layihəsi üzrə yüksək mərtəbəli yaşayış binasını inşa edən “xxxxxxx” MMC-də xx xxxxxx 2018-ci il tarixdən mühəndis vəzifəsində işləməklə cəmiyyətin rəhbərliyi tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq normativ sənədlərin - “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.4 bəndinin tələblərinə əsasən, tikinti sahəsində avtomobil arxaya hərəkət edən zamanı təhlükəsizliyin təmin ediməsi üçün həmin sahədən işçilərin kənara uzaqlaşmasını, siqnalçı fəhlə ayrılmasını təmin etməli və hərəkətin nizamlamasını təmin etməli olan həmin fəhlənin müşahidə yerini müəyyən etməli olduğu halda, qeyd olunan tələblərə əməl etməyərək, xx xxxx 2019-cu il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə qeyd olunan binanın tikinti sahəsinə gətirdiyi kərpicləri boşaltmaqdan ötrü həmin yaşayış kompleksinin giriş hissəsindən həyətə doğru arxa istiqamətə hərəkət etdiyi zaman avtomobilin hərəkət etdiyi təhlükəli yerdən bütün işçilərin kənara uzaqlaşmasını və siqnalçı fəhlənin ayrılmasını təmin etməyib texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozaraq, nəticədə həmin avtomobilin arxa tərəfində dayanmış “xxxxxxx” MMC-də fəhlə işləyən Zərərçəkmiş şəxs Ələfsər oğlunun avtomobillə binanın divarına bərkidilmiş yük qaldırıcı qurğunun dəmir materialdan olan ferması arasında sıxılıb qalmaqla, sonuncunun ehtiyatsızlıqdan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların onurğayanı, sol V, Vİ, Vİİ qabırğaların orta körpücük xətlər üzrə yerdəyişmiş sınıqları, hər iki ağciyərin aşağı payının geniş ölçülü cırılmaları və kəskin daxili qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin qapalı küt travması, sağ bazunun orta, sol bazunun yuxarı 1/3-nin yerdəyişmiş qapalı sınıqları, təpə nahiyəsinin əzilmiş yarası, sol əl pəncərəsinin natamam amputasiyası - əl-daraq sümüklərinin çoxqəlpəli açıq sınığı və əl pəncəsinin geniş ölçülü əzilmiş - didilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb, hər iki ağciyərin cırılmaları nəticəsində törənmiş kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması xəsarətindən ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2012-ci ildən “Kamaz 5320” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə sifarişlər əsasında müxtəlif yükləri daşıyaraq ailəsini dolandırır. xx xxxx 2019-cu il tarixdə ona “xxxxx” MMC-dən Elçin müəllim zəng edərək növbəti gün səhər saatlarında Bayıl qəsəbəsinə sifariş olacağını bildirmişdir. Buna görə də, o, xx xxxx 2019-cu il tarixdə axşam saat 20 radələrində Müşfiq qəsəbəsinə getmiş və həmin vaxtı 3030 ədəd qırmızı kərpic növbə rəisi Səbuhinin yanında yük maşınına doldurulmuşdur. Ona eyni zamanda, yüklərin daşınması üçün Elçin müəllim əlaqə saxlanılması üçün Toğrul adlı şəxsin ***-***-**-** əlaqə nömrəsini verərək, onunla əlaqə saxlamağını və yükün Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/44 ünvanına çatdırılmalı olduğunu bildirilmişdir. O da həmin gün axşam saatlarında Toğrul adlı şəxslə telefonla danışmış və Toğrul ona səhər saat 07-08 radələrində tikinti obyektində gözləyəcəyini bildirmişdir. Növbəti gün saat 07 radələrində ona deyilən ünvana gəlmişdir. Həmin ünvanın yaxınlığında yük avtomobilini saxladıqdan sonra, tikinti aparılan binaya orada işləyən şəxslərin və Toğrul adlı şəxsin gəlməsini gözləmişdir. Təxminən saat 09 radələrində həmin yeni tikilən binaya orada işləyən fəhlələr və digər işçilər gəlməyə başlamışdır. Eyni zamanda Toğrul adlı şəxs də idarə etdiyi ağ rəngli “Toyota Prado” markalı avtomobillə həmin binanın qarşısına gəlmiş və onun idarə etdiyi avtomobilin yolun kənarında gözlədiyini gördükdən sonra, ona yaxınlaşıb, avtomobilin arxa hissəsini həmin yeni tikilinin darvazasından içəriyə salmasını bildirmişdir. O, Toğrula maşını saxladığı yerdən kərpiclərin fəhlələr tərəfindən daşımasını xahiş etsə də, Toğrul ona avtomobilin arxa hissəsini binanın giriş darvazasından həmin yeni tikili binanın həyətinə salmağını təkid etmiş və maşının içəri salmasında işçilər tərəfindən ona istiqamət veriləcəyini digər demişdir. Bundan sonra, işçilərdən bir nəfər “Kamaz 5320” markalı yük maşının dayandığı yolun hərəkət hissəsində digər avtomobillərin qarşısını kəsərək, avtomobillərin hərəkətini dayandırmış və ona Toğrul adlı şəxs göstəriş vermişdir ki, avtomobilin arxa hissəsini açılmış darvazadan həyətin içərisinə salsın. O, avtomobili hərəkətə gətirib, həmin yük avtomobilini ensiz küçədən açılmış darvazadan keçməklə içəri girə bilməsi üçün 3-4 dəfə arxaya və önə dönməklə hərəkət etdirərək düzəltmiş və düz istiqamətdə arxaya verəndə Toğrul ona avtomobili arxaya verməsini bildirmişdir. Bundan başqa, yolu kəsən sol tərəfində dayanan fəhlə də ona əli ilə avtomobili arxaya verməyi işarə etmişdir. O, avtomobili düzünə arxaya hərəkətə gətirərək darvazadan binanın həyətinə salmağa başlamış və yan güzgülərdən arxaya baxanda arxada heç kimi görməmişdir. Binanın həyət hissəsi yoldan daha hündürdə yerləşdiyindən arxa hissəsi yuxarıya doğru qalxmağa başlamış və təxminən 3-4 metr avtomobili içəri verdikdən sonra, Toğrul “neynədin” deyə qışqırıb, əli ilə ona avtomobili saxlamağı bildirmişdir. O, dərhal avtomobilin hərəkətini dayandırıb, avtomobildən düşərək, binanın həyətinə baxanda görmüşdür ki, idarə etdiyi “Kamaz”ın arxasında fəhlələrdən bir nəfər yıxılıb, qolu da qırılaraq qan içindədir və həmin fəhlə ayağa durmaq istəyəndə, yenidən yıxılmışdır. Dərhal Toğrul digər bir fəhlə ilə həmin yıxılan şəxsi yaxınlıqda saxladığı “Toyota Prado” markalı avtomobilinə mindirib, həmin şəxsə tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı təcili tibbi yardım stansiyasına aparmışdır. O, həyəcanlı şəkildə idarə etdiyi “Kamaz” markalı avtomobilin içərisində gözləmişdir. Təxminən yarım saatdan sonra həmin hadisə baş verən yerə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər və ona məlum olmuşdur ki, idarə etdiyi “Kamaz” markalı yük maşını ilə vurduğu şəxs, yəni Zərərçəkmiş şəxs Ələfsər oğlu vəfat etmişdir. Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, onunla “xxxxx” MMC və ya “xxxxxxx” MMC arasında əmək müqaviləsi bağlanmamış, fərdi qaydada yük daşıma işi ilə məşğul olur, idarə etdiyi “Kamaz 5320” markalı ** BD *** dövlət nömrə nişanlı yük maşınını sürərək “Bayıl Marina” yaşayış kompleksinin həyətinə girdiyi zaman ona Şahid2 başqa nəzarət edən və göstəriş verən başqa şəxs olmamış, həmin vaxtı avtomobilinin arxa hissəsini görmək imkanı olmamış və buna görə də avtomobili içəri sürdüyü anda kənardakı şəxslərin əl hərəkətlərinə və sözlərinə fikir verib, avtmobili tikinti sahəsinə sürdüyünü, fəhlə Zərərçəkmiş şəxs həmin yeni tikilinin darvazasanı açarkən gördüyünü, idarə etdiyi yük maşınını “Bayıl Marina” yaşayış kompleksinin həyətinə sürməmişdən öncə ona hər hansı təlimatlandırılma keçirilməmişdir. Törətdiyi əmələ görə səmimi peşmançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxsin ailəsinə maddi yardım göstərməsini, hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və ona qarşı şikayətinin, tələbinin və mülki iddianın olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2018-ci ilin fevral ayından onunla icraçı direktor Şahid3 arasında bağlanmış əmək müqaviləsi əsasında “xxxxxxx” MMC-də mühəndis vəzifəsinə təyin edilmişdir. 2018-ci ilin fevral ayından, yəni o, işə götürüldüyü vaxtdan “xxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/44 ünvanında “Bayıl Marina” yaşayış kompleksinin inşasına başlanılmışdır. O, “Bayıl Marina” yaşayış kompleksinin inşa olunduğu müddətdə həmin yaşayış kompleksində yeganə mühəndisdir və ondan başqa həmin tikintidə heç kim mühəndis işləmir. O, həmin tikintidə işləyən bütün usta və fəhlələrin işləri görməsinə və tikinti-qurşadırma işlərinə nəzarət edir. Onun əsas vəzifəsi görülən işlərin binanın təsdiq edilmiş layihəyə uyğunluğunu həyata keçirməkdən ibarətdir. Eyni zamanda binada işləyən şəxslərin təhlükəsizliyinin təmin olunmasından ötrü şirkətin rəhbərliyindən qoruyucu vasitələrlə təchiz edilməsini tələb etmiş və satış işlərinə baxan Həbib və Turan adlı şəxslər bunu təşkil etmiş, işçiər də həmin paltar və ləvazimatlarla təmin olunurdular. Lakin həmin binanın tikilməsinə hörgü-suvaq işləri başlayandan, yəni 2019-cu ilin yanvar ayından Toğul Hacıyev rəhbərlik etmişdir. Bütün işlərin görülməsini işçilər həmin şəxsin göstərişi ilə icra etmişlər. Belə ki, Toğrul tikinti materiallarının alınmasını, daşınmasını və binaya gətirilərək, yuxarı mərtəbələrə qaldırılmasını təşkil etmiş və o, həmin işlərə qarışmamışdır. Eyni zamanda, işçilərin əmək haqqını da briqadirlərə Toğrul vermişdir. Toğrulun rəhbərliyi ilə hörgü suvaq işlərini İlhamın təşkil etdiyi 6 nəfər usta və 6 nəfər fəhlələrdən ibarət briqada həyata keçirmişdir. Ümumilikdə “Bayıl Marina” yaşayış kompleksinin tikinti şirkətinin direktoru Şahid3 olsa da, faktiki tikinti işlərinin gedişatına, tikintidə binanın layihəyə uyğun işlərin aparılmasına Əli müəllim rəhbərlik etmiş və mərtəbələrin təhvil verilməsinin hesabatını o, Əli müəllimə bildirmişdir. Əli onu və digər əsas işçiləri də faktiki işə təyin eləmişdir. Əli müəllim işin gedişatında binada çatmamazlıqların aradan qaldırılması barədə daima ona göstəriş vermişdir. Zərərçəkmiş şəxs Ələfsər oğlu 2019-cu ilin may ayından qeyd olunan tikintidə fəhlə kimi işləməyə başlamışdır. Onun əsas işi tikinti materiallarının yük maşınından boşaldılması, daşınması və qaldırılmış yüklərin boşaldılmasından ibarət olmuşdur. Eyni zamanda, digər yardımçı işlərə də cəlb olunmuşdur. Zərərçəkmiş şəxs “xxxxxxxx” MMC-də fəhlə kimi işə düzəlmiş və fəhlə kimi ona verilən tapşırıqları yerinə yetirmişdir. O, təbiətcə sakin bir insan olmuş və heç kimlə dava-dalaşı olmamışdır. Zərərçəkmiş şəxs əsasən fəhlə kimi işi tikinti materiallarını yük maşınlarından tikinti ərazisinə və ya qaldırıcı qurğulara boşaltmaqdan ibarət olmuşdur. Ona birbaşa nəzarəti isə Şahid2 etmişdir. Hadisə baş verən günü, yəni xx xxxx 2019-cu il tarixdə səhər saat 08:10 radələrində o, işə gəlmiş və işə gələndə görmüşdür ki, iş yeri olan “Bayıl Marine” yaşayış binasının giriş darvazasının qarşısında “Kamaz”markalı yük maşını binaya kərpic gətirib və kərpiclə yüklənmiş həmin yük maşını işçilərin gəlməsini gözləyir. O, işə gələndə Toğrul artıq işə gəlmişdi. Toğrul bənna kimi işə götürülsə də, faktiki olaraq tikinti materiallarının alınmasına, hörgü suvaq işlərinin görülməsinə Toğrul, rəhbərlik etdiyinə görə sonuncuya bildirmişdir ki, həmin yük maşınını “Bayıl Marina” yaşayış kompleksinin həyətinə salmaqdan ötrü əsas yolun hərəkətini dayandırıb, yük maşının həyətə girməsinə şərait yaratsın. Toğrul da onun yanında Mikayıl adlı fəhləyə yolu bağlamağı tapşırmışdır. Bu işi Toğrula bildirdikdən sonra, memarlıq layihəsini götürüb, 13-cü mərtəbəyə qalxmış və təxminən 15-20 dəqiqə sonra binanın həyətində səs-küy eşidib, dərhal aşağı düşüb, görmüşdür ki, Yusiflə Mikayıl yaralanmış vəziyyətdə olan Fazili qucaqlarında Toğrulun “Toyota Prado” markalı avtomobilinə yerləşdirmişlər. Toğrul da dərhal avtomobilə minib, sürüb həmin şəxsi xəstəxanaya aparmışdır. O, Yusiflə Mikayıldan nə baş verdiyini soruşduqda, Mikayılla Yusif ona yük maşınının sürücüsü avtomobili arxaya sürərək “Bayıl Marina” yaşayış binasının həyətinə salmaq istədikdə anidən sürətlə daxil olduğunu və yaşayış binasının həyətində Zərərçəkmiş şəxs maşınla vurduğunu bildirmişlər. Təxminən yarım saatdan sonra isə hadisə yerinə polis və prokurorluq işçiləri gəlmişlər. Təqsirləndirilən şəxs1 məhkəməyə verdiyi ifadəsində Toğrulun bir gün əvvəl Mikayılla Fazilə səhər saatlarında gəlib, yük maşını ilə gələcək kərpicləri boşaltmağı tapşırdığını, həmin gün hər iki fəhlənin səhər saat 8-dən işə gəldiyini, lakin Toğrulun fəhlə Zərərçəkmiş şəxs yük avtomobilini içəriyə salmağı tənzimləməyi tapşırmasından onun xəbəri olmadığını, həmin hadisə baş verən ana qədər həmin tikintidə ondan başqa mühəndis olmadığını, həmin gün Zərərçəkmiş şəxs heç bir göstəriş vermədiyini, hadisə baş verənə qədər Zərərçəkmiş şəxs Ələfsər oğlunun və onunla birgə işləyən digər fəhlələrin əməyin mühafizəsi qaydalarının qorunması və təhlükəsiz iş şəraitinin yaradılması üçün həmin şəxslərə xüsusi geyimlərdə işləmələrini və ehtiyatlı davranmaları barədə şifahi xəbərdarlıq etdiyini, onun tərəfindən Zərərçəkmiş şəxs Ələfsər oğluna təhlükəsizlik texnikasına dair təlimatlandırma keçirilmədiyini, hadisə baş verən günü Toğrula həmin yük maşınını müşayiət edərək, binanın həyətinə salmasına nəzarət etməsini bildirdiyini, lakin Toğrulun işlərinə müdaxilə etmədiyinə görə, həmin yük maşınının “Bayıl Marina” yaşayış kompleksinin həyətinə daxil olarkən fəhlələrə bu istiqamətdə göstəriş verməmişdir. Təhlükəsizlik texnikası ilə bağlı ona bir mühəndis kimi işçilərə müvafiq təlimat keçmək həvalə olunmamışdır. O əlavə etmişdir ki, hadisə baş verənə qədər tikintidə ondan başqa mühəndis, iş icraçıları və təhlükəsizlik texnikası ürə mühəndis olmamış, hadisə baş verən zamanda da təhlükəsizlik texnikası üzrə mühəndisin vəzifələrini icra edən şəxs təyin olunmamışdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Buna baxmayaraq “xxxxxxx” MMC-nin mühəndisi kimi Zərərçəkmiş şəxs Ələfsər oğlunun ölməsində onun təqsiri yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Ələfsər oğlu onun əri olmuşdur. 2019-cu ilin may ayından Fazil “xxxxxxx” MMC-yə məxsus tikinti şirkətində fəhlə işləmişdir. Həmin tikinti şirkəti Səbail rayonu, Bayıl qəsəbəsində yeni tipli binanın tikintisini həyata keçirmişdir. Həyat yoldaşı isə qeyd edilən binada fəhlə kimi işləmiş, hər gün səhər 08:30 radələrində çıxıb işə getmişdir. xx xxxx 2019-cu il tarixdə evdən daha tez çıxmış və bildirmişdir ki, tikinti sahəsinə kərpic gətirələcək, həmin kərpici boşaltmaq lazımdır. Həmin gün saat 10 radələrində o, evdə olarkən oğlu Vidadi istifadəsində olan mobil telefona zəng edərək atasının iş zamanı xəsarət aldığını, Funikulyorun yaxınlığında təcili tibbi yardımın avtomaşında olduğunu, təcili gəlməsini demişdir. Daha sonra oğlu onun mobil nömrəsinə yenidən zəng edərək bir mobil nömrə vermiş və həmin nömrəyə zəng etməyi söyləmişdir. O da həmin mobil nömrəyə zəng etmiş və bir nəfər kişi telefona cavab verərək, onun Fazilin arvadı olduğunu bildikdən sonra, həmin şəxs ona telefonda Zərərçəkmiş şəxs dünyasını dəyişdiyini bildirmişdir. Daha sonra ona məlum olmuşdur ki, ərinin meyiti morqa aparılmış və orada müayinə olunduqdan sonra onlara təhvil verilmişdir. Həmin gün həyat yoldaşının meyitini Şəki rayonu, Bideyiz kəndinə apararaq, kəndin qəbirstanlığında dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı şikayət, tələbi və iddianın olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş və təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2017-ci ilin dekabr ayından Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42,/44 ünvanında “Bayıl Marina” yaşayış kompleksinin inşasını həyata keçirən “xxxxxxx” MMC-yə direktor təyin edilmişdir. O, eyni zamanda, tikinti materiallarının satışı ilə məşğul olduğuna görə Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/44 ünvanında “Bayıl Marina” yaşayış kompleksinin inşasını həyata keçirən “Bayıl Marina” şirkətinə faktiki olaraq rəhbərlik etməmişdir. O, tikinti işlərinin ümumi rəhbərliyinin həyata keçirilməsinə ona köməklik etmək məqsədilə Şahid8 etibarnamə təqdim etmiş və həmin etibarnamə əsasında, Şahid8 bilavasitə tikinti quraşdırma işlərinə nəzarət etmiş və satış işlərinə baxmışdır. Bundan başqa, 2018-ci ilin fevral ayından onunla Təqsirləndirilən şəxs1 arasında bağlanmış əmək müqaviləsi əsasında sonuncu “xxxxxxx” MMC-də mühəndis vəzifəsinə təyin edilmişdir. Təqsirləndirilən şəxs1 “Bayıl Marina” yaşayış kompleksinin inşa olunduğu müddətdə həmin yaşayış kompleksində yeganə mühəndis olmuş və ondan başqa həmin tikintidə heç bir mühəndis, baş mühəndis, iş icraçısı, texniki təhlükəsizlik üzrə mühəndis vəzifələrin icra edən işləməmişdir. Həmin tikintidə işləyən bütün usta və fəhlələrin işləri görməsinə və tikinti-qurşadırma işlərinə Təqsirləndirilən şəxs1 nəzarət edirdi. Onun əsas vəzifəsi görülən işlərin binanın təsdiq edilmiş layihəyə uyğunluğunu həyata keçirməkdən ibarət olmuşdur. Eyni zamanda, tikintidə hörgü suvaq işlərini bilavasitə görülməsinə və təhvil verilməsinə İlham rəhbərlik etmişdir. İlhamın eyni zamanda hörgü və suvaq işlərinə fəhlə və usta kimi cəlb etdiyi şəxslər olmuşdur. Həmin şəxsləri o, “xxxxxxx” MMC-yə işə götürmüş və Zərərçəkmiş şəxs Ələfsər oğlunu da fəhlə kimi İlham işə dəvət etmişdir. Fəhlə Zərərçəkmiş şəxs əsasən tikinti ərazisinə gətirilən yüklərin boşaldılması və digər fəhlələrlə birgə yüklərin yuxarıya doğru qaldırılması tapşırılmışdır. Bənna kimi işə götürülmüş Şahid2 isə onun sürücüsü olmuş və o, Toğrula binanın inşası ilə bağlı tikinti materiallarının alınmasını tapşırmışdır. Alınan tikinti materiallarının pullarını isə o, Toğrula şəxsən özü şirkətin kassasından götürərək vermişdir. Zərərçəkmiş şəxs Ələfsər oğlu 2019-cu ilin may ayından qeyd olunan tikintidə fəhlə kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs “xxxxxxx”MMC-də fəhlə kimi işə düzəlmiş və fəhlə kimi ona verilən tapşırıqları yerinə yetirmişdir. Ona əsas iş olaraq tikinti materiallarının yük maşınından boşaldılması, daşınması və qaldırılmış yüklərin boşaldılmasından ibarət olmuş, eyni zamanda Zərərçəkmiş şəxs digər yardımçı işlərə də cəlb olunmuşdur. Hadisə baş verən gün, yəni xx xxxx 2019-cu il tarixdə o, həmin tikinti ərazisində olmamış və həmin tikintidə Zərərçəkmiş şəxs yük maşını vurması və nəticədə həmin şəxsin ölməsi barədə hadisənin baş verməsindən sonra ona Toğrul məlumat vermişdir. Toğrul ona bildirmişdir ki, “Bayıl Marina” yaşayış kompleksinə kərpic gətirmiş yük maşınının sürücüsü avtomobili arxaya verərkən, fəhlə Zərərçəkmiş şəxs əzmiş və həmin fəhlə ölmüşdür. O, həmçinin ifadəsində hadisədən bir gün öncə Toğrulla danışıb, həmin tikintiyə yük maşını ilə kərpiclərin gətiriləcəyi və həmin kərpicləri fəhələlər Zərərçəkmiş şəxs və digər bir fəhlənin boşaldacağından məlumatlı olduğunu, həmin hadisə baş verən ana qədər, həmin tikintidə Təqsirləndirilən şəxs1 başqa mühəndis, baş mühəndis, iş icraçıları və təhlükəsizlik texnikası vəzifəsini vəzifəsini icra edən şəxs olmadığını, hadisə baş verən zaman təhlükəsizlik texnikası vəzifəsini icra edən şəxs olmadığını, o, “xxxxxxx” MMC-nin direktoru olduğu müddətdə hadisə baş verən ana qədər Zərərçəkmiş şəxs Ələfsər oğlu tərəfindən, eləcə də digər işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edilməsini konkret olaraq hər hansı şəxsə tapşırmadığını, lakin Təqsirləndirilən şəxs1 isə işçilərin xüsusi geyim və qoruyucu vasitələrlə təmin olunmasına və fəhlələrin iş vaxtı onlardan istifadə etməsinə nəzarət edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019cu ilin may ayının 20-dən “xxxxxxx” MMC tərəfindən inşa edilən “Bayıl Marina” yaşayış kompleksinə işə düzəlmiş və həmin tarixdə onunla icraçı direktor Şahid3 arasında bağlanmış əmək müqaviləsi əsasında o, “xxxxxxx” MMC-də fəhlə kimi işləməyə başlamışdır. Mərhum Zərərçəkmiş şəxs də ondan öncə həmin tikintidə işləməyə başlamışdır. Onlar ümumilikdə Təqsirləndirilən şəxs1 nəzarəti və rəhbərliyi altında işləmişlər. Fəhlə kimi onlara əsasən tikinti materiallarının daşınması, yük maşınlarından boşaldılması və yuxarı mərtəbələrə qaldırılması işi tapşırılmışdır. O, işə başladığı vaxtlardan binanın tikintisi başa çatsa da, həmin Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42, 44 ünvanında inşa edilən “Bayıl Marina” yaşayış kompleksində otaqların kərpiclərlə bölünməsi və arakəsmələrin tikilməsi işləri həyata keçirilirdi. Tikinti materiallarının gətirilməsini “xxxxx” MMC-dən və başqa şirkətlərdən Şahid2 təşkil etmişdir. xx xxxx 2019-cu il tarixdə Fazil axşam saatlarında ona zəng edib demişdir ki, İlham ona materialın gələcəyini bildirmiş və növbəti gün saat 08 radələrində işə gəlib, kərpicləri boşaltmaq lazımdır. xx xxxx 2019-cu il tarixdə səhər saat 08 radələrində işə gəlmiş və təxminən 20 dəqiqə sonra Fazil də işə gəlmişdir. Onlar paltarlarını dəyişib işə başlamışlar. Həmin günü səhər tezdən işə gəlmiş Şahid2 onlara bildirmişdir ki, yük maşını həyətə salınmalı və içərisindəki yük boşaldılmalıdır. Fazil, o, Toğrul və mühafizəçi Yusif köməkli şəkildə “Bayıl Marina” yaşayış kompleksinin həyətinin darvazasını açmışlar. Fazil binanın həyətinə keçib, avtomobilin arxa-arxaya içəri keçməsini tənzimləmək üçün binanın həyətində dayanmışdır. O isə yolun kənarına çıxaraq Qurban Abbasov küçəsində gələn nəqliyyatın hərəkətini saxlamağa başlamışdır. Toğrul da yol tərəfdə onunla birgə yolla hərəkət edən maşınların qarşısını kəsmişdir. “Kamaz” markalı yük maşının sürücüsü isə avtomobilini bir neçə dəfə önə və arxaya hərəkət elətdirərək avtomobili birinci dəfədən binanın həyəti nisbətən hündürdə yerləşdiyinə görə həyətə sala bilməmiş və növbəti dəfə daha sürətlə avtomobilini arxa arxaya həyətə salmışdır. Həmin vaxt hətta avtomobil qaldırıcı qurğunun dirəyini də əzmiş və yük maşını saxlayandan sonra o, həyətə tərəf keçəndə Fazilin sol qolundan bilək nahiyəsindən sümüyü sınmış vəziyyətdə olduğunu və digər əli ilə qolunu tutaraq 3-4 metr irəlilədikdən sonra yerə yıxıldığını görmüşdür. O, dərhal Yusiflə birgə onu yerdən qaldırıb, qucaqlarında Toğrulun maşınına qoymuş və Toğrulla birgə onu yaxınlıqdakı təcili tibbi yardım stansiyasına aparmışlar. Yaxınlıqdakı təcili tibbi yardım stansiyasına onu çatdıran kimi həkimlər Fazili TTYS-nın maşınına mindirib xəstəxanaya aparmışlar. Təxminən 10 dəqiqədən sonra TTYS maşınını idarə edən şəxs avtomobili saxlayıb, xəstənin öldüyünü onlara bildirmişdir. Şahid1 ifadəsində inşa edilən “Bayıl Marina” yaşayış binasınında işlədiyi müddətdə onun və Fazilin İlham müəllimin tapşırığı əsasında tikinti materiallarının daşınması işləri ilə məşğul olduğunu, məhz onun göstərişi ilə tikinti gedən əraziyə tikinti materialları və əsasən də kərpic gətirən yük maşınlarını binanın həyətinə salmasına yardımçı olduqlarını, hadisə baş verən günü Toğrulun ona və Zərərçəkmiş şəxs yük maşının içəriyə salınmasını tənizmləməsini dediyini, hadisə baş verən zaman “Bayıl Marina” yaşayış binasında yeganə mühəndisin Təqsirləndirilən şəxs1 olduğunu, qeyd ounan yaşayış kompleksində həyata keçirilən tikintidə Təqsirləndirilən şəxs1 onun və digər işçilərin xüsusi geyim və qoruyucu vasitələr, dəbilqədən istifadə edib-etməsinə nəzarət edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2018ci ilin mart-aprel aylarından “xxxxxxx” MMC tərəfindən inşa edilən "Bayıl Marina” yaşayış kompleksinə işə düzəlmiş və həmin tarixdə onunla icraçı direktor Şahid3 arasında bağlanmış əmək müqaviləsi əsasında “xxxxxxx” MMC-də fəhlə kimi işləməyə başlamışdır. Lakin dəmirçiqəlibçilərin işi yekunlaşdğına görə o, 2019-cu ilin aprel ayından “xxxxxxx” MMC tərəfindən inşa edilən “Bayıl Marine” yaşayış kompleksində mühafizəçi kimi işə götürülmüş və hal-hazırda da həmin işdə işləməklə aylıq 300 manat əmək haqqı alır. Tikintidə mühəndis kimi Təqsirləndirilən şəxs1 işlərin həyata keçirilməsinə nəzarət edirdi. Tikintidə ümumi rəhbərliyi isə Şahid7 həyata keçirmiş və o, baş vermiş hər hansı hadisə ilə bağlı məhz ona məlumat verir. O, xx xxxx 2019cu il tarixdə səhər saat 10 radələrində işə gəlmiş və növbəti gün saat 10 radələrinə qədər işdə qalmışdır. 27 iyun saat 07 radələrində “Kamaz” markalı avtomobil tikintinin yaxınlığında saxlamış və sürücüsü ona yaxınlaşaraq bildirmişdir ki, kərpic gətirib. Həmin sürücü ona avtomobili içəriyə salmağı bildirdikdə isə o, sürücüyə iş vaxtı olmadığını, işçilərin gəlməyini gözləməsini bildirmişdir. Təxminən 08:30 radələrində hörgü suvaq işlərinə nəzarət edən Şahid2 onlara bildirmişdir ki, yük maşınının içəri həyətə girməsindən ötrü darvazanı açsınlar. Bundan sonra, o, fəhlələr Mikayıl, Fazil və Toğrulla birgə darvazanı açmışlar. Daha sonra ona ofisdə işləyən Xəyalə Çələbiyevaya yaxınlıqdakı məhəllədən su gətirməyə getmişdir. Suyu doldurub qayıdanda isə qışqırtı səsləri eşitmiş və tikinti binasına çatdqıda Fazilin dizini yerə atıb yıxıldığını görüb, ona yaxınlaşaraq fəhlə Mikayılla birgə onu qucaqlarına qaldırıb, Toğrulun maşınına qoymuşlar və Toğrulla birgə onu yaxınlıqdakı təcili tibbi yardıma aparmışlar və yaxınlıqdakı təcili tibbi yardım stansiyasına onu çatdıran kimi həkimlər Fazili TTYS-nın maşınına mindirib xəstəxanaya aparmışlar. Təxminən 10 dəqiqədən sonra TTYS-nın maşının sürücüsü saxlayıb, xəstənin öldüyünü onlara bildirmişlər. Şahid6 qeyd etmişdir ki, tikinti işlərinə nəzarəti Təqsirləndirilən şəxs1 həyata keçirirdi, çünki ondan başqa həmin tikinti sahəsində mühəndis çalışmırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019cu ilin fevral ayından “xxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/44 ünvanında inşa edilən “Bayıl Marina” yaşayış kompleksində bənna kimi işə düzəlmiş, lakin direktorun sürücüsü kimi onu lazım olan yerlərə çatdırırmış. Onun əsas işi hörgüçü və suvaqçıların işinə nəzarət edərək, həmin şəxslərin hansı həcmdə iş görməsinə nəzarət etməkdən və görülən işlər barədə Şahid3 məlumat verməkdən ibarət olmuşdur. Hörgü-suvaq işlərinin görülməsinə isə “Bayıl Marina” yaşayış kompleksində Şahid4 rəhbərlik etmişdir. Bundan başqa, Şahid3 ona tikinti getdiyi müddətdə lazım olan tikinti materiallarının alınmasını təşkil etməyi tapşırmışdır. O da binada əsasən Şahid4 sifarişi ilə lazım olan tikinti materiallarını alıb həmin tikinti gedən əraziyə gətirmiş və İlhamən ayırdığı fəhlələr əraziyə gətirilmiş tikinti materiallarını yük maşınlarından boşaltmışlar. Yüklərin yük maşınlarından boşaldılmasına və yuxarı mərtəbələrə qaldırılmasına İlham, Fazil və Mikayıl adlı fəhlələri ayırmışdır. O isə lazım olan tikinti materiallarını, yəni hörgü işlərinə lazım olan kərpic, qum, sement, işçilərə lazım olan əlcək və alətləri müxtəlif şirkətlərdən alınmasını təşkil etmiş və alınmış materialların pullarını direktor Şahid3 alaraq, ödənişini məhsulu aldığı şirkətə ödəmişdir. xx xxxx 2019-cu il tarixdə axşam saatlarında İlham ona zəng edərək inşa edilən “Bayıl Marina” yaşayış kompleksinə 3000 ədəd 29xl9 ölçüdə kərpic lazım olduğunu bildirmişdir. O da növbəti gün Ramin adlı tanışından həmin tikintiyə 3000 ədəd kərpic göndərilməsini xahiş etmişdir. Ramin də ona xx xxxx 2019-cu il tarixdə kərpiclərin göndəriləcəyini və ona yük maşınının sürücüsünün zəng edəcəyini bildirmişdir. Bundan sonra, axşam saatlarında ona zəng edən sürücüyə ünvanı izah etmiş və o, səhər saatlarında kərpicləri həmin inşa olunan binanın ərazisinə gətirəcəyini bildirmişdir. O da Şahid4 zəng edib, növbəti gün səhər tezdən yük maşını ilə kərpiclərin gələcəyini və yüklərin boşaldılmalı olduğunu bildirmişdir. Ona səhər saatlarında həmin yükü gətirən sürücü zəng edərək, kərpici gətirdiyini demişdir. O da buna görə özü səhər saatlarında həmin tikintiyə gəlmiş, fəhlələri çağırdıqda onlar artıq iş paltarında darvazava yaxınlaşmışlar. O, mühafizəçi Yusifi də köməyə çağırıb, fəhlələr Mikayıl və Fazillə birgə həmin darvazanı açmışlar. Daha sonra o, Mikayılla birgə "Kamaz” markalı yük maşınının tikinti gedən binanın həyətinə girə bilməsinə şərait yaratmaqdan ötrü Qurban Abbasov küçəsində hərəkətdə olan maşınların hərəkətini dayandırmışlar. Bundan sonra, o, “Kamaz” avtomobilinin qarşısında dayanaraq əli ilə sürücüyə avtomobili asta-asta geriyə verməsini bildirmişdir. Həmin sürücü maşının bir hissəsini içəriyə verərək, ön təkərləri səkiyə dirəndikdə ona əli ilə avtomobili saxlamağı işarə etmişdir. Lakin həmin sürücü dayandığı vəziyyətdə anidən maşını arxaya sürətlə hərəkət etdirmiş və yük maşını qaldırıcı qurğu mexanizminin dirəyinə çırpılmışdır. Bundan sonra, o, sürücüyə qışqırıb, avtomobili qabağa verməsini deyib, yan tərəfə keçəndə Fazili yerə yıxılmış vəziyyətdə görmüşdür. Daha sonra Fazilin yerdən ayağa qalxaraq onlara tərəf gəlib, onlara çatanda yenidən yıxılanda o, Fazili tutmuş və Fazil dizi üstə yerə oturmuşdur. O, Fazilin yaralandığını və qolunun sümüyünün sındığını görüb, fəhələrdən kömək istəmiş və Yusiflə Mikayıl onu tutduqdan sonra, o, maşını gətirməyə getmişdir. Dərhal idarə etdiyi “Toyota Prado” markalı avtomobili həmin yerə yaxınlaşdırmış və onun maşınına yerləşdirdikdən sonra onu yaxınlıqdakı təcili tibbi yardıma aparmışdır. Təcili tibbi yardıma dərhal çatdırdıqdan sonra, həkimlər Fazili TTY avtomaşınına qoyub, aparmışlar və o da TTY avtomaşının arxasınca Mikayılla birgə avtomobili sürmüşdür. Lakin 10 dəqiqə keçməmiş TTY maşını saxlamış və həkimlər onlara həmin şəxsin öldüyü bildirmişlər. Şahid2 ifadəsində həmin tikintidə Təqsirləndirilən şəxs1 mühəndis olduğunu və ondan başqa mühəndis, iş icraçısı və təhlükəsizlik texnikası vəzifəsini icra edən şəxs olmadığını, həmin gün Zərərçəkmiş şəxs heç bir göstəriş vermədiyini, sadəcə Şahid4 göstərişi ilə yüklərin daşınmasına kömək etməli olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2018ci ilin sonunda onunla icraçı direktor Şahid3 arasında bağlanmış əmək müqaviləsi əsasında "xxxxxxx” MMC-də satış üzrə menecer vəzifəsinə təyin edilmiş, əsas vəzifəsi yaşayış kompleksinin mənzillərinin satışını həyata keçirməkdir. O, işə götürüldüyü vaxt “xxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 42/44 ünvanında "Bayıl Marina” yaşayış kompleksinin bir neçə mərtəbəsi inşa olunmuşdur. "Bayıl Marina" yaşayış kompleksi pilot layihə olmaqla, 2 girişli binadan ibarət olması nəzərdə tutulsa da, həmin yaşayış kompleksinin yalnız 13 mərtəbəli 1 girişi inşa olunmuşdur. "xxxxxxx” MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu. Qurban Abbasov küçəsi, 42/44 ünvanında inşa edilən "Bayıl Marina” yaşayış kompleksində tikinti quraşdırma işləri bilavasitə həmin müəssisəsinin yeganə mühəndisi Təqsirləndirilən şəxs1 rəhbərliyi və nəzarəti ilə həyata keçirilir. Bundan başqa, tikintidə hörgü-suvaq işləri birbaşa Şahid4 rəhbərliyi altında işləyən fəhlələr və ustalar vasitəsilə həyata keçirilmişdir. Eyni zamanda, yükləri daşınmasını həyata keçirən Fazil və İlham adlı şəxsləri də Şahid4 həmin müəssisəyə gətirmişdir. Toğrul isə əsasən Şahid3 tapşırığı əsasında tikinti materiallarının alınmasını təşkil edir. Hadisə baş verən gün, yəni xx xxxx 2019-cu il tarixdə o, səhər saatlarında işdə olmamış, ona saat 09-10 radələrində Təqsirləndirilən şəxs1 zəng edərək tikinti ərazisində yük maşınının Fazil adlı fəhləni vurduğunu və nəticədə öldüyünü söyləmişdir. O da təxminən saat 11-12 radələrində işə gəlmişdir. Baş vermiş hadisənin dəqiq necə baş verməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2016cı ildən “xxxxxxxxxxxx” MMC-nin direktoru vəzifəsində işləyir. “xxxxxxxxxxxx” MMC-nin əsas fəaliyyəti Azərbaycan istehsalı olan gips-karton lövhələrinin (alçipan materiallarının) ölkə ərazisində topdan satışını həyata keçirməkdən ibarətdir. Həmin şirkətin əsas satış işlərində ona uzun müddətdir ki, Şahid3 köməklik edir və İlkinin onunla uzun illərdir ki, dostluq münasibəti vardır. Şahid3 eyni zamanda, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində “Bayıl Marina” yaşayış kompleksinin tiknitisini həyata keçirən “xxxxxxx” MMC-nin direktorudur. O, buna görə də bəzən Şahid3 xahişi ilə həmin tikinti aparılan əraziyə gedərək tikinti gedən ərazidə işlərin gedişatı ilə maraqlanır. Lakin o, həmin tikintiyə rəhbərlik etməmiş və işin gedişatı ilə bağlı həmin tikintini həyata keçirən şəxslərə heç bir göstəriş verməmişdir. O, həmin tikintidə xx xxxx 2019-cu il tarixdə “Kamaz” markalı avtomobilin tikinti ərazisində işləyən fəhləni vurması və nəticədə ölməsi barədə isə həmin gün təxminən 16 radələrində Toğrul ona məlumat vermiş və o, təxminən 17 radələrində hadisənin baş verdiyi əraziyə gəlmişdir. Lakin həmin vaxt hadisə baş verən ərazidə heç kim olmamışdır. Şahid8 ifadəsində Şahid3 ondan tikinti işlərinin ümumi rəhbərliyinin həyata keçirilməsini ümumiyyətlə xahiş etmədiyini, bu işlərin həyata keçirməsinə etibarnamə vermədiyini, işçilər tərəfindən texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarəti ümumiyyətlə həyata keçirmədiyini və onun belə səlahiyyəti olmadığını, ümumiyyətlə həmin tikintidə yaşayış kompleksinin fəaliyyətinə rəhbərlik etmədiyini,mənzillərin satışı zamanı bir neçə dəfə Şahid3 ona verdiyi etibarnamə əsasında İlkinin adından çıxış etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, uzun illər ərzində tikinti sahəsində çalışır və hörgü-suvaq işlərində ixtisaslaşmışdır. “xxxxxxx” MMC-nin direktoru Şahid3 bir neçə il əvvəl tanımış, 2019-cu ilin əvvəllərində Şahid3 ondan xahiş etmişdir ki, rəhbərlik etdiyi “Bayıl Marina” yaşayı kompleksinin tikintisində hörgü-suvaq işlərinin aparılması ilə əlaqədar ona usta və fəhlələrin tapılmasında yardımçı olsun. O da həmin tikintidə işləyəcək şəxsləri tapıb, onların işə başlanmasına şərait yaratmış və həmin işçilər “xxxxxxx” MMC ilə əmək müqaviləsi bağlayıb işə götürmüşlər. Həmin binanın tikintisinə o hörgüçülərdən Elməddin, Əfqan Bünyad, Mənsim, fəhlələrdən Nurlan, Hakim, Mikayıl və Fazili işə cəlb etmişdir. Həmin usta və fəhlələrin işi vaxtında görmələrinə, layihəyə uyğun işin aparılmasına məhz tikintidə yeganə mühəndis olan Təqsirləndirilən şəxs1 nəzarət və rəhbərlik etmişdir. O həmin tikintidə 2019-cu ilin iul ayından onunla bağlanmış əmək müqaviləsi əsasında hörgü və suvaq işləri üzrə yarımştat olaraq briqadir kimi işə götürülmüşdür. O, briqadir kimi hörgüçü və suvaqçıların binanın layihəsinə uyğun işi aparılmasına və keyfiyyətli iş görməsinə nəzarət edir, tikinti materiallarının təmin olunmasını tələb edir və görülmüş işlərin təhvil alınmasını Təqsirləndirilən şəxs1la birgə həyata keçirir. xx xxxx 2019-cu il tarixdə səhər saatlarında Toğrul ona zəng edərək bildirmişdir ki, həmin tikintidə fəhlə işləyən Zərərçəkmiş şəxs tikintiyə kərpic gətirmiş yük maşını vurmuş və Fazil ölmüşdür. Toğrul ondan Zərərçəkmiş şəxs ailə üzvlərinə bu barədə məlumat verməyi xahiş etmiş, o Fazil əvvəlki iş yeri “xxxxxxxxxxxxxxxxxx” MMC-də birgə işlədiyinə görə onun ailə üzvlərini tanımış və onlara zəng edərək bu barədə məlumat vermişdir. Hadisə baş verən zaman “xxxxxxx” MMC və “Bayıl Marina” yaşayış kompleksində işləməmiş, Zərərçəkmiş şəxs hər hansı işin görülməsi ilə bağlı göstəriş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, “xxxxx” MMC 2017-ci ildən yenidən fəaliyyətə başlaması ilə əlaqədar, o, baş mühəndis kimi işləməyə başlamışdır. Zavodun istehsal etdiyi kərpicləri fərdi qaydada fəaliyyət göstərən müxtəlif yük maşını sürücüləri lazım olan ünvana çatdırır və həmin sürücülərin xidmət haqqını isə kərpici sifariş verən tərəflər yük daşınan yolun uzunluğundan asılı olaraq özləri həmin sürücüyə ödəyirlər. “xxxxx”MMC-nin kərpic zavodu Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Güzdək kəndində yerləşir və zavodu yerləşdiyi ərazidə başqa bir neçə kərpic zavodları da mövcuddur. Buna görə də həmin ərazidə daima fərdi qaydada fəaliyyət göstərən bir neçə yük maşını sürücüləri avtomobillərini saxlayırlar. Bunlardan biri də Kamaz markalı yük maşınını idarə edən Təqsirləndirilən şəxs2dir və təxminən 3-4 gündən bir və ya həftədə bir dəfə o, “xxxxx” MMC-nin istehsal etdiyi kərpicləri daşıyır. Baş vermiş hadisədən təxminən 1-2 gün qabaq onun Ramin adlı tanışı ona tanış adamların 3000 kərpicə ehtiyacları olduğunu və həmin kərpciləri “Bayıl Marina” yaşayış kompleksinə aparılacağını bildirmişdir. Ramin də həmin şəxsə onun nömrəsini vermiş və həmin şəxs də ona xx xxxx 2019-cu il tarixdə zəng edərək, səhər saatlarında 3000 kərpicin Bayıl qəsəbəsində inşa olunan yaşayış binasına çatdırılmasını və həmin malın pulunu da materialı gətirən yük maşını sürücüsünə veriləcəyini bildirmişdir. Buna görə də, axşam saatlarında sifariş olunan kərpiclər Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kamaz” markalı yük maşınına yüklənmişdir ki, gecə saatlarında Mirələm həmin yükü deyilən ünvana çatdırsın. Növbəti gün isə saat təxminən 10 radələrində Mirələm onun mobil telefonuna zəng edərək bildirmişdir ki, yüklənmiş kərpicləri deyilən ünvana çatdırmış və həmin ünvanda yük maşını ilə fəhləni vurması nəticəsində fəhlə ölmşdür. O da bu barədə zavodun direktoruna məlumat vermişdir. xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Ələfsər oğlunun ölməsi faktına görə Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Ələfsər oğlunun ehtiyatsızlıqdan ölməsi faktında Azərbaycan Respublikası CM-in 162.2 və 124.1-ci maddələrinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsindən həmin məcəllənin 124.1 və 162.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 tərəfimdən Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixdə hadisə yerinə baxış protokolundan müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, 42, 44 ünvanında yerləşən tikilməkdə olan 12 mərtəbəli yaşayış binasının Q.Abbasov küçəsi tərəfə baxan fasad hissəsinin qarşısındakı sahəsidir. Baxış zamanı tikilinin fasad tərəfdə olan bir taylı yerində sürüşərək açılıb bağlanan metal darvazası açıq vəziyyətdədir. Açılmış yerin eni 460 sm təşkil edir. Darvazanın açılmış yerindən qeyd olunan “Kamaz” markalı avtomobil tikilinin ərazisinə daxil olaraq saxlanmış vəziyyətədədır. Avtomobil tikilinin ərazisinə 366 sm məsafədə daxil olmuş, avtomobilin özünün uzunluğu isə 895 sm təşkil edir. Avtomobilin bortunun eni 262 sm-dir. Zərərçəkmiş şəxs sıxılaraq xəsarət aldığı yükqaldırıcı qurğunun fermasından darvazaya qədər məsafə 4,38 sm təşkil edir. Avtomobilin arxa qapıları bağlı haldadır. Qapıları açdıqda onun kuzovunda bütün həcmi boyunca bişmiş kərpiclərlə olması müşahidə edilir. Yük qaldırıcı qurğunun fermasında aşağı hissəsində torpaq üzərində binanın həyətinə giriş hissədə yerdə qanabənzər ləkələrin olması müəyyən edilmiş və həmin ləkələrdən 03 ədəd çubuqlu pambıq topası üzərində olan nümunələr götürülərək qablaşdırılmışdır. Cinayət işi üzrə hadisə yerindən götürülmüş 03 ədəd çubuqlu pambıq topası üzərində olan qan nümunələri maddi sübut kimi tanınaraq Bakı şəhər prokurorluğunda saxlanılır. “xxxxx” MMC tərəfindən təqdim edilmiş videogörüntülərin əks olunduğu 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, “Kamaz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük maşını təxminən 45 dəqiqə Qurban Abbasov küçəsində yolun sağ kənarında hərəkətsiz qaldıqdan sonra, həmin avtomobilin sürücüsü avtomobili arxaya doğru hərəkətə gətirməklə, avtomobili yenidən önə və arxaya hərəkət etdiməklə çarpaz şəkildə avtomobilin idarə etməsini küçə ilə perpendikulyar şəkildə küçənin əsas hissəsindən kənara hərəkət elətdirmişdir. Təxminən 1 dəqiqə sonra isə Şahid2 idarə etdiyi “Toyota Prado”markalı avtomobilə minərək arxaya doğru avtomobili hərəkət edirməklə, avtomobili Kamaz markalı avtomobilin hərəkət etdiyi istiqamətdə sürür və 12 saniyədən sonra avtomobilin hərəkətini dayandıraraq avtomobildən dərhal çölə çıxır və 15 saniyədən sonra həmin avtomobillə ön istiqamətində hərəkətini davam etdirir. xx xxxx 2019-cu il tarixli, 2/5446 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinə aktına əsasən, Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə, saat 11:50-də alkoqol sərxoşluğu vəziyyətinin olmaması müəyyən edilmişdir. xx xxxx 2019-cu il tarixli “xxxxxxx” MMC tərəfindən təqdim olunmuş məktuba əsasən, yük daşınması ilə əlaqədar Təqsirləndirilən şəxs2 ilə “xxxxxxx” MMC arasında heç bir müqavilə bağlanmamışdır. xxxxxxx000602 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Təqsirləndirilən şəxs1 “xxxxxxx”MMC-nin direktoru Şahid3 ilə bağlanmış xx xxxxxx 2018-cu il tarixli əmək müqaviləsi əsasında müddətli olmaqla mühəndis vəzifəsinə işə göürülmüşdür. 2RV938W000200 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Zərərçəkmiş şəxs Ələfsər oğlu xx xxx 2019-cu il tarixdə “xxxxxxx”MMC-nin direktoru Şahid3 ilə bağlanmış xx xxx 2019-cu il tarixli əmək müqaviləsinə əsəsən “xxxxxxx” MMC-də müddətli olmaqla xx xxxxxx 2019-cu il tarixədək fəhlə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «xxxxxxx» MMC-nin «Mühəndisin vəzifə təlimatı»na əsasən, mühəndisin vəzifə borcları aşağıdakı kimi müəyyən edilmişdir: - tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirir. Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini, əmək məhsuldarlığının artmasının yüksək tempini, istehsalın mühəndis hazırlığı səviyyəsinin daim arrmasmı, xərclərin ixtisarını, tikintinin keyfiyyətinin yaxşılaşdırılmasını və istehsal fondlarının səmərəli istifadəsinin təmin edilməsi ilə onun texnologiyasının və təşkilinin təkmilləşdiriiməsini müəyyən edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə bütün işlərə rəhbərlik edir. Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsini həyata keçirir. İstehsalın mühəndis hazırlığını, inşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin edir. Tikinti istehsalının təşkilini, təkmilləşdiriiməsini, tam təsərrüfat hesabı və özünü maliyyələşdirmənin prinsiplərinin geniş tətbiqini təmin edir. Təşkilatın perspektiv inkişaf planlarının yenidən qurulmasının və modemləşdirilməsinin işləmələrinə, təbii ehtiyatların qənaətlə istifadəsi və daha əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılması və tikintiistehsal mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlərə başçılıq edir. Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin edir. İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili, layihəsində (POS-TTL) nəzərlə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil edir. Elmi-tədqiqat və layihə təşkilatları və ali təhsil məktəbləri ilə eyni texnika və texnologiyanın işlənməsinə aid müqavilə bağlayır, onların yerinə yetirilməsinə nəzarət edir. Tikinti istehsalının, əməyin və idarəetmənin elmi əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlər görür. Texniki məlumat və təbliğat, səmərələşdirici və ixtira, öyrənmə ümumiləşdirmə, qabaqcıl milli və beynəlxalq təcrübənin yayılması sahəsində işi təşkil edir, istehsalın perspektiv məsələlərinin həllinə aid işçilərin yaradıcı təşəbbüsünü inkişaf etdirir və istiqamətləndirir, kadrlarm hazırlığını və ixtisas artırmasını təmin edir. Əməvin mühafizəsi üzrə bölmələrin, mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə nəzarət edir, bölmələrin işçiləri tərəfindən əməyin mühafizəsi üzrə norma və qaydalarının bölməsinə nəzarəti həyata keçirir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli 59 nömrəli rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edildi : İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların onurğayanı, sol V, Vİ, Vİİ qabırğaların orta körpücük xətlər üzrə yerdəyişmiş sınıqları, hər iki ağciyərin aşağı payının geniş ölçülü cırılmaları və kəskin daxili qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin qapalı küt travması, sağ bazunun orta, sol bazunun yuxarı 1/3nin yerdəyişmiş qapalı sınıqları, təpə nahiyəsinin əzilmiş yarası, sol əl pəncərəsinin natamam amputasiyası (əl-daraq sümüklərinin çoxqəlpəli açıq sınığı və əl pəncəsinin geniş ölçülü əzilmiş-didilmiş yarası). Qeyd olunan xəsarətlər həyati əlamətlərə malik olmaqla, mərhumun ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər.Ölümlə bilavasitə səbəbli əlaqələri vardır, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2019-cu il tarixli avtomobil travması, o cümlədən, arxaya hərəkətdə olan yük maşınının piyadanı yük qaldırıcı qurğunun dəmir hissəsinə sıxması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb hər iki ağciyərin cırılmaları nəticəsində törənmiş kəskin kəskin daxili qanaxma ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 509/2019-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs Ələfsər oğlunun AB0 sistemi üzrə qrup göstəricisi Oalfa, beta(İ). Təqdim olunmuş 03 ədəd çubuqlu pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H”antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Ələfsər oğluna məxsus ola bilər. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 21577 nömrəli rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.4 bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. “Kamaz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs2 idarə etdiyi yük avtomobili ilə tikinti sahəsinə gətirdiyi kərpiclərin boşaldılması üçün avtomobilin arxa tərəfində hər hansı bir maneənin olmadığına tam əmin olmadan avtomobili hərəkətə gətirdiyinə görə, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbi avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 tərəfindən pozulmuşdur. Tikinti sahəsinin iş rəhbəri kimi əməyin mühafizəsi və təhlükəsizlik texniksı qaydalarına riayət edilməsi həvalə edilmiş “xxxxxxx” MMC-nin mühəndisi Təqsirləndirilən şəxs1 MMC-yə məxsus olmayan avtomobil arxa-arxaya hərəkət edən zaman təhlükəsizliyin təmin ediməsi üçün həmin sahədən işçilərin kənara uzaqlaşmasını təmin etmədiyinə, xüsusi siqnalçı (nizamlayıcı) fəhlə ayırmadığına və siqnalçının optimal müşahidə məntəqəsini təyin etmədən orada dayanaraq hərəkətin nizamlayıcısını təmin etmədiyinə görə “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.4 bəndinin tələbləri “xxxxxxx” MMC-nin mühəndisi Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Əlavə komisyon məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27910 nömrəli rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.4 bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin baş verməsinin səbəbləri olmuşdur. “Kamaz” markalı ** BD *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs2 idarə etdiyi yük avtomoili ilə tikinti sahəsinə gətirdiyikərpiclərin boşaldılması üçün avtomobilin arxa tərəfində hər hansı bir maneənin olmadığına tam əmin olmadan avtomobili hərəkətə gətirməsi ilə əlaqədar, “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələbi onun tərəfindən pozulmuşdur. Tikinti sahəsinin iş rəhbəri kimi əməyin mühafizəsi və təhlükəsizlik texniksı qaydalarına riayət edilməsi həvalə edilmiş “xxxxxxx” MMC-nin mühəndisi Təqsirləndirilən şəxs1 avtomobil arxaya hərəkət edən zaman təhlükəsizliyin təmin ediməsi üçün həmin sahədən işçilərin kənara uzaqlaşmasını təmin etmədiyinə, siqnalçı fəhlə ayırmadığına və həmin fəhlənin müşahidə yerini müəyyən etmədiyinə görə, “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.4 bəndinin tələbləri “xxxxxxx” MMC-nin mühəndisi Təqsirləndirilən şəxs1 tərəfindən pozulmuşdur. Hadisə ərəfəsində qaldırıcı qurğu ilə işlərin aparılmadığını nəzərə alaraq, (o cümlədən onun yükqaldıran qabı hərəkətsiz olduğu üçün) “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismar qaydaları” ilə onun ətrafında mühafizə zonası müəyyən edilməmişdir, həmin qurğunun ətrafının çəpərlənməsi də nəzərdə tutulmamışdır, belə ki, bir qayda olaraq onun bilavasitə yaxın ətrafı yükdoldurma və yükboşaltma əməlliyatları zamanı iş yeri hesab edilir. Baş vermiş hadisə zamanı müəsissəyə gəlmiş **-BD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə tikinti materialları gətirilmişdir və məlum olduğu kimi həmin avtomobil vasitəsilə heç bir tikinti-quraşdırma işi aparılmamışdır və təyinatına görə aparıla da bilməzdi. Həmin nəqliyyat vasitəsindən müəssisənin həyətinə təhlükəsiz daxil olması üçün ilkin növbədə sürücü tərəfindən «Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 17.29 bəndinin tələbinin dönməz yerinə yetirməsi və sürücü tərəfindən həmin hərəkəti (yəni avtomobilin arxaya hərəkət etməsi əməliyyatının) yolverilən məsafədə icrasına nəzarət etməli olan fəhlənin iştirakı tələb olunurdu. Bununla belə, sürücünün vəzifələrini yerinə yetirməsi üçün müəsissədən heç bir işçi ayrılmamalı, avtomobilin arxaya hərəkətini tənzimləmək üçün isə xüsusi hazırlıq keçmiş (o cümlədən ali təhsilli mühənti-texniki) işçinin iştirakı tələb olunmurdu, yəni «İll-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları»nın 3.4 bəndinin mətninə görə siqnalçının vəzifələrini digər fəhlə peşəsi olan işçi (qeyd olunan bənddə - «raboçiy-siqnalşik») də icra edə bilərdi. Hadisə baş verdiyi müəssisənin ərazisində, oraya daxil olan avtomobillərin hərəkəti məhdud məsafədə mümkün olmaqla, yalnız düzünə istiqamətdə təxminən 4 metr (yəni avtomobilin özünün uzunluğunun yarısından da az) təşkil edirdi və digər hərəkət trayektoriyası da mövcud olmamışdır. Digər sözlə deyilsə, “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.5 bəndində göstərilən hansısa manevrlərin edilməsi də mümkün deyildi. Göstərilənlərlə əlaqədar, tikinti meydançasında avtomobillərin və başqa tikinti maşınlarının (traktor, buldozer, qreyder və s.rin) bir neçə istiqamətdə hərəkət etmələri imkanı olduqda, yalnız onlardan (yəni hərəkət variantlarından) biri və ya bir neçəsi seçilməklə müvafiq hərəkət sxemi işlənib hazırlanır. Göründüyü kimi, tədqiq olunan hadisənin baş vermə şəraitinə görə, tikinti meydançasının girişində nəqliyyat vasitələrinin hərəkət sxeminə, eləcə də sualda qeyd olunduğu - «yol kənarlarında və keçidlərdə isə nəqliyyat vasitələrinin təsdiq olunmuş yol hərəkəti qaydalarına uyğun hərəkətini tənzimləyən yaxşı görünən yol nişanlarının quraşdınlmamasına» əsas olmadığı üçün, həmin halların hadisə ilə əlaqəsi olmamışdır. Baş vermiş tikinti-quraşdırma işlərinin aparılması zamanı təşkilata işçilərin hər hansı sayda götürülüb-götürülməməsi əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının predmentinə aid deyildir. Hadisənin baş verməsinin səbəbləri göstərilərək, hadisəni bilavasitə şərtləndirən hallar şərh edilmişdir. Tikinti-quraşdırma işləri aparılan əraziyə, rəsmi və ya şifahi razılaşma əsasında tikinti materiallarının digər müəssisə və ya fiziki şəxs tərəfindən avtomobil ilə gətirilməsi, “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın tələblərinə zidd deyildir. Yəni həmin “...Qaydalar” ilə göstərilən təchizat əməliyyatlarının aparılması qadağan edilmir. “Tikintinin təşkili layihəsində, müəssisəsinin müxtəlif mal və materiallarla təchiz olunmasına və bunun üçün həmin əraziyə avtomobillərin gəlib getməsinə dair müddəaların göstərilməməsi, hadisənin baş verməsini şərtləndirməməklə, baş vermiş hadisə ilə əlaqədar “İİİ-4-80* Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 3.4 bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29 bəndinin tələblərinin pozulmasını təkzib etmir. Tədqiq olunan halda, avtomobilin sürücüsünün avtomobili arxaya verməzdən əvvəl hər hansı maneənin olmadığına tam əmin olmadan avtomobili hərəkətə gətirməsi və “xxxxxxx”MMC-nin mühəndisi Təqsirləndirilən şəxs1 tərəfindən avtomobil arxaya hərəkət edən zaman avtomobilin hərəkət etdiyi təhlükəli yerdən bütün işçilərin, o cümlədən Zərərçəkmiş şəxs Ələfsər oğlunun kənara uzaqlaşmasının təmin etməməsi, eləcə də siqnalçı fəhlənin ayrılmaması hadisənin səbəbləri olmuşdur. Yəni qeyd olunan təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi baş vermiş hadisəni istisna etmiş olardı. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxxx 2002-ci i tarixdə AR CM-nin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2004-cü il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 5.1-ci bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, X1 rayon Xalq Məhkəməsinin xx.xx.1977-ci il tarixli hökmü ilə CM-nin 207.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum edilmiş, Azərbaycan SSR Ali Məhkəməsinin xx.xx.1977-ci il tarixli qərarı ilə onun cəzası 02 ilə endirilmiş və xx.xx.1978-ci il tarixdə Azərbaycan SSR X18 Heyətinin xx.xx.1977-ci il tarixli fərmanının 5-ci maddəsinə əsasən 01 il 06 müddətinə cəzadan şərti olaraq azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, “xxxxxxx” MMC-də fəhlə işləmiş Zərərçəkmiş şəxs Ələfsər oğlunun bədbəxt hadisə nəticəsində ölməsi ilə əlaqədar arvadı X6 maddi yardım göstərilmişdir. X6 ailə-məişət qayğıların həlli, dəfnin təşkili və dəfn mərasiminin keçirilməsi üçün “xxxxxxx” MMC tərəfindən 3016 manat məbləğində maddi yardım edilmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs Ələfsər oğlunun əmək haqqının 3 misli məbləğində - 420 manat müavinət, sosial yardım kimi 300 manat və 4800 manat sığorta ödənişi olmaqla, cəmi 5520 manat X6 ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında təqdim etdiyi ərizələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı heç bir tələbi, şikayəti və iddiası yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə, ekspert rəyləri və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək texniki təhlükəsizlik və əmək mühafizəsi üzrə mühəndis olmadığını, həmin qaydalara riayət edilməsi vəzifəsi ona həvalə edilmədiyini, onun vəzifələrinə yalnız layihəyə uyğun olaraq tikintiyə nəzarət etmək aid olduğunu şahid ifadələri, ekspert rəyləri və «xxxxxxx» MMC-nin «Mühəndisin vəzifə təlimatı» ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində və Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 12-ci bəndinə görə zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, 13-cü bəndinə görə isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, həmçinin Azərbaycan Respublikası CM-nin 60.1.-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzası təyin edilməli və o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən hadisələrin təsadüfi axarı zəminində az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin yaşını (69) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza kimi azadlıqdan məhrum etmə, əlavə cəza kimi – müyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasını, hadisələrin təsadüfi axarı zəminində az ağır cinayətin törədilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışıq əldə edilməsini, təqsirləndirilən şəxsin yaşını (1951-ci il təvəllüdlü, 69 yaş), habelə onun şəxsiyyətini xarakterizə edən halları - ailə vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, eləcə də cəzanı ağırlaşdıran halların mövcud olmadığını, işin digər mühüm və diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Ona görə də sonuncunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirləri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının tətbiqi CM-in 162.2-ci maddəsində məhkəmənin hüququ kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının tətbiq edilməsi məqsədəuyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza cəzanın məqsədini təmin edir. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhər prokurorluğunda saxlanılan üzərində qan nümunələri olan 03 ədəd çubuqlu pambıq topası məhv edilməlidir. Cinayət işinin vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən müəyyən edilir ki, yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 (yetmiş) manat, məhkəmə-təhlükəsizlik texnikası ekspertizası tədqiqatının dəyəri 102 (yüz iki) manat, əlavə komisyon məhkəmə-təhlükəsizlik texnikası ekspertizası tədqiqatının dəyəri 204 (iki yüz dörd) manat və məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 104 (yüz dörd) manat olmaqla, ümumilikdə 480 (dörd yüz səksən) manat təşkil edir. Qeyd edilən ekspertiza xərci olan 480 (dörd yüz səksən) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət‑Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (ay) müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və davranışı üzərində nəzarətin həyata keçirilməsi Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müvafiq İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər prokurorluğunda saxlanılan üzərində qan nümunələri olan 03 ədəd çubuqlu pambıq topası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri – 480 (dörd yüz səksən) manat müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X10 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 390 (üç yüz doxsan) manat, dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 03 saylı vəkil bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 48 (qırx səkkiz) manat) dövlət büdcəsindən tutularaq Bakı şəhəri 03 saylı vəkil bürosunun “xxxxxxxxxxxx” ASC-nin 1 saylı Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar