Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-42/2024 13.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1975-ci ildə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, ali təhsilli, işləməyən, Şuşa şəhəri, Firudin bəy Köçərli küçəsi, ev 6A-da qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Azər Nəsirov küçəsi, ev 24-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 noyabr 2022-ci il tarixdə səhər saatlarında ünvan 1 ünvanında yerləşən dövlət mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan torpaq sahəsində kök üstə yaş vəziyyətdə, gövdəsi tam odunlaşmış bitki gövdələrinə xarakterik olmaqla ümumi sayları 15 ədəd olan, 05 ədəd diametrləri 5 santimetr, 04 ədəd diametrləri 6 santimetr, 03 ədəd diametrləri 7 santimetr, 1 ədəd diametri 9 santimetr, 1 ədəd diametri 10 santimetr və 1 ədəd diametri 16 santimetr olan ayland ağaclarını istintaq məlum olmayan kəsici alət olan mişar və baltadan istifadə etməklə qanunsuz olaraq qəsdən kəsib götürməklə ümumilikdə dövlətə xeyli miqdar hesab edilən 4770 manat maddi ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən ev xüsusi, torpaq sahəsi isə dövlət mülkiyyətindədir. Həmin torpaq üzərində olan ev ona məxsus olsa da, lakin torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən rəsmi sənədi və çıxarışı yoxdur. 2022-ci ilin sentyabr ayında qeyd olunan torpaq sahəsində oğurluq olmuş, oğrular həmin ünvandan hava soyuducusunu oğurlamağa cəhd etmişlər. 28 noyabr 2022-ci il tarixdə həmin yaşayış sahəsini öz evindən müşahidə etmək üçün o, görüntüyə mane olan təxminən beş altı ədəd ayland ağacını əl mişarı ilə kəsmiş, bundan bir müddət sonra həyətdə təmizlik işləri aparan zaman Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun əməkdaşları gəlmiş və həmin halı aşkar etmişlər. Ayland ağacların qanunsuz kəsilməsi nəticəsində dəymiş ziyan ümumilikdə 4770 manat olduğu müəyyən edilmişdir. Dəymiş ziyanı tam şəkildə ödəmiş, əməlindən peşmadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır.2018-ci il tarixdən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin mühafizəsi və ekoloji monitorinq sektorunun məsləhətçi müfəttişi vəzifəsində işləyir və onun vəzifəsi təhkim olunmuş rayonlarda monitorinqlər və araşdırmalar aparmaq, ətraf mühitin qorunmasına, qanunvericiliyə əməl edilməsinə nəzarət etməkdən ibarətdir. 11 saylı X3 Sərvətlər İdarəsinin Rəisinin xx.xx.2022-ci il tarixli, “BD 108” nömrəli Sərəncamı əsasında Bakı şəhərinin Səbail və Qaradağ rayonları üzrə Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında”, eyni zamanda “Yaşıllıqların mühafizəsi haqqında” Qanunların və digər qanunvericilik aktlarının tələblərinə riayət olunmasının yoxlanılması ona və idarənin digər əməkdaşları Nümayəndə və Şahid2 həvalə edilmişdir. ünvan 2 ünvanda yaşayan Şahid3 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt” sisteminə ünvanlanmış 28.11,2022-ci il tarixli “Təqsirləndirilən şəxs tərəfindən ayland ağacların kəsilməsinə dair” müraciəti idarənin xx.xx.2022-ci il tarixli 186 saylı “BD” seriyalı sərəncamına əsasən tərəflərindən şikayət olunan Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerində araşdırılmışdır. Şikayətçi Şahid3 araşdırmada səbəbsiz olaraq iştirak etməkdən qəti olaraq imtina etmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatını yazılı olaraq ünvan 3 ünvanında şəxsi evinin həyətində olan kolların budadığını və yabanı halda kəsilmiş ayland ağaclarının ona mane olduğundan könüllü olaraq tərəfindən mişar ilə kəsərək həyətini təmzilədiyini bildirmişdi. Araşdırma aparılan zaman qeyd olunan ərazidə kök üstə yaş diametrli 16 sm olan 1 bir ədəd, 10 sm olan bir ədəd, 9 sm olan bir ədəd, 7 sm olan üç ədəd, 65 sm olan dörd ədəd, 58 sm olan beş ədəd ümumilikdə on beş ədəd ayland ağaclarının kəsilərək məhv edildiyi tərəflərindən aşkar edilmişdir. Araşdırma müddətində vətəndaş Təqsirləndirilən şəxs sözü gedən ərazinin onun şəxsi mülkiyyətində olub-olmadığına aydınlıq gətirmək məqsədi ilə sorğu-sual edilmiş və hər hansı bir sənəd tələb etdikdə, o, sənəd təqdim etməkdən imtina etmiş, sözü gedən ərazi ilə bağlı çıxarışının olmadığı bildirmişdir. Araşdırmada qeyd olunanla bağlı Təqsirləndirilən şəxs barəsində ünvan 4 ünvanında akt tərtib edilmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs aktı imza etmək təklif edilsə də o, imza etməkdən qəsdən imtina etmişdi. Araşdırma ilə əlaqədar olaraq ərazidə çəkilmiş fotoşəkillər və təbitə dəymiş ziyan cədvəli izahat və akta əlavə edilmişdir. Tərtib edilən akt iki nüsxədə tərtib edilmişdir. Qeyd olunan faktla bağlı Təqsirləndirilən şəxs tərəfindən yaşıllıqların mühafizəsi haqqında qanunun 10, 13 maddələri, eyni zamanda Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 321 saylı qərarına əsasən yaşıllıqların götürülməsi qaydalarının tələbləri kobud sürətdə pozulması izah edilmiş, qeyd edilən məsələ ilə bağlı Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli qərarına əsasən kök üstə yaş ağacların məhf edilməsinə görə təbiətə ziyan dəydiyi müəyyən edilmişdir. Qeyd olunan on beş ədəd ayland ağacların qanunsuz kəsilməsi nəticəsində dəymiş ziyan Nazirlər Kabinetinin 421 nömrəli qərarına əsasən ümumilikdə 4770 manat olduğu müəyyən edilmişdi. Həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin qeyd hissəsinə əsasən, həmin maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların kəsilməsi hallarına şamil edilmir. Göstərilən ərazi həyətyanı və bağ sahəsinə aid olmadığını göstərmişdir. Ağaclar Təqsirləndirilən şəxs tərəfindən qəsdən kəşilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. 2022-ci ilin noyabr ayının 28-də səhər tezdən məhəllədə olduğu zaman ağac kəsmə səsləri eşitmiş, bununla bağlı qonşusunun həyətinə baxdıqda Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən ağacları əl mişarı ilə kəsməsini görmüşdür. Ona öz iradını bildirərək nə üçün ağacları kəsdiyini demişdir. Bu zaman İlham ona kəskin və xətrinə dəyən cavab vermiş, “öz həyətimdi kəsirəm, sənə nə var, get işinlə məşğul ol” deyərək cavab verəndə çox pis əsəbləşmiş və dərhal əsəbi halda internetdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinin telefon nömrəsini öyrənərək və öz istifadəsində olan ********** nömrəsi ilə “qaynar xətt”-ə zəng vurub bu fakt barədə məlumat vermişdir. Bundan sonra oradan çıxıb getmişdir. Həmin gün axşam saatlarında məhəlləyə qayıdanda artıq İlhamın həyəti təmizlədiyini, kəsdiyi ağacların gövdələri artıq orada olmadığını görmüşdür. 12 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları İlhamın yaşadığı evə gəlmişlər. Onun həyətyanı sahəsinə baxış keçirmiş və 15 ədəd kök üstə olan yaş ağacları kəsdiyini aşkar etmişlər. Bu barədə müvafiq akt tərtib etmişlər. Həmin zaman onunla da əlaqə saxlasalar da iştirak etməkdən imtina etmişdir. İş materiallarında olan 30 yanvar 2023-cü-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində 5 ədəd- diametri 5 sm olan, 4 ədəd- diametri 6 sm olan ,3 ədəd- diametri 7 sm olan ,1 ədəddiametri 9 sm olan, 1 ədəd- diametri 10 sm olan, 1 ədəd-diametri 16 sm olan ayland ağacları kəsilmişdir,fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Kompleks məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspetizasının 7/175-9/819 NQ-İİ ekspertiza rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində təqdim edilmiş və 05 ədəd diametrləri 5 sm olan ayland, 04 ədəd diametrləri 6 sm olan ayland, 03 ədəd diametrləri 7 sm olan ayland, 01 ədəd diametri 9 sm olan ayland, 01 ədəd diametri 10 sm olan ayland, 01 ədəd diametri 16 sm olan ayland ağacları kök üstə yaş vəziyyətdə kəsilmişdirlər. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib edilmiş 76690 nömrəli aktına və rəyin bioloji tədqiqat hissəsində göstərilən məlumatlara əsasən qanunsuz olaraq müxtəlif diametrli ağacların kəsilməsi nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən (tikinti və abadlaşdırma istisna olmaqla) təbiətə dəymiş ziyanın ümumi məbləği nəzəri qaydada 4770 manat müəyyən edilir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqından qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli cinayət təqibi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarından görünür ki, ********* №-li cinayət işi üzrə icraata xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş, qərar razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri, Səbail rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli 1876 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 4770 manat məbləğində ziyanı Dövlət Büdcəsinə ödəmişdir. İş materiallarında olan 01 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunması haqqında qərarından görünür ki, Səbail rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Elşən Bədəlzadənin ********* nömrəli cinayət işinin icraatına xitam verilməsinə dair 01 iyun 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmiş və cinayət işi istintaqın davam etdirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinə göndərilmişdir. İş materiallarında olan 17 avqust 2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, 05 may 2023-cü il tarixdə Səbail RPİ tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti, Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS tərəfindən Bakı şəhər Baş Polis İdarəsinə göndərilən məktubdan görünür ki, A.Nəsirov keçəsi 24 saylı evin həyətyani sahəsi dövlət mülkiyyətindədir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdır. İş materiallarında olan 14 sentyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə yaşayır və himayəsində 2008 və 2011-ci il təvəllüdlü uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət cəhətdən xarakterizə olunması qeyd edilmiş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün və şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, öhdəsində iki yetkinlik yaşına çatmayan övladın olmasını və ziyanın onun tərəfindən tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 5000 (beş min) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 408 (dörd yüz səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 03 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-42/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-42/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver