Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-43/2021 17.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilə şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, partlayıcı maddəni və döyüş sursatını əldə edərək üzərində saxlamaqla gəzdirmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd texniki cəhətdən saz vəziyyətdə atəş üçün yararlı olan X2 silah zavodunda istehsal edilmiş yivli, odlu döyüş silahı hesab edilən 7,62 mm kalibrli «Naqan» sistemli, 1895-ci il nümunəli, 30851 №-li revolveri və zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan, 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik «Naqan» sistemli 1895-ci il nümunəli revolverlərdə və s. yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş 07 (yeddi) ədəd patronları üzərində saxlamağla gəzdirmiş, xx xxxx 2020-ci il tarixdə saat 19:35 radələrində ünvan 4 ünvanın qarşısında yerləşən Sahil bağında Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis idarəsinə gətirilmiş, üzərində aparılmış şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarının ön kəmər hissəsindən üzərində «Levis original» yazısı olan tünd göy rəngli selofan torbaya bükülmüş halda Naqan sistemli revolver, həmin şalvarın sağ yan cibindən isə 7 ədəd patornlar aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum omayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd saz vəziyyətdə, təyinatı üzrə istifadəyə yararlı olan zavod üsulu ilə istehsal edilmiş, qəlpəli «F-1» əl qumbarasının gövdə hissəsini, 1 (bir) ədəd saz vəziyyətdə, təyinatları üzrə istifadəyə (atəş-partlayışa) yararlı olan, «F-1», «RQD-5», «RQ-42» markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə istehsal edilmiş, «UZRQM-2» markalı, qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən həmin «UZRQM-2» partadıcısını bağladıqda, döyüş sursatı hesab olunan «F-1» markalı qəlpəli əl qumbarasını təşkil edən qumbara partladıcısını kirayədə yaşadığı ünvan 5 ünvanda qanunsuz olaraq saxlamaqla gizlətmiş, xx.xx.2020-ci il tarixdə həmin mənzilə keçirilmiş baxış zamanı qeyd olunan partlayıcı maddələr yataq otağında olan çarpayının altından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildə mərhum atası Əliyev İsmayıl Yusif oğlu vəfat etməmişdən öncə özünə məxsus 01 ədəd barabanlı tapançanı və onun 07 ədəd patronunu ona verərək bildirmişdir ki, düşmənlidir, tapançanı patronları ilə birlikdə ona verir ki, özünü qorusun. O da atasının verdiyi barabanlı tapançanı hərdən şəhərdə tək gəzməyə çıxanda üzərində gəzdirmişdir. xx xxxx 2020-ci il tarixdə saat təxminən 19 radələrində kirayə yaşadığı mənzildən çıxıb gəzmək məqsədi ilə Sahil bağına getmiş, orada skamyada əyləşib bir qədər istirahət etdikdən sonra üzərində silah olduğuna görə avtobusla getməyə qorxmuş və buna görə də evə taksi ilə getməyi qərara almışdır. Sahil bağı ilə üzbəüz yolun əks tərəfinə keçmək istəyərkən iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmiş və birlikdə Səbail rayon polis idarəsinə getməyi təklif etmişlər. O, üzərində odlu silah tapança olduğundan çıxış yolu olmadığını dərk etdiyindən polis əməkdaşları ilə birlikdə, polis əməkdaşlarının təklifi əsasında və sonuncuların müşayiəti ilə Səbail rayon polis idarəsinə getmişdir. Bundan sonra həmin iki nəfər polis əməkdaşlarının və dəvət olunmuş vəkilin iştirakı ilə xidməti otaqda, videokamera ilə videoçəkiliş aparılmaqla hüquq və vəzifələri ona izah edildikdən sonra üzərində olan əşyaları çıxarıb masanın üstünə könüllü qoymağı təklif edilmiş və o, əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bükülünü, həmin şalvarın ön kəmər hissəsində saxladığı, üzərində “Levis original” yazısı olan tünd göy rəngli selofan torbaya bükülmüş vəziyyətdə içərisində baraban tapança olan bükülünü təqdim etmişdir. Sonra həmin bükülünü açaraq, içərisində tünd gümüşü rəngli, dəmir materialdan olan, dəstək hissəsi şəffaf lentlə sarılmış barabanlı odlu silahı-tapançanı, bundan başqa, şəffaf selofana bükülmüş bükülünü açıb içərisində yeddi ədəd patronu təqdim etmişdir. Baxış zamanı üzərindən aşkar olunmuş barabanlı tapançanın və yeddi ədəd patronların özünə məxsus olduğunu, həmin barabanlı tapança və yeddi ədəd patronların mərhum atasından yadigar qaldığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş bir ədəd barabanlı tapança və yeddi ədəd patronları mərhum atasının vəsiyyətinə görə özünü qorumaq məqsədilə üzərində gəzdirmişdir. Həmin tapançadan ümumiyyətlə istifadə etməmiş, sadəcə üzərində gəzdirib, saxlamışdır. Mərhum atasının düşmənlərini tanımır, ehtiyat üçün tapança və patronları üzərində saxlamışdır. Polis əməkdaşları onu saxlayarkən və polis idarəsinə aparılan zaman ona qarşı heç kim zor tətbiq edilməyib. Həmin silah və patronlar da yağlı olduğu üçün sellofan torbada gəzdirmişdir. Bundan başqa, xx xxxx 2020-ci il tarixdə onun iştirakı ilə kirayədə yaşadığı ünvan 6 ünvanında axtarış keçirilən zaman yataq otağında olan çarpayının altından bir ədəd əl qumbarası, bir ədəd partladıcı və bir ədəd göz yaşardıcı qaz buraxan partlayıcıya oxşar əşya onun tərəfindən təqdim edilib, qeyd olunan əşyalar da ona məxsusdur və həmin əşyalar vəfat etmiş atası İsmayıl Əliyev tərəfindən ona saxlamağı üçün verilmişdir. Törətdiyi əməldən peşmandır, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olduğundan məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə cinayət axtarış şöbəsinə “Elşad” adlı şəxsin üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi və Sahil bağına gəlməsi barədə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və əməliyyat tədbirlərinin keçirilməsi barədə protokol tərtib edilmiş, davranış xəttinə əsasən o, Elşad adlı şəxsə yaxınlaşaraq sonuncunu saxlamalı, şəxsin qaça bilmə ehtimalının qarşısını almaq üçün şöbənin kiçik əməliyyat müvəkkili Şahid2 kənardan müşahidə etməli idi. xx xxxx 2020-ci il tarixdə saat 19:35-də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sahil bağının Sahil metrostansiyası tərəf hissəsində əlamətlərinə uyğun olaraq gördüyü Elşad adlı şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və sonuncunu Səbail rayon polis idarəsinə dəvət etmiş, həmin şəxs etiraz etmədən idarəyə getməyə razılaşmışdır. İdarədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Səbail RPİ-nin Təhqiqat şöbəsində təhqiqatçı tərəfindən vəkil dəvət edildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonra Elşad Əlyevin üzərinə videogörüntü aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən selofana bükülü vəziyyətdə yeddi ədəd patron və şalvarının kəmərinin ön hissəsindən tünd göy rəngli selofana bükülü vəziyyətdə bir ədəd baraban tipli tapança aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan baraban tapançanın və patronların vəfat etmiş atası tərəfindən ona verildiyini bildirmişdir. Təqdim edilmiş tapança və patronlar təhqiqatçı tərəfindən ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs kirayədə yaşadığıBakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 6 a, mənzil 59 ünvanında axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs özü yataq otağında olan çarpayısının altından bir ədəd əl qumbarası, bir ədəd partladıcı və bir ədəd göz yaşardıcı qaz buraxan partlayıcıya oxşar əşyanı təqdim edərək özünə məxsus olduğunu və həmin partlayıcıların da atası tərəfindən saxlaması üçün ona verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid2 Bəybaba oğlu eyni məzmunlu ifadə verərək şahid Şahid3 göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə axtarış şöbəsinə silah gəzdirməkdə şübhəli bilinərək gətirilmiş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış zamanı yeddi ədəd patorn və bir ədəd baraban tipli tapança aşkar edilərək götürülmüşdür. xx xxxx 2020-ci il tarixdə onun iştirakı ilə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 6 ünvanında axtarış keçirilən zaman Təqsirləndirilən şəxs özü yataq otağında olan çarpayıın altından bir ədəd əl qumbarası, bir ədəd partladıcı və bir ədəd gözyaşardıcı qaz buraxan partlayıcıya oxşar əşyanı təqdim edərək vəfat etmiş atası İsmayıl Əliyev tərəfindən ona saxlamağı üçün verildiyini bildirmiş, həmin əşyalar qablaşdırılaraq ekspertizaya təqdim olunması üçün ondan götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkəti əks etdirən CD diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs edilmiş təklifdən sonra könüllü olaraq əynində olan şalvarının sağ yan cibindən şəffaf selofana bükülmüş bükülünü və həmin şalvarın ön kəmər hissəsində saxladığı tünd göy rəngli selofan torbaya bükülmüş vəziyyətdə bükülünü təqdim edir və bükülü açılanda içində tünd gümüşü rəngli, dəmir materialdan olan, dəstək hissəsi şəffaf lentlə sarılmış barabanlı odlu silaha oxşar əşya aşkar olunur. Şəffaf selofana bükülmüş bükülü açıldıqda içərisində yeddi ədəd patrona oxşar əşyalar aşkar olunur. Təqsirləndirilən şəxs həmin əşyaların barabanlı tapança və yeddi ədəd patron olduğunu, həmin əşyaların mərhum atasından qaldığını bildirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yaşadığı evə axtarış prosessual hərəkəti əks etdirən CD diskdəki videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 6 ünvanında axtarış keçirilən zaman sonuncu yataq otağında olan çarpayıın altından 01 ədəd əl qumbarası, 1 ədəd partladıcı və 1 ədəd göz yaşardıcı qaz buraxan partlayıcıya oxşar əşyanı özü təqdim edərək vəfat etmiş atası İsmayıl Əliyev tərəfindən ona saxlamağı üçün verildiyini bildirmiş, həmin əşyalar qablaşdırılaraq ondan götürülmüşdür. Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxx 2020-ci il tarixli, 20/362R nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 30851 №li silah, zavod üsulu ilə Rusiya dövlətində Tula imperator silah zavodunda istehsal olunmuş 7.62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə əlavə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 07 ədəd patronlar zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş7.62x38R mm kalibrli olmaqla həmin kalibrli Naqan sistemli revolver silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Silahın atəşə yararlı olub- olmamasını müəyyən etmək üçün tədqiqata təqdim edilmiş 07 ədəd 7.62x38R mm kalibrli patronlardan ixtiyarı seçmə yolu ilə 04 ədəd barabana doldurularaq eksperimental atəşlər açıldı. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-ndə yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə və gilizlərlə müqayisəli tədqiqat aparıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 3/812 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş revolver zavod üsulu ilə X2 silah zavodunda istehsal edilmiş 7,62 mm kalibrli «Naqan» sistemli, 1895-ci işl nümunəli, 30851 №-li revolverdir - yivli, odlu döyüş silahı hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə əlavə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 03 (üç )ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən açılan, 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik «Naqan» sistemli 1895-ci il nümunəli revolverlərdə və s. yivli odlu silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatlarıdır, atəşə yararlıdırlar. Tədqiqata təqdim edilmiş qumbara gövdəsi - zavod üsulu ilə istehsal edilmiş, qəlpəli «F-1» əl qumbarasının gövdə hissəsidir, təqdim edilmiş partladıcı isə «F-1», «RQD-5», «RQ-42» markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982ci ildə yığılıb zavod üsulu ilə istehsal edilmiş, «UZRQM-2» markalı qumbara partladıcısıdır və həmin qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən həmin «UZRQM-2» partadıcısını bağladıqda, döyüş sursatı hesab olunan «F-1» markalı qəlpəli əl qumbarasını təşkil edirlər, saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə (atəş-partlayışa) yararlıdırlar. Tədqiqata təqdim edilmiş silindrik predmet zavod üsulu ilə istehsal edilmişdir, hərbi işlərdə mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, «RQD-2 B» markalı, ağ tüstü buraxan tüstülü əl qumbarasıdır – döyüş sursatı və ya partlayıcı qurğu hesab edilmir və təyinatı üzrə istifadəyə yararlıdır. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 64 (altmış dörd) manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, istintaq üçün əhəmiyyət kəsb etdiyindən axtarış və götürmələrin aparılmasını özündə əks etdirən iki ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. Həmçinin həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd 7,62 mm kalibrli «Naqan» sistemli 30851 №-li revolver, 03 ədəd patron, bir ədəd qəlpəli «F- 1» əl qumbarasının gövdə hissəsi və bir ədəd «UZRQM-2» markalı qumbara partladıcısı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs evindən aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş silindrik predmet hərbi işlərdə mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, «RQD-2 B» markalı, ağ tüstü buraxan tüstülü əl qumbarası döyüş sursatı və ya partlayıcı qurğu hesab edilmədiyindən həmin epizod üzrə cinayət təqibinə xitam verilmiş, «RQD-2 B» markalı, ağ tüstü buraxan tüstülü əl qumbarası iş üçün əhəmiyyət kəsb etmədiyindən maddi sübut kimi tanınmamış və saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2003-cü tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4 (66.1 və 66.3) maddələri ilə təqsirli bilinərək 05 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304-cü maddəsi (67.1) ilə təqsirli bilinərək 02 (iki) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 08 (səkkiz) il 06 (altı) aya endirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qərar ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək, əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cəzası 05 (beş) ilə endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşaqları vardır – xx xxxx 2007-ci tarixdə anadan olmuş X6 və xx xxxx 2008-ci tarixdə anadan olmuş X3. xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(009)-377/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 4(009)-530/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də himayəsində iki yetkinlik yaşna çatmayan uşağının olması cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzası 08 (səkkiz) il 06 (altı) aya endirilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli qərar ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanun tətbiq edilərək, əməli CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və cəzası 05 (beş) ilə endirilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin iki il keçmədən, yəni xx xxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə Cinayət Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əvvəl törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda onun əməlində residiv müəyyən edildiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq xx xxxx 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkəti əks etdirən və Təqsirləndirilən şəxs yaşadığı evə axtarış keçirilməsini i əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş bir ədəd 7,62 mm kalibrli «Naqan» sistemli 30851 №-li revolver, 03 ədəd patron, bir ədəd qəlpəli «F-1» əl qumbarasının gövdə hissəsi və bir ədəd «UZRQM-2» markalı qumbara partladıcısı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş silindrik predmet hərbi işlərdə mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, maddi sübut kimi tanınmamış və Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş «RQD-2 B» markalı, ağ tüstü buraxan tüstülü əl qumbarası hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd 7,62 mm kalibrli «Naqan» sistemli 30851 №-li revolver, 03 (üç) ədəd patron, 01 (bir) ədəd qəlpəli «F-1» əl qumbarasının gövdə hissəsi və 01 (bir) ədəd «UZRQM-2» markalı qumbara partladıcısı hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş zavod üsulu ilə istehsal edilmiş silindrik predmet hərbi işlərdə mühafizə-gizlətmə və partlayış yerlərini imitasiya etmək və düşmənin nişanlama atəşindən örtünmək məqsədilə istifadə edilmək üçün nəzərdə tutulmuş, maddi sübut kimi tanınmamış və Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş «RQD-2 B» markalı, ağ tüstü buraxan tüstülü əl qumbarası hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə prosessual hərəkəti əks etdirən və Təqsirləndirilən şəxs yaşadığı evə axtarış keçirilməsini i əks etdirən iki ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili X1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq müddətində müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-43/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-43/2021
17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver