Məhkəmə qərarları › İş №1(009)-43/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-43/2022

26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-43/2022 26.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Astara rayonu, Pensər kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)- 45/2015 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 ( beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02.11.2019-cu il tarixdə cəza müddətinin sonu ilə əsas cəzadan azad edilmiş, hazırda əlavə cəza çəkən, Astara rayonu, Pensər kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurlamışdır. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 13 sentyabr 2021-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “X6” kafesinin içinə daxil olub sol tərəfdəki masanın üzərindən Zərərçəkmiş şəxs məxsus içində 1600(min altı yüz) manat nağd pul olan 50(əlli) manat dəyərindəki qara rəngli dəri pul qabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 1650(min altı yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 13 sentyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğu üçün içində bir cüt köhnə ayaqqabı olan ağ-qırmızı plastik torbanı əlində tutub şəhərdə gəzərək haradan pul tapacağı barədə fikirləşmişdir. Vacib pul lazım olduğu üçün fürsət düşəcəyi anda oğurluq edəcəyi barədə qərara gəlmiş və axşam saat 22 rədələrində Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən “X6” kafesinin qarşısından keçən zaman su içmək istədiyi üçün həmin kafeyə qapıdan daxil olub ofisiantdan su istəmişdir. Ofisiant su gətirmək üçün getdikdən sonra ətrafa baxan zaman kafenin qapsının girəcəyində sol tərəfdə stolun üstündə kassa aparatının yanında qara rəngli pul qabını görmüşdür. Pul qabının içində pul olacağını fikirləşmiş və həmin anda ətrafda heç kimin olmadığını görüb həmin pul qabını oğurlamaq qərarına gəlmişdir. Bu zaman ofisiant bir stəkan suyu gətirib ona vermişdir. O, suyu içmiş əlavə bir stəkan su istəmişdir ki, ofisiant ondan uzaqlaşsın və o pul qabını götürsün. Ofisiant onun əlavə su istəyinə etiraz etməyib getmiş, bu anda o həmin qara rəngli pul qabını götürüb əlindəki ağ-qırmızı plastik torbanın içinə atmış və heç kimin şübhələnməməsi üçün ofisiantın suyu gətirməsini gözləmişdir. Su içdikdən sonra kafedən çıxıb oradan uzaqlaşmışdır. Xeyli məsafəni piyada gedib Daxili İşlər Nazirliyinin inzibati binasının yanındakı küçəyə çatan zaman əlini salıb torbanın içindən oğurladığı qara rəngli pul qabını götürmüş və içinə açıb baxan zaman pul qabının içində müxtəlif əskinazlarla 1600 manat olduğunu görmüşdür. Pul qabının içindəki cib hissələrində müxtəlif sənədlərə oxşar kartların olduğunu görmüş, lakin ona nağd pul lazım olduğundan oradakı sənədlərə oxşar kartların nə olduğuna baxmamışdır. Ona görə də pulu götürüb həmin qara rəngli pul qabını qarşısına çıxan ilk zibil qutusuna atmışdır. Oğurluq yolu ilə əldə etdiyi 1600 manat nağd pulu bir neçə gün ərzində şəxsi məsrəflərinə sərf etmişdir. Əməldən peşman olduğunu və ziyanı ən qısa zamanda geri qaytaracağına söz verərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, “X6” kafesində inzibatçı vəzifəsində çalışır. Təxminən 6 aya yaxındır ki, Bakı şəhəri, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən digər fililalına mütəmadi olaraq gedib gələrək həmin filiala ümumi nəzarəti həyat keçirir. 13 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Məmmədəmin Rəsulzadə küçəsində yerləşən Səbail fililalına gələrək təxminən 2-3 saat orada qalıb ümumi nəzarəti həyata keçirdikdən sonra içərisində müxtəlif əksinazlarla 1600 manat nağd pul, özünə məxsus şəxsiyətini təsdiq edən vəsiqəsi və sürücülük vəsiqəsi olan qara rəngli dəri pul qabını kassanın yanına qoymuşdur. Obyektdəki müştəri sıxlığından başı işə qarışdığı üçün pul kisəsinin kassanın yanında açıq yerdə qoyduğunu unutmuşdur. Axşam saat 23 radələrində obyekti bağlamaq üçün hazırlaşan zaman pul qabını kassa aparatının yanında qoyduğunu xatırlayıb kassaya yaxınlaşmış, pul kisəsinin qoyduğu yerdə olmadığını aşkar etmişdir. Bundan sonra 14 sentyabr 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişdirlər. Həmin pul qabını hansı tarixdə aldığını və modelini xatırlamır, amma pul qabını 50 manata aldığını dəqiq xatırlayır. Ona oğurluq hadisəsi nəticəsində 1600 manat nağd pul ziyanı və 50 manatlıq dəri pul qabısının dəyəri nəzərə alınmaqla ümumilikdə 1650 manat ziyan dəymişdir. O, pul qabının oğurlandığını aşkar etdikdən sonra həmin kafedə onunla işləyən Ülvi adlı ofisianta məlumat vermişdir. Sonradan Ülvinin ona məxsus pul qabını oğurlayan şəxsə su verdiyini öyrənmişlər. Zərərçəkmiş şəxs həmçinin məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin ödənilmədiyini bildirmişdir. 25 noyabr 2021-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə tərtib edilmiş diskə baxış keçirilməsi barədə protokola əsasən video-diskdəki video fayl və foto şəkillər ardıcıl açılıb baxılan zaman 13 sentyabr 2021-ci il tarixdə 21:34-də Bakı şəhəri, Səbail rayonu, Məmmədəmin Rəsulzadə küçəsində yerləşən “X6” kafesinin girişində dayanan boz rəngli qısaqol köynək geyinmiş, arıq bədən quruluşlu, çənəsinin alt hissəsinə qara rəngli maska keçirmiş və kafenin girişində dayanıb şəkildən görünən sağ əlinin içəri uzadaraq qapının sol tərəfindəki iş masasının üzərinə qoyulmuş pul qabını götürən, əlində ağ-qırmızı rəngli plastik torba olan boz rəngli qısaqol köynəkli şəxsin Təqsirləndirilən şəxs özü olduğunu və oğurladığı pul qabını həmin sellofan torbaya qoyduğunu bildirdiyi müəyyən edilir. 29 sentyabr 2021-ci il tarixdə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. 29 sentyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 29 sentyabr 2021-ci il tarixli qərarla X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 13 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni tarixli qərarla ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. 24 noyabr 2021-ci il tarixli axtarışda olan şəxsin saxlanılması barədə protokola əsasən Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə 19:00-da saxlanılmışdır. 24 noyabr 2021-ci il tarixli qərarla ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. 25 noyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılmış və o Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 26 oktyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnaməyə əsasən xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)-45/2015 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarəetmək hüququndan məhrum edilməklə 05 ( beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 02.11.2019-cu il tarixdə cəza müddətinin sonu ilə əsas cəzadan azad edilmişdir. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)- 45/2015 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 ( beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrumetmə cəzasının başlanğıcı onun həbsə alındığı 03.11.2014-cü il tarixdən hesablanmışdır. Astara rayon İcra və probasiya şöbəsinin 12 yanvar 2022-ci il tarixli məktubuna əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)—45/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddətinin bitməsi ilə əlaqədar 02.11.2019-cu il tarixdə Penitensiar Xidmətin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Əlavə cəzanın icra edilməsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 1(088)-45/2015 saylı hökmü 07.01.2020-ci il tarixdə Astara rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmışdır. Hökmün məhkum Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair hissəsi aidiyyəti üzrə icra edilməsi üçün 07.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran Rayon Qeydiyyat İmtahan və X5 göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1 (088)-45/2015 saylı hökmü ilə təyin olunmuş 04 (dörd) tl müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzasının 02 (iki) il 02 (iki) ay 10 (on) gün hissəsini çəkmişdir. 12.01.2022-ci il tarixə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün təşkil edir. Hazırki günə cəzanın çəkilməmiş hissəsi isə 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə onun özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Müəyyən edilmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)- 45/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.3- cü maddəsi ilə təqsirli bilinib 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəza müddətinin bitməsi ilə əlaqədar 02.11.2019-cu il tarixdə Penitensiar Xidmətin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Əlavə cəzanın icra edilməsi ilə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli, 1(088)-45/2015 saylı hökmü 07.01.2020-ci il tarixdə Astara rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmışdır.Hökmün məhkum Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsinə dair hissəsi aidiyyəti üzrə icra edilməsi üçün 07.01.2020-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran Rayon Qeydiyyat İmtahan və X5 göndərilmişdir. Məhkum Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)-45/2015 saylı hökmü ilə təyin olunmuş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 02 (iki) il 02 (iki) ay 10 (on) gün hissəsini çəkmişdir. 12.01.2022-ci il tarixə cəzanın çəkilməmiş hissəsi 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün təşkil edir. Hazırki günə cəzanın çəkilməmiş hissəsi isə 01 (bir) il 09 (doqquz ) ay 06 (altı) gün təşkil edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)-45/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın çəkilməmiş hissəsi, yəni 01 (bir) il 09 (doqquz ) ay 06 (altı) gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilərək cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək, yəni 01 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22.01.2015-ci il tarixli, 1(088)-45/2015 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının çəkilməmiş hissəsi, yəni 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 240 ( iki yüz qırx) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Səbail rayon filialındakı (kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar