Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-43/2023 07.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: “Kamandar Nəsibov və Partnoyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 0.167 qram çəkidə qəhvəyi rəngli tozşəklli maddə kustra üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özündə saxlayaraq daşımış, 03 avqust 2022-ci il tarixdə saat 20:05 radələrində Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə, ünvan 2 ünvanında, “Bravo” marketin qarşısında olarkən Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Səbail rayonu Ə.Yaqubov 2 ünvanında yerləşən Səbail RPİ-nin 8-ci PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərində şəxsi axtarış və götürmə aparılan zaman sol ayağında olan qara rəngli corabın içərisində saxlamaqla daşıdığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə olan həmin 0.167 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər narkotik vasitə qəbul etməyə görə məhkum olunmuşdur, narkotik vasitə qəbul etməyə onu heç kim təhrik etməmişdir, narkotik vasitə aludəçisi olduğundan onu qəbul edir. Qəbul etdiyi narkotik vasitəni tanımadığı və şəxsiyyətləri barədə heç bir məlumatı olmadığı şəxslərdən pulunu verməklə alıb qəbul edir və bu əməllərinə görə əvvəllər məhkum olunmuşdur. 03 avqust 2022-ci il tarixdə, saat 16:30 radələrində Nəsimi rayonunda yerləşən 8 Noyabr metrostansiyasının yaxınlığında Füzuli adlı şəxsdən 10 manata kakos, yəni heroin adlanan narkotik vasitə almışdır. Həmin narkotik vasitəni özü qəbul etmək üçün almışdır. Narkotik vasitəni aldıqdan sonra evlərinə gəlmiş və həmin gün, saat 20:00 radələrində 20-ci sahədə olan “Bravo” marketin qarşısında olan zaman ona yaxınlaşan polis əməkdaşları onu Polis bölməsinə dəvət etmişlər və alıb corabında saxladığı həmin narkotik vasitəni şəxsi axtarışla ondan götürmüşlər. O, narkotik vasitə olan heroindən istifadə edir, heroini inyeksiya yolu ilə qəbul edir. Qəbul etdiyi narkotik vasitə heroini müxtəlif ünvanlardan, tanımadığı müxtəlif şəxslərdən alır, indiyə kimi narkotik vasitə aldığı şəxslərin heç birinin anket məlumatlarını bilmir, heç vaxt narkotik vasitənin satışı ilə məşqul olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində 20-ci sahədə, “Bravo” marketin qarşısında olan zaman polis əməkdaşları yaxınlaşaraq polis bölməsinə dəvət etdilər. Həmin zaman dəvət edilmiş vəkilin iştirakı ilə videokamera vasitəsi ilə üzərinə baxış keçilməsi bildirdi və təklif edildi ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa onu çıxardıb masanın üzərinə qoysun. Ona görə də həmin zaman sol ayağında olan qara rəngli corabın içərisində saxladığı 1 ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik maddə heroin olan həmin bükümü çıxardıb masanın üzərinə qoymuşdu. Bundan sonra polislər üzərində axtarş aparsalarda qanunla qadağan edilmiş əşya aşkar etməmişdir. Üzərindən aşkar edilmiş içərisində narkotik maddə olan heroin bükümünü zərfə qoyaraq onu 52 saylı möhürlə möhıirləmişlər. Həmin zaman orada olan vəkil və polislər həmin zərfin üzərindən və bu barədə yazılmış protokola imza etmişlər. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasının, əməlini etiraf etməsinin, cinayətin açılmasında fəal kömək etməsinin, himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəyləri, sənədlər və tədqiq olunmuş digər sübutlarla da təsdiq olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 8-ci PB-də əməliyyat müvəkkili işləməklə əməliyyat məlumatı almışlar ki, əvvəllər dəfələrlə məhkum olunmuş və ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin əldə edilməsi, qəbulu, gəzdirilməsi və satışı ilə məşquldur. Əməliyyat məlumatını reallaşdırmaq məqsədi ilə raport yazaraq bu barədə bölmə rəhbərliyinə məruzə etmiş və rəhbərliyin razılığı ilə sənədləşmə apararaq Təqsirləndirilən şəxs saxlanılması üçün bölmənin əməliyyat müvəkkili Şahid2 və özündən ibarət əməliyyat qrupu yaradılmışdır. 03 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yeri müəyyən edib Şahid2la birlikdə saat 20:05 radələrində Səbail rayonu 20-ci sahə, ünvan 2 ünvanında olan “Bravo” marketin qarşısında xarici görünüşünə görə Təqsirləndirilən şəxs oxşar şəxsi saxlayıb özlərini təqdim edərək onun kimliyini soruşmuşlar, həmin şəxs xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir, sonra ona narkotik vasitələrin əldə edilməsi, saxlanması, gəzdirilməsi və satışında şübhəli olduğunu bildirmişlər və o etiraf etmiş ki, həqiqətən narkotik vasitə aludəçisidir üzərində də narkotik vasitə vardır, sonra onu, üzərində şəxsi axtarış və götürmə aparılması üçün 8-ci PB-nə dəvət etmişlər və o onlarla birlikdə 8-ci PBnə gəlib, sonra bölmə rəhbərliyinə onun gətirilməsi ilə əlaqədar raportla məruzə etmişlər, sonra bölmə rəhbərliyi tərəfindən raportun icrası təhqiqatçı, polis kapitanı X7 həvalə edilmişdir. Bölməyə gətirdiyimiz Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə təhqiqat hərəkətinin aparılması üçün təhqiqatçı tərəfindən bölməyə 12 saylı Vəkil Bürosundan vəkil X6 dəvət edilib. Vəkil gəldikdən sonra tədqiqatçının otağında şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil X6 təqdim edilib, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkil Mübariz Məmmədovun onun hüquqlarının müdafiə etməsini etiraz etmədiyini bildirib, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhə edilən şəxs kimi tutulması barədə tərtib edilmiş qərar və protokola şübhəli şəxs Təqsirləndirilən şəxs və vəkil imza etmişlər, şəxsi axtarış və götürməyə saat 20:50 dəqiqədə başlanılıb və təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib, bölməyə gətirilməsinin səbəb və məqsədi izah edilib, üzərində aparılacaq şəxsi axtarış və götürmənin gedişatının “Samsunq Galaxy A-21S” markalı mobil telefon aparatının videkamerası vasitəsilə videoçəkiliş aparılacağı bildirilib, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirib. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilib və üzərində narkotik vasitə, psixatrop maddə və qanunla qadağan edilmiş digər predmetlər vardırsa, könüllü təqdim etməsi təklif edilib, təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sol ayağına geyindiyi qara rəngli corabın içərisindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyub. Sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən əynində olan şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilib və şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının təklifindən sonra əynində olan şalvarının ciblərini tam göstərib, ayaqqabılarını çıxarıb, onun ciblərində və ayaqqabılarında qanunsuz əşya və ya predmet aşkar olnmayıb. sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan kütləyə baxış keçirilməyə başlanıb və Təqsirləndirilən şəxs həmin bükümdə nə olması sualı verildikdə, o bükümdə narkotik vasitə olduğunu, onu 03 avqust 2022-ci il tarixdə, saat 16:30 radələrində Nəsimi rayonunda yerləşən 8 Noyabr metrostansiyasının qarşısında Füzuli adlı şəxsdən 10 manata özü qəbul etməsi üçün aldığını bildirib. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm kağız zərfə qoyularaq qablaşdırılmış və zərf DİN-nin 52 nömrəli möhürü ilə möhürlənmişdir, sonra həmin büküm qablaşdırılmış zərf iştirakçılar tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə 03 avqust 2022-ci il tarixdə, saat 21:10 dəqiqədə başa çatıb və videoçəkiliş dayandırılıb. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və tərtib edilmiş protokol təhqiqatçı tərəfindən iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən protokola əlavə ediləsi qeyd daxil olmadığından protokol iştirakçılar, o cümlədən onun tərəfindən imzalanıb. Şəxsi axtarış və götürmənin videogörüntiiləri 01 ədəd DVD diskinə köçürülərək disk protokola əlavə edilib. İstər saxlanılarkən, istərsə də üzərində şəxsi axtarış və götürmə aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs hər hansı formada təzyiq, fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid X1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında Bakı şəhəri Səbail RPİ-nin Təhqiqat şöbəsində şəxsi axtarış və götürmə aparılan zamanı qeydə alınmış videogörüntülərə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin gedişi “Samsunq Galaxy A21S” markalı mobil telefon aparatının videokamerası vasitəsi ilə videolent alınmışdır. Şəxsi axtarış və götürməyə başlamazdan əvvəl təhqiqatçı özünü və iştirakçıları təqdim edir və şəxsi axtarışı aparılacaq Təqsirləndirilən şəxs hüquq vəvəzifələri ona izah edir, sonra şəxsi axtarış və götürmə barədə qərarla şübhəli şəxs Təqsirləndirilən şəxs tanış edir, sonra şəxsi axtarışa başlanması elan olunmaqla təhqiqatçı elan edir ki, istintaq hərəkətinin gedişatının “Samsunq Galaxy A-21S” markalı mobil telefonun videokamerası ilə videoçəkilişi aparılır, iştirakçılar videoçəkilişə etiraz etmirlər. Sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edir ki. paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etsin. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu təklifdən sonra sol ayağına geyindiyi corabın içərisində narkotik vasitə-kakos olduğunu deyir və təhqiqatçının təklifi ilə özü həmin yerdən ağ kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur, həmin büküm təhqiqatçı tərəfindən açılır və içərisində qəhvəyi rəngli toz şəkilli, narkotik vasitə-heroinə bənzər kütlə olması görünür, sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, həmin biikümdəki narkotik vasitə-kakosdur, onu 03 avqust 2022-ci il tarixdə özü qəbul etmək üçün Nəsimi rayonu ərazisində olan 8 Noyabr metrostansiyasının yaxınlığında Füzuli adlı şəxsdən 10 manata özü qəbul etmək üçün almışdır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olundu ki. əynində olan şalvarın ciblərini tam göstərsin və ayağına geyindiyi ayaqqabıları, corabları çıxarsın. Şübhəli şəxs Təqsirləndirilən şəxs edilən təklif əasında şalvarının ciblərini açır, ayaqqabılarını və sonra corablarını çıxarır, çırpır və qeyd edilən yerlərdən hər hansı qanunsuz predmet aşkar edilmədiyi görüntiilənir. sonra o ciblərini qaydasına salır, corablarını geyinir və ayaqqabıların geyinir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində narkotik vasitəyə bənzər kütlə olan büküm təhqiqatçı tərəfindən kağız zərfə qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmaqla DİN-nin möhürlü kağızı ilə möhürlənib götürülür və bununla şəxsi axtarış istintaq hərəkəti sona çatır. Diskdəki görüntülər 11 dəqiqə 58 saniyə davam edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin gedişatı barədə təhqiqatçı tərəfindən tərtib edilmiş 03 avqust 2022-ci il tarixli protokolda hərəkətinin gedişatı barədə təhqiqatçı tərəfindən tərtib edilmiş 19 iyul 2022-ci il tarixli protokolda göstərilənlər həmin istintaq hərəkətinin videogörüntüləri köçürülmüş DVD diskindəki görüntülərə uyğundur və protokolda göstərilənlərlə görüntülərdə əks olunanlar eyinilik təşkil edir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş iş üzrə keçirilmiş materialların məhkəmə ekspertizasının 04 avqust 2022-ci il tarixli, 6/4174 nömrəli rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 52 dairəvi möhür əksi. “Təqsirləndirilən şəxsin təqdim etdiyi maddi sübut... R.İ.Yarəhmədov (imza)” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0.167 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2-ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0.167 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüləri ilə olan 01 ədəd DVD diski maddi sübut hesab edilmiş, ekspertiza tədqiqatına 0.05 qram sərf edildikdən sonra qalan 0.117 qram narkotik vasitə heroin saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 28 avqust 2013-cü il təvəllüdlü uşağı vardır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə Səbail Rayon Məhkəməsinin 26 yanvar 2000-ci il tarixli hökmü ilə köhnə redaksiyada 226-1 maddəsinin 1-ci hissəsi, 220-ci maddənin 1-ci hissəsi, 38-ci maddə ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 noyabr 2000-ci ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 77, 42.0.10-cu maddəsinə əsasən 1 il 11 ay 9 gün müddətinə cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayətlərin residivi müəyyən olunmur. Şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 avqust 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə saxlanılaraq Səbail Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 oktyabr 2022-ci il tarixdə həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, onun həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsiri sübuta yetirilmişdir və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, cinayətin açılmasında fəal kömək etməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə islah olunmasını, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək, 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək, tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda ibtidai istintaq zamanı keçirilmiş və məhkəmə iclasında elan olunmuş ambulator məcburi narkoloji tibbi yoxlamanın 05 avqust 2022-ci il tarixli, 4295 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına 0.05 qram sərf edildikdən sonra qalan 0.117 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, iki ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən X5 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 01 (bir) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 avqust 2022-ci il tarixdən 05 avqust 2022-ci il tarixədək, 19 oktyabr 2022ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazisini tərk etməmək, ünvan 1 ünvanı yaşayış yerini hər gün saat 23-00-dan 700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının əvvəli Bakı şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0.117 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat, Təqsirləndirilən şəxsndən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. “Kamandar Nəsibov və Partnoyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 132 (yüz otuz iki) manat pul tutularaq Bakı şəhəri "xxxx" ASC-nin Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-43/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-43/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver