Məhkəmə qərarları › İş №1(009)-43/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-43/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-43/2025 25.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryamxanım Elman qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1983-cü ildə Türkmənistan Respublikası Krasnovodsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, «Masa» restoranında inzibatçı işləyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında İltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rusiya Federasiyasının vətəndaşı X4 etibarından sui-istifadə edərək, Bakı şəhərində yerləşən müxtəlif toyuq fermalarından ətlik toyuq, yəni çolpaları topdan satış qiymətinə ucuz alaraq şəhərdəki restoranlara nisbətən baha qiymətə satışını təşkil etməklə, yüksək məbləğdə qazanc əldə edə biləcəkləri vədi ilə aldadaraq, X8 Federasiyasının Moskva şəhərindən “Qızıl Tac” (Zolotaya Korona) adlı beynəlxalq pul köçürmə bank sistemi vasitəsi ilə 30 oktyabr 2023-cü il tarixdə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 4182 (dörd min yüz səksən iki) manat təşkil etmiş 2460 (iki min dörd yüz altmış) ABŞ dolları məbləğdə pulu "xxxx" ASC-nin ünvan 3 ünvanda yerləşən “Badamdar” filialında nağdlaşdırma yolu ilə, növbəti dəfə Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Moskva şəhərindən “Qızıl Tac” (Zolotaya Korona) adlı beynəlxalq pul köçürmə bank sistemi vasitəsi ilə 31 oktyabr 2023-cü il tarixdə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 850 (səkkiz yüz əlli) manat təşkil etmiş 500 (beş yüz) ABŞ dolları məbləğdə pulu "xxxx" ASC-nin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 220 ünvanda yerləşən “Badamdar” filialında nağdlaşdırma yolu ilə, növbəti dəfə Zərərçəkmiş şəxsnm Rusiya Federasiyasının Moskva şəhərindən “Qızıl Tac” (Zolotaya Korona) adlı beynəlxalq pul köçürmə bank sistemi vasitəsi ilə 01 noyabr 2023-cü il tarixdə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 2136,90 (iki min yüz otuz altı manat doxsan qəpik) manat təşkil etmiş 1257 (bir min iki yüz əlli yeddi) ABŞ dolları məbləğdə pulu "xxxx" ASC-nin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 220 ünvanda yerləşən “Badamdar” filialında nağdlaşdırma yolu ilə, növbəti dəfə 05 noyabr 2023- cü il tarixdə Zərərçəkmiş şəxsnm şəxsiyyəti istintaqa “Təvəkkül” adı ilə məlum olan tanışı vasitəsi ilə Bakı şəhərinə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil etmiş 5000 (beş min) ABŞ dolları məbləğdə pulu ünvan 5 ünvanda yerləşən yaşayış binasının qarşısında əlbəəl, növbəti dəfə Zərərçəkmiş şəxsnm Rusiya Federasiyasının Moskva şəhərindən “Qızıl Tac” (Zolotaya Korona) adlı beynəlxalq pul köçürmə bank sistemi vasitəsi ilə 20 noyabr 2023-cü il tarixdə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 3.678,80 (üç min altı yüz yetmiş səkkiz manat şəksən qəpik) manat təşkil etmiş 2164 (iki min yüz altmış dörd) ABŞ dolları məbləğdə pulu "xxxx" ASC-nin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 220 ünvanda yerləşən “Badamdar” filialında nağdlaşdırma yolu ilə və sonuncu dəfə Zərərçəkmiş şəxsnm Rusiya Federasiyasının Moskva şəhərindən “Qızıl Tac” (Zolotaya Korona) adlı beynəlxalq pul köçürmə bank sistemi vasitəsi ilə 01 dekabr 2023-cü il tarixdə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 4.624 (dörd min altı yüz iyirmi dörd) manat təşkil etmiş 2720 (iki min yeddi yüz iyirmi) ABŞ dolları məbləğdə pulu "xxxx" ASC-nin Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 220 ünvanda yerləşən “Badamdar” filialında nağdlaşdırma yolu ilə, ümumilikdə 23971,70 (iyirmi üç min doqquz yüz yetmiş bir manat yetmiş qəpik) manat təşkil etmiş 14101 (on dörd min yüz bir) ABŞ dolları məbləğdə pulunu aldıqdan sonra Alfıya Xusainovanı qazanc əldə etdiklərinə inandırmaq üçün sonuncuya 27 yanvar 2024-cü il tarixdə, həmin tarixə olan milli məzənnə ilə 3910 (üç min doqquz yüz on) manat təşkil etmiş 2300 (iki min üç yüz) ABŞ dolları məbləğdə, 15 fevral 2024-cü il tarixdə "xxxx" ASC-yə aid “Birbank” mobil tədbiri vasitəsi ilə pul köçürmə üsulu ilə həmin tarixə olan milli məzənnə ilə 640 (altı yüz qırx) manat təşkil edən 376 (üç yüz yetmiş altı) ABŞ dolları məbləğdə, 19 fevral 2024-cü il tarixdə "xxxx" ASC-yə aid “Birbank” mobil tədbiri vasitəsi ilə pul köçürmə üsulu ilə göndərdiyi 920 (doqquz yüz iyirmi) manat məbləğdə pul vəsaitini və 21 fevral 2024-cü il tarixdə "xxxx" ASC-yə aid “Birbank” mobil tədbiri vasitəsi ilə pul köçürmə üsulu ilə göndərdiyi 500 (beş yüz) manat məbləğdə pul vəsaitini Alfıya Xusainovanın bank hesabına köçürdükdən sonra yerdə qalan 18001,70 (on səkkiz min bir manat yetmiş qəpik) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs Rusiya Federasiyasının vətəndaşı X5 18001,70 (on səkkiz min bir manat yetmiş qəpik) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rusiya Federasiyasının vətəndaşı X4 etibarından sui-istifadə edərək, guya olmayan “Monkral” adlı şadlıq sarayını Bakı şəhərində icarəyə götürərək işlədib yüksək məbləğdə qazanc əldə edəcəklərinə dair yalan vədlər verib aldatmaqla, sonuncuya “Meridian Garden” adlı restoranın videogörüntülərini “WhatsApp” sosial media platforması üzərindən göndərib inandıraraq, icarə haqqının ödənişi kimi aldadıb 20 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxsnm şəxsiyyəti istintaqa “Təvəkkül” adı ilə məlum olan tanışı vasitəsilə Bakı şəhərinə göndərdiyi, həmin tarixə olan milli məzənnə ilə 14790 (on dörd min yeddi yüz doxsan) manat təşkil etmiş 8700 (səkkiz min yeddi yüz) ABŞ dollar məbləğdə pulu Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi 220 ünvanda yerləşən "xxxx" ASC-nin qarşısında alıb ələ keçirməklə, zərərçəkmiş şəxs Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs 14790 (on dörd min yeddi yüz doxsan) manat məbləğdə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bununla da, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ildə «Kamran» adlı tanışı vasitəsi ilə tanış olmuşdur. O, özü restoran sektorunda uzun müddət, yəni 25 il fəaliyyət göstərmiş, müxtəlif restoranlarda inzibatçı işləmiş, sonuncu iş yeri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “Masa” restoranı olmuşdur. Onun iş fəaliyyəti barədə Zərərçəkmiş şəxs məlumatı olmuşdur. 2023-cü ilin yay aylarında onun tanışı Kamran Rusiya Federasiyasının Moskva şəhərində olanda Kamrana başqa tanışlarının ölkə xaricində, yəni Rusiya Federasiyasında tekstil (corab) sexi açmaq istədiyini bildirmiş, əgər istəyərsə, onları Kamranla tanış etməyi təklif etmişdir. Kamran isə bu təkliflə razılaşmadığı üçün bu məsələnin ardınca getməmişdir. 2023-cü ilin sentyabr ayında Kamran Bakı şəhərinə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs onun telefon nömrəsinin özündə olmasından istifadə edib ona, telefon nömrəsini Kamranın telefonundan götürdüyünü bildirmiş, əvvəlcə ondan Kamranın səhhəti ilə maraqlanmış, daha sonra aralarında olan söhbət zamanı o, Alfiyaya Moskvada tanışları tərəfindən ondan çay və qəlyan kafesi açmaq təklifi gəldiyini bildirmiş və Zərərçəkmiş şəxs ümumi restoran fəaliyyətinin necə işlədiyini soruşmuşdur. Söhbət əsnasında Alfiya təklifin yaxşı olduğunu bildirmiş, o, Moskva şəhərində fəaliyyət göstərən “Nanə salonu” şəbəkəsinin necə işlədiyini maraqlanmasını, Moskva şəhərində binaların kirayə qiymətini öyrənməyi xahiş etmişdir. Alfiya Moskva şəhərində obyektlərin kirayə qiymətini öyrənmiş, o, qiymətin yüksək olduğunu görüb etiraz etmişdir. Bundan sonra 2023-cü ilin sentyabr və oktyabr aylarında Alfiya özü ona Bakı şəhərində digər biznes fəaliyyəti qurmağı və gəlir qazanmağı təklif etmiş, o, Alfiyanın bu təkliflərini rədd etmiş və restoran fəaliyyətində olduğunu bildirib Alfiyaya məsləhət vermişdir ki, istəsə gəlib “Səba” toyuq şirkəti ilə razılaşıb icarəyə yer götürsün, onların məhsullarını satsın. Bu zaman söhbət əsnasında o, Alfiyaya bəzi restoranlara bazardan kənd çolpası alıb restoranlara satmaqla, gəlir əldə etmək olduğunu, bu məsələnin maraqlı və gəlir gətirəcəyini demiş, sonuncu da pul tapacağını bildirmişdir, onlar həmin işi qurmaq və birgə gəlir əldə etməyə razılaşmışlar. Bu məsələdən Kamranın xəbər tutmamasım Alfiya ondan xahiş etmiş, çünki Kamrandan xəbərsiz ona yazdığı üçün Kamranla arasında olan münasibətin pozulmamasım istəmişdir. O, çolpa biznesinin qurulması, yəni alış-satışı üçün əvvəlcədən 25.000 manat ekvalentində ******* rubl pul lazım olacağını Alfiyaya demiş, Alfiyaya həmin işin etibarlı olduğunu dedikdən sonra, Alfiyanın Bakı şəhərinə gəlməsini təklif etsə də, Alfiya bu işin qurulması üçün ona pul göndərəcəyini bildirib özü isə 2024-cü ilin yanvar ayında Bakıya gələ biləcəyini söyləmişdir. Bundan sonra Alfiya ona zəng edib tanışından 300000 rubl borc aldığını, həmin pulu 2024-cü ilin mart ayında tanışına qaytaracağını bildirib onu xəbərdar etmişdir. Alfiya pulu xx.xx.2023-cü il tarixdə rublun 2460 dollar ekvivalentində olmalqa, “Qızıl Tac” bank sistemi vasitəsi ilə çolpa işi qurub birgə gəlir əldə etmək məqsədi ilə ona göndərmişdir. Eyni məqsədlə, sonradan Alfiya xx.xx.2023-cü il tarixdə 500 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 1257 ABŞ dolları məbləğdə pulu onun hesabına köçürmüşdür. Bundan sonra Alfiya dostundan növbəti 5000 ABŞ dolları borc istəyib 2024cü ilin may ayında həmin pulu geri qaytarmalı olduğunu ona bildirmiş və xahiş etmişdir ki, həmin pulu bank vasitəsi olmadan, başqa şəxsdən Bakı şəhərində alsın. Samir adlı tanışı bunun qeyri-qanuni olduğunu dediyi üçün o, Alfiyaya zəng edib qeyri-leqal formada pul almaq istəmədiyini söyləmiş, həmin məbləği köçürmə yolu ilə göndərməsini istəmişdir. Alfiya da ona "Qızıl Tac" transfer limiti ilə əlaqədar olaraq, dostu Təvəkküldən pulu ödəməsini xahiş edəcəyini bildirmiş, nəticədə 05 noyabr 2023-cü il tarixdə Bakı şəhərində Alfiyanın göndərdiyi 5000 ABŞ dolları nağd pulu o, tanımadığı, Alfiyanın tanışından almışdır. Onların ilkin danışıqları vaxtı məbləğin bütov, yəni 25000 manat olması danışılsa da, Alfiya həmin məbləği ona hissə-hissə, yəni az olaraq göndərmiş, o da, Zərərçəkmiş şəxs aldığı pullarla tanımadığı alverçilərdən hissə-hissə çolpa alıb adlarını çəkmək istəmədiyi restoranlara nisyə 10 gün ərzində satmışdır. O, dövriyyəni qaldırmaq üçün müştəriləri qaçırtmamaq, mah davamlı vermək məqsədi ilə pul göndərməsini Alifyadan tələb etmiş, çünki toyuqlarla tam işləməyə başlamaq üçün pul hələ də toplanmalı olmuşdur. O, Alfiyaya qızılını satmasını təklif etməmiş, sonuncunun bu barədə dedikləri doğru deyildir. Sonra Alfiya ona demişdir ki, işin davamı üçün lazım olan məbləği kredit kartından çıxarmağa çalışacaq və kredit kartından pul çıxartmalı olduğu halda, pulu 01 fevral 2024-cü il tarixinədək qaytarılmalı olduğunu bildirdir. xx.xx.2023-cü il tarixdə Alfıya eyni məqsədlə 2164 ABŞ dolları və xx.xx.2023 tarixdə eyni məqsədlə 2720 ABŞ dolları, ümumilikdə isə, ona çolpa işinin həlli üçün 14101 ABŞ dolları məbləğdə pul göndərmişdir. Həmin ərəfədə o, 12 dekabr 2023- cü il tarixdə Alfiyaya maraq üçün başqa restoranda olan zamanı işin gedişatını şərh etmək məqsədi ilə video atmış, bir restoranın kirayəçisinin ABŞ-da daimi yaşayış üçün getməli olduğunu, satacağı bir şadlıq evi olduğunu demişdir. Alfıya onu dinləyib təklifii lə razılaşmış, o da, həmin işə özünün də pul tapacağını bildirmişdir. Bundan sonra o, Bankdan kreditləşmə şərtlərinin Azərbaycanda banklardakı şərtlərə oxşar olub-olmadığını soruşmağı Alfıyadan xahiş etmiş, Alfıya bu barədə məlumat vermişdir. O, Bankdan pul götürsə, aylıq ödəniş 33400 rubl asanlıqla ödəniləcək və hətta 60.000 rubl ödəyə biləcəyini demişdir. O, Alfıyanı əmin etmişdir ki, bu, çox sərfəli təklifdir, həmçinin bildirmişdir ki, restoranın işlətmək istəməyə çalışan Mehman adlı şəxs girov vermək istəyir, sonuncunu qabaqlamaq lazımdır. Əgər bu işi görəcəklərsə, banka daha tez getməsini bildirmişdir. Bundan sonra Alfıya banka gedib, ona zəng etmiş, telefonla şərtlər barədə danışmasını istəmişdir. 20 dekabr 2023-cü il tarixdə Alfıya «Alfa-bank»-a getmiş, bir mütəxəssislə danışanda oradan ona zəng etmiş, o, bank işçisindən faiz dərəcəsini və aylıq ödənişi soruşmuş, bank işçisinə Bakıda torpaq sahəsi almaq barədə heç nə deməmişdir. Bundan sonra Alfıya 36 ayhq kredit müqaviləsi tərtib edilməklə, aylıq ödəniş 33400 rubl, illik 24% ilə 856000 rubl məbləğdə pul krediti götürmüş, kreditin məbləği ******* rubl təşkil etmişdir. Alfıya 20 dekabr 2023-cü il tarixdə ona yenə də Rusiya Federasiyasında yaşayan dostu Təvəkkülün tanımadığı tanışı vastisəsi ilə 8700 ABŞ dolları pul göndərmiş və həmin biznesi almaq üçün qalan pulu da çatdıracağına söz vermişdir. Təvəkkül adlı şəxs də həmin gün pulu təklikdə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində "xxxx" ASC-nin binasının qarşısında ona vermiş və o, 8700 ABŞ dolları məbləğdə pulu aldığı barədə Alfiyaya mesaj yazmışdır. O, adını çəkmək istəmədiyi restoranın biznesinə daxil olmaq üçün həmin restorana depozit qoymuşdur. Sonra o, Alfıya ilə telefonla danışanda, toyuqları alıb restoranlara paylaşdırdığını və işlərin yaxşı getdiyini bildirmiş, Alfiyaya çolpalarla bağlı hesabatı vermişdir. Digər işin, yəni adını çəkmək istəmədiyi şadlıq evinin biznesini 42000 manata almaqla, icarəyə götürüb işlətmək üçün pul tam ödəndikdə bu məsələni həll edəcəyimə əmin olmağını söyləmişdir. xx.xx.2023-cü il tarixdə növbəti söhbət zamanı o, Alfiyaya 15-20 yanvar 2024 tarixləri arasında toyuqlara verdikləri pulların bütün restoranlardan alacağını, o cümlədən satışdan əldə etdikləri mənfəəti verəcəyini bildirmişdir. Alfıya özünə 5100 manat gəlir pul düşəcəyini hesablamış, daha sonra evin ətrafında şənliklər danışacağına söz vermişdir. xx.xx.2024cü il tarixdə o, Alfiyaya zəng edib restoranın biznesini almaq üçün sonuncunun payına düşən qalan məbləği yəni, ******* rubl pulu tapa biləcəyini soruşmuş, bu zaman Alfıya demişdir ki, bu mümkün deyil, pul tapa bilmir. Həmin vaxt Alfıya ondan biznesi almaq istədiyi şadlıq evinin adını təkidlə soruşduqda, o, araya Alfiyanın tanışlarının qoşulduğunu, onların biznesinə maneçilik etdiklərini və başqa istiqamətə yönəltdiklərini görüb, özündən yalan olaraq şadlıq evinin adını «Monkral» kimi bildirmiş, ünvanını deyə bilməyəcəyini demişdir. Əslində elə restoran mövcud olmamış, o, həmin restoranla biznes fəaliyyəti görməmişdir. Sonradan Alfıya ona zəng edib fikrindən yayındığını bildirmiş, ondan 8700 ABŞ dolları məbləğdə pulu geri qaytarmasını istəmişdi, o, Alfıyadan bir az gözləməsini xahiş etmişdir. O, adını çəkmək istəmədiyi həmin restorandan (beh) depozitə qoyduğu 8700 ABŞ dolları məbləğdə pulu 2023-cü ilin yanvar ayında geri almış, pulu da Alfiyaya qaytarmamış, toyuq çolpa işinin biznesinə xərcləmiş, bu barədə Alfiyaya məlumat verməmişdir. Sonra pulun bir hissəsinin Moskvaya köçürülməsini müzakirə etməyə başlamışlar, çünki Alfıya pulu kredit kartına vaxtında qaytarmalı və ayhq kredit ödənişini, yəni xx.xx.2024-cü il tarixdə ödəməyə başlamalı idi. O, «Toyota Prius» markalı avtomobilini satmaq məcburiyyətində qalacağını söyləmiş, ABŞ-a gedən kirayəçiyə verdiyi beh pulun razılaşma pozulduğu üçün əslində geri qaytarılmasının çətin olduğunu söyləmişdir. O, Alfıyaya görəcəkləri bizneslə bağlı adını çəkməyəcəyi çolpa sexlərinin videolarını, həmçinin «Meridian Garden» restoranının video görüntülərini çəkib atsa da, əslində həmin restoranla iş birliyi olmamışdır. O, Alfıyaya ilk növbədə xx.xx.2024-ci il tarixdə 2.750 ABŞ dolları məbləğdə pul göndərəcəyini vəd etmişdir. Sonra həmin ərəfədə o, Alfıyaya zəng edib xatırlamadığı Banklarda “Zolotaya Korona” sisteminin işləmədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Alfıya ona zəng edib 5000 ABŞ dolları məbləğdə gəlir pulunu istəmiş, çolpa və restoran işini daha onunla görmək istəmədiyini bildirmiş və təklif etmişdir ki, əvvəlcə 5000 ABŞ dolları pulu Təvəkkül adlı tanışının dostu Taleh adlı şəxsə Bakı şəhərində versin, Alfıya da həmin pulu Moskva şəhərində götürsün. O, Alfıyanın təklifinə etiraz etməmiş və Taleh adlı şəxslə görüşüb, sonuncuya Bakı şəhəri 9-cu mikrorayonda yerləşən “Tərlan” şadlıq evi yaxınlığında 2300 ABŞ dolları məbləğdə pulu Alfıyaya çatdırması üçün vermişdir. Həmin pul onların çolpa işində olan biznesin Alfıyaya çatacaq gəlir pulu olmuşdur. Alfıya həmin vaxt ondan 5000 ABŞ dolları pulu tələb etmiş, o isə Alfıyaya həmin məbləğin əvvəl olan danışıqlarına uyğun gəlmədiyini bildirmişdir. 2024cü ilin fevral ayında Alfıya Bakı şəhərinə gəlmiş, Bakıda olan zaman o, Alfıya göndərdiyi kart hesabına 1211 dollar pulu çolpadan gələn xeyir kimi köçürmüşdür. Bununla da, o, Alfıyaya 3511 dollar ekvivalentində 5968 manat pul vermişdir. Alfıya bundan sonra artıq ondan bizneslə bağlı xeyir deyil, bütün qoymuş olduğu pulu, yəni 22800 ABŞ dolları ekvivalentində 38760 manat pulunu geri istəmişdir. O, Alfıyaya etiraz etməmiş, verdiyi 5968 manat pulu həmin puldan çıxmasını istəmiş, qalan 32792 manat pulu da tezliklə qaytaracağına vəd vermişdir. Alfıya onunla razılaşmış, buna baxmayaraq, Alfıya 26 fevral 2024-cü il tarixdə onun barəsində Xətai RPİ-nin 36-cı Polis Bölməsinə şikayət etmişdir. Sonradan cinayət işi ərazi aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə göndərilmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşı olduğu üçün Azərbaycan dilində danışa bilmir, Kamran adlı tanışının vasitəsi Təqsirləndirilən şəxs 2019-cu il tarixdən tanıyır. Samir özünü ona şəhərdəki restoranların birində menecer, restoran biznesləri ilə çalışdığını bildirmişdir. Əvvəllər dostundan Təqsirləndirilən şəxs dəfələrlə Rusiyaya işləmək üçün getdiyini və 2023-cü ilin yayında Kamran Moskvada müalicə alarkən, Təqsirləndirilən şəxs ona və bir dostuna Rusiyada tekstil satışı ilə məşğul olmağı təklif etdiyini eşitmişdir. Sonra bir neçə dəfə zəng etmişlər, məsələn, Təqsirləndirilən şəxs arvadı üçün dərman tapmağı xahiş etmiş, onun telefon nömrəsini Təqsirləndirilən şəxs vermiş, onların xahişi ilə o, dərmanları Moskvada tapmışdır. Təqsirləndirilən şəxs sonradan onun əlaqələrindən və tanışlığından həyasızcasına istifadə etmişdir. 2023-cü ilin oktyabr ayında o, Təqsirləndirilən şəxslə telefonla danışarkən, sonuncu Moskva şəhərində bir qəlyan açmaq planlarını bölüşmüş, söhbət zamanı "nanə salonu" şəbəkəsini bildiyini və Moskva Şəhərində oxşar bir qəlyan açmaq istədiyini söyləmiş, Moskva şəhərində binaların kirayə qiymətini öyrənməyi xahiş etmiş, o, kirayə qiymətini öyrənib yüksək qiyməti olduğunu görünmüşdür. Təqsirləndirilən şəxs Bakı şəhərində necə pul qazana biləcəyini, çolpa toyuqlarını restoranlara satmağı bildiyini, ziyafətlərin təşkili ilə əlaqəli olduğunu, uzun müddət restoran biznesində işlədiyini və ərazilərdəki toyuqları sərfəli şəkildə alıb restoranlara çatdıra biləcəyini danışmağa başlamış, bu fəaliyyətə başlamaq üçün bir neçə restoranla işləmək istədiyinə görə ən azı ******* Rus rublu məbləğdə pula ehtiyacı olduğunu demişdir. Təqsirləndirilən şəxs bu işin etibarlılığına inandırdığı təkrarlanan israrlı zənglərdən sonra, yatırılan bütün pulların vaxtında, yəni 06 aydan gec olmayaraq qaytarılacağına əmin olduğuna görə, “Qızıl Tac” (Zolotaya Korona) beynəlxalq pul köçürmə vasitəsi ilə bir neçə köçürmə ilə pul göndərməyə razı olmuşdur. O, ilk məbləğ 300000 rubl həmkarından borc alıb Təqsirləndirilən şəxs xəbərdar etmişdir ki, bütün pulları 2024-cü ilin mart ayında verməlidir. 300000 rublu məzənnə ilə xx.xx.2023-cü il tarixdə 2460 ABŞ dolları təşkil etmişdir. Növbəti dəfə o, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs “Qızıl Tac” (Zolotaya Korona) beynəlxalq pul köçürmə vasitəsi ilə 500 ABŞ dolları göndərmişdir. Sonra dostu ona 100.000 Rus rublu borc vermiş, o, xx.xx.2023-cü il tarixdə yenidən “Qızıl Tac” (Zolotaya Korona) beynəlxalq pul köçürmə vasitəsi ilə Təqsirləndirilən şəxs üçün 1257 ABŞ dolları pul köçürmüşdür. Sonra dostundan növbəti 5.000 ABŞ dolları məbləğdə borc pul istəmiş, dostu 2024-cü ilin may ayında geri qaytarmalı olduğunu bildirərək ona borca pul vermişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, özünün “Samir” adlı etibarlı tanışı vardır, həmin “Samir” adlı tanışı ona zəng edəcək, Bakıya göndərmək üçün ondan 5000 ABŞ dolları məbləğdə pul götürəcəkdir. Lakin sonra Təqsirləndirilən şəxs təkrar zəng edərək, pulu tanışından göndərməməsini və pul köçürməyin başqa yolunu tapmasını istəmişdir. “Qızıl Tac” transfer limiti ilə əlaqədar olaraq, o, dostu Təvəkküldən xahiş etməli olmuş, ona görə də, onun “Təvəkkül” adlı tanışı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhərində görüşmüş və sonuncuya 5000 ABŞ dolları məbləğdə nağd pul vermişdir. Sonra isə, bu barədə dərhal ona yazıb məlumat vermişdir, o, həmin yazışmaları saxlamışdır. Təqsirləndirilən şəxs israrla ondan pul istəməyə davam etmiş, hər gün zəng edib qızıllarını satmağı tövsiyə etmiş, çünki toyuqlarla tam işləməyə başlamaq üçün hələ pul toplanmalı olduğunu demişdir. O, kredit kartından həmin məbləği çıxarmağa çalışacağını demiş, kredit kartından pul çıxarılarsa, pulun 01 fevral 2024-cü il tarixinədək qaytarılmalı olduğunu bildirmişdir. Sonra o, kredit kartından pul nağdlaşdıraraq, xx.xx.2023-cü il tarixdə 2164 ABŞ dolları, xx.xx.2023 tarixdə 2720 ABŞ dolları məbləğdə pulu “Qızıl Tac” (Zolotaya Korona) beynəlxalq pul köçürmə vasitəsi ilə göndərmiş, beləlikdə. Samir Mutruzayev ondan ümumilikdə 14101 ABŞ dolları məbləğdə pul almışdır. Samiri Murtuzayev xx.xx.2023-cü il tarixdə “whatsapp” sosial media vasitəsi ilə ona bir neçə video göndərmiş və bildirmişdir ki, kirayəçinin ABŞ-da daimi yaşayış üçün getməsi ilə əlaqədar işi satacağı bir şadhq evi vardır. O, Təqsirləndirilən şəxs dinləyərək demişdir ki, belə bir iş çox pul tələb edir, o qədər pulu yoxdur. Bundan sonra Təqsirləndirilən şəxs Bankdan kreditləşmə şərtlərinin Azərbaycandakı banklarda olan şərtlərə oxşar olub-olmadığını soruşmağı xahiş etmişdir. O dövrdə onurğa xəstəliyinin kəskinləşməsi səbəbindən, o, evdən çıxa bilməmiş, bütün bank şərtlərini mobil tətbiqetmədə görmək olduğunu demişdir. Samir Mutruzayev ona, şadlıq evində işə tez girə biləcəyi bütün aşpazlar və ofisiantlardan ibarət bir komandanın olduğunu, yerin çox yaxşı olduğunu, onun üçün bir iş olacağını və bir bankdan pul götürsə, aylıq ödəniş 33400 rubl pulu asanlıqla ödəyə biləcəyini, hətta 60.000 rubl ödəyə biləcəyini deyib onu əmin etmişdir ki, bu, çox sərfəli təklifdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, “Mehman” adlı bir şəxs var, o da bu iş üçün girov vermək istəyir və onu qabaqlamaq lazımdır. Ona görə, gündə bir neçə dəfə ona zəng edib banka daha tez getməsini istəmişdir. Samir Mutruzayevin təkidi ilə o, 20 dekabr 2023-cü il tarixdə “Alfa-bank”-a getmiş, bir mütəxəssislə danışanda, oradan Təqsirləndirilən şəxs zəng etməsini istəmiş, bank işçisi ilə kreditin məqsədi ilə bağlı ona sual verəndə, o, Təqsirləndirilən şəxs zəng etmiş, Təqsirləndirilən şəxs bütün söhbəti dinləyərək ona demişdir ki, “Deyin ki, Bakıda torpaq sahəsi alırsınız”. Beləliklə, o, 856.000 rubl məbləğdə pulu 36 aylıq kredit müqaviləsi tərtib edilməklə, aylıq ödəniş 33400 rubl illik 24% ilə kredit götürmüş, kredit məbləği 1.290.000 rubl təşkil etmişdir. O, xx.xx.2023-cü il tarixdə yenə də dostu Təvəkküldən xahiş edib təcili olaraq Bakıya 8700 dollar pul köçürməli olduğunu, Yeni il tətilindən əvvəl Azərbaycana gələrsə, həmin pulu Təqsirləndirilən şəxs çatmasını bildirmiş, Təvəkkül pulun məqsədini soruşmamış və heç nə bilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ondan 8.700 ABŞ dolları məbləğdə pulu da almış, aldıqdan sonra ona mesaj yazmışdır. O, həmin yazışmaları da saxlamışdır. Təqsirləndirilən şəxs sözlərinə görə, 8700 ABŞ dolları pulu şadlıq evinə aparıb girov vermişdir. Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixədək maaş almaq lazım olduğunu demiş, o, Təqsirləndirilən şəxs maaşı ödəməyinin və tədbirlər üçün məhsul almağı necə planlaşdırdığını soruşduqda, sonuncu, bu məsələni həll edəcəyinə əmin olmasını söyləmişdir. Təqsirləndirilən şəxs həmçinin, artıq yeni il ərəfəsi olduğundan, şadhq evi ilə bağlı onun suallarına cavab vermişdir ki, restoranlara toyuqları çatdırmaqla məşğuldur, çox iş vardır, gecə saatlarına qədər məşğul olur və böyük dönüşlər gözləyir. Onlar xx.xx.2023-cü il tarixdə söhbət etdikləri vaxt, Təqsirləndirilən şəxs bildirmişdir ki, 15-20 yanvar 2024 tarixləri arasında toyuqları verdiyi restoranlardan bütün pulları, o cümlədən, satışından əldə etdiyi mənfəəti alacaq, ona 5100 manat məbləğdə pul düşəcəyini hesablamışdır, daha sonra şadhq evinin ətrafında şənliklər danışacaqdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng edib azərbaycanlılar arasında tanıdığı hər kəsdən faizlə daha ******* rubl tapa biləcəyini soruşmuş və bildirmişdir ki, o, sığorta şirkətində işlədiyi üçün uzunmüddətli, etibarlı müştəriləri arasında, Azərbaycandan olan çoxsaylı mühacirlar ilə əla dostluq münasibətləri qurmuşdur. Təqsirləndirilən şəxs çox əsəbi olmuş, gecə-gündüz zəng edib ******* rubl tapıb həmin işə qoymağını istəmişdir. O, imtina etsə də, Təqsirləndirilən şəxs iki ay yarım ondan pul istəməyə davam etmişdir. Eyni zamanda, şadhq evinin adını soruşsa da, ona məhəl qoymamış, sonra o, şadlıq evinin adının “Monkral” restoranı olduğunu öyrənmiş, lakin Təqsirləndirilən şəxs şadhq evinin ünvanını ona deyə bilməyəcəyini bildirmişdir. O, dostlarından, şadlıq evinin ünvanını öyrənmələrini xahiş etmiş və internetdə belə bir şadlıq evinin siyahılarına baxmışdır. 2024-cü ilin yanvar ayının ortalarında Təqsirləndirilən şəxs toyuqların satışı ilə bağlı ona heç bir hesabat göndərməmiş, unutqanlıqla hər dəfə onları maşında qoyduğunu söyləmiş, eyni zamanda, onu əmin etmişdir ki, işlər yaxşı gedir. Təqsirləndirilən şəxs bir neçə dəfə ondan Bakıya nə vaxt gələcəyini soruşmuş, Təqsirləndirilən şəxslə telefonla söhbətlərin birində sonuncunun arvadı Samirə gözlənilmədən ona təklif etmişdir ki, Azərbaycan vətəndaşı ilə nikaha daxil olsun, yəni Azərbaycan vətəndaşı ilə saxta nikah etsin, bu məsələdə pul tələb olunmadığını bildirmişdir. Sonra onlar pulun bir hissəsinin Moskva şəhərinə köçürülməsini müzakirə etməyə başlamışlar, çünki vaxtı ilə kredit kartına pulu qaytarmalı və aylıq kredit ödənişi, yəni xx.xx.2024-cü il tarixdə ödəməyə başlamalı olmuşlar. Sonra Təqsirləndirilən şəxs “Toyota Prius” markalı avtomobilini satmaq məcburiyyətində qalacağını, ABŞ-a gedən kirayəçiyə verdiyi girovu tapa bilmədiyi üçün geri qaytarmağa çətinlik çəkdiyini demişdir. O, Təqsirləndirilən şəxs yalan danışdığını başa düşüb artıq sonuncu ilə heç bir iş görməmək qərarına gəlmiş, bunu dedikdən sonra istisnasız olaraq pulunu qaytarmasını xahiş etmişdir. O, Təqsirləndirilən şəxs göndərdiyi videolardan bilmişdir ki, bu şadlıq evi “Monkral” deyil, “Meridian Garden” şadlıq evidir. Bundan sonra söhbətləri yazmağa başlamışdır. Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2024-cü il tarixdə 2750 ABŞ dolları məbləğdə pulu göndərəcəyini vəd etmiş, sonra yalandan “Qızıl Tac” (Zolotaya Korona) beynəlxalq pul köçürmə vasitəsinin işləmədiyini, arvadının ona pul göndərmək üçün banka çatmadığını demişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxslə telefonda danışmış və sonuncu ona demişdir ki, işdən çıxmaq qərarı səbəbindən, tez pul çıxara bilmir. Təqsirləndirilən şəxs əvvəl 15-20 yanvar 2024-cü il tarixləri arasında toyuqların bütün pullarını çıxaracağını və borcların bağlanması üçün lazım olan bütün pulları problemsiz göndərəcəyini söyləsə də, o vaxtdan etibarən pulun qaytarılması ilə bağlı bütün söhbətlərdə toyuq və şadlıq evi haqqında yalan danışmağa davam edərək, işdən çıxmaq üçün kor-təbii qərar verməkdə onu günahlandırmışdır. O, Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq etmişdir ki, pulunun geri qaytarılması üçün Azərbaycana gələcəkdir, Samir Mutruzayev onun sözlərinə “yüngül” yanaşmış, nəticədə o, xx.xx.2024 tarixində Bakı şəhərinə gəlmişdir, Bakı şəhərində onun əlavə xərcləri artmış və o, mülki iddia verəcəkdir. Təqsirləndirilən şəxs ilə onun arasında olan razılığa əsasən, sonuncunun təklifi əsasında, birlikdə iş görüb biznesi genişləndirmək məqsədi ilə yəni, çolpa toyuqların fermalardan ucuz alıb Bakı şəhərində yerləşən restoranlara paylamaqla, yüksək məbləğdə gəlir qazanmaq vədi ilə ondan 30 oktyabr 2023-cü il tarixdə “Qızıl Tac” bank köçürmə əməliyyatı ilə 2460 ABŞ dolları, 31 oktyabr 2023-cü il tarixdə “Qızıl Tac” bank köçürmə əməliyyatı ilə 500 ABŞ dolları, 01 noyabr 2023-cü il tarixdə “Qızıl Tac” bank köçürmə əməliyyatı ilə 1257 ABŞ dolları, 05 noyabr 2023-cü il tarixdə Moskva şəhərində yaşayan “Təvəkkül” adlı tanışı vasitəsi ilə 5.000 ABŞ dolları məbləğdə pulu Bakı şəhərində əlbəəl almaqla; 20 noyabr 2023-cü il tarixdə “Qızıl Tac” bank köçürmə əməliyyatı ilə 2164 ABŞ dolları, 01 dekabr 2023-cü il tarixdə “Qızıl Tac” bank köçürmə əməliyyatı ilə 2720 ABŞ dolları və sonuncu dəfə Bakı şəhərində icarəyə şadlıq evi götürüb işlətməklə yüksək qazanc əldə etmək adı ilə 20 dekabr 2023-cü il tarixdə “Təvəkkül” adlı tanışı vasitəsi ilə 8700 ABŞ dolları məbləğdə pulu Bakı şəhərində əlbəəl almaqla, ümumilikdə 22801 ABŞ dolları ekvalentində 38761,70 (otuz səkkiz min yeddi yüz altmış bir manat yetmiş qəpik) manat məbləğdə pulunu ələ keçirmiş, lakin vədinə əməl etməyərək, ona qarşı dələduzluq etmişdir. O, sonradan Təqsirləndirilən şəxs həmin biznesi yalandan ona təqdim etdiyini, heç bir restoranla işlər görmədiyini, onun pullarını öz tələbatları üçün xərclədiyini öyrənmişdir. Təqsirləndirilən şəxs o, şəxsən pul verməsə də, onun tanışı “Təvəkkül” adlı şəxsin tanışı olmuş digər şəxs Azərbaycan Respublikasında son dəfə xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Bakı şəhəri ərazisində görüşüb sonuncunya 8700 ABŞ dolları məbləğdə pul verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onun pulundan 11900 manat məbləğdə pulu qaytarmış, 26860 manat pulu qaytarmamışdır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, X6 təxminən 10 ildir tanıyır, sonuncu Rusiya Federasiyası vətəndaşıdır, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun vasitəsi ilə tanımış, Zərərçəkmiş şəxs Dövlət Miqrasiya Xidmətindən rəsmi icazə ilə müvəqqəti olaraq onun yaşadığı ünvanda yaşayır və xx.xx.2024-cü il tarixdə ona, Təqsirləndirilən şəxs aldatdığını demiş, o, Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verməsini Zərərçəkmiş şəxs məsləhət etmişdir. O, Təqsirləndirilən şəxs restoran sahəsində işləyən menecer və sonradan aşbaz kimi tanımış, Zərərçəkmiş şəxs ilə təxminən 09 il əlaqələrinin olmadığı üçün baş verənlərdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs isə, onun Zərərçəkmiş şəxs ilə əlaqəsi olmamasından sui-istifadə edib Zərərçəkmiş şəxs birlikdə iş görmək adı ilə aldatmış və sonuncunun ümumilikdə ******* Rus rublu, yəni 40267 manat məbləğdə pulunu ələ keçirib həmin məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs toyuq və çolpa ətlərini alıb restoranlara satmaqla qazanc əldə etmək adı ilə Zərərçəkmiş şəxs aldadıb etibarını qazanmış, sonuncu Rusiya Federasiyasından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə və son dəfə nağd şəklində Zərərçəkmiş şəxs “Təvəkkül” adlı tanışının digər tanışı vasitəsi ilə Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində, Təqsirləndirilən şəxs evinin qarşısında görüşüb 8700 ABŞ dolları pulu əlbəəl vermişdirş. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, onun əsl adı «Faiq» olsa da, tanışları və yaxınları onu «Taleh» kimi tanıyır və çağırırlar. O, Zərərçəkmiş şəxs yaxın tanımır, 2021-ci ildə Belarusiya Respublikasında yaşadığı vaxt dostu Təvəkkülün vasitəsi ilə Alfiyaya zəng etmiş və sığorta ilə bağlı məlumat almış, bundan başqa, onun Zərərçəkmiş şəxs ilə heç bir ünsiyyəti olmamışdır. 26 yanvar 2024-cü il tarixdə axşam saatlarında o, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman Rusiya Federasiyasının Moskva şəhərində yaşayan dostu Təvəkkül ona zəng edib xahiş etmişdir ki, kimsə ona zəng edəcəkdir, həmin şəxslə görüşsün, Təvəkkülə çatacaq pulu götürsün. O, Təvəkküllə dostluq münasiəbtlərində olduğundan, sonradan adını bildiyi «Samir» adlı şəxslə Bakı şəhəri 9-cu mikrorayon ərazisində görüşmüş və sonuncudan 2.300 ABŞ dolları məbləğdə pulu götürmüşdür. Bundan 1-2 gün sonra Təvəkkülün yaxın adamı həmin pulu ondan götürmüşdür. Həmin pulun kimə çatacağı barədə onun heç bir məlumatı olmamış, pulunu harayasa göndərilməsindən məlumatsız olmuşdur. O, Təvəkkülün pulu Rusiya Federasiyasına göndərəcəyindən məlumatlı olmamış, pulun Rusiya Federasiyasına çatdıracağını bilsəydi, həmin pulu o götürməzdi. O, heç kimin pulunu götürüb harayasa göndərməklə məşğul olmamış, Təvəkküllə dostluq münasibətləri olduğundan, sonuncunun xahişini yerə salmamış, həmin pulun Rusiya Federasiyasına göndərəcəyindən məlumatlı olmamışdır. İş materiallarında olan 24 may 2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “diskə baxış” protokolundan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təhqiqat orqanına təqdim olunmuş diskdə olan danışıqlar Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında razılaşma əsasında gələcəkdə görüləsi işlərin mahiyyəti üzrə aparılmış səs yazıları və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs ötürülmüş, broylerlərdə olan toyuqların və həmçinin adı qeyd olunmayan restoranın zalı, mətbəxi və foesində çəkilmiş videogörüntülərdən ibarət olmuşdur, videogörüntülərdə Təqsirləndirilən şəxs özünün görüntüsü müşahidə olunmur, lakin səsi əks olunmuşdur. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolundan görünür ki, hadisə yeri olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Badamdar şossesi ünvanənda yerləşən "xxxx" ASC-nin yaxınlığında pul götürüyü ünvana baxış keçirilmiş və hadisə yerinin foto-şəkilləri iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs kimi tanınma haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxsiş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan 29 may 2024-cü il tarixli “zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma barədə” qərarından görünür ki, vəkil Nümayəndə Zərərçəkmiş şəxs nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan 16 iyul 2024-cü il tarixli mülki iddiaçı qismində təyin edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır. İş materiallarında olan 22 iyul 2024-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin tələbnaməsindən görünür ki, şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 29 iyul 2024-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilm əsi haqqıında protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan "xxxx" ASC-yə aid 523915******6158 saylı “BirBank” plastik bank kartı hesabından X2 təqdim etdiyi 409858******5724 saylı bank hesabına 15 fevral 2024-cü il tarixdə saat 20:42-də 640 (altı yüz qırx) manat, 19 fevral 2024-cü il tarixdə saat 20:09-da 920 (doqquz yüz iyirmi) manat və 21 fevral 2024-cü il tarixdə saat 21:27-də 500 (beş yüz) manat məbləğdə pul köçürülmüşdür. Sonra xxxxxxx002200 saylı, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs vaxtamuzd əməyin ödənilməsi şərti ilə məvacibi 345.00 (üç yüz qırx beş) manat hesablanmaqla, 01 ay müddətli əmək müqaviləsi ilə “Masa” restoranında menecer vəzifəsinə işə götürülmüşdür. Qaimələrin surətindən görünür ki, «Samir» adh şəxs 16 noyabr 2023-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək olan müddət ərzində müxtəlif giymətlərə müxtəlif sayda çolpa toyuqlar almış və bir qədər baha qiymətə satıb fərqli məbləğlərdə qazanc əldə etdiyi qeyd edilmişdir. Bu qəbildən olan son hesabat qaiməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sözügedən alverdən ümumilikdə 47.829,40 manat həcmində alver etdiyini, həmin məbləğin 39.416.80 manat hissəsini xərclərinə sərf etdiyi və 7.475,60 manat məbləğdə qazanc əldə etdiyini qeyd etmişdir. İş materiallarında olan 12 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi qərarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs X10 tərəfindən araşdırmaya təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında mübahisənin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk, “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə göndərilmiş pulların 13 vərəqədə qəbzlərin surətləri, Təqsirləndirilən şəxs ilə aralarında “Whatsapp” sosial media üzərindən apardığı mesajlaşmalarm 05 vərəqədə surətləri və Təqsirləndirilən şəxs tərəfindən ona “Whatsapp” sosial media üzərindən göndərilmiş xörək və salatların 09 vərəqədə fotoşəkillərini əks olunmuş “A4” formatlı sənədlər, iş üzrə maddi sübut kimi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan 14 avqust 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə qetməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zaman 11900 manat pul məbləğində ödəniş etmişdir. İş materiallarında olan bank köçürmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə Zərərçəkmiş şəxs hesabına ümumilikdə 18112 manat pul məbləğində ödəniş etmişdir. İş materiallarında olan məhkəmə elektron sisteminin çıxarışından görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan “mülki iddiaçı qismində tanınma” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınması və Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 53720.5 ziyanın tutularaq ona ödənilməsi tələbinə dair mülki iddia ilə məhkəməyə müraciət etmiş, mülki iddia icraata qəbul edilərək Zərərçəkmiş şəxs mülki iddiaçı Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxin və şahidlərin ifadələrilə, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi zərərçəkmiş şəxsin və şahidin ifadələrilə, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, öhdəsində yetkinlik yaşına çatmayan övladın olmasını və vurulmuş ziyanın qismən ödənilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü nin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını mümkün hesab edir. Hazırki halda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsa azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilməlidir. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 2779.7 (iki min yeddi yüz yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğində maddi ziyan və 251.16 (iki yüz əlli bir manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3030.86 (üç min otuz manat səksən altı qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 ödənilməlidir. İddia qalan hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə məhkəmə xərci yoxdur. Cinayət işi üzrə maddi sübut yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) X9 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı ziyanın ödənilməsinə dair mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət işi üzrə vurulmuş, ödənilməmiş 2779.7 (iki min yeddi yüz yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğində maddi ziyan və 251.16 (iki yüz əlli bir manat on altı qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3030.86 (üç min otuz manat səksən altı qəpik) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Bakı şəhəri 12 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 880 (səkkiz yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 12 saylı Vəkil Bürosunun bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar