Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-44/2020 04.02.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X11 qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X7 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məculiyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Laçın rayonundan məcburi köçkün olaraq, ünvan 1 ünvanında məskunlaşmışdır. Hazırda ünvan 2ır. 08 yanvar 2020-ci il tarixdə, saat 17:33 radələrində telefonuna ***-***-**-** nömrəsindən zəng olunmuşdur. Zəng vuranın 01.08.1954-cü il tarixdə Laçın rayon Şeylanlı kəndində anadan olmuş, Bərdə rayonun Soğanverdilər kəndində məskunlaşan X8 olduğu müəyyən olundu. Şəxslə telefon danışığı telefonunda quraşdırılmış proqrama əsasən avtomatik olaraq qeydə alındığından, həmin danışığı özündə əks etdirən disk şikayət ərizəsinə əlavə olunur. X8 onu ailə üzvlərinin, anası X5 və həyat yoldaşı Baxışov Səfayətinin də eşitdiyi, kütləvi nümayiş etdirildiyi halda, yazıya belə köçürməyi məqbul saymadığı ifadələrlə şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldaraq, açıqca hörmətsizlik ifadə edən və zorun tətbiq edilməsi hədəsi ilə, müşayiət olunan hərəkətlərə yol vermişdir. Onun əməlinin AR CM-in 148-ci maddəsinin tərkibini (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) yaratdığını nəzərə alaraq CPM-in 37-ci maddəsinin tələblərinə əsasən (37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir) cinayət təqibinin başlanmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verib, xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X10 şikayətin əsassız olması səbəbindən icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri təqdiq edərək, iş materiallarını araşdıraraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. İş materiallarından görünür ki, X3 rayonunda məskunlaşmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 rayonunda qeydiyyatda olduğundan həmun şikayət ərizəsi Bərdə Rayon Məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət hesabına təyin edilmişdir. Vəkil X10 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclasında hüquqlarını müdafiə edərək, 17 saat vaxt sərf etmişdir. Beləliklə, hazırkı vəziyyətdə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148ci maddəsi ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti aidiyyatı üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məculiyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında şikayəti aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 102 (yüz iki) manat tutulub, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayəti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-44/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-44/2020
04.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver