Məhkəmə qərarları › İş №1(009)-44/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-44/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-44/2021 05.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1994-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respulikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri, Nərimanabad qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram və 0,201 qram, ümumi təmiz çəkisi 0,419 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, əynindəki qara rəngli idman şalvarının sol yan cibində üzərində qırmızı “M” hərfi yazılmış qara rəngli qəpik qabının içərisində saxlamaqla daşımış, Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün və DİN-nə bilavasitə tabe olan X5 Alayının əməkdaşları tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Filarmoniya bağında saxlanılaraq Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli idman şalvarının sol yan cibindən üzərində qırmızı “M” hərfi yazılmış qara rəngli qəpik qabının içərisindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram və 0,201 qram, ümumi təmiz çəkisi 0,419 qram olan, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “Mersi Baku” restoranında qəlyançı işləmişdir. Ölkədə tətbiq edilən karantin rejimi ilə əlaqədar restoranlarda qəlyan verilməsi qadağan edilmişdir. Buna görə də o, işsiz qalmışdır. Üzərindən narkotik vasitə aşkar olunması ilə bağlı bildirmişdir ki, məsuliiyətə cəlb edilməmişdən təxminən 3 ay əvvəl narkotik vasitə olan heroin istifadə edirdi. xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Filarmoniya bağında İçərişəhər Qala Divarları qarşısında daşın üzərində oturmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşmış və üzərində şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olub-olmamasını soruşmuşlar. O, polis əməkdaşlarına üzərində heç bir sənəd olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları onunla sorğu-sual etməyə başlamışlar. O, həyəcanlanmağa başlamış və polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını bildirmişdir. Elə bundan sonra onu 9-cu Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində polis əməkdaşlarının və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynindəki qara rəngli idman şalvarının sol yan cibində olan üzərində qırmızı rəngli “M” yazısı olan kiçik həcmli qəpik qapını çıxararaq masanın üzərinə qoymuşdur. Həmin qəpik qabının içərisində 02 ədəd gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroin olmuşdur. Daha sonra həmin bükümlər zərfə qoyulmuş və möhürlənmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, narkomaniya ilə bağlı müalicə almışdır hazırda i narkotik vasitələrdən stifadə etmir. Üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2020-ci il tarixdə “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti haqqında heç bir məlumatı olmayan şəxsdən 20 manata şəxsi istifadəsi üçün almışdır. Törətdiyi əməldən peşman olmasını və polis əməkdaşlarına narkotik vasitə olan heroininin üzərində omasını etiraf etməsi, həmçinin narkomaniyadan müalicə aldığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid7 göstərmişdir ki, o, 2020-ci ildən Səbail RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində 6663 saylı avtopatrulda Şahid6 ilə xidmətdə olarkən piyada xidmətdə olan polis əməkdaşı Şahid4 məlumat vermişdir ki, X5 Alayının əməkdaşları ilə birlikdə Səbail rayonu, Filarmoniya bağının yaxınlığında bir nəfər şübhəli şəxs saxlamışlar və həmin şəxs üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Buna görə də həmin şəxsi polis bölməsinə aparmaq lazım olduğunu demişdir. Bundan sonra o və Şahid6 avtopatrulla həmin əraziyə yaxınlaşmış və həmin şəxsi götürərək aidiyyəti üzrə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə təhvil vermişlər. Bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün bölmənin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid6 eyni məzmunlu ifadə verərək şahid Şahid7 göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş X5 Alayının xüsusi təyinatlı taborunun polis nəfəri Şahid5 ibtidai istintaq dövründə ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Səbail rayonu, Filarmoniya bağının yaxınlığında X5 Alayının polis serjantı Şahid3 və Səbail RPİ-nin Post-patrul xidməti bölüyünün polis serjantı Şahid4 ilə birlikdə piyada xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görmüşlər. Həmin şəxsin simasına baxdıqda narkotik vasitələrdən istifadə nəticəsində sərxoşluq halında olması hiss olunmuşdur. Buna görə də onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən üzərində şəxsiyyətini təsdiq edən sənəd olub-olmamasını soruşmuşlar. Həmin şəxs üzərində heç bir sənədin olmadığını bildirmişdir. Həmin şəxsin kim olması və harada yaşaması barədə sorğu-sual etdikdə, həmin şəxs həyəcanlanaraq üzərində narkotik vasitə olduğunu bildirmişdir. Buna görə də 6663 saylı avtopatrula məlumat vermişlər ki, həmin avtopatrul yaxınlaşsın və onlar həmin şəxsi polis bölməsinə aparsınlar. Bir qədər sonra 6663 saylı avtopatrul həmin əraziyə yaxınlaşmış və onlar həmin şəxsi avtopatrulla Səbail RPİ-nin 9-cu PBnə aparmışlar. Bölmədə olarkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsi üçün bölmənin rəhbərliyinə raportla müraciət etmişlər. Məhkəmə iclasında ifadələri elan olunmuş şahidlər X5 Alayının xüsusi təyinatlı taborunun polis nəfəri Şahid3 və Bakı şəhər Səbail rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri Şahid4 ibtidai istintaq zamanı eyni məzmunlu ifadə verərək Şahid5 göstərdiyi xususatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq dövründə ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə axşam saatlarında 9-cu Polis Bölməsinin inzibati binasında olarkən ərazidə xidmət aparan post patrul xidməti bölüyünün və X5 alayının əməkdaşları bir nəfəri şübhəli şəxs qismində polis bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Bundan sonra xidməti otaqların birində onun və bölmənin baş əməliyyat müvəkkili Şahid2, həmçinin dəvət edilmiş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən üzərində qırmızı “M” hərfi yazılmış qəpik qabını çıxartmış və qəpik qabının içərisində olan iki kağız bükümü çıxararaq təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin iki bükümdəki maddənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin iki büküm kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Şəxsi axtarış zamanı bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan CD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1, 9-cu Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid2, 3 saylı Vəkil bürosunun vəkili Nicat İmanzadənin iştirakı ilə Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı Bəhram Qasımzadə tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsi bildirildikdə Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd üzərində qırmızı hərflə “M” yazılmış qara rəngli qəpik qabını çıxarır və həmin qəpik qabının içərisində olan 2 kağız bükümü təqdim edərək həmin bükümlərdə olan maddənin narkotik vasitə olan heroin olduğunu bildirir. Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2288 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut” yazısı olan zərfdəki, 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,218 qram və 0,201 qram, ümumi təmiz çəkisi 0,419 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin ümumi təmiz çəkisi 0, 419 qr, sərf edildi 0, 1 qr, qalıq çəkis 0, 319 qr. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 114,00 (bir yüz on dörd) manat müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,419 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,319 qram olan narkotik vasitə heroin saxlanılması üçün Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli 3042 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx xxxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:00-də şübhəli şəxs qismində tutulmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Bakı şəhəri Səbail rayon prokurorunun xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və həmin tarixdə Səbail rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən həbsdən azad olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 03 noyabr 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, iş materiallarına əlavə edilmiş işin digər halları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, polis əməkdaşlarına narkotik vasitə olan heroininin üzərində omasını etiraf etməsini, ilk dəfə cinayət törətməsini və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, yəni 02 gün müddətində həbsdə olması Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 ekspert komissiyasının xx xxxxxxx 2020-ci il tarixli 3042 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Səbail rayon Polis İdarəsində saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Səbail rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,319 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq dövründə müdafiə edilməsinə görə dövlət büdcəsindən 180 (bir yüz səksən) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 198 (bir yüz doxsan səkkiz) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun (“xxxx” ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar