Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-44/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, 51-ci məhəllə, 36/1 ünvanda qeydiyyatda olan və ünvan 1 ünvanında faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04 sentyabr 2021-ci il tarixdə, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-32 ünvanında yerləşən Azərbaycan Respublikası Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin qarşısında polisin qanuni tələblərinə tabe olmadığından, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol üzrə 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən 10 gün müddətinə inzibati həbs tənbeh tədbiri görülməklə, Bakı şəhəri, Səbail RPİ-nin X4 yerləşdirilərkən,“Covid-19” pondemiyası ilə əlaqədar verdiyi analizinin cavabı “pozitiv” çıxması səbəbindən 08 sentyabr 2021ci il tarixdə Səbail rayon məhkəməsi tərəfindən barəsində qəbul edilmiş inzibati həbs tənbeh tədbiri haqda qərar ləğv edilərək evə buraxılmaqla, karantin qaydalarına riayət etməsi və özünütəcrid şəkildə yaşadığı ünvanda müalicə aparması, yaşadığı ünvanı tərk etməməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq, epidemiya əleyhinə rejimin qaydalarına riayət etmədən 08 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Bakı Baş Gömrük İdarəsinə gələrək inzibati binaya daxil olub, karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə məhkəmə tərəfindən barəsində 10 gün inzibati həbs qərarı çıxarılmış, o, inzibati həbsdə saxlanması üçün “Covid 19” virusuna qarşı testdən keçirilmişdir. Səbail RPİ-nin X4 gətirilib təhvil verilmiş, növbəti gün yəni 07 sentyabr 2021-ci il tarixdə, virusla bağlı verdiyi testin cavabının “pozitiv” çıxmağına baxmayaraq onda “Covid 19” xəstəliyinin əlamətləri olmamışdır. 08 sentyabr 2021-ci il tarixdə Səbail RPİ-nin MSY-nin əməkdaşları tərəfindən o, təcili yardım avtonmobili ilə yaşadığı ünvana yola salınmışdır. Təcili yardım avtomobili ilə evinə aparılarkən, təcili tibbi yardımın həkiminə dostunun maşını ilə evinə getmək istədiyini bildirərək Səbail rayonu, “Park Bulvar” Ticarət Mərkəzinin yaxınlığında təcili yardım avtomobilindən düşürmüşdür. Onun xəstəliklə bağlı heç bir şikayəti olmadığından və özünü sağlam hiss etdiyindən Gömrük İdarəsindəki yükünün sənədləşmə işi yarımçıq qaldığı üçün Bakı Baş Gömrük İdarəsinə getmişdir. O, Gömrük İdarəsində olarkən oradan təkrar Səbail Polis İdarəsinə məlumat verilməsini bilən kimi taksi ilə yaşadığı ünvana getmiş və ona polisdə izah edildiyi kimi 15 gün özünütəcrid vəziyyətdə evdə qalmışdır. Əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 19 saylı TTTYS-da həkim vəzifəsində işləyir. 08 sentyabr 2021-ci il tarixdə o, TTTYS-da növbədə olarkən, saat 13:50 dəqiqədə ünvan 7 ünvanından “Covid-19” xəstəsi ilə bağlı çağırış gəlmiş, o, təcili yardım avtomobili ilə tibb bacısı Kəmalə Əsgərova ilə birlikdə Səbail RPİ-nin inzibati binasına gəlmiş, orada X3 saxlanan Təqsirləndirilən şəxs “Covid-19” virusuna qarşı verilmiş testin cavabı “pozitiv”çıxdığı üçün müvafiq tədbir görülməsi üçün ona təhvil verilmiş, o, Təqsirləndirilən şəxs qospitalizasiya olmasını təklif etmiş, lakin o, özündə xəstəliyin heç bir simtomunu hiss etmədiyində və özünü yaxşı hiss etdiyindən evinə gedib ambulator şəraitdə müalicə olunmaq istədiyini bildirmişdir. O, mərkəzdən icazə alıb, Təqsirləndirilən şəxs ambulans avtomobili ilə evinə apararkən Səbail rayonu ərazisində yerləşən “Park Bulvar” TM-nin qarşısından keçərkən, Təqsirləndirilən şəxs evinin yaxınlıqda yerləşdiyini və evinə ambulans avtomobilini müşayət edən qardaşının idarə etdiyi avtomobil ilə getmək istədiyini bildirib təcili yardım ambulans avtomobilindən düşmüş, özü isə xidməti personalla xidməti stansiyaya qayıtmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPl-nin 41-ci PB-nin əməkdaşı Şahid2 məhkəməyə teleqram göndərərək xidməti zərurətlə əlaəqdar məhkəmə prosesində iştirak edə bilmədiyini və istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki,o, Bakı şəhəri,Səbail RPİ-nin 41-ci PB-nin sahə inspektoru,polis leytenantı vəzifəsində işləyir. 06 sentyabr 2021-ci il tarixdə o, Səbail RPl-nin 41-ci PB-nə əməliyyat qrupunda növbədə olarkən, PB-nin rəhbərliyi tərəfindən,Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nəzarət- buraxılış məntəqəsinin qarşısında polisin qanuni tələblərinə tabe olmadığına görə,həmin İdarədə xidmət aparan polis əməkdaşlarının raportu əsasında,xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olan, Sumqayıt şəhəri, 51-ci məhəllə, 36/1A ünvanında qeydiyyatda olan, ünvan 10vanında yaşayan Təqsirləndirilən şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etməklə Səbail rayon məhkəməsinə təqdim olunması ona həvalə edilmişdir.Onun tərəfindən qeyd olunan İXM-nin maddəsi ilə Təqsirləndirilən şəxs barəsində müvafiq protokol tərtib edilməklə,həmin tarixdə yəni 06 sentyabr 2021-ci il tarixdə,Səbail rayon məhkəməsinə təqdim edilmiş və həmin tarixdə Səbail rayon məhkəməsinin hakimi Azər Tağıyevin qərarı ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək,barəsində 10 gün müddətinə inzibati həbs olunması haqda qərarı qəbul edilmişdir.Bundan sonra həmin qərarın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Səbail RPİ-nin X4 təhvil verilməsindən öncə mövcud “Covid-19” pandemiyasının müvafiq testindən keçirilməsi üçün onun tərəfindən SN- nin 1 saylı ŞKX-na aparılıb test analiz verilmiş və sonra da Təqsirləndirilən şəxs Səbail RPİ-nin MSY-yə gətirilərək təhvil verilmişdir. Növbəti gün yəni 07 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs “Covid- 19” virusuna qarşı verdiyi analizin cavabı “pozitiv” çıxdığından, DİN-nin İnzibati Həbs olunanlarının Saxlanması Mərkəzinə yerləşdirilməsi mümkün olmadığından Təqsirləndirilən şəxs barəsində təyin edilmiş inzibati həbsin təxirə salınması üçün təkrarən Səbail rayon məhkəməsinə təqdim edilmiş, 08 sentyabr 2021-ci il tarixdə Səbail rayuon məhkəsinin hakimi A.Tağıyev əvvəllər təyin etdiyi 10 gün müddətinə inzibati həbs qərarı 15 gün müddətinə təxirə salınması barədə qərar qəbul etmişdir. Sonra Təqsirləndirilən şəxs ev şəraitində özünütəcrid etməklə müalicə olunması üçün Səbail RPİnin MSY-dən təcili yardım avtomobili ilə yaşadığı ünvana yola salınmışdır. Həmin günü yəni 08 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Səbail RPİ-nin 41-ci PB-nə Təqsirləndirilən şəxs təkrarən həmin idarəyə gəlib inzibati binaya daxil olması barədə məlumat verilmiş, o, həmin ünvana getdikdə Təqsirləndirilən şəxs artıq Bakı Baş Gömrük İdarəsini tərk edib çıxıb getmiş, o, Səbail RPİ-nin 41-ci PB-nə gələrək, Təqsirləndirilən şəxs karantin rejimi qaydalarını pozaraq “Covid-19” virusunun yayılmasına real təhlükə yaratması barədə 41-ci PB-nin rəisinin adına raport yazıb məruzə etməklə barəsində müvafiq tədbir görülməsini xahiş etmiş, raport əsasında 41-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Rahib Cəfərov tərəfindən müvafiq araşdırma aparılarkən və Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Səbail rayonu,Salyan şossesi 32 ünvanında yerləşən inzibati binanın daxilində quraşdırılmış müşahidə kamerasının görüntülərinə baxış keçirilərkən,o,da iştirak etmiş,həmin video görüntüdə Təqsirləndirilən şəxs həqiqətəndə Gömrük İdarəsinin inzibati binasına qeyd olunan 08 sentyabr 2021-ci il tarixdə saat 16:02 dəqiqədə daxil olması müəyyən edilmiş,bu haqda təhqiqatçı tərəfindən onun iştirakı ilə müvafiq protokol tərtib etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin əməkdaşı Şahid3 məhkəməyə teleqram göndərərək Səbail RPİ-nin İstintaq Şöbəsində verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsindən görünür ki, Şahid3 ifadəsində Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan 13 sentyabr 2021-ci il tarixli cinayət işin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. İş materiallarında olan Səbail rayon məhkəməsinin 06 sentyabr 2021-ci il il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2021-ci il tarixli, Tibbi Ərazi Bölmələrinin X2 X8 X5 Laboratoriyasının Test nəticəsi hesabatından görünür ki,” vətəndaş Təqsirləndirilən şəxs götürülmüş "Covid-19-RT-PCR” analiz nəticəsi “Pozitiv” olaraq dəyərləndirilmişdir. İş materiallarında olan Səbail rayon məhkəməsinin 08 sentyabr 2021-ci il il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Səbail rayon məhkəməsinin 3 (009)-1793-2021 saylı 06 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş 10 gün müddətinə inzibati həbs tənbeh tədbirinin icrası 15(on beş) gün müddətinə təxirə salınmışdır. İstintaq materiallarına əlavə edilmiş 09 sentyabr 2021-ci il tarixli “CD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin Bakı şəhəri.Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşdiyi inzibati binasının girişində quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmış görüntüdə 08 sentyabr 2021-ci il tarixdə, saat 16:02 dəqiqədə, Təqsirləndirilən şəxs “Baş Gömrük İdarəsinin binasına daxil olma faktı əks olunmuş, həmin video görüntü köçürülmüş bir ədəd “DVD” formatlı “CD" disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 3(130)-2222/2021 saylı qərarından görünüür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Səbail rayon məhkəməsinin 06 sentyabr 2021-ci il il tarixli qərarı dəyişdirilmiş, ona tətbiq edilən 10 gün müddətində inzibati həbs tənbeh tədbiri 200 manat məbləğində cərimə cəzası ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 sentyabr 2021-ci il tarixli antenn məlumatları əks olunmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən alınmış bir ədəd “DVD” fomatlıdır. Qeyd edilən diski Bakı şəhəri, Səbail RPİ-nin inzibati binasında «HP»markalı kompyuterin DVD” oxuyucusu vasitəsi ilə açıldıqda diskin içərisində bir ədəd “Səbail RPİ_B-S Yer -əyişdirmə(Hamısı abunə ilə)-**********99” adlı fayl aşkar edildi. Həmin diskə olan bir ədəd “Səbail RPİJ3-S Yer Dəyişdirmə(Hamısı abunə ilə)- **********99” adlı fayl açıldıqda, içərisində ***-***-**-** saylı mobil nömrənin 06 sentyabr 1021-ci il tarixdən 21 sentyabr 2021-ci il tarixədək olan müddətdə antenn dairəsi barədə məlumatlar olan cədvəl aşkar edildi, cədvəl üzrə cəmi 2797 sıra nömrəsi ilə nömrələnmiş məlumat vardır. Cədvəl üzrə ***-***-**-** saylı mobil nömrənin Təqsirləndirilən şəxs «Covid-19» virusu ilə sağlı verdiyi analizin cavabı “pozitiv” çıxmasına dair məlumat aldığı 08 sentyabr 2021-ci il tarixdə, saat 13:50dəqiqədən, təcili yardım avtomobili ilə evinə yola salındığı vaxtdan aşağıda qeyd edilmiş ünvana yəni Bakı şəhəri,Səbail rayonu,Salyan şossesi 32 ünvanına getməsinə dair məlumatlar əks olunmuşdur. -08.09.2021-ci il 13:38:49-da Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi küçəsi; -08.09.2021-ci il 14:05:16-da Bakı şəhəri,Qaradağ rayonu,Salyan şossesi Binə; -08.09.2021-ci il 14:09:50-də Bakı şəhəri,Səbail rayonu,X6 küçəsi; -08.09.2021-ci il 14:56:51-də Bakı şəhəri,Səbail rayonu,Neftçilər küçəsi 115; -08.09.2021-ci il 15:03:08-də Bakı şəhəri,Səbail rayonu,Üzeyir Haçıbəyov küçəsi; -08.09.2021-ci il 15:05:09-da Bakı şəhəri, Səbail rayonu,Neftçilər küçəsi Saat; -08.09.2021-ci il 15:12:16-da Bakı şəhəri, Səbail rayonu,Bayıl Meydanı; -08.09.2021-ci il 15:17:44-da Bakı şəhəri, Səbail rayonu,Bibiheybət yolu; -08.09.2021-ci il 15:19:49-da Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi Delfin; -08.09.2021-ci il 15:20:45-dən 08.09.2021-ci il 17:05:32-ə qədər olan müddətdə Bakı şəhəri, Səbail rayonu,Salyan şossesi küçəsi; -08.09.2021-ci il 18:43:42-dən 21.09.2021-ci il 23:50:08-ə qədər olan müddətdə Bakı şəhəri, Xətai rayonu,Gəncə küçəsi 1 və Gəncə prospekti 39; İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 02 oktyabr 2021-ci il tarixdə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 02 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət təmin edilmədən rədd edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında” 02 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 04 oktyabr 2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli təqsirli bilinib, əmək haqqında 20 % tutulmaqla 02 (iki) il müddətinə işlah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya ETT birliyi” X7 14 oktyabr 2021-ci il tarixli, 821/KEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticələrə gəlir: 1. Təqsirləndirilən şəxs yeni növ virus infeksiyasının (Covid-19) təyini ilə əlaqədar 06 sentyabr 2021-ci il tarixdə aparılmış laborator müayinə cavabına əsasən, onda pozitiv nəticəsi, yəni həmin virusa yoluxması olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 08.09.2021-ci il tarixdə,(Covid-19) virusunun daşıyıcısı olmuşdur. Virusa yoluxmuş Təqsirləndirilən şəxs sərbəst hərəkət etməklə digər şəxslərin həmin virusa yoluxdurma təhlükəsi inkar edilmir. Yeni növ koronovirus (Covid-19) infeksiyasının inkubasiya dövrü 14 gün müddətində qeyd edilir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 19 yanvar 2022-ci il tarixli 21-1/3-551 saylı məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.08.2018-ci il tarixli hökmü ilə 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan 1 il 08 ay hissəsindən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahid ifadələri, ekspertiza rəyi, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, ekspert rəyi, özünün və şahidin ifadəsi, işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdən 02 oktyabr 2021-ci il tarixədək tutulduğu, cəmi 02 (iki) gün müddət, bir günə iki gün hesablanaraq 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq, ona qəti 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №1(009)-44/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-44/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver