Məhkəmə qərarları › İş №1(009)-44/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-44/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-44/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı5, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə, Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2001-ci il tarixdə Hacıqabul rayonunda anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Səbail rayonu 20-ci sahə ünvan 1 ünvanda yaşamış hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi qohumu Şahid1 məxsus “X16” markalı, ** CG *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesindən 20-ci sahə dairəsi istiqamətində saatda 40/50 km sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə buna əməl etməyərək Salyan şossesi ilə 20-ci sahə dairəsi istiqamətində yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vurub onu 30 metr avtomobilin üzərində sürməklə avtomobili piyada keçidinin üzərində saxlaması nəticəsində zərərçəkmiş X8 burun, sağ almacıq, sol körpücük və sol baldır sümüklərində yerini dəyişmiş qapalı sınıqları, sağ ağciyərin yuxarı payında zədələnmə, sol döş boşluğuna çoxlu qanaxma, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ sağdan İ, İİ, İİİ, İV, V qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması sağ almacıq nahiyəsinin hematoması, alın, sağ gicgah, burunüstü nahiyələrin, döş qəfəsinin sağ yarısının ön səthinin, sağ bel nahiyəsində, sağ baldırın yuxarı 1/3-nin bayır səthində sıyrıqları ilə müşayiət olunan, hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmaları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində idarə etdiyi hadisə baş verən zaman yanında olmuş qohumu Şahid1 məxsus “X16” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Salyan şosesindən 20-ci sahə dairəsi istiqamətində saatda 40-50 km/saat sürətlə hərəkətdə olarkən yolun kənarında dayanmış “Ford” markalı avtomobilin qarşısından qəfildən bir nəfər şəxs qaçaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və nəticədə o, idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə həmin şəxsi vurmuşdur. O, hadisənin şokundan həmin zaman əyləci basa bilməmiş və həmin şəxsi avtomobilin qabaq ön hissəsində qalmış vəziyyətdə təxminən 25-30 metr avtomobili idarə etmişdir. Hadisə zamanı yanında olmuş Çingizin təkidi ilə əyləci basmış və piyada keçidinin üzərində avtomobili saxlamışdır. Bundan sonra Çingizlə birlikdə avtomobildən düşərək həmin şəxsin nəfəs aldığını görmüş və Çingizlə 102 xidmətinə və təcili tibbi yardıma zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişlər. Zərərşəkmiş şəxsin qəfildən yolun kənarında dayanmış “Ford” markalı avtomobilin qarşısından qaçaraq onun idarə etdiyi avtomobilin qarşısına çıxmağı səbəbindən onun hadisəni qarşısını almağa imkanı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, vəfat etmiş Zərərçəkmiş şəxs onun əridir. O, əri Zərərçəkmiş şəxs avtomobil qəzası nəticəsində ölməsini xx.xx.2023-cü il tarixdə qonuşularından bilmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir, onunla barışmamışdır. Məhkəmə iclasında dindirilmiş ekspert X9 31 avqust 2023-cü-ci il tarixli 8/2276 saylı ekspertiza rəyini müdafiə edərək ifadəsində ekspertiza rəyini təstiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində o, bir qədər spirtli içki qəbul etdiyinə görə ona məxsus “Hyundai Santafe” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. Bakı şəhəri, Səbail rayonu, Salyan şosesindən 20-ci sahə dairəsi istiqamətində saatda 40-50 km sürətlə hərəkətdə olarkən yolun kənarında dayanmış “Ford” markalı avtomobilin qarşısından qəfildən bir nəfər şəxs qaçaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qarşısına çıxmış və nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə həmin şəxsi vurmuşdur.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi avtomobilin qabaq ön hissəsində qalmış vəziyyətdə təxminən 25- 30 metr irəli aparmış və onun müdaxiləsindən sonra Əlibala hadisənin şokundan çıxaraq avtomobili piyada keçidinin üzərində saxlanmışdır. Onlar dərhal zərərçəkmiş şəxsə yaxınlaşaraq ilkin köməklik etmiş və Təqsirləndirilən şəxs polisə və təcili tibbi yardıma zəng edərək hadisə barədə məlumat vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün yəni 06 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində hadisə yerin yanında dostları ilə birlikdə “Murad” kafesində olmuş, hadisənin baş vermə anını tam görməsə də, Zərərçəkmiş şəxs siqaret almaq üçün yolu keçərkən yolun kənarında dayanmış “Ford” markalı yük avtomobilin qarşısından Əlibala Hüseynov idarə etdiyi avtomobilin qarşısına çıxdığını və vurulduğunu, sonra avtomobilin piyada keçidinin üzərində saxlandığını bilmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində hadisə baş verən yerin yanında özünə məxsus mağazanın qarşısında olmuş, özünə məxsus “Ford” markalı avtomobilini isə yolun əks istiqamətində saxlamışdır. O, dostu ilə söhbət edən zaman onun avtomobilinin qarşısından çıxan adları sonradan bildiyi Zərərçəkmiş şəxs Əlibala Hüseynov idarə etdiyi “X16” markalı avtomobillə vurduğunu və 20-25 metr irəliyə kimi sürüyərək avtomobili piyada keçidinin üzərində saxladığını görmüşdür. İş materiallarında olan 06 iyun 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” barədə protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin sxemi və foto şəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. İş materiallarında olan 06 iyul 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 2/21137 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt ayıq olmuşdur. İş materiallarında olan 15 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan 11 noyabr 2021-ci il tarixli, 1-1(095)-193/2021 saylı Gəncə Hərbi Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 335.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ona 01 (bir) il 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə 500 (beş yüz) manat miqdarıda cərimə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və onun üzərinə yaşayış yerini saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan 20 may 2022-ci il tarixli, 7(009)-46/2022 saylı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Bakı şəhər Probasiya idarəsinin icra məmuru Cavid İsmayılovun məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsinə dair təqdimatı təmin edilmiş və Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-193/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 10 (on) ay 07 (yeddi) gün hissəsi, iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 05 (beş) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş və İş materiallarında olan 21 avqust 2024-cü il tarixli, 1(009)-94/2024 saylı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan 12 fevral 2013-cü il tarixli 30№ ilə qeyd edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Cahid Cabir oğlunun arvadıdır. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması haqqında qərarından görünür ki, X5 mərhum X7 hüquqi varisi qismində tanınmış və zərərçəkmiş şəxsin hüquqlarının heyata keçirilməsi ona həvalə edimişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi «Hyundai Santafe markall ** CG *** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə başıxına qədər saxlanılması üçün sahibi Şahid1 təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, “Hyundai Santafe” markall ** CG *** dövlət nömrə nişanlı avtomobil Şahid1 təhvil verilmişdir. İş materiallarında olan 19 iyul 2023-cü il tarixli 39 saylı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1970-ci il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə, laborator müayinələrin cavablarına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunan məlumatları nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlirəm: 1.Mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar edildi: başbeyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınıqlar, burun, sağ almacıq, sol körpücük və sol baldır sümüklərində yerini dəyişmiş qapalı sınıqlar; sağ ağciyərin yuxarı payında zədələnmə, sol döş boşluğuna çoxlu qanaxma, soldan İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması; sağ almacıq nahiyəsinin hematoması, alın, sağ gicgah, burunüstü nahiyələrin, döş qəfəsinin sağ yarısının ön səthinin, sağ bel nahiyəsində, sağ baldırın yuxarı 1/3-nin bayır səthində sıyrıqlar. 2.Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi, o cümlədən, piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, baş vermiş ölümlə səbəbli əlaqələri vardır, dərəcəsinə görə ümumilikdə Ağır zərərvurmanın əlamətlərinə aiddirlər. 3. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb hər iki gicgah və ənsə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalar olmuşdur. Sağ ağciyərin yuxarı payında zədələnmə, sol doş boşluğuna çoxlu qanaxma, soldan İ, İİ, İİİ, İV. V. Vİ, Vİİ, sağdan İ, İİ, İİİ, İV, V qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması, kimi xəsarətlər ölümün baş verməsini daha da sürətləndirmişdir. Meyit əlamətlərinə görə demək olar ki, ölüm meyitin meyitxanadakı müayinəsindən təxminən 8-10 saat əvvəl baş vermişdir. 4. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda və sidikdə məhkəmə- kimya tədqiqatı nəticəsində qanda -0,8%, sidikdə -1.0% (promili) etil spirti aşkar edilmişdir ki, bu miqdarda və qatılıqda etil spirti rəsmi cədvəl üzrə yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti kimi qiymətləndirilir.Narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan 31 avqust 2023-cü il tarixli 8\2276 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, Hyundai Santafe markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli qətimkan tədbirin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında verilmiş ifadələrin doğruluğunun yerində yoxlanılması məqsədi ilə şahidin, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, zərəçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin və dövlət ittihamçısının iştirakı ilə hadisə yerinə baxış keçirilərək müəyyən edilmişdir ki, “Ford” markalı avtomobilin olduğu yerlə piyada keçidi arasındakı ara məsafəsi 72 metr təşkil edir. Odur ki, zərərçəkmiş şəxsin yolun kənarında dayanmış “Ford” markalı avtomobilin qarşısından vurularaq 25-30 metr irəliyə kimi təqsirləndirilən şəxsin avtomobilinin üzərində apararaq dayanması piyada keçidinin üzərinə deyil ondan təxminən 42 metr aralıya təsadüf edir. Zərərçəkmiş şəxsin meyidinin piyada keçidinin üzərində olması heç bir mübahisə doğurmur, bu hal təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, o cümlədən iş materiallarında olan digər sübutlarla təsdiqini tapır. Məhkəmə, təqsirləndirilən şəxsin və şahidlərin hadisənin yolun kənarında dayanmış “Ford” markalı avtomobilin qarşısında baş verməsi ilə bağlı ifadələrini sübut kimi qəbul edilən hesab etmir. Belə ki, heç bir şahid baş vermiş hadisənin bilavəsitə şahidi olmamış və onlar öz ifadələrini ehtimallar əsasında vermişdir. Bundan başqa hadisənin baş vermə yerinə keçirilən baxış zamanı da, onların ifadələri haidəsinin baş vermə mexanizminə uyğun gəlməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin və şahidlərin hadisənin baş vermə yeri ilə bağlı ifadələri Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olmaması təsüratını yaratmaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, maddi sübutlar və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin belə ifadə verməsi məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadədir, onun bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar halların olmamasını, işin digər mühüm və diqqətə layiq halların, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 1(009)-94/2024 hökmü çıxarılmazdan əvvəl, yəni 06 iyul 2023-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(009)-94/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ibtidai istinaq dövründə 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, təyin olunmuş cəzadan çıxılaraq ona qəti cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli barəsində “həbs”qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Cinayət işi üzrə maddi sübut olan “Hyundai Santafe” markall ** CG *** dövlət nömrə nişanlı avtomobilin qəbzlə Şahid1 təhvil verilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə. HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli 1(009)-94/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən əvvəlki cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq dövründə 02 oktyabr 2023-cü il tarixdən 04 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkmə müddətinin əvvəli 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin barəsində “həbs”qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan “Hyundai Santafe” markall ** CG *** dövlət nömrə nişanlı avtomobilin qəbzlə Şahid1 təhvil verilməsi nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar