Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-45/2021 16.07.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi Məmiyev Elnur Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs X1 iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs talama məqsədi olmadan qanunsuz olaraq nəqliyyat vasitəsi hesab olunan mopedi ələ keçirməklə qaçırmış və təkrarən özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 iyul 2020-ci il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvanın qarşısından əvvəldən tanıdığı Şahid etibarnamə ilə idarə etdiyi və Zərərçəkmiş şəxs3n mülkiyyətində olan “Falkon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikli gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3nə 1800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 avqust 2020-ci il tarixdə saat 20:00 radələrində ünvan 4 ünvanın qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “Haojue HJ 150-9” markalı 99-A-108 dövlət qeydiyyat nişanlı motosikli gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 2300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 08 sentyabr 2020-ci il tarixdə axşam saat 18:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyev küçəsi, “Tantuni Közdönər” restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus qara-yaşıl rəngli “Kuba Sniper” markalı, mühərrikin həcmi 49 santimetrkubu olan mopedi talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08.09.2020-ci il tarixdə axşam saat 18:00 radələrində Bakı şəhəri Nəsimi rayonu D.Əliyev küçəsi, “Tantuni Közdönər” restoranının qarşısında dayanmış Zərərçəkmiş şəxs2 məxsus “Kuba Sniper” markalı, mühərrikin həcmi 49 santimetrkubu olan mopedi talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırdıqdan sonra, həmin mopedi ünvan 5 ünvanda yerləşən “Anadolu” restoranının qarşısında saxlamış, bundan sonra həmin mopedin üzərinə bərkidilmiş içərisində 4 manat dəyərində ***-***-**-** GSM nömrə və 4 manat dəyərində ***-***-**-** GSM nömrə olan 120 manat dəyərində “X14 4” modelli mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxs Maksim Vişneşə ümumilikdə 128 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, azərbaycandilində sərbəst danışa bilir. Şahid təxminən 4 ildir ki, tanıyır, birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Şah Lahmacun” restoranında kuryer kimi işləmişdir. 2019-cu ilin aprel ayının ortalarında ona məxsus “Minsk” markalı moped naməlum şəxs tərəfindən oğurlanmışdır. Bununla bağlı DİN-nin 102 Xidmətinə məlumat vermiş və Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi tərəfindən araşdırma aparılsa da, mopedi oğurlayan şəxs tapılmamışdır. Bir müddət sonra o Təbrizin sürdüyü mopeddə ona məxsus “Minsk” markalı mopeddə olan güzgüləri görmüşdür. Həmin güzgüləri o “Ali Express”-dən 18 manata sifariş etmişdir və yalnız ona məxsus “Minsk” markalı mopeddə olmuşdur. Bu səbəbdən bu oğurluqda o Təbrizdən şübhələnmişdir. 23 iyul 2020-ci il tarixdə saat təxminən 13 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Life Center” ticarət mərkəzinin arxasında Təbrizlə birlikdə dayanarkən həmin vaxt qərar vermişdir ki, Təbrizin motoskletini götürüb getsin, nə vaxt Təbriz ona məxsus mopedi qaytarsa o da, sonuncunun motosikletini qaytarar. Bu zaman Təbrizdən motosikleti idarə etmək üçün istəmiş, Təbrizdə açarları ona vermiş və o, motosikleti sürüb oradan uzaqlaşmışdır. Həmin motosikleti oğurlamaq niyyəti olmamış, bir neçə gün ərzində yalnız sürmüşdür. 03 avqust 2020-ci il tarixdə yaşadığı ünvanda olarkən polis əməkdaşları gəlib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, 21 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi ünvanı dəqiq bilmədiyi yerdə yaşayan dayısı Valeriy Vyaçeslaveçin evinə getmiş, həmin tarixdə saat 18:30 radələrində Əlövsət Quliyev küçəsi 131 ünvanın qarşısından keçərkən modelini xatırlamadığı 99-A-108 dövlət qeydiyyat nömrə nişanlı motosikleti görmüş və həmin motosikletə yaxınlaşmışdır. O, motosikletə yaxınlaşdıqda görmüşdür ki, motosiklet heç bir yerə bağlanmamışdır. Ətrafda heç kimin olmadığını gördükdən sonra motosikletə əyləşmişdir. Bundan sonra o, motosikletin surətlər qutusunu ikinciyə atıb muftanı buraxıb qazı basan kimi motosiklet işə düşmüşdür. O, əvvəllər motosiklet təmirçisi işlədiyindən motosikletin bu formada işə düşməsini bilmişdir. Belə ki, o, motosikletin işə saldıqdan sonra oradan uzaqlaşmışdır. Bundan sonra o, yaşadığı üvana getmişdir.Bundan sonra o, 08 sentyabr 2020-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən “Köz dönər” restoranının qarşısında olarkən həmin restoranın qarşısında moped görmüşdür, bundan sonra həmin mopedin yanında olan əvəllər tanımadığı sürücüsünə yaxınlaşıb biraz sürmək üçün icazə almışdır. Bundan sonra adını istintaq zamanı bildiyi Maksim mopeddə biraz problem olduğunu ona bildirmişdir. O, isə Maksimə mopedi təmir edəcəyini bildirmişdir. Sonra mopedə oturmuş və sürərək oradan uzaqlaşmışdır. Bundan təxminən 3 saat sonra Maksimin mopedinin üzərinə bərkidilmiş mobil telefonuna zəng gəlmişdir. Mobil telefona zəng vuran Maksimin dostu Emil ondan mopedi hara apardığını soruşmuşdur. O, da mopedi sürmək niyyəti olduğunu, oğurlamaq niyyəti olmadığını, polisə zəng etməməyi xahiş edərək mopedi Səbail rayonu, Puşkin küçəsində yerləşən “Anadolu” restoranının qarşısına qoyacağını və oradan götürməyi bildirmişdir. Bundan sonra o, mopedi “Anadolu” restoranının qarşısına qoymuş və açarı da üzərinə qoymuşdur. Sonra mopedin üzərinə bərkidilmiş mobil telefonu da özü ilə götürmüşdür ki, telefonu başqa şəxs götürməsin. Maksimin dostu Emillə danışanda demişdir ki, telefonu növbəti gün qaytaracaq. Mesaj yazmışdır ki, səhərisi gün görüşəndə telefonu qaytaracaq. Emil dedi ki, o evə çıxıb gedir, ona görə o da gözləməmiş və telefonu özünlə götürmüşdür ki, telefonu mopedin üstünə qoysa oğurlaya bilərlər. Bu səbəbdən də növbəti gün qaytarcağını demişdir. Həmin gecə saat 01.00 – da o polis əməkdaşları tərəfindən saxlanılmışdır. Emilin özünü necə təqdim etməsini xatırlamır. Maksimə də telefonu qaytarmaq imkanını olmamışdır. Təqsirləndirilən şəxs mobil telefonu götürmək üçün niyyətinin mopedi saxladıqdan sonra yarandığını, mopedi qaçırmaqda məqsədi həmin mopedi Maksimdən sürmək niyyəti ilə aldığını, mopedi 1-2 dairə vurub qaytaracağını, amma 3 saat sonra mopedi “Anadolu” restoranının qarşısına qoyub oradan uzaqlaşdığını, qaçırdığı mopedi satmaq niyyəti olmadığını bildirmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını, dəymiş ziyanı aradan qaldırdığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini və Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin 14 aprel 2021-ci il tarixli iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2013-cü il buraxılışlı, “Haojue HJ 150-9” markalı motosikl ona məxsusdur, lakin o, motisikli etibarnamə əsasında idarə edir. 20 avqust 2020-ci il tarixdə o, həmin motosikli yaşadığı ünvan 4 ünvanının qarşısında saxlamış və evə qalxmışdır. Belə ki, həmin motosikl oğurlanmamışdan əvvəl o, saat 20:00-da pəncərədən təsadüfən baxmışdır ki, motosikl saxladığı yerdədir. O, şəxsi işləri ilə bağlı həmin gün saat 20:20-də evdən çıxmış və motosiklin saxladığı yerdə olmadığını aşkar etmişdir. Bundan sonra o, motosikli axtarmağa başlamışdır, lakin tapa bilməmişdir. Bundan sonra o, 24 avqust 2020-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. O, əlavə olaraq, motosiklin kimsə tanışlardan götürdüyünü fikirləşdiyini, bu səbəbdən motosiklin oğurlanması barədə məlumat vermədiyini, sonra dostlarının onun motosiklini götürmədiyini bildikdən sonra o, motosiklin oğurlanması barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat verdiyini, motosikletin işlənmə dərəcəsini nəzərə alınmaqla 2300 manat təşkil etdiyini, yəni ona ümumilikdə 2300 manat maddi ziyan dəydiyini bildirmişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığı, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “Kuba Sniper” 2020ci il buraxılışlı mopedi təxminən 20 avqust 2020-ci il tarixdən alqı-satqı yolu ilə “Klas” mağazasından kreditlə götürmüşdür. Həmin tarixdən etibarən isə həmin mopedi idarə edirdi. 08 sentyabr 2020-ci il tarixdə saat 18 radələrində “Köz Dönər” restoranınn yanında mopedi ilə dayanmışdır. O, orada kuryer kimi işləyən digər şəxslərlə söhbət etmişdir. Bu zaman adını istintaq zamanı bildiyi Təqsirləndirilən şəxs onlara yaxınlaşıb söhbətə qulaq asmağa başlamışdır. O, söhbət əsnasında ordakı kuryerlərə mopedinin surətlər qutusunun 1-ci pilləsində söndüyünü bildirmişdir. Bu zaman özünü Teymur kimi təqdim edən şəxs mopedi düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Teymurla razılaşmış və mopedi düzəltməyi xahiş etmişdir. Teymur mopedə baxarkən onun başı digər kuriyerlə söhbətə qarışmışdır. Birdən görmüşdür ki, nə Teymur var, nə də ki, moped. Onlar belə başa düşmüşlər ki, Teymur mopedi sürərək qaçırmışdır. Mopedin üzərinə bərkidilmiş ona məxsus “Redmi note 4” markalı mobil telefon var idi. Telefon elə yerə qoyulmuşdur ki, onu görməmək mümkün deyildi. Mopedi Teymur tərəfindən qaçırdığını görüb yanlnda olan kuryerlərdən mobil telefonu götürərək dostu Emilə zəng edib baş verənləri danışmışdır. Birinci 102 xidmətinə zəng etmiş, sonra dostuna demişdir. O, həmin mobil telefonuna dəfələrlə zəng vurmuşdur ki, Teymur onun mopedini qaytarsın. Bundan sonra təxminən 2-3 saat keçdikdən sonra dostu Emil Teymurla danışmış və Teymur ona mopedi və telefonu Puşkin küçəsində yerləşən “Anadolu” restoranın qarşısında qoyacağını deyərək gəlib götürməyi tapşırmışdır. Bundan sonra dostu Emil qaçaraq “Anadolu” restoranın qarşısına getmiş, mopedi götürmüş, lakin mobil telefonu Teymur mopedin üzərinə qoymamışdır. Emil həmin gün mopedi gətirib ona təhvil vermişdir. Zərərçəkmiş şəxs2 qeyd etmişdir ki, Teymur onun mobil telefonunun kontaktında olan mobil nömrələrdən gələn zənglərinə cavab verirdi, lakin kontakda olmayan telefon nömrələrdən gələn zənglərə cavab vermirdi, çünki bilirdi ki, zəng edən odur. Teymur hətta onun həyat yoldaşı ilə da danışmışdır, dostları ilə danışan da isə deyirdi ki, “ Maksim 5-10 dəqiqəyə olacaq”, “ Maksim çıxıb, birazdan olacaq”. Telefonu ona 2 gün sonra polis bölməsində qaytarmışlar. Əgər Teymur mopedi açar üstündə Puşkin küçəsində qoyub gedirdirsə, hansı səbəbdən mopedi də kənar şəxs tərəfindən oğurlana biləcəyi ehtimalını düşünməmişdir. Lakin mobil telefonu oğurlamaq ehtimalı daha yüksək idi. Teymur gözləyə bilərdi və hər iki əşyanı qaytara bilərdi. Lakin o mopedi qoyur, amma telefonu özünlə aparır və telefon zənglərinə cavab vermir. Mopedi 20 avqust 2020-ci il tarixdə 2200 manata almış, “Redmi note 4” markalı mobil telefonunun oğurlanması nəticəsində 120 manat dəyərində maddi ziyan dəymiş, həmin mobil telefonda olan ***-***-**-** GSM nömrəyə görə 4 manat, ***-***-**-** GSM nömrəyə görə də 4 manat ümumilikdə ona təxminən 128 manat maddi ziyan dəymişdir. O, həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs3 MMC-də hüquqşünas vəzifəsində işləyir. Zərərçəkmiş şəxs3 MMC 13 noyabr 2017-ci il tarixdə təsis edilmişdir, ünvan 7 ünvanında yerləşir. Cəmiyyətin fəaliyyət istiqaməti Azərbaycan Respublikasının qanunveriliciliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olmaqdan ibarətdir. Baş vermiş hadisə ilə əlaqədar bildirmişdir ki, 99-B-945 qeydiyyat nişanlı «Falcon Shark 188» markalı motosikl Zərərçəkmiş şəxs3 MMC-nin mülkiyyətindədir. Həmin motosikl 24 fevral 2020-ci il tarixli 10120009 nömrəli nisyə satış müqaviləsi əsasında 4535 manata Şahid satılmışdır. İlkin ödəniş 1700 manat olmuşdur, aylıq ödəniş isə 236 manat təşkil edirdi. Şahid müqavilə öhdəliklərini yerinə yetirməyərək aylıq ödənişləri ödəməmişdir. Sonucu dəfə 12 avqust 2020-ci il tarixdə Şahid Cəmiyyətə məlumat verərək bildirmişdir ki, 99-B-945 qeydiyyat nişanlı «Folcon Shark 188» markalı motosikl Nərimanov rayonu ərazisində tanışı Teymur adlı şəxs tərəfindən oğurlanmışdır və 1800 manat məbləğində ziyan dəymişdir. İbtidai istintaq zamanı 99-B-945 qeydiyyat nişanlı «Falcon Shark 188» markalı motosikl Zərərçəkmiş şəxs3 MMC-yə qaytarılmışdır və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir iddiaları və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində kirayədə yaşayır. Təqsirləndirilən şəxs təxminən 4-5 ildir ki, tanıyır, onların yaxşı münasibəti olmuş, birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Şah Lahmacun” restoranında kuryer kimi işləmişlər. 23 iyul 2020-ci il tarixdə saat təxminən 13 radələrində Nərimanov rayonu, Nərimanov metrostansiyasının yaxınlığında yerləşən “Life Center” ticarət mərkəzinin arxasında Teymur ilə birlikdə olarkən o, həmin dayandıqları yerdə olan köhnə divanın üzərində yuxuya getmiş, yuxudan ayıldıqda isə nə Teymuru nə də özünə məxsus “Falkon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikli görməmişdir və başa düşmüşdür ki, ona məxsus motosikli Teymur oğurlamışdır. Motosiklin açarları onun cibində olmuş və Teymur onun yatmağından istifadə edərək açarları götürərək motosikli işə salıb aparmışdır. “Falcon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikli o nisyə satış müqaviləsi əsasənda Zərərçəkmiş şəxs3 MMC-dən 4535 manata almış, aylıq ödənişlər edirdi. O bir neçə gün ümumi tanışları vasitəsi ilə Teymuru axtarmış, lakin tapa bilməmişdir. 24 iyul 2020-ci il tarixdə o bu barədə 102 xidmətinə məlumat vermişdir. Bundan 11 gün sonra o, motosikli axtararkən Teymurun olduğu ünvana gəlib çıxmış, bundan sonra polis əməkdaşlarına zəng etmiş və 18-ci Polis Bölməsinin əməkdaşları gəldikdən sonra motosikli və Teymuru götürərək polis şöbəsinə aparmışlar. Şahid bildirmişdir ki, o Teymura məxsus mopedi oğurlamamış, Teymur ondan əsassız olaraq şübhələnmişdir. O “Falcon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosiklin açarlarını könüllü olaraq Teymura verməmiş, Teymur onun yatmağından istifadə edib açarları cibindən götürərək motosikli sürüb qaçırmışdır. Baş vermiş hadisədən sonra Teymur ona demişdir ki, “Sənə düşür”, ancaq bu sözləri hansı məqsədlə dediyini bilməmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2la qonşu olmuşlar və hazırda dostluq edirlər. Təqsirləndirilən şəxs baş verən hadisədən əvvəl tanımamışdır. 2020-ci ilin sentyabr ayında günü dəqiq xatırlamır Maksim ona zəng edib ona məxsus mopedi və mopedin üzərində olan mobil telefonu oğurlandığını demişdir. O da Maksimin mobil telefonuna zəng edərək özünü müstəntiqin qardaşı kimi təqdim etmiş və Teymura demişdir ki, mopedi və telefonu qaytarsın ki, barəsində iş açılmasın. Teymur da ona söyləmişdir ki, mopedi və telefonu oğurlamaq fikri olmayıb, Əhmədli qəsəbəsində olduğunu və yarım saata mopedlə telefonu 28 May metrostansiyasının yanına gələrək qaytaracağını bildirmişdir. Yarım saat keçdikdən sonra o yenə Maksimin mobil telefonuna zəng etmiş, Teymur cavab verərək 30 dəqiqədən sonra ünvana gələcəyini demişdir. O da Maksimlə birlikdə 28 May metrostansiyasının ətrafında idi. 15 dəqiqədən sonra Teymur ona zəng edərək mopedi Puşkin küçəsində restoranın yanına qoyacağını və gəlib götürməyi demişdir. Özü isə orda olmayacağını bildirmişdir, çünki qorxurdur ki, orda olsa polis onu tutacaq. Maksim həmin vaxt telefonla danışırdı. O da Teymurla danışadanışa Teymurun yerini müəyyən etmək üçün Teymu deyilən yerə tək qaçmışdır ki, Teymuru orda tutsun. Həmin yerə çatdıqda mopedi götürmüş, lakin telefonu tapmamışdır. Teymur isə çıxıb getmişdir. Teymura zəng etmiş, lakin Teymur zəngə cavab verməmişdir. O da Maksimin telefonuna mesaj yazdı ki, “Niyə belə edirsən? Telefonu aç”.Teymur onun mesajına cavab verməmişdir. Teymurla danışanda sonuncu ona mopedi və telefonu mopedin yük hissəsinə qoyacağını bildirərək gəlib götürməyi demişdir. Lakin o Puşkin küçəsinə restoranın yanına getdikdə mopedi görmüş, lakin telefon mopedin yük hissəsində yox idi. Bundan sonra mopedi götürüb Maksimə təhvil vermiş və Maksim bu barədə polisə məlumat vermişdir ki, mopedi qaytarılıb. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2020-ci il tarixli 9/3269 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən qara rəngli, 2013-cü il buraxılışlı, Haojue 150-9 markalı, 99-A-108 dövlət qeydiyyat nişanlı motosikletin hazırki vəziyyətdə 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 2300,00 manat müəyyən olunur. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 sentyabr 2020-ci il tarixli 9/3570 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən qara-yaşıl rəngli, “Kuba Sniper” markalı, mühərrik həcmi 49 sm kub, mopedin hazırki vəziyyətdə 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 1900,00 manat, 1 ədəd “X14 4” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müəyyən olunur. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2020-ci il tarixli 9/3818 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 2019-cu il buraxılışlı, mühərrik həcmi 162 sm kub qırmızı rəngli, “Falkon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikletin hazırki vəziyyətdə 2020-ci ilin iyul ayına olan orta bazar qiyməti təxminən 1800,00 manat müəyyən olunur. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri olaraq 50 (əlli) manatdır. 15 avqust 2020-ci il tarixli qərarla ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs talama məqsədi olmadan ələ keçirərək qaçırdığı ünvan 8 ünvanda aşkar edilmiş “Falcon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikl iş üçün əhəmiyyət kəsb etiyindən maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi nəzərə alınaraq “Falcon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikl zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə geri qaytarılmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmış qəbzdən görünür ki, o, müstəntiq X3 Nərimanov RPİ-nin 18-ci PŞ-də Zərərçəkmiş şəxs3 MMC-yə məxsus “Falcon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikli saz vəziyyətdə qəbul etmişdir. 12 noyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 MMC-nə məxsus “Falkon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosıklin iş üzrə maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Həmçinin həmin qərarla Zərərçəkmiş şəxs1 məxsus “Haojue HJ 150-9” markalı 99-A-108 dövlət qeydiyyat nişanlı motosiklin, Zərərçəkmiş şəxs2 məxsus “Kuba Sniper” markalı moped və “X14 4” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən 21.08.2020-ci il tarixdə imzalanmış qəbzdən görünür ki, ona məxsus qara rəngli, “Haojue HJ 150-9” markalı 99-A-108 dövlət qeydiyyat nişanlı motosikli saz vəziyyətdə qəbul etmişdir. 26 avqust 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 müraciəti əsasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində Azərbaycan respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. 10 sentyabr 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsindən həmin Məcəllənin 185.2.2-ci maddəsinə tövsif edilmişdir. 10 sentyabr 2020-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. 12 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 sentyabr 2020-ci il tarixli, 4(006)-550/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 26 noyabr 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 iyul 2020-ci il tarixdə Nərimanov rayonunun inzibati ərazisində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmiş və həmin faktla bağlı 04 avqust 2020-ci il tarixdə Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi Şahmar Qurbanov tərəfindən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə ********* nömrəli cinayət işi başlanılaraq istintaqı aparılmış, 04 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunuraq ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 16 sentyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinə göndərilmiş və 17 sentyabr 2020-ci il tarixdə ********* nömrəli cinayət işi ********* saylı cinayət işinə birləşdirilməklə ********* nömrə altında istintaq davam etdirilmişdir. 12 oktyabr 2020-ci il tarixdə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 177.2.2 və 185.1-ci maddələrinə tövsif edilmiş, həmin tarixli qərara əsasən ərazi aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün ********* nömrəli cinayət işi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir. 13 noyabr 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 185.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05 avqust 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM 70-ci maddəsi tətbiq edilərək cəzası 01 (bir) il sınaq müddəti ilə şərti tətbiq edilmişdir; Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 oktyabr 2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 180.2.2-ci maddələri ilə təqsirli bilinib 66.3 və 67.1-ci maddələrinə əsasən 07 il azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 dekabr 2010-cu il tarixli qərarı ilə 27.10.2010-cu il tarixli dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 180.2.2, 66.3 və 67.1-ci maddələrinə əsasən cəzası 05 il müddətinə endirilmiş, 30 iyun 2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinib 05 ay azadlıqdan məhrum edilmiş, 27 mart 2018-ci il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2009-cu il tarixli, 1(009)-119/2009-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM 70-ci maddəsi tətbiq edilərək cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 27 oktyabr 2010cu il tarixli, 1(101)-1295/2010 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 180.2.2-ci maddələri ilə təqsirli bilinmiş, CM-nin 178.2.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə əmlakı müsadirə olunmamaqla 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. CM-nin 66.3-cü maddəsinə əsasən tyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs əmlakı müsadirə olunmamaqla 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 iyul 2009-cu il tarixli hökmü ilə təyin edilmiş şərti məhkum etmə ləğv edilmiş və həmin hökmlə təyin olunmuş 1 il müdətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 67.1-ci maddəsinə əsasən yeno hökm üzrə təyin edilmiş cəzaya qismən birləçdirilməklə ona qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli, 1(006)-375/2017 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökməli qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 31.08.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hökməli qəsəbə nümayəndəliyinə istər şifahi, istəsə də yazılı surətdə şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, eləcə də ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənildiyindən, ondan şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri məhkəmə iclasında araşdırılmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, yəni Zərərçəkmiş şəxs2 məxsus “X14 4” markalı mobil telefonunun oğurlamaq niyyətinin olmamasını bildirməsi və mobil telefonu oğurlamadığını, həmçinin Şahid motosikli talama məqsədi ilə qaçırmadığını bildirməsi, işin halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Məhkəmə təqsirləndirilən şəxsin qeyd edilən qaydada ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı qeyd edir ki, hazırki işdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi olmadığından təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilməli, və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən CPM-nin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. CPM-nin 40.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Zərərçəkmiş şəxs2lə barışdığı və Zərərçəkmiş şəxs2un ondan şikayət və tələbinin olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, dəymiş ziyanı tamailə aradan qaldırdığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar aşkar olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 153.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 10 sentyabr 2020-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 MMC-nə məxsus “Falkon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosıkl, Zərərçəkmiş şəxs1 məxsus “Haojue HJ 150- 9” markalı 99-A-108 dövlət qeydiyyat nişanlı motosikl və Zərərçəkmiş şəxs2 məxsus “Kuba Sniper” markalı moped və “X14 4” markalı mobil telefonunun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən təqsirləndirlən çəxs Təqsirləndirilən şəxs hüquqlarının istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 185.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 sentyabr 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs3 MMC-nə məxsus “Falkon Shark 188” markalı 99-B-945 dövlət qeydiyyat nişanlı motosikl, Zərərçəkmiş şəxs1 məxsus “Haojue HJ 150-9” markalı 99-A-108 dövlət qeydiyyat nişanlı motosikl və Zərərçəkmiş şəxs2 məxsus “Kuba Sniper” markalı moped və “X14 4” markalı mobil telefonunun sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 252 (iki yüz əlli iki) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 540 (beş yüz qırx) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, müxbir hesabı AZ75AİİB********************, VÖEN **********) hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №1(009)-45/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-45/2021
16.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver