Məhkəmə qərarları › İş №1(009)-45/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-45/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-45/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçi Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək, özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd sellofan bükümdə 1,818 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,415 qram, 0,187 qram, 0,381 qram, 0,169 qram, 0,132 qram, 0,155 qram və 0,379 qram olan 07 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə ümumi təmiz çəkisi 1,818 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 09 oktyabr 2021-ci il tarixdə saat 15:30-da Səbail RPİ-nin X3 əməkdaşları tərəfındən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Səbail rayonu ünvan 3 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən təmiz çəkisi 1,864 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 07 ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,415 qram, 0,187 qram, 0,381 qram, 0,169 qram, 0,132 qram, 0,155 qram və 0,379 qram, ümumi təmiz çəkisi isə 0,818 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdiir. Bununla da, Təqsirləndirilən şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş itthamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “kokos” -heroini iynə vasitəsi ilə damarına vurmaqla qəbul edirdi. “Kokos”-u həmişə “Whatsapp” sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşı, adını “Həci” kimi bildiyi şəxsin bank kartına pul göndərməklə almışdır. O, son dəfə 08 oktyabr 2021-ci il tarixdə “kokos”-un 3 qramını “Milli Ön” ödəmə terminalından “Həci” ləqəbli şəxsin onun telefonuna “Whatsapp” vasitəsilə göndərdiyi bank kart nömrəsinə 46 manata ödəməklə almışdı. Aldığı kokos”-un üstündə pay kimi ona “nəşə” verilmişdi. O, həmin gün saat təxminən 15:30 radələrində deyilən yerə yaxınlaşmış və “Şəhər market”-in qarşısında yerdə qoyulmuş göy rəngli, qapaq hissəsi cırılmış vəziyyətdə və üzərində “Winchester” yazısı olan 01 (bir) ədəd siqaret qutusunu götürüb uzaqlaşmaq istədikdə iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, polis əməkdaşları olduqlarını bildirmiş və birlikdə Səbail rayon Polis İdarəsinə getməyi təklif etmişdir. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb onlarla getmişdir. Orada “Winchester” yazısı olan siqaret qutusunun içərisindən 01 (bir) ədəd sarımtıl rəngdə və 07 (yeddi) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri masanın üzərinə tökərək, sarımtıl rəngli 01 (bir) ədəd bükümün yapışqan lenti, sonra şəffaf selofanı açıb həmin bükümün içərisindəki qəhvəyi rəngli, toz şəkilli maddənin “kokos” kimi adlandırdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. O, gümüşü rəngli siqaret kağızına bükülmüş 07 (yeddi) ədəd bükümü açaraq, həmin bükümlərdə “ot” marixuana olduğunu, lakin bunlar üçün “Həci”-yə pul ödəmədiyini bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X3 baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin NMB-yə Bakı şəhəri Səbail rayonu 20-ci Sahə ərazisində “Babək” adlı şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. 08 oktyabr 2021-ci il tarixdə saat təxminən 15:30 radələrində «Babək» adlı şəxsə bənzər şəxsin Bakı şəhəri Səbail rayonu Salyan şossesi dalan 2-də olması müəyyən edilmiş, həmin şəxs Səbail rayonu Salyan şossesi dalan 2 ünvan qarşısında saxlanılıb Səbail RPİ-nin inzibati binasına getmək təklif olunmuş, sonuncu heç bir etirazı olmadığı üçün onlarla birlikdə Səbail RPİ-nin inzibati binasına aparılmışdı. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, onun üzərindən narkotik vasitələr olan heroin və qurudulmuş marixuananın aşkar olunaraq götürülməsi və həmin şəxsin şübhəli şəxs qismində tutularaq, PRİ-nin MSY-yə təhvil verilməsi barədə məlumat almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin X1 inspektor kriminalisti, polis baş leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə saat təxminən 18:00 radələrində o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Səbail RPİ-yə gətirilmiş bir nəfər, sonradan adını öyrəndiyi “Təqsirləndirilən şəxs” adlı şəxsin üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilərək, həmin hərəkətin videogörüntüsünü lentə almaq üçün həmin şübhəli şəxsin saxlanıldığı otağa dəvət edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olab siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, qoyduğu siqaret qutusunu açmış, içərisindən 01 ədəd sellofan bükümdə və 07 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan bükümləri masanın üzərinə boşaldıb bükümləri bir-bir açmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlər barədə sorğu-sual edilmiş, bükümlərin özünə məxsus olduğunu, sellofan bükümün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin “kakos”, yəni heroin olduğunu, həmin maddəni özünü “Həci” kimi təqdim etmiş İran vətəndaşının 46 (qırx altı) manat karta köçürməklə aldığını, digər gümüşü rəngli bükümlərdə olan tünd yaşıl rəngli ot şəkilli kütlələrin isə narkotik vasitə marixuana olduğunu, həmin “Həci” ləqəbli şəxs tərəfındən Təqsirləndirilən şəxs hədiyyə edildiyini və həmin narkotik vasitələrə görə heç bir ödəniş etmədiyini bildirmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. İş materiallarında olan “cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın davam etdirilməsi üçün Bakı şəhəri, Səbail RPİ-nin İŞ-yə göndərilmişdir. İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdə saat 15:30-da tutulmuşdur. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 08 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilmiş və paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung A01” markalı mobil telefonu, əynində olmuş parça materialdan olan qara rəngli gödəkçənin sağ yan cibindən qapaq hissəsi cırılmış vəziyyətdə, üzərində “Winchester” yazısı olan 01 (bir) ədəd siqaret qutusunu, cins şalvarının sağ yan hissəsində olan ciblikdən 01 (bir) ədəd 10 və 01 (bir) ədəd 20 Azərbaycan qəpiyi olmaqla, ümumilikdə 30 (otuz) qəpik pulu masanın üzərinə qoymuş, “Samsung A01” markalı mobil telefonun özünə məxsus olduğunu, “Winchester” yazısı olan siqaret qutusunun içərisindən 01 (bir) ədəd sarımtıl və 07 (yeddi) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri masanın üzərinə tökərək sarımtıl rəngli 01 (bir) ədəd bükümün yapışqan lentini, sonra şəffaf selofanı açmış, həmin bükümün içərisindəki qəhvəyi rəngli, torpaq şəkilli maddənin “kokos” kimi adlandırdığı narkotik vasitə olan heroin olduğunu, həmin maddəni “whatsapp” sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı və özünü “Həci” kimi təqdim etmiş şəxsin bank kart hesabına 46 (qırx altı) manat pul ödədikdən sonra “Həci”-nın ona narkotik maddəni hansı ünvana qoyduğunu bildirdiyini, sonra Səbail rayonu Salyan yolu dalan 2 ünvanda yerləşən mağazanın qarşısında yerdən “Winchester” yazısı olan siqaret qutusunu götürdüyünü, həmin ünvanda polis əməkdaşları tərəfındən saxlanıldığını bildirmiş, bundan başqa, Təqsirləndirilən şəxs gümüşü rəngli siqaret kağızına bükülmüş 07 (yeddi) ədəd bükümü açaraq, həmin bükümlərdəki ot şəkilli, yaşıl-qəhvəyi rəngli, spesifık iyə malik maddələrin marixuana olduğunu, lakin onlar üçün “Həci”-yə pul ödəmədiyini, sonuncunun həmin maddələri ona pulsuz, yəni “kokos”-un üstündə pay kimi verdiyini “kokos” kimi adlandırdığı narkotik vasitə heroini xırda hissələrə bölərək ağrılarını götürmək məqsədilə özü istifadə etdiyini bildirmişdir. Aşkar olunmuş , 01 (bir) ədəd ağ rəngli və 07 (yeddi) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində narkotik vasitəyə bənzər maddələr olan, ümumilikdə 8 (səkkiz) ədəd bükümlər cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfındən boş zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası DİN-in 51 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxsnün üzərindən aşkar olunmuş 01 (bir) ədəd “Samsung A01” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən, götürülərək protokola əlavə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə Səbail RPİ-nin xidməti otağında aparılmış və şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 09 oktyabr 2021-ci il tarixli 6/4482 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 169” möhür əksi, “Təqsirləndirilən şəxsnün üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,864 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in siyahısına (Siyahı 1) daxildir. Tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manatdır. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 09 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin TŞ-in əməliyyat müvəkkili T.Ağayev tərəfindən 1 ədəd bükümdə 1,864 qram qəhvəyi rəngli kütlə qəbul edilmiş, 0,05 qram nümunə götürülmüş, 1,814 qram maddə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 09 oktyabr 2021-ci il tarixli 7/1034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. B. X.Quliyevin üzərindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış zərfı açdıqda içərisində 07 (yeddi) ədəd gümüşü rəngli kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,415 qram, 2) 0,187 qram, 3) 0,381 qram, 4) 0,169 qram, 5) 0,132 qram, 6) 0,155 qram və 7) 0,379 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marxuanadır. Ümumi çəkisi 1,818 qramdır. Tədqiqata təqdim olunmuş zərfdə 07 (yeddi) ədəd gümüşü rəngli kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir. İş materiallarında olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan kütlənin geri qaytarılmasına dair 09 oktyabr 2021-ci il tarixli aktdan görünür ki, AR DİN Səbail RPİ-nin TŞ-in əməliyyat müvəkkili T.Ağayev tərəfindən 1) 0,415 qr; 2) 0,187 qr; 3) 0,381 qr; 4) 0,169 qr; 5) 0,132 qr; 6) 0,155 qr; 7) 0,379 qr çəkidə 07 ədəd gümüşü rəngli kağız bükümlərdə ümumi çəkisi 1,818 qram kütlə qəbul edilmiş, 0,21 qram nümunə götürülmüş, 1,608 qram maddə geri qaytarılmışdır. İş materiallarında 09 oktyabr 2021-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, , “Verbatim DVD-R 4.7 GB 16x/l 20 min” adlı diskdə bir ədəd fayl yerləşir, həmin fayl “00259” adlı ******* kB yaddaşlı “MPEG-TS Video File” formatlı videofayldır, videofayl 0:12:13 dəqiqə miiddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda iki nəfər polis uniformasında, üç nəfər isə mülki geyimli olmaqla, 05 nəfər lcişi cinsli şəxslər əks olıınmuşdur. Polis uniformasında olan kişilərdən biri özünü Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Cəlil Əsədov olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, RPİ-nin KTQ-nun inspektor kriminalisti polis baş leytenantı Şahid3 və Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Nicat İmanzadənin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir, sonuncuya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli “ağıllı” mobil telefon, şalvarın sağ yan cibindən bir neçə metal (qəpik) pul və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd göy rəngli “Winchester” adlı siqaret qutusunu çıxararaq masanın üzərinə qoyur. Sonra təhqiqatçı Cəlil Əsədov tərəfındən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, bütün geyim əşyaları bir- bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar olunmur. Sonra təhqiqatçının xahişi ilə Təqsirləndirilən şəxs masanın üstünə qoyduğu siqaret qutusunu açır, içərisindən 01 ədəd sellofan bükümdə və 07 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan bükümləri masanın üzərinə boşaldır və bükümləri açır.Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bükümlər barədə sorğu-sual edilir, o bükümlərin özünə məxsus olduğunu, sellofan bükümün içərisində olan qəhvəyi rəngli toz şəkilli maddənin “kakos”, yəni heroin kimi təqdim edir, həmin madənin İran İslam Respublikasının vətəndaşı, özünü “Həci” kimi təqdim edən şəxsin “WhatsApp” sosial şəbəkəsindən göndərdiyi mesajlar üzərindən Bakı şəhəri Səbail rayonu ünvan 3 ünvanda yerləşən mağazanın qarşısından, sonuncuya 46 (qırx altı) manat məbləğdə pulu karta köçürtdükdən sonra aldığını, digər gümüşü rəngli bükümlərdə olan tünd yaşıl rəngli ot şəkilli kütlələrin isə narkotik vasitə marixuana olduğunu, həmin “Həci” ləqəbli şəxs tərəfindən hədiyyə edildiyini və həmin narkotik vasitələrə görə heç bir ödəniş etmədiyini bildirir. Sonra təhqiqatçı Cəlil Əsədov tərəfındən Təqsirləndirilən şəxs, təqdim etdiyi mobil telefon barədə sorğu-sual edilir, bu zaman o, həmin mobil telefonun “Samsung A01” markalı olduğunu və özünə məxsus olduğunu bildirir. Bundan sonra həmin bükümlər təhqiqatçı Cəlil Əsədov tərəfındən boz zərfdə qablaşdırılır, zərfın üzərində bütün iştirakçılar tərəfindən imzalanır. Sonda bu barədə protokol tərtib edilir və protokol da iştirakçılar tərəfındən imza edilir. Videogörüntü həmin anda başa çatır. Baxış zamanı cinayət işi üçün maraq doğurduğuna görə, həmin DVD iş üzrə maddi sübut kimi tanınması üçün ötrü cinayət işinin materillarına əlavə olunmuşdur. İş materiallarında olan baxış keçirilməsi haqında 10 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy A 01” markalı mobil telefon aparatına baxış keçirilmişdir. Aparat qara rəngli, 150x90x8 mm ölçülüdür, həssas monitorludur, şifrələnməmişdir. Mobil telefon aparatı açıldıqda, içərisində çoxsaylı mobil əlavə tətbiqetmələr olması müəyyən edilmiş, həmin əlavə tətbiqetmələrdən əsasən “contacts”, “messages”, “whatsapp” və digəri uzunmüddətli istifadədə olmuşdur. Mobil telefon aparatına baxış zamanı “whatsapp” tətbiqetməsində əsasən ailə-məişət mövzularında mətnli və səsli mesajlaşmaların aparılması müəyyən edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 01” markalı mobil telefon aparatında sonuncuya məxsus +**********71 mobil telefon nömrəsindən adı qeydiyyatda olmayan +**********82 mobil telefon nömrəsinə 03 (üç) ədəd “eManat” elektron ödəmə cihazında və 01 (bir) ədəd qeyri-müəyyən elektron ödəmə cihazında həyata keçirilmiş ödəmələrə dair qəbzlərin fotoşəkillərinin göndərilməsi aşkar olunmuş, cinayət işi üçün maraq əhəmiyyəti kəsb etdiyi üçün qəbzlərin fotoşəkilləri axınlı printerdən çap olunaraq tərtib edilmiş protokola əlavə olunmuşdur. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 10 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 11 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,818 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 1,864 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 1,608 qram qurudulmuş marixuana və qalıq çəkisi 1,814 qram heroin məhkəmənin qanuni qüvvəsini alacaq hökmiinün icrasınadək saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 14 oktyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 oktyabr 2021-ci il tarixli, 4149 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qəbzdən görünür ki, 05 dekabr 2021-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs məxsus iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung Galaxy A 01” markalı mobil telefon aparatı sahibi Təqsirləndirilən şəxs geri qaytarılmışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,608 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 1,814 qram olan narkotik vasitə heroinin məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək Səbail RPİ-nin saxlanc yerində saxlanılması, 01 ədəd “DVD”-nin iş üzrə maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung A 01” markalı mobil telefon aparatının iş üzrə maddi sübut kimi tanınması və qəbzlə sahibi Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan Səbail Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(009)- 45/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin 11 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2022-ci il tarixində saxlanılaraq Səbail RPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün ifadəsi, şahidin ifadələri, ekspertiza rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edildiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 1,608 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət tərkibi yaratmadığından ittihamın məzmunundan çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini, əməlindən peşman olmasını, əvvəllər məhkum olunmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi əməlin nəticələrinə dair məsuliyyəti dərk etməsini, məhkəmə iclasındakı davranışını, işin digər mühüm və diqqətə layiq hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilən azadlığın məhdudlaşdırılması cəzası cəzanın məqsədini təmin edir. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 11 fevral 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 09 (doqquz) gün müddət, cəmi 02 (iki) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq cəmi 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanı icra edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,608 qram narkotik vasitə qurudulmuş marixuana və 1,814 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut – 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul vəsaitinin tutulmasını əsaslı hesab edir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 198,90 (bir yüz doxsan səkkiz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346- 349, 351-353, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət, 11 fevral 2022-ci il tarixdən 20 aprel 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 09 (doqquz) gün müddət, cəmi 02 (iki) ay 11 (on bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 (dörd) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,608 qram narkotik vasitə qurudulmuş marixuana və 1,814 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 198,90 (bir yüz doxsan səkkiz manat doxsan qəpik) məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X4 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə zamanı müdafiə edilməsinə görə 270 (iki yüz yetmiş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Bakı şəhəri 3 saylı vəkil bürosunun ("xxxx" ASC-nin Səbail rayon filialı, kod 200059, VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, 3 saylı Vəkil Bürosu VÖEN **********, İBAN AZ75AİİB********************) bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar