Məhkəmə qərarları › İş №1(009)-45/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-45/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-45/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Yevlax rayonu, Düzdağ kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan məhləsində kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ondan ötrü ki, o, 26 aprel 2023-cü il tarixdə,saat 17:30 radələrində.Bakı şəhəri,Səbail rayonu, Ziya Yusifzadə küçəsi ilə idarə etdiyi mexaniki nəqliyyat vasitəsi hesab edilməyən,iki təkərli oturacaqlı skuterlə hərəkətin əks istiqamətində hərəkətdə olarkən,«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin və 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı,öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına,onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı,əgər piyada keçidində nəqliyyat vasitəsinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsi ilə nizamlanmırsa,sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın, əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa, sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu olduğu halda o, bunlara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq,ünvan 1 ünvanda yerləşən 203 saylı orta məktəbin qarşısındakı piyada keçidi ilə yolu soldan sağa adi adımla keçən keçən xx.xx.1959-cu il təvəllüdlü piyada Zərərçəkmiş şəxs idarə etdiyi skuterin qabaq hissəsi ilə yolun sağ kənarında vurmuş,nəticədə ehtiyatsızlıqdan piyadaya sol bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş sınığı ilə müşayiət olunan, Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, fərdi olaraq Bakı şəhəri,Səbail rayonu,“Səbail” parkında yerləşən “Qlazed” adlanan restoranda kababçı işləyir.26 aprel 2023-cü il tarixdə,saat 17:30 radələrində,o,işlədiyi “Səbail” parkındakı restorandan çıxıb özünə məxsus oturacaqlı elektrik akumulyatorla işləyən skuterlə Ziya Yusifzadə küçəsi ilə üzü Bayıl qəsəbəsi istiqamətində hərəkətdə olub,Səbail rayonu 203 saylı orta məktəblə üzbə-üz hündür mərtəbəli “Sabah Residence”binasının alt hissəsində yerləşən “Bravo” marketə çörək almağa getmişdir.O,idarə etdiyi skuterlə üzü Bayıl qəsəbəsi istiqamətində yolun sağ kənarı ilə saatda təxminən 15-20 km sürətlə hərəkətdə olub,küçənin yol kənarı ilə yerləşən piyadalar üçün səki yolun səviyyəsindən təxminən 20sm.hündür olduğundan, həmçinin Z.Yusifzadə küçəsi bir tərəfli yəni hərəkət onun gəldiyi istiqamətdə olduğundan,o, həmin surətlə gəlib küçənin sol tərəfində yerləşən 203 saylı orta məktəbin tam qarşısında piyadalar üçün keçid xəttindən səkiyə keçmək üçün astana olmadığından və düz olduğundan, həmin hissədən skuterlə küçədən səkiyə qalxıb marketin qarşısına getmək istəyərkən,piyada keçidi xəttinin tam üzərində küçəni soldansağa yəni market tərəfə adi adımla keçən yaşlı bir kişi piyadanı idarə etdiyi skuteri saxlaya bilməyib qabaq hissəsi ilə vurmuş və zərbədən piyada yerə yıxılmışdır.O,dərhal skuteri saxlayıb həmin piyadaya yaxınlaşmış,sol ayağından xəsarət almış piyadaya yerdən qaldırıb səkinin kənarına əyləşməsinə kömək etmiş,piyadaya həkimə aparmasını təklif etmiş,həmin şəxs ona heç bir narahatçılıq olmadı-ğını yüngül xəsarət aldığını, yardıma ehtiyacı olmadığını dedikdə,o,Səbail parkında yerləşən resto-randa kababçı işləməsini, hər gün orada olmasını bildirib çıxıb getmişdir.Sonradan piyada Zərərçəkmiş şəxs aldığı xəsa¬rətlə bağlı ondan polis şikayət etməsini bilmiş,piyadanı özünə məxsus akumulyatorla işləyən oturacaqlı skuterlə ehtiyatsızlıqdan vurmasını,törətdiyi hadisədən peşman olmasını,idarə etdiyi skuterin heç bir sənədi və ya nömrəsi olmamasını,skuteri idarə etmək üçün heç bir sənəd tələb olmamasını,həmin skuter saatda 20-25 km sürətdən artıq getməməsini,piyada zolağı ilə adi adımla yolu keçən piyada Zərərçəkmiş şəxs yolu keçməsini təxminən 6-7metrdən görməsi-ni,idarə etdiyi skuterin surəti təxminən 15-20 km sürətlə olmasını,o,piyada keçidi zolağı olan hissədən küçədən səkiyə qalxmalı olmasını,buna görə skuterin sürəti maksimal sürət ola bilməməsini,o, qarşısında piyadanı gördükdə,piyada yolu keçib səkiyə qalxamasını və arxasınca da o, səkiyə keçməsini fikirləşməsini,lakin piyada yolu ləng keçdiyindən,piyadanı yolun sağ kənarından təxminən 1,5 metr hərəkət hissədə piyada zolağının üzərində vurmasını,bu zaman piyadanın əlində heç bir yük və ya çantası olmamasını göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, vətən müharibəsi iştirakçısı və qazi olduğunu bildirərək barəsində yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməkdə təqsiri cinayət işi üzrə toplanmış hadisə yerinə baxış protokolu, şəxsin bilavasitə şahid və təqsirləndirilən şəxs qismində ifadələri, zərərçəkmiş şəxsin və şahid ifadələri, məhkəmə-tibbi və məhkəməavtotexniki ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş hüqüqi sənədlərlə və digər istintaq materialları ilə ona kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri,Səbail rayonu,Q.Abbasov küçəsi,ev 10,mənzil 12-də yaşayır,heç bir yerdə işləmir,təqaüdçüdür. 26 aprel 2023-cü il tarixdə,saat 17:30 radələrində, o,yaşadığı ünvandan çıxıb piyada yaxınlıqdakı yəni ünvan 2əktəblə üzbə-üz yerləşən hündürmərtəbəli “Sabah Resedens” adlanan yaşayış binasının birinci mərtəbəsində yerləşən“Bravo”marketinə ərzaq almağa yollanmış,o,piyada Səbail rayonu, Ziya Yusifzadə küçəsi 19 ünvanda yerləşən 203 saylı orta məktəbin qarşısına gəlib,orada bir tərəfli yəni “Gülüstan”sarayı istiqamətdə hərəkət nəzərdə tutulan Z.Yusifzadə küçəsini,piyada keçidi üzərindən əks tərəfə keçmək üçün hərəkətin Bayıl istiqamətdən gələn nəqliyyat vasitələrinə baxmış,o,piyada zolağına çıxdığı üçün həmin istiqamətdən gələn markalarına və nömrələrinə fikir vermədiyi nəqliyyat vasitələri piyada zolağının qarşısında dayanıb ona yol vermişlər. O,diqqətini həmin istiqamətə yönəldib adi addımla,küçəni əks markət tərəfə keçməyə başlamış və piyada keçidi zolağının sonuna 2- 3 addım qalmış,qəflətən onun sağ böyrünə zərbə ilə nəyinsə dəyməsini hiss etmiş,o,sağ tərəfə çönüb baxdıqda Z.Yusifzadə küçəsini əks istiqamətdə yolun sağ kənarı ilə gələn,cavan tanımadığı oğlanın idarə etdiyi oturacaqlı skuterin zərbə ilə dəyməsini görmüş,zərbədən o,yolun hərəkət hissəsinə yıxılmış,sol ayağının diz nahiyyəsində bərk ağrılar yaranmış,ətrafda olan tanımadığı şəxslər ona yardım edərək təcili yardım çağırmışlar.Hadisədən sonra idarə etdiyi oturacaqlı skuterlə onu vurmuş cavan oğlan kənarda dayanıb bir neçə dəqiqə ona baxmış,o,təcili yardımla xəstəxanaya aparılarkən həmin şəxsi orada gör- məmişdir.Hadisə yerində ona orada olan tanımadığı yol keçən şəxslər kömək etməyə çalışmış¬lar, skuteri idarə edən oğlan kənarda dayanıb müşahidə etmiş,heç bir köməklik göstərməmiş və sonra da çıxıb getmişdir,Sonralarda o,xəstəxanada yatıb müalicə alarkən həmin oğlan ona baş çəkməmiş vəziyyəti ilə maraqlanmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və həmin şəxsə qarşə şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-tibbi ekspertizasınının 05 iyun 2023-cü il tarixli,53 N-li rəyindən görünür ki, 1.Vət.Zərərçəkmiş şəxs adına Az.ETTOİ-nin tərtib etdiyi 1181 saylı xəstəlik tarixinin kserosurətindən görünür ki,o,xx.xx.2023-cü il tarixində həmin instituta müraciət etmiş,stasionarda aparılmış cərrahi və konservativ müalicələrdən sonra, xx.xx.2023-cü il tarixdə evə ambulator müalicəyə yazılmışdır.Son klinik diaqnoz:Sol bud sümüyünün burmalaraltı qəlpəli yerdəyişmiş sınığı. 2.Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir,qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə,yəni,xx.xx.2023-cü il tarixində piyadanın hərəkətdə olan skuterin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi,dərəcəsinə görə sağ¬lamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunmuş və məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-avtotexniki ekspertizasının 02 dekabr 2022-ci il tarixli 8/3258 N-li rəyindən görünür ki,İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən iki təkərli,oturacaqlı skuterin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin, 54-cü maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertin rəyi istintaqda təhlil edilmiş,düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəyini sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş 23 iyul 2023-cü il tarixli, “ifadənin yerində yoxlanması” protokolundan görünür ki, 26 aprel 2023-cü il tarixdə, ünvan 3 ünvanın qarşısındakı “piyada keçidi” zolağının üzərində, piyada Zərərçəkmiş şəxs küçəsinin sol kənarından 1,4 metr ara məsafədə hərəkət hissədə vurulmuşdur. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, elektrikli oturacaqlı skuter, 350W mü- hərrikli Lithium batareya-5,2 Ah, 3 pilləri sürətli rejimi, 1-ci 34 km/saat, 2-43 km/saat, 3-53 km /saat, sürmə müddəti 3-5 saat, elektron mühərrik əyləci, ayaq əyləci, 8,5 düym rezin təkərlər, aliminium karkas, hündürlüyü tənzimlənən sükan və oturacaq, çəki götürməsi 120kq-dan ibarətdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2020-ci il tarixdən 26 dekabr 2020-ci il tarixədək Azərbayacn Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Şəhid ailələri, Əlillər və X1 X5 Rayonj Şöbəsi tərəfindən verilmiş X515 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs vətən müharibəsi iştirakçısıdır. (vəsiqə bitmə tarixi xx.xx.2023) Bundan başqa Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 78086 nömrəli Azərbayacn Respublikası Medalının Vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05 sentyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhrum edilmiş və 27 noyabr 2014-cü il tarixdə onun cəza müddəti başa çatmışdır. İş materiallarından görünür ki, 28 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1 maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Həmçinin Səbail Rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasına üzrsüz səbəbdən gəlməsi ilə əlaqədar onun barəsində axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. Səbail Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən 09 fevral 2024-cü il tarixdə məhkəməyə daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə təhvil verilmiş və cinayət işi üzrə dayandırılmış icraat təzələnərək Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi var və həmin maddələrin sanksiyası həddində ona cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, hər birinin cinayətin törədilməsində rolunu, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2 ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam olaraq ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini, gənc olmasını eyni zamanda vətən müharibəsi iştirakçısı və qazi olmasını nəzərə alaraq onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən islah olunmasını mümkün hesab edir və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməsini, onun 09 fevral 2024-cü il tarixdə tutulmasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın yüngülləşdirilməsini, habelə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərci 85 (səksən beş) manatın təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə və ibtidai istintaq zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 fevral 2024-cü il atrixdə tutulması nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, ona təyin olunmuş 2500 (iki min beş yüz) manat məbləğində cərimə cəzası yüngülləşdirilərək 2300 (iki min üç yüz) manat məbləğində müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkli Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən 270 (iki yüz yetmiş) manat tutulub, Bakı şəhəri 03 saylı Vəkli Bürosunun “Kapital Bank”-ın Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar