Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-45/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, 22 iyul 1986-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, təhsilsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ş.Mehdiyev küçəsində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirlyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, 18 may 2024-cü il tarixdə, saat 17:02-də Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus 205 saylı marşrut üzrə işləyən “Baku-Bus” markalı, ** JA *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunda avtobus Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” ticarət mərkəzindən Bakı şəhərinin mərkəzi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən Azneft meydanına çatarkən avtobusun salonunda orta hissədə yanaşı ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs əynində olan qara rəngli paltosunun sağ yan cibindən 05 manat dəyərində olan ***-***-**-** GSM mobil nömrəsi ilə işlətdiyi 400 manat dəyərində Xiaomi Redmi 9C markalı mobil telefonunu çıxarıb gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 405 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 18 may 2024cü ildə günortadan sonra əmisi oğlu Şahid2 və balaca qardaşı X3 ilə bilrlikdə Yevlax rayonundan gəlib Qaradağ rayonunda körpünün yanında avtobusdan düşdülər və orada nömrəsini xatırlamadığı "Baku-Bus" markalı avtobusa minərək 20 Yanvar dairəsinə gəlib oradan hərəsi öz evilərinə getmək istəmişlər. Həmin zaman avtobusda sərnişin sıxlığı var idi, həmin avtobusun arxa tərəfində ayaq üstə dayanmış, avtobusda gedən zaman sol tərəfində əynində qara rəngli paltosu olan bir yaşlı qadın dayanmışdır. Avtobusda yol gedən zaman həmin yaşlı qadın əynində olan qara rəngli paltosunun sağ yan cibindən 01 ədəd mobil telefonu çıxardıb baxdıqdan sonra yenidən həmin cibinə qoyduğunu görmüş, həmin zaman pula ehtiyacı olduğundan yanında dayanmış qadının cibində olan mobil telefonun götürmək qərarına gəlmişdi. Bunun üçün bir qədər şəraitin yaranmasını gözləyib sol əli ilə onun əynində olan paltosunun sağ yan cibindəki mobil telefonbu götürdükdə “Azneft” dairəsinin yaxınlığında avtobus dayanmış, bu zaman avtobusdan düşmüş, qardaşı və əmisi oğlu da düşmüş, oradan evlərinə getmişdilər. Həmin hadisə zamanı yanında dayanmış həmin qadının sağ yan cibindən götürdüyü mobil telefon 01 ədəd “Xiomi Redmi 9C” markalı mobil telefon idi, onun üstündə olan nömrəsini də çıxardıb sındırıb xatırlamadığı yerdə tullamışdı. Oğurladığı həmin “Xiomi Redmi 9C” markalı mobil telefonu həmin gün tək olaraq 20 yanvar dairəsində tanımadığı şəxsə 40 manata satmış və uşağı Abdil xəstə olduğu üçün yaşadığı ünvanda olan aptekdən dərman almışdı. İfadənin əvvəlində qeyd etdiyi kimi mobil telefonu əynində qara rəngli paltosu olan Pərvanı Şııkürovanm cibindən çıxaran zaman qardaşı Rafael və əmisi oğlu Elxanın bundan xəbəri olmamışdır. Zərərçəkmiş şəxs cibində çıxardı telefon olan ünvanı göstərmiş və həmin ünvan "Aznefl" dairəsinin yanında olan dayanacaq olmuşdur. Təqsirləndirilən şəxs son sözündə özünü təqsirli bilərək əməlindən peşiman olduğunu, himayəsində yeddi azyaşlı övladının olmasının, zərərçəkmiş şəxslərlə barışdığını və ona dəymiş ziyanı ödədiyini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş və ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bir il öncə 500 manata özü istifadə etməyi üçün 01 ədəd “Redmi Not 9C" markalı mobil telefonu kredit yolu ilə almışdı, həmin telefonda 05 manat dəyərində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən istifadə edirdi, telefonla lazım olan qohum və dost-tanışlarla əlaqə saxlayırdı. Hazırda həmin telefon 400 manatdır. 18 may 2024-cü ildə saat 17 radələrində Səbail rayonu Bayıl qəsəbəsində yaşayan qohumunun evindən çıxaraq öz evinə getmək üçün oradan tək olaraq Baku-Bas avtobusuna əyləşəbi gedirdi. Həmin zaman avtobusda sıxlıq var idi, avtobusda gedən zaman ayaq üstə olmuşdu, yanında da tanımadığı oğlan, kişi və ya qadınlar olmuşdur. Belə ki, həmin avtobusda daha yaxın olan başında papağı olan, adını bilmədiyi və tanımadığı bir cavan oğlan dayanmışdır, onun da arxasında hündür boylu oğlan olmuşdur. Həmin şəxslərlə şəxsən münasibəti olmamışdır, onları üzdən görsə tanıya bilərdi. Nömrəsini bilmədiyi və sürücüsünü tanımadığı Baku-Bus markalı avtobusda arxa qapının qarşısında dayanmışdı. Avtobusda gedən zaman istifadəsində olan həmin ‘‘Redmi Note 9C" markalı mobil telefonuna SMS gəldiyini bildiyi üçün telefonu əynində olan qara rəngli paltosunun sağ yan cibindən çıxarıb baxdıqdan sonra telefonu elə həmin cibinə qoymüşdu. Bundan sonra az bir müddət yol getmişdir, avtobusda sıxlıq olduğundan narahatçılıb var idi. Qeyd etdiyi avtobusla gəlib Azneftin dairəsində saxladıqda dayandıqda yanında dayanmış həmin oğlanlar və başqa şəxslər də avtobusdan düşüb getmişdilər. Bu vaxtı avtobusda əyləşmək üçün yer olduğundan oturacaqda əyləşmişdi və telefonundan istifadə etmək üçün əlini cibinə saldıqda onun olmadığını görmüşdü, sumkasına da baxdıqda telefonunun olmadığını bilmişdir. Həmin zaman avtobusda olan tanımadığı sərnişinlər polisə şikayət etməyi demişdilər. Bu zaman avtobus sürücüsünün vasitəsi ilə oğlu Laçına zəng edərək həmin hadisə barədə xəbər verdiyi üçün oğlu da öz mobil telefonu ilə 102 nömrəsinə zəng edib həmin hadisə barədə xəbər vermişdi. Həmin hadisə nəticəsində cəmi 405 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona qarşı dəymiş ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxsyə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, böyük qardaşı Ramil tərəfindən Pərvanı Şükürovanın əynində olan paltosunun sağ yan cibindən mobil telefonun oğurlanması hadisə ilə bağlı heç bir məlumatı olmamışdır. Ailədə 9 bacı-qardaşdılar, Ramil ailədə evin böyük övladıdır. 18 may 2024-cü ildə günortadan sonra əmisi oğlu Şahid2 və böyük qardaşı Ramil ilə bilrlikdə Yevlax rayonundan gəlib Qaradağ rayonunda körpünün yanında avtobusdan düşmüş və orada nömrəsini xatırlamadığı "Baku- Bus" markalı avtobusa minərək gəlib metroda düşərək 20 Yanvar dairəsindən hərəsi öz evinə getmək istəyirdilər. Qaradağ rayonunda olan körpünün yanından mindikləri həmin Baku-Bus avtobusda sərnişin sıxlq olduğundan avtobusun arxa tərəfində ayaq üstə dayanmışdı. Həmin avtobusda gedən zaman sol tərəfində əmisi oğlu Elxan olmuşdur və Elxan oturacaqda əyləşmişdir, sağ tərəfində isə qardaşı Ramil ayaq üstə dayanmışdır. Həmin avtobusla bir neçə dayanacaq getdikdən sonra yolda, yəni “Azneft” dairəsinin yanında dayanacağında Ramil avtobusdan endiyi üçün əmisi oğlu ilə birlikdə onun dalınca düşmüşlər və oradan piyada olaraq “İçərişəhər’' metrosuna getmişlər, metro ilə 20 Yanvar dairəsinə getmişlər. 20 Yanvarda olan zaman mağazaya girib özü üçün lazım olan siqaret almışdır. Bundan əlavə onun heç nədən xəbəri olmamışdır. Lakin sonradan onu polislər axtarmasını bilmiş, maraqlandıqda Lökbatan daitəsindən Baku-Bus markalı sərnişin daşıyan avtobusla gələn zaman yolda qardaşı Ramil yanında dayanmış tanımadığı və sonradan adını bildiyi Pərvanə adlı xanımın sağ yan cibindən 01 ədəd “Xiomi Redmi 9C” marklı mobil telefonun çıxardaraq sonradan 20 yanvar dairəsində heç kimə demədən tanımadılğı bir şəxsə sataraq həmin pulu da öz şəxsi ehtiyaclarına və xəstə olan uşağının müalicəsi ilə bağlı dərman pereparatlarına xərcləmişdir. Bildirmişdir ki, həmin zaman avtobusda sıxlıq olmuşdur, fikrim başqa yerdə olduğu üçün Ramilin yanında dayanmış Pərvanənin cibindən mobil telefon çıxarıb baxaraq cibinə qoymasını və Ramilin onun həmin cibindən mobil telefon çıxarmasını görməmişdir. Məhkəmə iclasında iştirak edən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Təqsirləndirilən şəxs onun doğma qardaşı olduğu üçün, qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən hüquqları izah edildikdən sonra o, ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən qohumların əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi yəni, heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. İş materiallarında olan “Baku Bus" MMC-nin təqdim etdiyi 01 ədəd diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 18 may 2024-ci il tarixdə, saat 17:02-də avtobusun içərisində ayaqüstə dayanan zərərçəkmiş Zərərçəkmiş şəxs istifadə edib qara rəngli paltosunun sağ yan cibinə qoyduğu mobil telefonu bir nəfər şəxsin götürməsi görünür. AZEMİS Elektron İnformasiya Məhkəmə Sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 6 (altı) yetkinlik yaşına çatmayan övladı vardır. İş materiallarında görünür ki, Səbail Rayon Məhkəməsinin 4(009)-291/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarından görünür ki, həbs etmənin əvvəli 09 iyun 2024-cü il tarixədən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM- nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün həm ibtidai istintaq həm də məhkəmə istintaqında etirafedici ifadələri, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunmuş ifadələri, baxış keçirilməsi haqqında protokol, video görüntülər və iş materiallarına əlavə edilmiş işin digər halları ilə tam sübuta yetirildi. Odur ki, onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə düzgün tövsif edilmiş o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlindən peşiman olmasını, himayəsində altı azyaşlı övladlarının olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1 - 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Həmçinin iş materiallarında olan DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan və Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Bəkirov X2 rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 67.1-ci maddələri ilə təqsirli bilinib 03 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2020-ci il qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsilə cəza müddəti yenidən hesablanmaqla cəzası 03 il 07 ay 28 gün azadlıqdan məhrum etmə ilə əvəz edilmiş və 06 iyun 2022-də cəzasının sonu ilə azad edilmişdir. Hazırki cinayət əməlini isə 18 may 2024-cü il tarixdə törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisəsinin 18 may 2024-cü il tarixində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən 83.3.4. ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də mülkiyyət əleyhinə olan cinayətlərə görə məhkumluğunun olmasını, məhkumluğunun ödənilməməsini və halhazırda əməlində cinayətlərin residivinin müəyyən olunmasını, cəzasının fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməlidir. Məhkəmə, eyni zamanda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş müsadirə olunmalı əmlakın müəyyən olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu maddəsinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 09 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 21 saylı Vəkil Bürosunun “Express Bank”-ın Xətai filialındakı bank hesabına keçirilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-45/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-45/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver