Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-46/2023 06.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Məmmədəli oğlu və Zərərçəkmiş şəxs3, Müdafiəçi: Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5-də yerləşən (inzibati binada) qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və barəsində Səbail Rayon Məhkəməsinin qərarına əsasən “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmiş, habelə, təkrarən özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq cinayətlərini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunu Azərbaycan Respublikası Prezident Aparatının Mətbuat Xidmətinə karguzar vəzifəsinə işə qəbul etdirəcəyinə yalandan vəd verib inandıraraq 2018-ci ilin fevral ayının əvvəlində ünvan 3 ünvanda yerləşən “Palma” kafesində 15.000 manat və eyni adla növbəti gün ünvan 4 ünvanında 1.000 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək vediyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 16.000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 ona qarşı yaranmış etibarından sui-istifadə edib, sonuncunu Azərbaycan Respublikası Prezident Aparatının Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasına leytenant hərbi rütbəsi verilməklə işə qəbul etdirəcəyinə yalandan vəd verib inandıraraq 10 mart 2018-ci il tarixdə ünvan 5 ünvanda yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının yaxınlığında 13.000 manat nəğd pulu alıb ələ keçirərək, vediyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs3 13.000 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2019-cu ilin aprel ayında tanışı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Hyundai Sonata” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobilə ünvan 6 ünvanda yerləşən Prezident Administrasiyasının yaxınlığında əyləşdikdən sonra, ünvan 7 ünvanda yerləşən Bakı şəhəri İcra Hakimiyyətinin qarşısında avtomobildən düşüdüyü müddət ərzində sonuncuya məxusus 2 ədəd hər birinin ayrı-ayrılıqda qiyməti 1.050 manat olmaqla ümumi qiyməti 2.100 manat təşkil edən üzərində “1888 AT RUSSİA 5R AU DETALİS SPOT REMOVALS” yazıları yazılmış plastik materialdan olan qabda saxlanılan 2 ədəd hər birinin ayrı-ayrıİqda qiyməti 1.500 manat olmaqla cəmi qiyməti 3000 manat təşkil edən sarı rəngli, üzərilərində kişi təsviri, digər tərəfindən qoşa qartal təsvirləri olan 900 əyarlı qızıla uyğun, çəkisi 6,44 qram “5”-lik sikkə pulu avtomobilin salonundakı arxa oturacağından gizli olaraq talayıb, ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 5.100 manat ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətləri və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Məmmdalı oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 onun barəsində yazdıqları şikayət ərizələri ilə tanış olmuşdur. Bakı şəhəri, Zığ qəsəbəsi ərazisində qəbir daşlarının quraşdırılması işi ilə məşğul olan Xalıq Əzizovu tanıyır və onunla münasibətləri yaxşı olmuşdur. 2018-ci ilin təxminən mart ayının əvvəllərində Xalıq onunla görüşmüş və oğlu Kamranı Ədliyyə Nazirliyinə işə qəbul etdirmək istədiyini, lakin Kamranın əvvəllər törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhəri, Xətai RPİ-nin İŞ-də barəsində cinayət işi istintaqı olunduğundan məhkum olunmasına görə oğlu Kamranı işə qəbul etmədiklərini, məhkumluğunun silinməsi ilə əlaqədar kömək etməyini ondan xahiş etdikdə o, tanışları vasitəsilə Xalıqa bu işdə kömək edəcəyinə söz vermiş, həm də söz arası Xalıqa tanışları vasitəsilə onun oğlu X2, XDMX-da işə düzəltməyi təklif etmiş, Xalıq və oğlu Kamran onunla razılaşmışlar. O, Elməddin Quliyevi nəzərdə tutub Xalıqa bu təklifi etmişdir. Təxminən bir həftə sonra Elməddin Quliyevə bu barədə demişdir. Elməddin də ona söz vermişdir ki, Xaliqin oğlu Kamranı XDMX-nə işə düzəldəcəkdir. Elməddin ondan Kamranın sənədlərini istədikdə Xalıq və oğlu Kamranla Bakı şəhəri, Yasamal rayonu ərazisində olan “Qış” parkında görüşmüş və Elməddinin işə düzəlmə işini boynuna götürdüyünü deyib istədiyi sənədləri düzəldib vermələrini demişdir. Bir müddət sonra Kamran gətirib “Qış” parkında sənədləri ona, onun özü isə sənədləri Elməddinə vermişdir. Aradan təxminən 15 gün keçdikdən sonra Elməddin Kamranın işini düzüb qoşduğunu, bunun üçün 15.000 manat pul lazım olduğunu bildirdikə Elməddinin istədiyi pulun məbləğini də onun özü Xalıqa dedikdə Xalıq ona bildirmişdir ki, 15.000 manata gücü çatmır və ancaq 13.000 manat verə bilər. O, Xaliqin 13.000 manat pul verə biləcəyini Elməddinə demiş və Elməddin də həmin qiymətlə razılaşmışdır. Təxminən 1-2 gün sonra Xalıq və Kamranla Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Beş qazan” restoranın yaxınlığında görüşmüş və orada Xalıq ona 8.000 manat pul verib xahiş etmişdir ki, zamin dursun ki, qalan 5.000 manatı da bir-iki həftəyə verəcəkdir. O da həmin gün Bakı şəhəri, Suraxanı rayonunun girişində Elməddin ilə görüşmüş və Xaliqin verdiyi 8.000 manat pulu Elməddinə verib qalan 5.000 manatı da bir-iki həftəyə çatdıracağını bildirmişdir. Təxminən 10 gün sonra zəngləşib Xalıqla “Beş mərtəbə” ərazisində görüşmüş və orada Xalıq ona 5.000 manat pulu vermişdir. O da həmin 5.000 manat pulu “Qış parkı” ərazisində Elməddinə vermişdir. Elməddin də həmin puldan 1.000 manat ona hörmət əlaməti olaraq vermiş və söz vermişdir ki, altı aya kimi Kamran XDMX-da işə başlayacaqdır. Bundan sonra hər dəfə Xalıq və oğlu Kamran işlə əlaqədar ona zəng edib soruşanda o da Elməddinlə əlaqə saxlamışdır. Elməddin də hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. 18 yanvar 2019-cu ildən sonra Elməddinin nömrələrinə zəng çatmamışdır. Sonra eşitmişdir ki, Elməddin bir neçə başqa şəxsləri də işə düzəltmək adı ilə aldadaraq pullarını almış və sonra Respublikanın ərazisini tərk etmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs2 çoxdan tanımışdır. Zahid “beş mərtəbə” ərazisində daşınmaz əmlak işlərinə baxırmış. Tanışlıqdan sonra Zahid iş yerindən gileylənmiş və Zahidin savadlı, perspektivli işçi olmasını görüb, niyə yüksək ranqlı işlərə getmədiyini soruşmuşdur. Zahid bildirmişdir ki “adamı yoxdur ki, işləsin”. O, Zahidə təklif etmişdir ki, “adam var, onun vasitəsilə PA-na işə qəbul etdirə bilərəm”. Bu işi düzüb qoşmaqlda Elməddinə arxayın olub Zahidə kömək etməyi öhdəsinə götürmüşdür. Zahid jurnalistikanı bitirdiyini dediyindən Zahidi PA-nın Mətbuat xidmətinə işə düzəltməyi xahiş etmiş, Elməddinə bu təklifi deyəndə razılaşmış və bu iş üçün 15.000 manat pul istəmiş, o da həmin məbləği Zahidə demişdir. Zahid də razılaşmış, puldan əlavə Elməddin Quliyev bəzi sənədləri və “SV” istəmişdir, o, Elməddinin dediyi sənədləri və pulu Zahidə dedikdən sonra təxminən 2018-ci ilin fevral ayında “Torqovı” adlanan ərazidə olan “Palma” kafesinin yanında Zahidlə görüşmüş və deyilən 15.000 manat pulu və sənədləri almış, pulu və sənədləri aldığını Elməddinə demiş və Elməddinin təklifi ilə sənədlərlə 10.000 manat pulu Suraxanı rayonu ərazisində yerləşən “Köhnə” bazarın yanında Elməddinə vermişdir. Elməddin özü demişdir ki, 5000 manat onda qalsın. X6 sənədlərində qüsur olmasını demiş və əlavə olaraq 1.000 manat da verməsini istəmiş, Zahidlə Səbail rayonu ərazisində, Mərkəzi Univermağın binasının arxasında görüşüb almış və həmin pulları da ayrılıqda Suraxanı rayonu ərazisində, bazarın yanında Elməddinə vermişdir. Beləliklə Zahiddən o, 16000 manat pul alıb hamısını Elməddinə vermişdir. Elməddin də işə düzələcəyi barədə söz vermişdir. O, Elməddinlə Zahidi görüşdürmüş, Zahidin mübahisəli torpaq məsələsi olmuş və Elməddin söz verib ki, həmin torpaq mübahisəsi işində ona yardım edəcəkdir. Orada o, Elməddinə PA-na, Mətbuat xidmətinə işə düzələcək şəxsin də Zahid olmasını demiş, Elməddin də orada da söz vermişdir ki, yaxın vaxtlarda Zahidin işə düzəlməsi işini həll edəcək, lakin Elməddin hər dəfə söz versə də artıq gec olduğunu görüb Zahid ondan pulunu istəmişdir. O da Elməddini axtarıb pulu qaytarmasını demiş və ona verilən puldan 8.000 manatını hissə-hissə ona vermiş, o da aparıb Zahidə vermişdir. Hazırda Zahidə 8.000 manat verəcəyi qalmışdır. X4 hazırda harada olmasını bilmir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Həmin faktla əlaqədar bildirmişdir ki, əvvəllər qızıl işi ilə məşğul olmuş və İlhamın da Mərkəzi Univermaqda qızıl manet alveri ilə məşqul olmasını bilmişdir. Şəxsi tanışlığı da olmuş, bir dəfə ikisi söhbət edərkən İlham işinin gətirmədiyini, Maxsudun da ona borcu olduğunu və ala bilmədiyini demiş, o, Maxsudu da çoxdan tanımış və Elməddini nəzərdə tutub İlhama demişdir ki, ”istəyirsən Prezident Aparatında tanış var, deyək ona məsələni həll etsin”. Elməddinə də kiməsə hədiyyə etmək üçün qızıl manet lazım olduğunu deyib təklif etmişdir ki, hədiyyə etmək üçün ona manet versin. İlham da razılaşıb və üstündən bir qutuda 04 ədəd beşlik manetlər və bir ədəd 100 qramlıq bağlı qızıl vermiş, həmin 100 qramlığı əvvəlcə 4500 ABŞ dollarına, sonra isə 5000 ABŞ dollarına, beşlik manetlərin birini isə əvvəlcə 3000 ABŞ dollarına demiş, ikisini götürəndə isə ikisinə 4000 ABŞ dolları verməyi istəmişdir. O da ”Qış parkı” ərazisində iki ədəd həmin manetləri və 100 qramlıq qızılları götürmüş ki, gətirib Elməddin Quliyevə göstərmiş, Elməddin qızılları görüb manetləri bəyənməmişdir. 100 qramlıq qızılı götürmüşdür ki, sonra pulunu verəcək. İlham həmin qızıl üçün 4500 ABŞ dolları verməsini istəmişdir. İlhamın təkidi ilə o, həmin 100 qramlıq qızılın pulunu almaq üçün getmişdir. Elməddin PA-na getmiş,o da ora getmiş, həmin vaxt İlham 100 qramlıq qızılı 5000 ABŞ dollarına satdığını demiş, o da Elməddin müəllimə deyəndən sonra onlar qiymətlə razılaşmayıb qızılı ona qaytarmışlar. O da həmin qızılı gətirib İlhama qaytarmışdır. İki manetlər isə onda qalmışdır. Bunu İlham özü də bilirdi, oradan İlhamın maşını ilə gəlib Bakı şəhər İH-nin binasının yanında düşmüş, İlhamı isə arvadı çağırdığından evlərinə getmişdir. Manetlər onda qalmaqla səhərisi günü İlham ona zəng edib manetləri onun götürüb-götürmədiyini soruşmuşdur. O, zarafatyana dedmişdir ki, ”məndə deyil”. Sonra isə demişdir ki, ”manetlər məndədir”. Sonra başqa danışığı olmamış və o, həmin manetləri gətirib Elməddin Quliyevə vermiş, Elməddin də həmin manetlərdən birinin sertifikatını sındırmış, birini isə götürmüş, o, həmin sertifikatı sındırılmış maneti gətirib İlhama qaytarmış, ikinci manet isə Elməddində qalmış və bu günə qədər həmin maneti Elməddindən ala bilməmişdir ki, İlhama qaytarsın və ya pulunu da Elməddindən almamışdır. O, həmin manetləri İlhamın avtomobilindən oğurlamamış, həmin manetləri İlham özü ona ”Qış parkı” ərazisində vermişdir. İlham manetləri ona verəndə demişdir ki, ”ikisinə 4000 manatı mənə verərsən, üstünə özün nə qədər qiymət əlavə etsən sənə qalsın”, 100 qramlıq qızıldan da 5000 ABŞ dolları ona verməyini, üstünə nə qədər qiymət əlavə etsə ona qalmasını bildirmiş, belə ticarət qaydası qızıl alverçiləri arasında olduğundan İlhamla qarşılıqlı ticarət fəaliyyəti üçün razılaşmış, həmin qızıl manetləri mənimsəmək məqsədi olmamış, aldığı qızılları Elməddinə vermək və üstündə özünə qazanc götürmək məqsədi ilə almış, Elməddin də həm bir qızıl manetin sertifikatını sındırıb, ikinci maneti də alacağını bildirib götürüb, lakin sonra nə manetin özünü, nə də pulunu verməmişdir. Qeyd olunan üç nəfər zərərçəkmişdən alınan pul və qızıl əşyalarına görə Elməddin Quliyevin ona 23.500 manat verəcəyi vardır, onları ona ödəməmidir ki, o da zərərçəkmişlərin pullarını ödəsin. Təqsirləndirilən şəxs son sözündə ona oğurluq cinayəti ilə bağlı verilmiş ittihamı qəbul etmədiyini, zərərçəkmişlərə qismən ödəniş etdiyini, himayəsində bir azyaşlı övladının olmasını bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qızıl-zinət əşyalarının həvəskarıdır, antik qızıllar barədə maraqlanıb alır və lazım olanda onları satır. Onun qızıl alveri ilə əlaqədar Maqsud adlı şəxslə mübahisəli işi olmuş və o, Maqsuddan pulunu ala bilmirmiş. Bu barədə Yasamal RPİ-də, hətta Bakı şəhəri BPİ-də araşdırmalar aparılmış, lakin hələ də nəticəsi olmamışdır. 2019-cu ilin aprel ayında ona tanımadığı mobil nömrəsindən zəng gəlmiş və telefon danışığı zamanı ona özünü Nicat adı ilə təqdim edən, sonradan isə adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onunla görüşmək istədiyini, onun Maqsud adlı şəxslə pul mübahisəsi olduğunu bildiyini, Maqsudun başqa şəxsə də borcu olduğunu və həmin borc məsələsini həll etdiyini, ona da həmin borcunu almağa kömək edəcəyini bildirdikdə İlhamla razılaşmış və Yasamal rayonunda yerləşən Qış parkı adlanan ərazidə olan Palıd restoranında İlham ilə görüşmüş və həmin görüşdə ikisi olmuşdur. Söhbət zamanı həmin şəxs Həsən Əliyevin nəvəsi Fəridin köməkçisi Elməddin adlı şəxsin köməkliyi ilə Maqsudun ona olan borcunu alıb verdirəcəyinə söz vermiş və Elməddinin kiməsə hədiyyə etmək məqsədi ilə əntiq əşya axtardığını bildirdikdə İlhama özündə 04 ədəd əntiq manetlər olduğunu və dördünün birlikdə qiymətinin 10.000 ABŞ dollar təşkil etdiyini, lakin ona 8.000 ABŞ dollara verə biləcəyini demişdir. Bundan əlavə 01 ədəd PAMP markası ilə qızıl sikkə olduğunu, həmin sikkənin də 4.800 ABŞ dolları qiymətində olmasını İlhama bildirmişdir. Həmin PAMP sikkəsi 999 əyyarlı, 04 ədəd manetlər isə 888 əyyarlı olmuşdur. İlhama həmin 04 ədəd manetlərin cəminə 8.000 ABŞ dollar, 01 ədəd 100 qramlıq qızıl sikkəni isə 5000 ABŞ dollara demişdir. İlham həmin 04 ədəd maneti və 01 ədəd 100 qramlıq sikkəni guya Elməddin müəllimə göstərmək üçün ondan götürmüş və guya Elməddin müəllimin yaşadığı evin qarşısına getmiş, onun özü Elməddin müəllimin orada yaşayıb-yaşamadığını bilmir və birlikdə oraya İlhamın guya xidməti “Mersedes” markalı avtomobili ilə getmişlər. Teleteatrın binasının qarşısı ilə gedib Prezident aparatına tərəf deyil sağa həyətə girmiş və sonuncu binanın sonuncu blokunun qarşısında avtomobili saxlayıb İlham avtomobildən düşmüş və ondan həmin qızılları götürüb yuxarı mərtəbəyə qalxmış, o isə avtomobildə qalmışdır. Təxminən 10 dəqiqədən sonra İlham qayıtmış və 04 ədəd manetləri ona qaytarmış, həmin manetlər bir qutuda olmuş, manetlərin dördünün də yerində olması qutunun şüşəsindən görünmüşdür. O, həmin manetlər olan qutunu özündə saxlamış, 01 ədəd 100 qramlıq qızıl sikkəni isə götürdüyünü və pulunu nahardan sonra verəcəyini bildirdikdə İlhama etiraz etməmiş, birlikdə həmin sikkənin pulunu verilməsini gözləmək üçün kafeyə getmişlər və gözləsələr də pul gəlməmişdir. Onu həmin gün evdə gözlədiklərinə görə getməli imiş və sonra onun oğlu avtomobilini gətirmiş və təxminən saat 14 radələrində onun avtomobili ilə İlhamla birlikdə İlhamın həmin qızıl sikkənin satıldığını dediyi ünvana getmişlər. O, öz avtomobilinə minəndən sonra İlhamın ona qaytardığı 04 ədəd manetin olduğu qutunu avtomobilinin arxa oturacağının üstünə atdıqda bunu İlham da görmüşdür. O, öz avtomobilində qalmış İlham isə yenə də həmin yuxarı mərtəbəyə qalxıb təxminən 5 dəqiqədən sonra qayıdaraq həmin 100 qramlıq sikkənin qabını ona gətirmiş və bildirmişdir ki, “al istəmədi”. Qutunu açdıqda qutunun boş olduğunu görüb İlhama “bu nədir” demişdir. İlham qutunu götürüb təzədən həmin binaya girmiş, təxminən 2 dəqiqə sonra onun özü də İlhamın arxasınca getmiş və 4-cü mərtəbədə görmüşdür ki, İlham 5-ci mərtəbədə sağda qapının qarşısında dayanıb və qapı da bağlıdır. İlham onun qalxdığını görüb aşağı düşmüş və ona bildirmişdir ki, “gedək, Elməddin müəllim aparatdadır, oradan götürüb verim”. Bundan sonra onlar oradan düşüb bir yerdə Prezident aparatına getmişlər. İlham orada ərizə qəbulu yerinə girmiş, o, da şüşədən İlhamın getdiyi yeri görmüşdür. İlham ərizə qəbulu pəncərəsinə yaxınlaşmış, lakin həmin pəncərədən İlhama nəsə verilməsini görməmişdir. İlham geri qayıdıb ona həmin 100 qramlıq sikkəni açıq şəkildə vermiş, sikkənin tamlığı, qablaşdırılması pozulmamış, oradan o, öz avtomobilinə gəlmiş və İlham ondan hara getdiyini soruşduqda İlhama evinə getdiyini demişdir. İlham ondan xahiş etmişdir ki, onu da metronun “lçəri Şəhər” stansiyası yanında düşürsün. İlhamla razılaşmış və İlham gəlib onun avtomobilinin qabaq oturacağında əyləşmiş, həmin vaxt 04 ədəd manetlər olan qab arxa oturacağın üstündə olmuş, 100 qramlıq sikkəni isə cibinə qoymuş və yolda İlhamın həmin manetləri götürməsini görməmişdir. Lakin həmin vaxt manetlər bir qutuda arxa oturacağın üstündə olmuşdur. Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində, Bakı sovetinin binasının yanında İlham avtomobili saxlamağı ona dediyindən o, avtomobili saxlayandan sonra İlham avtomobildən düşüb getmiş, düşəndə də o, İlhamın arxa oturacaqdan manetləri götürməsini görməmişdir. Manetlərin olduğu qutunu açmaq asandır, qapağı elə-belə örtülmüş, qutunu açıb manetləri götürmək asandır. O, evinə gedib sonra da oradan tək ata vətəni olan Qəbələ rayonuna yola düşmüşdür. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət ərazisində yolda olan zaman həmin qızıl manetləri avtomobilin bardaçokuna qoymaq üçün baxdıqda manetlərin ikisinin olmadığını aşkar etmişdir. Oradan İlhama zəng edib demişdir ki, “manetlərin ikisi yoxdur, götürmüsən sə, qaytar qoy yerinə”. İlham əvvəl ona xəbərinin olmadığını və götürmədiyini bildirdikdə İlhama demişdir ki, “maşınıma səndən başqa şəxs minməyib, qızılları qaytar”. Bundan sonra İlham manetləri götürdüyünü və qaytaracağını ona bildirmişdir. Bu danışıqdan təxminən bir ay sonra Mərkəzi Univermağın qarşısında İlham həmin manetlərdən birini qablaşdırılması, yəni sertifikatı olmadan ona qaytarmış, ikincisini isə qaytarmamışdır. Qaytardığı manetin sertifikatını özünün sındırdığını bildirmiş, ikinci maneti isə qaytaracağını bildirsə də sonra pulunu verəcəyini demiş, lakin qaytarmamışdır. O, dəfələrlə İlhamla danışmışdır. İlham hər dəfə maneti və qaytardığı manetin qablaşdırılmasının pulunu ödəyəcəyinə söz versə də verdiyi sözə əməl etməmişdir. O, İlhamın ona vurduğu ziyanı azaldıb qaytarmadığı, qızıl maneti 2000 ABŞ dolları, sertifikatsız qaytardığı maneti isə 1.000 ABŞ dollar, yəni aşağı qiymətlə hesablayıb həmin ziyanı ödəməsini istəsə də İlham bunu da etməmişdir. Beləliklə Təqsirləndirilən şəxs ona 3.000 ABŞ dollar, yəni 5.100 manat maddi ziyan vurmuş və həmin maddi ziyanı ödəməsini istədiyini bildirmişdir. Həmin “Nicat” adlı şəxsin Təqsirləndirilən şəxs olmasını sonradan Maqsudla danışarkən bilmiş və Maqsuddan Nicat sənin kiməsə olan borcunu alıb ödətdirib ödətdirmədiyi barədə maraqlanmış, Nicatın ***- ***-**-** nömrəsini Maqsuda göstərmiş və Maqsud nömrəyə baxıb həmin şəxsin Nicat deyil, Təqsirləndirilən şəxs olduğunu, bir nömrəsinin də ***-***-**-** olduğunu ona bildirdikdən sonra o, İlhama bu barədə deyəndə İlham iki adının olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Elməddinin mobil nömrəsinin ***-***-**-** olduğunu bildirmişdir. İlhamın ondan oğurladığı manetin sertifikatı original olub və onun bağlatdırılması mümkün deyildir. Bu barədə İlhama deyəndə İlham ona bildirmişdir ki, Mərkəzi Univermaqda girişdə, 2-ci polkada həmin manetdən var, həmin şəxsin mobil nömrəsinin ***-***-**-** olduğunu və zəng edib öyrənə bilər. O, həmin şəxsə zəng etmiş və həmin şəxs nömrəsini ona kimin verdiyini dedikdə bildirmişdir ki, adı İlhamdır, iki ildir ki, Mərkəzi Univermaqdan çıxmış, həmin İlhamın ona borcu vardır. Təqsirləndirilən şəxs yalan izahat verir, hadisə onun dediyi kimi olmuş, o, həmin manetləri satmaq məqsədi ilə İlhama vermiş və İlham manetləri Elməddin müəllimə göstərmək adı ilə aparıb, sonra isə manetləri qaytarmış və o da manetlərin dördünün də qutuda olmasını üzdən görmüş, həmin vaxt manetlərin sertifikatları da yerində olmuş, lakin 100 qramlıq sikkəni saxlayıb sonra pulunu verəcəyini demiş, sonra da 100 qramlıq sikkəni qaytarmış və o, İlhamdan ayrılıb evinə gedərkən İlham ondan onu da yolda düşürməyini xahiş etmiş, o, razılaşandan sonra İlham avtomobilə minib, qabaq oturacaqda əyləşib və yolda düşürüb getmişdir. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət ərazisində yolda olan zaman baxmışdır ki, manetlərin ikisi yerində yoxdur, zəng edib İlhamla danışanda əvvəl manetləri oğurlamadığını bildirmiş, lakin o, avtomobilinə başqa şəxsin minmədiyini deyəndən sonra etiraf etmişdir ki, manetləri götürmüşdür. Sonradan İlham götürdüyü manetlərdən birini də sertifikatsız ona qaytarmış, birini isə sertifikatla birlikdə qaytarmamışdır. Beləliklə Təqsirləndirilən şəxs ona 3.000 ABŞ dolları, yəni 5.100 manat maddi ziyan vurmuş və həmin maddi ziyanı ona ödəməsini istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 sonda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, X5 onun atasıdır. X8 30 aprel 2019-cu il tarixdə rəhmətə getmişdir. Ailədə bir bacı və bir qardaş olmuş, bacısı hazırda ailə qurub ayrı ünvanda yaşayır, atası isə 2 ildir ki, rəhmətə getmişdir. Hazırda anası, yoldaşı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. Təxminən 2014-cü ildə Xətai rayonu ərazisində o, avtomobillə yolnəqliyyat hadisəsi törətmiş və bir nəfər piyadanı vurub ayağını sındırmışdır. Bu barədə Xətai RPİ-nin İŞ-də cinayət işi başlanmış və barışıqla cinayət işinə xitam vermişlər. Bu hadisədən sonra o, iş axtarmış və Ədliyyə Nazirliyinə işə düzəlmək istəmişdir. ƏN-dən polisə barəsində təqsirləndirici material olub-olmaması haqda sorğu veriləndə həmin avtoqəza ilə əlaqədar məhkumluğunun olması ortaya çıxdığı üçün ƏN-də işə qəbul oluna bilməmiş, rəhmətlik atası Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində olan qəbirsanlıqda qəbir daşı ustası işləmiş, işi ilə əlaqədar Təqsirləndirilən şəxs tanımış və İlham özünü Prezident Aparatında “kurator” işləyən vəzifəli şəxs kimi tanıtmışdır. O, özü də İlhamı atasının yanında görmüş, Təqsirləndirilən şəxs onun işsiz olduğunu bilmiş və rəhmətlik atası ilə qərara almışdır ki, məhkumluğun DİN-dən götürülməsi məsələsini həll etmək üçün həmin İlhama müraciət etsin. İlhama bu barədə deyəndə razılaşmış, lakin sonra demişdir ki, “Ədliyyə Nazirliyini neyləyirsən”. İlham özünün Prezident Aparatında işləməsini, və onu PA-nın XDMX-nin Milli qvardiyasına leytenant rütbəsi ilə işə düzəldə biləcəyini bildirmişdir. O və atası razılaşmış, İlham bildirmişdir ki, işi danışacaq, sonra xəbər edəcək. Bu danışıqdan təxminən 5 gün keçdikdən sonra İlham zəng edib bildirmişdir ki, işi danışmışdır, onu həmin leytenant rütbəsi ilə PA-nın Milli qvardiyasında işə düzəltmək üçün 13.000 manat pul lazımdır. O, deyilən qiymətlə razılaşmış və təxminən 10 mart 2018-ci il tarixdə Dövlət Təhlükəsizlik xidmətinin inzibati binasının qarşısına atası ilə birlikdə gəlib İlhamla orada görüşmüş və onun işə düzəlməyi üçün qohumdan borca götürdüyü 13.000 manat pulu İlhama vermiş, həmin vaxt rəhmətlik atası, o və İlhamdan başqa orada adam olmamışdır. Pulu İlhama rəhmətlik atasının idarə etdiyi “Mersedes” markalı avtomobilin salonunda vermişdir. İlham orada bildirmişdir ki, “mənim işə düzəlmə prosesim təxminən 3-4 ay çəkəcək”. İlham həmin vaxt ondan “SV” və sənədlərin kserosurətlərini və fotoşəkilləri istəmiş, ali təhsili olmadığı halda zabit rütbəli işə düzəltməsinin mümkün olubolmaması barədə İlhamla danışığı olmamışdır. İlhamla bu görüşdən bir neçə gün sonra o, İlhamın dediyi sənədləri düzəldib Yasamal rayonu ərazisində olan “Qış parkı” ərazisinə gedib orada İlhamla görüşüb, “SV”-ni, şəxsiyyət vəsiqəsi, hərbi bileti, orta məktəbi bitirməyi barədə attestatın kserosurətlərini və fotoşəkilləri İlhama vermişdir. İlhamın söz verdiyi müddətdən sonra İlhamdan işin vəziyyəti barədə soruşduqda hər dəfə bizi gözləməyi, yaxşı olacağını demiş, bəzi vaxt işə qəbulla əlaqədar adamların çox olmasını, buna görə gecikdiyini demişdir. İlhamın dediyi vaxtdan təxminən 8 ay keçdikdən sonra başa düşmüşdür ki, İlham onu aldadır. Buna görə İlhamdan verdiyi pulu geri istəmiş və öyrənmişdir ki, İlham heç Prezident aparatında işləmir. Belə ki, İlham əvvəl demişdir ki, Prezident aparatında işləyir və hətta o, İlhamla PA-nın inzibati binasında da görüşmüşdür. O, İlhamdan pulunu istədikdə hər dəfə müxtəlif bəhanələr gətirmiş və bu bəhanələrlə onun pulunu qaytarmamışdır. Buna görə də o, bu barədə Xətai rayon prokurorluğuna ərizə müraciət etmişdir. İşi Xətai RPİ-nin 36-cı PB-də təhqiqatçı araşdırmışdır. Sonra Səbail RPİ-nin 9-cu PB-də, sonra isə Səbail RPİ-nin İŞ-də olub izahat vermişdir. İşin sonlarında İlham bildirmişdir ki, ondan aldığı həmin 13.000 manat pulu PA-da işləyən Elməddin adlı şəxsə vermiş və həmin puldan Elməddin 1.000 manat vermiş, onun işə qəbulunu da guya Elməddin həll edəcəyinə söz veribmiş, lakin ona əvvəldən heç nə deməmişdir. Təqsirləndirilən şəxs ilə pulunu geri istəməyi ilə əlaqədar tez-tez danışmış və görüşmüş, hər dəfə də ondan vaxt istəmişdir ki, pulunu qaytaracaq, lakin hələ verdiyi vədə əməl etməyib və pulunu qaytarmamışdır. İlham onu PA-nın XDMX-nin Milli qvardiyasına leytenant rütbəsi ilə işə düzəldəcəyini vəd verdiyi üçün o, Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Dövlət Təhlükəsizlik Xidmətinin inzibati binasının yaxınlığında rəhmətlik atası Xaliqin yanında Təqsirləndirilən şəxs şəxsən özü əlbə-əl 13.000 (on üç min) manat pul vermişdir. Lakin İlham vədinə əməl etməmiş və ondan aldığı 13000 manat puldan 1.600 manat pulu ona qaytarsa da, qalan 11.400 manat pulu hazırki vaxta kimi ona qaytarmamışdır. Zərərçəkmiş şəxs3 sonda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2006-cı ildən Bakı şəhəri Yasamal rayonu “beş mərtəbə” adlanan ərazidə daşınmaz əmlak məsələləri üzrə ofisdə çalışır. 2012-ci ildə ərazidə yerləşən “EFES” marketdə təsadüf nəticəsində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. İlham danışıq vaxtı hansısa nazirlikdə çalışdığını, tezliklə Prezident aparatına işə dəvət olunacağını demişdir. Bundan sonra bir neçə dəfə görüşmüş və bu tanışlıqan yaranan münasibətə görə bir-birinə etibarları artmışdır. Az sonra İlham artıq Prezident aparatında çalışdığını demiş, lakin konkret hansı vəzifədə işləməsini deməmişdir. İlham onun işini tərifləmiş, savadlı, iş bilən işçi olduğunu bildirmişdir. İlham özünün də Bakı şəhərində anadan olduğu və onun da “Bakılı” olduğuna görə onu da işlədiyi Prezident aparatında öz yanında işə düzəldəcəyini demişdir. 2018-ci ilin fevral ayının əvvəllərində İlham ona ***-***- **-** mobil nömrəsindən zəng edərək onu öz yanında, PA-nın Mətbuat xidmətində işə düzəltmək imkanının olduğunu, bunun üçün 15000 manat pul və müvafiq sənədlər hazırlamağını demiş, müvafiq sənədlər dedikdə diplomumun, şəxsiyyət vəsiqəsinin kserosurətlərini, hərbi biletiein notarial qaydada təsdiq olunmuş surətini, tərcümeyihal, 4 ədəd fotoşəklini istəmiş və “SV” verməyini demişdir. O, 2018-ci ilin fevral ayının əvvəllərində “Torqovı” adlanan ərazidə “Palma” kafesində İlhama 15.000 manat pul və deyilən sənədləri İlhama vermiş, İlham pulu və sənədləri alıb ayrılıb getmişdir, növbəti gün zəng edib sənədlərdə bəzi qüsurların olduğunu bildirib əlavə olaraq 1.000 manat pul verməyini istəmiş, o, İlhamın istədiyi 1000 manat pulu İlhamın yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 120 N-li binanın qarşısında İlhama vermiş, o, pulları İlhama verəndə tək olmuş, kənar şəxs olmamış və pulu verəndə İlham ona söz vermişdir ki, 10- 15 günə PA-nın Mətbuat xidmətində kargüzarlıq işinə düzəldəcəkdir. O, İlhamın 055- ***-**-** mobil nömrəsinə tez-tez zəng etmiş, hər dəfə ona müxtəlif bəhanələr gətirmiş və tezliklə işin alınacağını demişdir. Bir müddət İlhamla əlaqə saxlaya bilməmişdir. Sonra İlhamın ***-***-**-** mobil nömrəsinə zəng etmiş və İlham ona bir az səbrli olmağını, tezliklə işə çıxacağını demişdir. Artıq bir il keçdikdən sonra o, başa düşmüşdür ki, İlham onu aldatmışdır. İlham ona kserosurətdən çıxmış, onun fotoşəkli olan, lakin heç bir qeydiyyat aparılmamış vəsiqə göstərib guya vəsiqənin hazır olduğunu demişdir. Lakin o, vəsiqənin saxta olduğunu görmüş və başa düşmüşdür ki, İlham onu aldadir. Buna görə də o, İlhama verdiyi 16.000 manat pulu geri qaytarmasını tələb etməyə başlamışdır. İlham bildirmişdir ki, guya onu da aldadıblar, onun işini düzəldəcəyinə söz veriblər, lakin sonra aldadıblar və pulunu qaytaracağına söz verərək hissə-hissə bu günə qədər 8.000 manat puluu qaytarmış, hazırda İlhamın ona 8.000 manat verəcəyi qalmışdır. Sonuncu dəfə İlhamla o, “beş mərtəbə” ərazisində təsadüfən görüşdükdə yenə də söz vermişdir ki, pulunu qaytaracaqdır. Lakin hələ də 8.000 manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs2 sonda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu və onunla barışmadığını, vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iqtisad ekspertizasının 12 fevral 2021-ci il tarixli 6/459-9/421 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim ediləm 1 ədəd sarı rəngli, bir üzündə kişi təsfiri, digər tərəfində qoşa qartal təsfiri və “5 rubley 1888 q” yazısı həkk olunmuş, metalı təxminən 900 əyarlı qızıla uyğun, çəkisi 6.44 qram “5”-lik sikkənin 2019-cu il ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1000.00 (min) manat müəyyən edilir. Təqdim edilən digər 1 ədəd üzərində “1888 AT RUSSİA 5R AU DETAİLS SPOT REMOVALS” yazıları, plastik materialdan qablaşdırılması olan “5”-lik sikkənin qiyməti barədə Respublikada yerləşən zərgərlik satışı mağazalarında, yerli internet saytlarında və Mərkəzdə məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan qəbzdən görünür ki, 02 (iki) ədəd qızıl monetin Zərərçəkmiş şəxs1 Məmmədəli oğluna qaytarılmışdır. İş materiallarında olan “üzləşdirmə” protokoluna əsasən, ifadələr arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması məqsədilə istintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Məmmədəli oğlu, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişlər. Şübhəli şəxsin tutulması haqqında prtokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 15 oktyabr 2022-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina olunmuş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməməsi ilə əlaqədar onun barəsində axtarış elan olunmuş, barəsində “polsin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunaraq “həbs” qətimkan tədbiri seçilmiş və həbs olunanadək iş üzrə icraatın dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən göndərilmiş 18 aprel 2023-cü il tarixli məktubdan görünür ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə barəsində axtarış elan edilməklə haqqında həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı qismən etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələrini və iş üzrə toplanmış digər istintaq sənədlərini sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq, habelə xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, yəni 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş və onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş və o, törətdiyi cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istisna edən hallar müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbayan Respiublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs: Səbail Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 manat cərimə cəzasına, Yasamal Rayon Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbayan Respiublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4cü bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 03 mart 2020-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarın qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbayan Respiublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndində göstərilir ki, bu qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 06 (altı) aydan artıq olmayan şəxslərə şamil edilmişdir. Həmçinin həmin qərarın 7-ci bəndinə əsasən, bu qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qərara alınmışdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Beləliklə, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə məhkum olunmayan şəxs hesab olunmalı və cinayət işi üzrə residiv kimi müəyyən edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, təkrarən aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq, habelə xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanın qismən ödənilməsini, hal-hazırda həmin şəxslərin şikayətçi olmalarını, həmçinin təqsirləndirilən şəxs tərəfindən əvvəllər də eynicinsli cinayət əməllərinin törədilməsinə görə məhkum edilməsini nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını və ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə təyin olunmuş cəzanın əvvəli 12 aprel 2023-cü il tarixdən hesablanması nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından 01 (bir) gün çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-ci maddələrinə uyğun olaraq iş üzrə 109 (yüz doqquz) manat 50 (əlli) qəpik ekspertiza xərcinin təqsirləndirilən şəxsdən tutulmasını, maddi sübut olan 02 (iki) ədəd qızıl monetin Zərərçəkmiş şəxs1 Məmmədəli oğluna qaytarılması nəzərə alınmasını, eyni zamanda Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla, həmin müddət hazırki hökmlə ona təyin edilmiş əsas cəza müddətindən çıxılsın və üzərində 03 (üç) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın Cəzacəkmə müddətinin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109 (yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. İş üzrə maddi sübut olan 02 (iki) ədəd qızıl monetin Zərərçəkmiş şəxs1 Məmmədəli oğluna qaytarılması nəzərə alınsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 360 (üç yüz altmış) manat pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun “Kapital Bank”-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-46/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-46/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver