Məhkəmə qərarları › İş №1(009)-46/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-46/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-46/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Cəfərov Səbuhi Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Bakı şəhər 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda barəsində Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5 və 234.1-ci maddələri, xx xxxxxxxx 2002-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayon, Sarvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda barəsində Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5ci maddələri təqsirləndirilmələrinə dair cinayət işinə Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 iyun 2023cü il tarixdə, saat 00:30 radələrində ünvan 4 ünvanla üzbəüz yerləşən “Room” gecə klubunun qarşısında olarkən Fransa Respublikasının vətəndaşı Prost X1 vəziyyətdə olması görüb, sonuncunun sərxoş olmasından istifadə edərək cibindən gizli olaraq pulu götürmələri barədə Təqsirləndirilən şəxs2lə razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, hər ikisi guya ona pilləkənlərdən enməyinə kömək etmək adı ilə Zərərçəkmiş şəxs Fiorian yaxınlaşıb, hərəsi bir qolundan tutmaqla birlikdə pilləkənləri enərkən Təqsirləndirilən şəxs2 Prost X8 sərxoş vəziyyətindən olmaqla diqqətinin yayınmasından istifadə edib əynində olan şalvarın sol yan cibindən 01 ədəd 100 manat dəyərində pul kisəsini içərisində 1000 manat nəğd pul və həmin günün məzənnəsi uyğun olaraq 85 manat dəyərində 01 ədəd 50 ABŞ dolları götürüb ərazidən uzaqlaşmaqla götürdükləri özgə əmlakını öz aralarında bölüşdürərək, özgə əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Prost X5 ümumilikdə 1185 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,168 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 10 iyun 2023-cü il tarixdə saat 20:20 radələrində ünvan 5 ünvanın qarşsmda olan zaman 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinin inzibati binasına dəvət edilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən təmiz çəkisi 0,168 qram olan qəhvəyi rəngli küstar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 iyun 2023-cü il tarixdə, saat 00:30 radələrində ünvan 4 ünvanla üzbəüz yerləşən “Room” gecə klubunun qarşısında olarkən Fransa Respublikasının vətəndaşı Prost X1 vəziyyətdə olması görüb, sonuncunun sərxoş olmasından istifadə edərək cibindən gizli olaraq pulu götürmələri barədə Təqsirləndirilən şəxs1la razılıq əldə edib cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, hər ikisi guya ona pilləkənlərdən enməyinə kömək etmək adı ilə Zərərçəkmiş şəxs Fiorian yaxınlaşıb, hərəsi bir qolundan tutmaqla birlikdə pilləkənləri enərkən o, Zərərçəkmiş şəxs Fiorianm sərxoş vəziyyətindən olmaqla diqqətinin yayınmasından istifadə edib əynində olan şalvarın sol yan cibindən 01 ədəd 100 manat dəyərində pul kisəsini içərisində 1000 manat nəğd pul və həmin günün məzənnəsi uyğun olaraq 85 manat dəyərində 01 ədəd 50 ABŞ dolları götürüb ərazidən uzaqlaşmaqla götürdükləri özgə əmlakını öz aralarında bölüşdürərək, özgə əmlakını gizli olaraq talayıb, zərərçəkmiş şəxs Prost X5 ümumilikdə 1185 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməyinə görə əməlindən peşimandır, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur və sonuncu məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Səbail rayon məhkəməsində olmuşdur, 1 il azadlıqdan məhrum etmə cəzası vermişdir, 2021-ci ilin noyabr ayında cəzadan azad olunmuşdur. 20 ilə yaxındır ki, narkotik vasitə istifadə edir. Mahiyyəti üzrə bildirmişdir ki, 10 iyun 2023-cü ildə axşam saat 20 radələrində gedib Bakı şəhərində Sovetski deyilən yerdən tanımadığı şəxsdən 20 manata heroini alaraq cibində Nizami küçəsində olan zaman iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis olduqlarını bildirib 9-cu polis bölməsinə dəvət etmişdilər. 9-cu polis bölməsində olan zaman narkotik vasitə ilə bağlı şübhəi bilindiyi üçün dəvət edilmiş vəkilin iştirakı ilə hüquqların izah edildikdən sonra xidməti otaqda üzərinə videoçəkilişdən istifadə edərək şəxsi axtarış keçirilmişdir. Həmin zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə varsa onu könüllü olaraq təqdim etmək təkilif olunduqda bu zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd alışqan və sol yan cibindən isə 01 ədəd siqaretin gümüşü kağızma bükülmüş vəsiyyətdə olan Sovetskidən 20 manata aldığı həmin narkotik vasitə olan heroini çıxardıb masanın üzərinə qoymuş və polislər tərəfindən masanın üzərinə qoyduğu həmin büküm açılaraq içərisinə baxıldıqda sorğu zamanı onun narkotik vasitə heroin olmasını və özü üçün almağını bildirmişdi. Üzərimdən aşkar olunan narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək orada olan iştirakçıların yanında 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdı, qablaşdırılmış həmin zərf 166 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş həmin protokol və qablaşdırılmış zərf özü daxil olamaql və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, 02 iyun 2023-cü il tarixdə Sovetskidən Səbail rayonu Tarqovi deyilən əraziyə gələrək orada Vahidlə bir az gəzdikdən sonra Tarqovidə olan “Room” gecə klubunun qarşısına gəlmişlər, orada olan zaman onlar bir nəfər şəxsin sərxoş vəziyyətdə olmasını və orada olan pilləkəndəki daşın üzərində oturduğunu görüb ona yaxınlaşmışlar. Hər ikisi orada olan daş pilləkənin üzərində əyləşmiş xarici vətəndaşın yanında oturmuş, xarici vətəndaş bir az əyləşdikdən sonra özünü pis hiss etdiyi üçün ayağa qalxmış və yaxınlıqda olan pilləkənlərlə aşağı düşmüşdür. Həmin vətəndaş sərxoş halda olduğundan aşaraq yerimiş, onun yıxılmaması üçün qolundan tutaraq yanında birlikdə pilləkənlə aşağı düşmüşlər. Məqsədləri sadəcə həmin şəxsə kömək etmək olmuşdur. Hətta həmin şəxsin mobil telefonu yerə düşmüş və onlar həmin telefonu götürüb xarici vətəndaşa vermişlər. İttiham aktında göstərilən 01 ədəd 100 manat dəyərində pul kisəsini içərisində 1000 manat nəğd pul və həmin günün məzənnəsi uyğun olaraq 85 manat dəyərində 01 ədəd 50 ABŞ dolları onlar götürməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs1 son sözündə, narkotiklə bağlı törətmiş olduğu cinayət əməlini etiraf etdiyini, lakin oğurluqla bağlı ona verilmiş ittihamı qəbul etmədiyini, həmçinin sözü gedən oğurluq cinayəti əməlini törətmədiyini, zərərçəkmiş şəxsin də ondan şikayətçi olmamasını, hətta zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsidə cinayətin kim tərəfindən törədilməsini xatırlamadığını bildirməsini, iş materiallarında olan video görüntüdən də onların cinayət əməlini törətməsi tam olaraq görünmədiyini bildirərək oğurluq cinayət əməli ilə bağlı ona bəraət verilməsini, narkotik cinayət əməli ilə bağlı isə ona yüngül cəza təyin olunması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 iyun 2023-cü il tarixdə Sovetskidən Səbail rayonu Tarqovi deyilən əraziyə gələrək orada Cavidlə bir az gəzdikdən sonra Tarqovidə olan olan “Room” gecə klubunun qarşısına gəlmişlər, orada olan zaman onlar bir nəfər şəxsin sərxoş vəziyyətdə olmasını və orada olan pilləkəndəki daşın üzərində oturduğunu görüb ona yaxınlaşmışlar. Hər ikisi orada olan daş pilləkənin üzərində əyləşmiş xarici vətəndaşın yanında oturmuş, xarici vətəndaş bir az əyləşdikdən sonra özünü pis hiss etdiyi üçün ayağa qalxmış və yaxınlıqda olan pilləkənlərlə aşağı düşmüşdür. Həmin vətəndaş sərxoş halda olduğundan aşaraq yerimiş, onun yıxılmaması üçün qolundan tutaraq yanında birlikdə pilləkənlə aşağı düşmüşlər. Məqsədləri sadəcə həmin şəxsə kömək etmək olmuşdur. Hətta həmin şəxsin mobil telefonu yerə düşdü və biz götürüb ona verdik. İttiham aktında göstərilən 01 ədəd 100 manat dəyərində pul kisəsini içərisində 1000 manat nəğd pul və həmin günün məzənnəsi uyğun olaraq 85 manat dəyərində 01 ədəd 50 ABŞ dolları onlar götürməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs2 son sözündə, ittiham üzrə ona verilən cinayət əməlini törətmədiyini, zərərçəkmiş şəxsin də ondan şikayətçi olmamasını, hətta zərərçəkmiş şəxsin verdiyi ifadəsidə cinayətin kim tərəfindən törədilməsini xatırlamadığını bildirməsini, iş materiallarında olan video görüntüdən də onların cinayət əməlini törətməsi tam olaraq görünmədiyini bildirərək ona bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında tərcüməçinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dostları ilə əylənib spirtli içki qəbul etmək üçün 02 iyun 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsində yerləşən “Room” bara getmiş, həmin gün saat 23:50 radələrinədək orada dostları ilə əylənib spirtli içki qəbul etmiş və oradan yaşadığı ünvana getmək üçün çıxaraq mobil tətbiq vasitəsilə taksi sifariş etmək istəmişdi, lakin bu mümkün olmamışdı. Sərxoş olduğu üçün özünü pis hiss etdiyi üçün “Room” barla üzbəüz yolun kənarında daşın üzərində əyləşmişdi. Təxminən bir neçə dəqiqə sonra tanımadığı iki nəfər kişi cinsli şəxs yaxınlaşıb yanında daşın üzərində əyləşmişdilər. İlk öncə elə zənn etmişdi ki, həmin şəxslər köməklik etmək istəyirlər. Daha sonra özünü pis hiss etdiyi üçün ayağa qalxıb yaxınlıqda olan pilləkənlə aşağı enmək istəmişdi, həmin şəxslər orada yaxınlaşaraq guya köməklik etmək üçün hərəsi bir qolundan tutaraq pilləkənlə aşağı düşürtməyə başlamışlar, həmin pilləkənlərlə aşağı endikdən sonra onların hər ikisi də oradan uzaqlaşıb getdilər. Pilləkənlərlə yuxarı qalxdıqdan bir müddət sonra pul kisəsinin cibində olmadığını aşkar etmişdi. Daha sonra tanışı Jdanova Yuliyaya mobil telefonun ilə zəng edib hadisə barədə məlumat vermiş və taksi sifariş etməsini xahiş etmişdi. Sonradan tanışı Yuliya polisə zəng edərək həmin hadisə barədə məlumat vermişdi. Onun cibində olan pul kisəsində 1000 manat pul, 50 ABŞ dolları və 01 ədəd Azərbaycan Beynəlxalq bank kartı olmuşdur. Həmin pul kisənin dəyəri 100 maqnat olmuş və istehsalı dəridən olmuşdur. Onların cibində olan pul kisəsini necə çıxarmalarından xəbəri olmamışdır. Həmin şəxslər oradan uzaqlaşdıqdan sonra pul kisəmin cibində olmadığını aşkar etmişdi. Pul kisəni cibindən çıxardan şəxslər özlərini guya köməklik edirlər kimi göstərib bu cinayəti etmişdilər. Cibindən pul kisəsin çıxaran zaman heç biri zor tətbiq etməmişdilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır və hadisə vaxtı orada olmalarını xatırlamır. Polisə şikayət edən zaman Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət etməmişdir. Ümumilikdə ona qarşı olan cinayət hadisəsindən şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçi deyil və belə halın bir də baş verməməsi üçün az spirtli içki içəcəkdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşı Şahid2 ifadəsində bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə xidmət yoldaşı Şahid1la xidmətdə olan zaman Cavid Məddədov 03 iyun 2023-cü il tarixdə Səbail rayonu “Tarqovi” deyilən ünvanda olan “Room” gecə klubun qarşısında baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün 10 iyun 2023-cü ildə, saat təxminən saat 20:20 radələrində Nizami küçəsi 4 saylı ünvanın yaxınlığında saxlanılıb söhbət edilən zaman qanunsuz yolla narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli bilindiri üçün həmin zaman 9-cu polis bölmnəsinə dəvət edilmiş və bölmədə olan xidməti otaqların birində dövlət vəsaiti hesabına hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil Zakir Kazımov, iş yoldaşı Şahid1 iştirakı ilə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdi. Şəxsi avtarış və götürmə zamanı başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edildikdə Cavid 20 ilə yaxındır ki, narkotik vasitə qəbul etməsini bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd alışqanı və şalvarın sol yan cibindən isə 01 ədəd içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli kütlə olan və gümüşü siqaret kağızma bükülmüş sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq onun Bakı şəhərində olan “Sovetski” deyilən ərazidən tanımadığı və anket məlumatını bilmədiyi bir şəxsdən aldığını bildirmişdir. Götürülmüş həmin narkotik vasitə iş üzrə subuti əhəmiyyətə malik olduğundan və məhkəmə kimyəvi ekspertizasına təqdim edilməsi məqsədi ilə götürülərək bir ədəd kağız zərfə qablaşdırılıb zərfin üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 66 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazılmış, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşı Şahid1 ifadəsində bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə xidmət yoldaşı Şahid2la xidmətdə olan zaman Cavid Məddədov 03 iyun 2023-cü il tarixdə Səbail rayonu “Tarqovi” deyilən ünvanda olan “Room” gecə klubun qarşısında baş vermiş oğurluq hadisəsində şübhəli bilindiyi üçün 10 iyun 2023-cü ildə, saat təxminən saat 20:20 radələrində Nizami küçəsi 4 saylı ünvanın yaxınlığında saxlanılıb söhbət edilən zaman qanunsuz yolla narkotik vasitələrin istifadəsi və dövriyyəsində şübhəli bilindiyi üçün həmin zaman 9-cu polis bölməsinə dəvət edilmiş və bölmədə olan xidməti otaqların birində dövlət vəsaiti hesabına hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil Zakir Kazımov, iş yoldaşı Şahid2 iştirakı ilə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə həyata keçirilmişdi. Şəxsi axtarış və götürmə başlanmazdan əvvəl ona hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitə və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təhvil verməsi təklif edildikdə Cavid 20 ilə yaxındır ki, narkotik vasitə qəbul etməsini bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd alışqanı və şalvarın sol yan cibindən isə 01 ədəd içərisində narkotik maddəyə bənzər qəhvəyi rəngli kütlə olan və gümüşü siqaret kağızına bükülmüş sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq onun Bakı şəhərində olan “Sovetski” deyilən ərazidən tanımadığı və anket məlumatını bilmədiyi bir şəxsdən aldığını bildirmişdir. Götürülmüş həmin narkotik vasitə iş üzrə subuti əhəmiyyətə malik olduğundan və məhkəmə kimyəvi ekspertizasına təqdim edilməsi məqsədi ilə götürülərək bir ədəd kağız zərfə qablaşdırılıb zərfin üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 66 saylı möhürü ilə möhürlənmişdi. Bundan sonra bu barədə protokol yazılmış, protokol ucadan oxunmuş, orada olan iştirakçıların hamısı protokolun düzgünlüyünü təsdiq retmək üçün protokola və içərisində narkotik maddə olan zərfin üzərində imza etmişdilər. Məhkəməyədək icraat dövüründə keçirilmiş və məhkəmə iclasında tədqiq olunmuş məhkəmə kimyəvi ekspetizasının 11 iyun 2023-cü il tarixli, 6/3297 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 116 dairəvi nişanlı mphr əksi ilə Saxlanılan şəxs; imza,... iştirak edən: üç imza; Təhqiqatçı; T.Əsgərli” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zəfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,168 qram olan qəhvəyi rəbgli tozşəkilli maddə küstar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2.2ci maddəsinin tələbinə uyğun olaraq iş materiallarında olan ekspertiza rəylərini sübut növü kimi qəbul etmişdir. İş materiallarında görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,168 qram təşkil edən narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqat zamanı sərf olunduqdan sonra qalan 0,118 qram narkotik vasitə saxlanılması üçün Səbail RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan “şəxsi axtarış və götürmə” protokolu və iş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Səbail RPİ-nin 9-ci PB-nin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş X6 iştirakı ilə təhqiqatçı Toğril Əsgərli tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarışı həyata keçirilir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilərək paltarında, əşyalarında və ya bədənində sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd alığqam və həmin şalvarın sol yan cibindən gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoyur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni 10 iyun 2023-cü ildə Bakı şəhərində “Sovetski” adlanan ərazidə tanımadığı və anket məlumatın bilmədiyi şəxsdən 20 manat pula aldığını bildirmişdir. Götürülmüş narkotik vasitə bir ədəd kağız zərfə qablaşdırılaraq üzəri Azərbaycan Respublikası DİN-nin “ZƏRFLƏR ÜÇÜN” 66 saylı möhürü ilə möhürlənir. Sonra bu barədə protokol tərtib edilir və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanır. İş materiallarına əlavə edilmiş video görüntülərə məhkəmə iclasında baxış keçirilərək müəyyən edilmişdir ki, diskin içində 05 ədəd hər biri müəyyən vaxt çərçivəsində olan videogörüntü fayllar aşkar olundu. - Birinci video-faylı açan zaman 17 saniyyəlik videogörüntüdə ünvan 7 ünvanda “Room” gecə klubu ilə üzbəüz daş pilləkənin üzərində Fransa Respublikası vətəndaşı Prost X3 əyləşməsi və həmin zaman da təqsirləndirilən Təqsirləndirilən şəxs1 piyada olaraq gəlin onun yanında əyləşməsi görüntülənir. - İkinci video-faylı açan zaman 1 dəqiqə 15 saniyyəlik videogörüntüdə ünvan 7 ünvanda “Room” gecə klubu ilə üzbəüz daş pilləkənin üzərində Fransa Respublikası vətəndaşı Prost X3 əyləşməsi və həmin zaman da təqsirləndirilən Təqsirləndirilən şəxs1 piyada olaraq gəlin onun yanında əyləşməsi görüntülənir. - Üçüncü video-faylı açan zaman 11 saniyyəlik videogörüntüdə ünvan 7 ünvanla üzbəüz yerləşən “Room” gecə klubu ilə üzbəüz daş pilləkənin üzərində Fransa Respublikası vətəndaşı Prost X7 ilə Təqsirləndirilən şəxs1 əyləşməsi və həmin zaman da Təqsirləndirilən şəxs2 piyada olan həmin şəxslərə yaxınlaşaraq onların yanında əşləşməsi görüntüsü aşkar edilmişdir. - Dördüncü video-faylı açdıqda 1 dəqiqəlik videogörüntüdə həmin ünvanda Fransa Respublikası vətəndaşı Prost X3 ayağa qalxaraq əlini yaxınlıqda olan dəmir çəpərdən tutub özünü piss hissə etməsi, həmin zaman onun yanında əyləşmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da oturduqları daş pilləkənindən ayağa qalxaraq hərəsi bir tərəfdən Fransa Respublikası vətəndaşı Prost X3 bir yanında olmaqla birlikdə orada olan digər bir pilləkənlə aşağı enmələri görüntülənir. - Beşinci video-faylı açdıqda 17 saniyyəlik görüntüdə həmin ünvanda Fransa Respublikası vətəndaşı Prost X7 ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxınlıqda olan pilləkənli olan yerdə olmaları, ilk olaraq Təqsirləndirilən şəxs2 oradan çıaraq iti addımlarla uzaqlaşması, onun ardından Təqsirləndirilən şəxs1 Fransız vətəndaşının orada uzaqlaşması və bundan da sonra Fransa Respublikası vətəndaşı Prost X3 da həmin yerdən çıxaraq əlində mobil telefonla oradan çıxması görüntülənir. “İfadənin yerində yoxlanılması” protokollarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılan zaman onlar, qabaqcadan əlbir olaraq Səbail rayonu Tərlan Əlyarbəov küçəsi 13A saylı binanın yandında olan “Room” gecə klubu ilə üzbəüz yerdə Fransa Respublikası vətəndaşı Prost Aurelievin sərxov vəziyyətində olmasından istifadə edib onun cibindən pul çıxartdıqları yeri əyani olaraq göstərərək hadisənin gediatını bir daha təsdiq etmişlər. “Şübhəli şəxs qismində” tutulma protokolu, “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmasına dair” və “qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutumuş, 12 iyun 2023-cü il tarixdə isə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Səbail RPİ-nin MSY-dən dərhal azad edilmişdir. 17 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.5 və 234.1 -ci maddələrinə tövsif edilmiş və 18 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5 və 234.1-ci maddələri yenidən ittiham elan edilərək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi” və “qətimkan tədbirinin seçilməsi” barədə 21 sentyabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzaərəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Səbail Rayon Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına üzrsüz səbəbdən gəlməmələri ilə əlaqədar onların barəsində axtarış elan olunmuş, həbs qətimkan tədbiri seçilmiş və onlar həbs olunaadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 09 noyabr 2023-cü il tarixli məktubuna əsasən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 06 noyabr 2023-cü il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin 28 noyabr 2023-cü il tarixli məktubuna əsasən barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 28 noyabr 2023cü il tarixdə tutularaq Səbail Rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barəsində məlumat yoxdur. Lakin “AZE MİS” Elektron Məhkəmə Sistemində Təqsirləndirilən şəxs2 barəsində olan məhkumluq məlumatlarından görünür ki, Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci madələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci madəsinə əsasən 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhruetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs1: - Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 03 dekabr 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.5-ci madələri ilə təqsirli bilinib 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkməsinin 31 mart 2004-cü il tarixli qərarı ilə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə tövsif edilmiş, ona 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və həbsdə olduğu müddət nəzərə alınaraq həbsdən azad edilmişdir. - Səbail Rayon Məhkəmənin 14 yanvar 2010-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci madəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəmənin 05 avqust 2010-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.3.1-ci madəsinə əsasən 05 ay 09 gün vaxtında əvvəl şərti olaraq azad olunmuşdur. - Səbail Rayon Məhkəmənin 13 iyul 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəmənin 16 iyun 2013-cü il tarixli qərarı ilə Milli Məclisin 07 may 2013-cü il tarixli “Amnistiya” qərarının 3-cü bəndində əsasən cəzadan azad edilmişdir. - Nəsimi Rayon Məhkəmənin 14 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 23 aprel 2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Səbail Rayon Məhkəmənin 19 may 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci madəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 24 noyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Səbail Rayon Məhkəmənin 22 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə ona bəraət verilmiş, daha sonra həmin hökmlə bağlı verilmiş apellyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarın 4-cü bəndi tətbiq edilməklə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il müddətinə azadlıqdan məhrun etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən 18 may 2020-ci il tarixdən 22 iyun 2020-ci il tarixədən həbs olunduğu 2 ay 19 gün müdət ona təyin edilmiş cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 09 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və onun cəzası 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Həmçinin “AZEMİS” Elektron Məhkəmə Sistemində Təqsirləndirilən şəxs1 barəsində olan məhkumluq məlumatlarından görünür ki, hal-hazırda onun barəsində Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madələri ilə cinayət işi davam edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələrini etiraf etməsələr də, onların həmin maddələrlə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, şahidlərin ifadələri, hadisə yerinə baxış və ifadənin yerində yoxlanılması prokolları, iş materiallarında əlavə edilmiş video görüntülər və cinayət işi üzrə toplanmış digər materiallarla tam təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə isə özünü tam təqsirli hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPMnin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və iş üzrə digər sənədləri, habelə iş üzrə digər maddi sübutları sübut növü kimi qəbul edib həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmiş, onların həmin maddələrdə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləri tam sübuta yetirilmiş və onlar törətdikləri cinayət əməllərinə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb olunmalarını istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Səbail Rayon Məhkəmənin 22 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci madəsi ilə Təqsirləndirilən şəxs1 bəraət verilmiş, daha sonra həmin hökmlə bağlı verilmiş apellyasiya protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin 07 aprel 2022-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(009)-87/2021 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr-Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Qərarın 4-cü bəndi tətbiq edilməklə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası 01 il müddətinə azadlıqdan məhrun etmə cəzasına endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən 18 may 2020-ci il tarixdən 22 iyun 2020-ci il tarixədən həbs olunduğu 2 ay 19 gün müdət ona təyin edilmiş cəzaya hesablanmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 09 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və onun cəzası 25 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına aiddir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər cəzasını çəkib qurtardıqdan iki il sonra məhkumluqları ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin şərhindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ndüyü kimi residiv müəyyən edilən zaman məhkəmələr əvvəllər cinayət törətməyə görə yenidən qəsdən cinayət törətməsi nəzərə alınır. Belə olan halda Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törətdiyi anda məhkumluğu ödənilmədiyindən hazırkı cinayəti residiv yaratmış olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Hazırki cinayət hadisələrinin 03 iyun və 10 iyun 2023-cü il tarixlərində baş verdiyini nəzərə alaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 əməlində residiv müəyyən olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Bu səbəbdən məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin yaranmasını iş üzrə ağırlaşdırıcı hal kimi nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eyni zamanda məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin şikayətçi olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkməsinin əvvəlinin 06 noyabr 2023-cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 hərəkətlərində cinayətin residivi yarandığı üçün ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 16 iyun 2023-cü il tarixli, 3704 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1da OPİODLƏRİN və Psixotimulyatorların birgə qəbulu nəticəsində ASİLLİQ SİMDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhər görülür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, qabaqcadan əlbir olan bir qrup şəxs haldında zərərçəkmiş şəxsin cibindən pul vəsaitini çıxarmaqla özgənin əmlakını gizli olaraq talama cinayətinin törədiləsində ittiham olunmasını, həmçinin Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci madələri ilə təqsirli bilinib, qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanıldığını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs2 islah olunması mümkün deyildir və islah olunması məqsədilə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, 59.1.13-cü və 59.2ci maddələrinə uyğun olaraq, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, həmçinin gənc olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəlinin 28 noyabr 2023cü il tarixdən hesablanmasını əsaslı hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci madələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci madəsinə əsasən 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cinayət işi üzrə 17 iyun 2023cü il tarixdən 19 iyun 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhruetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Bu səbəbdən, məhkəmə, Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(057)-157/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətində azadlıqdan məhrumetmə cəzasını hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həmin cinayət işi üzrə 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək şübahəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhruetmə cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xüsusi müsadirə cinayəthüquqi tədbiri tətbiq olunmamalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.10-cu və 353.4.11-cu maddələrinə uyğun olaraq iş üzrə ekspertiza xərcinin Təqsirləndirilən şəxs1 tutulmasını, iş üzrə maddi sübut qismində tanınmış Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalan - 0,118 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, 02 (iki) ədəd “DVD” diskin iş materiallarında saxlanılmasını, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-356cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 1(057)-157/2023 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətində azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs2 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 1(057)- 157/2023 saylı cinayət işi üzrə 17 iyun 2023-cü il tarixdən 19 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, cəmi 02 (iki) gün müddət ona hazırki hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmənin əvvəli 28 noyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun, ona təyin olunmuş narkomaniyadan məcburi müalicə ərazi narkoloji dispanserdə qeydiyyata alınmaqla icra edilsin. İş üzrə maddi sübut Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq qalmış cəmi 0,118 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 92 (doxsan iki) manat Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Az.MEM, VÖİN **********, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat, Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmə iclasları zamanı müdafiə edilməsinə görə dövlət büdcəsindən 420 (dörd yüz iyirmi) manat pul tutulub, “Kapital Bank”-ın 03 saylı Vəkil Bürosunun Səbail filialındakı hesabına keçirilsin. Hökmdən 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar