Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(009)-46/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Talıbova Fəridə Fərhad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 0,343 qram çəkidə qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlamaqla daşıımış, 26 fevral 2024-cü il tarixdə saat 20:30 radələrində ünvan 3 ünvanında yerləşən “Araz” marketdən oğurluq etməkdə şübhəli bilinərək 27 fevral 2024-cü il tarixdə saat 18:20 radələrində X19 Alayının 4-cü Patrul Bölüyünün əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında saxlanılaraq 8-ci PB-nin inzibati binasına dəvət edilib həmin gün saat 19:55 radələrindən etibarən üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş vəziyyətdə xeyli miqdarda 0,343 qram çəkidə olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narnotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək bildirmişdir ki, 26 fevral 2024-cü il tarixdə, saat 20:30 radələrində Bayıl qəsəbəsində yerləşən marketə getmiş, oradan yağ və digər ərzaq oğurlayaraq marketdən çıxmışdır, ərzaq məhsullarını həmin gündə “Elmər Akademiyası” metrostansiyası yaxınlığında tanımadığı şəxslərə 10 manatdan sataraq ümumilikdə 50 manat pul əldə etmişdir. Bundan sonra o narkotik vasitə qəbul etmək üçün Yasamal rayonu ərazisinə gedib tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata bir ədəd şəffaf sellofan bükümündə öz istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində o, Səbail rayonu Neftçi Qurban küçəsində olan zaman X20 əməkdaşı ona yaxınlaşanda üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəmişdir, lakin onu saxlamışlar, hansı səbəbdən qaçdığını soruşanda, onda narkotik vasitə olduğu üçün qaçdığını bildirib. Onu 8-ci polis bölməsinə gətirmişlər. Bölmədə dəvət edilmiş vəkilin işitrakı ilə video çəkilişdən istifadə edərək üzərinə axtarış və götürmə aparılan zaman ona üzərində qanunsuz nə varsa, təqdim etməyi təklif edilmiş, o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibində saxladığı sellofana bükülü olan «kokos» deyilən narkotik vasitəni şalvarının sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuş, həmin bükülü bir ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüş. Üzərindən aşkar olunaraq götürülmüş büküm polislər tərəfindən aşılıb içərisinə baxılmış, DİN-nin 52 saylı möhürlə möhürlənmişdir. Bundan başqa şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyəti olmamışdır, öz şəxsi istifadəsi üçün almışdır. Əməlindən peşmandır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, işlədiyi X19 Alayından Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis bölməsinin ərazisində xidmətə təhkim olunmuşdur, hər gün səhər 8-ci PB-də təlimat alıb xidmətə başlayır. Xidmətini avtopatrulla yerinə yetirir. İş yoldaşı Şahid5 ilə bir yerdə xidmət edir. 27 fevral 2024-cü il tarixdə o, 8-ci PB-də təlimatda iştirak etmiş və təxminən saat 11 radələrində DİN-nin 102 xidmətindən məlumat daxil olmuşdur ki, ünvan 5 ünvanında yerləşən «Araz» super marketdən oğurluq olmuşdur. Sahə inspektoru Şahid2lə birlikdə o və xidmət yoldaşı Şahid5 həmin ünvana getmişlər və marketin müdiri X13 hadisə yerində olmuş və onun deməsinə görə hadisəni törədən şəxs xx.xx.2024-cü il tarixdə marketə daxil olmuş, qırmızı səbətə ərzaq mallarını yığıb pulunu ödəmədən marketdən çıxıb getmişdir, hadisə yerində müdirin ərizəsi sahə inspektoru tərəfindən alınmış, həmin market 24 saat açıq olur və marketin kameralarında olan görüntülərə baxıb görmüşlər ki, 26-dan 27-nə keçən gecə bir nəfər uzun boylu, əynində qara rəngdə paltar, başında papaq olan şəxs marketdən əlində marketə aid qırmızı rəngli səbətdə marketdən çıxır və arxası marketin çıxışına dayanmış qara rəngli «Hyundai Sonata» markalı, «90 P»(digər hərf və rəqəmləri yadımda qalmayan) maşının arxa ehtiyat yerinə səbəti atır, özü də qabaq sağ oturacaqda oturandan sonra avtomaşının sükanı arxasında dayanan sürücü avtomaşını sürüb oradan uzaqlaşırlar. O həmin avtomaşının görünüşünü yadda saxlayıbmış. Sonra o ərazidə xidmətimi davam etdirmişdir, xx.xx.2024-cü il tarixdə yenə Şahid5 da onunla olmaqla ərazidə xidmət apararkən Dağüstü parka tərəf gələndə onunla üzbə-üz həmin qara rəngli Hyudai Sonata markalı avtomaşının gəldiyini görüb, onun göz yaddaşı yaxşı olduğundan həmin maşının görünüşünü yadında saxlayıbmış və həmin maşını təqib etməklə 8-ci PB-nə kömək məqsədilə məlumat vermiş, həmin maşını uzaqdan təqib etməklə Qurban Abbasov küçəsində yerləşən «Real-Market»in yanında 8- ci PB-nin əməkdaşları maşının qarşısını kəsmiş, onlar da arxadan çatıb avtomaşında sürücü ilə birlikdə 2 nəfər var imiş. Həmin şəxsləri saxlayıb və onların hər ikisini gətirib Səbail RPİ-nin 8-ci PB-nin növbətçi hissəsinə təhvil vermişlər. O bu barədə raportla bölmə rəisinə məruzə etmişdir. Bölmədə yoxlama zamanı məlum olmuşdur ki, saxladıqları həmin şəxslərdən biri X14, digəri isə X6r.b. Həmin iki nəfəri bölməyə təhvil verəndən sonra xidmətlərini davam etdirməyə başlamışlar. Həmin iki nəfəri saxlayarkən onlardan qaçmağa cəhd edən X7 qaçmağa cəhd etməsinin səbəbini soruşduqda üstündə narkotik vasitə olmasına görə qorxub qaçmaq istədiyini demişdir. Həmin iki nəfəri saxlayarkən, onları bölməyə gətirərkən onlar tərəfindən onlara qarşı hər hansı formada zor tətbiq edilməmiş, fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmə istintaqında şahidlər Şahid4, Şahid5, X10 və X4 ibtidadi istintaq zamanı verdikləri ifadələr elan edilmiş və həmin ifadələrdə Şahid1 verdiyi ifadə ilə eyni məzmunlu ifadə olmuşdur. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli “cinayət işinin başlanması, icraata qəbul edilməsi və aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və istintaq aparılmışdır (c.i.v.1). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 28 fevral 2024-cü il tarixli 3-16-16/2-6/1194 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs Taryel oğlunun üzərindən aşkar edilmiş...» yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,343 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. (Aparılmış təhqiqatın dəyəri 88 manat), (sərf edildi 0,05 qram, qalıq 0,293 qram). İş materiallarında olan «Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4780 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı X8 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» tərtib edilmiş 27 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə saat 18:20-da qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrin saxlaması və daşımasında şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində xx.xx.2024-cü il tarixdə keçirilmiş «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və cinayət işində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə Səbail RPİ-nin 8-ci Polis bölməsinin inzibati binasında, təhqiqatçının xidməti otağında aparılmışdır. İlk olaraq təhqiqatçı axtarış və götürmənin iştirakçılarını elan edir və sonra bölməyə gətirilmiş Təqsirləndirilən şəxs Taryel oğlunun üzərində şəxsi axtarış aparılacağını elan edir. Şəxsi axtarışa başlamazdan əvvəd bütün iştirakçılar, şəxsi axtarışın videolentə alınacağı elan edilir və buna iştirakçılardan etiraz daxil olmur. Şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir, şəxsi axtarış və götürmə aparılacağı barədə qərar elan edilir və paltarında, əşyalarında, bədənində olması ehtimal ediln narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verilməsi təklif edilir. Bu təklifdən sonra şəxs Təqsirləndirilən şəxs Taryel oğlu əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükülünü çıxararaq masanın üzərinə qoyur. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında” Səbail rayon Prokuroru, baş ədliyyə müşaviri Natiq Əsədovun 29 fevral 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs dərhal müvəqqəti saxlama yerindən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan “qətimkan tədbirinin seçilməsi” barədə 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış edlan edilərək, cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-53.1.3-cü maddəsinin tələbinə əsasın dayandırılmışdır. İş materiallarından görünür ki, 12 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Səbail rayon prokuroru qarşısında vətatət qaldırılsada vəsatə təmin edilmədiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. İş materiallarından görünür ki, 15 iyul 2024-cü il tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM- 53.1.3-cü maddəsinin tələbinə əsasın dayandırılmış və 15 avqust 2024-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Səbail rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə, axtarış elan edilmiş və cinayət işi üzrə icaat dayandırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq, saxlanılması üçün xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il i tələbnamədən və Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin hökmü ilə əaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinib 02 il 07 ay 24 gün müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Xətai rayon məhkəməsinin 1(011)-105/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlarşıdırılması cəzasının heç bir hissəs onun tərəfindən çəkilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımağa görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27-ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olubolmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertizaların rəyləri, işdə olan cinayət işinin digər halları və məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olması cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, onun əvvəllər azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməsini və həmin cəzasını çəkməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, məhkəmə iclasındakı davranışını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan mərum etmə cəzası təyin olunması məqsədə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-cı maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 26 aprel 2024cü il tarixli, 1(011)-105/2024 saylı hökmü çıxarılmazdan əvvəl, yəni 27 fevral 2024-cü ildə törədilmişdir. Belə olan halda Xətai rayon Məhkəməsinin 1(011)-105/2024 saylı hökmü i ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 07 (yeddi) ay 24 (iyirimi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə ona təyin olunacaq cəza ilə Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cəza təyin edilməli, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 1(011)- 105/2024 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 27 fevral 2024-cü il tarixdə saat 19:30-da şübhəli şəxs kimi tutulmuş və Səbail RPİ-nin MSYnə təhvil verilmişdir. 29 fevral 2024-cü il tarixdə saat Əsədov X11 RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan başqa 10 iyul 2024-cü il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs axtarışda olduğu üçün tutulmuş və Səbail RPİ-nin MSY-nə təhvil verilmiş. 12 iyul 2024-cü il tarixdə saat Əsədov X11 RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs hazırki iş üzrə 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək və 10 iyul 2024-cü il tarixdən 12 iyul 2024-cü il tarixədək tutulduğu müddət ümumilikdə 04 (dörd) gün, həmçinin Xətai rayon Məhkəməsinin 1(011)-105/2024 saylı hökmü ilə həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən ödənilən haqq artırılaraq 11 manat müəyyən edilmiş və bu qərar 29 aprel 2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla bağlı X5 məhkəmədə hüquqlarını müdafiə etmiş 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 450 manat pul ödənilməlidir. İş üzrə maddi sübut olan Səbail rayon Polis İdarəsində saxlanılan 0,343 qram narkotik vasitə heroində ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,293 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edərkən hesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 1(011)-105/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına 02 (iki) günə 01 (bir) gün hesablamaqla 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılsın və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki iş üzrə 27 fevral 2024-cü il tarixdən 29 fevral 2024-cü il tarixədək və 10 iyul 2024-cü il tarixdən 12 iyul 2024-cü il tarixədək tutulduğu müddət ümumilikdə 04 (dörd) gün, həmçinin Xətai rayon Məhkəməsinin 1(011)-105/2024 saylı hökmü ilə həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 23 (iyirmi üç) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 16 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını məhkəmədə müdafiə edilməsinə görə 450 (dörd yüz əlli) manat dövlət büdcəsindən tutulularaq Müdafiəçi ödənilməsi üçün Bakı şəhəri 03 saylı Vəkil Bürosunun, «Kapital Bank»-ın Səbail rayon filialındakı hesabına köçürülsün. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan - 0,343 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalan qalıq, yəni 0,293 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səsksən səkkiz) manat ekspertiza xərci alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X2 Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №1(009)-46/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Hökm — İş №1(009)-46/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver