Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(009)-47/2022 01.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri “MBM” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə, xx xxxx 1962-ci ildə Ağdam şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətandaşı, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli hökmü ilə aylıq 20 faizi məbləğində pul dövlət nəfmə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum olunmuş, subay, “Şəhid ailələrinə sosial dəstək ictimai birliyi”nin sədri vəzifəsində işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 60 inzibati binada qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs “Şəhid ailələrinə sosial dəstək ictimai birliyi”nin sədri vəzifəsində işlədiyinə görə sosial mənzilin alınmasına köməklik göstərməsi ilə bağlı müraciət etmiş tanışı X2 etibarından sui-istifadə edib, öz qulluq mövqeyindən istifadə etməklə Bakı şəhərində yerləşən dövlət proqramına əsasən inşa edilmiş sosial binalardan mənzil alınmasına köməklik göstərəcəyinə dair yalandan vəd verib, 2021-ci ilin fevral ayının ortalarında ünvan 2 ünvanda yerləşən "Bublik" şirniyyat evinin qarşısında 1.000 manat, eyni məqsədlə 2021-ci ilin mart ayının əvəllərində ünvan 2 ünvanda yerləşən "Bublik" şirniyyat evinin qarşısında 2.800 manat pul vəsaitini alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, verdiy vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 3.800 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 15 ilə yaxındır ki, Şəhid ailələrinə sosial dəstək ictimai birliyinin sədri vəzifəsində çalışır. Sədri olduğu ictimai birliyin fəaliyyət istiqaməti şəhid ailələrinin hər bir probleminə köməklik göstərməkdir. Həmin birlik yaradılmasından ötrü Azərbaycan Respublikası Ədliyyə nazirliyindən qeydiyyatdan keçmişdir. Bir oğlu Laçın rayonu ərazisində zabit olaraq hərbi qulluqçudur. Həyat yoldaşı X3 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Asəf adlı şəxsi təxminən 20 ildir ki, tanıyır. Əlikram adlı şəxsi isə Asəf adlı şəxsin vasitəsilə tanıyıb. Zərərçəkmiş şəxs isə təxminən 7 ay olar ki, Əlikramın vasitəsilə tanıyır. Ələsgər Abbasovun qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Tərəfindən Zərərçəkmiş şəxs Azərbaycan Respublikası şəhid ailəsinə sosial dəstək ictimai birliyinin üzvlüyünü təsdiq edən vəsiqə verilmişdir. 2021-ci ilin təxminən yanvar ayında Əlikram ona Ələsgərin anasının vəziyyətinin yaxşı olmadığını və onlara ev lazım olduğunu bildirmişdir. Ələsgər isə müraciət edərək mənzil növbəsində dayandıqlarını, lakin mənzil verilməsi məsələsi uzandığını bildirmişdir. O, Ələsgərin sənədlərinə baxdıqdan sonra mənzil verilməsi məsələsini aidiyyatı qurumlar qarşısında qaldırıb köməklik edəcəyini demişdir. Ələsgər dönə-dönə ona hörmət edəcəyini deyirmiş. İlk əvvəllər heçnə lazım olmadığını Ələsgərə demiş, lakin Ələsgər ilə növbəti görüşdə bəzi yerlərə gedib-gəldiyini, əziyyət çəkdiyini deyib bunu müqabilində 1.000 (min) manat pul istəmişdir. Belə ki, 2021-ci ilin təxminən fevral ayında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasının qarşısında Şahid dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes C” markalı avtomobilində sonuncunun yanında Ələsgər ona əlbə-əl 1.000 (min) manat pul vermişdir. Təxminən bir ay sonra Ələsgərdən eyni məqsədlə əlavə 2.800 (iki min səkkiz yüz) manat pul istəmişdir. Belə ki, həmin vaxtı pula ehtiyacı olmuşdur. 2021-ci ilin təxminən mart ayında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasının qarşısında Əlikramın yanında Ələsgər ona əlbə-əl 2.800 (iki min səkkiz yüz) manat pul vermiş və bununla da Ələsgər ümumilikdə 3.800 (üç min səkkiz yüz) manat pul vermişdir. O, həmin pulu öz ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin iyul ayında Ələsgər zəng edərək mənzil verildiyini, lakin istədiyi ərazidə mənzil verilmədiyini bildirib verdiyi 3.800 (üç min səkkiz yüz) manat pulu geri istəmişdir. Lakin maddi imkanı olmadığı üçün Ələsgərdən aldığı pulu Ələsgərə geri qaytara bilməmişdir. Ötən ilin avqust ayında Ələsgərdən aldığı 3.800 (üç min səkkiz yüz) manat puldan Ələsgərə 400 manat qaytarmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanın tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını habelə cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsiri özünün etiraf edicisi ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 01 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası şəhid ailəsinə Sosial Dəsktək İctimai Birliyinin sədri Təqsirləndirilən şəxs tərəfindən ona birliyin üzvlüyünü təsdiq edən vəsiqə verilmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs ondan ailələrinə Şəhidlik statusuna görə dövlət tərəfindən mənzil verilib-verilməməsi barədə soruşmuş və o, yaxın vaxtlarda gözlənildiyini Almaza bildirmişdir. Almaz ona bildirmişdir ki, “30 ildir sizə ev verilməyibsə, bundan sonra çətin verilsin, gözləməyinizin xeyri yoxdur. Onun bircə yolu var, mənə lazımi pul hörməti edin, mən sizin ev məsələsini tezləşdrim”. Belə ki, Almaz dövlət tərəfindən veriləcək evin tezləşdirilməsi üçün 10.000 (on min) manat pul lazım olduğunu bildirmişdir. O, kasıb ailə olduqlarını, evdə həmin məbləğdə pullarının olmadığını və evə gedib anası ilə məsləhətləşməli olduğunu Almaza bildirmişdir. Almaz ona bildirmişdir ki, “sənin üçün 9.000 manata düzələr”. Almazla danışdıqları barədə evə gedib anasına demiş və anası evdə cəmi 3.800 manat pul olduğunu ona demişdir. O da Almaza zəng edib evdə cəmi 3.800 manat pul olduğunu bildirmişdir. Almaz isə ona bildirmişdir ki, “sən həmin pulu mənə gətir, pulun qalanını sonra verərsən, mən işimi başlayım”. O, 2021-ci ilin fevral ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasının qarşısında tanışı Şahid dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes C” markalı avtomobilində sonuncunun yanında Almaza əlbə-əl 1.000 manat pulu və daha sonra eyni məqsədlə 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bublik” adlı şirniyyat mağazasının qarşısında tanışı Şahid dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes C” markalı avtomobilində sonuncunun yanında Almaza 2.800 manat pulu vermiş və Almaz dövlət tərəfindən onlara veriləcək mənzilin tezləşdiriləcəyini bir daha vəd verib çıxıb getmişdir. Lakin Almaz verdiyi vədə əməl etməmiş və hazırki vaxta kimi ondan aldığı 3.800 manat pulu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Lakin daha sonra təxminən 2021-ci il avqust ayının sonlarında Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin yaxınlığında Təqsirləndirilən şəxs ona həmin 3.800 manat puldan 400 manat qaytararaq şikayət etməməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, qardaşının şəhid olmağına görə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi Şəhid ailələrinə sosial dəstək ictimai birliyindən ona vəsiqə verilmişdir. Ələsgər də həmin vəsiqəni görüb necə əldə etdiyini soruşmuşdur. O, isə ailəsindən vəkalətnamə aldıqdan sonra həmin vəsiqəni Şəhid ailələrinə sosial dəstək ictimai birliyindən əldə edə biləcəyini ona bildirmişdir. Buna görə də, 2020-ci ilin təxminən oktyabr ayında Almaz ilə Zərərçəkmiş şəxs tanış eləmişdir. Almaz ilə söhbət əsnasında Almaz Ələsgərdən şəhid ailəsi olduğuna görə dövlət tərəfindən ev ilə təmin olunub- olunmadığını soruşduqda Ələsgər bir neçə müddətdir ki, evlə təmin olunmadığını bildirmişdir. Almaz isə pul qarşılığında onun evlə təmin olunacağına köməklik edəcəyini demişdir. Həmin söhbətdən təxminən 10 gün sonra Almaz Ələsgərə zəng edərək 1.000 manat pulu gətirməyini ona bildirmişdir. Ələsgər ilə ona məxsus “Mercedes E-class” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bublik” şirniyyat evinin qarşısına Almaz ilə görüşməyə getmişlər. Orada olan zaman Ələsgər Almaz ilə görüşərək 1.000 manat pulu ona vermişdir. Bundan təxminən bir həftə sonra Almaz yenidən Ələsgərə zəng vuraraq dövlət tərəfindən veriləcək evin hazır olduğunu bildirmiş və geri qalan 3.000 manat pulu ondan gətirməyini istəmişdir. Ələsgər ilə birlikdə yenidən ona məxsus “Mercedes E-class” markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “Bublik” şirniyyat evinin qarşısına Almaz ilə görüşməyə getmişlər. Orada olan zaman Almaz ona məxsus avtomobilə əyləşmiş və Ələsgər avtomobildə 2.800 manat pulu Almaza vermişdir. Bundan sonra Almaz bacısı qızını və onu Bakı şəhəri, Yasamal rayonunda yerləşən ASAN Xidmətə aparmağı xahiş etmiş, orada avtomobildən enmişlər və təxminən 5 dəqiqə sonra Almaz yenidən avtomobilə qayıtmışdır. Yolda olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yeni tikilmiş hündürmərtəbəli binaların yanından keçərkən Almaz Ələsgərə həmin binaları göstərib guya ona həmin binalardan ən geci 2021-ci ilin may ayına qədər ev veriləcəyini demişdir. Daha sonra Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində Almaz avtomobildən enmişdir. Təxminən 20 gün sonra xəbəri olmuşdur ki, Almaz Ələsgərin zənglərinə cavab vermir və Ələsgəri aldadıb. Cari ilin aprel ayının sonlarında Almaz ona zəng vuraraq görüşməyi təklif etmiş və onunla razılıaşaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobu yaşayış parkında Ələsgər ilə bilrikdə onunla görüşmüşdür. Həmin gün Almaz bir daha ən gec may ayına qədər köməklik edəcəyini bildimişdir. Lakin daha sonra bilmişdir ki, Almaz Ələsgəri aldadaraq onun pulunu ələ keçirib və Ələsgər isə bu barədə polisə şikayət edib. Zərərçəkmiş şəxs iki dəfə olmaqla ümumilikdə 3.800 manat pulu Almaza vermiş və Ələsgər pulu verən zaman orada yalnız özündən, Ələsgərdən və Almazdan başqa heç kimin olmadığını bildirmşidir. Almazın Ələsgərdən aldığı 3.800 mana puldan Almazın Ələsgərə qaytardığı məbləğ barədə heç bir məlumatı olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, qylluq mövqeydindən istifadə etməklə dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı gedişində, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmiş və zərərçəkmiş şəxslə barışmış, cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaitini dövlət büdcəsinə ödəniş etmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs ona istinad olunan qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgəəmlakını ələ keçirmək əməlinə görə təqsiri sübuta yetirilmiş olsa belə o, cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur. Təqsirləndirilən şəxs məhkəməyə ünvanlanmış ərizəsindən və "xxxx" ASC-dən verilmiş qəbzdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş, onunla barışmış və cinayət nəticəsində dəymiş ziyanın iyirmi beş faizi miqdarında pul vəsaiti dövlət büdcəsinə ödənlmişdir. Barəsində olan ciinayət işinə bəraətverici əsaslar olmadan xitam veriməsi xahiş olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, eyni zamanda, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsini, həmçinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 120 (yüz iyirmi) manat, pul vəsaiti dövlət büdcəsindən tutulub, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun "xxxx"-ın 1 saylı Səbail rayon filialındakı hesabına keçirilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №1(009)-47/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №1(009)-47/2022
01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver